Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-495/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR İş № 2-2(102)-495/2023 Açar sözlər: icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilələrin ləğv edilməsi, tikinti sahəsinin boşaldılması, avadanlıqlarla birlikdə iddiaçıya təhvil verilməsi və pulun tutul ması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 iyun tarixli, 22(103)-486/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında 2022-ci il 10 avqust tarixli 04/22-YTP-027-İ nömrəli “Tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və 2022-ci il 10 avqust tarixli 08/22-YTP-027-İ-2 nömrəli “Avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, iddiaçı "xxxx" MMC ünvan 1 ünvanında yerləşən 270 m2 sahəsi olan istehsalat binasını (tikili sahəni), həmçinin “DMG Mori ecoMill 50” markalı avadanlığı (dəzgahı), “DMG Mori ecoTURN 310” markalı avadanlığı (dəzgahı) və “X2 TSP-WS260” m arkalı avadanlığı (dəzgahı) icarəyə verməyi, cavabdeh "xxxx" MMC isə müqaviləyə əsasən müəyyən edilmiş məbləğdə icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər.
2. İddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında 2022-ci il 10 avqust tarixli 04/22-YTP-027-X nömrəli Xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı özünə məxsus avadanlıqlara müvafiq xidmətlərin göstərilməsini sifariş verib, cavabdehə bu müqavilənin əlavəsi hesab olunan X1 razılaşdırılmış xidmət haqqı ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada avadanlıqlara müvafiq xidmətləri göstərməyi öhdələrinə götürmüşlər. Razılaşma Protokolunda göstərilən xidmətlərin (görülən işlərin) ödənişinin tərəflər arasında bağlanmış 2022-ci il 10 avqust tarixli, 04/22YTP-027-İ nömrəli və 2022-ci il 10 avqust tarixli, 04/2 2-YTP-027-İ-2 nömrəli xidmət müqavilələrində nəzərdə tutulan xidmət haqları ilə əvəzləşdirilməsi nəzərdə tutulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 2022-ci il 10 avqust tarixli 04/22- YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və 2022-ci il 10 avqust tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilələrin ləğv edilməsi, cavabdeh tərəfindən icarəyə götürülmüş tikili sahənin boşaldılması və avadanlıqlarla birlikdə yararlı vəziyyətdə iddiaçıya təhvil verilməsi, cavabdeh tərəfindən 2022-ci il 10 avqust tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə 5.900 manat məbləğində pul və 1.770 manat dəbbə pulu, cəmi 7.670 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən 2022-ci il 10 avqust tarixli 08/22-YTP027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” bağlanılmış müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə 12.000 manat məbləğində pul və 1.800 manat məbləğində faiz borcu, cəmi 13.800 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi, cavabdehdən kommunal xərclərə görə 280,21 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən vurulmuş maddi zərərə görə 6.446 manat məblə ğində pul vəsaitinin və ödənilmiş 200 manat məbləğində mediasiya xərclərinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 20 fevral tarixli, e-2-2(113)-888/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 2022-ci il 10 avqust tarixli, 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və 2022-ci il 10 avqust tarixli, 08/22- YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” Müqavilələr ləğv olunmuş, cavabdehdən icarəyə götürülmüş tikili sahənin boşaldılması və avadanlıqlarla birlikdə yararlı vəziyyətdə iddiaçıya təhvil verilməsi, 2022-ci il 10 avqust tarixli, 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” ba ğlanmış müqavilə üzrə 5900 manat məbləğində icarə haqqı və 295 manat dəbbə pulu, 2022-ci il 10 avqust tarixli, 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” bağlanılmış müqavilə üzrə 12.000 manat məbləğində icarə haqqı və 125 manat məbləğində faiz borcu, kommunal xərclərə görə 280,21 manat məbləğində borc və mediasiya xərcinə görə 140,59 manat, cəmi 18.740,8 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur (hakim – Z.Pirverdiyev).
5. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunduğu hissədə ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apell yasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 iyun tarixli, 2-2(103)-486/2023 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddiaçı ilə cavabdeh arasında bağlanılmış 2022-ci il 10 avqust tarixli, 04/22-YTP027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və 2022-ci il 10 avqust tarixli, 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilələrin ləğv edilməsi hissəsində ləğv olunmuş, həmin hissədə iddia tələbi üzrə icraata xitam verilmişdir (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).
7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanan 2022-ci il 1 dekabr tarixli, YTP-76-17/55 saylı “Müqavilələrə xitam verilməsinə dair” bildirişdən görünür ki, idd iaçı tərəfindən cavabdehə 2022-ci il 10 avqust tarixli, 04/22-YTP-027-İ nömrəli “Tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və 2022-ci il 10 avqust tarixli 08/22-YTP-027-İ-2 nömrəli “Avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilələrə xitam verilməsinə dair təklif irəli sürülmüşdür.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarındakı mövqeyi nəzərə alaraq hesab etmişdir ki, iddiaçının müqavilələrin ləğvi ilə bağlı tələbinə məhkəmədə baxılmalı olmadığından (iddia qaldırılanadək iddiaçı müqavilədən imtina etməklə onu ləğv etdiyinə dair iradə ifadəsini qarşı tərəfə bildirdiyindən) mübahisə ləndirilən qətnamə qismən ləğv edilərək müqavilələrin ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilməlidir.
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 421.3 və 423.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 iyun tarixli, 2-2(103)-486/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansi ya məhkəməsinin qətnaməsi mübahisələndirilən iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).
11. Qətnamə 2023-cü il 18 iyul tarixdə iş üzrə tərəflərin nümayəndələrinin şəxsi elektron kabinetlərinə yerləşdirilmişdir.
12. Apellyasiya məhkəməsinin qərardadı 2023-cü il 26 iyul tarixində cavabdehin şəxsi elektron kabinetinə yerləşdirilmiş, cavabdeh həmin qərardaddan 2023-cü il 26 iyul tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinin tələbi pozulmuşdur. Müqavilənin dəyişdirilməsi və ləğv edilmə si, əgər Mülki Məcəllədə və ya Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflər arasında bağlanmış müqavilədə belə bir hal nəzərdə tutulmamış və müqavilə şərtləri iddiaçı tərəfindən kobud surətdə pozulmuş, cavabdehin işçilərininin icarəyə götürülən sahəyə daxil olmasına imkan verilməmişdir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8.1, 9.1 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən cavabdehin mənafeyi müdafiə olunmuşdur. Məhkəmə təqdim olunmuş sübutlara, xüsusən də cavabdeh tərəfindən təqdim olunmuş yazılı diskdə aşkar görünən faktlara heç bir qiymət verməmişdir. Cavabdeh əsas sübut növü kimi həmin diskin birinci instansiya məhkəməsinə təqdim olunmasının qeyri-mümkün olduğunu əsaslandırmasına baxmayaraq, məh kəmə bu sübut növünü qəbul etməkdən imtina etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq m üddəalarında “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması i lə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” “Maddə
423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır....”
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qa rşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.”
20. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq p ozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
21. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
22. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər MM-də və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflər arasında bağlanmış müqavilədə belə bir hal nəzərdə tutulmamış və müqavilə şərtləri iddiaçı tərəfindən kobud surətdə pozulmuş, cavabdehin işçilərininin icarəyə götürülən sahəyə daxil olmasına imkan verilməmişdir.
23. Mə hkəmə kollegiyası ilk öncə vurğulayır ki, Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarına əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir (Konstitusiyanın 130-cu maddəsinin İX hissəsi).
24. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq gəldiyi nəticə ilə razılaşır.
25. Belə ki, həmin qərarda göstərilmişdir: MM-in 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə if adəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. MM-in 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor MM-in 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
26. Hazırkı ha lda işdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 2022-ci il 10 avqust tarixli 04/22-YTP-027-İ nömrəli “Tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və 2022-ci il 10 avqust tarixli 08/22-YTP-027-İ-2 nömrəli “Avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilələrə xitam verilməsinə dair təklif irəli sürülmüşdür.
27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia qaldırılanadək müqavilədən imtina etməklə onu ləğv etdiyinə dair iradə ifadəsini qarşı tərəfə bildirdiyindən apellyasiya instansiyası məhkəməsinin müqavilələrin ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi ilə bağlı qərardadı qanuni və əsaslı olmuşdur.
28. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi təqdim olunmuş sübutlara, xüsusən də cavabdeh tərəfindən təqdim olunmuş ya zılı diskdə aşkar görünən faktlara heç bir qiymət verməmişdir.
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 5 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkə məsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında – birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.
30. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 iyun tarixli, 22(103)-486/2023 saylı qərardadının ləğ v edilməsi üçün əsas ola bilməz.
31. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
32. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 iyun tarixli, 2-2(103)-486/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.