Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-497/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin cavabdeh X2 qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin cavabdeh X2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə cavab deh X4 tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 may tarixli, 2-2(103)-514/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı BOKT ASC (borc verən) ilə X4 (borc alan) arasında bağlanmış 09 fevral 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsinə əsasən bank borc alana 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 15.000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. 2. 09.02.2018-ci il tarixdə 09 fevral 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC tərəfindən X1 hesabına 15000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür.
3. İddiaçı BOKT ASC və X4 arasında bağlanmış 09 fevral 2018-ci il tariхli, 2018/00052-01İP saylı ipoteka müqaviləsinə əsasən X2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61,3 m2 olan mənzil İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, mənzilin likvid dəyəri 58.000 manat məbləğində qiymətləndirilmiş və yüklülüyün 14.02.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə RX seriyalı, ******* saylı reyestrdən çıxarış verilmişdir. 4. 12 noyabr 2018-ci il tarixli maliyyə arayışına görə, X1 09 fevral 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-yə 12 noyabr 2018-ci il tarixə kredit öhd əliyi üzrə əsas borcu 13.964 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış faiz borcu 18.72,14 ABŞ dolları, cərimə 472,60 ABŞ dolları, cəmi borc 16.308,74 manat təşkil edir. 5. 12 oktyabr 2018-ci il tarixli bildirişə görə, cavabdeh X2 yuxarıda qeyd olunan müqavilələr üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq olunmuşdur.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 24 oktyabr 2018-ci il tarixli məktubuna görə, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 may 2019-cu il tarixli qərardadı ilə kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 03.12.2019-cu il ta rixli, 14195 saylı ekspert rəyi ilə iş materiallarında olan hesabdan çıxarış və tərəflər arasında bağlanmış 09 fevral 2018-ci il tariхli, 2018/00052-01 kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə X1 İddiaçı BOKT ASC-yə 12.11.2018-ci il tarixə olan cəmi borcu 15.833,22 ABŞ dolları (əsas borc 13.964 ABŞ dolları, faiz borcu 1.869,22 ABŞ dolları) məbləğində, 05 fevral 2019-cu il tarixə olan cəmi borcu 16.605,89 ABŞ dolları (əsas borc 13.964 ABŞ dolları, faiz borcu 2.641,89 ABŞ dolları) məbləğində və 03 may 2019-cu il tarixə olan cəmi borcu 17.425,11 ABŞ dolları (əsas borc 13.964 ABŞ dolları, faiz borcu 3.461,11 ABŞ dolları) məbləğində olduğu müəyyən edilmişdir. 8. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 11 avqust 2020-ci il tarixli, ƏEM/A 17-374/20 say lı qiymətləndirmə rəyinə görə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61,3 m2 olan mənzilin 11 avqust 2020-ci il tarixə bazar dəyəri 75000 manat təşkil etmişdir. 9. 25 avqust 2020-ci il tarixli, 32 nömrəli ödəniş tapşırığına görə, İddiaçı BOKT ASC tərəfindən "xxxx" MMC-nin hesabına 200 manat məbləğində ödəniş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdeh X2 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 fevral 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehdən iddiaçının xeyrinə 13.964 ABŞ dolları məbləğində qalıq, 3.461,11 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hes ablanmış 472,60 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 17.897,71 ABŞ dolları borcun, qiymətləndirmə ekspertizasının dəyəri olan 200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 78 ünvanında yerləşən 87 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına 13.964 ABŞ dolları məbləğində qalıq, 3.461,11 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 472,60 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 17.897,71 ABŞ dolları borcun, qiymətləndirmə ekspertizasının dəyəri olan 200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 fevral 2018-ci il tariхli, 2018/00052-01 nömrəli krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 60 (altmış) ay müddətinə illik 24% hesablanmaq şərti ilə 15.000 (on beş min) ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 78 ünvanında yerləşən 87 saylı mənzilini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınma z Əmlakın Dövlət Reyestrindən çıxarış: Seriya RX № 1219879, Reyestr № **********62-05301-093126, Qeydiyyat № **********, tarix 27.01.2018) ipoteka predmeti kimi iddiaçıya təqdim etmiş və bu barədə 09 fevral 2018-ci il tariхli, 2018/00052-01İP №-li İpoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 14.02.2018-ci il tarixdə qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, Seriya RX № 1245049). Cavabdeh tərəfindən kredit üzrə öhdəliklər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozun tulara yol verilmişdir. Bunlara baxmayaraq, BOKT tərəfindən cavabdehə dəfələrlə müraciət edilərək, əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsi xahiş edilmişdir. Bu səbəbdən BOKT tərəfindən cavabdehə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına və bank qarşısında borcunun yaranmasına gətirib çıxarmışdır.
12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 28 avqust tarixli, e-2-2(113)-370/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 09 fevral 2018-ci il tariхli, 2018/00052-0 1 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehdən 09 fevral 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsinə əsasən 13.964 ABŞ dolları (on üç min doqquz yüz altmış dörd) əsas borc, 3.461,11 ABŞ dolları (üç min dörd yüz altmış bir ABŞ dolları on bir sent) faiz borcu, 5 (beş) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17.430,11 ABŞ dolları (on yeddi min dörd yüz otuz ABŞ dolları on bir sent) məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə, qiymətləndirmə ekspertizasının dəyəri olan 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 29 (iyirmi doqquz) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 78 ünvanında yerləşən 87 saylı mənzilə yönəl dilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına ləğv prosesində olan iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğin cavabdehə qaytarılması, əmlakın ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat məbləğində müəyyən edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun 1 (bir) manat hissəsinin iddiaçıya aid edilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim – Z.Axundova).
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 09 fevral 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit m üqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla da kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə 09 fevral 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsi üzrə 13.964 ABŞ dolları əsas, 3.461,11 ABŞ dolları faiz borcu yaranmışdır.
14. Həmçinin iddiaçı iddia ərizəsində 09 fevral 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 472,60 ABŞ dolları cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
15. Cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
16. İddiaçı kredit müqaviləsinə əsasən borcun tutulması tələbi ilə yanaşı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür.
17. Həmin tələblə bağlı müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq 09 fevral 2018-ci il tariхli, 2018/00052-01İP saylı ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61,3 m2 olan mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
18. Məhkəmə tərəfindən ipoteka predmetinin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Rəyə əsasən ipoteka predmeti olan mənzilin bazar dəyərinin 75.000 manat olması müəyyən edilmişdir. Həmin rəyə müvafiq olaraq ünvan 1 ünvanında y erləşən ümumi sahəsi 61,3 m2 olan mənzilin ilkin satış qiyməti 75.000 manat məbləğində müəyyən edilməlidir.
19. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 269, 270.1, 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında qanun”) 1.0.6, 3.1, 10.4, 11.1-ci, 11.2, 39.3, 41.1, 59.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
21. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 may tarixli, 2-2(103)-514/2021 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), C.A.Yusifov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 28 avqust tarixli, e-2-2(113)-370/2020 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
22. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan mənzilə yönəldilərək, açıq hərracdan satılmasını və qanunla müəyyən edilmiş müddətdə boşaldılmasını tələb etməkdə haqlıdır.
23. İş materiallarına əsasən X4 ünvan 2 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrində də həmin ünvan göstərilmişdir. Bu səbəbdən məhkəmə bildirişləri məhz həmin ünvana göndəri lmişdir. X4 isə qeydiyyat ünvanının dəyişdiyini bildirsə də, bununla bağlı iddiaçıya heç bir məlumat verməmişdir.
24. Mülki Prosessual Məcəllənin 146-cı maddəsində də təsbit olunmuşdur ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
25. Məhkəmə iclas protokolundan görünür ki, cavabdeh məhkəmə iclaslarından məlumatsız olduğunu bildirsə də, sonuncu məhkəmə iclasında iştirak etmiş və iddianı qismən qəbul etmişdir.
26. Bundan əlavə, birinci instansiya məhkəməsində cavabdeh əsas və faiz borcunu mübahisələn dirmədiyi halda, apelyasiya şikayətində faiz və cərimə borcu hissəsində də iddiaya etiraz etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində təsbit olunmuşdur ki, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh isə qeyd olunan prosessual normanın tələblərinə riayət etməmişdir. Ona görə də, məhkəmə kollegiyasının gəldiyi nəticə yalnız birinci instansiya məhkəməsində tərəflərin istinad etdiyi faktlara və sübutlara əsaslanmışdır.
27. İddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, maliyyə arayışı və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bu nu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin və ekspert rəyinin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin apelyasiya şikayətinə də hər hansı ödəniş qəbzləri əlavə edilməmişdir. İpoteka predmetinin ilkin satış qiyməti isə qiymətləndirmə hesabatına əsasən müəyyən olunmuşdur. Həmin rəyin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. İş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir.
28. Həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparıl mışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirməmişdir.
29. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 269.5, 317-ci maddələrinə, “İpoteka haqqında qanun”un 33, 34.1.1, 59.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdehin məhkəmə iclaslarından məlumatı olmadığından, cavabdeh kimi birinci instansiya məhkəməsində hüquqlarını həyata keçirə bilməmişdir. Bundan başqa o, iddiaçıya 09.04.2018, 09.05.2018, 09.06.2018-cı il tarixlərində 435 ABŞ dolları məbləğində pul ödəmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra o, yenə ödənişlər etmiş, lakin məhkəmə işə baxarkən bunları nəzərə almamışdır.
32. Eyni zamanda, məhkəmə tərəfindən ipoteka predmetinin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirici rəyi nəzərə alınmışdır. Lakin, mənzilin real bazar dəyərinin 90.000 manat olmasına baxmayaraq, rəydə mənzilin qiyməti 75.000 manat göstərilmişdir. Həmçinin qiymətləndirici rəydə cavabdehə məxsus evin ümumi sahəsi ilə bağlı da məlumat yanlış qeyd olunmuşdur. Rəydə mənzilin ümumi sahəsi 61,3 m2 göstərilsə də, realda mənzilin artırma hissəsi olan eyvan hissəsi ilə bərabər mənzilin ümumi sahəsi 66,3 m2-dən ibarətdir. Rəydə isə mənzilinin əlavə hissəsi nəzərə alınmamışdır.
33. Kassas iya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı tərəfindən verilmiş etirazda qeyd edilmişdir ki, cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən iddia tələbini əsas borc və faiz borcuna dair olan hissəsində mübahisələndirdiyindən və iddia tələbinin əsassız olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən, apelyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını həmin hissədə yoxlamaq kimi bir vəzifəsi yox idi. Beləliklə, həmin hissədə mübahisələndirilən məhkəmə qətnaməsi mülki-prosessual qanunvericiliyin tələblərinə cavab verdiyindən, qanuni və əsaslıdır.
35. Bundan başqa idd iaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, maliyyə arayışı və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin və ekspert rəyinin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir.
36. Həmçinin qeyd olunan ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan başqa bir sübut olmadığından, həmin ekspert rəyləri mötəbər sübut hesab edilməlidir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
37. Cavabdehin vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
38. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, h eç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
39. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
40. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayə tinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
42. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
44. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər”. 46. “İpote ka haqqında qanun”un müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “M a d d ə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi”; “M a d d ə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər...”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 may tarixli, 2-2(103)-514/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
48. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iş materiallarından da göründüyü kimi X4 ünvan 2 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrində də həmin ünvan göstərildiyindən, məhkəmə bildirişləri də məhz həmin ünvana göndərilmiş, Q.Qarayeva isə qeydiyyat ünvanının dəyişdiyini bildirsə də, bununla bağlı iddiaçıya və məhkəməyə heç bir məlumat verməmişd ir.
49. Digər tərəfdən işdəki məhkəmə iclas protokoluna əsasən, cavabdeh məhkəmə iclaslarından məlumatsız olduğunu bildirsə də, sonuncu məhkəmə iclasında iştirak etmiş və iddianı qismən qəbul etmiş, bu zaman əsas və faiz borcunu mübahisələndirmədiyi halda, apelyasiya şikayətində faiz və cərimə borcu hissəsində də iddiaya etiraz etmişdir. Bu isə öz növbəsində cavabdehin məhkəmə iclaslarından məlumatı olmadığından, cavabdeh kimi birinci instansiya məhkəməsində hüquqlarını həyata keçirə bilmədiy barədə dəlilinin əsassız olduğunu təsdiq edir.
50. Məhkəmələr tərəfindən də müəyyən edildiyi kimi, iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, maliyyə arayışı və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər h ansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin və ekspert rəyinin şübhə altına alınmasına əsas verən mötəbər sübutları təqdim etməmiş, həmçinin apelyasiya şikayətinə də hər hansı ödəniş qəbzləri əlavə etməmiş, ipoteka predmetinin ilkin satış qiyməti isə qiymətləndirmə hesabatına əsasən müəyyən olunmuşdur. Cavabdehin məhkəmə qətnaməsindən sonra apardığı ödənişlər təsdiq ediləcəyi təqdirdə məhkəmə qətnaməsinin icrası zamanı nəzərə alına bilər.
51. Apelyasiya məhkəməsi hazırkı işdə Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmiş əsaslar mövcud olmadığını nəzərə alaraq iş üzrə verilmiş rəyi mötəbər sübut kimi qiymətləndirmiş, cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, işə baxmış məhkəmələrə bununla bağlı müvafiq sübutları təqdim etmədiyindən və belə liklə, üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirmədiyindən, rəydə mənzilin ümumi sahəsi 61,3 m2 göstərilsə də, realda mənzilin artırma hissəsi olan eyvan hissəsi ilə bərabər mənzilin ümumi sahəsinin 66,3 m2-dən ibarət olduğu, rəydə isə mənzilinin əlavə hissəsinin nəzərə alınmadığı barədə kassasiya şikayətinin dəlillərinin əsassız olduğu təsdiq edilir. Belə ki, yaşayış sahəsinin ölçüsü daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla təsdiq edilir və cavabdeh tərəfindən məhkəməyə etirazının təsdiqi kimi müvafiq çıxarış təqdim edilməmişdir.
52. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kass asiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 may tarixli, 2-2(103)-514/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
54. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 may tarixli, 2-2(103)-514/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.