Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-494/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iş üzrə QƏRAR Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “kredit müqaviləsinin ləğv olunması, kredit müqaviləsi üzrə əsas borcu n, hesablanmış faizlərin, cərimənin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 yanvar tarixli 22(103)-24/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı QSC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 (bundan sonra birlikdə“cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq-“Cavabdeh1”, “Cavabdeh3”, “Cavabdeh2”, “Cavabdeh4”, “Cavabdeh5”, “Cavabdeh6”, “Cavabdeh7”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2020-ci il 31 may tarixli 055R********** nömrəli kredit razılaşması və 2021-ci il 26 fe vral tarixli 055R**********S nömrəli sazişin ləğv olunmasını; - cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 müştərək qaydada iddiaçının xeyrinə 055R********** nömrəli kredit razılaşması üzrə 34.901,12 manat kredit borcu, 7.835,59 manat faiz borcu və 16.437,20 manat cərimə borcu olmaqla, cəmi 59.173,91 manat borcun, ödənilmiş 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulmasını; - tələbin ipoteka predmetinə yönəldilməsi, onun açıq hərracdan satılması və cəmi 59.173,91 manat borcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun, 30 manat xidmət haqqının ipoteka p redmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsini; - hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 ümumi müştərək qaydada tutulmasını, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh5 istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-cü il 15 dekabr tarixli 2-2(113)-3051/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək: - iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2020-ci il 31 may tarixli 055R********** nömrəli kredit razılaşması və 2021-ci il 26 fevral tarixli 055R**********S nömrəli saziş ləğv olunmuş, Cavabdeh1, Cavabdeh3 və Cava bdeh6 müştərək qaydada 34.901,12 manat əsas borc, 6.877,05 manat faiz borcu, 721,83 manat cərimə olmaqla, cəmi 42.500 manat, həmçinin 400 manat mediasiya xərci, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi qət edilmiş; - tutmanın Cavabdeh6 məxsus ilkin satış qiyməti 65.000 manat olan ipoteka predmetinə yönəldilməsi, həmin ipoteka predmeti hərracda satılması və əldə olunan vəsaitin hesabına iddiaçının borcunun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 müştərək qaydada tutulması qət edilmiş; - iddia digər hissədə təmin olunmamış, ekspertizanın keçirilməsi üç ün 100 manat xərcin 71,82 manatı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 müştərək qaydada, 28,18 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir (hakim –E.Əliyev). Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 yanvar tarixli 2-2(103)-24/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-055R********** nömrəli kredit razılaşması üzrə cavabdehlərdən tutulmalı olan faiz borcunun, bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilmiş, iddiaçının xeyrinə tutulmalı faiz borcu 1.106,46 manat, cəmi borc 36.729,41 manat müəyyən olunmuş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, 100 manat ekspertiza xərcinin 70 manatı iddiaçıdan, 30 manatı isə Cavabdeh1 Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim A.Hüseyn, hakimlər R.Qurbanov və V.Baxışova). Cavabdeh3 həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti, onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qə rardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iş üzrə digər cavabdeh olan Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, onun şikayəti əsasında apellyasiya icraatı başlanmışdır. Apellyasiya instansiyası məhəməsinin qətnaməsi ilə iddiaçının xeyrinə tutulmalı faiz borcu 1.106,46 manat, cəmi borc 36.729,41 manat müəyyən olunmuş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının Cavabdeh3 yönəlmiş tələbi də təmin olunmuşdur. Lakin Cavabdeh3 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmədiyi halda, apellyasiya instansiyası məhkəməsin in qətnaməsindən kassasiya şikayəti vermişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi MPM-nin 403.1-ci maddəsinin tələblərinə zidd olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, C avabdeh3 kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2024-cü il 1 avqust tarixli 2-2(102)-494/2024 nömrəli qərardadı ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla, apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası MPM-in 403.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 yanvar tarixli, 2-2(103)-24/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2024-cü il 1 avqust tarixli 2-2(102)-494/2024 nömrəli qərardadı ləğv edilsin. Kommersiya mübahisəsi üzrə hazırki iş kassasiya baxışından çıxarılsın və sonrakı prosessual hərəkətlərin yerinə yet irilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-494/2024
Ali Məhkəmə Qərar — İş №2-2(102)-494/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver