Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-493/2024 02.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı ilk, "xxxx" MMC-nin İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARDADİ 2-2(102)-493/2024 Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı p ul vəsaitinin tutulması barədə ilk, "xxxx" MMC-nin İddiaçı1 və İddiaçı2 qarşı vurulmuş ziyanın və əldən çıxmış faydanın tutulması tələbi barədə qarşılıqlı tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 4 iyun tarixli 2-2(103)-50/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı
1. İddiaçı1 və İddiaçı2 (bundan sonra – birlikdə “iddiaçılar”, ayrı-ayrılıqda “İddiaçı1” və “İddiaçı2”) "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı1 xeyrinə faizlər üzrə ödənilmiş 105.125,41 manat məbləğində pul vəsaitinin və İddiaçı2 xeyrinə faizlər üzrə ödənilmiş 97.743,35 man at məbləğində pul vəsaitinin, mediasiya xərclərinin əvəzi olaraq 400 manat və 93 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh qarşılıqlı iddia və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, İddiaçı1 240.500 manat və İddiaçı2 171.000 manat vurulmuş ziyanın, 257.400 manat əldən sıxmış faydanın, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 210 manat, ilkin mediasiya sessiyasının keçirilməsi üçüm ödənilmiş rüsumun əvəzi olaraq 410 manat mediasiya haqqının, qiymətləndirmə hesabatlarına görə çəkilmiş xərcin əvəzi olaraq 800 manat, iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 850,27 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabedehlərdən müştərək qaydada tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı Kommersiyа Məhkəməsinin 2023-cü il 24 iyul tarixli e-2-2(113)-803/2023 nömrəli qətnaməsi ilə ilk iddianın təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı1 240.500 manat və İddiaçı2 171.000 manat məbləğində pul vəsaiti, eləcə də qarşılıqlı cavabdehlərdən müştərək qaydada mediasiya xərclərinin əvəzi olaraq 300 manat, dövlət rüsumunun əvəzi olaraq 350 manat, qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş vəkil xərclərinin əvəzi olaraq 210 manat, digər məsrəflərin əvəzi olaraq 550 manat pul vəsaitinin tutularaq qarşılıqlı iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – L.Əliyeva).
4. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin qismən – ilk iddianın t əmin edilməməsi və qarşılıqlı iddianın təmin olunması hissələrində ləğv edilməsini, ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın tam təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin qarşılıqlı iddia tələbinin təmin olunmayan – əldən çıxmış faydaya aid hissəsində ləğv edilməsini, qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyun tarixli 2-2(103)-50/2024 nömrəli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – qarşılıqlı iddia üzrə İddiaçı1 213.800 manat və E.İsgənərovdan 171.00 manat məbləğində zərərin tutulması hissəsində və məhkəmə xərclərinə aid hissədə ləğv edilməsi, qarşılıqlı iddiada irəli sürülmüş **-JU-***, **-JU-***, **-JU-***, **-JV-***, **-JV-*** dövlət nömrə nişanlı avtomaşınlara vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddianın təmin olunmaması, qətnamənin digər hissədə - qarşılıqlı iddia üzrə İddiaçı1 26.700 manat məbləğində zərərin tutulması və 13 ədəd lizinq obyektinin vaxtında qaytarılmadığına görə əldən çıxmış faydanın tutulması barədə iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).
7. Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək, qətnamənin qismən – cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini n təmin edilmədiyi və qarşılıqlı iddiada irəli sürülmüş **-JU-***, **-JU-***, **-JU-***, **-JV-***, **-JV-*** dövlət nömrə nişanlı avtomaşınlara vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddianın təmin olunmadığı hissədə ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:... 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda: 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi.... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi....”
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün p rosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …” "Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” "Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.
11. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkün lüyü yoxlanılarkən müəyyən edilmişdir ki, qeyd olunan şikayətə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmiş, bununla da kassasiya şikayəti MPM-in 407.4-cü maddəsinin (bax § 9) tələbləri pozulmaqla verilmişdir.
12. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən yalnız qarşılıqlı iddia tələbinə münasibətdə mübahisələndirildiyi üçün kassasiya şikayətinin verilməsinə görə dövlət rüsumu yalnız qarşılıqlı iddianın qiyməti üzrə ödənilməlidir.
13. İş materiallarından görünür ki, qarşılıqlı iddianın qiyməti 668.900 manat təşkil edir.
14. Belə olan halda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.4 və 8.6-cı maddələrinin (bax § 8) tələblərinə əsasən, hazırkı halda cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği qarşılıqlı iddianın qiyməti üzrə ayrılıqda hesablanmaqla 479,45 manat təşkil edir.
15. Lakin cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən cəmi 175 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu hal yuxarıda istinad olunan normaların tələbləri baxımından kassasiya şikayətinin qaytarılması üçün əsasdır.
16. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in (bax § 9) 408.1 və 408.1.3-cü maddələrinə tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək, işlə birlikdə baxılmaq üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.
17. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər t utaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 4 iyun tarixli 2-2(103)-50/2024 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinin qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.