Məhkəmə qərarları › İş №2-2(102)-491/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-491/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-491/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, əqdin qanunda nəzərdə tutulmuş məcburi forma şərtinə uyğun olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə bo rc tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli 2-2(103)14/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə "xxxx" QSC arasında bağlanmış 2019-cu il 12 aprel tarixli * nömrəli kredit müqaviləsinə əsasən, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə illik 5 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 320.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə 2020-ci il 24 sentyabr tarixində edilmiş 1 nömrəli Əlavəyə əsasən 2019-cu il 12 aprel tarixli * nömrəli kredit müqaviləsinin müddəti 2020-ci il 12 aprel tarixindən 2021-ci il 12 aprel tarixinədək uzadılmışdır.

2. İddiaçı ASC ilə "xxxx" QSC və Cava bdeh2 arasında bağlanmış 2019-cu il 12 aprel tarixli * nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 2019-cu il 12 aprel tarixli * saylı kredit müqaviləsi üzrə "xxxx" QSC-nin öhdəliklərinin tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öhdəsinə götürmüşdür.

3. İddiaçı ASC ilə "xxxx" QSC arasında bağlanmış 2020-ci il 1 oktyabr tarixli ** nömrəli kredit müqaviləsinə əsasən "xxxx" QSC-yə illik 5 % faiz dərəcəsi olmaqla 1 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

4. İddiaçı ASC ilə "xxxx" QSC arasında bağlanmış 2020-ci il 19 oktyabr tarixli *** nömrəli kredit müqaviləsinə əsasən "xxxx" QSC-yə illik 5 % faiz dərəcəsi olmaqla 3 ay müddətinə 600.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

5. İddiaçı ASC, "xxxx" QSC və X3 arasında bağlanmış 2020-ci il 1 oktyabr tar ixli ** nömrəli və 2020-ci il 19 oktyabr tarixli *** nömrəli zaminlik müqavilələrinə əsasən, X3 2020-ci il 1 oktyabr tarixli ** nömrəli və 2020-ci il 19 oktyabr tarixli *** nömrəli kredit müqavilələri üzrə "xxxx" QSC-nin öhdəliklərinin tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öhdəsinə götürmüşdür.

6. X3 2020-ci il 8 noyabr tarixində vəfat etmiş və Cavabdeh3 onun vərəsəsidir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər "xxxx" QSC (bundan sonra“QSC”), Cavabdeh3 (bundan sonra-“Cavabdeh3”) və Cavabdeh2 (bundan sonra“Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2019cu il 12 aprel tarixli * nömrəli kredit müqaviləsi üzrə 170.490,77 ABŞ dolları əsas borc, 3.536,22 ABŞ dolları fa iz borcu, 64.000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 238.026,99 ABŞ dollarının, 2020-ci il 1 oktyabr tarixli ** saylı kredit müqaviləsi üzrə 200.000 ABŞ dolları əsas borc, 7348,38 ABŞ dolları faiz borcu, 40.000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 247.348,38 ABŞ dollarının, 2020-ci il 19 oktyabr tarixli *** nömrəli kredit müqaviləsi üzrə 600.000 ABŞ dolları əsas borc, 22.500,14 ABŞ dolları faiz borcu, 12.103,32 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 634.603,46 ABŞ dollarının və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda göstərilən hallarına istinadən onunla əsaslandırılmışdır ki, hər üç kredit müqaviləsinin şərtlərinə görə cavabdeh QSC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, QSC öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bağlanmış kredit müqavilələri üzrə zaminlərdən X3 vəfat etmiş və Cavabdeh3 onun varisidir. Bununla əlaqədar Cavabdeh3 atasının əvəzinə cavabdeh kimi işə cəlb edilmişdir. 2021-ci il 5 may tarixinə olan maliyyə arayışına əsasən QSC-nin 2019-cu il 12 aprel tarixli * nömrəli kredit müqaviləsi üzrə 170.490,77 ABŞ dolları əsas kredit borcu, 3.536,22 ABŞ dolları faiz borcu, 64.000 ABŞ dolları dəbbə pulu borcu olmaqla, cəmi borcu 238.026,99 ABŞ dolları, 2020-ci il 1 oktyabr tarixli ** nömrəli kredit müqaviləsi üzrə 200.000 ABŞ dolları əsas kredit borcu, 7.348,38 ABŞ dolları faiz borcu, 40.000 ABŞ dolları dəbbə pulu borcu olmaqla, cəmi borcu 247.348,38 ABŞ dolları, 2020-ci il 19 oktyabr tarixli *** nömrəli kredit müqaviləsi üzrə 600.000 ABŞ dolları əsas kredit borcu, 22.500,14 ABŞ dolları faiz borcu, 12.103,32 ABŞ dolları dəbbə pulu borcu olmaqla, cəmi borcu 634.603,46 ABŞ dolları təşkil etmişdir.

9. Cavabdeh2 nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsi və iş materialları ilə tanış olarkən məlum olmuşdur ki, iddiaçı və QSC arasında bağlanmış 2019-cu il 12 aprel tarixli * nömrəli kredit müqaviləsinə əsasən QSC-yə illik 5% olmaqla 12 ay müddətinə 320.000,0 ABŞ dolları məbləğində kredit v erilmişdir. Həmin müqavilənin icrasının təmini üsulu kimi borclu şirkətin təsisçiləri-X3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi də bağlanmışdır. Hazırkı kredit və zaminlik müqavilələri ilə bağlı məhkəmə mübahisələri başlananadək Cavabdeh2 2019-cu il 12 aprel tarixli * nömrəli zaminlik müqaviləsinin mövcudluğundan xəbərsiz olmuşdur. Cavabdeh2 QSC-nin təsisçilərindən biridir. O, cəmiyyətdə 21 % paya malikdir. QSC-nin təsisçilərinin 2019-cu il 8 aprel tarixli ümumi yığıncağının qərarına əsasən iddiaçıdan 320.000,00 ABŞ dolları kredit götürülməsi və həmin kreditin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan iki ədəd daşınmaz əmlakın girov qoyulması qərara alınmışdır. Cavabdeh2 QSC-nin ümumi yığıncağında iştirak etmiş, həm də ümumi yığıncağın katibi olmuşdur. Cavabdeh2 təsisçi kimi kredit müqavi ləsi üzrə müəyyən daşınmaz əmlakların girov qoyulması barədə qərar qəbul etdikdən sonra özünün həmin müqavilə üzrə zamin kimi cəlb edilib, onunla zaminlik müqaviləsinin bağlanması məntiqli deyil. Həmçinin Cavabdeh2 zamin olması ilə bağlı hər hansı iradə ifadəsi olmamışdır. Eyni zamanda iş materiallarında olan əsas kredit müqaviləsinə edilmiş əlavə razılaşma ilə tanış olarkən, zaminlik müqaviləsində və əlavə razılaşmada olan, Cavabdeh2 məxsus olduğu iddia olunan imzaların bir-birindən açıq şəkildə fərqləndiyi aydın görünür. Cavabdeh2 özü ilə iddiaçı arasında 2019-cu il 12 aprel tarixli * saylı zaminlik müqaviləsinin harada və hansı şəraitdə bağlanmasından xəbərsizdir. Cavabdeh2 həmin müqavilə ilə tanış olduqda zaminlik müqaviləsindəki və əlavə razılaşmadakı imzaların ona məxsus olmadığı müə yyən olunmuşdur. Nəticə etibarilə Cavabdeh2 ilə iddiaçı arasında bağlandığı iddia olunan 2019cu il 12 aprel tarixli RB/KM saylı zaminlik müqaviləsi və 2020-ci il 20 aprel tarixli əlavə razılaşmadakı imzalar Cavabdeh2 məxsus olmadığından həmin əqd və əlavə razılaşma üzrə ona qarşı hər hansı tələbin yönədilməsinin hüquqi əsası yoxdur.

10. Bundan başqa, iddiaçı və QSC arasında bağlanmış 2019-cu il 12 aprel tarixli kredit müqaviləsinin bağlanması ilə əlaqədar QSC-nin təsisçilərinin ümumi yığıncağının qərarı (2019-cu il 8 aprel tarixli) olsa da, digər iki müqavilə ümumi yığıncağın qərarı (razılığı) olmadan bağlanmışdır. Bu da öz növbəsində QSC-nin təsisçisi kimi Cavabdeh2 maraqlarına ziddir. QSC-nin nizamnaməsinin 5.3.13-cü bəndinə əsasən, cəmiyyətin fəaliyyət qaydalarının müəyyən edilməsi və c əmiyyətin illik biznes və maliyyə planının qəbul və təsdiq edilməsi səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Nizamnamənin 6.3.7-ci bəndinə əsasən, hər hansı əqdin bağlanması nəticəsində Baş direktorun maraqları ilə Cəmiyyətin maraqlarının ziddiyyətə girməsi halında cəmiyyət adından və tərəfindən belə əqdin bağlanmasına icazə verilməsi baş direktora həvalə oluna bilməz. Həmçinin 2020-ci il 1 oktyabr və 2020-ci il 19 oktyabr tarixli kredit müqavilələri bağlanarkən hüquqi şəxsin səlahiyyətli idarəetmə orqanının kreditin alınması haqqında müvafiq qərarı, eləcə də səhmdarların əksəriyyətinin razılığı (imzalarının) yoxdur. Bunun nəticəsidir ki, həm hüquqi şəxsin direktoru, həm də zamin eyni şəxsdir. Eyni zamanda bank təminatın qiymətləndirilməsi zamanı zaminin eyni anda bir neçə kredit müqaviləsi üzrə zamin olmasına, habelə borcalan ilə zaminin bir-birinin kreditləri üzrə qarşılıqlı zamin olmasına diqqət etməli idi. Nəticə etibarilə həmin müqavilələr bağlanarkən təsisçilərin umumi yığıncağının qərarı (razılığı) olmadığından, həmin əqdlər etibarsız hesab edilməlidir.

11. Cavabdeh3 nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirmişdir ki, hər 3 kredit müqaviləsi bağlanarkən həm nizamnamənin, həm Mülki Məcəllənin tələbləri pozulmuşdur. Birinci kredit müqaviləsi bağlanarkən ümumi yığıncağın qərarı qəbul edilmiş, orada təminat kimi hansısa daşınmaz əmlakın girov qoyulması qeyd edilmişdir. Lakin sonradan bankda Cavabdeh2 zamin kimi qeyd edilmişdir. Digər iki kredit müqaviləsi üzrə isə nəzərə alınmalıdır ki, pandemiya dövr ündə bank, direktorun digər üç təsisçinin razılığı olmadan yüklü məbləğdə borc götürdüyünü və zamin dayandığını bilərəkdən, heç bir təminatsız 800.000 dollar məbləğində borc vermişdir. Burada direktor ümumi maraqlardan kənara çıxmış, həmin məbləğ hüquqi şəxsin hesabına köçürülsə də, qanunvericiliyin tələbləri pozulduğu üçün qeyd olunan əqd etibarsız hesab edilməlidir.

12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 26 sentyabr tarixli e-2-2(113)-162/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 16 noyabr tarixli 9/7468 saylı rəyinə əsasən, tərəflər arasında imzalanmış 2019-cu il 12 aprel tarixli * saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdeh QSC-nin iddiaçıya iddia ərizəsində borcun hesablandığı 2021-ci il 5 may tarixinə olan əsas borcu 169.872,06 ABŞ dolları, faiz borcu 2932,69 ABŞ dolları, 2020-ci il 1 oktyabr tarixli ** saylı kredit müqaviləsi üzrə əsas borcu 200.000,00 ABŞ dolları, faiz borcu 5736,66 ABŞ dolları, 2020-ci il 19 oktyabr tarixli *** saylı kredit müqaviləsi üzrə əsas borcu 600.000,00 ABŞ dolları, faiz borcu 13.833,43 ABŞ dolları müəyyən edilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 dekabr tarixli e-2-2(113)-162/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər QSC, Cavabdeh3 və Cavabdeh2 2019-cu il 12 aprel tarixli * saylı kredit müqaviləsi üzrə kreditə görə 169.872,06 ABŞ dolları, faiz borcuna görə 2932,69 ABŞ dolları, dəbbə borcuna görə 8000 ABŞ dolları olmaqla, cəmi 180.804,75 ABŞ dolları, cava bdehlər QSC və Cavabdeh3 2020-ci il 1 oktyabr tarixli ** saylı kredit müqaviləsi üzrə kreditə görə 200.000 ABŞ dolları, faiz borcuna görə 5736,66 ABŞ dolları, dəbbə borcuna görə 10.000 ABŞ dolları olmaqla, cəmi 215.736,66 ABŞ dolları, 2020-ci il 19 oktyabr tarixli *** saylı kredit müqaviləsi üzrə kreditə görə 600.000 ABŞ dolları, faiz borcuna görə 13.833,43 ABŞ dolları, dəbbə borcuna görə 10.000 ABŞ dolları olmaqla, cəmi 623.833,43 ABŞ dollarının ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Z.Pirverdiyev).

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdeh QSC tərəfindən kreditlər üzrə ödənişlər aparılmamış, kredit müqavilələrinin tələblərinə əməl olunmamışdır. Nəticədə cavabdeh QSC-nin iddiaçıya borcu yaranmışdır. Məhkəmə tədqiqatı zamanı cavabdeh QSC-nin iddiaçıya 2020-ci il 1 oktyabr tarixli ** saylı və 2020-ci il 19 oktyabr tarixli *** saylı kredit müqavilələri üzrə olan əsas kredit borcları iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan həmin məbləğlər iddiaçının xeyrinə tutulmalıdır.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 2019-cu il 12 aprel tarixli * saylı kredit müqaviləsi üzrə 170.490,77 ABŞ dolları məbləğində əsas kredit borcunun ödənilməsini tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 16 noyabr tarixli 9/7468 saylı ekspert rəyi ilə əsas kredit borcu 169.872,06 ABŞ dolları müəyyən olunmuşdur. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəti cə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməli, 2019-cu il 12 aprel tarixli * saylı kredit müqaviləsi üzrə əsas kredit borcu ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, kredit müqavilələri üzrə faiz borcları da 2022-ci il 16 noyabr tarixli 9/7468 saylı ekspert rəyi ilə müəyyən edilmiş məbləğlərdə iddiaçının xeyrinə tutulmaqla iddia göstərilən hissələrdə də qismən təmin edilməlidir.

17. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb tərəflər arasında bağlanmış kredit müqavilələrindən irəli gəlsə də, tələb olunan dəbbə pulu məbləğləri yaranmış borc məbləğlərinə görə tənasübsüz surətdə yüksək olduğundan, 2019-c u il 12 aprel tarixli * saylı kredit müqaviləsi üzrə 8000 ABŞ dolları, 2020-ci il 1 oktyabr tarixli RB/KM1314 saylı kredit müqaviləsi üzrə 10.000 ABŞ dolları və 2020-ci il 19 oktyabr tarixli *** saylı kredit müqaviləsi üzrə 10.000 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətlidir.

18. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı hər üç kredit müqaviləsi üzrə yaranmış borcların QSC ilə yanaşı zaminlər Cavabdeh2 və X2 qanun üzrə vərəsəsi Cavabdeh3 müştərək qaydada tutulmasını xahiş etmişdir. Lakin məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 yalnız 2019-cu il 12 aprel tarixli * saylı kredit müqaviləsi üzrə zamin olmuş, digər kredit müqavilələri üzrə tərəf olmamışdır. Buna görə də, Cavabdeh2 ancaq 2019-cu il 12 aprel tarixli * saylı kredit müqaviləsi üzrə yaramış borc məbləğinin ödənilməsi tələb oluna bilər.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 442, 467, 739.1 və 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

20. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 may tarixli 2-2(103)-308/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 13 noyabr tarixli rəyinə əsasən, 2019-cu il 12 aprel tarixli kredit müqavi ləsinin 2, 3, 4-cü vərəqlərinin aşağısında soldan sağa 2-ci imzalar, 5-ci vərəqində “Abuşov Ajaz” əlyazmaları, qarşısındakı imza və “8.4 Zamin” bölməsindəki imza; 2019-cu il 12 aprel tarixli zaminlik müqaviləsinin 1-3-cü vərəqlərinin aşağısında soldan sağa 2-ci imzalar, 4-cü vərəqində “Abuşov Ajaz” əlyazmaları, qarşısındakı imza və “9.3-cü zamin” bölməsindəki imza, 2019-cu il 12 aprel tarixli Kredit müqaviləsinin müddətinin uzadılması barədə 2020-ci il 24 aprel tarixli Əlavə razılaşmada “Zamin Cavabdeh2” qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur.

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 2-2(103)-308/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ek spertizası Mərkəzinin 2024-cü il 26 fevral tarixli rəyinə əsasən, 2019-cu il 12 aprel tarixli müqavilə üzrə öhdəliyin icra müddətinin bitdiyi 2021-ci il 12 aprel tarixinə cavabdehin faiz borcu 2390,04 ABŞ dolları, 2020-ci il 1 oktyabr tarixli müqavilə üzrə öhdəliyin icra müddətinin bitdiyi 2020-ci il 1 noyabr tarixinə 833,33 ABŞ dolları, 2020-ci il 19 oktyabr tarixli müqavilə üzrə isə öhdəliyin icra müddətinin bitdiyi 2021-ci il 19 yanvar tarixinə 5000,10 ABŞ dolları təşkil etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli 2-2(103)-14/2024 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilmiş, cav abdehlər QSC, Cavabdeh3 və Cavabdeh2 iddiaçının xeyrinə 2019-cu il 12 aprel tarixli kredit müqaviləsi üzrə 2390,04 ABŞ dolları, cavabdehlər QSC və Cavabdeh3 2020-ci il 1 oktyabr tarixli kredit müqaviləsi üzrə 833,33 ABŞ dolları, 2020-ci il 19 oktyabr tarixli kredit müqaviləsi üzrə 5000,10 ABŞ dolları faiz borcunun tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və Z.Şirinov).

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, zaminlərin apellyasiya şikayətlərində irəli sürdükləri dəlillər iddianın onlara qarşı hissədə rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər iki apellyasiya şikayətində qeyd edilmişdir ki, zaminlik müqavilələri etibarsız əqdlə rdir. Cavabdeh3 bu mövqeyini belə əsaslandırmışdır ki, QSC-nin təsisçilərinin 2019-cu il 8 aprel tarixli ümumi yığıncağının qərarına əsasən, iddiaçıdan kredit götürülməsi və həmin kreditin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan iki ədəd daşınmaz əmlakın girov qoyulması qərara alındığı halda, təsisçi ilə zaminlik müqaviləsi bağlanmışdır. Borcalan hüquqi şəxsin direktoru və zamin əslində eyni şəxs olduğundan, belə zaminlik müqaviləsinin bağlanması qanuna uyğun olmamışdır. Məhkəmə bu dəlillə bağlı qeyd etmişdir ki, qanunda direktorun hüquqi şəxsin öhdəliklərinə görə zamin olmasını qadağan edən hər hansı norma yoxdur. Cavabdeh apellyasiya şikayətində MM-in 337.1-ci maddəsinə istinad edərək (bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdin etibarsızdır) zaminlik müqavil ələrinin etibarsız əqd hesab edilməsini xahiş etsə də, müqavilələrin MM-in hansı normasının pozulması ilə bağlandığını göstərə bilməmişdir. Zaminlik müqavilələrinin formal xarakter daşıması barədə mülahizələr isə əsaslı sübutlarla təsdiq edilmir. 25. 2020-ci il 1 oktyabr tarixli ** saylı və 2020-ci il 19 oktyabr tarixli *** saylı kredit müqavilələrinin QSC-nin təsisçilərinin ümumi yığıncağının qərarı olmadan bağlandığı və hüquqi şəxsin nizamnaməsinin 5.3.13-cü bəndinin tələbi pozunması əsası ilə etibarsız əqd hesab edilməli olduğuna dair dəlillər də məhkəmə tərəfindən əsassız hesab edilmişdir. Belə ki, MM-in 354.2-ci maddəsində müəyyən edilmiş müddət kəsici müddətdir. Hazırkı halda kredit müqavilələri bağlandığı vaxtdan borcalan QSC tərəfindən mübahisələndirilməmiş, həmin müqavilələr əsası nda götürülmüş kredit vəsaitindən istifadə edilmişdir.

26. Cavabdeh2 apellyasiya şikayətində əsas kredit müqaviləsinə edilmiş 2020-ci il 20 aprel tarixli əlavə razılaşma ilə tanış olan zaman, zaminlik müqaviləsində və əlavə razılaşmada olan ona məxsus olduğu iddia olunan imzaların bir-birindən açıq şəkildə fərqləndiyinin aydın göründüyünü, onun 2019-cu il 12 aprel tarixli * saylı zaminlik müqaviləsinin harada və hansı şəraitdə bağlanmasından xəbərsiz olduğunu göstərmişdir. İşə apellyasiya qaydasında baxılakən müəyyən edilmişdir ki, Cavabdeh3 və müstəqil tələb irəli sürən üçüncü şəxs qismində Cavabdeh2 tərəfindən iddiaçıya qarşı iddia qaldırılaraq zaminlik müqavilələrinin və əlavə razılaşmanın etibarsız hesab edilməsi xahiş edilmiş, bu iddia Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını n 2023-cü il 1 mart tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Həmin mübahisəyə baxılarkən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 23 dekabr tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, 2019-cu il 12 aprel tarixli kredit müqaviləsinin 2-4-cü vərəqlərinin aşağı hissəsində sağdan 2-ci imzalar, 5-ci vərəqinin yuxarı hissəsində “zamin” qrafasında “Abuşov Ajaz” yazıları və qarşısındakı imza və “8.4 Zamin” qrafasında “Cavabdeh2” yazılarından aşağıda yerləşən imza; 2019-cu il 12 aprel tarixli zaminlik müqaviləsinin 1-3cü vərəqlərinin aşağı hissəsində sağdan 2-ci imzalar, 4-cü vərəqinin yuxarı hissəsində “Zamin” qrafasında “Abuşov Ajaz” yazıları və qarşısındakı imza və “9.3 Zamin” qrafasında “Cavabdeh2” yazılarından aşağıda yerləşən imza, 2019-cu il 12 aprel tarixli Kredit müqaviləsinin müddətinin uzadılması barədə 2020-ci il 24 aprel tarixli Əlavə razılaşmada “Zamin Cavabdeh2” qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur.

27. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh2 müqavilələrdəki imzaların ona aid olmadığına dair dəlillərinin həqiqətə uyğun olmadığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 13 noyabr tarixli ekspert rəyi ilə də təsdiq edildiyindən, apellyasiya şikayəti bu hissədə də əsassızdır.

28. Məhkəmə hesab etmişdir ki, müqavilə qüvvədən düşdükdən sonra bankın borcalan və zaminlərdən müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququ olmadığından birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə cavabdehlərdən faiz borcu tutulması hissəsində dəyişdirilməli, cavabdehlər QSC, Cavabdeh3 və Cavabdeh2 iddiaçının xeyrinə 2019-cu il 12 aprel tarixli kredit müqaviləsi üzrə 2390,04 ABŞ dolları, cavabdehlər QSC və Cavabdeh3 2020-ci il 1 oktyabr tarixli kredit müqaviləsi üzrə 833,33 ABŞ dolları, 2020-ci il 19 oktyabr tarixli kredit müqaviləsi üzrə 5000,10 ABŞ dolları faiz borcu tutulmalıdır.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 442, 448.1, 467, 470.1, 472.1, 472.2, 472.3, 474.1, 739.1 və 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

30. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətində, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

31. Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətində, qə tnamənin tamamilə ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması, bu mümkün olmadıqda isə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Cavabdeh2 kassasiya şikayətinin dəlilləri:

32. MM-nin 354.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 13.7, 217-ci maddələri üzrə-apellyasiya məhkəməsi Cavabdeh2 2020-ci il 1 oktyabr tarixli ** saylı və 2020-ci il 19 oktyabr tarixli *** saylı kredit müqavilələrinin etibarsızlığı ilə bağlı dəlillərini təkzib edərkən qeyd olunan hüquq normasına istinad edərək göstərmişdir ki, “Bu normada müəyyən edilmiş müddət kəsici müddətdir. Hazırkı halda kredit müqavilələri bağlandığı vaxtdan bor calan QSC tərəfindən mübahisələndirilməmiş, həmin müqavilələr əsasında götürülmüş kredit vəsaitindən istifadə edilmişdir”. Məhkəmənin QSC-nin həmin müqavilələri mübahisələndirməməyi ilə bağlı gəldiyi nəticə yalnışdır. Çünki həmin müqavilələri mübahisələndirmək hüququ yalnız kredit müqavilələrinin tərəfi olan QSC-yə aid deyil. Bu hüquq həm də QSC-nin səhmdarlarına aiddir. QSC-nin əvvəlki direktoru səhmdarların ümumi yığıncağının səlahiyyətlərini mənimsəyərək ümumi yığıncağın qərarı olmadan özbaşına xalis aktivlərin 25%-dən çox olan məbləğdə kredit müqavilələri bağlamışdır. Cavabdeh2 QSC-nin təsisçilərindən biridir. Onun həmin kredit müqavilələrinin bağlanmasından hazırkı məhkəmə mübahisələri başlanılanadək məlumatı olmamışdır. Ona görə də Cavabdeh2 həmin kredit müqavilələrinin etibarlılığın ı mübahisələndirmək imkanı olmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən bu kredit mübahisələri üzrə tələb irəli sürülərkən, müqavilələrin bağlandığı tarixdən bir il keçməmişdir (başqa sözlə, Cavabdeh2 tərəfindən 1 illik kəsici müddət ötürülməmişdir). Cavabdeh2 elə qeyd edilən maddənin şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin göstərişlərini nəzərə alaraq, iddia tələbinə dair etirazında əqdlərin etibarlılığını mübahisələndirmişdir. Lakin məhkəmə yanlış olaraq əqdin etibarlılığını mübahisələndirmək hüququnu yalnız QSC-yə aid edərək cavabdehin apellyasiya şikayətini təmin etməmişdir.

33. Digər məsələlər üzrə - Cavabdeh2 onunla iddiaçı arasında 2019-cu il 12 aprel tarixli * saylı zaminlik müqaviləsinin harada və hansı şəraitdə bağlanmasından xəbərsizdir. Cavabdeh2 həmin müqavilə ilə tanış oldu qda, zaminlik müqaviləsindəki və əlavə razılaşmadakı imzaların ona məxsus olmadığı məlum olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 23 dekabr tarixli rəyində 2019-cu il 12 aprel tarixli * saylı zaminlik müqaviləsində və əlavə razılaşmada olan imzaların Cavabdeh2 məxsus olduğu qeyd olunsa da, Cavabdeh2 ekspert rəyi ilə razı deyil, imzaların ona məxsus olduğunu qəbul etmir. Nəticə etibarilə Cavabdeh2 ilə iddiaçı arasında bağlandığı iddia olunan 2019-cu il 12 aprel tarixli zaminlik müqaviləsi və 2020-ci il 20 aprel tarixli əlavə razılaşmadakı imzalar Cavabdeh2 məxsus olmadığından həmin əqd və əlavə razılaşma üzrə ona qarşı hər hansı tələbin yönədilməsinin hüquqi əsası yoxdur.

34. İddiaçı və cavabdeh QSC arasında bağlanmış 2019-cu il 12 aprel tarixli kredit müqaviləsinin bağlanması ilə bağlı QSC-nin təsisçilərinin ümumi yığıncağının qərarı (2019-cu il 8 aprel tarixli) olsa da, digər iki müqavilə ümumi yığıncağın qərarı (razılığı) olmadan bağlanmışdır. Bu da öz növbəsində QSC-nin təsisçisi kimi Cavabdeh2 maraqlarına ziddir. 2020-ci il 1 oktyabr və 2020-ci il 19 oktyabr tarixli kredit müqavilələri, kreditin götürülməsi ilə bağlı təsisçilərin ümumi yığıncağının qərarı (razılığı) olmadan bağlandığı üçün etibarsızdır. b) Cavabdeh3 kassasiya şikayətinin dəlilləri:

35. MM-nin 349, 337.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı üzrə 2020-ci il 1 ok tyabr tarixli ** saylı və 2020-ci il 19 oktyabr tarixli *** saylı kredit müqavilələri cəmiyyətin ümumi yığıncağının qərarı olmadan bağlandığından etibarsızdır. X1 hüquqi varisi olan Cavabdeh3 2019-cu il 12 aprel tarixli * saylı, 2020-ci il 1 oktyabr tarixli ** saylı və 2020-ci il 19 oktyabr tarixli RB/KM1319 saylı kredit müqavilələri və zaminlik müqavilələrindən xəbəri olması mümkün deyildi. Bu əqdlərdəki iradə ifadəsinin Cavabdeh3 ilə heç bir bağlılığı yoxdur. O, hazırkı mübahisəyə zaminin varisi qismində cəlb edilmişdir. Cavabdeh atasının adıçəkilən zaminlik müqavilələrinin tərəfi olmasından xəbərsiz olmuşdur. İşə baxan məhkəmə həmin əqdlərin etibarlılığı məsələsini mütləq özü yoxlamalı idi. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbinin əsasında dayanan kredit v ə zaminlik müqavilələrinin etibarlılıq məsələsini ümumiyyətlə araşdırmamış, cavabdehlərin apellyasiya şikayətinin bu barədə dəlillərinə heç bir münasibət bildirməmişdir.

36. MM-nin 99.3-cü maddəsi üzrə - iddiaçı ilə QSC arasında üç kredit müqaviləsi bağlanmışdır. Bu müqavilələrdən 2019-cu il 12 aprel tarixli * saylı kredit müqaviləsinin bağlanmasına dair cavabdeh QSC-nin təsisçilərinin ümumi yığıncağının qərarı mövcud olsa da, digər iki müqavilə - 2020-ci il 1 oktyabr tarixli ** saylı və 2020-ci il 19 oktyabr tarixli *** saylı kredit müqavilələri bağlanmazdan əvvəl QSC-nin təsisçilərinin ümumi yığıncağı keçirilməmiş və müvafiq qərar qəbul edilməmişdir. Götürülən kreditlərdən minimum məbləğdə olanı belə cavabdeh QSC-nin nizamnamə kapitalına münasibətdə xüsusi əhəmiyyətli əqd kateqoriyasına daxildir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətin ali idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağında qəbul edilir. Başqa sözlə, nizamnamə kapitalının 25 %-dən çox, yəni 10.000 manat məbləğdən çox bağlanan istənilən müqavilə üçün cəmiyyətin ümumi yığıncağının qərarının olması lazım idi. Lakin çox qəribədir ki, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyasında bu məsələyə münasibət bildirilməmişdir. Digər tərəfdən kredit münasibətlərini tənzimləyən qaydalar müəyyən edir ki, borcalan hüquqi şəxs olarsa, banklar mütləq şəkildə həmin hüquqi şəxsin səlahiyyətli idarəetmə orqanının kreditin alınması haqqında müvafiq qərarını və kredit sənədlərini imzalamaq hüququ olan şəxsin səlahiyyətini təsdiq edən sənədi tələb etməlidir. Bundan əlavə, QS C-nin Nizamnaməsinin 5.3.13-cü bəndinə əsasən, cəmiyyətin fəaliyyət qaydalarının müəyyən edilməsi və cəmiyyətin illik biznes və maliyyə planının qəbul və təsdiq edilməsi səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Məlum olduğu kimi, götürülən hər bir kredit QSC-nin maliyyə planına daxildir. Bu da onu deməyə əsas verir ki, hər bir halda səhmdar cəmiyyətin ümumi yığıncağının aidiyyəti məsələ üzrə qərarı olmalıdır. Lakin iş materiallarında sadəcə 2019-cu il 12 aprel tarixli * saylı kredit müqaviləsinə dair QSC-nin təsisçilərinin ümumi yığıncağının qərarı mövcuddur. Buradan belə bir sual yaranır ki, 2020ci il 1 oktyabr tarixli ** saylı və 2020-ci il 19 oktyabr tarixli *** saylı kredit müqavilələri üzrə səhmdar cəmiyyətin ümumi yığıncağının qərarı bank (iddiaçı) tərəfindən ni yə tələb edilməmişdir? Hazırkı vəziyyətdə görünən odur ki, mərhum X3 şirkətin direktoru olaraq onun maraq və mənafelərinə, ən əsası qanunvericiliyə zidd olan kredit müqavilələri imzalamışdır. Bu cür əhəmiyyətli əqdin imzalanması isə təktərəfli olmamışdır. İddiaçının ilk kredit müqaviləsinə nisbətdə digər iki müqavilə üzrə zəruri olan qərarları tələb etməməsi də onun niyyətini bəlli edir.

37. MM-nin 337.1, 337.3, 337.4, 460.3-cü maddələri üzrə - qanunvericilikdə hüquqi şəxsin direktorunun əsas borclu ilə birgə məsuliyyət daşımasına maneə yaradacaq hər hansı norma əks olunmamışdır. Lakin 2020-ci il 1 oktyabr tarixli ** saylı və 2020-ci il 19 oktyabr tarixli *** saylı kredit müqavilələrinin etibarsızlığı dolayısıyla bu müqavilələr üzrə bağlanmış zaminlik müqavilələrinin də etibarsızlığına s əbəb olur. Cavabdeh həm hazırkı mübahisənin aid olduğu bütün məhkəmə instansiyalarında, həm də ayrıca iddia verərək zaminlik müqavilələrinin etibarsızlığını bir illik iddia müddətini ötürmədən mübahisələndirmişdir. Belə ki, Cavabdeh3 iddiaçı tərəfindən məhkəməyə müraciət olunduqdan sonra dərhal zaminlik müqavilələrinin etibarsızlığı ilə bağlı iddia qaldırmışdır. Lakin nə ayrıca icraat qaydasında, nə də hazırkı iş üzrə məhkəmələr tərəfindən cavabdehin dəlillərinə düzgün hüquqi münasibət bildirilməmişdir. 38. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsi, 12-ci maddəsi, MPM-in 76.1, 76.2, 87.1, 87.2, 87.4, 97.1, 98.2, 102.3-cü maddələri üzrə - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 2-2(1 03)-308/2023 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin qərardadda ekspertizanın aparılması Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Qərardadın tələblərinə uyğun olaraq Məhkəmə Ekspertizası Mərkəzinin eksperti vəsatətlə məhkəməyə müraciət etmiş və Mərkəzi Bankın mütəxəssislərinin tədqiqata cəlb edilməsini xahiş etmişdir. Lakin ekspertin bu vəsatəti məhkəmə tərəfindən təmin olunmamışdır. Bununla əlaqədar cavabdeh tərəfindən 2024-cü il 8 aprel tarixində “əlavə məhkəmə mühasibatlıq ekspertizasının yenidən keçirilməsi haqqında” vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət edilmişdir. Lakin məhkəmə bu barədə ə saslandırılmış vəsatə heç bir münasibət bildirmədən iş üzrə yekun qətnamə qəbul etmişdir. Göründüyü kimi, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi qaydaları pozulmuş, həmin pozuntular bütövlükdə qanunazidd tədqiqatın aparılmasına səbəb olmuşdur.

39. MPM-nin 4.3, 259.0.1, 417.1.5, 418.4.10-cu maddələri üzrə - iddiaçı işin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi tələbinə riayət etməmişdir. Birinci instansiya məhkəməsinə elektron sistem vasitəsilə təqdim edilən iddia ərizəsi və ona əlavə olunan sənədlərin içərisində pretenziya qaydasına riayət edilməsini təsdiq edən sənədlərin heç biri- Cavabdeh3 təqdim edilmiş pretenziya məktubu, həmin pretenziya məktubunun Cavabdeh3 təqdim edilməsi barədə poçt bildirişi və ya hər hansı bir sənəd, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin Cavabdeh3 təqdim edilməsi barədə sənəd mövcud deyil. İddiaçı yalnız “bildiriş” olaraq adlandırdığı 2 JPG formatında faylı sistemə daxil edərək, mübahisənin qabaqcadan məhkəmədən kənar həlli qaydasına əməl etdiyinə dair məhkəməni yanıltmağa nail olmuşdur. Buna görə də 2021-ci il 27 iyul tarixində keçirilən məhkəmə iclasında iddia ərizəsinin baxılmamış saxlanması barədə əsaslandırılmış vəsatət ilə məhkəməyə müraciət edilmişdir. Vəsatətin müzakirəsinin nəticəsində məlum olmuşdur ki, həqiqətən də iddiaçı tərəfindən pretenziya qaydasına riayət edilməmişdir. İddiaçı tərəf də yol verdiyi nöqsanı etiraf edərək, müəyyən vaxt verilsə, pretenziya məktubunu və iddia ərizəsini cavabdeh tərəfə təqdim edəcəyini bildirmişdir. İşə baxan məhkəmə ərizəni baxılmamış saxlamaq əvəzi nə, MPM-in 259.0.12-ci maddəsinə istinad edərək, iddiaçıya bu nöqsanın aradan qaldırılması üçün əlavə olaraq 3 gün vaxt vermişdir. Lakin həmin maddə tətbiq edilərək iddiaçı tərəfə müvafiq nöqsanı aradan qaldırmaq üçün əlavə vaxt verilə bilməzdi. Belə ki, həmin maddənin mətnində qeyd edilir ki, ərizə..., eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda... baxılmamış saxlanılmalıdır. Qeyd edilən hüquq normasının mətnindən göründüyü kimi, işə baxan hakim yalnız MPM-in 150.0.1-150.0.3-cü maddəsində qeyd edilən tələbləri yerinə gətirmək üçün ərizəni geri qaytarmadan iddiaçı üçün bu nöqs anları aradan qaldırmaq üçün əlavə vaxt müəyyən edə bilər. Beləliklə, işə baxan məhkəmə pretenziya qaydasına riayət edilməməsi halında iddiaçı tərəfə bunu düzəltmək üçün əlavə vaxt vermək əvəzinə, həmin iddia ərizəsinin baxılmamış saxlanması haqqında qərardad qəbul etməli idi. İddia ərizəsinin mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilmədən icraata qəbul edilməsi və hazırkı vəziyyətdə baxılmasının davam etdirilməsi ciddi prosessual pozuntudur və qəbul ediləcək istənilən qətnamənin kassasiya qaydasında ləğvi üçün əsasdır (MPM-in 259.0.1-ci və 417.1.5-ci maddələri). Həmçinin, “iddia ərizəsinin baxılmamış saxlanılması” barədə ərizəni rədd edən qərardad şifahi qəbul edildiyi və ondan şikayət verilməsi nəzərdə tutulmadığı üçün həmin qərardaddan ayrıca ş ikayət verilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki halların a istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfind ən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır....” “Maddə

354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsas ən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və y a lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....” “Maddə

474. Kreditorun tələblərinə qarşı zaminin etiraz hüququ 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir....” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və y a digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....”

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 46. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

47. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirilmənin aparılmasını zəruri hesab edir.

48. Kollegiya ilk növbədə cavabdehlərin kassasiya şikayətlərinin 2020-ci il 1 oktyabr tarixli ** saylı və 2020-ci il 19 oktyabr tarixli *** saylı kredit müqavilələri cəmiyyətin ümumi yığıncağının qərarı olmadan bağlandığından etibarsız hesab edilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, şikayətlərin həmin dəlilləri eyni zamanda, apellyasiya şikayətinin də dəlilləri olmuşdur. Məhkəmə kollegiyası cavabdehlərin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquq i qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

49. Məhkəmə kollegiyası həmin dəlillər üzrə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, səhmdar cəmiyyətin illik hesabatlarını təsdiq etmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir (MM-nin 107.1 və 107.1.4-cü maddələri). Nəzərə alınmalıdır ki, 2020-ci il 1 oktyabr tarixli ** saylı və 2020-ci il 19 oktyabr tarixli *** saylı kredit müqavilələri üzrə iddiaçı tərəfindən verilmiş kreditlərin cavabdeh QSC-nin illik maliyyə hesabatlarında əksini tapmaması mübahisə doğurmamış, səhmdar cəmiyyət tərəfindən istifadə olunmuşdur. Habelə kreditin alındığı ilin nəticələrini təsdiq edən ümumi yığıncaq tərəfindən müvafiq kreditlərin alınmasına etirazın olması ilə bağlı müvafiq qərar qəbul edilməsi barədə sübutların işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunması müəyyən edilmir. Odur ki, 2020-ci ilin illik hesabatlarının ümumi yığıncaq tərəfindən təsdiq edilməsi, ümumi yığıncaq tərəfindən sonradan verilən razılıq kimi qiymətləndirilməlidir. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir (MM-nin 357-ci maddəsi). 50. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023- cü il tarixli Qərarında da Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsi Plenumunun qeyd etmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlosakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tər əflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla ba ğlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsı z hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.

51. İşə mahiyyəti üzrə apellyasiya instansiyası məhkəməsində baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 dekabr 2022-ci il tarixli 4/1820 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, 2019-cu il 12 aprel tarixli kredit müqaviləsinin 2-4-cü vərəqlərinin aşağı hissəsində sağdan 2-ci imzalar, 5-ci vərəqinin yuxarı hissəsində “zamin” qrafasında “Abuşov Ajaz” yazıları və qarşısındakı imza və “8.4 Zamin” qrafasında “Cavabdeh2” yazılarından aşağıda yerləşən imza; 2019cu il 12 aprel tarixli zaminlik müqaviləsinin 1- 3-cü vərəqlərinin aşağı hissəsində sağdan 2ci imzalar, 4-cü vərəqinin yuxarı hissəsində “Zamin” qrafasında “Abuşov Ajaz” yazıları və qarşısındakı imza və “9.3 Zamin” qrafasında “Cavabdeh2” yazılarından aşağıda yerləşən imza, 2019-cu il 12 aprel tarixli Kredit müqaviləsinin müddətinin uzadılması barədə 2020-ci il 24 aprel tarixli Əlavə razılaşmada “Zamin Cavabdeh2” qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur.

52. Cavabdeh2 kassasiya şikayətində ( bax yuxarıda §33) həmin ekspert rəyi ilə razı olmadığını bildirsə də, nəzərə alınmalıdır ki, iş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işi n faktiki hallarını araşdıran və sübutları qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. Lakin işin materiallarından cavabdeh tərəfindən belə sübutların təqdim edildiyi müəyyən edilmir.

53. Cavabdeh3 kassasiya şikayətinin bu qərarın 38-ci bəndində göstərilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 102.1-ci maddəsinə əsasən ekspertin rəyinin kifayət qədər aydın və ya tam olmaması əlavə ekspertizanın təyin edilməsi üçün əsasdır. Hazırki halda cavabdehin vəsatətində iş üzrə verilmiş ekspert rəyinin aydın olmaması və ya natamam olması ilə bağlı hər hansı dəlil irəli sürülməmiş, zəruri sübutları təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə ekspertizanın təyin edilməməsi MPM-nin 10 2.1ci maddəsinin tələblərinə zidd olmamışdır.

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

55. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 ap rel tarixli 2-2(103)-14/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar