Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-492/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 qarşı iş üzrə QƏRAR 2-2(102)-492/2023 Açar sözlər: kredit borcunun ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməklə tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 qarşı “müqavilənin ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk iddiası, həmçinin iddiaçı Cavabdeh4 MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı “Cavabdeh4 MMC-yə münasibətdə kredit müqaviləsi üzrə öhdəliyin gecikmiş hesab edilməsinə və gecikməyə görə kredit borcu üzrə faizlərin hesablanmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi, gecikməyə görə kredit borcu üzrə hesablanmış faizlərin silinməsi” tələblərinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli, 2-2(106)-144/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4 MMC və Cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" İKB ASC (bundan sonra – “Bank”) ilə Cavabdeh4 MMC, Cavabdeh5 MMC və Cavabdeh2 ASC arasında 24-BİZ-1-0-28-18 saylı, 2018-ci il 10 dekabr tarixli baş kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 24 faiz ödəmək şərti ilə 60 ay müddətinə 7.700.000 manat məbləğində kredit limiti ayrılmışdır. 2. 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (1) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən “İlkin-MM “ MMC-yə illik 16%-lə 60 ay müddətinə 4.300.000 manat məbləğində yeniləşdirilməyən kredit xətti açılmışdır. 3. 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (2) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən “İlkin-MM “ MMC-yə illik 6%-lə 60 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində yeniləşdirilməyən kredit xətti açılmışdır. 4. 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (3) saylı kredit xətti verilməsi nə dair razılaşmaya əsasən “Azrus - Dostluq “ ASC-yə illik 16%-lə 24 ay müddətinə 200.000 manat məbləğində yeniləşdirilən kredit xətti açılmışdır. 5. 2019-cu il 21 fevral tarixli 24-BİZ-1-0-28-18 (4) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən “İlkin-MM “ MMC-yə illik 6%-lə 58 ay müddətinə 600.000 ABŞ dolları məbləğində yeniləşdirilməyən kredit xətti açılmışdır. 6. 2019-cu il 21 fevral tarixli 24-BİZ-1-0-28-18 (5) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən “İlkin-MM “ MMC-yə illik 16%-lə 50 ay müddətinə 1.196.000 AZN məbləğində yeniləşdirilməyən kredit xətti açılmışdır.
7. Bankla Cavabdeh1 arasında bağlanmış 24-BİZ-1-0-28-18 (1) saylı, 2018-ci il 20 dekabr tarixli ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən qeyri-yaşayış bina sı kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 8.000.000 manat məbləğində qiymətləndirilmişdir.
8. Bankla Cavabdeh1 arasında bağlanmış 24-BİZ-1-0-28-18 saylı, 2018-ci il 20 dekabr tarixli ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 4.000.000 manat məbləğində qiymətləndirilmişdir.
9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən qeyri-yaşayış binası Cavabdeh1 mülkiyyətində dir.
10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası Cavabdeh1 mülkiyyətindədir.
11. Bankla Cavabdeh3 arasında 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 saylı zaminlik müqaviləsi bağlanmışdır.
12. Bankla Cavabdeh1 arasında 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (2) saylı zaminlik müqaviləsi bağlanmışdır.
13. Bankla Cavabdeh7 arasında 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (3) saylı zaminlik müqaviləsi bağlanmışdır.
14. Cavabdehlərə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə 2020-ci il 19 oktyabr tarixli bildirişlər göndərilmişdir.
15. Bank ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 2020-ci il 26 oktyabr tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. 16. 2022-ci il 15 avqust tarixli maliyyə arayışdan görünür ki, 2019-cu il 8 yanvar tarixində illik 16%-lə 24 ay müddətinə 200.000 manat məbləğindəki kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC-nin 199.999,36 manat məbləğində əsas borc, 66.777,24 manat məbləğində cərimə borcu, 65.421,46 manat faiz, 16.813,35 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 349.011,41 manat məbləğində kredit borcu vardır. 17. 2022-ci il 15 avqust tarixli maliyyə arayışdan görünür ki, 2019-cu il 24 yanvar tarixində illik 6%-lə 59 ay müddətinə 1.000.000 manat məbləğindəki kredit müqaviləsinə əsasən Cavabdeh4 MMC-nin kredit müqaviləsi üzrə 7.000 ABŞ dolları məbləğində əsas borc, 15.798,81 ABŞ dollar məbləğində cərimə borcu, 25.987,78 ABŞ dolları faiz, cəmi 48.786,59 ABŞ dolları məbləğində kredit borcu vardır. 18. 2022-ci il 15 avqust tarixli maliyyə arayışdan görünür ki, 2019-cu il 27 fevral tarixində illik 6%-lə 58 ay müddətinə 600.000 manat məbləğindəki kredit müqaviləsinə əsasən Cavabdeh4 MMC-nin kredit müqaviləsi üzrə 200.000 ABŞ dolları məbləğində əsas borc, 26.566,12 ABŞ dollar məbləğində cərimə borcu, 54.235,35 ABŞ dolları faiz, cəmi 280.801,47 ABŞ dolları məbləğində kredit borcu vardır. 19. 2022-ci il 15 avqust tarixli maliyyə arayışdan görünür ki, 2019-cu il 18 oktyabr tarixində illik 7%-lə 50 ay müddətinə 703.943,49 manat məbləğindəki kredit müqaviləsinə əsasən ilkin iddia üzrə Cavabdeh4 MMC-nin kredit müqaviləsi ü zrə 358.790,58 ABŞ dolları məbləğində əsas borc, 56.064,88 ABŞ dollar məbləğində cərimə borcu, 94.107,67 ABŞ dolları faiz, cəmi 508.963,13 ABŞ dolları məbləğində kredit borcu vardır. 20. 2022-ci il 15 avqust tarixli maliyyə arayışdan görünür ki, 2019-cu il 8 yanvar tarixində illik 7%-lə 50 ay müddətinə 1.226.603,88 manat məbləğindəki kredit müqaviləsinə əsasən Cavabdeh4 MMC-nin kredit müqaviləsi üzrə 600.000 ABŞ dolları məbləğində əsas borc, 111.611,47 ABŞ dollar məbləğində cərimə borcu, 164.196,18 ABŞ dolları faiz, cəmi 875.807,65 ABŞ dolları məbləğində kredit borcu vardır. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
21. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh2 ASC-yə (bundan sonra – “ASC”), Cavabdeh4 MMC-yə (bundan sonra – “MM C”), Cavabdeh5 MMC-yə (bundan sonra – “MMC2”), Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”), Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”), Cavabdeh6 (bundan sonra – “Cavabdeh6”) və Cavabdeh7 (bundan sonra – “Cavabdeh7”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 2018-ci il 10 dekabr tarixli, 24-BİZ-1-0-28-18 (1) saylı kredit müqaviləsi üzrə (bundan sonra – “birinci kredit müqaviləsi”) 1.119.075,2 ABŞ dolları əsas, 70.719,54 ABŞ dolları faiz, 30.248,37 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1.220.043,11 ABŞ dolları, 2018-ci il 10 dekabr tarixli, 24-BİZ-1-0-28-18 (2) saylı kredit müqaviləsi üzrə (bundan sonra – “ikinci kredit müqaviləsi”) 347.942,52 ABŞ dolları əsas, 19.484,87 ABŞ dolları faiz, 10.234,65 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 377.662,04 ABŞ doll arı, 2018-ci il 10 dekabr tarixli, 24-BİZ-1-0-28-18 (3) saylı kredit müqaviləsi üzrə (bundan sonra – “üçüncü kredit müqaviləsi”) 199.999,36 manat əsas, 21.510,4 manat faiz borcu, 11.888,78 manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3.084,7 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 236.483,24 manat, 2019-cu il 21 fevral tarixli 24-BİZ1-0-28-18 (4) saylı kredit müqaviləsi üzrə (bundan sonra – “dördüncü kredit müqaviləsi”) 462.751,76 ABŞ dolları əsas, 25.065,82 ABŞ dolları faiz, 13.353,16 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 501.170,74 ABŞ dolları, 2019-cu il 21 fevral tarixli, 24-BİZ-1-0-28-18 (5) saylı kredit müqaviləsi üzrə (bundan sonra – “beşinci kredit müqaviləsi”) 652.493,64 ABŞ dolları əsas, 41.234,12 ABŞ dolları fai z, 19.855,35 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 713.583,11 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına yönəldilməsi, həmin qeyri-yaşayış binalarının açıq hərracdan satılması və borcun qeyriyaşayış binalarının hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cava bdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına tutma yönəldikdə və onlar satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış binalarının boşaldılması və Banka təhvil verilməsi, MMC, ASC və MMC2 ilə Bank arasında bağlanmış 2018-ci il 10 dekabr tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
22. Sonradan iddiaçı 2021-ci il 25 may tarixli iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə birinci kredit müqaviləsi üzrə 1.119.075,2 ABŞ dolları əsas, 80.511,48 ABŞ dolları faiz, 39.581,53 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1.239.168,21 ABŞ dolları, ikinci k redit müqaviləsi üzrə 283.331,64 ABŞ dolları əsas, 16.083,63 ABŞ dolları faiz, 12.666,58 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 312.081,85 ABŞ dolları, üçüncü kredit müqaviləsi üzrə 199.999,36 manat əsas, 25.510,44 manat faiz borcu, 16.888,74 manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 4.335,25 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 246.733,79 manat, dördüncü kredit müqaviləsi üzrə 462.751,76 ABŞ dolları əsas, 28.536,31 ABŞ dolları faiz, 17.490,54 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 508.778,61 ABŞ dolları, beşinci kredit müqaviləsi üzrə 652.493,64 ABŞ dolları əsas, 46.943,52 ABŞ dolları faiz, 25.583,58 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 725.020,74 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predm eti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına yönəldilməsi, həmin qeyri-yaşayış binalarının açıq hərracdan satılması və borcun qeyri-yaşayış binalarının hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirb əyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına tutma yönəldikdə və onlar satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış binalarının boşaldılması və iddiaçıya təhvil verilməsi, MMC, ASC və Konvenlə Bank arasında bağlanmış 2018-ci il 10 dekabr tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
23. Sonradan iddiaçı 2022-ci il 1 iyul tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə birinci kredit müqaviləsi üzrə 600.000 ABŞ dolları əsas, 158.829,51 ABŞ dolları faiz, 111.611,47 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 870.440,98 ABŞ dolları, ikinci kredit müqaviləsi üzrə 7.000 ABŞ dolları əsas, 25.934,12 ABŞ dolları faiz, 15.798,81 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 48.732,93 ABŞ dolları; üçüncü kredit müqaviləsi üzrə 199.999,36 manat əsas, 61.332,59 manat faiz borcu, 61.666,18 manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15.534,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 338.533,08 manat; dördüncü kredit müqaviləsi üzrə 261.222,1 ABŞ dolları əsas, 52.559,16 ABŞ dolları faiz, 26.556,12 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 340.337,38 ABŞ dolları; beşinci kredit müqaviləsi üzrə 435.449,08 ABŞ dolları əsas, 90.375,24 ABŞ dolları faiz, 56.064,88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 581.889,2 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyriyaşayış binalarına yönəldilməsi, həmin qeyri-yaşayış binalarının açıq hərracdan satılması və borcun qeyri-yaşayış binalarının hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına tutma yönəldikdə və onlar satıldıqdan 1 ay sonra həmin qeyri-yaş ayış binalarının boşaldılması və iddiaçıya təhvil verilməsi, MMC, ASC və MMC2 ilə Bank arasında bağlanmış 2018-ci il 10 dekabr tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
24. Sonradan iddiaçı 2022-ci il 15 iyul tarixli iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birinci kredit müqaviləsi üzrə 600.000 ABŞ dolları əsas, 158.829,51 ABŞ dolları faiz, 111.611,47 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 870.440,98 ABŞ dolları; ikinci kredit müqaviləsi üzrə 7.000 ABŞ dolları əsas, 25.934,12 ABŞ dolları faiz, 15.798,81 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 48.732,93 ABŞ dolları; üçüncü kredit müqaviləsi üzrə 199.999,36 manat əsas, 61.332,59 manat faiz borcu, 61.666,18 manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15.534,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 338.533,08 manat; dördüncü kredit müqaviləsi üzrə 261.222,1 ABŞ dolları əsas, 52.559,16 ABŞ dolları faiz, 26.556,12 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 340.337,38 ABŞ dolları; beşinci kredit müqaviləsi üzrə 435.449,08 ABŞ dolları əsas, 90.375,24 ABŞ dolları faiz, 56.064,88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 581.889,2 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına yönəldilməsi, həmin qeyri-yaşayış binalarının açıq hərracdan satılması və borcun qeyriyaşayış binalarının hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına tutma yönəldikdə və onlar satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış binalarının boşaldılması və iddiaçıya təhvil verilməsi, MMC, ASC və MMC2lə Bank arasında bağlanmış 2018-ci il 10 dekabr tarixli Baş kredit müqav iləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
25. Sonradan iddiaçı 2022-ci il 15 avqust tarixli iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlədən iddiaçının xeyrinə 2018-ci il 10 dekabr tarixli, 24-BİZ-1-0-28-18 (1) saylı kredit xətti verilməsinə dair razılaşmaya 2019-cu il 18 oktyabr tarixli 2 nömrəli əlavə saziş üzrə banka 600.000 ABŞ dolları əsas, 164.196,18 ABŞ dolları faiz, 111.611,47 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 875.807,65 ABŞ dolları; ikinci kredit müqaviləsi üzrə 7.000 ABŞ dolları əsas, 25.987,78 ABŞ dolları faiz, 15.798,81 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 48.786,59 ABŞ dolları; üçüncü kredit müqaviləsi üzrə 199.999,36 manat əsas, 65.421,46 manat faiz borcu, 66.777,24 manat cərimə borcu, kredi t müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 16.813,35 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 349.011,41 manat; dördüncü kredit müqaviləsi üzrə 200.000 ABŞ dolları əsas, 54.235,35 ABŞ dolları faiz, 26.566,12 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 280.801,47 ABŞ dolları; beşinci kredit müqaviləsi üzrə 358.790,58 ABŞ dolları əsas, 94.107,67 ABŞ dolları faiz, 56.064,88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 508.963,13 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nəri manov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına yönəldilməsi, həmin qeyri-yaşayış binalarının açıq hərracdan satılması və borcun qeyri-yaşayış binalarının hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına tutma yönəldikdə və onlar satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış binalarının boşaldılması və iddiçya təhvil verilməsi, MMC, ASC və MMC2 ilə Bank arasında bağlanmış 2018-ci il 10 dekabr tarixli Baş kredit müqaviləs inin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
26. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-2818 nömrəli baş kredit müqaviləsinə əsasən birgə borcalan olan MMC-yə, MMC2ə və ASCyə Bankdan illik 24%-dən çox olmamaqla 60 ay müddətinə 7.700.000 AZN məbləğində kredit limiti ayrılmışdır. 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (1) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən MMC-yə illik 16%-lə 60 ay müddətinə 4.300.000 manat məbləğində yeniləşdirilməyən kredit xətti açılmışdır. 2018-ci il 10 dekabr tarixli 24BİZ-1-0-28-18 (1) nömrəli kredit xətti verilməsinə dair razılaşmaya, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(2) nömrəli kredit verilməsinə dair razılaşmaya 2019-cu il 18 oktyabr tarixli 2 saylı Əlavə Sazişə əsasən kredit məbləği konvertasiya edilməklə 1.226.603.88 ABŞ dolları təşkil edir, kreditin faiz dərəcəsi 7 % olmaqla, kreditin müddəti 2023-cü il 10 dekabr tarixədək təyin edilir. 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (2) nömrəli kredit xətti verilməsinə dair razılaşmaya əsasən MMC-yə illik 6%-lə 60 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində yeniləşdirilməyən kredit xətti açılmışdır. 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (3) nömrəli kredit xətti verilməsinə dair razılaşmaya əsasən ASC-yə illik 16%-lə 24 ay müddətinə 200.000 manat məbləğində yeniləşdirilən kredit xətti açılmışdır. 2019-cu il 21 fevral tarixli 24-BİZ-1-0-28-18 (4) nömrəli kredit xətti verilməsinə dair razılaşmaya əsasən MMC-yə illik 6%-lə 58 ay müddətinə 600.000 ABŞ dolları məbləğində yenilə şdirilməyən kredit xətti açılmışdır. 2019-cu il 21 fevral tarixli 24-BİZ-1-0-28-18 (5) nömrəli kredit xətti verilməsinə dair razılaşmaya əsasən MMC-yə illik 16%-lə 50 ay müddətinə 1.196.000 (bir milyon bir yüz doxsan altı min AZN məbləğində yeniləşdirilməyən kredit xətti açılmışdır. 2019-cu il 21 fevral tarixli 24-BİZ-1-028-18 (5) nömrəli kredit xətti verilməsinə dair razılaşmaya, 2019-cu il 18 oktyabr tarixli 4BİZG5Z2-2-0-3- 18(5) nömrəli kredit verilməsinə dair razılaşmaya 2019-cu il 18 oktyabr tarixli 1 nömrəli Əlavə Sazişə əsasən kredit məbləği konvertasiya edilməklə 703.943,49 ABŞ dolları təşkil edir, kreditin faiz dərəcəsi 7 % olmaqla, kreditin müddəti 2023-cü il 10 dekabr tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh3 ilə 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (1) s aylı, Cavabdeh1la 2018-ci il 10 dekabr tarixli 24- BİZ-1-0-2818 (2) saylı, Cavabdeh7 ilə 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1- 0-28-18 (3) saylı, A.Şıxaliyev ilə 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı qeyri-yaşayış binası 2018-ci il 20 dekabr tarixli 24-BİZ-1-028-18 (1) nömrəli ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binası 2018-ci il 20 dekabr tarixli 24-BİZ-1-0-28- 18 nömrəli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2018-ci il 10 dekabr tarixl i kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.1-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0.1 faizlə cərimə hesablayıb borcludan tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq borcalanlar borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmiş, ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmiş, borc ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur.
27. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 317.1, 442, 445.2.1, 445.7, 448.1, 449.1, 449.4, 465.2, 472.1, 472.2, 501-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 4, 34.1.1, 39.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. Həmçinin qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh4 MMC cavabdeh İddiaçı ASC-yə qarşı 2021-ci il 22 iyun tarixli qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, münasibətdə kredit müqaviləsi üzrə öhdəliyin gecikmiş hesab edilməsinə və gecikməyə görə kredit borcu üzrə faizlərin hesablanmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi, gecikməyə görə kredit borcu üzrə hesablanmış faizlərin silinməsi vəzifəsinin iddiaçıya həvalə edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
29. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC-nin borcunu gecikdirməsini bildirsə də, borcun gecikdirilməsinin hansı tarixlərdə baş verməsi göstərilməmişdir. İlk iddia tələbi üzrə iddiaçı bütün dünyada pandemiya elan olunduğunu, bu vəziyyətlə əlaqədar uzun müddət karantin rejiminin tətbiqini, bir çox iş yerlərinin bağlanmasını, bu halın cavabdeh MMC-nin sahibkarlıq fəaliyyətində müvəqqəti çətinliklərin yaranmasına səbəb olduğunu nəzərə almamışdır. Kredit müqaviləsi üzrə borcun gecikdirilməsini şərtləndirən hal yaranmış fors-major vəziyyətlə bağlı olduğundan MMC buna görə cavabdehlik daşımamışdır. Müqavilə bağlanarkən MMC-nin belə vəziyyətin yaranacağını qabaqcadan görmək imkanı olmamışdır.
30. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi MM-in 448.4-cü maddəsinə istinad olunmuşdur.
31. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 30 sentyabr tarixli, e-2-2(121)709/2021 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertin 9/1632 saylı, 2022-ci il 25 may tarixli rəyindən görünür ki, 24- BİZ-1-0-28-18 (1) saylı 2018-ci il 10 dekabr tarixli kredit xətti verilməsinə dair razılaşmasına əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 1.119.074,93 manat, faiz borcu üzrə 80.076,03 manat; 24-BİZ-10-28-18 (2) saylı xx.xx.2018-ci il tarixli kredit xətti verilməsinə dair razılaşmasına əsasən xx.xx.2021-ci il tarixə əsas borcu üzrə 298.901,50 ABŞ dolları, faiz borc üzrə 547,99 ABŞ dolları; 24-BİZ-1-0-28-18 (4) saylı xx.xx.2019-cu il tarixli kredit xətti verilməsinə dair razılaşmasına əsasən xx.xx.2021-ci il tarixə əsas borcu üzrə 462.752,16 ABŞ dolları, faiz borc üzrə 28.382,13 ABŞ dolları; 24-BİZ-1-0-28-18 (5) saylı xx.xx.2019-cu il tarixli kredit xətti verilməsinə dair razılaşmasına əsasən xx.xx.2021-ci il tarixə əsas borcu üzrə 652.493,78 ABŞ dolları, faiz borc üzrə 46.689,55 ABŞ dolları; 24- BİZ-1-0-28-18 (3) saylı xx.xx.2018-ci il tarixli kredit xətti verilməsinə dair razılaşmasına əsasən xx.xx.2021-ci il tarixə əsas borcu üzrə 199.380,80 manat, faiz borc üzrə 33.794 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 250 manat məbləğində təşkil edir.
32. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 30 sentyabr tarixli, e-2-2(121)709/2021 saylı qərardadı ilə daşınmaz əmlakların bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün 2021-ci il 14 dekabr tarixli qiym ətləndirmə hesabatları (rəyləri) ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli 4.380,77 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış binasının hazırki likvid dəyəri 8.600.000 manat məbləğində olması müəyyən olunmuşdur (iş.v116, İ cild). 33. "xxxx" MMC-nin əmlakların dəyərinin müəyyən etmək üçün 2021-ci il 14 dekabr tarixli qiymətləndirmə hesabatları (rəyləri) ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 4 mərtəbəli 2.992 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış binasının hazırki likvid dəyəri 4.300.000 manat məbləğində olması müəyyən olunmuşdur. Hesabata (rəyə) əlavə edilən “hesab faktura”dan görünür ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 1.000 manat məbləğində təşkil edir (iş.v 137, İ cild).
34. Şirvan Kommers iya Məhkəməsinin 2022-ci il 17 avqust tarixli, e-2-2(121)-43/2022 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh4 MMC, “Azrus-Dostluq“ ASC və Cavabdeh5 MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 2018-ci il 10 dekabr tarixli Baş kredit müqaviləsi ləğv olunması, 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (1) saylı kredit xətti verilməsinə dair razılaşmaya 2019-cu il 18 oktyabr tarixli 2 nömrəli Əlavə Saziş üzrə banka 600.000 ABŞ dolları əsas, 164.196,18 ABŞ dolları faiz, 12.000 ABŞ dolları cərimə borcu, cəmi 776.196,18 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə); 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (2) saylı kredit xətti verilməsinə dair razılaşma üzrə banka 7000 ABŞ dolları əsas, 25.987,78 ABŞ dolları faiz, 1.600 ABŞ dolları cərimə borcu, cəmi 34,587.78 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə), 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (3) saylı saylı kredit xətti verilməsinə dair razılaşma üzrə banka 199.999,36 manat əsas, 65.421,46 manat faiz borcu, 7.000 manat cərimə, 16.813,35 manat illik 5% hesablanmış əldən çıxmış fayda olmaqla, cəmi 289.234,17 manat; 2019-cu il 21 fevral tarixli 24-BİZ-1-0-28-18 (4) saylı saylı kredit xətti verilməsinə dair razılaşma üzrə banka 200.000 ABŞ dolları əsas, 54.235,35 ABŞ dolları faiz, 2.700 ABŞ dolları cərimə borcu, cəmi 256.935,35 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə), 2019-cu il 21 fevral tarixli 24-BİZ-10-28-18 (5) saylı kredit xətti verilməsinə dair razılaşmaya 2019-cu il 18 oktyabr tarixli 1 nömrəli Əlavə Saziş üzrə banka 358.790,58 ABŞ do lları əsas, 94.107,67 ABŞ dolları faiz, 6.000 ABŞ dolları cərimə borcu, cəmi 458.898,25 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) borc cavabdehlər MMC, ASC, MMC2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 və A.Şıxaliyevdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli 4.380,77 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinə və Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 4 mərtəbəli 2.992 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi qət edilmiş, ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli 4.380,77 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 8.600.000 manat və ünvan 4 ünvanında yerləşən 4 mərtəbəli 2.992 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 4.300.000 manat məbləğində olmaqla açıq hərracdan satılsınlar. Qeyd olunan qeyri-yaşayış sahələrinin satılmasından əldə edilən vəsaitdən 1.526.617,56 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) və 289.234,17 manat məbləğində kredit borcu iddiaçıya ödənilməsi, qeyd olunan qeyri-yaşayış sahələrinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılması qət edilmiş, ilk iddia tələbi qalan hissələrdə və qarşılıqlı iddia tələbi təmin edilməmişdir (hakim – İ.Cabbarov).
35. Məhkəmənin mövqeyi belə olmuşdur ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin cavabdeh kredit müqaviləsi əsasınd a iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmiş, iddiaçı isə əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
36. Məhkəmə eyni zamanda cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 və X1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehə kredit müqaviləsi üzrə alınmış pula görə onlar zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyırlar. İlk iddia üzrə cavabdehdən hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslıdır.
37. Məh kəmə hesab etmişdir ki, 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-2-28-18 (3) saylı kredit xətti verilməsinə dair razılaşma iddiaçı müqavilənin qüvvədə olma müddəti ərzində yəni, 2020-ci il 10 dekabr tarixinə kimi faizləri tələb etmək hüququna malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmiş, lakin iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olmuşdur.
38. Məhkəmə iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq iddianın həmin hissəsinin də qismən əsaslı olması nəticəsinə gəlmişdir. Belə ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İşin hallarını nəzərə alaraq məhkəmə 24-BİZ-1-0-28-18 (1) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən cərimənin 111.611,47 ABŞ dolları məbləğində deyil, 12.000 ABŞ dolları; 24-BİZ-1-0-28-18 (2) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən cərimənin 15.798,81 ABŞ dolları məbləğində deyil, 1.600 ABŞ dolları; 24-BİZ-1- 0-28-18 (3) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən cərimənin 66.777,24 manat məbləğində deyil, 7.000 manat; 24-BİZ-1-0-28-18 (4) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən cərimənin 26.566,12 ABŞ dolları məbləğində deyil, 2.700 ABŞ dolları; 24-BİZ-1-0-28-18 (5) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən cərimənin 56.064,88 ABŞ dolları məbləğində deyil, 6.000 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq saymışdır.
39. Məhkəmə həmçinin tələbin “ipoteka qoyulmuş daşınmaz əmlaka tutmanın yönəldilməsi, mənzilin ilkin satış qiymət inin müəyyən edilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi”nə dair hissəsini də araşdıraraq iddianın bu hissəsinin də əsaslı olması qənaətinə gəlmişdir. Belə ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaklara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlı olmuşdur. İpoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilmişdir.
40. Məhkəmə iddia tələbinin əmlakların iddiaçıya təhvil verilməsinə dair hissəsini araşdıraraq iddianın həmin hissədə əsaslı olmaması nəticəsinə gəlmişdir. Belə ki, əmlakın təhvil verilməsi üçün əmlaka tutma yönəldilməli və o satılmalıdır. Bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalı, həmçinin, alqı-satqıdan sonrakı 1 ay ərzində əmlakı könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi əmlakın ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmalı, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş əmlak satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin əmlakı 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyə cəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “əmlakın iddiaçıya təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, əmlak satıldıqdan sonra onun mülkiyyətçi iddiaçı olmaya da bilər. Buna görə də iddiaçının əmlakın alıcıya təhvil verilməsini tələb etməsi əsassız olmuşdur.
41. Məhkəmə iddia tələbinin “satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydadaicra edilməsi”nə dair hissəsini araşdıraraq iddia tələbinin bu hissədə də əsassız olması nəticəsinə gəlmişdir. Belə ki, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir.
42. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qe yd etmişdir ki, ilk iddia qismən təmin edildiyindən və məhkəmə araşdırması zamanı qarşılıqlı iddianın əsaslılığına dair heç bir tutarlı sübut və dəlil təqdim edilmədiyinə görə qarşılıqlı iddia təmin oluna bilməzdi.
43. Gəldiyi nəticəni məhkəmə MM-in 317.1, 319.1, 385.1, 442, 443.1, 462.1, 467, 470.1, 472.2, 739.1, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 43-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 101.7, 103.1, 107, 115.0.1, 218.3-cü m addələrinə istinad etməklə əsaslandırmışdır.
44. Həmin qətnamədən cavabdeh MMC apellyasiya şikayəti verərək onun ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunduğu hissələrdə ləğv olunması, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
45. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli, 2-2(106)-144/2022 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Zeynalov, hakimlər – T.Kərimov və T.Heydərov).
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır. Bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır.
47. İlk iddia üzrə cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin “L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası əldə etmiş olur. Belə vəziyyət isə, nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instans iyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında – birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız olmaqla iş üçün sübut əhəmiyyəti daşımayan formal mülahizə hesab etmişdir.
48. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 317.1, 319.1, 385.1, 442, 443.1, 462.1, 467, 739.1, 739.2, 470.1, 472.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.6-cı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 43-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
49. Qətnaməni 2023-cü il 13 mart tarixdə rəsmi qaydada əldə etmiş cavabdeh MMC ondan 2023-cü il 4 aprel tarixdə, qətnaməni 2023-cü il 6 iyun tarixdə əldə etmiş Cavabdeh7 isə ondan 2023-cü il 17 iyul tarixdə kassasiya şikayətləri verərək onun ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunduğu hissələrdə ləğvi, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) MMC-nin kassasiya şikayətinin dəlilləri
50. MM-in 448.4-cü maddəsi üzrə - bi rinci instansiya məhkəməsinin ilk iddianı qismən təmin edən qətnaməsini dəyişdirmədən saxlayarkən apellyasiya məhkəməsi bütün dünyada pandemiya elan olunması halını, o cümlədən Azərbaycan Respublikasında da bu vəziyyətlə əlaqədar uzun müddət karantin rejiminin tətbiq olunduğunu və bir çox iş yerlərinin bağlandığını, habelə bu şəraitin ilk iddia üzrə cavabdeh MMC-nin saihbkarlıq fəaliyyətində də müvəqqəti çətinliklərin yaranmasına səbəb olduğunu nəzərə almamışdır. Məhkəmə həmçinin diqqət yetirməmişdir ki, kredit müqaviləsi üzrə borcun gecikdirilməsini şərtləndirən hal – yaranmış fors-major vəziyyət olduğundan, bu hal üzrə MMC cavabdehlik daşımır. Apellyasiya məhkəməsi gecikmənin MMC-nin cavabdeh olmadığı haldan irəli gəldiyini və öhdəliyin pozulmasına görə sonuncunun məsuliyyət daşımadığını nəzərə almayaraq, qeyd edilən maddi hüquq normasını tətbiq etməli olduğu halda bunu etməmişdir. Apellyasiya məhkəməsi qarşılıqlı iddia ərizəsində göstərilənlərə heç bir qiymət verməyərək MMC-nin hüquqlarını pozan əsassız qətnamə qəbul etmişdir.
51. MPM-in 14.1, 174.2-ci maddələri üzrə - apellyasiya məhkəməsi ödənişlər edilməsi ilə əlaqədar ilkin iddia tələblərində dəfələrlə dəyişikliklər edilməsinə, o cümlədən iddia tələblərinə sonuncu dəyişiklik edilməsinə lazımi diqqət göstərmədən, son iddia tələbləri azaldıldıqdan sonra, qeyd edilən rəqəmlərin (hesablamaların) mötəbərliyini yoxlamamış və iş üzrə bununla əlaqədar mütəxəssis və ya ekspertiza tədqiqatı aparılmamışdır. Məhkəmənin istinad etdiyi "xxxx" MMC-nin rəylərində əks olunan rəqəmlərin necə müəyyən edildiyi həmin rəylərdə göstərilməm iş və həmin rəqəmlərin hesablanması rəylərdə ümumiyyətlə əsaslandırılmamışdır. Məhkəmə bu rəylərdə göstərilənləri olduğu kimi qəbul edərək onların mötəbərliliyinə heç bir qiymət verməmişdir.
52. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli qərarının 6.2, 6.3-cü bəndləri üzrə - qətnamənin əsaslandırıcı hissəsində bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini izah etməli olan apellyasiya məhkəməsi təqdim edilmiş sübutlara münasibətdə bu vəzifəsini yerinə yetirməmişdir. b) Cavabdeh7 kassasiya şikayətinin dəlilləri
53. MM-in 448.4-cü maddəsi üzrə - birinci instansiya məhkəməsinin ilk iddianı qismən təmin edən qətnaməsini dəyişdirmədən saxlayarkən apellyasiya məhkəməsi bütün dünyada pandemiya elan olunması halını, o cümlədən Azərbaycan Resp ublikasında da bu vəziyyətlə əlaqədar uzun müddət karantin rejiminin tətbiq olunduğunu və bir çox iş yerlərinin bağlandığını, habelə bu şəraitin ilk iddia üzrə cavabdeh MMC-nin saihbkarlıq fəaliyyətində də müvəqqəti çətinliklərin yaranmasına səbəb olduğunu nəzərə almamışdır. Məhkəmə həmçinin diqqət yetirməmişdir ki, kredit müqaviləsi üzrə borcun gecikdirilməsini şərtləndirən hal – yaranmış fors-major vəziyyət olduğundan, bu hal üzrə MMC cavabdehlik daşımır. Apellyasiya məhkəməsi gecikmənin MMC-nin cavabdeh olmadığı haldan irəli gəldiyini və öhdəliyin pozulmasına görə sonuncunun məsuliyyət daşımadığını nəzərə almayaraq, qeyd edilən maddi hüquq normasını tətbiq etməli olduğu halda bunu etməmişdir. Apellyasiya məhkəməsi qarşılıqlı iddia ərizəsində göstərilənlərə heç bir qiymət verməyərək MM C-nin hüquqlarını pozan əsassız qətnamə qəbul etmişdir.
54. MPM-in 14.1, 174.2-ci maddələri üzrə - apellyasiya məhkəməsi ödənişlər edilməsi ilə əlaqədar ilkin iddia tələblərində dəfələrlə dəyişikliklər edilməsinə, o cümlədən iddia tələblərinə sonuncu dəyişiklik edilməsinə lazımi diqqət göstərmədən, son iddia tələbləri azaldıldıqdan sonra, qeyd edilən rəqəmlərin (hesablamaların) mötəbərliyini yoxlamamış və iş üzrə bununla əlaqədar mütəxəssis və ya ekspertiza tədqiqatı aparılmamışdır. Məhkəmənin istinad etdiyi "xxxx" MMC-nin rəylərində əks olunan rəqəmlərin necə müəyyən edildiyi həmin rəylərdə göstərilməmiş və həmin rəqəmlərin hesablanması rəylərdə ümumiyyətlə əsaslandırılmamışdır. Məhkəmə bu rəylərdə göstərilənləri olduğu kimi qəbul edərək onların mötəbərliliyinə heç bir qiymət verməmişdir. c)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
55. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
56. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
57. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
58. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxla yarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
59. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınc a icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutul malıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə v ə ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növ lü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 60. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
33. İpoteka predmetinə tutmanın yönəldilməsi əsasları Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında q ərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” 61. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “ M a d d ə 4
5. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası... 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün b orclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur....”
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 43-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir: “... kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xə bərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir....” 63. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında göstərilmişdir:... “MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdiri lməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir...Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələ nin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MMin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz”. “Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci m addəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu onda n asılı olmayan haldan irəli gəlir”....”
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir: “... qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası əldə etmiş olur. Belə vəziyyət isə, nəinki ölkədə qəbul ol unmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında – birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər....”
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etd iyi halları sübut etməlidir....” “Maddə
101. Ekspert rəyi... 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir....” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə
107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.” “Maddə
115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;...” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli, 2-2(106)-144/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.
67. MMC-nin və Cavabdeh7 kassasiya şikayətinin dəlillərini eynilik təşkil etməklə bundan ibarət olmuşdur ki, məhkəmə bütün dünyada pandemiya elan olunması halını, o cümlədən Azərbaycan Respublikasında da bu vəziyyətlə əlaqədar uzun müddət karantin rejiminin tətbiq olunduğunu və bir çox iş yerlərinin bağlandığını, habelə bu şəraitin ilk iddia ü zrə cavabdeh MMC-nin saihbkarlıq fəaliyyətində də müvəqqəti çətinliklərin yaranmasına səbəb olduğunu nəzərə almamış, bununla yanaşı iddia tələbləri azaldıldıqdan sonra, qeyd edilən rəqəmlərin (hesablamaların) mötəbərliyini yoxlamamış və iş üzrə bununla əlaqədar mütəxəssis və ya ekspertiza tədqiqatı aparmamışdır.
68. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 69. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məh kəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
70. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, MMC-nin pandemiya səbəbindən fəaliyyətini dayandırmasına dair dəlilləri öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmiş, cavabdehin öhdəliyinin icra olunmamasının səbəb(lər)inin məhz fors-major hadisəsi ilə bağlı olması ümumiyyətlə iş materialları ilə müəyyən edilməmişdir.
71. Həmçinin, MM-in 448.4-cü maddəsinə görə, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlum at verməlidir.
72. Bununla yanaşı, kredit xətti verilməsinə dair 2018-ci il 10 dekabr tarixli, 2019cu il 21 yanvar tarixli, 2019-cu il 21 fevral tarixli razılaşmaların 6.4.9-cu bəndlərində borcalanın müqavilə üzrə borcun ödənilməsinə və ya təminata mənfi təsir göstərə biləcək hallar barədə kreditoru yazılı surətdə dərhal məlumatlandırmalı olması vəzifəsi müəyyən edilmişdir. Lakin, hazırkı halda cavabdehin borc öhdəliyinin icrasına maneçilik törədən fors-major hesab etdiyi hal barədə iddiaçını rəsmi qaydada məlumatlandırması da işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
73. MM-in 739-cu maddəsinə uyğun olaraq, borc müqaviləsinə görə, borc verən pula mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi, borc alan aldığı pulu borc verənə qaytarmağı öhdəsinə götürürlər. Borc müqaviləsinin məbləği pul olduqda, o, kredit müqaviləsi adlanır. MM-in 135.1-ci maddəsinin məzmunundan aydın olur ki, pullar da əşyadır.
74. Konstitusiya Məhkəməsi Plenumunun MM-in 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinə dair 2015-ci il 14 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə də kredit müqaviləsi üzrə verilmiş pul kredit verənin mülkiyyətində olan istənilən valyutada ola bilir və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir.
75. Kassasiya şikayətlərinin dəlillərinin rəqəmlərin mötəbərliyinin yoxlanılmamasına dair dəlillərinə münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, işdən göründüyü kimi cavabdehin kredit xətti razılaşmalarından irəli gələn əsas və faiz borcları məhkəmə-mühasibatlıq ekspertizası ilə, ipoteka ilə yüklü edilmi ş daşınmaz əmlakların likvid qiymətləri isə qiymətləndirmə rəyi ilə müəyyən olunmuş, həmin ekspert və qiymətləndirmə rəylərinin mötəbərliyini şübhə altına ala biləcək sübutlar cavabdehlər tərəfindən aşağı instansiya məhkəmələrinə təqdim olunmamışdır.
76. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən göründüyü kimi məhkəmə kollegiyası şikayətin əlavə ekspertiza keçirilməsinə dair dəlilinə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 2008-ci il 8 may tarixli Qərarında əks olunmuş hüquqi mövqe baxımından h üquqi qiymət vermişdir.
77. Həmçinin, məhkəmə kollegiyası vurğulayır ki, işdən göründüyü kimi birinci instansiya məhkəməsinin ilk iddia tələbinin qismən təmin olunması əsası ilə qarşılıqlı iddia tələbinin təmin edilməməli olmasına dair mövqeyi qətnamədə öz əksini tapmışdır (bax §42). Kassasiya şikayətlərində isə qarşılıqlı iddia tələbinə qiymət verilməməsinə dair ümumi ifadələr öz əksini tapmış, lakin konkret olaraq məhkəmə tərəfindən hansı dəlillərə qiymət verilmədiyi göstərilməmişdir. Bu səbəbdən, kassasiya şikayətlərinin aşağı instansiya məhkəmələri tərəfindən qarşılıqlı iddia tələbinə hüquqi qiymətin verilməməsinə dair dəlilləri əsaslı olmamışdır.
78. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslı olmuş, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması ilə bağlı kassasiya şikayətlərinin dəlilləri isə əsassız olmuşdur.
79. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə səbəb ola biləcək prosessual hüquq normalarının pozuntusuna yol veri lməmişdir.
80. Beləliklə, apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət verib düzgün nəticəyə gəldiyindən, məhkəmə kollegiyası hesab edir ki, MMC və Cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayətlərində göstərilən dəlillər Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli, 2-2(106)-144/2022 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
81. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh4 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli, 2-2(106)-144/2022 saylı qətnaməsi dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.