Məhkəmə qərarları › İş №2-2(102)-497/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-497/2019

03.12.2019 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-497/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X3, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “cavabdehin fəaliyyətinin qanunsuz sayılması və əmrin icrasının cavabdehə həvalə olunması”tələb inə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-456/2019 saylı, 23 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03 dekabr 2019cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin fəaliyyətinin qanunsuz hesab edilməsini, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması barədə 12.01.2017-ci il tarixli, 16 nömrəli əmrin icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi baradə qətna mə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 11.10.2017-ci il tarixli, 3/09 saylı məktubla Təhsil Nazirliyinə müraciət edərək Universitetin Təsisçilər Şurasının 29.09.2016-cı il tarixli iclasında universitetin maliyyə vəziyyətində yaranmış problemlərlə bağlı fəaliyyətinin qanunvericiliyin tələblərinə müvafiq dayandırılması ilə bağlı qərar qəbul edildiyini bildirmişdir. Cavabdehin qeyd edilən məktubu nəzərə alınaraq İddiaçı tərəfindən 724 saylı, 15.11.2016-cı il tarixli və 16 saylı, 12.01.2017-ci il tarixli əmrlər imzalanmışdır. Təhsil Nazirliyi tərəfindən əmrlərin icrası tələb edildikdə Universitet 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək həmin əmrlərin ləğv edilməsini x ahiş etmişdir. Məhkəmə icraatı zamanı Universitet həmçinin ərizə verərək yekun məhkəmə qərarı qəbul olunanadək əmrlərin icrasının dayandırılmasını xahiş etmişdir. Son nəticədə həmin ərizə məhkəmələr tərəfindən təmin olunmamışdır. Bundan sonra isə məhkəmə baxışı zamanı Universitetin rektor əvəzi İlham Musayevin imzası ilə məhkəməyə ərizə təqdim edilərək, iddia ərizəsinin geri qaytarılması xahiş edilmişdir. Məhkəmə isə ərizəni nəzərə alaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə 05.10.2018-ci il tarixli, 2-1(82)-98/2018 saylı qərardad qəbul etmişdir. Beləliklə, Universitet iddia tələbinin əsassız olduğunu nəzərə alaraq iddianın geri qaytarılması barədə ərizə verməsinə baxmayaraq, Təhsil Nazirliyinin yuxarıda qeyd edilən əmrlərinin icrasından imtina etmişdir. Bu isə həm ölkədə aparılan təhsil siyasətinin həyata keçirilməsinə mane olur, həm də Universitetdən digər ali məktəblərə köçürülən tələbələrin şəxsi işləri verilmədiyindən onların təhsil almaq hüquqlarını ciddi şəkildə pozur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-267/2019 saylı, 15 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim - R.L.Kərimli) iddia qismən təmin edilmiş, İddiaçı “tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması barədə” 12 yanvar 2017-ci il tarixli 16 nömrəli əmrinin icra edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasıya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-4 56/2019 saylı, 23 iyul 2019-cu il tarixli qətnaməsi (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər – V.Ə.Baxışova və H.Ü.Həmidov) ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-267/2019 saylı iş üzrə 15 mart 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən (iddianın təmin edilmiş) hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, “Təfəkkür” Universitetinin rəhbərliyində və təsisçilərində dəyi şiklik edilmiş, Universitet 10 mart 2017-ci il tarixdən məhdud məsuliyyətli cəmiyyət formasında yenidən dövlət qeydiyyatına alınmışdır. Elmi Şura və yeni təsisçilər Universitetin gələcək fəaliyyətinə maneçilik törədilməsinin qarşısını almaq üçün Təhsil Nazirliyinə müvafiq məktublar ünvanlamışlar. İddiaçı tərəfindən verilən 724 saylı, 15.11.2016-cı il tarixli və 16 saylı, 12.01.2017-ci il tarixli əmrlərin heç bir hüquqi əsası yoxdur. Belə ki, əmrdə istinad edilən “Təsisçilər Şurasının” universitetin fəaliyyətinin dayandırılmasına dair heç bir qərarı olmayıb. Bərabər hüquqlu digər təsisçi məsələdən ümumiyyətlə məlumatsız olub. Təhsil Nazirliyinin universitetin fəaliyyətinə hüquqi təminat verən lisenziyası 2020-ci ilin aprel ayınadək qüvvədədir. Bundan başqa, Nazirlik 724 saylı, 15.11.2016-cı il tarixli əmri verərkən Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli, 167 nömrəli qərarının tələblərini kobud surətdə pozmuş, yəni universitetin akkreditasiyadan keçməməsi barədə qərar qəbul etmədən tədris ili üçün qəbulun planlaşdırılmaması barədə əmr vermişdir. 2020-ci ilədək lisenziyası olan Təfəkkür Universitetinin fəaliyyətinin dayandırılması və tələbələrinin başqa universitetə köçürülməsi qanunvericiliyə ziddir. Nazirlik tərəfindən tələsik verilmiş əmrlər universitetin fəaliyyətində ciddi çətinliklər yaradır. Belə ki, kollektiv və tələbələr hazırda Nazirliyin 16 saylı 12.01.2017-ci il tarixli əmri ilə yaradılmış işçi qrupunun Universitetə gəlməsi ilə əlaqədar ruh düşgünlüyünə qapanır, təhsil haqqının ödənilməsinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Yeni təsisçi R.Sadi q vicdanlı alıcı kimi universitetin payının 50%-ni aldıqdan sonra qeyd edilən əmrlərdən xəbər tutmuş və dərhal da Nazirliyə fəaliyyətin davam etdirilməsi barədə müraciət etmişdir. Lakin hazıradək müraciətə cavab mahiyyəti üzrə verilməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmə dikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək; milli təhsil sisteminin inkişaf konsepsiyasını və əsas prioritetlərini müəyyən etmək; milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarını təsdiq etmək və onların icrasına nəzarəti həyata keçirmək; kadr hazırlığının prioritetlərini və istiqamətlərini, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı proqramlarını müəyyən etmək; təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının həyata keçirilməsinin monitorinqini aparmaq; təhsil pillələri üzrə dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları) təsdiq etmək və təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirmək və s. təhsil sahəsində dövlətin vəzifələrindəndir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 1 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 1-ci bəndinə əsa sən Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamənin 7-ci bəndinə əsasən Nazirliyin əsas vəzifələri - Təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasəti həyata keçirmək; Azərbaycan Respublikasında təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafını təmin etmək; təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək; vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq; mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütü n təhsil müəssisələrinə elmi, tədris-metodiki rəhbərliyi həyata keçirmək; öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etməkdir. Əsasnamənin 9-cu bəndinə əsasən Təhsil Nazirliyi öz vəzifə və funksiyalarını həyata keçirmək üçün səlahiyyətləri daxilində təhsil müəssisələri tərəfindən icrası məcburi olan göstərişlər, əmr və sərəncamlar vermək, onların icrasına nəzarət etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Təhsil Naziri tərəfindən “Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yeriləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması barədə” 12 yanvar 2017-ci il tarixli, 16 saylı əmr verilmişdir. Həmin əmrdə göstərilmişdir ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin 5 illik akkreditasiya müddətinin 2016-cı ilin iyul ayında bitməsini və Təsisçilər Şurasının 2017-ci ilin iyul ayından Universitetin fəaliyyətinin dayandırılması barədə 29.09.2016-cı il tarixli qərarını nəzərə alaraq İddiaçı 15.11.2016-cı il tarixli 724 nömrəli əmri ilə “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017/2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yeriləşdirilməsini təşkil etmək məqsədilə işçi qrupunun formalaşdırılması üçün 2 ay vaxt verilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, “Təfəkkür” Universitetində təhsil alan tələblərin təhsil hüquqlarının təmin olunması məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 13.5-ci bəndinə əsasən əmr verilmişdir: 1. “Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində təhsil alan tələblərin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi və bununla əlaqədar digər təşkilatı işlərin yerinə yetirilməsi məqsədilə müvafiq tərkibdə işçi qrup yaradılsın;

2. İşçi qrupa tapşırılsın ki, Universitetdə təhsil alan tələbələrin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları bala və ixtisasına uyğun olaraq, habelə onların dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil alması nəzərə alınmaqla, digər ali təhsil müəssisələrinə yerləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim et sin; Təhsil Nazirliyindən alınmış diplom və akademik arayış blanklarının saxlanılması, Doldurulması, verilməsi və uçotu vəziyyətini araşdırsın, istifadə olunmamış blankların Nazirliyə qaytarılmasını təmin etsin; akademik məzuniyyətdə olan və ya müxtəlif səbəblərdən ali məktəbdən xaric olunmuş tələbələr barədə arayış hazırlasın; tələbələri və onların valideynlərini qəbul edib, onlara müvafiq izahatlar versin; 2016 – 2017-ci tədris ilində Təfəkkür Universitetini müvəffəqiyyətlə bitirmiş məzunlara Universitet tərəfindən diplom verilməsini təmin etsin; “Təfəkkür” Universitetindən təhsillə bağlı aşağıdakı sənədləri Nazirliyin arxivinə vermək üçün təhvil alsın: Universiteti bitirmiş, xaric olunmuş və təhsilini yarımçıq qalmış tələbələrin şəxsi işləri, tələbələrin ali məktəbə qəbul edilmələri, ku rsdan-kursa keçirilmələri, xaric olunmaları, akademik məzuniyyət verilməsi barədə əmrləri, imtahan-məqbul cədvəlləri, tələbələrin şəxsi vərəqələri, dərs jurnalları, doldurulmuş akademik arayış və diplom blankları, diplom blanklarının alınması, verilməsi və qeydiyyatı jurnalları; Təfəkkür Universitetinin fəaliyyəti dayandırılanadək zəruri əlaqələndirmə işlərini həyata keçirsin. Kollegiya məhkəmələr tərəfindən gəlinmiş nəticə ilə razılaşır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 yanvar 2017-ci il tarixli 16 nömrəli əmri fəaliyyəti dayandırılmış təhsil müəssisə kimi Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə münasibətdə Təhsil Nazirliyinin fəaliyyət istiqamətləri üzrə vəzifələrini əhatə edən zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Qa nunun 64.1 və 64.2-ci maddələrinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 81.1-ci maddəsinə görə isə inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə almaqla kollegiya qeyd ed ir ki, İddiaçı 12 yanvar 2017-ci il tarixli, 16 nömrəli əmri inzibati akt olmaqla, o cümlədən Azərbaycan Respublikası Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən icra edilməli vəzifə və öhdəliklər müəyyən edir. İşin materiallarından isə müəyyən edilir ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən həmin əmr mübahisələndirilmiş və son nəticədə məhkəmələr tərəfindən qəbul edilmiş və qanuni qüvvədə olan aktlarla iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Beliliklə, Təhsil Nazirliyinin 12 yanvar 2017-ci il tarixli, 16 nömrəli əmri hüquqi cəhətdən etibarlı və qüvvədə olan inzibati akt kimi ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməy ə borcludur. Ona görə də, məhkəmələr həmin əmrin icra edilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin üzərinə qoymaqda haqlı olmuşlar. Kassasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, şikayətin dəlilləri İddiaçı tərəfindən verilmiş 724 saylı, 15.11.2016-cı il tarixli və 16 saylı, 12.01.2017-ci il tarixli əmrlərin qanunsuz və əsassız olması ilə bağlıdır. Lakin nəzərə almaq lazımdır ki, hazırkı məhkəmə icraatının predmetini sözügedən əmrlərin mübahisələndirilməsi təşkil etmir. Bundan başqa, cavabdeh artıq həmin əmrləri mübahisələndirmişdir və bu iddia ilə bağlı yuxarıda da qeyd olunduğu kimi qanuni qüvvədə olan məhkəmə aktı vardır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-456/2019 saylı iş üzrə 23 iyu 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar