Məhkəmə qərarları › İş №2-2(102)-487/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-487/2019

30.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-487/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı-nin Cavabdeh-yəqarşı iş üzrə QƏRAR Açar söz: borcun tutulması Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq xxxxasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı-nin Cavabdeh-yə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 19 fevral 2019-cu il tarixli, 2-2(103)-25/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 30 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı-nin Cavabdeh-yə qarşı Cavabdeh-dən İddiaçı-nin xeyrinə 11732,71 manat borc məbləği və ödənilmiş 20 manat dövlət rüsumu tutulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəfələrlə dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 03 dekabr 2009-cu il tarixli, 7318 №-li müqavilə üzrə 14324,67 AZN, 03 dekabr 2009-cu il tarixli, 196 №-li müqavilə üzrə 1739,28 AZN, 12 may 2011-ci il tarixli, 8223 nömrəli müqavilə üzrə 152,59 AZN olmaqla, cəmi 16216,54 manat borc məbləğinin tutulmasıbarədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 07.11.2017-ci il tarixli iş № 2-2(81)-369/2017, (sədrlik edən hakim İ.Əhmədov) qətnaməsi iləiddia tələbinin təmin edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 07.11.2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, iddia tələblərinin qismən təmin edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 01.05.2018-ci il tarixli iş № 2-2(103)-320/2018 (hakimlər V.Ağayev - sədrlik edən və məruzəçi, A.Nuriyeva vəC.Yusifov) qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdiril mədən qüvvədə saxlanılması qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 01.05.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 23.10.2018-ci il tarixli iş № 2-2(102)-371/2018 (hakimlər X.Məmmədov - sədrlik edən və məruzəçi, A.Hüseynov vəR.Nəbizadə) qərarı ilə cavabdehin kasasiya şikayətinin təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin01.05.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 19.02.2019-cu il tarixli iş № 2 -2(103)-25/2019 (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, V.Baxışova vəH.Həmidov) qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli, 2-2(81)-369/2017 saylı qətnaməsinin Cavabdeh-dən 13574,88 AZN borc məbləğinin və ödənilmiş 20 AZN dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün birinci əsas odur ki, apelyasiya instansiya məhkəməsi özündən yuxarı instansiya məhkəməsinin göstərişlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmə hazırkı iş üzrə birinci dəfə işə baxmış apelyasiya məhkəməsinin qətnaməsini ləğv edərkən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi barədə konkret göstəriş vermişdir. Lakin işə ikinci dəfə baxan apelyasiya məhkəməsi, Ali Məhkəmənin bu göstərişinə heç bir əhəmiyyət verməmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir. Hələ birinci instansiya məhkəməsində iş üzrə məhkəmə baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin ekspert ekspertizanın keçirilməsi üçün ilk öncə audit yoxlamasının keçirilməsi lazım olduğunu bildirməklə, rəy vermədən işi geri qaytarmışdır. Lakin sonradan onun dəfələrlə vəsatətlər verməyinə, həmçinin Ali Məhkəmənin öz qərarında göstəriş verməsinə baxmayaraq, iş üzrə ilkin audit yoxlamasının keçirilməsi və bu audit yoxlaması nəticələri əsasında məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi təmin edilməmişdir. Halbuki, tərəflər arasında borc məbləği ilə bağlı çox ciddi fikir ayrılıqları mövcuddur. Belə ki, iş materiallarından da məlum olduğu kimi, borc məbləği bir neçə müxtəlif müqavilələr üzrə yaranmışdır. Həmçinin, həm iddiaçı, həm də cavabdeh iş materiallarına borc məbləği ilə bağlı maliyyə arayışları və açıqlamalar təqdim etmişlər. Qətnamənin ləğv edilməsi üçün ikinci əsas odur ki, iş üzrə apelyasiya instansiyasında məhkəmə araşdırması davam edərkən, tərəfindən İddiaçı-yə olan borc məbləğindən xeyli vəsait ödənilmişdir. Belə ki, tərəfindən aparılmış he sablamalara əsasən, İddiaçı-yə olan borc məbləği təqribən 9529,10 manat təşkil edir. Lakin bu barədə tərəfindən məhkəməyə bildirilsə də məhkəmə bu hala heç bir əhəmiyyət verməmiş, ödənilmiş məbləğlərin borc məbləğindən çıxılması ilə bağlı hər hansı tədbir görməmişdir. Halbuki, apelyasiya instansiyası məhkəməsi həm də bu halı - yəni, cavabdeh tərəfindən məhkəmə araşdırması gedən dövrdə borc məbləğindən ödənişlər etməsini əsas götürərək, iş üzrə məhkəmə- mühasibatlıq ekspertizası təyin etməli idi. Çünki hal-hazırda, ümumiyyətlə iş üzrə Cavabdeh-nin iş üzrə İddiaçı-yə borcunun olubolmaması məsələsi şübhə altındadır. Ona görə ki, cavabdeh tərəfindən məhkəmə araşdırması başlanan gündən daim mütəmadi ödənişlər edilmişdir ki, məhkəmələr tərəfindən həmin ödənilmiş vəsaitlərin borc məbləğindən çıxı laraq, əsl borc məbləğinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2-2(103)-25/2019 saylı qətnaməsinin ləğv edilərək, işin təkrar apelyasiya baxışına göndərilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, işin təkrar apelyasiya baxışına göndərilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 19 fevral 2019-cu il tarixli qə tnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 19 fevral 2019-cu il tarixli, 22(103)-25/2019 saylı qətnamə ilə, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli, 2-2(81)-369/2017 saylı qətnaməsinin Cavabdeh-dən 13574,88 AZN borc məbləğinin və ödənilmiş 20 AZN dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Mülki Məcəllənin 390.1, 390.2, 398.1, 399.1, 425.1, 442, 445.2.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq təmin edilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası m əhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi və həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti ilə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kasasiya şikayətindəki göstərdiyi dəlilləri əsaslıdır. Belə ki, ilk öncə qeyd edilməlidir ki, hazırkı iqtisadi mübahisə üzrə başlanmış iş artıq bir dəfə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının məhkəmə baxışında olmuş və həmin məhkəmə baxışının nəticələrinə dair Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 23 oktyabr 2018-ci il tarixli, 2-2(102)371/2018 saylı qərar qəbul etmişdir. Sözügedən qərarla cavabdehin kasasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-230/2018 saylı iş üzrə 01 may 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının adıçəkilən 23 oktyabr 2018-ci il tarixli, 2-2(102)371/2018 saylı qərarının “Əsaslandırıcı hissəsində” qeyd edilmişdir ki, “İddianın təmin edilməli olduğuna dair mövqeyini apelyasiya məhkəməsi onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə münasibətlərinin olması və cavabdehin iddiaçıya 16216,54 manat borcunun olması işin mübahisəsiz halıdır. Başqa sözlə, iddiaçı tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasını və 16216,54 manat pulun İddiaçı-yə ödənilməməsini sübut edə bilmişdir. Cavabdeh isə öz növbəsində iddiaçı ilə müqavilə münasibətlərində olduğunu qəbul etsə də, borcunun qalıq məbləğinin iddia edildiyi kimi 16216,54 manat yox, 12886,59 manat olduğ unu bildirir. Beləliklə, tərəflər arasında mübahisə müqavilələrdən irəli gələn göstərilmiş xidmətlərə görə borcun qalıq məbləği ilə bağlıdır. Kollegiya hesab edir ki, apelyasiya məhkəməsi mübahisə üzrə qalıq borcun məbləğinə dair faktiki halları müəyyənləşdirərkən Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Həmin maddəyə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apelyasiya məhkəməsi qalıq borcun məbləğinin 16216,54 manat təşkil etməsi ilə bağlı gəldiyi qənaətini yalnız iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına istinadla əsaslandırmışdır. Halbuki, cavabdeh də eyni dəyərə malik sənəd olan maliyyə arayışı təqdim etməklə borcun qalıq məbləğinin 12886,59 manat olduğunu bildirmişdir. Apelyasiya məhkəməsi isə hər hansı qaydada əsaslandırmadan iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışındakı məlumatları borcun qalıq məbləği kimi qəbul etmişdir. Bu halda, nəyə görə iddiaçının təqdim etdiyi maliyyə arayışının mötəbər sübut kimi qəbul edildiyi, bunun əksinə olaraq, cavabdehin təqdim etdiyi maliyyə arayışının isə mötəbər sübut kimi qəbul edilməsinin mümkün olmadığı qeyri-müəyyən olaraq qalmışdır. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, tərəflər arasındakı mübahisəli məsələ Mülki Prosessual Məcəllədə təsbit edilmiş sübutetmə yükünün bölüşdürülməsi qaydasında həll olunmalıdır. Buna görə, borcun qalıq məbləğinin məhz 16216,54 manat təşkil etməsi ni sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə sübutetmə isə sadəcə maliyyə arayışı verməklə yox, həm də orada göstərilənləri təsdiq edən müvafiq sübutlar təqdim etməklə həyata keçirilməlidir. Həmin sübutlar isə öz növbəsində məhkəmə tərəfindən sübutların aidiyyətinə, mümkünlüyünə və mötəbərliyinə dair qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymətləndirilməlidir. Hazırkı halda isə apelyasiya məhkəməsi borcun qalıq məbləği ilə bağlı faktiki halları sözügedən qaydada sübutların qiymətləndirilməsini həyata keçirmədən müəyyən etmiş, bununla da, prosessual hüquq normalarının tələblərini pozmuşdur”. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şə rh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Lakin xüsusi olaraq qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qərarında şərh edilən yuxarıda yazılmış və apelyasiya instansiyası məhkəməsi üçün məcburi xarakter daşıyan göstərişlər apelyasiya instansiyası məhkəməsi tərəfindən faktiki şəkildə ümumiyyətlə nəzərə alınmamışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsinin “Əsaslandırıcı hissəsində” göstərilmişdir ki, “16 iyun 2017-ci il tarixli 729 nömrəli maliyyə arayışından görünür ki, “xxxx” ASC, Cavabdeh (**********) və İddiaçı ilə bağlanmış 03 dekabr 2009-cu il tarixli 7318 saylı və 8223 saylı müqavilələr üzrə aşağıda göstərilən vaxt dövrləri üçün Cavabdeh (**********) t ərəfindən İddiaçı-yə ödənilməli olan borc məbləğləri, 16 iyun 2017-ci il tarixə cəmi ödənilmiş məbləğ 41538,24 AZN (ƏDV daxil olmaqla) ümumi ödənilməli məbləğ 57152,07 (ƏDV daxil olmaqla), 16 iyun 2017-ci il tarixə yaranmış ödənilməyən borc məbləği: 15613,83 AZN (ƏDV daxil olmaqla). Cavabdeh tərəfindən təqdim edilən 11.02.2019-cu il tarixli, 656 nömrəli maliyyə arayışından görünür ki, “xxxx” ASC, Cavabdeh (**********) və İddiaçı ilə bağlanmış 03 dekabr 2009-cu il tarixli 7318 saylı, 196 saylı və 8223 saylı müqavilələr üzrə 01 iyun 2017-ci il tarixinə göstərilən vergi hesab fakturalar üzrə Cavabdeh-nin borcunun ümumi məbləği 10245,03 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavil ələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Mülki Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Cavabdeh müqavilədən irəli gələn vəzifəsini icra etməmişdir, yəni göstərilmiş xidmətin pulunu ödəməmişdir”. Beləliklə, apelyasiya instansiyası məhkəməsi “Cavabdeh müqavilədən irəli gələn vəzifəsini icra etm əmişdir, yəni göstərilmiş xidmətin pulunu ödəməmişdir” qənaətinə gələrkən yenə yalnız iddiaçının 16 iyun 2017-ci il tarixli 729 nömrəli maliyyə arayışına əsaslanır və digər hər hansı bir mötəbər sübuta istinad etmir. Apelyasiya instansiyası məhkəməsinin belə hüquqi mövqeyi, yəni, həm iddiaçının, həm cavabdehin arayışlarının sübut olaraq eyni hüquqi qüvvəyə malik olmasına baxmayaraq, məhz iddiaçının arayışına üstünlük verməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olmaması ilə yanaşı hər hansı bir hüquqi meyara əsaslanmır. Eyni zamanda yuxarıda artıq qeyd edildiyi kimi Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qərarında da sözügedən məsələyə xüsusi diqqət yetirilərək göstərilmişdir ki, “Apelyasiya məhkəməsi qalıq borcun məbləğinin 16216,54 manat təşkil etməsi ilə bağlı gəldiyi qənaətini yalnız iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına istinadla əsaslandırmışdır. Halbuki, cavabdeh də eyni dəyərə malik sənəd olan maliyyə arayışı təqdim etməklə borcun qalıq məbləğinin 12886,59 manat olduğunu bildirmişdir. Apelyasiya məhkəməsi isə hər hansı qaydada əsaslandırmadan iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışındakı məlumatları borcun qalıq məbləği kimi qəbul etmişdir. Bu halda, nəyə görə iddiaçının təqdim etdiyi maliyyə arayışının mötəbər sübut kimi qəbul edildiyi, bunun əksinə olaraq, cavabdehin təqdim etdiyi maliyyə arayışının isə mötəbər sübut kimi qəbul edilməsinin mümkün olmadığı qeyri-müəyyən olaraq qalmışdır”. Bütün yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti t əmin edilməli, apelyasiya instansiyası məhkəməsi 19 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418–420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli, 2-2(103)25/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar