Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-495/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin cavabdeh Abadlaşdırma və X4 Departamentinin qarşı iş üzrə QƏRAR Açar sözlər: su təchizatı xidmətinə görə yaranmış borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, iddiaçının vəkili X7, cavabdehin vəkili X5 iştirakları ilə İddiaçı ASC-nin cavabdeh Abadlaşdırma və X4 Departamentinin X1rşı “su təchizatı xidmətinə görə yaranmış borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kom mersiya Kollegiyasının 2021-ci il 18 may tarixli 2-2(103)-303/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC ilə Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərüfatı Birliyi arasında «Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair» müqavilələr bağlanmışdır.
2. İddiaçı ASC-nin X3 təqdim etdiyi 2020-ci il 9 iyul tarixli, 01/3/01-2/1/8464 nömrəli pretenziya məktubunda Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərüfatı Birliyinin ayrı-ayrı rayonlar üzrə İdarələrinin ümumilikdə 11.785.029,96 manat borcunun ödənilməsi xahiş edilmiş, həmin borcun ödənilmədiyi təqdirdə, su təchizatı dayandırılmaqla mübahisənin məhkəmədə həll olunacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏM Ə AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC (bundan sonra mətndə iddiaçı) cavabdeh Abadlaşdırma və X4 Departamentinin X3 (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən su təchizatı xidmətlərinə görə Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi üzrə ******* manat (bir milyon yüz doxsan üç min iki yüz otuz səkkiz manat), Sabunçu rayonu üzrə 174443,40 manat (yüz yetmiş dörd min dörd yüz qırx üç manat qırx qəpik), Suraxanı rayonu üzrə 434290,79 manat (dörd yüz otuz dörd min iki yüz doxsan manat yetmiş doqquz qəpik), Nizami rayonu üzrə 1196965,68 manat (bir milyon yüz doxsan altı min doqquz yüz altmış beş manat altmış səkkiz qəpik), Nəsimi rayonu üzrə 1866820,80 manat (bir milyon səkkiz yüz altmış altı mi n səkkiz yüz iyirmi manat səksən qəpik), Səbail rayonu üzrə 2650344,73 manat (iki milyin altı yüz əlli min üç yüz qırx dörd manat yetmiş üç qəpik), Yasamal rayonu üzrə 1804248,25 manat (bir milyon səkkiz yüz dörd min iki yüz qırx səkkiz manat iyirmi beş qəpik), Xətai rayonu üzrə 5293 manat (beş min iki yüz doxsan üç), Nərimanov rayonu üzrə 2277279,84 manat (iki milyon iki yüz yetmiş yeddi min iki yüz yetmiş doqquz manat səksən dörd qəpik), Qaradağ rayonu üzrə 182105,47 manat (yüz səksən iki min yüz beş manat qırx yeddi qəpik), ümumilikdə 11 785 029,96 manat (on bir milyon yeddi yüz səksən beş min iyirmi doqquz manat doxsan altı qəpik) məbləğində borcların və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslan dırılmışdır ki, tərəflər arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilələrə əsasən ayrı-ayrı rayon birlikləri tərəfindən su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunmuşdur. Həmin müqavilələrin şərtlərinə görə istifadə edilmiş xidmətlərin haqqını ödəmək vəzifəsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən Birliyin ayrı-ayrı rayon idarələrinə göstərilmiş su təchizatı xidmətlərinin dəyərini vaxtı-vaxtında ödənilmədiyinə və təqdim edilmiş hesab fakturada göstərilən məbləğdən az ödənildiyinə görə, cavabdehin ******* manat, X2 Sabunçu rayonu üzrə 174443,40 manat, Suraxanı rayonu üzrə 434290,79 manat, Nizami rayonu üzrə 1196965,68 manat, Nəsimi rayonu üzrə 1866820,80 manat, Səbail rayonu üzrə 2650344,73 manat, Yasamal rayonu üzrə 1804248,25 manat, Xətai rayonu üzrə 5293 manat, Nərimanov rayonu üzrə 2277279,84 manat, Qaradağ rayonu üzrə 182105,47 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehə pretenziya məktubu göndərilməsinə baxmayaraq, borcun tam ödənilməsi təmin edilməmişdir.
5. İddiaçı tələbinin maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1, 448.2, “Su təchizatı və tullantı sulları haqqında” Azərbaycan Respublikası Qanunun 61.1, 52, 64-cü maddələrinə istinad etmişdir.
6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 noyabr tarixli, e-2-2(113)-2035/2021 saylı qətnaməsi ilə iddia təmin edilməməlidir (hakim Aytən Əliyeva).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında borc öhdəliyi müqavilədən irəli gəlsə də, iddiaçı sübut qismində həmin müqavilələrin bir qismini məhkəməyə təqdim edə bilməmişdir. Sübutlar kifayət etmədiyindən, iddia tələbi təmin oluna bilməz.
9. Məhkəmə nəticəsini Azərbaycan Respublikası MM-in 14.1, 43, 385.1, 386.1, 386.1, 389.3, 442, 448, “Su təchizatı və tullantı sulları haqqında” Azərbaycan Respublikası Qanunun 12, 34, 61, 62, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 82, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası nın 2021-ci il 18 may tarixli, 2-2(103)-5303/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Raqib Qurbanov, hakimlər Cahangir Yusifov və Vüsalə Baxışova).
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehdən borcun tutulması üçün əsaslar mövcud deyildir. Belə ki, işin materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, iddiaçının tutulmasını tələb etdiyi borc məbləği sayğac quraşdırılmamışdan əvvəlki dövrlərə aiddir. Sayğac quraşdırıldıqdan sonrakı dövr üçün əmələ gəlmiş borclar isə elektron qaimələrə əsasən cavabdeh tərəfindən ödənilmişdir. Sayğac quraşdırılmamışdan əvvəlki dövr üçün borcun hansı qaydada hesablanması sualı na cavab olaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdi ki, onlar quraşdırılan su borularının ölçüləri və müvafiq saat hesabı əsasında hesablama aparmaqla borcu müəyyən etmişlər. Göründüyü kimi hazırda tutulması tələb olunan və sayğac quraşdırılmamışdan əvvəlki dövrü əhatə edən borcun hansı qaydada hesablanması qeyri-müəyyəndir və iddiaçı bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, MPM-ninr 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.
13. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4. 1.3-cü bəndinə və Azərbaycan Respublikası MPMin 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. 14. 2021-ci il 27 may tarixində apellyasiya məhkəməsinin qətnaməsi tərəflərin elektron kabinetində yerləşdirilmişdir. 15. 2021-ci il 16 iyul tarixində iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin ayrı-ayrı rayon idarələri tərəfindən yaxın illər ərzində cari borc məbləğindən əlavə olaraq kreditor borclarının ödənişi həyata keçirilmişdir. Bu da müvafiq olaraq borcun cavabdeh tərəfindən birbaşa etiraf edi lməsini sübut edir. Belə ki, Suraxanı rayon idarəsi tərəfindən 2016-cı il üzrə satış məbləği 24512,00 manat məbləğində olduğu halda, cavabdeh tərəfindən 32488,00 manat ödəniş edilmiş, eynilə 2018-ci il tarixində satış məbləği 25.782,00 manat olduğu halda, cavabdeh tərəfindən 32502,00 manat ödəniş edilmişdir. Kreditor borclarının ödənilməsi ilə bağlı əlavə ödənişlər demək olar ki, bütün rayon idarələri tərəfindən həyata keçirilmişdir. Ümumilikdə, cavabdeh tərəfindən göstərilmiş xidmətlərin dəyəri olaraq ******* manat ödəniş həyata keçirilmişdir. Ödənişlərin həyata keçirilməsində məqsəd əvvəlki illərdə yaranmış kreditor borclarının ödənilməsi olmuşdur. Bu hal borcun etirafı kimi qiymətləndirilməlidir.
17. İddiaçı tərəfindən cavabdehə su təchizatı xidmətinə görə yaranmış borc məbləği sayğac quraşdırılan dövrədək “Bakı su kəmərindən istifadə qaydaları” və “Sudan istifadə Qaydaları”na əsasən, hesablama yolu ilə, sayğac quraşdırıldıqdan sonra sayğac göstəricilərinə uyğun olaraq hesablanmışdır.
18. İstifadə edilmiş suya görə borcun yaranma səbəbi araşdırılmamışdır. Borcun yaranmamasına səbəb təqdim edilmiş hesab-fakturalarda göstərilən xidmətlərin dəyərinin tam şəkildə ödənilməməsi olmuşdur. Belə ki, cavbdehə hər ay elektron vergi hesabfakturası verilmiş, həmin fakturalar onun tərəfindən qəbul edilmiş, qeyd edilən görülmüş işlərin və xidmətlərin adları, miqdarı və məbləği ilə razılaşmışdırlar. Hər ay iddiaçı tərəfindən müvafiq ödəmələrin həyata keçirilməsi cavabdehin hesab-faktura ilə razılaşdığını göstərir.
19. İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası MPM-in 9, 88, 217, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1, 64.1-ci maddələrinə, “Bakı su kəmərlərindən istifadə qaydaları”nın 4.3-cü bəndinə, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
22. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündə n 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam şəkildə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilm iş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” 27. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “ M a d d ə 6
2. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldı rmaq hüququ vardır.”
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarında nəzərdə tutlmuşdur: “4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır:... 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək;...”
29. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsas ında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İddiaçının kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 9, 88, 217, 420-ci maddələrinin tələblərinin pozulmasına, işdə olan sübutlara düzgün qiymət verilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, baxılan iş üzrə kassasiya instansiyası məhkəməsinin icrası məcburi olan göstərişləri mövcud olmadığı üçün MPM_nin 420-ci maddəsinin pozulmasına dair dəlil əsassızdır. İşdə olan sübutlara düzgün qiymət verilməməsinə gəldikdə, iddiaçı hazırki tələbində cavabdeh də daxil olmaqla, onun ayrı- ayrı rayon idarələrinin su təchtzatı və tullantı sularının axıdılması xidmətlərinə görə ümumilikdə 11.785.029,96 manat borcunun tutulmasını xahiş edir.
32. Həm «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanunun 62-ci maddəsinin, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 4.1.3-cü bəndinin tələblərinə əsasən su təchtzatı və kanalizasiya müəssisəsi göstərilən xidmətə görə borcun miqdarı və ödənilməsi haqqında istehlakçıya hesab təqdim etməli, həmin borc sonuncu tərəfindən ödənilmədikdə, qanunvericiliklə nəzərdə tutulmuş müva fiq tədbirlər görülməlidir.
33. İşə baxan məhkəmələr tərəfindən, cavabdehin hazırda tələb etdiyi borca dair iddiaçının qanunvericiliyin qeyd olunan tələblərinə əmək etməsi, aylıq əsaslarla, istehlakçıya hesablar təqdim etməsi müəyyən edilməmiş, borcun hansı qaydada hesablanması qeyrimüəyyən olmuşdur.
34. İşin müəyyən edilmiş hallarına görə iddiaçının təqdim etdiyi elektron qaimələr üzrə bütün ödənişlər cavabdeh tərəfindən aparılmışdır.
35. Odur ki, Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
36. İddiaçının kassasiya şikayətinin dəlilləri digər apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Həmin dəlillər əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmaması və işin hallarının sübut olmaması ilə bağlıdır. MPM-nin 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Bundan fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 12-13). Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normaların ın tətbiqi ilə məhdudlaşır.
37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
38. Şərh edilənlərə görə və MPM-in 415-1, 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 may tarixli 22(103)-303/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov