Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-49/2024 11.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: borc öhdəliyinin icra edilməsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, Əhmədov Əhməd Abbas oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-468/2023 nömrəli 2023-cü il 22 avqust tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazı lı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2018-ci il 15 yanvar tarixli 001 saylı “Borc öhdəliyinin icra edilməsinə dair” müqaviləyə əsasən, İddiaçı MMC "xxxx" ASC-nin "xxxx" BOKT QSC qarşısında mövcud olan öhdəliyinin icra edilməsi məqsədilə özünəməxsus Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, *** küçəsi, A-1, 1-ci mərtəbə, qapı 1, 1-ci zirzəmi, qapı-1, 2-ci zirzəmi, qapı-1 ünvanında yerləşən, RX seriyalı ******* nömrəli çıxarışlı, 3.241 kv.m qeyri-yaşayış sahəsini, ünvan 1 ünvanında yerləşən, RX seriyalı ******* nömrəli çıxarışlı 1.790 kv.m qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, *** küçəsi, A-9, 1-ci mərtəbə, qapı 2-3-4, zirzəmi, qapı-1 ünvanında yerləşən, RX ******* seriya nömrəli çıxarışlı 2.471 kv.m qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, *** küçəsi, A-2, 1-ci mərtəbə qapı 1, 1 zirzəmi qapı 1, 2 zirzəmi qapı 1 ünvanında yerləşən, RX seriyalı ******* nömrəli çıxarışlı 3.793,9 kv.m qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, *** küçəsi, A-6, 1-ci mərtəbə, qapı-1-2-3-4-5, 1-ci zirzəmi, qapı-1, 2-ci zirzəmi, qapı-1 ünvanında yerləşən, RX ******* çıxarışlı 1.414 kv.m qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən RX seriyalı ******* nömrəli çıxarışlı 16466.9 kv.m qeyri-yaşayış sahəsini cəmi 67.621.177,23 manat qarşılığında "xxxx" BOKT QSC-yə təqdim edir; qeyd edilən qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı cavabdeh iddiaçı qarşısında 67.621.177,23 manat borc öhdəliyini10 il müddətinə geri qaytarır və bu əməliyyatla bağlı iddiaçının vergi qarş ısında yaranan 1.400.000 manat məbləğ cavabdeg tərəfindən öncədən ödədikdən sonra öhdəlik icra olunur. Ödənilmiş 1.400.000 manat ümumi məbləğdən (67.621.177,23 manat) azaldılır (1-3-cü bəndlər). 2. 2018-ci il 5 fevral tarixli 002 saylı “Borc öhdəliyinin güzəşt edilməsinə dair” müqaviləyə əsasən isə, tərəflər öhdələrinə götürmüşlər ki, 001 saylı müqavilə üzrə cavabdehin iddiaçıya yaranmış 67.621.177,23 manat borcundan 65.233.683,23 manat məbləğində borcu cavabdehin xeyrinə güzəşt edilir, öhdəlik üzrə qalan 2.378.494 manat məbləğ hissələrlə 2018-ci il 31 dekabr tarixinə kimi cavabdeh tərəfindən iddiaçının cari hesabına ödənilir, iddiaçı gələcəkdə güzəşt etdiyi 65.233.683,23 manat məbləği cavabdehdən heç bir zaman tələb etməyəcək və bununla bağlı hər hansı məhkəmə instansiyasına müraciət etmə yəcəkdir (1-3-cü bəndlər).
3. İddiaçı tərəfindən 2018-ci il 15 yanvar tarixli 001 saylı müqavilə üzrə öhdəlik icra edilərək, qeyd edilən qeyri-yaşayış sahələri Banka təqdim edilmişdir. Cavabdeh tərəfindən isə həmin müqavilə üzrə iddiaçının vergi qarşısında yaranan borcundan ümumilikdə 112.000 manat ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC (bundan sonra – “İddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – “Cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 001 və 002 saylı müqavilələr üzrə 2018-ci il 31 dekabr tarixinə yaranmış 3.666.494 manat məbləğində borcun və məhkəməyə müraciətlə bağlı ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi b arədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına (bax bu qərarın 1-3-cü bəndləri) istinad etməklə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərinin icra edilməsinə baxmayaraq, cavabdeh öhdəliklərini pozmuş, onun tərəfindən ödənişlər edilməmişdir. Artıq cavabdehlə mövcud münasibətlərin qarşılıqlı razılıqla həllinin mümkünsüz olması səbəbindən hazırkı vəziyyətin ədalətli həlli yolu yalnız məhkəmə qaydasında mümkündür.
6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3388/2021 nömrəli 2021-ci il 26 avqust tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 001 və 002 saylı müqavilələr üzrə yaranmış 3.666.494 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdi r (hakim – Z.Pirverdiyev).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, 001 və 002 saylı müqavilələr iddiaçı tərəfindən icra edilərək, iddiaçının mülkiyyətində olan və müqavilədə göstərilmiş əmlaklar "xxxx" BOKT QSC-yə təqdim edilmiş və sonuncunun həmin əmlaklar üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin cavabdeh tərəfindən həmin müqavilələr icra edilməmişdir.
8. Göründüyü kimi, tərəflər arasında bağlanmış borc öhdəliyinin icra və güzəşt edilməsi müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdehdən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilələr üzrə öhdəliklərini yerinə yetir məmiş, buna görə də, iddiaçı qarşısında mülki məsuliyyəti yaranmışdır.
9. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 442, 443.1, 739.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (budan sonra-“MPM”) 14.2, 80, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
10. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
11. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 8 iyun tarixli 9/316 nömrəli e kspert rəyinə əsasən, tərəflər arasında bağlanmış 001 və 002 saylı müqavilələr üzrə cavabdehin iddiaçıya olan borcu 2.275.494 manat məbləğində müəyyən edilir. İş materiallarında olan bank ödəniş sənədləri və işin 83-cü vərəqəsində olan 2018-ci il 31 avqust tarixli “Borc öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi barədə” razılaşma protokolu nəzərə alındıqda isə tərəflər arasında bağlanmış 001 və 002 saylı müqavilələr üzrə borc tam ödənilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-76/2022 nömrəli 2022-ci il 26 iyul tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur (sədrlik edənməruzəçi hakim R.Qurbanov, hakimlər V.Məmmədov və V.Baxışova).
13. Apellyasiya instansiyası məhkəm əsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddianın predmeti 001 saylı müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən pul vəsaitinin ödənilməsi təşkil edir. Həmin müqavilədən görünür ki, iddiaçı öz əmlakı hesabına cavabdehin digər şəxsə olan pul öhdəliyini icra etməyi, cavabdeh isə həmin pul məbləğini iddiaçıya geri qaytarılmasını öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçının hərəkətləri MM-in 431.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin üçüncü şəxs tərəfindən icrası olmuşdur. Belə ki, o, kreditor olan "xxxx" BOKT QSC qarşısında borclu olan cavabdehin öhdəliyini öz əmlakı hesabına ödəmişdir. Cavabdeh isə öz öhdəsinə götürmüşdür ki, iddiaçının əmlakı hesabına ödədiyi borcu 10 il müddətinə iddiaçıya geri qaytaracaqdır. MM-də bu növdə müqavilə nəzərdə tutulmamış, bununla yanaşı mül ki qanunvericilikdə belə razılaşma və ya müqavilə üzrə kommersiya fəaliyyətinin həyata keçirilməsi qadağan da olunmamışdır. Ona görə də, iddiaçı borc öhdəliyinin icra edilməsinə dair müqaviləyə istinad edərək, öhdəliyin icra olunmasını və ya həmin müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı hesab oluna bilər.
14. Eyni zamanda, 002 saylı müqavilə ilə cavabdehin iddiaçıya olan 67.621.177,23 manat borcundan 65.233.683,23 manat məbləğində borc cavabdehin xeyrinə güzəşt edilmişdir. Göründüyü kimi, cavabdehin iddiaçı qarşısında olan 67.621.177,23 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyinin 65.233.683,23 manat hissəsinə xitam verilmişdir. Beləliklə, 001 saylı müqaviləyə əsasən cavabdehin ödəməli olduğu borc məbləği azaldılaraq 00 2 saylı müqaviləyə əsasən 2.378.494 manat məbləğində müəyyən edilmişdir.
15. Həmçinin nəzərə alınmalıdır ki, 001 saylı müqavilə ilə müəyyən edilən cavabdehin ödəməli olduğu 1.400.000 manat məbləğində vergi borcu ayrıca məbləğ, yəni 67.621.177,23 manat məbləğindən əlavə ödənilməli olan məbləğ deyil. Çünki 001 saylı müqavilədə aydın şəkildə müəyyən edilmişdir ki, həmin məbləğ ödənildikdən sonra ümumi məbləğ (67.621.177,23 manat) azaldılır.
16. İddiaçının hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən 001 saylı müqaviləyə əsasən iddiaçının vergi qarşısında yaranan borcundan ümumilikdə 112.000 manat ödənilmişdir.
17. Cavabdeh tərəfindən isə təqdim edilən tərəflər arasında bağlanmış borc öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi barədə 2018-ci il 31 avqust tarixli razılaşma p rotokolundan görünür ki, cavabdehin iddiaçıya 002 saylı müqavilə üzrə borcundan 3.094.385 manat ödənilmiş hesab edilmişdir. İddiaçı tərəf bu faktı təsdiq etmir və bildirir ki, sözügedən məbləğ tamamilə başqa öhdəliyin icra edilməsi zamanı "xxxx" MMC-dən iddiaçıya borc müqaviləsi üzrə “X1” MMC-nin "xxxx" ASC qarşısında mövcud olan borcunun ödənilməsi üçün "xxxx" ASC-yə ödənilən vəsaitin əvəzləşdirilməsi ilə bağlıdır.
18. Məhkəmə iddiaçının mövqeyini əsassız hesab edərək qeyd etmişdir ki, 2018-ci il 31 avqust tarixli razılaşma protokolunda aydın şəkildə və əlavə heç bir şərt nəzərdə tutulmadan qeyd olunmuşdur ki, cavabdehin iddiaçıya 002 saylı müqavilə üzrə borcundan 3.094.385 manat ödənilmiş hesab edilmişdir. Ona görə də, borc öhdəliyinin icra edilməsinə dair və borc öhdəliyinin güzəşt edil məsinə dair müqavilələr üzrə yaranmış borc məbləği tərəflər arasında bağlanmış, borc öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi barədə 2018-ci il 31 avqust tarixli razılaşma protokolunda qeyd olunanlar nəzərə alınmaqla müəyyən edilməlidir.
19. İş üzrə alınmış ekspert rəyi ilə təsdiq edilmişdir ki, 001 və 002 saylı müqavilələr üzrə qalıq qalmış borc mövcud olmamışdır. Çünki 002 saylı müqavilə üzrə müəyyən edilən qalıq borc 2018-ci il 31 avqust tarixli razılaşma protokoluna əsasən qarşılıqlı əvəzləşdirilmiş və bunun nəticəsində cavabdehin iddiaçı qarşısında olan öhdəliyinə xitam verilmişdir.
20. Məhkəmə həmçinin vurğulamışdır ki, apellyasiya icraatında cavabdeh tərəfindən təqdim edilən 2018-ci il 31 avqust tarixli razılaşma protokolunun sübut kimi qəbul edilməsi MPM-in 372.2-ci maddəsinin tə ləblərinin pozulması kimi qiymətləndirilə bilməz. İş materiallarından da müəyyən edilir ki, cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Sonuncu məhkəmə iclaslarında iddiaçı tərəfindən həmin razılaşmanın əslinin təqdim olunması tələb edilsə də, iddiaçı bu razılaşmanın bağlanmasını mübahisələndirməmiş və apellyasiya şikayətinə qarşı etirazda (i/v 97) həmin razılaşmanın bağlanmasını etiraf etmiş, lakin razılaşmanın digər öhdəliyə aid olduğunu bildirmişdir.
21. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)6/2023 nömrəli 2023-cü il 7 mart tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər B.Qəribov və İ.Dadaşov).
23. Apellyasiya məhkəməsi öz qətnaməsində belə qənaətə gəlmişdir ki, cavabdehin 001 saylı müqavilə üzrə ödəməli olduğu 1.400.000 manat məbləğində vergi borcu 67.621.177,23 manat məbləğindən əlavə ödənilməli olan məbləğ deyil, həmin məbləğ ödənildikdən sonra ümumi məbləğ (67.621.177,23 manat) azaldılır.
24. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından isə məlum olmuşdur ki, iddiaçının təqdim etdiyi hesabdan çıxarış məlumatlarına əsasən, cavabdeh tərəfində n 001 saylı müqavilə üzrə iddiaçının vergi qarşısında yaranan borcundan ümumilikdə 112.000 manat ödənilmişdir.
25. Məhkəmə kollegiyasının mövqeyinə görə, 001 saylı müqavilə üzrə iddiaçının cavabdeh tərəfindən ödənməli olan vergi borcunun qalan hissəsisinin, yəni 1.288.000 manatın (1.400.000 manat - 112.000 manat) həqiqətən də ödənildiyinin sübutetmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Lakin 001 saylı müqavilə üzrə iddiaçının vergi borcunun qalan hissəsisinin cavabdeh tərəfindən ödənilməsi qətnamədən və iş materiallarından görünmür.
26. Həmçinin qeyd olunmuşdur ki, iddiaçının iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, cavabdeh tərəfindən 001 saylı müqaviləyə əsasən iddiaçının vergi qarşısında yaranan borcundan 112.000 manat 4 ödənişlə ödənilmişdir. Sözügedən ödənişlə rdən sonuncu ikisinin tarixləri (2018-ci il 20 dekabr və 2019-cu il 21 may) borc öhdəliklərinin razılaşma protokolunun imzalandığı bildirilən tarixdən (2018-ci il 31 avqust) sonraya təsadüf edir. Apellyasiya məhkəməsi isə öz qətnaməsində borc əvəzləşdirildikdən sonra cavabdeh tərəfindən hansı səbəb(lər)dən və hansı əsas(lar)la iddiaçıya əlavə olaraq iki dəfə pul ödənilməsini (cəmi 20.000 manat) aydınlaşdırmamışdır.
27. Bundan başqa, apellyasiya məhkəməsi öz qətnaməsində bir tərəfdən belə nəticəyə gəlmişdir ki, cavabdehin 001 saylı müqaviləyə əsasən ödəməli olduğu borc məbləği azaldılaraq (güzəşt edilərək) 002 saylı müqaviləyə əsasən 2.378.494 manat məbləğində müəyyən edilmişdir, digər tərəfdən isə, daha sonra bağlanmış razılaşma protokolunda cavabdehin 002 saylı müqavilə üzrə iddiaçıya ola n borcundan 3.094.385 manat ödənilmiş hesab edilmişdir.
28. Halbuki əvvəlki tarixdə bağlanmış müqavilə üzrə daha az məbləğdə borc (2.378.494 manat) müəyyənləşdirildiyi halda, sonrakı tarixdə bağlanmış müqaviləyə əsasən, əvvəlki müqaviləyə istinadən daha artıq məbləğdə borcun (3.094.385 manat) güzəşt edilməsi hüquqi və praktiki baxımdan anlaşılan deyildir (2.378.494 manat 3.094.385 manat = - 715.891 manat). 002 saylı müqavilə üzrə olan borcdan faktiki ödənildiyi müəyyən edilmiş 112.000 manat vergi borcu çıxıldıqda isə mövcud olmayan borcla əvəzləşdirilmiş borcun arasındakı fərq daha da artmış olur (2.378.494 manat 112.000 manat -3.094.385 manat = - 827.891 manat). Lakin istənilən halda faktiki mövcud olmayan borcun necə, hansı qaydada və hansı əsasla əvəzləşdirilməsinə apellyasiya məhkəməsi nin qətnaməsindən izah tapmaq mümkün olmur.
