Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-493/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər:əmlakın qiymətləndirməsinə dair hesabatın mübahisələndirilməsi giriş hissəsi: Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X2, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Bakı şəhəri Nəsimi İcra və Probasiya şöbəsi) “ekspert rəyinin etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi” tələbin ə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının e-2-2(103)470/2019 saylı, 31 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə işin halları: Nəsimi Rayon Məhkəməsinin 2(006)-1057/2017 saylı 22.05.2017-ci il tarixli qətnaməsinə əsasən, Bank “xxxx” ASC-nin iddiası qismən təmin edilərək, X10 və X1 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə 03.02.2016-cı il tarixli RP-00139-17/16A saylı kredit müqaviləsi üzrə 14.12.2016-cı il tarixə ödənilməmiş 13.705,09 manat əsas kredit borcu, 2.109,94 manat faiz borcu, 184,97 manat dəbbə pulu borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 16.030 (on altı min otuz) manat məbləğində pulun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya nömrəsi 135461 olan çıxarışına əsasən, sahəsi 0,20 ha olan və Xaçmaz rayonu, Yalama kəndi ərazisində yerləşən torpaq sahəsi X3 mülkiyyətindədir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1057/2017 saylı 22.05.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası Nəsimi rayon İcra Şöbəsinə həvalə olunmuş, icra məmuru “İcra haqqında” Qanunun tələblərini rəhbər tutaraq mübahisəli əmlakın hərrac vasitəsilə satılması üçün zəruri hərəkətlər edərək, əmlakın qiymətləndirilməsi üçün cavabdehə sifariş vermişdir. Cavabdehin 02.11.2018-ci il tarixli məktubuna əsasən üçüncü şəxsin 16.10.2018-ci il tarixli qərarı və 16.10.2018-ci il tarixli müraciəti əsasında qiymətləndirmə aparılmış və qiymətlə ndirmə rəyinə əsasən X5 məxsus olan Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0,20 ha torpaq sahəsinin orta bazar qiymətinin 28.000 manat təşkil etdiyi qeyd olunmuşdur. İddiaçı tərəfindən cavabdehə ünvanlanan 28 dekabr 2018-ci il tarixli pretenziya məktubuna əsasən, iddiaçı cavabdehdən 5 iş günü ərzində qiymətləndirmə obyekti olan X5 məxsus Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0,20 ha torpaq sahəsinin yenidən qiymətləndirilməsini və yeni qiymətləndirmə rəyinin təqdim olunmasını, əks təqdirdə isə məhkəməyə müraciət olunacağını bildirmişdir. İddiaçı cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X5 məxsus Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0,20 ha ölçülü torpaq sahəsinə qoyulmuş qiymətin ləğv olunması və yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilm əsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 02.11.2018-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0.20 ha ölçülü torpaq sahəsinin 02.11.2018-ci il tarixə bazar dəyəri 28.000 manat məbləğində qiymətləndirilmişdir. Bu məbləğ absurd olmaqla real bazar dəyərindən qat-qat çoxdur. Obyektin qiymətləndirilməsi zamanı istifadə edilən müqayisə yanaşmasına əsasən qiymətləndirici hesablamalar, təhlillər aparmalı uyğun müqayisə vahidləri müəyyən etməlidir. Məhz bu yanaşma zamanı obyektin dəyəri analoji obyektlərin satış və ya satışa çıxarılmış qiymətlərdən asılıdır. Tələbə əsasən əmlak bazarına nəzər salsaq həmin ərazidə torpağın vahid kimi qəbul edilən bir sotunun dəyərinin nə qədər aşağı olduğu aşıq-aşkar gör ünəcəkdir. Qoyulmuş dəyərə baxdıqda belə nəticə olunur ki, qiymətləndirmə şirkəti adı çəkilən torpağa qiymət qoyarkən qeyd edilən sahəyə baxış keçirtməmiş, daşınmaz əmlak bazarını araşdırılması ümumiyyətlə aparmamış və qərəzli olaraq süni formada heç bir əsas gətirmədən torpağı 28000 manat məbləğində qiymətləndirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, e-2-2-(81)-551/2019 saylı iş) 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7məruzəçi, X8 və X4, e-2-2(103)-470/2019 saylı iş) 31 iyul 2019-cu il tarixli qətnaməsi iləiddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Mübahisələndirilən qiymətləndirilmə icra vərəqəsi üzrə icraat çərçivəsində həyata keçirildiyindən bu icraat çərçivəsində aparılmış qiymətləndirmə ilə bağlı mübahisələr üzrə cavabdeh-müstəqil qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxs deyil, sifarişçi təşkilat olan icra orqanı olmalıdır. Hazırkı mübahisə məhkəmənin icra vərəqəsinin icrası zamanı tələbkar və icra məmuru arasında yaranmış mübahisədir. Belə bir mübahisə meydana çıxdıqda isə qiymətləndirmənin nəticəsindən narazı qalan borclu və ya tələbkar qiymətləndiricinin hesabatının nəzərə alınmaması, yenidən qiymətləndirmə həyata keçirilməsi və s. bu kimi məsələ lərlə bağlı icra məmurunun qarşısında vəsatət qaldırmaq hüququna malikdir. Mübahisə olunan hesabatın obyektivliyi, düzgünlüyü barəsində və qanunauyğun şəkildə həyata keçirilməsi üzrə öhdəlik daşıyan subyekt icra məmuru deyil, qiymətləndirmə şirkətidir. İcra məmuru məhz icra vərəqəsi üzrə tədbirlərin həyata keçirilməsi vəzifəsini daşımaqdadır. Həmin tədbirlər nəticəsində digər müstəqil qurumun verəcəyi rəy barəsində hər hansı bir müdaxiləedici hərəkət görməsi icra məmurunun vəzifəsi olmamaqla bərabər, icra məmuru bu sahə üzrə tələb olunan bilik və bacarıqlara hakim deyildir. Nəticədə Məhkəmə qərarı olmadan yenidən ekspertizanın keçirilməsi barəsində göstəriş verilməsinin mümkünlüyü şərhi qiymətləndiricinin və digər subyektlərin hüquqlarını pozmaqla, vicdanlılıq prinsipinə zidd olacaqdır. Mə hkəmə işin ədalətli həlli üçün ekspertiza keçirməli və əmlakın real bazar dəyərini müəyyən etməli idi. Məhkəmənin bu barədə hərəkətsizliyi Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Əmlakın müəyyən olunan bu absurd dəyərlə hərraca çıxarılması Mülki Məcəllənin mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq kimi vəzifələrini pozmaqla bankın haqlı azad rəqabət aparmaq hüququnu kobud surətdə pozur. Göründüyü kimi, işə baxan məhkəmə prosessual və eləcə də maddi qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandırıcı hissə: İşin mübahisə olunmayan hallarına görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli qətnaməsinə əsasən Bank “xxxx” ASC-nin iddiası qismən təmin edilərək, X10 və X1 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə cəmi 16.030 manat məbləğində pulun tutulması qət edilmişdir. X3 mülkiyyətində Xaçmaz ray onu, Yalama kəndində 0,20 ha olması müəyyən edilmişdir. Cavabdeh üçüncü şəxsin 16.10.2018-ci il tarixli qərarı və 12768-5/7 saylı, 16.10.2018-ci il tarixli müraciəti əsasında qiymətləndirmə aparmış və həmin qiymətləndirmə rəyinə istinad edərək 02.11.2018-ci il tarixli, QXM/1729 saylı məktubunda X5 məxsus olan Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0,20 ha torpaq sahəsinin orta bazar qiymətinin 28.000 manat təşkil etdiyi qeyd olunmuşdur. İddiaçı hazırkı iddiasında torpaq sahəsinə qoyulmuş qiymətin ləğv olunmasını və torpaq sahəsinin yenidən qiymətləndirilməsini xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Aşağıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icr aata xitam verilməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Qanunverici qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisə yarandığı halda əmlakın yenidən qiymətləndirilməsini mümkün hesab etmişdir, lakin belə halda qiymətləndirici hesabatının ayrıca iddia predmeti olmasını nəzərdə tutmamışdır. MPM-in 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki prosessual qanunvericiliyin istinad olunan müddəasının mənasından göründüyü kimi iki halda məhkəmədə mülki işə başlamaq mümkündür-pozulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırkı iş isə özünün xarakteri etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aiddir. Belə ki, iddiaçı mübahisələndirilən qiymətləndirmə hesabatının tərtib edilməsi nəticəsində hüquqlarının pozulduğunu güman edir. Ona görə də, hesabatın qanuniliyi və əsaslılığı yoxlanılmadan öncə, ümumiyyətlə, onun mübahisələndirilməsinin mümkünlüyünün yol verilən olması aydınlaşdırılmalıdır. Mübahis ələndirilmənin mümkünlüyü isə tərtib edilmiş hesabatın iddiaçının hər hansı güman edilən hüququnun pozuntusu nəticəsini yaradıbyaratmamasının müəyyən olunmasından asılıdır. Cavabdeh qiymətləndirici tərəfindən tərtib edilmiş hesabat özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Hesabat əsasında iddiaçıya münasibətdə hər hansı hüquqi məsuliyyət yaradan qərar qəbul edilməmişdir, belə olan halda hesabat tərtib edilən andan etibarən iddiaçının hüquqlarının güman edilən pozuntusundan söz edilə bilməz. Müvafiq olaraq iddiaçı da məhz həmin hesabat əsasında qəbul edilən və onun üçün hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirə bilər. Belə mübahisə açarkən isə o, hesabatın qanunsuzluğuna və əsassızlığına istinad edə və məhz bu səbəbdən hüquqi məsuliyyət yaradan qərarın ləğvini t ələb edə bilər. Çünki hesabatın tərtib edilməsi və hesabat əsas götürülməklə iddiaçının barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi iki ayrı mərhələdir. Hesabatın tərtib edilməsinə baxmayaraq məsuliyyət doğuran qərar qəbul edilməyə də bilər. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edils in və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Bu mənada, cavabdeh tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatı özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda hesabatın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar y azılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (88-ci maddə). Prosessual qanunvericilik işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları əks etdirən məlumatları, o cümlədən yazılı sübutları, ekspert rəylərini sübut hesab edərək belə məlumatları sübutetmə vasitələrinin sırasına aid etmiş, həmçinin məhkəmə tərəfindən sübutların aidliyini, mümkünlüyünü, doğruluğunu, tamlığını müəyyən etmək üçün maddi və prosessual hüquq normalarına uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb qiymətləndirmə aparmasını nəzərdə tutmuşdur. İddiaçının hazırkı işdə mübahisə açdığı əmlakın qiymətləndirmə hesabatı da mübahisənin həlli ilə bağlı yazılı sübut (rəy) olmaqla hüquq normalarına müvafiq olaraq qiymətləndirilə bilər. Apellyasiya instansiyası qəbul etdiyi qətnamədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd etmişdir ki, icra məmurunun məhkəmənin icra vərəqəsinin icrası ilə bağlı vəzifəsini yerinə yetirmək üçün qanunun ona verdiyi səlahiyyətlərdən istifadə edərək əmlakın qiymətləndirilməsi barədə verdiyi sifariş məhkəmənin icra vərəqəsinin icrasını təmin etməyə yönəlmiş hakimiyyət tədbirinin məzmununa aid edilir. Belə olan halda, icra icraatı zamanı aparılmış qiymətləndirmənin nəticəsindən i cra vərəqəsi üzrə borclu və ya tələbkar narazıdırsa, bu narazılıq, həmin şəxslə qiymətləndirməni aparmış şəxs arasında deyil, onunla icra məmurunun arasında yaranmış mübahisə kimi qəbul olunmalıdır. Hazırkı mübahisə məhkəmənin icra vərəqəsinin icrası zamanı tələbkar və icra məmuru arasında yaranmış mübahisədir. Belə bir mübahisə meydana çıxdıqda isə qiymətləndirmənin nəticəsindən narazı qalan borclu və ya tələbkar qiymətləndiricinin hesabatının nəzərə alınmaması, yenidən qiymətləndirmə həyata keçirilməsi və s. bu kimi məsələlərlə bağlı icra məmurunun qarşısında vəsatət qaldırmaq hüququna malikdirlər. Mübahisələndirilən qiymətləndirmə icra vərəqəsi üzrə icraat çərçivəsində həyata keçirildiyindən, bu icraat çərçivəsində aparılmış qiymətləndirmə ilə bağlı mübahisələr üzrə cavabdeh-müstəqil qi ymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxs deyil, sifarişçi təşkilat olan icra orqanı olmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, qiymətləndirmənin nəticəsindən narazı qalan borclu və ya tələbkar qiymətləndiricinin hesabatının nəzərə alınmaması, yenidən qiymətləndirmə həyata keçirilməsi və s. bu kimi məsələlərlə bağlı sifarişçi orqan olan icra və probasiya şöbəsinin qarşısında vəsatət qaldırmaq hüququna malikdirlər. Buna baxmayaraq, yekunda apellyasiya instansiyası məhkəməsi düzgün olmayaraq qiymətləndirmə hesabatının əsaslılığı ilə hüquqi qiymətləndirmə aparmaqla mübahisəyə mahiyyəti üzrə baxıb səhv nəticəyə gəlmişdir. MPM-in 417.1.5-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsin in qətnaməsini və ya qərardadını tamamilə yaxud qismən ləğv etmək,...bu Məcəllənin 261.0.1-261.0.3, 261.0.6 və 261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam vermək səlahiyyəti vardır. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Hazırkı iş üzrə qiymətləndirmə hesabatının mübahisələndirilməsi məhkəmə mübahisəsinin predmetini təşkil etmədiyindən, iş məhkəmədə baxılmalı olmadığından kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.5, 418 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “xxxx” ASC-nin kassasiya şikayət i qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 31 iyul 2019-cu il tarixli 2-2(103)-470/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-493/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-493/2019
03.12.2019 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver