Məhkəmə qərarları › İş №2-2(102)-496/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-496/2022

27.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-496/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin, əldən çıxmış faydanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia; Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin, əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(105)-9/2 022 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh (bundan sonra – “cavabdeh”) (icarəyəverən) ilə X6 (bundan sonra – “S.Əliyeva”) (icarəçi) arasında bağlanmış 2015-ci il 19 mart tarixli icarə müqaviləsinə əsasən, icarəyəverən tərəfindən Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən 88 kv.mlik qeyri-yaşayış sahəsi 1 il müddətinə icarəçiyə icarəyə verilmiş və icarə haqqı hər ay üçün 500 manat məbləğində müəyyən edilmişdir. 2. 2018-ci il 8 mart tarixli icarə müqaviləsinin surətindən görünür ki, iddiaçı (icarəyəverən) tərəfindən Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən 70 kv.m-lik qeyri-yaşayış sahəsi 1 il müddətinə icarəçi İddiaçı (bundan sonra – “iddiaçı”) ic arəyə verilmiş və icarə haqqı hər ay üçün 300 manat məbləğində müəyyən edilmişdir. 3. "xxxx" MMC-nin 2021-ci il 11 fevral tarixli LP-019/21 nömrəli “Daşınar əmlakın qiymətləndirilməsi barədə” mütəxəssis rəyi ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən, qeyri-yaşayış sahəsinin əsaslı təmirinə çəkilmiş xərclər 10.469 manat məbləğində qiymətləndirilmişdir. 4. 2021-ci il 1 aprel tarixli Aktdan görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 2-ci mikrorayon ərazisində yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsində qanunsuz olaraq saxlanılmış aşağıdakı əmlakların siyahısı tərtib edilməklə, həmin tarixdə "166" Yükdaşıma Xidmətinə təhvil verilmişdir: Divan - 2 ədəd, Tumba - 3 ədəd, Qadın geyimləri 87 dəst, Qadın əlcəkləri - 2 cüt, Qadın çimərlik paltarları - 5 dəst, Qadın manikenlər i - 10 ədəd, Qadın yubkaları - 13 dəst, Ütü - 1 ədəd, Jurnal stolu - 2 ədəd, Asılqan - 4 ədəd, Mikrodalğalı soba - 1 ədəd, Güzgü - 1 ədəd, Kassa aparatı "Merkuri - 113" - 1 ədəd, Post Terminal aparatları - 4 ədəd, Telefon "Siqaset" - 1 ədəd, Premium kard - 2 sumka (həmin Akt Nümayəndə2, cavabdeh, X3, X11, X5, X7 və X9 adlı şəxslər tərəfindən imzalanmışdır). 5. 2021-ci il 15 aprel tarixli İcarə Müqaviləsinin kserosurətindən görünür ki, icarəyəverən cavabdeh tərəfindən Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən 88 kv.metrdən ibarət ticarət mağazasının 85 kv.metr hissəsi 1 il müddətinə icarəçi X2 (bundan sonra – “Z.Qiyasbəyli”) icarəyə verilərək, icarə haqqı hər ay üçün 3.000 manat məbləğində müəyyən edilmiş və həmin Müqavilə 2021-ci il 1 iyun tarixindən qüvvəyə minir.

6. İddia çı Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən mağazada olan avadanlıqların və əşyaların cavabdeh tərəfindən aparılması ilə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət etmiş və həmin şikayətlə əlaqədar Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən NK-1/745 saylı yoxlama materialı üzrə qəbul edilmiş 2021-ci il 6 may tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarla cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Lakin iddiaçının şikayəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin 2021-ci il 25 iyun tarixli 6(060)-42/2021 nömrəli qərarı ilə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısının NK-1/745 saylı yoxlama materialı üzrə cin ayət işinin başlanmasının rədd edilməsinə dair 2021-ci il 6 may tarixli qərarı qanunsuz hesab edilməklə ləğv olunmuş və NK-1/745 saylı yoxlama materialı məhkəmə qərarındakı məhkəmənin hüquqi mövqeyinə uyğun yenidən araşdırılması üçün Sumqayıt şəhər Prokurorluğu vasitəsilə Sumqayıt şəhər Polis İdarəsinə qaytarılmışdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 2021-ci il 5 oktyabr tarixli **********041600 nömrəli məktubunda göstərilir ki, uçot baza məlumatlarına əsasən iddiaçı ilə cavabdeh arasında 2018-ci il 8 mart tarixində bağlanmış icarə müqaviləsinə və iddiaçı tərəfindən təqdim edilən 2018-ci il 14 mart tarixli elektron obyektin qeydiyyatı ərizəsinə əsasən Sumqayıt şəhəri, 2-ci MKR, Sülh küçəsində yerləşən tə sərrüfat subyekti (obyekti) vergi uçotuna alınmışdır. İddiaçı tərəfindən təqdim edilən 2018-ci il 14 mart tarixli təsərrüfat subyektinin (obyektinin) vergi uçotuna alınması barədə müraciət vergi ödəyicisi tərəfindən gücləndirilmiş elektron imza və ya Dövlət Vergi Xidməti tərəfindən verilmiş istifadəçi kod, parol və şifrə vasitəsi ilə verildiyindən icarə müqaviləsinin əslinin və ya əslinə bərabər tutulan surətinin təqdim edilməsi mümkün deyildir (həmin məktuba 2018-ci il 8 mart tarixli icarə müqaviləsinin surəti əlavə edilmişdir). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddaçı 2021-ci il 6 may tarixində iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən dəymiş maddi ziyana görə 49.669 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2018-ci il 8 mart tarixli İcarə Müqaviləsinə əsasən, cavabdeh özünə məxsus olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən və sahəsi 70 kv.m olan qeyri-yaşayış sahəsini 1 il müddətinə ona icarəyə vermişdir. İcarə müqaviləsinin müddəti bitdikdən sonra, yəni 2019-cu il 8 mart tarixində onlar şifahi olaraq müqavilənin müddətsiz olmasına qərar vermiş və aralarında olan razılaşmaya əsasən o, fəaliyyətini davam etdirmək üçün icarəyə götürdüyü qeyri-yaşayış sahəsində əsaslı təmir işləri aparmış, həmin ünvanda fəaliyyətini təşkil etmək üçün müxtəlif reklam işləri görmüş və avadanlıql ar almışdır. Belə ki, təqdim edilən mütəxəssis rəyindən də göründüyü kimi, onun tərəfindən aşağıdakı təmir bərpa işləri aparılmışdır: 1) Dəyəri 150 manat olan qapı quraşdırılmış; 2) Dəyəri 3.120 manat olan 52 ədəd projektor işıqlar quraşdırılmış; 3) Dəyəri 390 manat olan 13 ədəd divar kağızı vurulmuş; 4) Dəyəri 1.500 manat olan malyar (rəngsaz) işləri görülmüş; 5) Dəyəri 550 manat olan malyar işi materialı alınmış; 6) Dəyəri 800 manat olan santexnika malları alınaraq quraşdırılmış; 7) Dəyəri 800 manat olan santexnika mallarının quraşdırılmasına xidmət haqqı ödənilmiş; 8) Dəyəri 100 manat olan əl-üz yuyan quraşdırılmış; 9) Dəyəri 300 manat olan unitaz quraşdırılmış; 10) Dəyəri 300 manat olan mətbəx mebeli yığılmış; 11) Dəyəri 1.000 manat olan güzgülər quraşdırılmış; 12) 400 manat güzgülərin quraşdırılması üçün xərclənmiş; 13) Dəyəri 80 manat olan avtomat quraşdırılmış; 14) Dəyəri 185 manat olan “spot” işıqlar quraşdırılmış; 15) Dəyəri 140 manat olan gips-kardon işləri görülmüş; 16) Dəyəri 154 manat olan alçipan profil işləri görülmüş; 17) Dəyəri 700 manat olan şüşə şkaf yığılmışdır. Bundan əlavə, onun tərəfindən həmin qeyri-yaşayış sahəsində fəaliyyət göstərmək üçün dəyəri 700 manat olan stabilizator, dəyəri 1.200 manat olan və quraşdırılmasına 500 manat xərclənmiş kamera alınmış, mağazanın dizayn olunmasına 1.200 manat xərclənmiş, mağazaya dəyəri 16.000 manat olan mebel avadanlıqları və stendlər sifariş edilərək gətirilmiş, həmin mebellərin kargo şirkəti tərəfindən gətirilməsinə 5.000 manat xərclənmiş, 3.000 manata reklam lövhəsi hazırlanmış, dəyəri 450 manat olan 7 ədəd (ü mumi dəyəri 3.150 manat) və dəyəri 120 manat olan 10 ədəd (ümumi dəyəri 1.200 manat) maniken və dəyəri 1,5 manat olan 1.200 ədəd (ümumi dəyəri 1.800 manat) asılqan alınmış, mağazanın fəaliyyəti üçün proqram təminatına 1.500 manat və bonus kartlarının hazırlanmasına isə 750 manat xərclənmiş, dəyəri 1.000 manat olan siqnalizasiya sistemi və dəyəri 2.500 manat olan oğurluq əleyhinə antenlər quraşdırılmışdır.

10. Beləliklə, onun tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin normal fəaliyyəti və müştərilərin rahatlığını təmin etmək üçün ümumilikdə 49.669 manat məbləğində pul vəsaiti xərclənmişdir. Lakin 2020-ci ilin sonlarından cavabdeh onu narahat etməyə başlamış və icarə haqqının astronomik qiymətə qaldırmaq niyyətində olduğunu, əks halda, onu güc strukturları ilə hədələməyə başlamış, 2021-ci il 10 fevral tarixli xəbərdarlıq məktubu göndərərək 2021-ci il 1 mart tarixindən qeyri-yaşayış sahəsini boşaltmağı tələb etmişdir. Xəbərdarlıq məktubunda qeyd edilir ki, adı çəkilən qeyri-yaşayış sahəsini 2015-ci il 19 mart tarixdə S.Əliyevaya icarəyə vermiş və hazırda S.Əliyeva fəaliyyətini dayandırmışdır. İddiaçı ilə heç bir müqaviləsi olmadığına görə qeyri-yaşayış sahəsini 2021-ci il 1 mart tarixinədək boşaltmağı tələb etmişdir.

11. Qanunvericiliyin tələbindən də göründüyü kimi, cavabdehlə aralarında olan icarə münasibətləri qeyri-müəyyən müddətə uzadıldığından cavabdeh yalnız 6 ay öncədən xəbərdarlıq müddətini gözləməklə ilin sonunda müqaviləyə xitam verə bilərdi. Lakin cavabdehin bu qanunsuz hərəkətləri iddiaçının hüquqlarını davamlı pozmaqdan əlavə, normal halda sahibkarlıq fəaliy yətini həyata keçirməyə də mane olur. Bu səbəbdən də o, cavabdehin əsassız varlanması ilə ona dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan dəymiş və cavabdeh iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Belə ki, cavabdehlə əldə edilən razılaşmaya əsasən o, cavabdehə məxsus qeyri-yaşayış sahəsindən sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün lazım olan təmir işlərini görüb, həmin qeyri-yaşayış sahəsinə uyğun avadanlıqlar sifariş vermiş, reklam işləri gördürmüşdür. Lakin cavabdeh hazırda onun hüquqlarını pozduğuna görə həmin sahədən istifadə etməsi qeyri-mümkün olmağa başlamış və nəticədə ona 49.669 manat maddi ziyan dəymişdir.

12. İddia tələbinin hüquqi əsası kimi Az ərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 693.2.1, 700.1, 704.1, 1091.1, 1092.1, 1092.2, 1093.1, 1096.1, 1096.2, 1097.1 və 1115-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddəsinə istinad edilmişdir.

13. Cavabdeh 2021-ci il 8 iyul tarixində iddiaçıya qarşı “maddi və mənəvi zərərin, əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıdan cavabdehin xeyrinə maddi zərər kimi 10.000 manat, mənəvi zərər kimi 5.000 manat, əldən çıxmış faydaya görə 15.000 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 30.030 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi əsassız olduğuna görə cavabdeh hesab etmişdir ki, qarşılıqlı iddia tələbi irəli sürülməlidir. Belə ki, əvvəla, ona məxsus qeyri-yaşayış sahəsi hazırkı iddia tələbinin predmeti olmadığına görə, iddia ərizəsində "mübahisəli qeyri-yaşayış sahəsi" ifadəsi yolverilməzdir. Həmin qeyri-yaşayış sahəsi bütün qanuni əsaslarla 2004-cü ildən bu günə kimi mübahisəsiz olaraq onun istifadəsindədir. İkincisi, ilkin iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil və iddiaçının öz şəxsi mülahizəsinin məhsuludur. Belə ki, o, istifadəsində olan 88 kv.metrdən ibarət qeyriyaşayış sahəsini 2015-ci il 19 mart tarixli icarə müqaviləsinə əsasən S.Əliyevaya icarəyə vermiş və S.Əliyeva həmin qeyri-yaşayış sahəsini maqazin kimi işlətmişdir. 2020-ci ilin noyabr ayında ona məlum olmuşdur ki, S.Əliyeva maqazini tərk etmiş, iddiaçı onun xəbəri olmadan cavabdehin imzasını saxtalaşdırmış və dayandırılmış, fəaliyyətdə olmayan VÖENdən istifadə etməklə 2018-ci il 8 mart tarixində öz adına icarə müqaviləsi yazmış, həmin müqavilədə qeyri-yaşayış sahəsinin ölçüsünü kiçildərək 70 kv.metr, aylıq icarə haqqını isə azaldaraq 300 yüz manat göstərməklə saxta sənəd düzəltmiş və iki il ərzində həmin saxta sənəddən istifadə etməklə həm vergidən yayınmış, həm də qanunsuz hüquq əldə etməklə iki ildən artıq müddət ərzində bu hüquqdan istifadə etmişdir. İddiaçı hətta həmin saxta icarə müqaviləsini elektron vergi sisteminə köçürməyə də nail olmuşdur. O, faktla bağlı araşdırma aparılması və qanuna müvafiq tədbir görü lməsi barədə dəfələrlə və müxtəlif instansiyalara çoxsaylı müraciətlər etmiş və həmin icarə müqaviləsində olan imzanın ona məxsus olmamasını, ********** saylı VÖEN-in 2014-cü il 3 dekabr tarixdən –2019-cu il 3 dekabr tarixədək dayandırıldığını bildirmişdir. Lakin, onun müraciəti cavablandırılmadığına görə həyat yoldaşı və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 2021-ci il 26 aprel tarixində ərizə ilə Baş Prokurorluğa və Vergilər Nazirliyinə müraciət etmişdir. Hazırda hər iki dövlət orqanında aidiyyəti üzrə araşdırma aparılır. Qeyd etmək lazımdır ki, S.Əliyeva ilə bağlanmış 2015-ci il 19 mart tarixli icarə müqaviləsindən başqa o, heç kimlə icarə müqaviləsi bağlamamış və S.Əliyeva ilə müqavilə bağlayan zaman qeyri-yaşayış sahəsi onun tərəfindən əsaslı təmir edilmiş vəziyyətdə S.Əliyevaya icar əyə verilmişdir. Cavabdehə məxsus qeyri- yaşayış sahəsində S.Əliyeva tərəfindən heç bir təmir işləri aparılmamış və bu barədə aralarında heç bir söhbət və razılaşma olmamışdır. İddiaçı isə bu işdə tələb hüququ olmayan bir şəxsdir. Məhz iddiaçının qanunsuz hərəkəti nəticəsində ona məxsus qeyri-yaşayış sahəsi yararsız hala düşmüş, həm maddi və mənəvi ziyan dəymiş, həm də qeyri-yaşayış sahəsinin iş fəaliyyəti tamamilə dayandırılmaqla işgüzar nüfuza xeyli miqdarda maddi ziyan vurulmuşdur.

15. Belə ki, o, hazırda fiziki şəxs Z.Qiyasbəyli ilə aylıq icarə haqqı 3.000 manat olmaqla icarə müqaviləsi bağlamışdır. İddiaçı isə ona məxsus qeyri-yaşayış sahəsini zəbt edərək ticarətlə məşğul olmuş və respublikada koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi i lə əlaqədar Nazirlər Kabineti yanında X1 bəhanə edərək 2020-ci il ərzində ümumiyyətlə ona aylıq icarə haqqı verməmişdir. Halbuki ona məxsus qeyri-yaşayış sahəsi ilə yanaşı fəaliyyət göstərən digər obyektlərin icarədarlarına həmin dövrdə aylıq icarə haqqı ödənilmişdir. Ona görə də 2020-ci ilin noyabr ayında ona məlum olanda ki, S.Əliyeva maqazini tərk edib, dərhal iddiaçıdan əvvəlcə şifahi surətdə tələb etdi ki, ona məxsus qeyri-yaşayış sahəsini boşaldıb oranı tərk etsin. Lakin iddiaçı zorakılıq edərək qeyri-yaşayış sahəsini boşaltmadıqda, 2021-ci il 10 fevral tarixində ona rəsmi xəbərdarlıq etməklə 2021-ci il 1 mart tarixinədək qeyri-yaşayış sahəsini boşaltmağı tələb etmişdir. İddiaçı yenə də qeyri-yaşayış sahəsini boşaltmamış və saxta icarə müqaviləsini əlində bayraq edərək onu məhkəməyə verəcəyi və təzminat alacağı ilə hədələmişdir. Qeyd etmək lazımdır ki, bu hərəkətləri etməzdən əvvəl iddiaçı ilkin iddia ərizəsində göstərilmiş və göstərilməmiş bəzi əşyaları qonşuluqda yerləşən yeni icarəyə götürdüyü maqazinə aparmış, ona məxsus qeyri-yaşayış sahəsində isə "ostatka" deyilən, satılmayan ucuz və keyfiyyətsiz bəzi malları, manikenləri və digər lazımsız əşyaları bilərəkdən və qəsdən saxlamışdır ki, guya ona məxsus qeyri-yaşayış sahəsində əmlakı var və onun tərəfindən "Əmlakın çıxarılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət olunsun, məhkəmə araşdırması zamanı iddianın təmini tədbiri kimi qeyri-yaşayış sahəsinin fəaliyyəti dayandırılsın və bununla da məhkəmə araşdırmasının sonuna qədər ona xeyli və yaxud külli miqdarda maddi ziyan vurulmuş olsun. İddiaçının bu k ələyinin baş tutmaması üçün 2021-ci il 1 aprel tarixində iddiaçının özünün, polis əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə ona məxsus qeyriyaşayış sahəsində olan əşyalar (hələ heç kimə məlum deyil ki, həmin əşyalar S.Əliyevaya məxsusdur, yoxsa iddiaçıya?) Akt tərtib edilməklə qablaşdırılmış, “166” Yükdaşıma xidmətinin yük avtomobilinə yüklədilməklə təhvil verilmiş və video çəkiliş edilmişdir. İddiaçının “166” Yükdaşıma xidmətinin sürücüsünə təzyiq göstərməsi və yaxud rüşvət verməsi nəticəsində sürücü qəfildən həmin əşyaları aparmaqdan imtina etmiş və oradan uzaqlaşandan sonra ona məxsus qeyri-yaşayış sahəsinin kilidini sındırmaqla həmin əşyaları yenidən və bu dəfə pərakəndə halda qeyri-yaşayış sahəsinə boşaltmışlar. O, axşam saat 23:00 radələrində ona məxsus qeyri-yaşayış sahəsinin kilidinin sındırıldığı və qapısının açıq olduğunu görüb içəri daxil olmuşdur. Həmin vaxt DİN-nin 102 telefon xidmətinə zəng vurub bu barədə bildirmiş, Sumqayıt şəhər Pİ-nin 4-cü Polis Bölməsinə dəvət olunaraq izahat alınmış və oradan qayıdandan sonra gecə saatlarında həmin əmlaklar yenidən avtomaşın və fəhlə qüvvəsi cəlb etməklə, lakin bu dəfə Akt bağlamadan maşına yüklədilib saxlanc yerinə aparılmışdır. Beləliklə, iddiaçının saxta icarə müqaviləsi düzəltməsi, vergidən yayınması və digər qanunsuz hərəkətləri nəticəsində ona məxsus qeyri-yaşayış sahəsi yararsız hala düşmüş və ona həm maddi və mənəvi ziyan dəymiş, həm də qeyri-yaşayış sahəsinin iş fəaliyyəti tamamilə dayandırılmaqla işgüzar nüfuzuna xeyli miqdarda maddi ziyan vurulmuşdur. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının qanunsuz hərəkətləri nəticəsində ona təxminən 15.000 manat məbləğində gəlirini - yəni, hər ay 3.000 manat məbləğində aylıq icarə haqqını itirmişdir Belə olan halda iddiaçıdan onun xeyrinə maddi zərər kimi 10.000 manat, mənəvi zərər kimi 5.000 manat, əldən çıxmış fayda kimi 15.000 manat məbləğində pul tutulması barədə qətnamə qət edilməlidir.

16. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi MM-in 21.1, 21.2, 700.1, 1096.1, 1097.1-ci; MPM-in 156.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarına istinad edilmişdir.

17. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 8 oktyabr tarixli e-2-2(119)644/2021 saylı qətnaməsi ilə ilkin iddia tələ bi qismən təmin edilmiş, cavabdehdən 33.500 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat olmaqla, cəmi 33.520 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, iddiaçıdan 300 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 5 manat olmaqla, cəmi 305 manat məbləğində pul cavabdehin xeyrinə tutulmuş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir (hakim – Z.Sadiqov).

18. Məhkəmə qeyd etmişdir ki, araşdırması zamanı işin mübahisə edilməyən halları ilə müəyyən olunmuşdur ki, cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən qeyri-yaşayış sahəsindən iddiaçı bir neçə il ərzində paltar mağazası kimi istifad ə etmiş və həmin sahənin icarə haqqı 2015-ci il 19 mart tarixli İcarə Müqaviləsində 500 manat məbləğində, 2018-ci il 8 mart tarixli İcarə Müqaviləsində isə 300 manat məbləğində göstərilmişdir. Cavabdeh tərəf 2018-ci il 8 mart tarixli İcarə Müqaviləsini qəbul etməsə də, həmin qeyri-yaşayış sahəsinin mağaza kimi istifadə edilməsinə görə iddiaçıdan əvvəllər 500 manat, sonra isə 300 manat məbləğində aylıq icarə pulları alındığını etiraf etmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh tərəf iddiaçı ilə məlum qeyri-yaşayış sahəsi üzrə hər hansı bir icarə münasibətlərində olmadığını bildirsə də, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla, proses iştirakçılarının izahatları və ifadələri ilə onların faktiki olaraq məlum qeyri-yaşayış sahəsinin istifadə olunması ilə əlaqədar bir neçə il ərzində qarşılıqlı işgüzar münasibətdə olduqları və eyni zamanda, buna görə aylıq icarə haqqı kimi pulun verilib-alındığı təsdiq olunmuşdur (məhkəmə iclaslarında iddiaçı tərəf icarəçi olaraq hər ay 4.000 manat məbləğində icarə pulu verdiyini iddia etsə də, cavabdeh tərəf icarəyə verən olaraq əvvəllər hər ay 500 manat, sonra isə 300 manat icarə pulu aldığını etiraf etmişdir). Eyni zamanda, cavabdeh tərəf məhkəmə iclaslarında 2021-ci ilin mart ayının 1-dək məlum qeyri-yaşayış sahəsini boşaltmadığına görə mülkiyyət sahibi olan cavabdehin özü tərəfindən mağazanın 2021-ci il 1 aprel tarixində boşaldılaraq, orada olan avadanlıqların və əşyaların başqa saxlanc yerinə daşınaraq aparıldığını və hazıradək həmin əmlakların iddiaçıya və digər şəxslərə qaytarılmadığını təsdiq etmişdir.

19. Eləcə də, məhkəmə ar aşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı bir neçə il ərzində mağaza kimi istifadə etdiyi və icarə haqqı ödədiyi məlum qeyri-yaşayış sahəsini könüllü olaraq tərk etmədikdə, həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan (qeyd olunan həmin sahəyə görə iddiaçıdan aylıq icarə haqqı alan) cavabdeh faktiki olaraq icarə obyekti olan həmin sahənin boşaldılmasını hüquqi müstəvidə, yəni mövcud qanunvericiliyin tələblərinə riayət etməklə tələb etməmiş və 2021-ci il 1 aprel tarixində həmin qeyri-yaşayış sahəsində olan iddiaçıya və digər şəxslərə (mağazanın işçilərinə) məxsus avadanlıqları və əşyaları sonuncuların iradələrinə zidd olaraq mağazadan çıxararaq, digər yerə aparmış və hazıradək də həmin əmlakları sahiblərinə qaytarmamışdır. Bununla da, cavabdeh öz hərəkəti ilə faktiki olaraq iddiaç ını və sonuncuya məxsus mağazada işləyən digər şəxsləri əmlaklarından məhrum etmişdir.

20. Təsvir olunanlara əsasən müəyyən olunmuşdur ki, cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən qeyri-yaşayış sahəsi son bir neçə il ərzində iddiaçının istifadəsində olmuş və sonuncu bu istifadə ilə əlaqədar mülkiyyətçiyə müəyyən məbləğlərdə aylıq pul vəsaitləri ödəmişdir. Lakin sonradan bu münasibətlər pozulduğu üçün cavabdeh 2021-ci il 1 mart tarixinədək həmin qeyri-yaşayış sahəsini boşaltmağı tələb etsə də, iddiaçı könüllü olaraq həmin tələbi yerinə yetirməmiş və paltar mağazası kimi istifadə etdiyi həmin qeyri-yaşayış sahəsini boşaldaraq, cavabdehə təhvil verməmişdir. Bu səbəbdən də cavabdeh 2021-ci il 1 aprel tarixində iddiaçının iradəsinin ziddinə olaraq ona məxsus avadanlıqları və əşyaları (məhkəmə araşdırması zamanı müəyyən olundu ki, həmin əşyaların içərisində iddiaçıya məxsus mağazada işləyən işçilərin də şəxsi əşyaları olmuşdur. Lakin hazırkı iddia ərizəsində cavabdehdən tələb olunan pul məbləğinə işçilərə məxsus şəxsi əşyaların qiyməti daxil edilməmişdir) mağaza kimi fəaliyyət göstərən həmin qeyri-yaşayış sahəsindən çıxararaq məhkəməyə dəqiq ünvanı bildirilməyən yerə aparılmış və hazıradək də həmin əşyalar sahibinə, yəni iddiaçıya qaytarılmamışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə həm məlum qeyri-yaşayış sahəsinə sərf etdiyi təmir xərclərinin, yararsız hala salındığı üçün aparılması mümkün olmayan avadanlıqların və eləcə də mağazadan başqa ünvana aparılmış əşya və avadanlıqların dəyərinin ödənilməsi üçün məhkəməyə mür aciət etmiş və hazırkı iddia ərziəsində bununla əlaqədar cavabdehdən ümumilkdə 49.669 manat miqdarında pul tələb etmişdir. İş üzrə məhkəmə araşdırması zamanı aparılmış əşya və avadanlıqların sahibinə qaytarılması üçün cavabdehin nümayəndəsinə dəfələrlə müraciət edilsə də, sonuncu bu təklifi qəbul etməmiş və həmin əşyaları qaytarmaqdan imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 49.669 manat məbləğində ilkin iddia tələbinə daxil olan təmir xərcləri, avadanlıq və əşyaların bəziləri ayrılaraq götürülməsi mümkün olan, bəziləri isə ayrılması mümkün olmayan işlər və yaxud avadanlıqlardır. Bu baxımdan, ümumilikdə cəmi dəyəri 49.669 manat məbləğində göstərilərək, ilkin iddia tələbinə daxil olan və iddia ərizəsində sadalanan əşya və avadanlıqların iddiaçıya qaytarılması mümkü n olsa da, cavabdeh tərəf həmin əşya və avadanlıqların özünü qaytarmaqdan imtina etmişdir.

21. Qeyd olunan həmin əşya və avadanlıqların iddia ərizəsində göstərilən ümumi qiyməti cəmi 33.500 manat təşkil edir və həmin məbləğ “49.669 manat məbləğində” müəyyən edilmiş ilkin iddia tələbinə daxildir. Cavabdeh tərəf həmin avadanlıq və əşyaları qaytarmaqdan imtina etdiyi üçün onların iddiaçı tərəfindən hesablanmış ümumilikdə 33.500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmalı olması əsaslıdır. Lakin iddia ərizəsinin məzmununda sadalanan təmir xərcləri və digər avadanlıqların isə ayrılması və aparılması mümkün deyildir və həmin xərcləri əhatə edən pul vəsaitinin cavabdeh (mülkiyyətçi) tərəfindən ödənilməsini tələb etmək əsassızdır. Eyni zamanda, cavabdeh tərəf həmin əşya və avadanlıqların mağazadan çıxarılaraq başqa yerdə saxlandığını etiraf etməsinə baxmayaraq, iddia tələbində həmin əşya və avadanlıqların özü deyil, pulla ifadə olunan dəyərlərinin ödənilməsi tələb olunduğundan, MPM-in 218.3-cü maddəsinin tələbləri baxımından məhkəmə hazırkı iddia ərizəsi üzrə yalnız əsaslı olduğu müəyyən edilən tələb üzrə qətnamə çıxara bilər. Çünki həmin normanın tələblərinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

22. Eləcə də, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi məhkəmə iclaslarında məlum qeyri-yaşayış sahəsindən mağaza kimi istifadə edən iddiaçının hər ay 500 manat, sonra isə 300 manat məbləğində icarə pulu ödəməyini etiraf etməsinə və eyni zamanda, sonuncunun həmin sahəyə görə 2021-ci ilin mart ayına görə ödənməmiş icarə pulu borcunu n qaldığı müəyyən edildiyinə görə qarşılıqlı iddia üzrə cavabdehdən 300 manat məbləğində pul vəsaitinin tutulması hissəsində qarşılıqlı iddia tələbi əsaslıdır. Qalan hissələrdə isə qarşılıqlı iddianın əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

23. Məhkəmə öz mövqeyini MM-in 152.1, 152.5, 157.2, 157.4, 157.8, 158.1.2, 158.4, 385.1, 386.1, 425.1, 675, 700.1, 1091.1, 1091.2-ci; MPM-in 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4, 218.3-cü maddərinə istinad etməklə əsaslandırmışdır.

24. İddiaçı 2021-ci il 15 noyabr tarixində apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilkin iddianın tam təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. Cavabdeh 2021-ci il 17 noyabr tarixində apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(105)-9/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş; cavabdehin apellyasiya şikayəti qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi – cavabdehdən 33.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat olmaqla, cəmi 33.520 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmişdir. Cavabdehdən 27.500 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat olmaqla, cəmi 27.520 manat məbləğində pul vəsaitinin i ddiaçının xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Z.Məmmədov, hakimlər – İ.Dəmirov və F.Məmmədov).

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin edərkən hesab etmişdir ki, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında məlum qeyri-yaşayış sahəsindən mağaza kimi istifadə edən iddiaçının hər ay 500 manat, sonra isə 300 manat məbləğində icarə pulu ödəməyini etiraf etməsinə və eyni zamanda, sonuncunun həmin sahəyə görə 2021-ci ilin mart ayına görə ödənməmiş icarə pulu borcunun qaldığı müəyyən edildiyinə görə qarşılıqlı iddia üzrə cavabdehdən 300 manat məbləğində pul vəsaitinin tutulması hissəsində qarşılıqlı iddia tələbi əsaslıdır. Qalan hissələrdə isə qarşılıqlı iddianın əsasl ılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

28. Belə ki, iddiaçının təmir xərcləri ilə bağlı icarə müqviləsində heç bir müddəa qeyd olunmamışdır. İddiaçı həmin xərcləri öz təşəbbüsü ilə etmişdir. İddiaçının özünün də apellyasiya şikayətində qeyd olunduğu kimi, cavabdehlə əsaslı təmir işlərini görmək barədə yalnız şifahi razılığa gəlinmişdir. Məhkəmə kollegiyası cavabdehin icarə obyektinin ümumiyyətlə təmir olunmaması ilə bağlı mövqeyi ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsində verdiyi izahatında cavabdehin nümayəndəsi iddiaçı tərəfindən ora xərclər çəkildiyini etiraf etmiş, bundan başqa "xxxx" MMC-nin 2021-ci il 11 fevral tarixli LP-019/21 nömrəli “Daşınar əmlakın qiymətləndirilməsi barədə” mütəxəssis rəyi ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində ye rləşən, qeyri-yaşayış sahəsinin əsaslı təmirinə çəkilmiş xərclər 10.469 manat məbləğində qiymətləndirilmişdir.

29. Lakin kollegiya bununla bağlı qeyd etmişdir ki, iddia ərizəsinin məzmununda sadalanan təmir xərcləri və digər avadanlıqların ayrılması və aparılması mümkün olmadığından, həmin hissədə apellyasiya şikayəti təmin edilməməlidir.

30. İddiaçı apellyasiya şikayətində qarşılıqlı iddianın tam rədd edilməsini tələb etsə də, bununla bağlı dəlilini əsaslandırmamışdır. Belə ki, iddiaçı özü də apellyasiya şikayətində qeyd etmişdir ki, icarə haqqı 2021-ci il 1 mart tarixinə qədər tam ödənilmiş, yalnız 1 martdan 1 aprelə kimi icarə haqqı ödənilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və həmin dəlillər birinci instansiya məhk əməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

31. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə tərəflər arasında ümumiyyətlə icarə müqaviləsinin olmaması, icarə müqaviləsinin saxta olması, müqavilənin S.Əliyeva ilə bağlanması, yalnız 2020-ci ilin noyabr ayında iddiaçının qeyri-yaşayış sahəsini işlətməsini bilmələri, cavabdehə maddi və mənəvi ziyan dəyməsi ilə bağlı olmuşdur.

32. Məhkəmə kollegiyası tərəflər arasında icarə müqaviləsinin olmaması, həmin müqavilənin 2015-ci il tarixdə S.Əliyeva ilə bağlanmasına dair apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, iş materiallarında hər iki tərəfin imzaladığı 2018-ci il 8 mart tarixli müqavilə mövcuddur. İş materialları ilə, tərəflərin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı çoxsaylı izahatları ilə müəyy ən olunur ki, tərəflər arasında faktiki icarə münasibətləri mövcud olmuş, hər ay iddiaçı tərəfindən cavabdehə ödənişlər edilmişdir.

33. İş materiallarına əlavə edilmiş 2021-ci il 30 aprel tarixli icarə müqaviləsi ilə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh dəfələrlə iddiaçı ilə bağlanmış 2018-ci il 8 mart tarixli icarə müqaviləsinin saxta olduğunu bildirsə də, yenidən onunla müqavilə bağlaması tərəflər arasında icarə münasibətlərinin mütləq mövcud olduğunu bir daha sübut edir. 2018-ci il 8 mart tarixli icarə müqaviləsinin tərtibində yol verilmiş nöqsanlarla bağlı isə məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər iradə ifadələrini - yəni icarə müqaviləsi bağlamaq niyyətində olduqlarını vergi orqanına müqavilənin qeydiyyata alınması üçün müraciət etməklə bildirmişlər və bu nö qsanlar nə həmin müqavilənin olmaması, nə də vergi qeydiyyatına alınmaması anlamına gələ bilməz.

34. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 2021-ci il 5 oktyabr tarixli **********041600 nömrəli məktubunda göstərilmişdir ki, uçot baza məlumatlarına əsasən iddiaçı ilə cavabdeh arasında 2018-ci il 8 mart tarixində bağlanmış icarə müqaviləsinə və iddiaçı tərəfindən təqdim edilən 2018-ci il 14 mart tarixli elektron obyektin qeydiyyatı ərizəsinə əsasən Sumqayıt şəhəri, 2-ci MKR, Sülh küçəsində yerləşən təsərrüfat subyekti (obyekti) vergi uçotuna alınmışdır. Məktuba 2018-ci il 8 mart tarixli icarə müqaviləsinin surəti əlavə edilmişdir. Məktubun məzmunundan da göründüyü kimi, müqavilə tərəflər arasında 8 mart tarixində bağlanmış, iddiaçının vergi orqanına elektron obyektin qeydiyyatı ərizəsi 2018-ci il 14 mart tarixində olmuş və yalnız bundan sonra vergi orqanında qeydiyyat olmuşdur. Bu baxımdan, 2018-ci il 8 mart tarixli müqavilənin qeyri-iş günündə qeydiyyatından söhbət gedə bilməz.

35. Apellyasiya şikayətinin digər bir dəlili isə ondan ibarət olmuşdur ki, yalnız 2020-ci ilin noyabr ayında bilmişlər ki, iddiaçı qeyri-yaşayış sahəsini işlədir, bundan sonra ondan şifahi qaydada qeyri-yaşayış sahəsini tərk etməsini tələb etmişlər. Məhkəmə kollegiyası bu dəlili əsaslı hesab etməmişdir. Belə ki, iş materiallarından görünür ki, əvvəlki icarəçi S.Əliyeva 2018-ci ildə Moskva şəhərinə getmişdir və 2018-ci ildən iddiaçı həmin qeyriyaşayış sahəsini işlətmişdir. 2 il ərzində mağazada kimin icarəçi kimi f əaliyyət göstərməsi barədə icarəyə verənin məlumatlı olmaması və hətta bildikdən sonra, yalnız şifahi qaydada iddiaçıya oranı boşaltması barədə xəbərdarlıq etməsi ağlabatan deyil və həqiqəti əks etdirmir. Digər tərəfdən isə, cavabdeh icarəçinin iddiaçı olmasından 2018-ci ildən 2020-ci ilədək xəbəri olmadığını bildirsə də, ondan icarə haqqı gözləməsi və 5 ay ərzində icarə haqqından məhrum olması ilə bağlı dəlili işin halları ilə uyğun deyildir. Bu onu deməyə əsas verir ki, cavabdeh yalnız 5 ayla bağlı ödənişi mübahisələndirmiş, qalan aylarla bağlı isə ona ödəniş edilmişdir.

36. Cavabdehin digər bir dəlili isə ona maddi və mənəvi ziyan dəyməsi, əldən çıxmış fayda ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, belə olan halda, qanunvericliyin tələbinə görə cavabdeh iddiaçının hərəkətləri nin ilk növbədə qanuna zidd olmasını, həmin hərəkətlərlə ona vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirməlidir. Cavabdeh isə belə bir sübut təqdim etməmişdir.

37. Cavabdeh ümumiyyətlə ona dəymiş mənəvi ziyanın nədə ifadə olunduğunu, işgüzar nüfuzuna xeyli miqdarda maddi ziyan vurulduğunu qeyd etsə də, həmin ziyanın məhz nədən ibarət olduğunu əsaslandırmamışdır. Bu baxımdan, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə də təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh 2018-ci il 8 mart tarixli icarə müqaviləsini qəbul etməsə də, həmin qeyri-yaşayış sahəsinin mağaza kimi istifadə edilməsinə görə iddiaçıdan əvvəllər 500 manat, sonra isə 300 manat məbləğində aylıq icarə pulları alındığını etiraf etmişdir. Cavabdeh iddiaçı ilə qeyri-yaşayış sah əsi üzrə hər hansı icarə münasibətlərində olmadığını bildirsə də, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla, proses iştirakçılarının izahatları və ifadələri ilə onların faktiki olaraq qeyri-yaşayış sahəsinin istifadə olunması ilə əlaqədar bir neçə il ərzində qarşılıqlı işgüzar münasibətdə olduqları və eyni zamanda, buna görə aylıq icarə haqqı kimi pulun verilib-alındığı təsdiq olunmuşdur (məhkəmə iclaslarında iddiaçı tərəf icarəçi olaraq hər ay 4.000 manat məbləğində icarə pulu verdiyini iddia etsə də, cavabdeh tərəf icarəyə verən olaraq əvvəllər hər ay 500 manat, sonra isə 300 manat icarə pulu aldığını etiraf etmişdir). Eyni zamanda, cavabdeh məhkəmə iclaslarında 2021-ci ilin mart ayının 1-dək məlum qeyriyaşayış sahəsini boşaltmadığına görə mülkiyyət sahibi cavabdehin özü tərəfi ndən mağazanın 2021-ci il 1 aprel tarixində boşaldılaraq, orada olan avadanlıqların və əşyaların başqa saxlanc yerinə daşınaraq aparıldığını və hazıradək həmin əmlakların iddiaçıya və digər şəxslərə qaytarılmadığını təsdiq etmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası iş materiallarına istinadən və işin faktiki hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında icarə münasibətləri olmuş, həmin münasibətlərdə icarəçi məhz iddiaçı olmuş, icarəverənə bu hal məlum olmuşdur.

39. İddiaçının vəkili Nümayəndə1 apellyasiya baxışı zamanı elektron məhkəmə informasiya sisteminə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən 1 ədədinin dəyəri 450 manat olan 7 ədəd - ümumi dəyəri 3.150 manat olan maniken; 1 ədədinin dəyəri 120 manat olan 10 ədəd (ümumi dəyəri 1.200 manat) maniken; 1ədədi nin dəyəri 1,5 manat olan 1.200 ədəd (ümumi dəyəri 1.800 manat) asılqanın yarısı (900 manat); bonus kartları 750 manat, ümumi 6.000 manat dəyərində mallar qaytarıldığını bildirmiş, qətnamə çıxarılan zaman bu halın nəzərə alınmasını xahiş etmişdir.

40. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 33.500 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat olmaqla, cəmi 33.520 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilərək, həmin məbləğ 27.520 manat müəyyən edilməlidir.

41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 152.1, 152.5, 157.2, 157.4, 157.8, 158.1.2, 158.2, 158.4, 675, 700.1-ci; MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandır mışdır.

42. Həmin qətnamə 2022-ci il 6 aprel tarixdə proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmiş və 2022-ci il 7 aprel tarixli məktubla tərəflərə göndərilmişdir.

43. Cavabdeh 2022-ci il 3 iyun tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. MM-in 14.1, 14.2, 14.2.1-ci maddələri üzrə – Maddələrin məzmunundan göründüyü kimi, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün tərəflər arasında sərbəst iradə ifadələrinə uyğun olaraq müqavilə bağlanılmalıdır. Lakin hazırkı vəziyyətdə tərəflər arasında belə bir müqavilə mövcud deyildir. İddiaçı özü üçün əlverişli vəziyyət yaratma q, həmçinin mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün 2018-ci il 8 mart tarixli saxta müqavilə hazırlamışdır. Məhkəmə isə həmin müqavilənin hüquqi statusu olub-olmamasını müəyyən etməyərək qeyd olunan maddələrin tələblərini pozmuşdur.

45. MM-in 700.1-ci maddəsi üzrə – Maddədən göründüyü kimi, kirayəyə verənlə (icarəyə verən) kirayəçi (icarəçi) arasında icarə obyekti ilə bağlı hər hansısa bir hüquq və öhdəliklər bölüşdürülürsə, mütləq şəkildə tərəflər arasında əmlak kirayə müqaviləsi olmalıdır. Məhkəmə 2018-ci il 8 mart tarixli müqavilənin saxta olmasına baxmayaraq həmin müqavilənin tərəflərin qarşılıqlı razılığına əsasən bağlanması qənaətinə gələrək qeyd olunan maddənin tələbini pozmuşdur.

46. MPM-in 89.3-cü maddəsi üzrə – İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş icarə müqavilə sinin əsli deyil, surəti olduğundan, üstəlik də cavabdeh həmin müqaviləni qəbul etmədiyindən, məhkəmə kollegiyası həmin müqavilənin əsli və ya notarial qaydada təsdiq olunmuş surətinin olmadığı halda cavabdehin apellyasiya şikayətini təmin etməməkdə haqlı olmamış, bununla qeyd olunan maddənin tələblərini pozmuşdur.

47. MPM-in 97.1-ci maddəsi üzrə – Məhkəmə kollegiyası əsli mövcud olmayan, iddiaçı tərəfindən saxta şəkildə hazırlanaraq kserosurəti məhkəməyə təqdim olunmuş 2018-ci il 8 mart tarixli müqavilənin cavabdeh tərəfindən həqiqətən də imzalanıb-imzalanmamasını müəyyən etmək üçün ekspertiza təyin edilməsi ilə bağlı qərar qəbul etməli idi. Hansı ki, qeyd olunan maddənin tələbinə əsasən məhkəmə öz təşəbbüsü ilə də iş üzrə ekspertiza təyin edə bilərdi. Məhkəmənin belə bir ekspertiza təyin etməməsi o halda qanuni hesab oluna bilərdi ki, qeyd olunan müqavilənin saxta olması cavabdeh tərəfindən mübahisələndirilməsin. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunan maddənin tələbini pozaraq qətnamə qəbul etmişdir.

48. MPM-in 77.1-ci maddəsi üzrə – İddiaçı sübut hesab olunan 2018-ci il 8 mart tarixli müqaviləni məhkəməyə təqdim edə bilməmiş, yalnız saxta şəkildə hazırladığı müqavilənin kserosurətini məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası isə həmin sübutun olmamasına baxmayaraq qeyd olunan maddənin tələblərini pozmaqla qətnamə qəbul etmişdir.

49. MPM-in 217.3-cü maddəsi üzrə – Məhkəmə kollegiyası iş üzrə işin faktiki və həqiqi hallarını müəyyən etməyərək mübahisələndirilən qətnaməni tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmayaraq qeyd olunan maddənin tələbl ərini pozmuşdur.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli qərarı üzrə - Qərarda qeyd olunur ki, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 2018-ci il 8 mart tarixli müqavilənin (kserosurət) saxta olmasını, özünün iddiaçı ilə hər hansı bir müqavilə imzalamamasını təkidlə bildirsə də, birinci və apellyasiya instansiya məhkəməsi bu faktın aşkara çıxarılmasında maraqlı olmamışlar. Halbuki məhkəmə tərəfi ndən iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilməklə bu halın həqiqət, yoxsa yalan olması müəyyən olunacaqdı. Görünən odur ki, hər iki məhkəmə instansiyası həmin müqavilənin saxta olması ehtimal edildiyi üçün bu faktın ortaya çıxarılmasında maraqlı olmamışlar.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli qərarı üzrə - Qərarda qeyd olunur ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Mübahisəli qətnaməni çıxaran məhkəmə kollegiyası tərəfindən hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməməsi son nəticədə cavabdehin hüquqlarının və qanuni mənafelərinin pozulması ilə nəticələnmişdir.

52. Apellyasiya instansiya məhkəməsində qətnamə çıxarıldıqdan sonra cavabdeh məhkəmələr tərəfindən pozulmuş hüququnun Azərbaycan Respublikası Ali Məhkəməsində bərpa olunacağına tam əminliklə inandığı üçün Azərbaycan Respublikası “X4” MMC-yə müraciət edərək 2018-ci il 8 mart tarixli müqavilədə (kserosurət) olan imzanın ona məxsus olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsini xahiş etmişdir. “X4” MMC-nin eksperti tərəfindən tədqiqat aparılaraq belə nəticəyə (ekspert rəyi kassasiya şikayətinə əlavə olunur) gəlinmişdir ki, həmin müqavilədə mübahisəli imza cavabdeh deyil, başqa bir şəxs tərəfindən icra edilmişdir.

53. Cavabdeh tərəfindən Sumqayıt şəhər prokur orluğuna müraciət olunmuş, Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanovun 2022-ci il 1 iyun tarixli qərarı ilə iddiaçının hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlanması faktına görə Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaqın davam etdirilməsi istintaq aidiyyəti üzrə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir (qərarın surəti kassasiya şikayətinə əlavə olunur). Bu hal da mübahisələndirilən məhkəmə qətnaməsinin yekun nəticəsi ilə ziddiyyət təşkil edir. Daha doğrusu, məhkəmənin yekun qərarı işin faktiki hallarına uyğun deyildir. Ali Məhkəmə işləri mahiyyəti üzrə araşdırmadığından iddiaçının icarə müqaviləsini və digər sənədləri saxtalaşdırması halları apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılm alı, yaxud da cinayət işi üzrə araşdırma nəticələnənədək Sumqayıt Apellyasiya Məhkəməsində kommersiya işinin icraatı dayandırılmalıdır. Bu isə yalnız və yalnız Ali Məhkəmə tərəfindən kassasiya şikayəti təmin olunaraq mülki iş araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndəriləndən sonra mümkündür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

55. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişd ir.

56. İlkin iddia üzrə cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

57. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

58. Azərbaycan Respublikası Mülki Məcəlləsini n müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın....” “ Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə

158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:... 158.1.2. əmlakdan istifadə hüququ; 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istəni lən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.” “Maddə

329. Əqdlərin formaları... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur...” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əməl ə gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcar ə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.”

59. Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar b arədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğ un əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

254. Məhkəmənin icraatı dayandırmaq vəzifəsi 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır:... 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa;...” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətin də işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

60. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 44-53) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(105)9/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Kassatorun dəlillərinin əsas hissəsi onunla bağlıdır ki, əslində iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi bağlanmamışdır, iddiaçının məhkəməyə təqdim etdiyi 2018-ci il 8 mart tarixli icarə müqaviləsinin surəti saxtadır, apellyasiya instansiya məhkəməsi isə iş üzrə nəticəyə gələrkən və həmin müqaviləyə istinad edərkən bu hallara düzgün qiymət verməmişdir.

62. Eyni məzmunlu dəlillər həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsinə bildirilmiş, işə baxmış məhkəmələr bu barədə mövqelərini öz qətnamələrində əks etdirmişlər.

63. Bununla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, iş materialları ilə, tərəflərin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı çoxsaylı izahatları ilə müəyyən olunur ki, tərəflər arasında faktiki icarə münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə hər ay ödənişlər edilmişdir.

64. Həmçinin apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, iddiaçı 2018-ci ildən mübahisə predmeti olan qeyri-yaşayış sahəsini işlətmişdir. 2 il ərzində mağazada kimin icarəçi kimi fəaliyyət göstərməsi barədə icarəyə verənin məlumatlı olmaması ağlabatan deyil və həqiqəti əks etdirmir. Digər tərəfdən isə cavabdeh icarəçinin iddiaçı olmasından 2018-ci ildən 2020-ci ilədək xəbəri olmadığını bildirsə də, ondan icarə haqqı gözləməsi və 5 ay ərzində icarə haqqından məhrum olması ilə bağlı dəlili işin halları ilə uyğun deyildir. Bu onu deməyə əsas verir ki, cavabdeh yalnız 5 ayla bağlı ödənişi mübahisələndirmiş, qalan aylarla bağlı isə ona ödəniş edilmişdir.

65. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinadən və işin faktiki hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında icarə münasibətləri olmuş, həmin münasibətlərdə icarəçi məhz iddiaçı olmuş, icarəverənə bu hal məlum olmuşdur.

66. Kassator isə öz şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

67. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticəni qanunsuz və əsassız hesab etmək üçün hər hansı hüquqi əsas tapmır.

68. Bundan başqa, MM-in 329.2 və 329.3-ci maddələrinə (bax yuxarıda § 58) görə, əqdlər şifahi və ya yazılı formada bağlanır. Şifahi əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

69. Hazırkı halda tərəflərin faktiki icarə münasibətlərində olması məhkəmə kollegiyasının mövqeyinə görə, MM-in istinad olunan normaları baxımından onların aydın iradə ifadəsi kimi qiymətləndirilməlidir.

70. O dur ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı halda iddiaçı və cavabdehin mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzrə, ən azından, faktiki icarə münasibətlərində olmaları işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarını təşkil etdiyindən, 2018-ci il 8 mart tarixli icarə müqaviləsi hətta bağlanmamış və ya saxta olsa belə, bu hal, MM-in 329.2 və 329.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

71. Kassatorun apellyasiya instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra alınmış ekspertiza rəyinə dair dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası bildirməyi zəruri hesab edir ki, həmin xüsusat işin faktiki halları ilə bağlı olduğundan və işə baxmış məhkəmələr də müzakirə predmeti olmadığından, kassasiya şikayətində həmin dəlillərə və sənədlərə istinad olunması MPM-in 407.2-ci bəndinin (bax yuxarıda § 59) tələbləri baxımından ümumiyyətlə yolverilməzdir. 72. 2022-ci il 1 iyun tarixli qərarı ilə iddiaçı barəsində başlanılmış cinayət işi üzrə araşdırma nəticələnənədək Sumqayıt Apellyasiya Məhkəməsində kommersiya işinin icraatı dayandırılmasına dair dəlillə isə bağlı məhkəmə kollegiyası bildirir ki, MPM-in 254.1.4-cü maddəsində (bax yuxarıda § 59) cinayət üzrə məhkəmə icraatı qaydasında baxılan başqa iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraatın dayandırılması nəzərdə tutulmuşdur.

73. Sözügedən cinayət işi üzrə isə araşdırmanın hazırda yalnız polis orqanında gedən istintaq mərhələsində olması və cinayət üzrə məhkəmə icraatının ba şlanılmaması kassasiya şikayətinin özündən məlum olduğundan hazırkı kommersiya işi üzrə icraatın dayandırılması MPM-in 254.1.4-cü maddəsinin tələbləri baxımından qeyri-mümkündür.

74. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, MM-in 329.2 və 329.3-cü maddələri nəzərə alınmaqla, tərəflərin faktiki icarə münasibətlərində olmaları işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş təkzibedilməz hallarını təşkil etdiyindən hazırkı kommersiya mübahisəsi ilə sözügedən cinayət işi arasında ümumiyyələ birbaşa asılılıq mövcud deyildir.

75. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 59) tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 59) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

76. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(105)-9/2022 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar