Məhkəmə qərarları › İş №2-2(102)-491/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-491/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-491/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdehə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması 05.07.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı MMC-nin cavabdehə qarşı “icarə müqaviləsi üzrə öhdəliyin icrası və dəymiş maddi ziyan ödənilməsi” tələbinə dair ilkin; cavabdehin MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 may tarixli 2-2(103)-811/2021 saylı qərarda dından ilkin iddia üzrə iddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı MMC (bundan sonra – “MMC”) ilkin cavabdehə (bundan sonra – “ilkin cavabdeh”) qarşı 2020-ci il 4 iyun tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, MMC ilə ilkin cavabdeh arasında bağlanmış 2019-cu il 16 may tarixli icarə müqaviləsinin şərtlərinə əməl edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində MMC-yə dəymiş 110.000 manat maddi zərərin və MMC-yə əldən çıxmış fayda şəklində vurulmuş 150.000 manat maddi zərər olmaqla ümumilikdə 260.000 manat pul vəsaitinin ilkin cavabdehdan MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2. ilkin cavabdeh 2020-ci il 15 oktyabr tarixində qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, daha sonra qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, MMC-dən 2019-cu il 16 may tarixində bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, icarə üzrə 38.333 manat, qazdan istifadəyə görə 14.497,2 manat, işıqdan istifadəyə görə 3.762 manat və dəymiş zərərə görə 1.330 manat borcun, cəmi 57.922 manat borcun tutularaq ilkin cavabdehnın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 7 aprel tarixli e-2-2(113)-136/2021 saylı qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək, MMC ilə ilkin cavabdeh arasın da bağlanmış 2019-cu il 16 may tarixli icarə müqaviləsi ləğv edilmiş, MMC-dən icarə haqqı üzrə 15.000 manatın tutularaq ilkin cavabdehnın xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – A.Əliyeva).

4. MMC 2021-ci il 29 may tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 22 sentyabr tarixli 2-2(103)-811/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər - R.Qurbanov və V.Məmmədov).

6. Həmin qətnamə 2021-ci il 14 oktyabr tarixində prose s iştirakçılarının elektron kabinetinə yerləşdirilmişdir.

7. MMC 2021-ci il 8 dekabr tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

8. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2021-ci il 29 dekabr tarixli qərardadı ilə MMCnin kassasiya şikayətinin MPM-in 407.1-ci maddəsi ilə müəyyən edilmiş formada verilmədiyindən icraata qəbul edilməsindən imtina edilmişdir (sədrlik edən – B.Qəribov, hakimlər - B.Məmmədli və İ.Dadaşov).

9. MMC 2022-ci il 27 yanvar tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 22 sentyabr tarixli qətnaməsinin ləğv edilməsini, işi yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.

10. Eyni zamanda, MMC-nin direktor u Qanuni nümayəndə kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin üzrlü sayılmasına dair ərizə ilə müraciət etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 7 fevral tarixli 2-2(103)811/2021 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən - V.Baxışova, hakimlər - R.Qurbanov və V.Məmmədov).

12. MMC 2022-ci il 2 mart tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 22 sentyabr tarixli qətnamənin ləğv edilməsini, işi yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 2 mart tarixli 2-2(103)811/2021 saylı qərardadı ilə kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmişdir (sədrl ik edən - V.Baxışova, hakimlər - R.Qurbanov və V.Məmmədov).

14. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2022-ci il 7 aprel tarixli qərardadı ilə MMC-nin kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir (sədrlik edən – B.Qəribov, hakimlər - B.Məmmədli və İ.Dadaşov).

15. Kassasiya instansiyası məhkəməsi MPM-in 407.1.4, 407.2, 408.1.1, 416.2-ci maddələrinə və MPM-ə “Əlavə”yə istinad edərək qeyd etmişdir ki, kassator işin faktiki hallarını sadalamaqla kifayətlənəklə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq olunmamasının nədən ibarət olmasını göstərməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 29 aprel tarixli 2-2(103)811/2021 saylı qərardadı ilə MMC-nin kassasiya şikayəti geri qay tarılmışdır (sədrlik edən V.Baxışova, hakimlər - R.Qurbanov və V.Məmmədov).

17. MMC 2022-ci il 4 may tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 22 sentyabr tarixli qətnamənin ləğv edilməsini, işi yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.

18. Həmçinin MMC-nin direktoru Qanuni nümayəndə kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin üzürlü sayılmasına dair ərizə ilə müraciət etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 18 may tarixli 2-2(103)811/2021 saylı qərardadı ilə kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə MMC-nin ərizəsi rədd edilmişdir (sədrlik edən - V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).

20. Apellyasiya instans iyası məhkəməsi MMC tərəfindən ötürülmüş müddətin artıq bir dəfə məhkəmə tərəfindən bərpa edildiyini, iddiaçının hər dəfə qüsurlu kassasiya şikayəti təqdim etdiyini və hazırkı ərizəyə əlavə edilmiş kassasiya şikayətində normalara istinad edilsə də, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin normaların pozulmasının nədən ifadə olunduğunun əsaslandırılmadığını nəzərə alaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadında qeyd edilən nöqsanlar aradan qaldırılmadığından buraxılmış müddətin bərpası üçün əsaslar mövcud deyil (MPM-in 133.1-ci maddəsinə istinad olunmuşdur).

21. MMC 2022-ci il 31 may tarixində kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və şikayətin aidiyyəti üzrə göndərilməsi məqsədi ilə növbəti prosessual hərəkətlərin edilməsi üçü n iş apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

22. MPM 386-cı maddəsinin tələbləri pozulmuşdur - Apellyasiya instansiyası məhkəməsi guya kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa olunması barədə ərizəyə baxıb və hesab edib ki, ərizəm təmin oluna bilməz. Halbuki mən ümumiyyətlə müddətin bərpası barədə ərizə verməmişəm. Çünki mən kassasiya şikayət verilməsi üçün müddəti ötürməmişəm. Ötürülmüş müddətin səbəbi kassasiya şikayətinin geri qaytarılması və buna itmiş müddətdir ki, bu müddət də bizim kassasiya şikayəti verməyimiz üçün tərəfimizdən ötürülmüş müddət sayıla bilməz.

23. MPM 387.1-ci maddəsinin tələbləri pozulmuşdur - Apellyasiya instansiyası məhkəməsi tərə fimizdən kassasiya şikayəti vermə müddətinin ötürülmədiyi halda, belə bir müddətin bərpası barədə ərizəmizin olmadığı halda, bizim konstitusion hüququmuzu pozan, düzgün olmayan qərardad qəbul edib. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının q anuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmi ş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə

402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdak ı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instans iyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Maddə

403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər....” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;... 408.5. Bu Məcəllənin 408.1.1 - 408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 22-23) iş materialları ilə birgə araşdıraraq belə qənaətə gəlir ki, həmin dəlillər əsassız, apellyasiya instansiyası məhkəməsinin mövqeyi isə qanunauyğundur.

30. Kassator kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmədiyini bildirsə də, iş materiallarından (İ cild, i/v 193; İİ cild, i/v 1) göründüyü kimi, MMC-nin direktoru Qanuni nümayəndə tərəfindən iki dəfə prosessual müddətin bərpası barədə ərizə ilə müraciət edilmişdir. Beləliklə, həmin dəlil ümumiyyətlə həqiqətə uyğun deyildir.

31. İş materiallarından görünür ki, qüsurlu tərtib olunmuş ilk müraciət kassatora ge ri qaytarıldıqdan sonra Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 2 mart tarixli 2-2(103)-811/2021 saylı qərardadı ilə kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmişdir. Buna baxmayaraq kassator yenə də şikayəti düzgün formada tərtib etmədən müraciət edərək müddətin bərpası barədə ikinci dəfə vəsatət vermişdir.

32. Məhz bunun nəticəsidir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı ərizədə buraxılmış müddətin bərpası üçün hüquqi əsasların mövcud olmaması qənaətinə gəlmişdir.

33. MPM-in 133.1-ci maddəsinin (bax yuxarıda § 28) tələbinə görə, məhkəmə prosessual müddətin ötürülmə səbəbini üzrlü hesab etdikdə onu bərpa edir.

34. Hazırkı halda isə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilməsi müddətinin ötürülməsi səbələrini üzrlü hesab etməmiş, bunu öz qərardadında lazımi qaydada əsaslandırmışdır.

35. Məhkəmə kollegiyasının mövqeyinə görə, prosessual hərəkətlərin yerinə yetirilməsini həyata keçirmək, o cümlədən kassasiya şikayətinin verilməsini prosessual qanunun tələblərinə uyğun olaraq, qanunla müəyyən edilmiş qaydada və müddətə həyata keçirmək hər bir işdə iştirak edən şəxsin vəzifəsidir.

36. Yuxarıda göstərilənləri ümumiləşdirərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi məsələ ilə bağlı düzgün nəticəyə gəlmiş, qərardad qəbul olunarkən hər hansı prosessual pozuntuya yol verməmişdir.

37. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: ilkin iddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersi ya Kollegiyasının 2022-ci il 18 may tarixli 22(103)-811/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar