Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-486/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı QSC Bank olmayan kredit təşkilatının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, zaminliyə xitam; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, İddiaçı QSC-nin vəkili Vəkil və Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Zaur Əliyevin iştirakları ilə, İddiaçı QSC tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli, 2-2(107)-60/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2019-cu il 14 mart tarixli 211QM/19 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı QSC Bank olmayan kredit təşkilatı (bundan sonra – QSC) 2019-cu il 31 dekabr tarixədək illik 10 faizlə Cavabdeh2 (bundan sonra – Cavabdeh2) tərəfindən əsas və faiz borclarınının 2019-cu il 30 noyabr tarixədək tam ödənilməsi şərti ilə 14.560 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. 2. 2019-cu il 14 mart tarixli 211CT/19 və 14 mart 2019-cu il tarixli 211ZQ/19 nömrəli zaminlik müqavilələrinə əsasən, zaminlər Musayev Yasin Çoban oğlu (bundan sonra – Y.Musayev) və Cavabdeh3 MMC (bundan sonra – MMC) borclu Cavabdeh2 2019-cu il 14 mart tarixli 211QM/19 saylı kredit müqaviləsi üzrə bank qarşısında öhd əliklərinin tam şəkildə icrası üçün üzərlərinə məsuliyyət götürmüşdürlər. 3. 2020-ci il 24 avqust tarixli əsas və faiz borcunun ödənilməsi barədə məlumata əsasən, Cavabdeh2 həmin tarixə 14.560 manat əsas və 1921,99 manat faiz borcu qalmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və MMC-yə qarşı 2021-ci il 15 mart tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 14.560 manat əsas borc, 1921,99 manat faiz borcu olmaqla, cəmi 16.481,99 manat məbləğin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, dənəvər qarğıdalı istehsalı üçün 2019-cu il 31 dekabr tarixədək illik 1 0 faizlə Cavabdeh2 ilə aralarında 2019-cu il 14 mart tarixli 211QM/19 nömrəli kredit müqaviləsi bağlanmış və ona 14.560 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi MMC ilə 2019-cu il 14 mart tarixli 211CT/19 nömrəli, Cavabdeh1 ilə 2019-cu il 4 mart tarixli 211ZQ/19 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin olmuş şəxs kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar borcalanla birlikdə yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair xərclər üçün məsuliyyət daşıyırlar. Lakin, müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyindən, Cavabdeh2 2020-ci il 24 avqust tarixə 14.560 manat əsas, 1921,99 manat faiz borcu yaranmışdır.
6. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 15 apre l tarixli e-2-2(117)-197/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim M.Hüseynov).
7. Həmin məhkəmə bildirmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, müqaviləyə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlə birlikdə iddiaçıya ödəməlidir.
8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə) 385.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 739.1, 739.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. Həmin qət namədən cavabdeh MMC apellyasiya şikayəti verərək onun pul məbləğinin MMC-dən tutulması hissəsində ləğv, iddia tələbinin həmin hissədə rədd edilməsi, QSC ilə MMC arasında bağlanmış 2020-ci il 14 mart tarixli, 211CT/19 saylı zaminlik müqaviləsinə isə xitam verilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli, 2-2(107)-60/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – mübahisələndirilən hissədə, cavabdehlər MMC və Cavabdeh1 münasibətdə ləğv edilmiş, iddia tələbi MMC-yə və Cavabdeh1 aid hissədə rədd edilmişdi (sədrlik edən G.Abbasov, hakimlər E.Hüseynov və M.Əsədli).
11. Apellyas iya məhkəməsi bildirmişdir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı halda, kredit və zaminlik müqavilələri 2019-cu il 14 mart tarixində bağlanmış, kreditin son ödənmə tarixi kimi 2019-cu il 31 dekabr göstərilmişdir. İddia ərizəsi isə məhkəməyə 2021-ci il 15 mart tairixində daxil olmuşdur. Za minliyin təmin etdiyi öhdəliyinin icrası vaxtının çatdığı gündən bir il ərzində QSC zaminlərə qarşı iddia irəli sürmədiyi üçün zaminliyə xitam verilməlidir. Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsə də, iddianın predmeti bölünməz olduğundan, eyni zamanda zamin Cavabdeh1 münasibətdə də iddia qanunla müəyyən edilmiş müddət ərzində irəli sürülmədiyindən məhkəmə kollegiyası gəldiyi nəticəni iddianın həmin hissəsinə də aid etmişdir.
12. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərar ına, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 2004-cü il 11 iyun tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2005-ci il 25 yanvar tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 2020-ci il 14 oktyabr tarixli, 04/2020 nömrəli Qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkə məsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 04 nömrəli Qərarına, Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.2.1, 445.3, 448.1, 448.2, 449.1, 739.2, 470.1, 472.2, 477.0.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 77.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 21 iyun tarixdə iş üzrə tərəflərə göndərilmişdir.
14. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verməklə onun iddianın təmin olunmadığı hissədə ləğv, apelyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh MMC ilə QSC arasında bağlanmış 2019-cu il 14 mart tarixli Zaminlik müqaviləsinin 1.1.-ci bəndinə əsasən, Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 2019-cu il 14 mart tarixli 211 QM/19 saylı kredit müqaviləsi əsasında Borcalana veriləcək 14.560,0 manat kreditlə əlaqədar olaraq Borcalan Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin Borcalan ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən, müqavilə üzrə öhdəliyin icra müddəti Borcalanın Kredit Təşkilatı qarşısında 2019-cu il 14 mart tarixli 211QM/19 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirənədək davam edir. Həmçinin, zaminlik müqaviləsinin 4.1.-ci bəndində yenə də Zaminin Kredit Təşkilatı qarşısında öhdəliyi təsbit olunub. Müqavilənin həmin bəndində göstərilmişdir ki, borcalan zaminliklə təmin olunmuş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin Kredit Təşkilatı qarşısında bu müqavilənin 3-cü bəndində göstərilən Kredit Təşkilatının ilk tələbi ilə, heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və Kredit Təşkilatının filiallarında və digər bank hesablarında olan vəsaitin Kredit Təşkilatı tərəfindən tutulmasına icazə verir. Zaminlik müqaviləsinin mühüm şərtlərindən də göründüyü kimi zamin olaraq həm MMC, həm də Cavabdeh1 Kredit Təşkilatı ilə Borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin tam icrasınadək Kredit Təşkilatı qarşısında məsuliyyəti öz üzərinə götürmüşdürlər. Yəni cavabdehlərin iddiaçı təşkilat qarşısında məsuliyyəti borc öhdə liyinin tam icrasınadək müəyyənləşmişdir. Apellyasiya məhkəməsi isə QSC tərəfindən zaminlərə qarşı iddianın vaxtında verilməməsinin səbəblərini ümumiyyətlə araşdırmamış, iddia müddətinin tətbiqi ilə bağlı zaminlərin ərizəsinin olmadığına baxmayaraq QSC-nin onlara qarşı iddia müddətini ötürməsinə və zaminlik müqavilələrinə xitam verilməsinə dair düzgün olmayan nəticəyə gəlmişdir.
16. Həmçinin, QSC ilə “Borcalan” qismində Cavabdeh2 və "xxxx" qismində MMC arasında bağlanmış 2019-cu il 14 mart tarixli 211 QM/19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 kredit tranşları əsasında 2019-cu il 18 mart tarixdə 9027,0 manat, 2019-cu 20 may il tarixdə 2912,0 manat, 2019-cu il 9 avqust tarixdə isə 2621,0 manat məbləğində kredit vermişdir. Yəni kredit müqaviləsi üzrə borclar bir neçə tranşda verilmişdi r ki, son tranş üzrə kreditin verilməsi 2019-cu il 9 avqust tarixə təsadüf edir. Kredit müqaviləsi üzrə kreditlərin tranşlarla, yəni hissə-hissə verilməsini nəzərə alsaq, 9 ay müddətinə verilmiş kredit borcunu son ödəmə müddəti 2020-ci ilin may ayında başa çatır. Apellyasiya məhkəməsi bununla bağlı araşdırma aparsa idi, 1 il müddətin həmin tarixdən hesablamalı olduğu aydın olardı. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
17. Məhkəmə kollegiyası iclasında iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş, məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyası iclasında cavabdeh MMC- nin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə etiraz etmiş, şikayətin formal mülahizələrdən ibarət olduğunu qeyd etməklə onun təmin olunmamasını xahiş etmişdir.
19. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında nümayəndə və ya vəkilin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdirlər.
20. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
21. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə digər cavabdehlərin iştirakı olmadan ba xılmasını mümkün hesab etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
22. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarını qismən mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməs ini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi ha lları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 4 48.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəy yənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit ora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etmə lidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəm ə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
27. İş materiallar ını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
28. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi QSC tərəfindən zaminlərə qarşı iddianın vaxtında verilməməsinin səbəblərini ümumiyyətlə araşdırmamış, cavabdehlərin iddia müddətinin tətəbiqinə dair ərizə vermədiyinə baxmayaraq, QSC-nin zaminlərə qarşı iddia müddətini ötürməsinə və zaminlik müqavilələrinə xitam verilməsinə dair düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, kredit tranşlar üzrə verilmiş, son tranş üzrə kreditin verilməsi 2019-cu il 9 avqust tarixə təsadüf etmişdir. Bu səbəbdən, 9 ay müddətinə verilmiş kredit borcunun son ödəmə müddəti 2020-ci ilin may ayında başa çatmalı idi.
29. İş materiallarından göründüyü kimi tərəflər arasında 14 mart 2019-cu il tarixli kredit və zaminlik müqavilələri bağlanmışdır (bax § 1,2).
30. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
31. Məhkəm ə kollegiyası hesab edir ki, Mülki Məcəllənin zaminliyə xitam verilməsi əsaslarının müəyyən olunduğu 477-ci maddəsinin Məcəllənin 24-cü fəslində, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 447-ci maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması zaminliyə müqavilədə göstərilmiş onun verilmə müddəti bitdikdən sonra, kreditor tərəfindən zaminə qarşı iddianın irəli sürülmədiyi halda öhdəliyin icrası vaxtının çatdığı tarixdən bir il ərzində, əsas öhdəliyin icrası müddəti bəlli olmadıqda isə zaminlik müqaviləsinin bağlandığı tarixdən iki il ərzində xitam verilməsini nəzərdə tutmuşdur. Zaminliyə göstərilən müddətlər ərzində xitam verilməsi isə onu göstərir ki, həmin müddət keçdikdən sonra kreditor zaminə qarşı iddia qaldırmaq hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Mürsəlovun şikayəti üzrə Azərbaycan R espublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2020-ci il 12 mart tarixli Qərarına əsasən, iddia müddətindən fərqli olaraq kəsici müddətin tətbiqi tərəflərin iradəsinin asılı olmamaqla birbaşa məhkəmənin səlahiyyətinə aiddir.
33. Hazırki halda, kredit və zaminlik müqavilələri 2019-cu il 14 mart tarixdə bağlanmış, öhdəliyin son icra günü kimi isə 2019-cu il 30 noyabr tarixi göstərilmişdir. Belə olan halda, iddiaçı məhkəməyə öhdəliyin müqavilə ilə müəyyən edilmiş son icra tarixindən bir ildən artıq vaxt keçdikdən sonra, yəni 2021-ci il 15 mart tarixdə iddia ərizəsi ilə müraciət etdiyindən, apellyasiya məhkəməsi yuxarıda göstərilən maddi hüquq normasının tələbinə əsasən zaminliyə xitam verməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsində borcalanın aldığı krediti faizləri ilə birlikdə 2019-cu il 30 noyabr tarixdən gec olmamaqla tam həcmdə ödənilməsi nəzərdə tutulduğundan iddiaçının kassasiya şikayətinin kredit məbləğinin tranşlar üzrə verilməsi səbəbindən zaminliyə xitam verilə bilməməsinə dair dəlili də əsaslı olmamıdır.
34. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkl ə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
35. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s.aiddir.
36. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
37. MPM-in sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişd ir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
38. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, iddiaçı zaminlərə qarşı iddia tələbi ilə məhkəməyə hansı səbəblərdən vaxtında müraciət edilə bilməməsinə dair hər hansı mötəbər sübutlarını təqdim edə bilməmişdir.
39. Məhkəmə kol legiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.
40. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli, 2-2(107)-60/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
41. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
42. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasi ya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli, 2-2(107)-60/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.