Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-489/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 10 iyun tarixli 2-2(103)-5/2025 nömrəli qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birlikdə verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 2018-ci il 15 fevral tariхli 109876-483925/1 nömrəli kredit xətti müqaviləsi üzrə 247.654,87 manat əsas borc, əsas borca hеsablanmış 111.962,57 manat faiz borcu olmaqla, cəmi 359.617,44 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat pulun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 650,59 manat dövlət rüsumunun tut ularaq iddiaçıya ödənilməsi; tutmanın bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353,05 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353,05 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 yanvar tarixli e-2-2(113)-107/2023 nömrəli qətnaməs i ilə iddia qismən təmin edilərək, iddiaçının xeyrinə 2018-ci il 15 fevral tariхli 109876-483925/1 nömrəli kredit xətti müqaviləsi üzrə 238.024,08 manat əsas borc və 84.886,41 manat faiz borcunun "xxxx" MMC-dən tutulması; tutmanın Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353,05 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi; qeyd olunan əmlakın açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin həyata keçirilməsi; ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin ipoteka qoyana qaytarılması, ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353,05 kv.m-dən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 985.000 manat məbləğində müəyyən edilməsi; iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 649,62 manat dövlət rüsumu, 400 manat mediasiya xərci, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqının Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulması, 2022 14 noyabr tarixli 9/7065 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 200 manatın Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə, əmlakların qiymətləndirilməsi ilə bağlı olaraq 300 manatın Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – A.Əliyeva).
3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, onun qismən - borcun tutulması və ipoteka predmetinin ilkin qiymətinin müəyyən edilməsi hissəsində ləğv olunmasını xahiş etmişdir.
4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunmasını və qeyd olunan hallar nəzərə alınmaqla yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 mart tarixli 2-2(103)-5/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədə n kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 10 iyun tarixli 2-2(103)-5/2025 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birlikdə verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
8. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 nömrəli Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hazırki halda cavabdehlər kassasiya şikayətini formal olaraq (cədvəl forması və s.) MPM-ə 3 nömrəli Əlavədə müəyyən olunan qaydada tərtib etsə də, məzmun baxımdan həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl etməmişdir. Şikayətin “maddi və ya prosessual hüquq normalarının pozulmasına dair dəlillər” hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin və MPM-in müva fiq maddələri sadalanmaqla, mətnləri qeyd olunmuş, həmin normaların mübahisəyə aidiyyəti, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olmasına dair dəlillər qeyd olunmamışdır.
9. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MPM-in 407.1 və 408.1.5-ci maddələrinə, həmçinin MPM-in 3 nömrəli Əlavəsinə istinad etməklə əsaslandırmışdır.
10. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsi və kassasiya şikayətinin icraata qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. MPM-in 408.1.5-ci maddəsi üzrə - kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması tam aydın şəkildə göstərilmişdir. Buna baxmayaraq məhkəmə əsassız və qanunsuz olaraq kassasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
13. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyindən, onun qanuniliyi və əsaslılığı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3 nömrəli Əlavəsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
5. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
6. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Bu hissədə şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməməni n nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
17. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
18. Kassasiya şikayətində göstərilən dəlillər də əsaslı hesab edilə bilməz.
19. Belə ki, MPM-in 407.1-ci maddəsində müəyyən edilmişdir ki, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir.
20. Kassasiya şikayətinin formasına dair tələbləri müəyyən edən MPM-in 3 nömrəli Əlavəsində isə müəyyən edilmişdir ki, kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli və göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
21. Həmçinin, MPM-in 407.1.4-ci maddəsinin tələblərinə görə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində aydın şəkildə ifadə olunmalıdır.
22. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətində isə Mülki Məcəllənin 432.3, 440.1-ci ma ddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsi və MPM-in 88, 217-ci maddələrinə istinad olunsa da onların qarşısında həmin normaların məzmunu və məhkəmənin həmin maddələrin tələblərinin pozulması qeyd olunmuş, lakin pozuntunun nədən ibarət olmasına, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının hansı formada düzgün tətbiq olunmamasına dair aydın şəkildə ifadə edən izah verilməmişdir.
23. Habelə, kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Halbuki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəti cələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Bu baxımdan kollegiya hesab edir ki, həmin cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin MPM ilə müəyyən edilmiş məzmunda olmaması və MPM-in 408.1.5ci maddəsinə əsasən geri qaytarılması barədə nəticə qanuni və əsaslı, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Ona görə də, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalı və kassasiya şikayəti təmin edilməməlidir.
25. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birlikdə verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 10 iyun tarixli 2-2(103)-5/2025 nömrəli qərardadı dəyiş dirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.