29. Digər tərəfdən, iş materiallarında olan apellyasiya məhkəməsinin 2021-ci il 30 noyabr tarixli iclasının protokolundan müəyyən olunur ki, cavabdehin nümayəndəsi öz izahatında razılaşma protokoluna əsasən təxminən 3.094.000 manat pul ödənildiyi, bundan başqa iddiaçıya mal verildiyi və qalan borcun əvəzləşdirildiyi, eləcə də cavabdehin qarşı tərəfə 57.000 manat məbləğində borcunun qala bildiyini qeyd etmişdir. Göründüyü kimi, cavabdeh tərəfin özü də iddiaçıya mübahisə predmetindən kənar borcun olduğunu istisna etməmiş, qalan borcla bağlı iddiaçıya mal verərək borcu əvəzləşdirdiyini bildirmişdir. Halbuki cavabdeh tərəfindən mübahisə predmeti olan razılaşma protokolundan kənar qalan borcla bağlı iddiaçıya hər hansı mal verməsi və bununla bağlı əvə zləşdirilmə aparılması iş materiallarından görünmür. Apellyasiya məhkəməsi isə öz qətnaməsində mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu xüsusatlara hüquqi qiymət verməmişdir.
30. Nəhayət, apellyasiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, iddiaçı razılaşma protokolunun bağlanmasını mübahisələndirməmiş, apellyasiya şikayətinə qarşı etirazda həmin razılaşmanın bağlanmasını etiraf etmiş, lakin razılaşmanın digər öhdəliyə aid olduğunu bildirmişdir. Bunun nəticəsi olaraq apellyasiya məhkəməsi razılaşma protokolunu mötəbər sənəd kimi qiymətləndirmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Əbilovun şikayəti üzrə” olan 2008-ci il 13 iyun tarixli qərarında konkret iş üzrə belə qənaətə gəlmişdir ki, MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutla rın əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Lakin mülki işə baxılarkən qanunun həmin tələbinə riayət edilməmiş, işə əlavə edilmiş yazılı sənədin surəti lazımi qaydada təsdiq olunmamışdır. Bu isə həmin sənədə sübut kimi istinad edilməsini istisna edir.
31. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun həmin mövqeyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının və apellyasiya məhkəməsinin razılaşma protokolunun əslinin təqdim olunmasını cavabdehdən tələb etmələrinə baxmayaraq, cavabdeh həmin sənədin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini təqdim edə bilmədiyi halda, məhkəmənin həmin sənədin surətinə istinad etməsi MPM-in 89.3-cü maddənin tələbləri baxımından qanunsuz olmuşdur. Qeyd olunanlar hazırkı iş üzrə birmənalı nəticəyə gəlməyə imkan verm ir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
32. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-468/2023 nömrəli 2023-cü il 22 avqust tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim F.Qasimov, hakimlər F.Abdıyev və X.Sarıyev).
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında 15 yanvar 2018-ci il tarixli 001 nömrəli “Borc öhdəliyinin icra edilməsinə dair” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı, cavabdehin "xxxx" BOKT QSC qarşısında mövcud olan öhdəliyinin icra edilməsi məqsədilə özünəməxsus qeyri-yaşayış sahələrini cəmi 67.621.17 7,23 manat qarşılığında "xxxx" BOKT QSC-ya təqdim etməyi, müqavilənin 1-ci bəndində qeyd edilən qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı cavabdehin iddiaçı qarşısında yaranan 67621177,23 manat borc öhdəliyi 10 il müddətinə cavabdeh iddiaçıya geri qaytarmağı, bu əməliyyatla bağlı iddiaçının vergi qarşısında yaranan ******* manat məbləği cavabdeh öncədən ödədikdən sonra öhdəliyin icra olunmasını, ödənilmiş ******* manat məbləğin ümumi məbləğdən (67621177,23 manat) azaldılmasını öhdələrinə götürmüşlər.
34. Tərəflər arasında 05 fevral 2018-ci il tarixli 002 nömrəli “Borc öhdəliyinin güzəşt edilməsinə dair” müqavilə bağlanmış və müqaviləyə əsasən 001 nömrəli 15 yanvar 2018ci il tarixli “Borc öhdəliyinin icraedilməsi”nə dair müqavilə üzrə cavabdehin iddiaçıya yaranmış 67621177,23 mana t borcundan 65233683,23 manat məbləğdə borcu cavabdehin xeyrinə güzəşt edilməsini, öhdəlik üzrə qalan 2.378.494 manat məbləği hissələrlə 31 dekabr 2018-ci il tarixə kimi cavabdeh tərəfindən iddiaçının cari hesabına ödənilməsini, iddiaçı gələcəkdə güzəşt etdiyi 65.233.683,23 manat məbləği cavabdehdən heç bir zaman tələb etməyəcəyini və bununla bağlı hər hansı məhkəmə instansiyasına müraciət etməyəcəyini öhdələrinə götürmüşlər.
35. İddiaçı tərəfindən 15 yanvar 2018-ci il tarixli 001 nömrəli “Borc öhdəliyinin icra edilməsinə dair” və 05 fevral 2018-ci il tarixli 002 nömrəli “Borc öhdəliyinin güzəşt edilməsinə dair” müqavilələr icra edilərək, iddiaçının mülkiyyətində olan və müqavilədə göstərilmiş əmlaklar "xxxx" BOKT QSC-yə təqdim edilmiş və sonuncunun həmin əmlaklar üzərində mülkiyyət hüquql arı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
36. İddiaçının təqdim etdiyi hesabdan çıxarış məlumatlarından müəyyən olunur ki, cavabdeh tərəfindən 001 nömrəli müqavilə üzrə iddiaçının vergi qarşısında yaranan borcundan ümumilikdə 112.000 manat ödənilmişdir. Lakin işin müəyyən edilmiş halları ilə təsdiq olunur ki, cavabdeh tərəfindən 15 yanvar 2018-ci il tarixli 001 nömrəli “Borc öhdəliyinin icra edilməsinə dair” və 05 fevral 2018-ci il tarixli 002 nömrəli “Borc öhdəliyinin güzəşt edilməsinə dair” müqavilələr icra edilməmişdir.
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən yeni apellyasiya baxışı zamanı araşdırılmalı olan bir neçə məsələ qeyd olunsa da, digər araşdırılmalı hallar məhz razılaşma protokolu ilə bağlı olduğundan ilkin olaraq həmin protokolun surətinin sübut kimi qəbul olunması məsələsinə qiymət verilməlidir.
38. Cavabdehin nümayəndəsinin bu xüsusatla bağlı mövqeyi ondan ibarətdir ki, iddiaçı apellyasiya şikayətinə etirazda razılaşmanın bağlanmasını, lakin başqa öhdəliyə aid olduğunu qeyd etsə də, razılaşma protokolunun əslini yalnız borcun mövcud olmaması barədə ekpertiza rəyi verildikdən sonra tələb etmişdir.
39. İşin materiallarının 97-ci vərəqəsində olan iddiaçının nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə etirazın 2-ci və 3-cü abzaslarında qeyd olunur ki, “"xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə qətnaməsilə qət edilmiş ******* manatın ******* manatı tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli borcların qarşılıqlı əvəzləşdirilməsinə dair protokola əsasən əvəzləşdirilərə k ödənilmişdir. Bu tamamilə absurddur. Belə ki, sözügedən məbləğ tamamilə başqa öhdəliyin icra edilməsi zamanı "xxxx" MMC-dən İddiaçı MMC-yə borc müqaviləsi üzrə “X1” MMC-nin "xxxx" ASC qarşısında mövcud olan borcunun ödənilməsi üçün "xxxx" ASC-yə ödənilən vəsaitin əvəzləşdirilməsilə bağlıdır”.
40. Məhkəmə MPM-nin 420-ci maddəsinin tələbini və kassasiya instansiya məhkəməsinin mövqeyini, həmçinin, bu mövqeyə uyğun olaraq MPM-nin 89-cu maddəsinin tələbini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumu “N.Əbilovun şikayəti üzrə” olan 2008-ci il 13 iyun tarixli qərarında əks olunan hüquqi mövqeyi nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən sənədin əsli məhkəməyə təqdim olunmadığından və bu xüsusat iddiaçı tərəfindən mübahisələndirildiyindən razılaşma protokolu sübut kimi qəbul edilə bilməz..
41. Bundan başqa apellyasiya instansiyası məhkəməsində işə baxılarkən 001 nömrəli müqavilə üzrə vergi borcunun qalan hissəsisinin, yəni 1.288.000 manatın cavabdeh tərəfindən ödənilməsi ilə bağlı apellyator tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamış, borcun əvəzləşdirilməsinə dair razılaşma protokolu bağlandıqdan sonra cavabdeh tərəfindən hansı səbəblərdən və hansı əsaslarla iddiaçıya vergi borcu üzrə əlavə olaraq iki dəfə pul ödənilməsini, 002 nömrəli müqavilə üzrə faktiki mövcud olmayan borcun hansı qaydada və hansı əsasla razılaşma protokolunda əvəzləşdirilməsini izah edə bilməmişdir. Halbuki, 001 nömrəli müqavilə üzrə faktiki ödənilmiş 112.000 manat vergi ödənişi mövcuddur ki, bu ödənişin hissə-hissə olmaqla 4 dəfəyə həyata keçirildiyi işin materiallar dan görünür. Bu ödənişlərdən sonuncu ikisi 20 dekabr 2018-ci il və 21 may 2019-cu il tarixlərdə, yəni cavabdehin istinad etdiyi razılaşma protokolundan sonrakı tarixlərdə həyata keçirilmişdir.
42. Razılaşma Protokoluna əsasən 3.094.000 manat pulun ödənilməsindən başqa cavabdeh tərəfindən iddiaçıya mal verildiyinə və qalan borcun əvəzləşdirildiyinə, eləcə də cavabdehin qarşı tərəfə 57.000 manat məbləğində borcunun qala bildiyinə dair cavabdehin izahatı ilə bağlı məsələ də apellyasiya instansiyası məhkəməsinə araşdırılarkən borcun məbləğinin hansı səbəbdən məhz həmin miqdarda olmasına cavabdeh tərəfindən aydınlıq gətirilməmişdir.
43. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386, 390, 431, 442, 443, 739.1-ci və MPM-in 4.1, 5.1, 14.2, 77.1, 89.1, 89.3, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
45. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər i
46. MM-in 385.1, 441.3-ci maddələrinin tələbləri pozulmuşdur- borc öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi barədə 2018-ci il 31 avqust tarixli razılaşma protokolundan aydın görünür ki, cavabdehin iddiaçıya olan borcu ödənilmiş və iddiaçı həmin protokolu öz imzası və möhürü ilə təsdiq etmişdir. İddiaçının həmin protokoldan xəbəri olmasına baxmayaraq məhkəməyə əsassız olaraq müraciət etmişdir. Eyni zamanda, işdə olan ekspert rəyinə əsasən cavabdehin iddiaçıya borcunun olmadığı müəyyən edilmiş, lakin məhkəmə həmin ekspert rəyinə heç bir münasibət bildirməmişdir.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun S.Əliyevin şikayəti ilə əlaqədar 2007-ci il 31 may tarixli qərarındakı mövqeyi nəzərə alınmamışdır. Qərarda göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş iş in hallarının qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalı, sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin məhkəmə bu tələblərə əməl etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, işin faktiki halları apellyasiya məhkəməsində tam araşdırılaraq hüquqi qiymət verilmiş və cavabdehin kassasiya şikayəti yalnız məhkəməni uzatmaq niyyəti daşımışdır. Odur ki, kassasiya şikayətinin rə dd olunması, apellyasiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması xahiş olunur. Kassasiya baxışının hədləri
49. Hazırkı icraat çərçivəsində kassasiya şikayətinin dəlillərinə əsasən qətnamə bütövlükdə mübahisələndirildiyindən MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından, məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılır.
50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və ar aşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığ ı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
540. Öhdəl iklərin əvəzləşdirilməsinin mümkünlüyü 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 540.2. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır.” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafi q olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....”
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur.” “Maddə
89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi i şə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 54. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
55. Cavabdeh kassasiya şikayətində maddi hüquq normalarının pozulmasına dair dəlillərini əsaslandıraraq, borc öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi barədə 2018-ci il 31 avqust tarixli razılaşma protokoluna əsasən cavabdehin iddiaçıya olan borcu ödənilməsinə istinad edir.
56. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, həmin razılaşma protokolunun mötəbərliyi ilə bağlı hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya insta nsiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir (bax yuxarıda bu qərarın 33-43-cü bəndləri). Ona görə də məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi qiymətləndirmə aparılmasına zərurət görmür.
57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qətnaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
58. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 avqust tarixli, 22(103)-468/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva Ə.A.Əhmədov Ə.M.Xıdırov