Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-487/2024 02.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – kassasiya şikayətinə vəkilin orderi əlavə edilmədikdə və kassasiya şikayəti vəkil tərəfindən imzalanmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı kredit borcunun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 iyun tarixli 2-2(103)-241/2024 nömrəli qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC” (bundan sonra – “iddiaçı”) Cavabdeh1 və Cavabdeh2 MMC-yə (bundan sonra – “cavabdehlər”, ayrı – ayrılıqda “Cavabdeh1” və “MMC”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada DCL00082183-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 61.705,55 manat əsas borc, 845,02 manat faiz borcu, 16.938,08 manat cərimə borcu olmaqla, cəmi 79.633,65 manat məbləğində borc, mediasiya prosesi üçün ödənilmiş 400 manat məbləğində xidmət haqqı tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi r.
2. Bakı Kommersiyа Məhkəməsinin 2023-cü il 16 noyabr tarixli e-2-2(113)-5135/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən birgə qaydada DCL00082183-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 61.705,55 manat əsas borc, 845,02 manat faiz borcu, 2.449,43 manat cərimə borcu olmaqla, cəmi 65.000 manat borcun və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – E.Əliyev).
3. Qətnamədən iddiaçı və cavabdeh MMC ayrı-ayrılıqda həmin apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 aprel tarixli 2-2(103)-241/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).
4. Cavabdeh MMC-nin həmin qətnamədən verdiyi kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 iyun tarixli 2-2(103)241/2024 nömrəli qərardadı ilə geri qaytarılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – Z.Şirinov və R.Qurbanov).
5. Cavabdeh MMC bu qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını, kassasiya şikayətinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 6. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlayışlar 1.1 Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir:... 1.1.5.Gücləndirilmiş elektron imza (bundan sonra - gücləndirilmiş imza) imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza;... 1.1.15. Elektron sənəd – elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontent;... 1.1.18. Sertifikatlaşdırılmış elektron imza vasitələri - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələri;...” “Maddə
6. Elektron imzanın dövlət idarəçiliyi sahəsində istifadəsi 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəet mə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. …”
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması … 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həy ata keçirilir. … 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. …” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …” "Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayə ti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsum unun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab vermədiyindən qeyrimümkün hesab edilməli və icraata qəbul edilməməlidir.
9. MPM-in 407.3 və 407.4-cü maddələrinə əsasən, kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin oderi əlavə edilməlidir (bax - § 7). 10. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş şikayətlər həm kassatorun özü (onun qanuni nümayəndəsi və ya nümayəndəsi), həm də vəkil tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanmalıdır (qeyd edilən funksionallıq (dəyişiklik) 2022ci il 1 oktyabr tarixindən istifadəyə verilmişdir).
11. Belə ki, MPM-in 10-1.3, 10-1.7-ci və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.1.5, 1.1.15, 1.1.18 və 6.1-ci maddələrinin tələblərindən də göründüyü kimi, qanunverici dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində, o cümlədən onun tərkib hissəsi kimi “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd kimi istisnasız olaraq sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə gücləndirilmiş elektron imza ilə rəsmiləşdirilmiş sənəd hesab etmişdir (bax - § 6-7)
12. Hazırkı kassasiya şikayəti cavabdeh MMC-nin nümayəndəsi kimi direktoru tərəfindən elektron qaydada imzalansa da, vəkil tərəfindən tərtib edilməmiş (elektron imzalanmamış) və şikayətə vəkil orderi əl avə edilməmişdir.
13. MPM-in 408.1.1 və 408.1.3-cü maddələrində kassasiya şikayətinin vəkil tərəfindən imzalanmadığı və şikayətə vəkilin orderi əlavə edilmədiyi halda qaytarılması nəzərdə tutulmuşdur (bax - § 7).
14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinadən o da qeyd olunmalıdır ki, müvafiq daxili qanunvericiliklə Ali Məhkəməyə ona gələn işləri filtrdən keçirmək imkanı yaradıldığı halda, onun aşağı instansiya məhkəmələrinin Ali Məhkəməyə müraciət etmək hüququ ilə əlaqədar səhvlərilə bağlı olmasını qəbul etmək çətin olar. Əks mövqeyin qəbul edilməsi Ali Məhkəmənin işinə ciddi şəkildə mane ola bilər və Ali Məhkəmənin xüsusi rolunu yerinə yetirməsini qeyri-mümkün edər. Avropa Məhkəməsinin presedent hüququnda artıq təsdiq edilmişdir ki, Ali Məhkəmənin öz yurisdiksiyasını müəyyən etmək səlahiyyəti bu şəkildə məhdudlaşdırıla bilməz (№ 2(102)-2496/2023 [qərardad], 18 may 2023-cü il, § 27, müvafiq istinadlarla).
15. Hər bir halda kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini yoxlamaq vəzifəsi ilk növbədə apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası qanunla müəyyən edilmiş vəzifələrini lazımınca yerinə yetirməmiş və kassasiya şikayətinin mümkünlüyünü düzgün yoxlamadan iş materialları ilə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərmişdir.
16. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qanunla müəyyən olunmuş qaydada verilmədiyi üçün icraata qəbul edilə bilməz. Buna görə də, geri qaytarılması üçün işlə birlikdə apellyasiy a instansiyası məhkəməsinə göndərilməlidir.
17. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 iyun tarixli 2-2(103)-241/2024 nömrəli qərardadından verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina edilsin.