Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-495/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 Səfərəli oğlu, Cavabdeh3 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və. s tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 22 aprel tarixli 22(106)-5/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1.İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 2013-cü il 29 avqust tarixli **nömrəli kredit müqaviləsi ilə illik 7 faiz dərəcəsi ilə, 60 ay müddətinə heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 200.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. 2.Cavabdeh2 200.000 manat kredit verilmişdir (20 13-cü il 29 avqust tarixli 9 nömrəli məxaric orderi).
3. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2013-cü il 29 avqust tarixli **nömrəli sonrakı ipoteka müqaviləsi ilə 2013-cü il 29 avqust tarixli **nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. 4.2013-cü il 29 avqust tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evi, mülkiyyətində olan 0.035 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin “Cəlilabad” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 5.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınm az Əmlakın Dövlət Reyestri Xidmətinin 2021-ci il 24 fevral tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən görünür ki, Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evi qeydiyyata alınmışdır.
6. İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış 2013-cü il 29 avqust tarixli 3225 nömrəli sonrakı ipoteka müqaviləsi ilə 2013-cü il 29 avqust tarixli **nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 74 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. 7.2013-cü il 29 avqust tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 74 nömrəli fərdi yaşayış evi, mülkiyyətində olan 0.1496 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin “Cəlilabad” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2021-ci il 24 fevral tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişindən görünür ki, Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 74 nömrəli fərdi yaşayış evi qeydiyyata alınmışdır. 9.İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 2013-cü il 29 avqust tarixli 3225 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, 2013-cü il 29 avqust tarixli **nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 80.4 kv.m yaş ayış, 60.7 kv.m yardımçı və 141.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. 10. 2013-cü il 29 avqust tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində fərdi yaşayış evi, mülkiyyətində olan 0.12 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin “Cəlilabad” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2021-ci il 24 fevral tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişindən görünür ki, Cavabdeh3 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi qeydiyyata alınmışdır.
12. İddiaçı ASC ilə Cava bdeh3 arasında bağlanmış 2013-cü il 29 avqust tarixli 3225 nömrəli sonrakı ipoteka müqaviləsi ilə 2013-cü il 29 avqust tarixli **nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 80.4 kv.m yaşayış, 60.7 kv.m yardımçı və 141.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
13. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış 2020-ci il tarixli 30 dekabr “ipoteka predmetinə tutmanın yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC və Cavabdeh2 arasında bağlanılmış 2013-cü il 29 avqust tarixli **nömrəli kredit müqaviləsinə əsasən 161.536,31 manat borcun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetlərinə tutmanın yönəldilməs i üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 məlumatlandırılmışdır.
14. Ləğv prosesində olan İddiaçı ASC-nin 2022-ci il 21 iyun tarixli **********318 nömrəli arayışından görünür ki, İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 2013-cü il 29 avqust tarixli kredit müqaviləsi üzrə cavabdehin 2022-ci il 10 iyun tarixinə banka 131.433,08 manat əsas, 15.591 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 14.146 manat, həmçinin Mülki Məcəllənin 445.7ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 25.235 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 186.406,49 manat təşkil edir.
15. Ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə ünvanladığı məktubdan görünür ki, mübahisə predmeti o lan borc Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanının təsirinə düşmür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
16. İddiaçı ASC-nin (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 (bundan başqa-birlikdə “cavabdehlər”, ayrıayrılıqda “Cavabdeh2”, “Cavabdeh1”, “Cavabdeh3”, “Cavabdeh5”, Cavabdeh4”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 126.678,13 manat əsas, 15.591,61 manat faiz, 8.062,53 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 17.519,64 manat faiz borcu, ipoteka predmetlərinə tutmaların qeydiyyata alınması üçün istifadə olunan 200 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində 0,1496 ha torpaq sahəsində yerləşən 6 otaqlı 74 nömrəli fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 184 nömrəli evin 1 otaqlı 13 nömrəli mənzilə, Cavabdeh3 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə və Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evinə yönəlməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə ol unmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evlərin və mənzillərin boşaldılaraq, iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər banka cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründü yü kimi, cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
18. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 131.433,08 manat əsas, 15.591,61 manat faiz, 14.146,48 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 25.235,32 manat faiz borcu, ipoteka predmetlərinə tutmaların qeydiyyata alınması üçün istifadə olunan 200 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 tutulması, tutmanın i poteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində 0,1496 ha torpaq sahəsində yerləşən 6 otaqlı 74 nömrəli fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 184 nömrəli evin 1 otaqlı 13 nömrəli mənzilə, Cavabdeh3 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə, Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evinə və Cavabdeh6 məxsus Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən 28 nömrəli binanın 3 otaqlı, 34 nömrəli mənzilinə yönəlməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit bo rcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evlərin və mənzillərin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
19. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, kredit məbləği bank tərəfindən veriləndə əlavə olaraq Cavabdeh6 məxsus olan və Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən 28 nömrəli binanın 3 otaqlı, 34 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
20. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzini n 2022-ci il 18 mart tarixli 9/9196 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 2013-cü il 29 avqust tarixli 3225 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh2 iddiaçıya borcu 2018-ci il 29 avqust tarixinə əsas borc üzrə, 142.749,79 manat, faiz borcu üzrə 375,41 manat, maliyyə arayışı tərtib olunan tarixə, yəni 2021-taci il 21 aprel tarixinə əsas borc üzrə 131.433,08 manat, illik beş faizlə hesablanmış faiz borcu üzrə 12.997,27 manat müəyyən edilmişdir. 21. "xxxx" MMC-nin 2022-ci il 30 dekabr tarixli daşınmaz əmlakların qiymətləndirilməsi rəyindən görünür ki, Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 74 nö mrəli fərdi yaşayış evinin orta bazar dəyəri 90.000 manat, likvid dəyəri 76.000 manat təşkil etmişdir. 22. "xxxx" MMC-nin 2022-ci il 30 dekabr tarixli daşınmaz əmlakların qiymətləndirilməsi rəyindən görünür ki, Cavabdeh3 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 80.4 kv.m yaşayış, 60.7 kv.m yardımçı və 141.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin orta bazar dəyəri 55.000 manat, likvid dəyəri 44.000 manat təşkil etmişdir. 23. "xxxx" MMC-nin 2022-ci il 30 dekabr tarixli daşınmaz əmlakların qiymətləndirilməsi rəyindən görünür ki, Cavabdeh1 məxsus Cəlilabad şəhəri Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evinin orta bazar dəyəri 50.000 manat, likvid dəyəri 42.000 manat təşkil etmişdir.
24. Şirvan Kommersiya Məhkəm əsinin 2023-cü il 15 mart tarixli qərardadı ilə Cavabdeh4 və Cavabdeh6 vəfat etdiyindən və onların vərəsələri müəyyən edilmədiyindən, iddiaçının cavabdehlərə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iş üzrə icraata cavabdehlər Cavabdeh4 və Cavabdeh6 aid hissədə xitam verilmişdir.
25. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 12 aprel tarixli 2-2(121)-7/2023 nömrəli qətnaməsi ilə iddia qismən edilmiş: - Cavabdeh2 131.433,08 manat əsas borc, 375,41 manat faiz borcu, 1.415 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 12.997,27 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 200 manat rüsum olmaqla, ümumilikdə 146.435,76 manat pulun tutularaq iddiaçıya ödənilməsi; - tələbin Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən, 0.1496 ha torpaq sahəsində yerləşən 74 nömrəli fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində, 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə və Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində, 0.035 ha torpaq sahəsində yerləşən 75 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; - Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində, 0.1496 ha torpaq sahəsində yerləşən 74 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 76.000 manat, Cavabdeh3 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində, 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbə li, 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 44.000 manat və Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində, 0.035 ha torpaq sahəsində yerləşən 75 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 42.000 manat olmaqla açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən iddiaçıya olan borcun ödənilməsi; - əmlakların açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi müvafiq olaraq cavabdehlər Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 qaytarılması, Cəlilabad şəhəri, Heydər Əliyev prospektində, 0.1496 ha torpaq sahəsində yerləşən 74 nömrəli fərdi yaşayış evi, Cəlilabad rayonu, Maşlıq kəndində, 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində, 0.035 ha torpaq sahəsində yerləşən 75 nömr əli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra həmin daşınmaz əmlaklar 1 ay ərzində boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuş; - iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 1.500 manat pulun 500 manat hissəsinin Cavabdeh5, 500 manat hissənin R.Mehdiyedən, 500 manat hissəsinin isə Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir (hakim E.Abdullayev).
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırkı işdə iddiaçının kredit müq aviləsi üzrə Cavabdeh2 200.000 manat kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
27. Məhkəmə, iş üzrə verilmiş 2022-ci il 18 mart tarixli 9/9196 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək göst ərmişdir ki, həmin rəyin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən müəyyən olunanlara görə, kredit müqaviləsinə əsasən əsas və faiz borcları üzrə ekspertin gəldiyi nəticə işin materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
28. Cavabdeh2 2013-cü il 29 avqust tarixli **nömrəli kredit müqaviləsi üzrə 131.433,08 manat əsas, 375,41 manat faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış 12.997,27 manat faiz borcunun olması müəyyən edilmişdir.
29. Məhkəmə iddianı 14.146,48 manat cərimənin ödənilməsi hissəsində qismən əsaslı hesab edərək, MM-in 467-ci maddəsinin tələbləri baxımından 1.415 manat müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq saymışdır.
30. Məhkəmə borcun ipoteka predmetlərinə yönəldilərək, həmin əmlakların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, qanunvericilik normalarına əsasən iddia tələbi həmin hissədə əsaslı olmuşdur.
31. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq, iddia tələbini bu hissədə əsassız hesab etmişdir.
32. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evlərinin və mənzillərin boşaldılması”na dair hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının dəlilləri əsaslı olmuşdur və qeyd edilən daşınmaz əmlaklar ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün i potekaya qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Çünki, sözügedən daşınmaz əmlaklar kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuş və borc ödənilmədiyi təqdirdə ipoteka qoyanlar ipoteka predmeti olan əmlaklardan çıxacağını və boşaldılmasını öhdəsinə götürmüşdür.
33. Bundan başqa, “İpoteka haqqında” Qanunda ipoteka predmetinin boşaldılmasının göstərilməməsi iddiaçıya bu cür tələb irəli sürməyə maneə olmur. Əksinə bu cür vəziyyətdə buna bir zərurət yaranır. Çünki, ipoteka qoyanlar və onların ailə üzvləri yaxud digər şəxslər əmlaka tutma yönəldikdən sonra və həmin əmlak satıldıqdan sonra əmlakı tərk etməlidirlər. Həmin əmlakda yaşayarkən və ya fəaliyyət göstərərkən sözsüz ki, yaşayış və fəaliyyət üçün lazım olan əşyalar da həmin əmlakda olur. Cavabdehlər Cavab deh1, Cavabdeh5 və Cavabdeh3 əmlakları tərk edərkən təbii ki, özlərinə məxsus müxtəlif əşyaları da həmin əmlakdan çıxartmalıdırlar və sözsüz ki, bu zaman ipoteka predmetləri də həm insanlar, həm də fiziki baxımdan boşaldılmış vəziyyətə gəlir. Başqa sözlə, “İpoteka haqqında” Qanunda konkret olaraq tutmanın ipoteka predmeti olan əmlaka yönəldikdə və o satıldıqda ipoteka predmetinin boşaldılmasının nəzərdə tutulmaması da icra sənədinin tam icra olunmasını təmin edən bir vasitədir. Əks halda icra sənədinin icrası ilə əlaqədar əlavə mübahisələrin və yeni lüzumsuz iddiaların ortaya çıxmasına şərait yarana bilər.
34. Beləliklə, mübahisəli daşınmaz əmlaklar mülkiyyətçiləri tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılmasının təminatı olaraq ipotekaya qoyulduğundan, məhkəmə iddianın qeyd edi lən hissədə də təmin olunması qənaətinə gəlmişdir.
35. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 269.7, 319.1, 385.1, 425, 442, 445.7, 462.1, 467, 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1, 34, 39.3.3, 41.1, 59.3 və 59.4-cü maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli 1 nömrəli Qərardadına, Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
36. Cavabdeh2 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv olunaraq, iddianın rədd edilməsi, həmçinin apellyasiya instansiyasında əlavə məhkəmə-qiymətləndirmə və əmtəəşünaslıq ekspertizasının keçirilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
37. Əlavə qiymətləndirmə ekspertizası üzrə "xxxx" MMC tərəfindən verilmiş 2024-cü il 13 sentyabr tarixli UNİ/S-51-567/2024 nömrəli rəydə göstərilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan və 2013-cü il 29 avqust tarixli sonrakı ipoteka müqaviləsinə əsasən iddiaçı bankın Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmiş Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində 0,035 ha torpaq sahəsində yerləşən 75 nömrəli fərdi yaşayış evinin yerləşdiyi ərazi, təmiri və sair kimi hallar nəzərə alınmaqla hazırkı likvid dəyəri 48.000 manat təşkil etmiş; Cavabdeh5 mülkiyyətində olan və 2013-cü il 29 avqust tarixli sonrakı ipoteka müqaviləsinə əsasən iddiaçı bankın Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmiş Cəlilabad şəhəri Heydər Əliyev prospektində 0,1496 ha torpaq sahəsində yerləşən 74 nömrəli fərdi yaşayış evinin yerləşdiyi ərazi, təmiri və sair kimi hallar nəzərə alınmaqla hazırkı likvid dəyəri 162.000 manat təşkil etməsi və Cavabdeh3 mülkiyyətində olan və 2013-cü il 29 avqust tarixli sonrakı ipoteka müqaviləsinə əsasən iddiaçı bankın Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmiş Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 2 mərtəbəli 4 otaqlı fər di yaşayış evinin yerləşdiyi ərazi, təmiri və sair kimi hallar nəzərə alınmaqla hazırkı likvid dəyəri 67.000 manat təşkil etmişdir.
38. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 22 aprel tarixli 2-2(106)-5/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh5 məxsus Cəlilabad şəhəri Heydər Əliyev prospektində 0.1496 ha torpaq sahəsində yerləşən 74 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 162000 manat, Cavabdeh3 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 67.000 manat və Cavabdeh1 məxsus Cəlilabad ş əhəri Habil Məmmədov küçəsində 0.035 ha torpaq sahəsində yerləşən 75 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 48.000 manat müəyyən olunması qət edilmiş, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilməmişdir (sədrlik edən-məruzəçi hakim P.Əhmədov, hakimlər C.İmanov və T.Kərimov).
39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum Qərarına əsasən hesablanmış faiz borcunun müəyyənləşdirilməsi üçün yenidən məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsinə zərurət olmamışdır. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 18 mart tarixli 9/9196 nömrəli ekspert rəyində illik beş faizlə hesablanmış borcu üzrə 12.997,27 manat müəyyən edilmişdir. Bu mübahisəli məbləğ eyni zamanda maliyyə arayışı ilə təsdiq edilərək sübuta yetirilmişdir.
40. Apellyator apellyasiya şikayətində əlavə qiymətləndirmə və əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş, həmin dəlil üzrə apellyasiya məhkəməsi iş üzrə əlavə qiymətləndirmə təyin etmiş və onun aparılması "xxxx" MMC-yə həvalə edilmişdir.
41. Məhkəmə işdə olan sübutlara əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə "xxxx" MMC-nin 2024-cü il 13 sentyabr tarixli rəyinə uyğun olaraq dəyişdirilməlidir.
42. Belə ki, Cavabdeh5 məxsus Cəlilabad şəhəri Heydər Əliyev prospektində 0.1496 ha torpaq sahəsində yerləşən 74 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 162.000 manat, Cavabdeh3 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 67.000 manat və Cavabdeh1 məxsus Cəlilabad şəhəri Habil Məmmədov küçəsində 0.035 ha torpaq sahəsində yerləşən 75 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 48.000 manat müəyyən edilməlidir.
43. İşin materiallarına əsasən 2025-ci il 1 aprel tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi ipoteka predmetlərindən yalnız Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində 0.1496 ha torpaq sahəsində yerləşən 74 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin mütəxəssis rəyi ilə 162.000 manat müəyyən edilməsinə etiraz etmişdir.
44. Buna münasibətdə məhkəmə göstərmişdir ki, tərəflər arasında fərdi yaşayış evin ipoteka qoyulması barədə 2013-ci il 29 avqust tarixli 3225 nömrəli sonrakı ip oteka müqaviləsi bağlanmışdır. Həmin müqavilədə (İ cild, səh. 29) ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 95.000 manat məbləğində dəyərləndirilmişdir. Göründüyü kimi, hələ 2013-cü ildə, yəni 12 il öncə adı çəkilən ipoteka predmetinin üzərinə 95.000 manat qoyulmuşdur. Həmin dövrdən hazırkı vaxta kimi Cəlilabad şəhəri Heydər Əliyev prospektində olan daşınmaz əmlakın dəyərinin 162.000 manata kimi artması normal və ağlabatandır.
45. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.1, 317.1, 385.1, 399.3, 399.4, 442, 443.1, 445.2.1, 445.7 və 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.9 və 33-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli 1 nömrəli Qərardadının 10, 11 və 13-cü bəndlərinə, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
46. Cavabdeh2 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
47. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi, 127-ci maddəsinin Vİİİ hissəsi maddəsi üzrə- məhkəmə qərar qəbul edərkən Cavabdeh2 hüquqlarının pozulması halını nəzərə almamış, iş ilə bağlı ədalətli qərarın qəbul edilməsi üçün zəruri prosedurları həyata keçirməmiş, kifayət qədər əsaslı araşdırma aparmamışdır. Cavabdeh işin ədalətli həlli məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəməmühasibatlıq ekspertizalarının keçirilməsini tələb etmiş, lakin məhkəmə-mühasibatlıq ekspertizasının həyata keçirilməsindən ümumiyyətlə imtina olunmuş, əmtəəşünaslıq ekspertizası isə düzgün formada həyata keçirilməmişdir. Buna baxmayaraq, yekun məhkəmə aktı qəbul edilmiş və həmin akt birtərəfli mövqe nümayiş etdirilməklə cavabdehin hüquqlarının pozulması ilə nəticələnmişdir.
48. MPM-in 97 və 102-ci maddələri üzrə - Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş 2022-ci il 18 mart tarixli 9/9196 nömrəli rəydə ekspert qarşısına qoyulmuş suallar dan ikisinə - “2013-cü il 29 avqust tarixli 3225 nömrəli kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi faiz borcu hansı qaydada hesablanmış olması və 2023-cü il 29 avqust tarixli 3225 nömrəli kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli plenum qərarına əsasən hesablanmış faiz borcunun hansı qaydada hesablanmış olması ilə bağlı suallara” çıxarış materialları kifayət etmədiyindən, cavab verilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Lakin iş üzrə ədalətli qərarın qəbul edilməsi üçün birinci instansiya məhkəməsi əlavə ekspertiza təyin etməmiş, apellyasiya məhkəməsində təkrar ekspertizanın təyin olunması məhkəmədən xahiş olunsa da, məhkəmə bu hissədə tələbi təmin etməyərək ilkin ekspert rəyinin əsaslı olduğu qənaətinə gəlmişdir.
49. Bundan əlavə, təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası müvafiq əmlakların yalnız likvid qiymətini müəyyənləşdirməklə kifayətlənmiş, əmlakların bazar dəyəri müəyyən edilməmişdir. Məhkəmə likvid qiymətə əsaslanaraq qərar qəbul edərkən, likvidlik anlayışının əhəmiyyətli dəyər itkisi yaratmadığını vurğulamışdır. Lakin məhkəmənin nəzərə almadığı hissə bundan ibarətdir ki, ipoteka predmeti olan əmlakların sayı və dəyəri kifayət qədər çoxdur. Belə olan halda həmin əmlakların likvid qiymət əsasında satılması cavabdehlərin hüquqlarının əsaslı şəkildə pozulması ilə nəticələnəcəkdir. Belə ki, əmlakların likvid və bazar dəyəri arasında təxminən 10 faiz fərq olur. Belə olan halda həmin əmlakların likvid qiyməti ilə satılması nəticəsində cavabdehlərə təxminən 25.000 – 30.000 manat arasın da zərər dəymiş olacaq. Qeyd edilən məbləğ isə cavabdehin kredit borcunun 20-25 faizini təşkil edir. Bu səbəbdən əmlakın bazar qiymətinin ümumiyyətlə nəzərə alınmadan məhz onun likvid dəyəri əsasında satışın həyata keçirilməsi cavabdehin hüquqlarının əsaslı şəkildə pozulması hesab edilir.
50. MPM-in 9, 14,77, 88, 106 və 217-ci maddələri üzrə - tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Məhkəmə işə baxarkən və qətnamə qəbul edərkən qeyd olunan normaların tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. İddiaçının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və ape llyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
52. Etiraz onunla əsaslandırılmışdır ki, aşağı instansiya məhkəmələri tərəfindən iddia tələbinə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmış və iş üzrə keçirilmiş ekspert rəyinə uyğun olaraq cavabdehin banka olan borcun ödənilməsi qət olunmuşdur. Ona görə də apellyasiya məhkəməsi iddianın tələb olunan məbləğlərə münasibətdə dəyişdirilmədən saxlanılması hissəsində düzgün nəticəyə gəlmişdir.
53. Bundan başqa cavabdeh tərəfindən verilən kassasiya şikayətində bir sıra prosessual hüquq normalarının apellyasiya instansiyası tərəfindən pozulması qeyd olunmuşdur. Lakin qeyd olunan dəlillərin mahiyyətini formal xarakterli mülahizələri təşkil edir. Bundan başqa, apellyasiya məhkəməsinin qərardadı ilə işi üzrə əlav ə qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ilkin satış qiyməti daha aşağı müəyyən olunan ipoteka predmetlərinin qiymətini apellyasiya məhkəməsi qeyd olunan rəyə uyğun olaraq daha yuxarı məbləğdə müəyyən etmişdir. Kassasiya şikayətindən aydın görünür ki, yazılmış kassasiya şikayəti yalnız cavabdehin formal mülahizələrinə əsaslanır. Kassasiya şikayətində qətnamədə hər hansı hüquq normasının pozulmasını əsaslandıra biləcək dəlil qeyd edilməmişdir. Kassasiya baxışının hədləri
54. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
55. Kassasiya instan siyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
56. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur....” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
399. Müqavilənin qüvvəsi... 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səb əb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirm əsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (2023-cü il 24 fevral tarixli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir)....” “Maddə
739. Borc müqaviləsi (2023-cü il 24 fevra l tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” 57. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: 1.0.1. ipoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hü quqları qeydə alınan daşınar əşyaların girovudur;... 1.0.9. ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (2025-ci il 14 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.9-cu maddə ləğv edilmişdir)”. “Maddə
33. İpoteka predmetinə tutmanın yönəldilməsi əsasları (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 33-cü və 35-ci maddələr ləğv edilmişdir) Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.”
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər....”
59. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli 1 nömrəli Qərardadında aşağıdakılar nəzərdə tutulur: “...
10. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir.
11. İlk öncə likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin a çıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir....
13. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməl idir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktları nın da vaxtında icra olunmasına yardım etmiş olacaqdır....”
60. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və cavabdehin iddia olunan faiz borcunun məbləğinin müəyyən edilməsi üçün təkrar ekspertizanın keçirilməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2-ci maddəsi). Həmçinin ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyrimötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır (“Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 18-ci maddəsi).
63. Hazırki halda, Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi 2022-ci il 18 mart tarixli 9/9196 saylı rəyi apellyasiya instansiyası məhkəməsi tərəfindən mötəbər sübut kimi qiymətləndirilməsini istisna edən sübutlar işə mahiyyəti üzrə baxılarkən cavabdeh tərəfindən təqdim olunmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, təkrar ekspertizanın keçirilməsinə zərurət olmamış, apellyasi ya instansiyası məhkəməsi tərəfindən həmin rəy qiymətləndirilərkən MPM-nin 88 və 103-cü maddələrinin tələblərinə əməl edilmişdir.
64. Kassatorun ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi kassatorun eyni məzmunlu apellyasiya şikayətinin dəlilinə də qiymət verərək iş üzrə əlavə qiymətləndirmə təyin etmişdir. Kollegiya məhkəmə qətnaməsinə əsasən tutma yönədilmiş ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və kassasiya şikayətinin apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə verilmiş qiymətləndirmə ilə də razılaşır.
65. Kassasiya şikayətinin dəlilinə qiymət verilərkən həmçinin nəzərə alınır ki, iş üzrə tərəf in müvafiq qiymətləndirmə rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən həmin rəylə razı olmamasını əsaslandırmalı və rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndinmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. Lakin qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxılarkən cavabdeh tərəfindən həmin qiymətləndirmə rəylərinin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmamışdır.
66. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş üzrə gəlinən nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin sa tış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli 1 nömrəli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə də uyğun olmuşdur (bax § 59).
67. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən sa xlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
68. MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 22 aprel tarixli 2-2(106)-5/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.