Məhkəmə qərarları › İş №2-2(102)-484/2021

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-484/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-484/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh 1, Cavabdeh 2, Cavabdeh 3-ə qarşı iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli 2-2(107)-55/2021 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi I. İŞİN HALLARİ

1. LPO İddiaçı ASC (bundan sonra – “ASC”) 2021-ci il 3 mart tarixində Cavabdeh 1, Cavabdeh 2, Cavabdeh 3 qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 2.733,37 manat əsas borc, 235,56 manat faiz borcu, 266,57 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 400,14 manat faiz məbləği və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.624,64 manat borcun cavabdehlərdən müştərək qaydada tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 8 aprel tarixli 2-2(117)-156/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 2.733,37 manat əsas borc və 30 manat dövlət rüsumu tutularaq ASC-yə ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir (hakim – R.Məcidov).

3. ASC 2021-ci il 13 aprel tari xində həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli 2-2(107)-55/2021 saylı qətnaməsi ilə ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 8 aprel tarixli 2-2(117)-156/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – İ.Şükürov, hakimlər – Ə.Məcidov və A.Mahmudov).

5. ASC 2021-ci il 30 iyun tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin cərimə məbləği, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin tutulması hissəsində ləğv edərək, iddia tələbinin tam təmin olunması və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyü Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” “Maddə

411. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası məhkəməsinin hakimi qərardad çıxardır.” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

7. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti icraata qəbul edilməməlidir.

8. İşin materiallarında olan ASC-nin iddia ərizəsində 2.733,37 manat əsas borc, 235,56 manat faiz borcu, 266,57 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 400,14 manat faiz məbləği və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.624,64 manat borcun cavabdehlər Cavabdeh 2, Cavabdeh 1, Cavabdeh 3 müştərək qaydada tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.

9. Bununla da, qeyd olunan məbləğin on min manatdan az olması görünür.

10. Odur ki, kassasiya şikayəti MPM-in 404-1-ci maddəsi ilə (bax yuxarıda § 6) nəzərdə tutulmuş tələbə uyğun deyildir.

11. Belə olan halda Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli 2-2(107)-55/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin MPMnin 411-ci maddəsinə (bax yuxarıda § 6) uyğun olaraq icraata qəbul edilməsi və bu şikayətə kassasiya məhkəməsində baxılması qeyri-mümkündür.

12. Şərh olunanları nəzərə alaraq və MPM-in 404-1, 408 və 411 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı LPO İddiaçı ASC tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli 2-2(107)-55/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar