Məhkəmə qərarları › İş №2-2(102)-488/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-488/2023

16.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-488/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Gənclərin X3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: əmlaklara dair sənədlərin təhvil verilməsi və zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər X7 və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Gənclərin X3 Cavabdehnə qarşı “nəqliyyat vasitələri, avadanlıqların, həmin əmlaklara dair sənədlərin təhvil verilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya K ollegiyasının 2023-cü il 25 may tarixli 2-2(103)-235/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I.İŞİN HALLARİ 1. 2014-cü il 27 iyun tarixli, 040/14-GM-S nömrəli müqaviləyə və 1 №-li əlavəyə əsasən Cavabdeh MMC İddiaçı Gənclərin X3 tərəfindən seçilmiş 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı satmağı, sonuncu isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin məbləği ƏDV ilə birgə 180.900 manat müəyyən olunmuşdur. 2. 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli müqaviləyə və 1 №-li əlavəyə əsasən Cavabdeh MMC İddiaçı Gənclərin X3 tərəfindən seçilmiş 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” satmağı, sonuncu isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin məbləği ƏDV ilə birgə 132.500 manat müəyyən olunmuşdur. 3. 2015-ci il 2 noyabr tarixli, 072/15-GM-S nömrəli müqavilənin, müqaviləyə və 1 №- li əlavəyə əsasən Cavabdeh MMC İddiaçı Gənclərin X3 tərəfindən seçilmiş 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyəci, 1 ədəd “Doosan DX35” modelli kiçik həcimli ekskavator, 1 ədəd “Doosan” modelli işiq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyəci, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləyici və 3 ədəd “X10” modelli avtobus satmağı, sonuncu isə əmlakın dəyərini ödəməyə öhdəsinə götürmüş, müqavilənin məbləği ƏDV ilə birgə 663.000 manat müəyyən olunmuşdur. 4. 2015-ci il 5 noyabr tarixli 188706 nömrəli, 2014-cü il 4 iyul tarixli 512463 nömrəli və 2015-ci il 27 iyul tarixli qaimə-fakturaların surətlərinə əsasən, 2014-cü il 27 iyun tarixli, 040/14-GM-S nömrəli, 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli və 2015-ci il 2 noyabr tarixli, 072/15-GM-S nömrəli müqavilələrdə göstərilən texnika və avadanlıqlar Cavabdeh MMC tərəfindən İddiaçı Gənclərin X2 təhvil verilmişdir. 5. 2015-ci il 12 noyabr tarixli, ÇBT/3 seriyalı, 974452 nömrəli qaimə-fakturaya əsasən 1 ədəd “NEW HOLLAND B115”, 1 ədəd "NEW HOLLAND B110”, 1 ədəd “AUGER TR700” və 1 ədəd “QİRİCİ GB5” markalı nəqliyyat vasitələri və avadanlıq, 2015-ci il 12 noyabr tarixli ÇBT/3 seriyalı, 974453 nömrəli qaimə-fakturaya əsasən, 1 ədəd “DOOSAN DX 140 W’ təkərli ekskavator və 1 ədəd “AUGER” markal avadanlıq, 2015-ci il 12 noyabr tarixli ÇBT/3 seriyalı, 974454 nömrəli qaimə-fakturaya əsasən 2 ədəd “DOOSAN DİST 300 FRONTAL YÜKLƏYİCİ”, 1 ədəd “DOOSAN DX35” kiçik həcmli ekskavator, 1 ədəd DOOSAN modelli işıq qülləsi, 1 ədəd “NEW HOLLAND LM1745" teleskop yükləyici, 4 ədəd “NEW HOLLAND L215” kiçik həcmli yükləyici və 3 ədəd "X10” markalı avtobus, 2015-ci il 12 noyabr tarixli ÇBT/3 seriyalı, 974455 nömrəli qaimə-fakturaya əsasən 1 ədəd “DOOSAN DX 140 W’ tırtıllı ekskavator İddiaçı Gənclərin X3 tərəfindən "xxxx" MMC-nə təhvil verilmişdir. 6. "xxxx" MMC (Sifarişçi) ilə İddiaçı Gənclərin X3 (İcraçı) arasında bağlanmış 01-14MMC saylı 2013-cü il tarixli müqavilənin 2.1-ci bəndinə əsasən əsasən "xxxx" MMC madditexniki bazasının gücləndirilməsi, xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınması, külək elektrik stansiyalarına, günəş elektrik stansiyalarına texniki xidmət göstərilməsi, ehtiyat hissələrinin alınması və avtonəqliyyat vasitələrinin alınması işlərinin satın alınması üçün İddiaçı Gənclərin X1 ƏDV daxil olmaqla 1.410.000 manat məbləğində təklifini qəbul etmişdir.

7. İddiaçı tərəfindən "xxxx" MMC-yə göndərilmiş 2013-cü il 30 dekabr tarixli 26 saylı hesab-fakturaya əsasən 01-14 MMC saylı müqavilənin şərtlərinə əsasən avtonəqliyyat vasitələrinin, maddi texniki baza üzrə xüsusi təyinatlı nəqliyyat vasitələri və avadanlıqların, külək və günəş enerjisi stansiyalarının texniki xidmətinin, EİS-in ehtiyat hissələrinin dəyəri olan 1.410.000 manat vəsaitin ödənilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən "xxxx" MMC-yə 2013-cü il 30 dekabr tarixli 705679 saylı elektron hesab-faktura da göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏM Ə AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı Gənclərin X3 (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" MMC (əvvəlki adı Cavabdeh MMC) (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 13 iyun tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək alınmış texnikanın sənədlərinin müqavilələrdə göstərilən həcmdə cavabdehdən alınaraq ona təqdim edilməsi, həmçinin, sonuncudan əldən çıxmış fayda olaraq 148.500 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 3 alqı-satqı müqaviləsi bağlanmışdır. 2014-cü il 27 iyun tarixli, 040/14-GM-S nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən seçilmiş 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı satmağı, iddiaçı isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2.3-cü bəndinə əsasən müqavilənin məbləği ƏDV ilə birgə 180.900 manat təşkil etmiş, 2.1.1-ci bəndinə əsasən iddiaçı əmlakın dəyərini 2014-cü il 30 iyun tarixində tam ödəmişdir. Alınmış əmlakın iddiaçıya təqdim edilməsinə baxmayaraq 2014cü il 4 iyul tarixindən başlayaraq həmin əmlakın sənədləri hal – hazıra kimi heç bir səbəb göstərilmədən təqdim edilməmişdir. 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən seçilmiş 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” satmağı, iddiaçı isə əmlakın dəyərini ödə məyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2.3-cü bəndinə əsasən müqavilənin məbləği ƏDV ilə birgə 132.500 manat təşkil etmiş, 2.1.1-ci bəndinə əsasən iddiaçı əmlakın dəyərini 2015-ci il 31 avqust tarixində tam ödəmişdir. Alınmış əmlakın iddiaçıya təqdim edilməsinə baxmayaraq 2015-ci il 27 iyul tarixindən başlayaraq həmin əmlakın sənədləri hal – hazıra kimi heç bir səbəb göstərilmədən təqdim edilməmişdir. 2015-ci il 2 noyabr tarixli, 072/15-GMS nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən seçilmiş 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyəci, 1 ədəd “Doosan DX35” modelli kiçik həcimli ekskavator, 1 ədəd “Doosan” modelli işiq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyəci, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləyici və 3 ədəd “X 10” modelli avtobus satmağı, iddiaçı isə əmlakın dəyərini ödəməyə öhdəsinə götürmüşdür. Müqavilənin 1.2.3-cü bəndinə əsasən müqavilənin məbləği ƏDV ilə birgə 663.000 manat təşkil etmiş, 2.1.1-ci bəndinə əsasən iddiaçı əmlakın dəyərini 2018-ci il 6 aprel tarixində tam ödəmişdir. Alınmış əmlakın iddiaçıya təqdim edilməsinə baxmayaraq 2015-ci il 5 noyabr tarixindən başlayaraq həmin əmlakın sənədləri hal-hazıra kimi heç bir səbəb göstərilmədən təqdim edilməmişdir. Müqavilələrin 2.2 və 3.3-cü bəndlərinə əsasən cavabdeh əmlakın dəyəri ödənildiyi gündən 3 gün ərzində əmlakın özünü sənədlərlə birlikdə (zavod istehsalçının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyyat hissələri və alətləri) təhvil-təslim aktı ilə iddiaçıya təqdim etməli idi. Dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq cavabdeh sənədləri təqdim etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli qərarına əsasən (Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında) iddiaçı alınmış əmlakları qeydiyyatdan keçirməli idi və yalnız bundan sonra onda həmin əmlaklardan istifadə etmək hüququ yaranmış olardı. Lakin sənədlər təqdim edilmədiyinə görə iddiaçı aldığı əmlakları bu günə qədər qeydiyyatdan keçirə və istifadə edə bilməmişdir. Bununla bağlı İddiaçıya külli miqdarda zərər dəymişdir. Bazar iqtisadiyyatı prinsiplərini nəzərə alaraq qarşılıqlı razıla şma yolu ilə ən aşağı qiymətlər ilə icarəyə verilsə idi, iddiaçı 1.485.000 manat fayda əldə edə bilərdi.

10. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış nəqliyyat vasitələri və avadanlıqların alınması barədə 2014-cü il 27 iyun tarixli, 040/14-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı nəqliyyat vasitələrinin, 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” markalı nəqliyyat vasitələri, 2015-ci il 2 noyabr tarixli 072/İ5-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyəci, 1 ədəd “Doosan DX35” modelli kiçik həcimli ekskavator, 1 ədəd “Doosan” modelli işiq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyəci, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləyici və 3 ədəd “X10” markalı avtobusun və həmin əmlaklara aid texniki sənədlərin cavabdehdən alınaraq iddiaçıya verilməsi, əmlaklar və onlara aid texniki sənədlərin təhvil verilməməsinə görə 1.485.000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, müqavilələr üzrə alıcı tərəfindən satıcıya əmlakın dəyəri tam ödənilmiş, əmlak və ona aid texnik i sənədlər iddiaçıya təhvil verilməmişdir. Belə ki, əmlak iddiaçıya deyil, tamamilə başqa şəxsə "xxxx" MMC-yə təhvil verilmişdir.

12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21-ci maddəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarına istinad edilmişdir.

13. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Etiraz belə əsasladırılmışdır ki, mübahisə predmeti olan müqavilələr üzrə tərəflər arasında imzalanmış və möhürlənmiş rəsmi təhvil-təslim aktları mövcuddur. Həmin təhviltəslim aktları iddiaçı tərəfindən tələb olunan bütün sənədlərin təqdim edilməsini təsdiq etmişdir. Çünki müqavilələrin 3.3-cü bən dinə əsasən, satıcı (cavabdeh) əmlakın təhvil verilməsi ilə eyni zamanda alıcıya (iddiaçı) aşağıdakı sənədləri təqdim edir: Zavod istehsalçısının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyyat hissələri və alətləri. Qeyd olunan sənədlərdən hər hansı birinin alıcıya təqdim edilməməsi əmlakın tam göndərilməməsi sayılır və alıcının təhvil-təslim aktını imzalamaqdan imtinası üçün əsasdır. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı qeyd etdiyi məbləğdə maddi itkilərə məruz qalmışdırsa, təhvil-təslim aktlarının təsdiq edildiyi müddətdən bugünə qədər (7-8 il ərzində) məhkəməyə müraciət etməməsi iddianın əsaslılığı barədə sual doğurur. Bundan başqa, tələb üzrə iddia müddəti də ötürülmüşdür. Belə ki 2014-ci il 27 iyun tarixli, 040/14-GM-S nömrəli müqavilə üzrə təhviltəslim aktı hər iki tərəfin rəsmi möhürü və rəhbər şəxslərin imzası ilə 2014-cü il 24 iyul tarixində, 2014-ci il 27 iyun tarixli, 062/14-GM-S nömrəli müqavilə üzrə təhvil-təslim aktı hər iki tərəfin rəsmi möhürü və rəhbər şəxslərin imzası ilə 2015-ci il 27 iyul tarixində, 2015-ci il 2 noyabr tarixli, 072/15- GM-S nömrəli müqavilə üzrə təhvil-təslim aktı hər iki tərəfin rəsmi möhürü və rəhbər şəxslərin imzası ilə 2015-ci il 5 noyabr tarixində təsdiq edilmişdir.

15. Birinci instansiya məhkəməsində 2022-ci il 7 oktyabr tarixində keçirilən məhkəmə iclasında "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

16. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, 2014-cü il 27 iyun tarixli, 040/14GM-S nömrəli, 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli və 2015-ci il 2 noyabr tarixli, 072/15-GM-S nömrəli müqavilələr üzrə cavabdehdən tələb etdiyi nəqliyyat vasitələri və avadanlıqlar iddiaçıya verilmişdir. Belə ki, "xxxx" MMC ilə iddiaçı arasında 2013-cü il 30 dekabr tarixində 01-14-MMC nömrəli müqavilə bağlanmış və həmin müqavilənin predmeti "xxxx" MMC-nin maddi texniki bazasının gücləndirilməsi, avtonəqliyyat vasitələrinin alınması, bunun müqabilində "xxxx" MMC iddiaçıya ƏDV daxil olmaqla 1.410.000 manat pulun ödənilməsini təmin etmişdir. Həmin müqavilə əsasında iddiaçı "xxxx" MMC-yə ƏDV daxil olmaqla 1.410.000 manat dəyərində hesab faktura, habelə 2013-cü il 30 dekabr tarixli, HG seriyalı, 705679 nömrəli elektron vergi hesab-fakturası təqdim etmişdir. Bundan sonra isə müvafiq nəqliyyat vasitələri və avadanlıqların iddiaçı tərəfindən "xxxx" MMC-yə təhvil verilməsi nəzərdə tutlmuşdur. Belə ki, 2015-ci il 12 noyabr tarixli, ÇBT/3 seriyalı, 974452 nömrəli qaimə-fakturaya əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə təhvil verilməli 1 ədəd “NEW HOLLAND B115”, 1 ədəd "NEW HOLLAND B110”, 1 ədəd “AUGER TR700” və 1 ədəd “QİRİCİ GB5” markalı nəqliyyat vasitələri və avadanlıq, 2015-ci il 12 noyabr tarixli ÇBT/3 seriyalı, 974453 nömrəli qaimə-fakturaya əsasən, iddiaçı tərəfindən "xxxx" MMC-yə təhvil verilməli 1 ədəd “DOOSAN DX 140 W’ təkərli ekskavator və 1 ədəd “AUGER” markal avadanlıq, 2015-ci il 12 noyabr tarixli ÇBT/3 seriyalı, 974454 nömrəli qaimə-fakturaya əsasən iddia çı tərəfindən "xxxx" MMC-yə təhvil verilməli 2 ədəd “DOOSAN DİST 300 FRONTAL YÜKLƏYİCİ” 1 ədəd “DOOSAN DX35” kiçik həcmli ekskavator, 1 ədəd DOOSAN modelli işıq qülləsi, 1 ədəd “NEW HOLLAND LM1745" teleskop yükləyici, 4 ədəd “NEW HOLLAND L215” kiçik həcmli yükləyici və 3 ədəd "X10” markalı avtobus, 2015-ci il 12 noyabr tarixli ÇBT/3 seriyalı, 974455 nömrəli qaimə-fakturaya əsasən isə iddiaçı "xxxx" MMC-yə təhvil verilməli 1 ədəd “DOOSAN DX 140 W’ tırtıllı ekskavator təhvil verilmişdir. Yalnız 2015-ci il 12 noyabr tarixli ÇBT/3 seriyalı, 974454 nömrəli qaimə-fakturada olan 3 ədəd “X10” markalı avtobus hüquqi sənədləri ilə birgə təhvil verilmiş, lakin bu qaimədə olan 1 ədəd “DOOSAN” işıq qülləsinin isə harada olması haqqında məlumat mövcud deyildir. Qeyd edilənlər onu təsdiq etmişdir ki, idd iaçı 3 müqavilə əsasında ƏDV daxil 976.400 manata cavabdehdən 19 ədəd nəqliyyat vasitəsi və avadanlığı almış, "xxxx" MMC ilə bağlanmış 2013-cü il 30 dekabr tarixində 01-14-MMC nömrəli müqavilə üzrə öhdəliyini icra edərək həmin 19 ədəd nəqliyyat vasitəsi və avadanlıq rəsmi uçot sənədləri əsasında "xxxx" MMC-nin balansına qəbul edilmişdir. Göründüyü kimi, "xxxx" MMC iddiaçı ilə 2013-cü il 30 dekabr tarixində müqavilə bağlayarkən və ona ƏDV daxil 1.410.000 manat pulu ödəyərkən, iddiaçının mülkiyyətində 19 ədəd nəqliyyat vasitəsi və avadanlıq olmamış yalnız həmin vəsaiti aldıqdan sonra iddiaçı cavabdehdən yuxarıda qeyd olunan 3 müqavilə əsasında ƏDV daxil 976.400 manat dəyərdə 19 ədəd nəqliyyat vasitəsi və avadanlığı almış, ƏDV daxil 433.600 manat olmaqla, ƏDV-siz isə 367.458 manat mənfəət əld ə etmişdir. Balansımızda olduğundan onların cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Həmin nəqliyyat vasitələri və avadanlıqlar hazırda "xxxx" MMC-nin balansına alınsa da, onların hüquqi sənədləri hal-hazıradək təhvil verilməmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli e-2-2(113)-3437/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – F.Qasımov).

18. İş materiallarına əsasən, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyinə görə məhkəmə hesab etmişdir ki, ilkin olaraq iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırmalıdır.

19. Tərəflər arasında bağlanmış 2014-cü il 27 iyun tarixli, 040/14-GM-S nömrəli, 2014cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli və 2015-ci il 2 noyabr tarixli, 072/15-GM-S nömrəli müqavilələrin 3.2 və 3.3-cü bəndlərində qeyd olunmuşdur: “3.2. Əmlakın satıcıdan alıcıya təhvil – təslimi təhvil – təslim aktı ilə rəsmiləşdirilir. Əmlakların təhvil – təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla 2 nüsxədə tərtib edilir. Satıcı və alıcının səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. 3.3. Satıcı əmlakların verilməsi ilə eyni zamanda alıcıya aşağıdakı sənədləri təqdim edir: Zavod istehsalçısının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyat hissələri və alətləri. Qeyd olunan sənədlərdən hər hansı birinin alıcıya təqdim edilməməsi əmlakın tam göndərilmə məsi sayılır və alıcının təhvil – təslim aktını imzalamaqdan imtinası üçün əsasdır”.

20. Müqavilənin qeyd olunan bəndlərinin məzmununa əsasən, malların verilməsi təhvil – təslim aktı ilə rəsmiləşdirilir, əmlakla birlikdə ona dair sənədlər də təqdim olunmalıdır, sənədlərin təqdim olunmadığı təqdirdə təhvil–təslim aktı imzalamaqdan imtina etmək alıcının hüququdur. Təhvil–təslim aktının imzalanması, alıcının həmin aktı imzalamaqdan imtina etməməsi onu təsdiq etmişdir ki, əmlaklar və həmin əmlaklara dair sənədlər satıcı tərəfindən alıcıya təqdim olunmuşdur.

21. Bundan başqa, məhkəmə bir ziddiyyətli məqamı da qeyd etməyi zəruri hesab etmişdir ki, iddia ərizəsində əmlakların təhvil verilməsi, sənədlərin isə təqdim olunmaması qeyd olunsa da, iddia tələbinin həcminin artırılması barədə ərizədə həm çinin, əmlakların da verilmədiyi göstərilmişdir. İddiaçının nümayəndəsi təhvil-təslim aktlarına münasibətdə qeyd etmişdir ki, aktlarda adları qeyd olunan şəxslərin iddiaçının səlahiyyətli şəxsləri olmasına dair heç bir sübut təqdim olunmamışdır. Həmçinin akt imzalardan başqa, iddiaçının möhürü ilə də təsdiq olunmuşdur.

22. Aktlarda möhürün həqiqiliyi mübahisələndirilmədiyi halda həmin aktda hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Çünki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla ö z üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur.

23. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş aktda olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapmışdır. Cavabdeh həmin dövrdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir.

24. Bu baxımdan aktlarda olan möhür əksinin iddiaçının səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə aktdakı imzanın həmin səlahiyyətli şəxs tərəfindən icra edilməmə si onun etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin akt imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, hüquqi şəxsin təmsilçisi aktda göstərilənləri bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış aktı qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq aktı, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmişdir.

25. Digər tərəfdən "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş sübutlarla da əmlakların iddiaçıya verilməsi təsdiqini tapmışdır. Belə ki, iddiaçı "xxxx" MMC ilə müqavilə bağlanmış, həmin müqavilə əsasənda sonuncu tərəfindən iddiaçıya ƏDV daxil olmaqla 1.410.000 manat pulun ödənilməsi tə min olunmuşdur. Müqavilə əsasında iddiaçı "xxxx" MMC-yə ƏDV daxil olmaqla 1.410.000 manat dəyərində hesab faktura, elektron vergi hesabfakturası təqdim etmiş, qaimə-fakturalara əsasən hal-hazırda tələb etdiyi texniki və avadanlıqları sonuncuya təhvil vermişdir və məhz bu sənədlər əsasında həmin əmlaklar "xxxx" MMC-nin balansındadır.

26. Beləliklə, təqdim olunmuş sübutlar məhkəməyə iddianın əsassız olması qənaətinə gəlməyə əsas vermişdir. Həmçinin, əmlakların təhvil verilməməsi sübutlarla təsdiqini tapmadığından məhkəmə iddianın digər – əldən çıxmış fayda qismində zərərin ödənilməsi barədə hissəsinin araşdırılmasına zərurət görməmişdir.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 1994cü il 19 aprel tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə ara şdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.

28. İddia müddəti ilə bağlı cavabdehin istinad etdiyi hal müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin ötürülməsi, iddiaçının istinad etdiyi hal isə mülkiyyət hüquqları ilə bağlı tələblərə iddia müddətinin şamil olunmamasıdır.

29. İddia müddəti ilə bağlı məsələnin həlli üçün məhkəmə qeyd etmişdir ki, mübahisənin əsasını mülkiyyətçinin hüququnun pozuntularının aradan qaldırılması deyil, müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi, yəni, müqavilədə nəzərdə tutulan əmlakların və sənədlərin təhvil verilməməsi təşkil etmişdir. Buna görə də hazırkı tələbə müqavilə tələbləri üzrə nəzərdə tutulan üç illik iddia müddəti tətbiq o lunmalıdır. İddia müddətinin axımı isə təhvil – təslim aktlarının imzalandığı andan başladığından, hazırkı tələb üzrə iddia müddəti də ötürülmüşdür.

30. Məhkəmə öz mövqeyini MM-in 372.2, 373.2, 375.2, 377.1, 384.0, 384.0.4, 567, 568.1, 568.2, 569.1, 570.1, 571.1.1, 576-cı; Azəbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. İddiaçı 2022-ci il 23 dekabr tarixində apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli e-2-2(113)-3437/2022 saylı qətnaməsi ləğv edərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 may tarixli 2 -2(103)-235/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli e-2-2(113)3437/2022 saylı qətnaməsi ləğv edilərək iddia tələbi qismən – “nəqliyyat vasitələri, avadanlıqlar və həmin əmlaklara dair sənədlərin təhvil verilməsi” hissəsində təmin edilmiş, tərəflər arasında bağlanmış nəqliyyat vasitələri və avadanlıqların alınması barədə 2014-cü il 27 iyun tarixli, 040/14-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı nəqliyyat vasitələri, 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “Doosa n DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” markalı nəqliyyat vasitələri, 2015-ci il 2 noyabr tarixli 072/İ5-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyici, 1 ədəd “Doosan DX35” modelli kiçik həcmli ekskavator, 1 ədəd “Doosan” modelli işıq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyici, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləyici və 3 ədəd “X10” markalı avtobus və həmin əmlaklara aid texniki sənədləri cavabdehdən alınaraq iddiaçıya verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).

33. İddiaçının tələbi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 3 alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən dəyəri ödənilməsinə baxmayaraq cavabdeh tərəfindən təqdim edilməli olan 12 ədəd texnika, 3 ədəd avtobus və həmin əmlaklara dair sənədlər bu günə qədər onlara təqdim edilməmişdir. Həmin texnika və avtobuslar tamamilə başqa şəxsə, onlarla heç bir bağlılığı olmayan "xxxx" MMC-yə təhvil verilmişdir.

34. İddiaçı müqavilələrin tələblərinə əsasən əmlakların və onlara aid sənədlərin təqdim edilməsini, eyni zamanda əmlakların və onlara aid sənədlərin təqdim edilməməsinə görə 1.485.000 manat əldən çıxmış faydanın tutulmasını xahiş etmişdir.

35. Cavabdehin mövqeyi isə ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan müqavilələr üzrə tərəflər arasında imzalanmış və möhürlənmiş rəsmi təhvil-təslim aktları mövcuddur. Həmin təhvil-təslim akt ları iddiaçı tərəfindən tələb olunan bütün sənədlərin təqdim edilməsini təsdiq etmişdir. Çünki müqavilələrin 3.3-cü bəndinə əsasən, satıcı (cavabdeh) əmlakın təhvil verilməsi ilə eyni zamanda alıcıya (iddiaçı) zavod istehsalçısının təqdim etdiyi texniki pasportu, texnikanın servis kitabçasını, istismar təlimatını, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyat hissələri və alətləri təhvil verir. Qeyd olunan sənədlərdən hər hansı birinin alıcıya təqdim edilməməsi əmlakın tam göndərilməməsi sayılır və alıcının təhvil-təslim aktını imzalamaqdan imtinası üçün əsasdır. Bundan başqa, tələb üzrə iddia müddəti də ötürülmüşdür.

36. İş üzrə üçüncü şəxs "xxxx" MMC-nin mövqeyi ondan ibarət olmuşdur ki, hər üç müqavilə üzrə tələb olunan əmlaklar cavabdeh tərəfindən iddiaçıya, iddiaçı tərəfində n isə onlara təhvil verilmişdir. "xxxx" MMC ilə iddiaçı arasında 2013-cü il 30 dekabr tarixində 01-14MMC nömrəli müqavilə bağlanmış və həmin müqavilənin predmeti "xxxx" MMC-nin maddi texniki bazasının gücləndirilməsi, avtonəqliyyat vasitələrinin alınması olmuş, bunun müqabilində "xxxx" MMC iddiaçıya ƏDV daxil olmaqla 1.410.000 manat pulun ödənilməsini təmin etmişdir. Əmlaklar onların balansında olsa da, həmin texnikaların bir hissəsinin texniki pasportlarının verilməsi təmin edilməmişdir.

37. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış müqavilələrin 2.1.1-ci bəndinə əsasən əmlakların yüz faiz dəyəri əvvəlcədən ödənilir, 2.2-ci bəndinə əsasən əmlak və ona dair sənədlər dəyəri tam ödənildikdən sonra alıcıya (iddiaçıya) təhvil verilir. 3.2 və 3.3-cü bəndlərinin məzmunundan görünür ki, malların verilməsi təhvil – təslim aktı ilə rəsmiləşdirilir, əmlakla birlikdə ona dair sənədlər də təqdim olunmalıdır, sənədlərin təqdim olunmadığı təqdirdə təhvil – təslim aktı imzalamaqdan imtina etmək alıcının hüququdur.

38. İş materiallarında belə bir təhvil-təslim aktı mövcud deyildir.

39. Cavabdeh müqavilə üzrə əmlakların təhvil verilməsinin dəlili kimi onlar tərəfindən iddiaçıya göndərilən 3 ədəd 2015-ci il 5 noyabr tarixli 188706 nömrəli, 2014-cü il 4 iyul tarixli 512463 nömrəli və 2015-ci il 27 iyul tarixli qaimə-fakturaları göstərmişdir. Cavabdehin nümayəndəsi həmin qaimə-fakturaların əsllərini təqdim edəcəyini bildirsə də təqdim etməmişdir.

40. İddiaçı cavabdeh tərəfindən təhvil-təslim aktı kimi təqdim edilən qaimə-fakturalar ödə niş edilməsi üçün verilən sənəd olduğunu bildirmişdir. İddiaçı ilə cavabdeh arasında ödənişlərin həyata keçirilməsi ilə bağlı hər hansı mübahisə yoxdur. Bu barədə ödəniş tapşırıqları iş materiallarına əlavə edilmişdir.

41. Cavabdeh və üçüncü şəxs iddiaçı ilə cavabdeh arasında bağlanmış üç müqavilə üzrə təhvil verilməli əmlaklarla, iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış müqavilə üzrə təhvil verilməli əmlakların eyni olduğunu və bu müqavilələrin əlaqəli olduğunu bildirmişdilər.

42. Kollegiya qeyd etmişdir ki, hazırkı mübahisə üzrə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin iş üzrə iddiaçı ilə hər hansı bir hüquqi bağlılıq müəyyən edilməmişdir.

43. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə ünvanlanan qaimə-fakturaların təhviltəslim aktı kimi qəbul edilməsinə münasibətdə isə kollegi ya qeyd etmişdir ki, yuxarıda qeyd edilən 2014-cü il 27 iyun tarixli, 040/14-GM-S nömrəli, 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli və 2015-ci il 2 noyabr tarixli, 072/15-GM-S nömrəli müqavilələrin 3.2-ci bəndinə əsasən əmlakın satıcıdan alıcıya təhvil-təslimi aktı ilə rəsmiləşdirilir. Əmlakların təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla 2 nüsxədə tərtib edilir. Satıcı və alıcının səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. Lakin iş materiallarında belə bir akt aşkar edilmədiyi kimi, həmin əmlaklara aid texniki sənədlərin təqdim edilməsi də müəyyən edilməmişdir.

44. Bundan əlavə qeyd edilən müqavilələrin 2.2-ci bəndlərinə əsasən satıcı bu müqavilələrin şərtlərinə müvafiq olaraq əmlakı, habelə müqavilənin 3.3-cü bəndində qeyd edilən sənəd və ləvazimatları, əmlaklar ın dəyəri bu müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulan qaydada ödənildiyi gündən 3 gün ərzində, alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

45. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən həyata keçirilən ödənişlərə dair sənədlərə əsasən, iddiaçı tərəfindən əmlaklara dair ödənişlər müxtəlif tarixlərdə 2014, 2015, 2016, 2017-ci, hətta 2018-ci tarixdə həyata keçirilmişdir.

46. Belə olduğu halda və müqavilələrin 2.2-ci bəndlərində nəzərdə tutulmasına baxmayaraq cavabdeh tərəfindən qaimə-fakturaların təhvil-təslim aktı kimi qəbul edilməsi, ümumiyyətlə 2014 və 2015-ci illərdə ödəniş olmadan əmlakların təhvil verilməsi barədə dəlillər əsassızdır. 47. 2023-cü il 24 may tarixində keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi texnikaların nəyə görə daha əvvəldən verilməsi sualına, “yalnız tərəflər arasında olan işgüzar münasibətlərlə cavablandıra bilərəm” şəklində cavab vermişdir.

48. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2014 və 2015-ci illərdə bağlanmış müqavilələrə əsasən ödənişləri 2014-2018-ci illərdə həyata keçirilmiş əmlaklar 2013-cü il tarixli qaimə fakturaya əsasən necə üçüncü şəxsə təhvil verilə bilərdi.

49. Bundan əlavə iddiaçı tərəfindən üçüncü şəxsə göndərilən hesab-fakturada ümumi məbləğ 1.410.000 manat göstərilsə də avtonəqliyyat vasitələrinin dəyəri cəmi 93.220,34 manat müəyyən edilmişdir. Belə olan halda həmin əmlakların cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli və dəyəri 976.400 manat təşkil edən əmlaklarla eyni olması dəlili də əsassız hesab edilmişdir.

50. Göstərilənlərə əsasən kollegiya hesab etmişdir ki, iddia tələbi “nəqliyyat vasitələri, avadanlıqlar və həmin əmlaklara dair sənədlərin təhvil verilməsi” hissəsində əsaslı olduğundan təmin edilməlidir.

51. Məhkəmə kollegiyası iddia tələbinin “əmlaklar və onlara aid texniki sənədlərin təhvil verilməməsinə görə 1.485.000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı, iddia tələbinin həmin hissəsini həmin əmlakların kirayəyə verildiyi təqdirdə gəlir gətirə biləcəyi ilə əsaslandırsa da bu barədə lazımi sübutları əlavə etməmiş, həmin hissədə iddia tələbini əsaslandıra bilməmişdir. Bu səbəbdən həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

52. İddia müddətinin tətbiq edilməsi barədə cavabdehi n ərizəsinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, MM-in 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi konsensual müqavilə olduğundan, MM-in 606.1-ci maddəsinə əsasən satıcı tərəfindən alış qiyməti ödənilənədək mülkiyyət hüququnun özündə saxlanılması nəzərdə tutulmadığından, hazırkı işdə hər üç müqavilə üzrə iddiaçı tərəfindən həmin əmlakların dəyəri tam şəkildə ödənildiyindən, həmin əmlaklar iddiaçının mülkiyyəti hesab edilir. Belə olan halda cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə MM-in 384.0.4-cü maddəsinə əsasən təmin edilməməlidir.

53. Həmçinin məhkəmə qeyd etmişdir ki, MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbi qismən təmin edildiyindən iddianın verilməsi ilə əlaqədar ödənilmiş 1.133 manat, apellyasiya şikayətinin veilməsi ilə əlaqədar ödənilmiş 850 manat və 400 manat mediasiya xərcinin 100 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

54. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 373.2, 377.1, 384.0, 384.0.4-567, 568.1, 568.2, 569.1, 570.1, 570.1.1, 576, 606.1-ci; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci; MPM-in 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

55. Həmin qətnamə 2023-cü il 24 iyun tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

56. Cavabdeh 2023-cü il 26 iyul tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 may tarixli 2-2(103)-235/2023 saylı qətnaməsinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

57. Üçüncü şəxs "xxxx" MMC 2023-cü il 21 avqust tarixində kassasiya ş ikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 may tarixli 22(103)-235/2023 saylı qətnaməsini ləğv edərək iş üzrə iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ c) Cavabdehin kassasiya şikayətinin dəlilləri

58. MM-in 373.2 və 384.0.4-cü maddələrinin tələbləri pozulmuşdur - alıcı tərəfindən ödənişlərin 2014, 2015, 2016, 2017 və 2018-ci il tarixlərinə aid olduğunu nəzərə alsaq, müvafiq olaraq iddia müddətləri 2017, 2018, 2019, 2020 və 2021-ci illərdə bitmişdir. İddia müddətinin tətbiq edilməsi barədə ərizənin 1-ci instansiya məhkəməsi tərəfindən tətbiq edilsə də, apellyasiya məhkəməsi MM-nin 373.2-ci bəndinin tələblərini tətbiq etməmişdir. Məhkəmə bu münasibətin müqa vilədən törəyən öhdəlik yox, mülkiyyətçinin hüquqlarının pozuntusu olmasını və MM-in 384.0.4-cü maddəsinə əsasən iddia müddəti tətbiq olunmayan tələblərə aid olmasını əsas gətirmişdir. Məhkəmənin bu yanaşması yalnışdır və ilk növbədə qeyd edilən əmlaka mülkiyyət hüquqlarını müəyyən etməli idi. İddiaçı qeyd edilən daşınar əmlakların qeydiyyatı ilə əlaqədar hər hansı sənəd təqdim etməmiş və bununla da onların həmin əmlaka dair hər hansı mülkiyyət hüquqlarının olmasını sübut etməmişdir.

59. Digər tərəfdən, məhkəmənin gəldiyi nəticə özü ziddiyyətlidir. Belə ki, məhkəmə malın təhvil verilmədiyini, lakin buna baxmayaraq alıcının sözügedən mala mükiyyət hüququnun olması bildirməklə bu müddəanı əsassız yerə tətbiq etmiş və bu tələbi iddia müddəti şamil olunmayan tələb kimi qiymətləndirmişdir. Ha lbuki, həm malların təhvil-təslim edilməsi, həm də malların təhvil-təslim edilməsindən doğan mülkiyyət hüququnun verilməsi öhdəlikləri müqavilədən yaranan öhdəlik olub MM-in 373.2-ci maddəsi ilə tənzimlənir. Tərəflər arasında müqavilədən törəyən son münasibət 2018-ci ildə olmuşdur. İddiaçı tərəfindən isə məhkəməyə iddia müddəti, yəni 3 illik müddət ötdükdən sonra müraciət edilmişdir. Bundan başqa, əgər hesab etsək ki, iddiaçı qeyd olunan malların sahibidir, o halda yenədə məhkəmə iddia müddəti ilə bağlı MM-nin 384.0.4-cümaddəni yox, 165.2-ci maddəni tətbiq etməli idi. Tərəflər arasında bağlanan 2021-ci il 17 dekabr tarixli N ***-**** nömrəli “Mediasiya Prosesinin tətbiqi və Mediasiya Xidmətlərinin Göstərilməsi barədə üçtərəfli müqavilə”nin 1-ci bəndinə əsasən “Mübahisə tərəfləri müqavilə ü zrə öhdəliklərin icra edilməməsi ilə bağlı kommersiya mübahisəsini mediasiya prosesi vasitəsi ilə həll etməyə çalışacaqlar”. Göründüyü kimi, iddiaçının tələbi“ müqavilə üzrə öhdəliklərin” icrasıdır ki, buraya MM-nin 373.2-ci maddəsi üzrə 3 illik iddia müddəti tətbiq edilməli idi.

60. MM-in 567-ci maddəsinin tələbi pozulmuşdur - birmənalı olaraq qeyd edilməlidir ki, tərəflər arasında, hər iki tərəfin imzaladığı və öz rəsmi möhürü ilə təsdiq etdiyi qaiməfakturalar mövcuddur. Qaimə-fakturalar ciddi hesabat blankı olub, öz mahiyyətində “qiymətlilərin”, yəni malların “təhvil”ini və “qəbul”unu özündə ehtiva edir. Bu qaimə-fakturalar 2014-cü və 2015-ci il tarixlərinə aid olub, təhvil-təslim edilmiş malların adlarını, miqdarını, vahidinin qiymətini, məbləğini özündə göstərir və bu ünsürlər sadalan dıqdan sonra, malların yekun məbləği, daha sonra isə “Məbləğində qiymətliləri:” ifadəsi ilə davam edir. İmza və möhür yeri olan qrafada isə “Təhvil verdim” və “Təhvil aldım” ifadələri rekvizit kimi qeyd olunmuşdur. Məhkəmənin mövqeyinə görə, satıcı malları alıcıya satmış, tərəflər arasında yuxarıdakı qaimə-faktura tərtib edilmiş, satıcı ödənişi almış, lakin buna baxmayaraq malları alıcıya təhvil verməmişdir. Lakin məhkəminin bu mövqeyi ilə razılaşmaq mümkün deyildir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilələr, habelə rəsmiləşdirilmiş qaimə fakturalar 2014 və 2015-ci il tarixinə aiddir. Alıcı tərəfindən isə ödənişlər 2014, 2015, 2016, 2017 və 2018-ci il tarixlərinə aiddir. Açıq aşkar bəllidir ki, mallar alıcı tərəfindən təhvil alındıqdan sonra alıcı tərəfindən müvafiq ödənişlər baş tutmuşdur.

61. Bunu sübut edən digər bir məqam isə, iddiaçının birinci instansiya məhkəməsində təqdim etdiyi iddia ərizəsidir ki, iddiaçı (alıcı) bu ərizəsində dəfələrlə malların ona cavabdeh (satıcı) tərəfindən təhvil verildiyini, lakin sənədlərin verilmədiyini bildirmişdir. Lakin işə sonradan qoşulan vəkil iddia tələbini dəyişdirərək həm malın, həm də sənədlərin təhvil verilməməsi kimi qoymuşdur.

62. MM-in 595.1-ci maddəsinin tələbi pozulmuşdur - alıcı tərəfindən satıcıya bununla əlaqədar heç bir bildiriş verilməmişdir. Səbəb də odur ki, satılan və təqdim edilən mallar ilə əlaqədar hər hansı miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtləri pozulmamışdır. Hətta pozulmuş olsaydı belə, bu pozulmuş hüquqları yalnız 3 il ərzində tələb edə bilərdilər.

63. MM-in 606. 1-ci maddəsinin tələbi pozulmuşdur - Məhkəmə sözügedən normaya istinad edərək qeyd etmişdir ki, müqavilənin məzmununda mülkiyyət hüququnun saxlanılmasına dair qeyd şərt nəzərdə tutulmadığından bu mallar alıcının mülkiyyətindədir. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, müqavilənin 3.6-cı maddəsinə görə, əmlaka mülkiyyət hüququ Alıcıya təhvil-təslim aktı imzalandığı andan keçir. Məhkəmə həm təhvil-təslimin olmasını qəbul etmir, həm də təhvil-təslim əsasında mülkiyyət hüququnun keçməsinə dair tərəflər arasında olan razılaşmanın müddəasını görməzdən gələrək, mülkiyyət hüququnun alıcıda olmasını bildirmişdir. Sözügedən norma, düzgün tətbiq edilməmiş və tərəflər arasında olan münasibəti düzgün olmayan norma ilə qiymətləndirmişdir. Belə ki, tərəflər arasında olan münasibət MM-in 570-c i maddəsinə görə, yəni tərəflər arasında olan müqavilənin mahiyyəti istiqamətində dəyərləndirilməli idi.

64. MM-in 390.1-ci maddəsinin tələbi pozulmuşdur - alıcı və satıcı arasında bağlanılmış müqavilənin 3.6-cı maddəsinə görə, əmlaka mülkiyyət hüququ alıcıya təhvil-təslim aktı imzalandığı andan keçir. Lakin məhkəmə tərəflər arasında bağlanılmış bu maddəsinin normasını görməzdən gələrək, tərəflərin iradə ifadəsini heçə saymış və MM-in 606.1-ci maddəsini tətbiq edərək, mülkiyyət hüququnun təhvil-təslim aktı əsasında yox, məhz alıcının ödəniş etməsi əsasında keçməsini bildirmişdir. Məhkəmə tərəflərin öz aralarında razılığa gəlmədiyi bir müddəanı tərəflər arasındakı münasibətə şamil etmişdir.

65. Nə ilkin iddia tələbi, nə də ki, iddia tələbinin dəyişdirilməsi barədə ərizədəki tələblər üzrə mü vafiq Mediyasiya prosesi keçirilməyib. “Mediasiya haqqında” qanunun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Cavabdeh hesab etmişdir ki, təqdim olunan mediasiya prosesinin xitamı haqqında protokolda tərəflər arasında mediasiya vasitəsi ilə müzakirə edilən tələblərin iddia tələbləri ilə əlaqəsi olmadığından, bu hal müvafiq iddia tələbi üzrə mediasiya prosesinin keçirilməməsi və həmin qanunun 21.9-cu bəndinin tələblərinin pozulmaması hesab olunur.

66. İddiaçı apellyasiya şikayətinin veilməsi ilə əlaqədar 850 manat dövlət rüsumu ödəmişdir, halbuki ödənilməli olanməbləğ 1.010,35 manat təşkil etmişdir. Belə ki, iddiaçı 1.485.000 manat əldən çıxmış fayda və hər 3 müqavilə üzrə dəyəri 976.40 0 manat təşkil edən əmlak tələb edir, cəmi iddia tələbinin məbləği 2.461.400 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı 1.133 manat dövlət rüsumu, 400 manat mediasiya xərci və 488.20 manat rüsum kəsiri ödəmişdir (cəmi 2021.20 manat). Qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq cavabdeh hesab etmişdir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli idi və və məhkəmə işə baxmamalı idi.

67. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur – Kollegiya qeyd etmişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxslə iddiaçı (alıcı) arasında olan 2013-cü il tarixli müqavilənin mahiyyəti ilə iddiaçı və cavabdeh (satıcı) arasında bağlanılmış müqavilələr arasında heç bir əlaqə yoxdur. Bunun əsası qismində isə üçüncü şəxslə iddiaçı arasında bağlanı lan müqavilədəki malların dəyərinin, iddiaçı ilə cavabdeh arasında bağlanılan malların dəyərindən aşağı olmasını qoymuşdur. İddiaçı ilə üçüncü şəxs arasında bağlanılan müqavilənin həcmi 1.410.000 manat dəyərindədir. İddiaçı bu müqavilənin icrasından kifayət qədər böyük məbləğ əldə etmiş və aldığı malları da üçüncü şəxsə təhvil vermişdir. Hazırda isə sözügedən mallar üçüncü şəxsin balansındadır. Üçüncü şəxsin nümayəndəsi də həm yazdığı ərizədə, həm də məhkəmə iclaslarında dəfələrlə bildirmişdir ki, mallar iddiaçı tərəfindən ona satılmış, iddiaçıdan qaimə-faktura əsasında təhvil alınmış, lakin bu malların sənədləri iddiaçı tərəfindən təqdim edilməmişdir.

68. Məhkəmə işin materiallarını düzgün tədqiq etməyərək, üçüncü şəxslə iddiaçı arasında 2013-cü il tarixli qaimə-faktura olmasını bildirmiş dir. Halbuki, üçüncü şəxslə iddiaçı arasında 2013-cü il tarixində qaimə faktura yox, “01-14 MMC” saylı hesab-faktura və 2013-cü il 30 dekabr tarixli, 705679 saylı elektron vergi hesab-faktura mövcud olmuşdur. (Məhkəmə öz qətnaməsinin 60-cı bəndində bunlara toxunmuşdur.) Məhkəmə qaimə-faktura ilə hesab fakturanı, həmçinin qaimə-faktura ilə elektron vergi-hesab fakturasının mahiyyətini tamamilə yanlış qiymətləndirmişdir. Hesab-faktura və elektron vergi hesab-fakturası ödənişin həyata keçirilməsi üçün tələb olunan sənədlər olsa da, qaimə-faktura malların təhvil-təslimini göstərən sənəddir. Üçüncü şəxslə iddiaçı arasında olan qaimə-fakturaların hər biri isə 2015ci il 12 noyabr tarixə aiddir. (974452, 974453, 974454,974455) Yəni sözügedən mallar iddiaçı tərəfindən cavabdehdən qaimə-faktura ilə təhvil alınmış və daha sonra üçüncü şəxsə təhvil verilmişdir. d) Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri

69. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələbi pozulmuşdur işdə olan iddiaçının direktoru A.İsmayılovun imzası ilə təsdiq edilmiş 2022-ci il 15 mart tarixli iddia ərizəsinə əsasən, iddiaçı ilk iddiasında mübahisənin predmetini təşkil edən əmlakların cavabdehdən alındığını, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilməyərək həmin əmlakların sənədlərinin onlara təqdim edilmədiyini dəfələrlə bildirmişdir. Sonradan iddiaçı iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək guya həmin əmlakların özlərinin də onlara təqdim edilmədiyini, həmin əmlakların başqa bir müəssisəyə yəni hazırki iş üzrə üçüncü şəxs qismin də işə cəlb olunmuş "xxxx" MMC-yə təhvil verildiyini qeyd etməklə əmlakların və onların sənədlərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı iddianın həcminin artırılması barədə ərizəsində də xüsusi texnikaların və nəqliyyat vasitələrinin üçüncü şəxsə verildiyini təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı həmin xüsusi texnika və avadanlıqların cavabdeh tərəfindən iddiaçıya tərəflərin imza və möhürü ilə təsdiq olunmuş qaimə-fakturalar əsasında verildiyi, eyni qaydada isə həmin texnika və nəqliyyat vasitələrinin iddiaçı tərəfindən üçüncü şəxsə yeni tərəflərin yəni iddiaçı və üçüncü şəxsin imza və möhürü ilə təsdiq edilmiş qaimə-faktura əsasında təhvil verildiyi, mübahisə predmetini təşkil edən həmin texnika və nəqliyyat vasitələrinin təhvil-təslimi nə dair hər hansı təhvil-təslim aktının olmadığı müəyyən edilmişdir (qaimə-fakturalr iş materiallarına əlavə edilmişdir).

70. İşin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, mübahisə predmetini təşkil edən xüsusi texnika və nəqliyyat vasitələri üçüncü şəxsə təhvil verilmiş və onlar sonuncu tərəfindən qəbul olunaraq öz balans aktivlərinə daxil edilmişdir. İş materiallarına əsasən, iddiaçı ilə üçüncü şəxs arasında 2013-cü il 30 dekabr tarixində 01-14-MMC nömrəli tapşırıq və xidmət müqaviləsi münasibətlərini əks etdirən 1.410.000 manat dəyərində qarışıq müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən hazırki iddiaçı üçüncü şəxs üçün xüsusi texnikaların və nəqliyyat vasitələrinin alınması öhdəliyini qəbul etmiş və həmin xüsusi texnika və nəqliyyat vasitələri hazırki kommersiya işini n materiallarına əlavə edilmiş qaimə-fakturalarla 2014-2015-ci illərdə üçüncü şəxsə təhvil vermişdir. Lakin apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən həyata keçirilən ödənişlərə dair sənədlərə əsasən, iddiaçı tərəfindən əmlaklara dair ödənişlər müxtəlif tarixlərdə 2014, 2015, 2016, 2017, hətta 2018-ci il tarixində həyata keçirilmişdir.

71. Belə olduğu halda və müqavilələrin 2.2-ci bəndlərində nəzərdə tutulmasına baxmayaraq cavabdeh tərəfindən qaimə-fakturaların təhvil-təslim aktı kimi qəbul edilməsi, ümumiyyətlə 2014 və 2015-ci il tarixlərində ödəniş olmadan əmlakların təhvil verilməsi barədə dəlillər əsassızdır. Məhkəmənin qeyd edilən qənaəti tamamilə qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə müqavilələrdəki söz və ifadələri n hərfi mənasını əsas götürmüş, lakin tərəflərin iradə ifadəsinin həqiqi mənasını, digər müvafiq halları, o cümlədən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, tərəflərin sonrakı hərəkətlərini nəzərə almamış, ziddiyyətli məqamları aydınlaşdırmamışdır. Baxmayaraq ki, iddiaçının hərəkətlərindən görünmüşdür ki, o kifayət qədər yüksək dəyərə malik əmlakları 8 ildən çox müddətdə tələb etməmiş, ilk iddiasına həmin əmlakların təhvil verildiyini etiraf etmiş, sonradan isə hüquqdan sui-istifadə edərək müqavilədəki təhvil-təslim aktı ifadəsinin hərfi mənasına istinad edərək əmlakları təhvil aldıqlarını inkar etməklə əsassız varlanmağa cəhd göstərmişdir. Hazırki işin materiallrına əlavə edilmiş Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 26 iyul tarixli 2-2(81)-466/2019 saylı qətn aməsinə əsasən, 2019-cu ildə tərəflər arasında hazırki mübahisənin predmetini təşkil edən müqavilələr, o cümlədən 074/15-GM-S saylı 2015-ci il 6 noyabr tarixli müqavilə üzrə alınmış texnikanın dəyərinin ödənilməsinə dair məhkəmə mübahisəsi üzrə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamənin cavabdeh tərəfindən mübahisələndirilməməsi nədənsə məhkəmənin diqqətindən yayınmışdır. Çünki əgər həqiqətən də mübahisə predmetini təşkil edən texnikalar təhvil verilməmişdirsə o zaman müqavilənin tərəfi olan alıcı (hazırki idiaçı) da müqavilələrin predmetini təşkil edən əşyaların təhvil verilməsini tələb etməli idi. Bu hal isə özlüyündə iddiaçının ilk iddia ərizəsində göstərilən məlumatların həqiqiliyinə dəlalət etmişdir.

72. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının hərəkətlərindəki qe yd edilən ziddiyyətli halları nədənsə nəzərə almamış, buna lazımi hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmə qaimə-fakturaların təhvil-təslim sənədi kimi qəbul etməməsinin hüquqi əsasını göstərməmişdir. Baxmayaraq ki, qanunvericilikdə əmlakın yalnız akt adlı sənədlə təhvil verilməsinə dair hər hansı məhdudlaşdırıcı norma olmamışdır. Bundan başqa iş materiallarına əlavə olunmuş həm iddiaçı ilə cavabdeh arasında, həm də iddiaçı ilə üçüncü şəxs arasında təsdiq edilmiş qaimə-fakturalarda əmlakların markası, modeli, sayı və dəyəri dəqiqliklə göstərilmiş, həmçinin həmin sənədlərdəki “təvil verdim”, “təhvil aldım” hissələri müvafiq olaraq tərəflərin öz imza və möhürləri ilə təsdiq edilmişdir. Qeyd edildiyi kimi həmin əmlaklar cavabdehdən qaimə-faktura ilə təhvil alınmış, iddiaçı tərəfindən üçü ncü şəxsə də eyni qaydada, yəni qaimə-faktura əsasında təhvil verilmişdir. Qeyd edilənlərlə yanaşı apellyasiya instansiya məhkəməsi mübahisə predmetini təşkil edən əmlakları iddiaçının mülkiyyəti hesab edərək buna dair maddi hüquq normalarını tətbiq etməklə iş üzrə cavabeh tərəfin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinin də rədd edilməsi barədə qənaətə gəlmişdir. Baxmayaraq ki, mübahisə predmetini təşkil edən əşyalar elə daşınar əşyalardır ki, onlar üzərində mülkiyyət hüququnun yaranması belə hüququn dövlət qeydiyyatına alındığı andan yaranmış olur. Hazırki işin materiallarında isə buna dair heç bir sübut mövcud olmamışdır. Göründüyü kimi apellyasiya məhkəməsi iddia tələbinin qanuni əsasını mübahisənin həllinə dair qiymətləndirməni konkret maddi hüquq normalarının dispozisiya şər tlərinə uyğun aparmamışdır.

73. MM-in 452-ci maddəsinin tələbi pozulmuşdur - Apellyasiya məhkəməsi iddianın həllinə dair gəldiyi qənaəti iş materialları və konkret qanun normalarına istinad etməklə əsaslandırmamışdır. Bu hal isə maddi və prosessual hüquq normalarının pozulmasına, iş üzrə düzgün olmayan qətnamənin çıxarılmasına dəlalət etmişdir. 74. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 və 13-cü maddələrinin tələbləri pozulmuşdur - Apellyasiya məhkəməsi cavabdehin ədalətli məhkəmə araşdırılması və səmərəli hüquqi müdafiə vasitələri hüquqlarını pozmuşdur.

75. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur - məhkəmə iddiaçının ilk iddia ərizəsində əmlakların ona təhvil verildiyini, lakin onların texniki sənədlərinin təhvil verilmədiyini bildirdiyi və iddia e tdiyi halda, kifayət qədər yüksək dəyərə malik həmin əmlakların 7 ildən artıq müddətdə tələb edilməməsi, iddianın həcminin artırılması barədə sonrakı ərizədə göstərilən məlumatlar arasındakı ziddiyyətləri, həmçinin həmin məlumatlarla iş materiallarında olan digər sənədlərlə əlaqəli araşdırmamışdır. Apellyasiya məhkəməsi müvafiq prosessual hüquq normalarının məzmununa uyğun olaraq hazırkı iş üzrə sübutları tam və hərtərəfli araşdırmayaraq və onları qiymətləndirməyərək mübahisənin qanuni və ədalətli həll edilməsinə nail olmamışdır. e) Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

76. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM -in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

77. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

78. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməli dir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

79. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə

384. İddia müddətinin şamil edilmədiyi tələblər 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir:... 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşd irilmiş olmasa belə;...” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. “Maddə

569. Əşyanı vermək vəzifəsinin icrası müddəti 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddə ti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə

570. Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda;...” “Maddə

576. Əşyaya aid ləvazimatı və sənədləri vermək vəzifəsinin icra edilməməsinin nəticələri Əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan mü ddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. “Maddə

606. Mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır....”

80. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəz ərdə tutulur: Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

81. İş materiallarını hərtərəfli tam və obyektiv surətdə araşdıraraq işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 may tarixli 2-2(103)-235/2023 saylı qətnaməsi “nəqliyyat vasitələri (1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holl and B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı nəqliyyat vasitələri, 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” markalı nəqliyyat vasitələri, 2015-ci il 2 noyabr tarixli 072/İ5-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyici, 1 ədəd “Doosan DX35” modelli kiçik həcmli ekskavator, 1 ədəd “Doosan” modelli işıq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyici, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləyici və 3 ədəd “X10” markalı avtobus) və avadanlıqların təhvil verilməsi” hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılmaq üçün apelyasiya məhkəm əsinə göndərilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdeh və üçüncü şəxsin kassasiya şikayətləri qismən təmin edilməlidir.

82. İddia tələbini qismən təmin edən apelyasiya məhkəməsi ona istinad etmişdir ki, müqavilə şərtlərinə (müqavilələrin 3.2-ci bəndləri) əsasən malların verilməsi təhvil – təslim aktı ilə rəsmiləşdirilməli, əmlakla birlikdə ona dair sənədlər də təqdim olunmalı olduğu halda iş materiallarında belə bir təhvil-təslim aktı mövcud deyil, cavabdeh müqavilə üzrə əmlakların təhvil verilməsinin dəlili kimi onlar tərəfindən iddiaçıya göndərilən 3 ədəd 2015ci il 5 noyabr tarixli 188706 nömrəli, 2014-cü il 4 iyul tarixli 512463 nömrəli və 2015-ci il 27 iyul tarixli qaimə-fakturaların əsllərini təqdim etməmiş, iddiaçı isə həmin qaimə-faktural arın ödəniş edilməsi üçün verilən sənəd olduğunu bildirmiş, cavabdeh və üçüncü şəxs iddiaçı ilə cavabdeh arasında bağlanmış üç müqavilə üzrə təhvil verilməli əmlaklarla, iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış müqavilə üzrə təhvil verilməli əmlakların eyni olduğunu və bu müqavilələrin əlaqəli olduğunu bildirsələr də hazırkı mübahisə üzrə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin iş üzrə iddiaçı ilə hər hansı bir hüquqi bağlılığı müəyyən edilməmiş, iş materiallarında belə bir akt aşkar edilmədiyi kimi, həmin əmlaklara aid texniki sənədlərin təqdim edilməsi də müəyyən edilməmiş, iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən həyata keçirilən ödənişlərə dair sənədlərə əsasən, iddiaçı tərəfindən əmlaklara dair ödənişlər müxtəlif tarixlərdə 2014, 2015, 2016, 2017-ci, hətta 2018-ci tarixdə həyata keçirilmişdir. Belə olduğu halda və müqavilələrin 2.2-ci bəndlərində nəzərdə tutulmasına baxmayaraq cavabdeh tərəfindən qaimə-fakturaların təhvil-təslim aktı kimi qəbul edilməsi, ümumiyyətlə 2014 və 2015-ci illərdə ödəniş olmadan əmlakların təhvil verilməsi barədə dəlillər əsassızdır, iddiaçı tərəfindən üçüncü şəxsə göndərilən hesabfakturada ümumi məbləğ 1.410.000 manat göstərildiyi halda həmin əmlakların cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli və dəyəri 976.400 manat təşkil edən əmlaklarla eyni olması dəlili də əsassızdır.

83. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddia tələbinin nəqliyyat vasitələri, avadanlıqların təhvil verilməsi hissəsində apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

84. Belə ki, işdə olan iddiaçının direktoru A.İsmayılovu n imzası ilə təsdiq edilmiş 2022ci il 15 mart tarixli iddia ərizəsinə əsasən, iddiaçı, ilkin olaraq, mübahisənin predmetini təşkil edən əmlakların cavabdehdən alındığını, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilməyərək həmin əmlakların sənədlərinin onlara təqdim edilmədiyini bildirmişdir. Sonradan iddiaçı iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək guya həmin əmlakların özlərinin də onlara təqdim edilmədiyini, həmin əmlakların başqa bir müəssisəyə, yəni hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş "xxxx" MMC-yə təhvil verildiyini qeyd etməklə, əmlakların və onların sənədlərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. Beləliklə, iddiaçı iddianın həcminin artırılması barədə ərizəsində də xüsusi texnikaların və nəqliyyat vasitələrinin üçüncü şəxsə verildiyini təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı həmin xüsusi texnika və avadanlıqların cavabdeh tərəfindən iddiaçıya tərəflərin imza və möhürü ilə təsdiq olunmuş qaimə-fakturalar əsasında verildiyi, eyni qaydada isə həmin texnika və nəqliyyat vasitələrinin iddiaçı tərəfindən üçüncü şəxsə, iddiaçı və üçüncü şəxsin imza və möhürü ilə təsdiq edilmiş qaimə-faktura əsasında təhvil verildiyi, mübahisə predmetini təşkil edən həmin texnika və nəqliyyat vasitələrinin təhvil-təsliminə dair hər hansı digər təhvil-təslim aktının olmadığı müəyyən edilmişdir.

85. Hazırkı mübahisə üzrə üçüncü şəxs "xxxx" MMC-nin iş üzrə iddiaçı ilə hər hansı bir hüquqi bağlılığının müəyyən edilmədiyi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə isə, onların arasında bağlan mış satınalma müqaviləsi, həmçinin iddiaçı tərəfindən məhz cavabdehdən alınmış xüsusi nəqliyyat vasitələrinin üçüncü şəxs "xxxx" MMC-yə rəsmi olaraq təhvil verilməsi, sonuncu tərəfindən isə balansa qəbul edilməsi faktları ilə təkzib edilir.

86. Beləliklə, iş materiallarına əsasən mübahisə predmetini təşkil edən xüsusi texnika və nəqliyyat vasitələri üçüncü şəxsə təhvil verilmiş və sonuncu tərəfindən qəbul olunaraq öz balansına mədaxil edilmişdir. Həmçinin, iddiaçı ilə üçüncü şəxs arasında 2013-cü il 30 dekabr tarixində 01-14-MMC saylı 1.410.000 manat dəyərində bağlanmış qarışıq müqavilənin şərtlərinə əsasən hazırkı iş üzrə iddiaçı üçüncü şəxs üçün xüsusi texnikaların və nəqliyyat vasitələrinin alınması öhdəliyini qəbul etmiş və həmin xüsusi texnika və nəqliyyat vasitələri hazırkı kommers iya işinin materiallarına əlavə edilmiş qaiməfakturalarla 2015-ci ilin noyabr ayında üçüncü şəxsə təhvil vermişdir.

87. Tərəflər arasında müqavilələrin 2.2-ci bəndlərində nəzərdə tutulmuş formada xüsusi nəqliyyat vasitələrinin verilməsinə dair ayrıca təhvil-təslim aktları tərtib edilməsə də, iş materiallarına əsasən həmin nəqliyyat vasitələri cavabdeh tərəfindən qaimə-fakturalarla iddiaçıya təhvi verilmiş, apelyasiya məhkəməsi isə ümumiyyətlə nəqliyyat vasitələrinin iddiaçıya təhvil verilmədiyi barədə nəticəyə gəlməklə, müqavilələrdəki söz və ifadələrin hərfi mənasını əsas götürmüş, lakin tərəflərin iradə ifadəsinin həqiqi mənasını, digər müvafiq halları, o cümlədən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, tərəflərin sonrakı hərəkətlərini nəzərə almamış, bununla da MM-ni n 404-cü maddəsinin tələblərini pozmuşdur.

88. İş materiallarındakı iddiaçı ilə cabadeh arasında imzalanmış müqavilələrin 1.1-ci bəndinə əsasən cavabdeh məhz iddiaçı tərəfindən seçilmiş texnikaları satmağı, iddiaçı isə həmin əmlakların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarındakı tərəflər arasında, hər iki tərəfin imzaladığı və özlərinin rəsmi möhürləri ilə təsdiq etdiyi ciddi hesabat blankı olan qaimə-fakturaların surətləri vardır, onların əslləri cavabdeh tərəfindən təqdim edilə bilməsə də sonradan məhz həmin xüsusi nəqliyyat vasitələri iddiaçı tərəfindən 12 noyabr 2015-ci il tarixli, ÇBT73 seriyalı, 974452, 974453, 974454 və 974455 saylı qaimə-fakturalarla üçüncü şəxsə təhvil verilmiş, həmin qaimə-fakturalar hər iki tərəfin möhürləri, müəssisə rəhbərləri, iddiaçı tərəfind ən isə bilavasitə iddia ərizəsini və müvafiq müqavilələri imzalamış A.İsmayılov tərfindən imzalanmışdır. Beləliklə, cavabdeh qaiməfakturaların əsllərini təqdim edə bilməsə də, sonradan yuxarıda qeyd edilən fakturalarla məhz həmin texnikaların iddiaçı tərəfindən üçüncü şəxsə təhvil verilməsi apelyasiya məhkəməsinin nəqliyyat vasitələrinin iddiaçıya təhvil verilməməsi barədə gəldiyi nəticənin işdəki sübutların düzgün qiymətləndirilməsindən qaynaqlandığını, bu hal isə öz növbəsində apellyasiya məhkəməsi tərəfindən MPM-in 88-ci maddəsinin pozulduğunu təsdiq edir.

89. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının mövqeyindəki ziddiyyətli halları nəzərə almamış, buna lazımi hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmə qaiməfakturaları təhvil-təslim sənədi kimi qəbul etməməsinin hüquqi əsasını göstərməmiş, bu məsələ hər bir konkret halda müqavilə şərtləri, tərəflər arasında yaranmış işgüzar adətlər və təşəkkül tapmış praktika ilə müəyyən edilir. İş materiallarına əlavə olunmuş həm iddiaçı ilə cavabdeh arasında, həm də iddiaçı ilə üçüncü şəxs arasında tərtib edilmiş qaiməfakturalarda isə əmlakların markası, modeli, sayı və dəyəri dəqiqliklə göstərilmiş, həmçinin həmin sənədlərdəki “təvil verdim”, “təhvil aldım” hissələri müvafiq olaraq tərəflərin öz imza və möhürləri ilə təsdiq edilmişdir. Qeyd edildiyi kimi həmin əmlaklar cavabdehdən qaiməfaktura ilə təhvil alınmış, iddiaçı tərəfindən üçüncü şəxsə də eyni qaydada, yəni qaiməfaktura əsasında təhvil verilmişdir.

90. Qeyd edilənlərə əsasən də işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qətnaməsinin, 2014-cü il 27 iyun tarixli, 040/14-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı nəqliyyat vasitələri, 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” markalı nəqliyyat vasitələri, 2015-ci il 2 noyabr tarixli 072/İ5-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyici, 1 ədəd “Doosan DX35” modelli kiçik həcmli ekskavator, 1 ədəd “Doosan” modelli işıq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyici, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləy ici və 3 ədəd “X10” markalı avtobusun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilərək yenidən baxılmalı olduğu qənaətinə gəlir. Və bu hissədə cavabdeh və üçüncü şəxsin kassasiya şikayətlərinin dəlilləri ilə razılaşır.

91. İş materiallarındakı müqavilələrin 2.2-ci bəndlərinə əsasən satıcı bu müqavilələrin şərtlərinə müvafiq olaraq əmlakı, habelə müqavilənin 3.3-cü bəndində qeyd edilən sənəd və ləvazimatları, əmlakların dəyəri bu müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulan qaydada ödənildiyi gündən 3 gün ərzində, alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

92. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbinin digər – “zavod istehsalçının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyyat hissələri və alətləri ilə birlikdə təhvil verir” - hissəsi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Müqavilənin 3.3-cü bəndinə əsasən zavod istehsalçının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyyat hissələri və alətləriilə birlikdə təhvil vermək cavabdehin öhdəliyi olaraq müəyyən edilmişdir və iş materiallarından cavabdehin müqavilələr üzrə bu öhdəliyinə əməl etdiyi təsdiq edilmir. Cavabdeh həmçinin iddia ərizəsinə etirazda, o cümlədən apellyasiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətində də aralarındakı müqavilənin həmin şərtinə əməl etdiyini, texnikalarla birlikdə ona aid sənədləri də vaxtilə iddiaçıya verdiyini qətiyy ətlə bildirməmiş, əmlakların özlərinin təqdim edilməsinin eyni zamanda onlara dair sənədlərin də təhvil verildiyi anlamına gəldiyini qeyd etmiş, lakin buna dair zəruri və mötəbərliyi şübhə doğurmayan sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, etiraz etdiyi halda öz etirazını əsaslandırmaq vəzifəsi MPM-in 77.1-ci maddəsinə uyğun olaraq məhz onun üzərinə düşürdü.

93. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən həmçinin o faktı da nəzərə alır ki, üçüncü şəxs etirazında və kassasiya şikayətində ona satılmış nəqliyyat vasitələrini balanslarına qəbul etsələr də, onlara aid zəruri sənədlər (texniki pasport və s.) təqdim edilmədiyinə görə həmin nəqliyyat vasitələrini X9 rəsmiləşdirərək adlarına keçirə bilmədiklərini göstərmişdir.

94. Qeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 may tarixli 2-2(103)-235/2023 saylı qətnaməsi “nəqliyyat vasitələri (1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı nəqliyyat vasitələri, 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” markalı nəqliyyat vasitələri, 2015-ci il 2 noyabr tarixli 072/İ5-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyici, 1 ədəd “Doosan DX35” modelli kiçik həcmli ekskavator, 1 ədəd “Doosan” modelli işıq qülləsi, 1 ədəd “New Holland LM 1745” mod elli teleskopik yükləyici, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləyici və 3 ədəd “X10” markalı avtobus) və avadanlıqların təhvil verilməsi” hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılmaq üçün apelyasiya məhkəməsinə göndərilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdeh və üçüncü şəxsin kassasiya şikayətləri qismən təmin edilməlidir.

95. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 may tarixli 2-2(103)-235/2023 saylı qətnaməsi, 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ə dəd “GB5” modelli qırıcı nəqliyyat vasitələri, 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” markalı nəqliyyat vasitələri, 2015-ci il 2 noyabr tarixli 072/İ5-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyici, 1 ədəd “Doosan DX35” modelli kiçik həcmli ekskavator, 1 ədəd “Doosan” modelli işıq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyici, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləyici və 3 ədəd “X10” markalı avtobus və avadanlıqların təhvil verilməsi” hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün apelyasiya məhkəməsinə göndərilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən sax lanılsın. Cavabdeh və üçüncü şəxsin kassasiya şikayətləri qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar