Məhkəmə qərarları › İş №2-2(102)-496/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-496/2021

26.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-496/2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: pul tələbi 26.10.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı MMC-nin vəkilinin iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 iyun tarixli 2-2(103)-519/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materialların da olan Cavabdeh MMC (bundan sonra – “GM”) ilə İddiaçı MMC (hazırkı adı İddiaçı MMC, bundan sonra – “KAİ”, keçmiş adı – "R" MMC) arasında bağlanmış 2012-ci il 5 sentyabr tarixli 063 Rİ-GR nömrəli və 2017-ci il 21 sentyabr tarixli 0093 Rİ-GM/17 nömrəli “Ehtiyat hissələrinin satışı” müqavilələrindən görünür ki, “Satıcı”, müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə

1. Əlavə 2 və s.) göstərilmiş malları “Alıcı”ya satmağı, “Alıcı" isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşlər.

2. Həmin Müqavilələrin 1.1-ci bəndinə əsasən, malların adı, ölçüsü, kəmiyyəti, çatdırılma şərtləri və qiymətləri bu əlavələrdə göstərilib. Malların təhvil verilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktına uyğun olaraq həyata keçiriləcək. Əlavələr hər iki tərəf on ları imzalandıqdan sonra qüvvəyə minəcək və müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcəkdir.

3. İş materiallarında olan GM ilə KAİ arasında bağlanmış 2012-ci il 5 sentyabr tarixli TXM00134C nömrəli və 2017-ci il 23 avqust tarixli TXM00052C/17 nömrəli “Texniki Xidmət” müqavilələrindən görünür ki, “Sifarişçi”nin və yaxud “Sifarişçi” tərəfindən təyin edilmiş məsul şəxsin tapşırığına əsasən “İcraçı” “Sifarişçi”yə məxsus olan yeni və yaxud işlənmiş texnikaları üzrə servis xidməti göstərilməsini və anbarda olan ehtiyat hissələri ilə təchiz edilməsini öz üzərinə götürmüşdür.

4. Həmin Müqavilələrin şərtlərinə görə: 4.1. “İcraçı” hazırkı müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1 göstərilən texnikaların siyahısı üzrə servis xidməti göstərməli və hər texnika üçün tərtib edilmiş texniki kitabç alarda görülmüş işlər barəsində qeydləri aparmalıdır (2-ci bənd). 4.2. “İcraçı” “Sifarişçi”nin təyin etdiyi məsul şəxs və yaxud “Sifarişçi”nin özü tərəfindən, şifahi və yaxud yazılı şəkildə, o cümlədən zəng ilə verilmiş sifarişlərini əsas tutaraq, bu müqavilənin qüvvədə olduğu müddət ərzində “Sifarişçiyə” məxsus olan texnikalara texniki xidmət göstərməyi, “Sifarişçi” isə bu işin müqabilində tələb olunan haqqı “İcraçı”ya vaxtlıvaxtında ödəməyi öhdəsinə götürür (2.1-ci bənd). 4.3. “İcraçı” tərəfindən, “Sifariçi”nin öhdəliyinə möhlət verilmədiyi halda, “Sifarişçi” ödənişləri dərhal həyata keçirməlidir. Əks halda, “İcraçı” ona məxsus olan texniki-təmir ərazidə müvafiq texnikaların ödənişlər baş verənə qədər saxlanılması hüququna malikdir ( 4.6-cı bənd).

5. İş materiallarında olan tərəflər aras ında tərtib edilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş 2018-ci il 6 iyul tarixli “Üzləşmə akt”ından görünür ki, KAİ ilə GM arasında 2015-2018-ci illər ərzində olmuş qarşılıqlı əlaqələr nəticəsində 2018-ci il 6 iyul tarixinə KAİ-nin yaranmış borcu 14.100,67 manat təşkil etmişdir.

6. İş materiallarında olan AZ 009663 nömrəli Nəqliyyat Vasitəsinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsi KAİ-nin mülkiyyətindədir.

7. İş materiallarında olan KAİ-nin GM-ə ünvanlandığı pretenziya məktubunda SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011, N-si SD22AA113598 olan nəqliyyat vasitəsini təhvil verib, dəymiş ziyanın tam ödə nilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. KAİ 2020-ci il 22 sentyabr tarixində GM-ə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, KAİ-nin mülkiyyətdə olan SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsinin təhvil verilməsi və KAİ-yə dəymiş 64.000 manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. KAİ-nin nümayəndəsi tərəfindən 2020-ci il 22 oktyabr tarixində iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verilmiş və ərizədə qeyd olunmuşdur ki, texniki səhv olaraq iddiaçının adı KAİ əvəzinə "KA" MMC kimi qeyd olunmuşdur. Ona görə iddiaçının adının KAİ olduğunun nəzərə alınması xahiş olunm uşdur.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin mülkiyyətdə olan SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsi təmir olunması üçün 2018-ci il 30 avqust tarixində GM-ə təhvil verilmişdir. GM və KAİ arasında olan razılaşmaya əsasən, KAİ-nin mülkiyyətdə olan həmin nəqliyyat vasitəsinin təmiri üçün 2018-ci il 30 avqust tarixindən təmirin dəyərinin tam olaraq ödənilməsinə baxmayaraq, avtomobil qısa müddət ərzində təmir olunub təhvil verilməli olsa da, bu günə qədər şirkətə təhvil verilməmişdir. Hər dəfə müraciət etdikdə, GM müxtəlif bəhanələr gətirmiş, sonuncu dəfə isə 2019-cu ilin dekabr ayının sonunda nəqliyyat vasitəsini qaytarmayacağını bildirmişdir. Ona görə də GM-ə 2020-ci il 8 yanva r tarixində pretenziya məktubu ilə müraciət etmişlər, ancaq buna baxmayaraq həmin məktuba indiyə kimi cavab verilməmişdir. Beləliklə, şirkətin buldozerinin 16 aydan artıq müddətdə işləməməsi nəticəsində hər ay şirkətə 4.000 manat, ümumulikdə 64.000 manat məbləğində maddi ziyan dəymişdir.

11. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 23-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 1.2, 13.1, 88-ci, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 70.1, 70.2, 70.3, 73.1, 73.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci, “İnsan hüquqları haqqında Ümumi bəyannamə”nin 22, 25-ci, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq paktın 9-cu maddə lərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “İHAM”) “Delkurun Belçikaya qarşı iş üzrə” qərarına, Avropa Məhkəməsinin Böyük Palatasının “Strummerin Avstriyaya qarşı iş üzrə” 2011-ci il 7 iyul tarixli qərarına istinad etməklə əsaslandırılmışdır.

12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 26 yanvar tarixli 2-2(113)-239/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsinin GMdən alınaraq KAİ-yə təhvil verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir (hakim – Z.Axundova).

13. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 13.1. “Texniki Xidmət” müqavilələrinin 4.6-cı bəndinin şərtindən göründüyü kimi,(bax yuxarıda § 4.3) GM-in ona məxsus olan texniki-təmir ərazidə müvafiq texnikaları ödənişlər baş verənə qədər saxlamaq hüququnun olması nəzərdə tutulur. Mübahisə predmeti olan texnika ilə bağlı ödənişlər edilmiş, həmin texnika ilə bağlı borcun olmamasını GM mübahisələndirməmişdir. 13.2. MM-in 468-ci maddəsinin qaydaları hazırkı halda tətbiq edilməməli, müqavilə şərti əsas götürülməlidir. Beləliklə, KAİ mülkiyyət hüququ ilə ona məxsus olan nəqliyyat vasitəsinin təhvil verilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur. İddia tələbi həmin hissədə əsaslı olduğundan tə min edilməlidir. 13.3. Eyni zamanda, məhkəmə 64.000 manat maddi ziyanın GM-dən tutulması hissəsində iddia tələbini əsaslı saymır və həmin hissədə iddia aşağıdakılara əsasən təmin edilməməlidir. 13.4. KAİ qeyd olunan texnika ilə bağlı icarə müqaviləsinin bağlandığını və 16 aydan artıq müddətdə həmin texnikanın işləməməsi nəticəsində hər ay şirkətə 4.000 manat, ümumulikdə 64.000 manat məbləğində maddi ziyan dəydiyini iddia etmiş və bu zaman X4 (bundan sonra – “S.Tapdıqov”) ilə "xxxx" MMC arasında 2018-ci il 16 iyul tarixində bağlandığını iddia etdiyi icarə müqaviləsinə istinad etmişdir. KAİ-nin məhkəməyə təqdim etdiyi həmin müqavilədə 3.500 manat aylıq icarə haqqının ödənilməsi nəzərdə tutulur. Cavabdeh tərəf S.Tapdıqovun KAİ-nin öz əməkdaşı olduğunu bildirmiş, GM də təsdiqləyərək, həmin hal ı mübahisələndirməmişdir. 13.5. Məhkəmə həmin halı, həmçinin mübahisəli əmlakın KAİ-nin borcu qarşılığında saxlandığını, borcun ödənilməməsi nəticəsində GM-in də zərərə məruz qalmasını, eyni zamanda, qeyd olunan məbləğdə ziyanla bağlı sübutların məhkəməyə təqdim edilmədiyini nəzərə alıaraq belə nəticəyə gəlir ki, iddia 64.000 manat maddi ziyanın GM-dən tutulması hissəsində təmin edilməməlidir.

14. Məhkəmə öz qətnaməsini MM-in 21.1, 21.2, 21.3, 152.1, 468.2, 468.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. KAİ həmin qətnamədən 2021-ci il 19 mart tarixində apellyasiya şikayəti verərək qətnamənin qismən – “iddia qalan hissədə rədd edilməsi” hissəsində ləğv еdilməsi, KAİ-nin iddiаsının tam təmin edilməsi və GM-dən SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsinin KAİyə qaytarılması və dəymiş 64.000 manat maddi ziyanın tutularaq KAİ-yə ödənilməsi barədə yеni qətnаmə qəbul edilməsini xahiş etmişdir.

16. GM həmin qətnamədən 2021-ci il 30 mart tarixində apellyasiya şikayəti verərək qətnamənin qismən – SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxıİış 2011-ci il SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsinin GM-dən alınaraq KAİ-yə təhvil verilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 iyun tarixli 2- 2(103)-519/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətlə ri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 26 yanvar tarixli e-2-2(113)-239/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

18. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 18.1. Nəqliyyat vasitəsinin geri qaytarılması barədə iddia tələblərinin qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak cavabdehin sahibliyində olmalı və həmin əmlaka sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. 18.2. Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şə rtləri mövcuddur. Mübahisəli SHANTUİ SD22 markalı nəqliyyat vasitəsinin KAİ-nin mülkiyyətində, GM-in isə sahibliyində olması işin mübahisəsiz halıdır. 18.3. Mübahisəli məqam həmin sahibliyin qanunsuz olub-olmaması ilə bağlıdır. Bunu müəyyən etmək üçün isə tərəflər arasındakı münasibətlərə aydınlıq gətirilməlidir. 18.4. Belə ki, tərəflər arasında bağlanmış texniki xidmət müqaviləsi mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki GM KAİ qarşısında ikincinin avtonəqliyyat vasitələrinə texniki xidmət göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. 18.5. KAİ mübahisəli SHANTUİ SD 22 markalı nəqliyyat vasitəsini təmir etdirmək üçün GM-ə təhvil vermiş, GM həmin nəqliyyat vasitəsini təmir etmiş, KAİ təmirin dəyərini tam olaraq GM-ə ödəmiş, lakin GM, KAİ d igər nəqliyyat vasitəsi ilə bağlı ödənişi həyata keçirmədiyi üçün öz tələblərinin təminatı kimi hazırkı mübahisə predmeti olan nəqliyyat vasitəsini girov kimi özündə saxlamışdır. 18.6. Bunun əsası kimi isə GM tərəflər arasında bağlanmış 2017-ci il 23 avqust tarixli TXM00052C/17 nömrəli texniki xidmət müqaviləsinin 4.6-cı bəndinə (bax yuxarıda § 4.3) istinad etmişdir. 18.7. Tərəflər arasında bağlanmış podrat müqaviləsində podratçının girov hüququ ilə bağlı müddəalar nəzərdə tutulmuşdur. 18.8. GM-in dəlilləri əsaslı hesab edilə bilməz. 18.9. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, GM tərəflər arasında bağlanmış digər müqavilə üzrə KAİ-nin 52.000 manat məbləğində borcunun təminatı kimi NEW HOLLAND D-255 markalı nəqliyyat vasitəsini girov qismində özündə saxlamışdır. 18.10. Eyni zamanda, KAİ tərəfindən məhkəməyə təqdim olunmuş 2012-ci il 30 avqust tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, NEW HOLLAND D-255 markalı nəqliyyat vasitəsinin dəyəri 271.186,44 manat təşkil edir. 18.11. GM MM-in 757-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etmiş və 52.000 manat məbləğində borcun ödənilməsinin təmini məqsədi ilə dəyəri bundan dəfələrlə çox olan nəqliyyat vasitəsini girov qismində saxlamışdır. 18.12. Belə olan halda isə həmin borcun təminatı kimi əlavə olaraq hazırkı mübahisənin predmeti olan və təmir pulu KAİ tərəfindən tam ödənilmiş SHANTUİ SD 22 markalı nəqliyyat vasitəsinin də girov kimi saxlanılması GM-in öz hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. 18.13. Ona görə də GM-in mübahisəli SHANTUİ SD 22 markalı nəqliyyat vasitəsinə sahibliyi qanunsuzdur və həmin nəqliyyat vasitəsi GM-dən alınaraq KAİ-yə verilməlidir. 18.14. MM-in 21.2-ci maddəsindən göründüyü kimi, əldən çıxmış fayda zərərin tərkib hissəsidir. 18.15. Belə ki, KAİ həmin halları sübut etmək üçün yalnız bir sübuta, yəni icarəyə verən KAİ ilə icarəçi S.Tapdıqov arasında bağlanmış 2018-ci il 16 iyul tarixli 16 saylı icarə müqaviləsinə istinad etmişdir. Həmin müqaviləyə əsasən, icarəyə verən özünə məxsus Buldozer SHANTUİ SD 22 markalı nəqliyyat vasitəsini icarəçinin istifadəsinə verməyi, icarəçi isə alınmış əmlakın müqabilində istismar olunan günə görə hər tam aya 3.500 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. 18.16. Həmin icarə müqaviləsi özü-özlüyündə MM-in 443.4-cü maddəsində nəzərdə tutulan qaydada kreditorun əldən çıxmış faydanı əldə etmək üçün tədb irlər görməsini təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz. 18.17. KAİ həmin icarə müqaviləsinin real və işlək icarə müqaviləsi olmasını təsdiq edən heç bir sübutu (ödəniş sənədləri və s.) məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 18.18. Bundan başqa, məhkəmə iclasında müəyyən olunmuşdur ki, həmin müqavilənin digər tərəfi KAİ-nin öz işçisidir. 18.19. Qeyd olunan hallar isə həmin müqavilənin real müqavilə olmasına əsaslı şübhələr yaradır. 18.20. KAİ MPM-in 77.1-ci maddəsinin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. 18.21. Zərərin əvəzinin ödənilməsi barədə iddia tələbləri təmin edil ə bilməz.

19. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 21.2, 157.2, 443.4, 560.2, 752.1, 757-ci, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. GM həmin qətnamədən 2021-ci il 16 avqust tarixində kassasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin qismən təmin olunması hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

21. İş materiallarına əlavə olunmuş müqavilələrin müvafiq şərtlərinə nəzər yetirdikdə birbaşa görünür ki, hazırkı iş üzrə GM göstərdiyi xidmətlərə görə ödənişləri ala bilmədiyi təqdirdə, KAİ-yə məxsus müvafiq texnikaları özünə məxsus olan texniki-təmir ərazisində saxlaya bilər. Məhz bu maddənin müqaviləyə salınmasının hüquqi əsasını da MM-in 468-ci maddəsinin tələbləri təşkil edir. Eyni zamanda, müqavilə şərtlərində göstərilən “müvafiq texnika” anlayışı, “Sifarişçi” (KAİ) tərəfindən “İcraçı”nın (GM) texniki-təmir ərazisinə gətirilən bütün texnikalara aid edilir. Məhkəmə məhz mübahisə predmeti olan texnikanın təmirinə görə borcun olmaması səbəbindən, həmin texnikanın KAİ-yə təhvil verilməsi barədə qətnamə çıxarmaqla, həm tərəflərin öz iradə ifadəsi ilə təsdiq etdiyi müqavilə şərtlərinə, həm də MM-in 468-ci maddəsinin tələblərinə zidd getmişdir. Belə ki, tərəflər arasında olan borc məbləği hər hansı texnikaya görə yox, tərəflər arasında bağlanmış “Texniki Xidmət” Müqaviləsinə əsasən hesablanır və hesablanmış borc məbləği ayrı-ayrı texnikalara yox, onların m ülkiyyətçisi olan sifarişçi təşkilata, konkret bu halda isə KAİ-yə hesablanmışdır və KAİ öz öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə GM mülkiyyət hüququ ilə KAİ-yə məxsus olan və GM-in texniki servisinə təmir üçün gətirilmiş müvafiq texnikaların saxlanılması hüququna malikdir. Bu məsələ heç bir halda GM-in öz hüquqlarından sui-istifadə etməsi kimi qiymətləndirilməməlidir.

22. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin mövqeyi birmənalı deyildir. Belə ki, KAİ-yə məxsus olan və borc məbləğinin təminatı kimi GM-in ərazisində girov kimi saxlanılan NEW HOLLAND D-255 markalı nəqliyyat vasitəsinin qiyməti 2012-ci ildə bağlanmış alqı-satqı müqaviləsi ilə müəyyən edilə bilməz. Belə ki, həmin müqavilənin bağlanmasından və nəqliyyat vasitəsinin istismarından 9 il keçmişdir. Bu müddətdə təb ii ki, texnikanın qiymətləri normal amortizasiya qaydaları nəzərə alınmaqla, hər il 25%-dək azalır. Bundan başqa, texnikanın bugünkü gün üçün qiyməti müəyyən edilərkən təkcə nəqliyyat vasitəsinin buraxılış ili yox, eyni zamanda onun hazırki vəziyyəti nəzərə alınır və buna uyğun bazar dəyəri müəyyən edilir. Lakin Bakı Apellyasiya Məhkəməsi heç bir əsas olmadan nəqliyyat vasitəsinin 2012-ci ildə olan qiymətini, bugünkü gün üçün də tətbiq etmiş və düzgün nəticəyə gəlməmişdir.

23. Kassasiya şikayəti MM-nin 468-ci, MPM-nin 88, 416, 417.1.4-cü maddələrinə istinad etməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasında iştirak edən KAİ-nin vəkili kassasiya şikayəti ilə razı olmadıqlarını, şikayətin tam əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi.

26. Cavabdeh tərəfinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. GM apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən – iddia tələbinin qismən təmin olunması hissəsində mübahisələndirdiyi üçün h azırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

30. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb et mək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....” “Maddə

468. Saxlama anlayışı və onun əsasları... 468.2. Əmlakın və ya ona çəkilən xərclərin və digər zərərin əvəzinin ödənilməsi ilə bağlı olmasa da, tərəfləri sahibkarlar kimi fəaliyyət göstə rən öhdəlikdən əmələ gələn tələblər də əmlakın saxlanması ilə təmin edilə bilər.... 468.4. Bu maddənin qaydaları, əgər müqavilədə ayrı şərt nəzərdə tutulmayıbsa, tətbiq edilir.” “Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi... 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

757. Podratçının hazırladığı daşınar əşyaya girov hüququ Əgər podratçının hazırladığı və ya təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya hazırlanma və ya təmir məqsədilə onun sahibliyindədirsə, podratçı öz tələblərinin təminatı üçün hə min əşyaya girov hüququndan istifadə edə bilər.”

31. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq, iddiaçının vəkilinin izahatını dinləyərək hes ab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 iyun tarixli 2-2(103)-519/2021 saylı qətnaməsi qismən ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

33. Məhkəmə kollegiyası kassatorun dəlilləri (bax yuxarıda §§ 21-22) ilə aşağıdakı səbəblərdən razılaşır.

34. GM-in dəlillərini əsassız hesab edərkən apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, GM tərəflər arasında bağlanmış digər müqavilə üzrə KAİ-nin 52.000 manat məbləğində borcunun təminatı kimi NEW HOLLAND D-255 markalı nəqliyyat vasitəsini girov qismində özündə saxlamışdır. Eyni zamanda, 2012-ci il 30 avqust tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, NEW HOLLAND D-255 markalı n əqliyyat vasitəsinin dəyəri 271.186,44 manat təşkil edir. Göründüyü kimi, GM MM-in 757-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etmiş və 52.000 manat məbləğində borcun ödənilməsinin təmini məqsədi ilə dəyəri bundan dəfələrlə çox olan nəqliyyat vasitəsini girov qismində saxlamışdır. Belə olan halda isə həmin borcun təminatı kimi əlavə olaraq hazırkı mübahisənin predmeti olan və təmir pulu KAİ tərəfindən tam ödənilmiş SHANTUİ SD 22 markalı nəqliyyat vasitəsinin də girov kimi saxlanılması GM-in öz hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir.

35. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır.

36. Belə ki, apellyasiya instansiya məhkəməsi bu nəticəyə gələrkən NEW HOLLAND D255 markalı nəqliyyat vasitəsinin qiymətini 2012-ci il 30 avqust tarixli alqı-satqı müqaviləsinə istinad edərək müəyyən etmişdir.

37. Halbuki apellyasiya instansiya məhkəməsinin qətnaməsi qəbul olunarkən həmin müqavilənin bağlanmasından və nəqliyyat vasitəsinin istismarına başlamasından artıq 9 il ötmüşdü.

38. Apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, həmin müddət ərzində NEW HOLLAND D-255 markalı nəqliyyat vasitəsinin real dəyəri (bazar qiyməti) istər təbii amortizasiya, istərsə də faktiki istismar vəziyyəti baxımından ilkin dəyərindən xeyli aşağı olmalı idi.

39. Bu da apellyasiya instansiya məhkəməsinin MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 31) tələblərini pozaraq, hazırda kassatorun mübahisələrdiyi məsələ üzrə yanlış nəticəyə gəlməsinə və müvafiq hissədə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 31) uyğun gəlməyən əsassız qətnamə qə bul etməsinə səbəb olmuşdur.

40. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi sözügedən hissədə ləğv edilməli, işə həmin hissədə yenidən baxılmalıdır. Yeni apellyasiya baxışı zamanı iş üzrə ədalətli və əsaslı qətnamə çıxarılması üçün NEW HOLLAND D-255 markalı nəqliyyat vasitəsinin faktiki dəyəri (real, bazar qiyməti) müəyyən olunmalı, nəticəsindən asılı olaraq hazırkı mübahisə predmeti olan nəqliyyat vasitəsinin KAİ-yə təhvil verilib-verilməməsi barədə müvafiq qərar qəbul edilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya K ollegiyasının 2021-ci il 22 iyun tarixli 22(103)-519/2021 saylı qətnaməsi qismən – iddianın təmin edilməsi hissəsində ləğv edilsin. İş ləğv olunmuş hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar