Məhkəmə qərarları › İş №2-2(102)-490/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-490/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-490/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1) qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi (Mülki Məcəllə, maddə 445.7) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Əliyev Zaur Əli oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 aprel tarixli 2-2(107)-48/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış 2019-cu il 14 noyabr tarixli ** nömrəli kredit müqaviləsinə əsasən borcalana illik 23 % dərəcəsi ilə 12 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə zaminlər Cavabdeh3 və Cavabdeh1 arasında 2019-cu il 14 noyabr tarixli ** nömrəli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zaminlər borcalanın bank qarşısında ö hdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "xxxx" ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 (bundan sonra-birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Cavabdeh2”, “Cavabdeh1” və “Cavabdeh3”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9.143,57 manat əsas, 2.005,78 manat faiz və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.007,11 manat faiz borcu, iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 30 yanvar tarixli protokol qərardadına əsas ən X1 (bundan sonra-“M.Əbdürəhimov”) iddia tələbi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan Cavabdeh2 müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 9.143,57 manat, faiz borcu 2005,78 manat, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış faiz borcu 1.007,11 manat təşkil edir.

6. Cavabdeh2 iddianı qəbul edərək bildirmişdir ki, iddiaçıdan kredit götürmüş, lakin tam ödəniş aparmamış və borcu yaranmışdır. Buna baxmayaraq oğlu M.Əbdürəhimovun iddiaçıdan təxminən 12.000 manat məbləğində vəsaiti qaytarılmamış və həmin borcu tələb etmək hüququ atası olaraq ona güzəşt edilib. Ona görə də tələb edir ki, ona qarşı olan tələb əv əzləşdirilsin.

7. Cavabdeh3 da bildirmişdir ki, əsas borcla bağlı kredit götürən şəxslə, yəni Cavabdeh2la oğlu M.Əbdürəhimov arasında tələbin güzəşti haqqında müqavilə bağlanmış, borc məbləği güzəşt edilmişdir. Ona görə də, əsas borclu ilə bank arasında həm debitor, həm də kreditor borc olaraq qarşılıqlı öhdəlikləri mövcuddur. Ona görə də öhdəliklərin əvəzləşdirilməsi daha məqsədəuyğun olardı.

8. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 12 sentyabr tarixli qərardadı ilə iş üzrə məhkəmə-iqtisad ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2023-cü il 7 noyabr tarixli 9/7206 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən 2020-ci il 14 noyabr tarixə 9.143,56 manat əsas, 1.226,76 manat faiz borcu, 2023-cü il 27 yanvar tarixə 9.143,56 manat əsas borcu, 2.233,82 manat faiz borcu (1.226,76 manat əsas faiz borcu, 1.007,06 manat 5 faizlə hesablanmış faiz borcu) mövcuddur.

9. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 8 fevral tarixli e-2-2(117)-7/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 9.143,56 manat əsas borc, 1.226,76 manat faiz borcu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra -“MM”) 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.007,06 manat faiz borcu və 187,19 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir (hakim M.Hüseynov).

10. Birinci instansiya məhkəməsi tərəflərin təqdim etdikləri və ekspert rəyi nəticəsində əldə olunmuş sübutlar əsasında əsas borcun mövcudluğunu və iddia tələbində qeyd edilən məbləğlə eyni olmasını müəyyənləşdi rmişdir.

11. Həmçinin ekspert rəyində faiz borcu iddia tələbinə nisbətən az hesablandığından və həmin rəy iddiaçı tərəfindən faiz borcuna münasibətdə təqdim edilən sübutlarla təkzib edilmədiyindən məhkəmə həmin məbləği əsas götürmüşdür.

12. Məhkəmə gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış faiz borcunun tutulması hissəsinə münasibətdə bildirmişdir ki, ekspert rəyində həmin məbləğ 1.007,06 manat qeyd edildiyindən cüzi fərq də olsa, rəydəki məbləğ əsas götürülməlidir.

13. Həmçinin, zaminlik müqaviləsinin qüvvədə olma müddəti dəqiq göstərilmədiyindən kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı il ərzində, yəni 2021-ci il 14 noyabr tarixədək 1 il ərzində zaminə qarşı iddia irəli sürülə bilərdi. Zaminlik müqaviləsinin də 4-cü abzasında eyni müddəa nəzərdə tutulmuşdur. Kredit müqa viləsinin icrası müddəti 2020-ci il 14 noyabr tarixdə bitmiş, həmin tarixdən 1 il müddətində zaminlərə qarşı iddiaçı iddia qaldırmalı olsa da, bunu etməmişdir. Bu səbəbdən iddia tələbinin zaminlərə münasibətdə rədd edilməsi qanunvericiliyin tələbinə uyğundur.

14. Məhkəmə cavabdeh tərəfin iddiaçı ilə tələblərin qarşılıqlı əvəzləşdirilməsi ilə bağlı müraciətləri ilə bağlı qeyd etmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 8 fevral tarixli qərardadı ilə Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından prosessual qanunvericiliyin tələbləri baxımından imtina edilsə də, istər ədalətli yanaşma baxımından, istərsə işin materiallarına və iddiaçı tərəfinin təsdiq etdiyi mövqeyi baxımından cavabdeh tələbin güzəşti halları və qarşılıqlı iddiada tərəflərin öhdəliklərinin qarşılıq lı əvəzləşdirilməsi tələbində ədalətlilik və qanunilik baxımından haqlı görünür.

15. Belə ki, məhkəməyə təqdim edilən 2020-ci il 8 aprel tarixli mədaxil qəbzindən də görünür ki, M.Əbdürəhimovun iddiaçıda olan hesabında 200 000 rubl, 330 000 və 1590 rubl, cəmi 531591,08 pulu vardır və o, əsas borclu olan Cavabdeh2 oğludur. Mülki qanunvericilik bu kimi hallarda “tələbin güzəşti”ni nəzərdə tutur. İddiaçının ləğv prosesində olması tələbin güzəşti halının tətbiqini istisna etmir. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya qarşı hüquqları və tələbləri mövcuddur və qarşılıqlı surətdə əvəzləşdirilməklə icra edilməsi mübahisənin və öhdəliklərin icrasının ən düzgün həlli üsuludur.

16. Məhkəmə hesab etmişdir ki, bu halda bir tərəfin hüquq və azadlıqlarına digər tərəf ləğv edilmə prosesində olma səbəbindən üstünlük verilə bilməz. Eyni zamanda, bu halda hər hansı tərəfin hüquqları üstün tutula bilməz. Çünki burada qarşılıqlı olaraq tələblərin ödənilməsindən söhbət gedir.

17. Bu səbəbdən, hazırkı iş üzrə cavabdeh tərəfin tələbin əvəzləşdirilməsi ilə bağlı müraciətini məhkəmə hazırkı icraat çərçivəsində həll etməmişdir. MM-nin 194-195-ci maddələrinin tələblərinə əsasən tələb sahibi tələbini üçüncü şəxsə güzəşt edərsə, bu barədə borcluya məlumat verməlidir. F.Abdurahmanov 2024-cü il 6 fevral tarixində bağlanmış müqavilə əsasında tələbin ona güzəşt edilməsi barədə iddiaçıya məlumat verməmiş, birbaşa məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmə cavabdehə izah etmişdir ki, qeyd edilən tələblərin qarşılıqlı əvəzləşdirilməsi ilə bağlı qarşı tərəfə müraciət etməli və məhkəmə qərarının i crası zamanı tələblərin qarşılıqlı əvəzləşdirilməsi yolu ilə bu məsələni həll etməlidir.

18. Məhkəmə gəldiyi nəticəni MM-nin 194-195, 385.1, 427.3, 441.1, 442, 443.1, 445.1, 448.1, 472.1, 472.2, 472.3, 739.1, 739.2, 445.7 və 477.0.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 119.1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum Qərarına və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməs inə dair” 2017-ci il 13 iyun tarixli Qərarına istinadla əsaslandırmışdır.

19. Cavabdeh2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ondan iddiaçının xeyrinə tutulacaq ümumilikdə 9.143,56 manat əsas, 1.226,76 manat faiz, MMnin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.007,06 manat faiz borcu və 187,19 manat mediasiya xərcinin, M.Əbdürəhimovun iddiaçıda olan hesabına 2019-cu il 1 noyabr tarixli 0947/19 nömrəli müqavilə əsasında köçürmə etmək məqsədilə mədaxil etmiş və iddiaçının Şəki Kommersiya Məhkəməsinə 2023-cü il 24 oktyabr tarixli **********354 nömrəli məktubunda 531.591,08 rus rublu, yəni 12.226 AZN kimi qeydi ilə öz təsdiqini tapmış pul vəsaiti ilə əvəzlənməsi öhdəliyi qoyulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası m əhkəməsindəki icraat

20. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 aprel tarixli 2-2(107)-48/2024 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş 2024-cü il 8 fevral tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim G.Cavadova, hakimlər Ə.Kərimov və E.Hüseynov).

21. Apellyasiya instansiya məhkəməsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şə rh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarına və «Banklar haqqında» Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinin tələblərinə istinadla hazırki iş üzrə tələbin əvəzləşdirilməsi ilə bağlı cavabdehin dəlillərini əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

22. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətində həmin qətnamənin ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MM-nin 194, 195, 425.2, 431.1, 458, 522.1-ci maddələri üzrə - cavabdeh bu hissədə dəlillərini iddiaya etirazla eyni qaydada əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, M.Əbdürəhimov iddiaçıdan ona çatacaq məbləğdən Cavabdeh2 iddiaçıda olan borcunun silinməsinə notarius təsdiqi ilə 2023-cü il 21 dekabr tarixli 8İ-3605 reyestr nömrəli ərizə ilə də razılıq vermişdir.

24. MPM-nin 9.3, 14.2, 217.1 və 218.1-ci maddələri üzrə - bu hissədə hazırki işə aidiyyatı olmayan tamamilə başqa işin faktiki hallarına istinad olunmuş və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

26. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılac aqdır.

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (2023-cü il 1 oktyabr tarixədək olan redaksiyada) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

194. Tələbin güzəşti 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tə ləbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” “Maddə

741. Borc üzrə faizlər 741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....”

29. Azərbaycan Respublikası “Banklar müddəalarında aşağıdakılar nəzərdə tutulur: haqqında” Qanununun müvafiq “Maddə

72. Bankın müflis elan olunmasının nəticələri 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından:... 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür;...” “Maddə

78. Əvəzləşdirmə və saldo çıxarma 78.1. Bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər....” “Maddə

82. Ödənişlərin növbəliyi 82.1. Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür:... 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş va xtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. 82.2. Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanun vericiliyə uyğun qaydada ödənilir”.

30. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası cavabdehin şi kayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi).

32. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəllə sinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “...müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar.

33. Eyni zamanda həmin Qərarda qeyd edilmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınm ış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır”.

34. Baxılan işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh iddia olunan borcun məbləğini mübahisələndirmir, həmin borcun “Banklar haqqında” Qanunun 82-ci maddəsinin tələblərinə uyğun ola raq əvəzləşdirilməli olmasını bildirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqedən də göründüyü kimi, “Banklar haqqında” Qanunun 82-ci maddəsində nəzərdə tutulan məsələlərə iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qiymət verilir.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üç ün əsaslar olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

36. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 aprel tarixli 2-2(107)-48/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar