Məhkəmə qərarları › İş №2-2(102)-496/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-496/2019

27.11.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-496/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC-nin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1rşı iş üzrə QƏRAR (Açar söz: İMEİ qeydiyyatının aparılması üçün ödənilmiş xidmət haqqının qaytarılması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1rşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının e-2-2(103)-388/19 saylı 06 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 27.11.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC 22 yanvar 2019-cu ildə cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X5 qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən İMEİ qeydiyyatının aparılması üçün ödənilmiş 77659,03 manat pulun geri qaytarılması, əldən çıxmış faydaya görə 23297,70 və 3 illik uçot faiz dərəcəsinə görə 22715,25 və 30 manat ödənilmiş dövlət rüsumunun cəmi 123701,98 manat cavabdehdən alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş e tmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasına mobil cihazların idxal olunması fəaliyyəti ilə məşğul olur, lakin cavabdeh tərəfindən həmin cihazların İMEİ qeydiyyatı üçün ödəniş tələb olunur. Cavabdeh 17.12.2018-ci il tarixli məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikasında X6a alınması və onlara telekommunikasiya şəbəkələrində xidmət göstərilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli 28 dekabr 212 nömrəli qərarı ilə təsdiq edilmiş “X6ının aparılması Qaydası”na əsasən həyata keçirilir. Qaydaların 2.1-ci bəndinə əsasən X6 Sistemi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir.Satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə idxal edilən X6ı xidmət haqqı tə tbiq edilməklə həyata keçirilir. Cavabdeh tərəfindən iddiaçıdan mobil cihazların İMEİ qeydiyyatı hər hansı bir ödəniş pulunun alınması qanunsuzdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli 28 dekabr 212 nömrəli qərarı ilə təsdiq edilmiş “X6ının aparılması Qaydası”nın 4.1-ci bəndinə əsasən satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən X6a alınmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Belə ki, iddiaçı tərəfindən m obil cihazların İMEİ qeydiyyata alınması ilə bağlı cavabdeh tərəfindən tələb edilən xidmət haqqı və ya başqa ödəniş pulunun tələb edilməsi qanunvericiliyə ziddir və tutulmamalıdır. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-520/2019 saylı, 08.04.2019cu il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1rşı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X3 mobil cihazların İMEİ qeydiyyatının aparılması üçün ödənilmiş 77659,03 manat pulun geri qaytarılması, əldən çıxmış faydaya görə 23297,70 manat və 3 illik uçot faiz dərəcəsinə görə 22715,25 manat və 30 manat ödənilmiş dövlət rüsumunun – cəmi 123701,98 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-520/2019 saylı, 08.04.2019cu il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının e-2-2(103)-388/19 saylı 06 avqust 2012-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-520/2019 saylı, 08.04.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətə görə ödənilmiş xidmət haqqının geri qaytarılması üçün qanuni əsaslar olmadığından iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsini n nəticəsi əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-388/19 saylı 06 avqust 2012-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə cavabdeh tərəfindən İMEİ qeydiyyatı ilə hər hansı ödənişin alınması qanunsuzdur. Belə ki, “X6ının aparılması Qaydası”nın 4.4-1-ci maddəsinə əsasən satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən X6a alınmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabi neti tərəfindən təsdiq edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Kassator 21.1, 21.2, 449.2, 1091.1, 1091.2, 1092-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-388/19 saylı 06 avqust 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qyadada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-388/19 saylı 06 avqust 2012-ci il tarixli qət naməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-388/19 saylı 06 avqust 2012-ci il tarixli qətnaməsi ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi cavabdehdən İMEİ qeydiyyatının aparılması üçün ödənilmiş 77659,03 manat pulun geri qaytarılması, əldən çıxmış faydaya görə 23297,70 və 3 illik uçot faiz dərəcəsinə görə 22715,25 və 30 manat ödənilmiş dövlət rüsumunun cəmi 123701,98 manat cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X2 alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə “X6ının aparılması Qaydası” təsdiq edilmişdir. Həmin “Qayda”nın 1.2.3-cü bəndinə əsasən X6 sistemi (MCQS) dedikdə Azərbaycan Respublikasının telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların, bu Qaydada nəzərdə tutulmuş texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemi başa düşülür. Həmin “Qayda”nın 2.1-ci bəndinə əsasən MCQS Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qurulur, Nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına m aliyyələşdirilir. Hazırkı iş üzrə iddiaçı X6ı üçün ondan alınan xidmət haqqının qanuniliyini mübahisələndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarına əsasən X6ı sistemi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir və o bu fəaliyyəti həyata keçirən yeganə səlahiyyətli orqandır və bu fəaliyyətin həyata keçirilməsi Nazirlik tərəfindən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X5 həvalə olunmuşdur. X4 Nizamnaməsinə əsasən o hüquqi şəxs statusuna malikdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarında qeyd e dilmişdir ki, “Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.” Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarına əsasən X6ı sistemi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir və o bu fəaliyyəti həyata keçirən yeganə səlahiyyətli orqandır və bu fəaliyyətin həyata keçirilməsi Nazirlik tərəfindən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X5 həvalə olunmuşdur. Başqa sözlə, X6ının başqa idarə və qurum tərəfindən həyata keçirilməsi mümkün deyil. Göründüyü kimi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X7 hakimiyyət səlahiyyətlərinin subyekti kimi çıxış etmiş, lakin işə mülki icraat qaydasında baxılmışdır. Halbuki işə inzibati icraat qaydasında baxılmalı idi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən icraat qaydaları pozulmaqla işə baxılmışdır. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilənləri nəzərə alan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah olunmalıdır ki, o, iddia ərizəsi ilə (inzibati prosessual hüquq normalarına istinad etməklə) yenidən məhkəməyə (müvafiq inzibati-iqtisad məhkəməsinə) müraciət edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A LDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının e-2-2(103)-388/19 saylı 06 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar