Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-497/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı iş üzrə QƏRAR 2-2(102)-497/2023 Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu sədrliyi və məruzəsi, hakimlər X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 aprel tarixli 2-2(105)-48/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şi kayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. “Paşa Bank" ASC ilə Cavabdeh2 MMC (VÖEN **********) arasında 2020-ci il 17 noyabr tarixində “Bank xidmətlərinin göstərilməsinə dair X2 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi” barədə OnGTC-03091LE/2019 nömrəli Razılaşma imzalanmış və həmin Razılaşmanı imzalamaqla sonuncu X3 qeyd edilmiş şərtləri qəbul etmişdir. Həmin X6 çərçivəsində 2020-ci il 25 noyabr tarixli DC00287376-01 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” imzalanaraq, Bank tərəfindən borcalan Cavabdeh2 MMC-yə illik faiz dərəcəsi 16,5% olmaqla, 2022-ci il 25 may tarixədək 20.000 manat məbləğində, eləcə də “Paşa Bank" ASC ilə Cavabdeh2 MMC arasında yuxarıda qeyd olunan X6 çərçivəsində 2021-ci il 3 fevral tarixli DC00287376-02 nö mrəli “Maliyyələşdirmə üçün Ərizə” imzalanaraq, Bank tərəfindən borcalan Cavabdeh2 MMC-yə illik faiz dərəcəsi 18% olmaqla, 2022-ci il 3 avqust tarixədək 63.000 manat məbləğində birdəfəlik kreditlər verilmişdir.
2. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən, Cavabdeh2 MMC (VÖEN **********) bu Razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X2 bankın rəsmi internet səhifəsində “https://www.pashabank, az/gsa addendum/lang.az/” link üzrə yerləşdirilən 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir.
3. Bank xidmətlərinin göstərilməsinə dair X2 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli versiyasına əsasən, bu Müqavilədə Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır.
4. X4 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kredit barədə məlumat”ı müəyyən edən 1.1-ci bəndinə əsasən, bank müştəriyə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə v ə ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddəti, cərimə, məqsəd, müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi təklifə dəvət, “Maliyyələşdirmə üçün Ərizə” isə bankın krediti vermək üçün təklifini ifadə edir və müştəri onu imzalamaqla təklifi qəbul edir.
5. X4 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, kredit məbləğinə hesablanan faizlərin miqdarı və ödənilməsi şərtləri”ni müəyyən edən 3.8-ci bəndinə əsasən, müştərinin bank qarşısında mövcud bir neçə pul öhdəliyi ilə bağlı banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir.
6. X4 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, kredit məbləğinə hesablanan faizlərin miqdarı və ödənilməsi şərtləri”ni müəyyən edən 3.9-cu bəndinə əsasən, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qayd ada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi iki qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. 7. 2020-ci il 23 noyabr tarixli DC**********48 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı ASC – “Bank”, Cavabdeh1 – “Zamin” və Cavabdeh2 MMC – “Borcalan” olmaqla, bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 “zamin” olaraq borcalan Cavabdeh2 MMC tərəfindən 2020-ci il 25 noyabr tarixli DC00287376-01 nömrəli kredit əsasında alınan kreditlər üzrə Bank qarşısında öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsul iyyəti öz üzərinə götürmüşdür. 8. 2021-ci il 2 fevral tarixli DC**********86 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı ASC – “Bank”, Cavabdeh1 – “Zamin” və Cavabdeh2 MMC – “Borcalan” olmaqla, bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 “zamin” olaraq borcalan Cavabdeh2 MMC tərəfindən 2021-ci il 3 fevral tarixli DC00287376-02 nömrəli kredit əsasında alınan kreditlər üzrə Bank qarşısında öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. 9. 2022-ci il 15 mart tarixli Maliyyə arayışında borcverən İddiaçı ASC-yə 2022-ci il 14 mart tarixinə borcalan Cavabdeh2 MMC-nin 2020-ci il 25 noyabr tarixli DC00287376-01 nömrəli kredit üzrə 16.604,91 manat məbləğində əsas borc, 2420,12 manat məbləğində faiz borcu və 923,62 manat məbləğində cərimə borcu olmaq la, cəmi 19.948,65 manat məbləğində borcun (gecikmə günlərinin sayı – 350), 2021-ci il 3 fevral tarixli DC0028737602 nömrəli kredit üzrə isə 58.158,01 manat məbləğində əsas borcu, 9018,08 manat məbləğində faiz borcu və 2591,05 manat məbləğində cərimə borcu olmaqla, cəmi 69.767,14 manat məbləğində borcunun (gecikmə günlərinin sayı – 343) olduğu göstərilmişdir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh2 MMC-yə (bundan sonra – “MMC”) və Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) qarşı iddia və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, 2020-ci il 25 noyabr tarixli DC00287376-01 nömrəli kredit üzrə 16.604,91 manat əsas borc, 2420,12 manat faiz borcu v ə 923,62 manat cərimə olmaqla, cəmi 19.948,65 manat məbləğində borcun, 2021-ci il 3 fevral tarixli DC00287376-02 nömrəli kredit üzrə 58.158,01 manat əsas borc, 9018,08 manat faiz borcu və 2591,05 manat cərimə borcu olmaqla, cəmi 69.767,14 manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MMC arasında 2020-ci il 17 noyabr tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-03091LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalamaqla MMC www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Qeyd olunan X6 çərçivəsində tərəflər arasında 2020-ci il 25 noyabr tarixli DC00287376-01 saylı Maliyyələşdirmə üçün Ərizə Forması imzalanmış və həmin ərizə üzrə iddiaçı tərəfindən MMC-yə illik faiz dərəcəsi 16,5% olmaqla 2022-ci il 25 may tarixədək 20.000 manat məbləğində birdəfəlik kredit verilmişdir. Bundan sonra 2021-ci il 3 fevral tarixli DC00287376-02 saylı Maliyyələşdirmə üçün Ərizə Forması imzalanmış və iddiaçı tərəfindən MMC-yə illik faiz dərəcəsi 18% olmaqla 2022-ci il 3 avqust tarixədək 63.000 manat məbləğində birdəfəlik kredit verilmişdir. MMC-nin iddiaçı qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh1 arasında 2020-ci il 23 noyabr tarixli DG**********48 saylı və 2021-ci il 2 fevral tarixli DG**********86 saylı zaminlik müqavilələri bağlanmışdır.
12. Tərəflər arasında imzalanmış 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli X2 5-ci bölməsinin 5.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə iddiaçı kredit məbləğini vaxtından əvvəl geri tələb edə bilər. Lakin müştəri DC00287376-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 134 gün, DC00287376-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 127 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də iddiaçı tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və iddiaçı qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Eyni zamanda, məhkəməyə müraciət edilməmişdən əvvəl iddiaçı tərəfindən cavabadehlərlə mövcud kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müvafiq qaydada mediatora müraciət edilmiş olsa da, tərəflər arasında mediasiya qaydasında razılıq əldə olunmamış və borc ödənilməmişdir.
13. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddələrinə istinad edilmişdi r.
14. Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında 2020-ci il 25 noyabr tarixli DC00287376-01 nömrəli və 2021-ci il 3 fevral tarixli DC00287376-02 nömrəli kreditlər üzrə yalnız əsas borcların tutulmasına etiraz etmədiyini, həmin kreditlər üzrə hesablanmış faiz və cərimələrin isə cavabdehlərdən tutulmasına etiraz etdiyini bildirmişdir.
15. Məhkəmənin 2021-ci il 3 dekabr tarixli e-2-2(119)-1259/2021 nömrəli qərardadı ilə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022ci il 23 fevral tarixli 9/9452 saylı rəyinə əsasən, 2020-ci il 25 noyabr tarixli DC00287376-01 nömrəli kredit üzrə cavabdeh MMC-nin 2021-ci il 29 noyabr tarixə iddiaçıya 16.650 manat əsas borcu və 1549,21 manat faiz borcu vardır. 2021-ci il 3 fevral tarixli DC00287376-02 nömrəli kredit üzrə isə cavabdeh MMC-nin 2021-ci il 29 noyabr tarixə iddiaçıya 58.394,88 manat əsas borcu və 4871,11 manat faiz borcu vardır.
17. İddiaçı tərəfin vəsatəti əsasında məhkəmənin 2022-ci il 7 aprel tarixli e-2-2(119)32/2022 qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
18. Məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 3 noyabr tarixli 9/3082 nömrəli rəyinə əsasən, 2020-ci il 25 noyabr tarixli DC00287376-01 nömrəli kredit üzrə cavabdeh MMC-nin 2022-ci il 14 mart tarixə iddiaçıya 16.604,91 manat əsas bor cu və 2420,12 manat faiz borcu vardır. 2021-ci il 3 fevral tarixli DC00287376-02 nömrəli kredit üzrə isə cavabdeh MMC-nin 2022-ci il 14 mart tarixə iddiaçıya 58.158,01 manat əsas borcu və 9018,08 manat faiz borcu vardır. Həmin rəyin təsviri hissəsində göstərilmişdir ki, 2020-ci il 25 noyabr tarixli DC00287376-01 saylı kredit müqaviləsinə əsasən kredit alana illik 16,5% olmaqla, 2022-ci il 25 may tarixədək 20.000 manat məbləğində kredit verilmiş, hər gecikdirilmiş gün üçün illik 15% dərəcə ilə cərimə məbləği tətbiq edilmiş və 2020-ci il 25 noyabr tarixli DC00287376-01 saylı kredit müqaviləsi üzrə iddiaçıya ümumilikdə 2022-ci il 14 mart tarixədək (sualda göstərilən tarix) 4691,49 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 3395,09 manatı əsas borca, 1246,96 manatı faiz borcuna və 49,44 manatı isə cərimə borcuna silinmişdir. 2021-ci il 3 fevral tarixli DC00287376-02 saylı kredit müqaviləsinə əsasən kredit alana illik 18% olmaqla, 2022-ci il 3 avqust tarixədək 63.000 manat məbləğində kredit verilmiş, hər gecikdirilmiş gün üçün illik 15% dərəcə ilə cərimə məbləği tətbiq edilmiş və 2021-ci il 3 fevral tarixli DC00287376-02 saylı kredit müqaviləsi üzrə iddiaçıya ümumilikdə 2022-ci il 14 mart tarixədək (sualda göstərilən tarix) 7434,76 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 4841,99 manatı əsas borca, 2312,90 manatı faiz borcuna və 279,87 manatı isə cərimə borcuna silinmişdir.
19. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 20 dekabr tarixli e-2-2(119)32/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlərdən müştərək qaydada 2020-ci il 25 noya br tarixli DC00287376-01 nömrəli kredit üzrə 16.604,91 manat əsas borc, 2420,12 manat faiz borcu və 923,62 manat cərimə borcu, 2021-ci il 3 fevral tarixli DC00287376-02 nömrəli kredit üzrə 58.158,01 manat əsas borc, 9018,08 manat faiz borcu və 2591,05 manat cərimə borcu, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 90.145,79 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, dövlət rüsumunun qalığı kimi 329,14 manat məbləğində və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – Z.Sadiqov).
20. Birinci instansiya məhkəməsi gəldiyi nət icə ilə bağlı göstərmişdir ki, iş materiallarına əsasən, cavabdehlər MMC və Cavabdeh1 2020-ci il 25 noyabr tarixli DC00287376-01 nömrəli Kredit və 2021-ci il 3 fevral tarixli DC00287376-02 nömrəli Kredit, 2020-ci il 23 noyabr tarixli DC**********48 nömrəli və 2021-ci il 2 fevral tarixli DC**********86 nömrəli Zaminlik Müqavilələri bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, iddiaçıya ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri müqavilələrdə nəzərdə tutulan qaydada ödəməmiş və bununla da iddiaçıdan alınmış kreditləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər.
21. Cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən mediatora 400 manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır.
22. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, 2020-ci il 25 noyabr tarixli DC00287376-01 nömrəli kredit üzrə 16.604,91 manat əsas borc, 2420,12 manat faiz borcu və 923,62 manat cərimə olmaqla, cəmi 19.948,65 manat məbləğində borcun və 2021-ci il 3 fevral tarixli DC00287376-02 nömrəli kredit üzrə 58.158,01 manat əsas borc, 9018,08 manat faiz borcu və 2591,05 manat cərimə olm aqla, cəmi 69.767,14 manat məbləğində borcun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
23. Məhkəmə belə nəticəyə gəlmişdir ki, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində pul vəsaiti, həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 359,14 manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 329,14 manat cavabdehlərdən müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir.
24. Məhkəmə öz mövqeyini MM-in 38 5.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448, 462.1, 465.2, 470.1, 472.1, 739.1, 739.2-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3, 9.1-1 maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Cavabdeh1 apellyasiya şikayəti verməklə, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin qismən - “2020-ci il 25 noyabr tarixli DC00287376-01 nömrəli kredit üzrə 2420,12 manat faiz borcu və 923,62 manat cərimə, 2021-ci il 3 fevral tarixli DC0028737602 nömrəli kredit üzrə 9018,08 manat faiz borcu və 2591,05 manat cərimənin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilərək, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Sumqayıt Apelly asiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 aprel tarixli 2-2(105)-48/2023 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Məmmədov, hakimlər – Z.Məmmədov və A.Süleymanova).
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymətləndirmə ilə razılaşmış və apellyasiya şikayətinin “cavabdehin “COVİD 19” pandemiyası ilə əlaqədar kredit borcunu ödəyə bilməməsi, 2020-ci il 25 noyabr tarixli DC00287376-01 nömrəli və 2021-ci il 3 fevral tarixli DC00287376-02 nömrəli kreditlər üzrə yalnız əsas borcların tutulmasına razı olması”na dair dəlillərini əsassız hesab etmişdir.
28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 385.1, 425.1, 427.3, 442, 445.1, 448, 462.1, 465.2, 470.1, 472.1, 739.1, 739.2-ci maddələrinə, "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 11 iyun tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
29. Həmin qətnamə 2023-cü il 12 aprel tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.
30. Cavabdeh1 2023-cü il 12 iyun tarixində kassasiya şikayəti verməklə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2023-cü il 10 aprel tarixli 2-2(105)-48/2023 saylı qətnaməsinin qismən - “2020-ci il 25 noyabr tarixli DC00287376-01 nömrəli kredit üzrə 2420,1 2 manat faiz borcu və 923,62 manat cərimə, 2021-ci il 3 fevral tarixli DC00287376-02 nömrəli kredit üzrə 9018,08 manat faiz borcu və 2591,05 manat cərimənin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilərək, həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 iyun tarixli 2-2(102)-406/2023 nömrəli qərardadı ilə verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilərək, iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
32. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 iyul tarixli 2-2(105) -48/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
33. Cavabdeh kassasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir.
34. Sumqayıt Apellyasiya Məhkəməsinin 2023-cü il 28 iyul tarixli 2-2(105)-48/2023 nömrəli qərardadı ilə ərizə təmin edilərək, kassasiya şikayəti verilməsi üçün prosessual müddət bərpa edilmiş və kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
35. MM-in 448.4, 470.1, 472-ci maddələrinin tələbi pozulmuşdur. İşi araşdıran məhkəmə nəzərə almamışdır ki, hər iki müqavilə üzrə əsas borc birlikdə kifayət qədər məbləğ (74.762 manat) edir. Borcun cavabdeh dən müştərək qaydada tutulması qət edilsə də, nəzərə almaq lazımdır ki, qeyd edilən məbləği Cavabdeh1 ödəyəcək. Çünki cavabdeh MMC artıq fəaliyyətini dayandırmışdır. Qeyd edilən MMC-nin rəhbəri və məsul şəxsi də məhz Cavabdeh1 olmuşdur. Bank yüksək məbləğdə kredit verərkən həm borclunun (məsul şəxsinin), həm zaminin eyni şəxs olduğunu nəzərə almamışdır. Cavabdeh1 isə ancaq əsas borcu ödəmək iqtidarındadır. Bankdan götürdüyü kredit hesabına qurmaq istədiyi biznes tamamilə iflasa uğramış, qazanc əldə etmək əvəzinə ziyan etmişdir. Nəticədə cavabdeh MMC fəaliyyətini dayandırmışdır. Cavabdeh1 iddiaçıya müraciət edərək faizləri dayandırmağı və ödəniş üzrə yeni qrafik qurulmasını xahiş etsə də, iddiaçı cavabdehin düşdüyü vəziyyəti nəzərə almamış, ona hər hansı güzəşt edilməmiş və nəticədə hazır kı məhkəmə mübahisəsi meydana gəlmişdir.
36. Cavabdeh1 krediti qaytara bilməməsinə, qurduqları şirkətin müflis olmasına həmin dövrdə dünyada hökm sürən pandemiya səbəb olmuşdur. Cavabdeh1 müqavilə bağlayan zaman şirkətin pandemiya səbəbindən müflis vəziyyətə düşəcəyini, şirkətdən mal alan sahibkarların pandemiya səbəbindən aldıqları malların pulunu ödəyə bilməyəcəyini, baş verən böhran nəticəsində malların satılmayaraq istehsal müddətlərinin bitməsi ilə əlaqədar yararsız mala çevriləcəyini nəzərə ala bilməzdi. Yaranmış vəziyyət Cavabdeh1 ailəsində də problem yaratmış, ailəsi dağılmış və o, iki azyaşlı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aliment ödəmək məcburiyyətində qalmışdır. Bütün bunlar Cavabdeh1 bank qarşısında bir zamin kimi öhdəliyini lazımi qaydada yerinə yetirməyə imkan verməmişdir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 217-ci maddəsinin tələbi pozulmuşdur. İşə baxan məhkəmə Cavabdeh1 müflis vəziyyətə düşməsini, öhdəliyin tək onun üzərində olmasını, himayəsində iki azyaşlı övladının olmasını, iddiaçının Cavabdeh1 nisbətdə hər hansı güzəştə getməməsini, borcalan və zaminin nəticə etibarı ilə eyni adam olması nəzərə alınmadan ardıcıl olaraq yüksək məbləğdə kredit verilməsini nəzərə almayaraq, faiz və cərimə hissəsində də iddianı təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlər MMC və Cavabdeh1 2020-ci il 25 noyabr tarixli DC00287376-01 nömrəli və 2021-ci il 3 fevral tarixli DC00287376-02 nömrəli Kredit, eləcə də 2020-ci il 23 noyabr tarixli DC**********48 nömrəli və 2021-ci il 2 fevral tarixli DC**********86 nömrəli zaminlik müqavilələri bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, iddiaçıya ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri müqavilələrdə nəzərdə tutulan qaydada ödəməmiş və bununla da kreditləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Apellyasiya məhkəməsi işin hallarını düzgün qiymətləndirmiş və qanuni qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri isə tamamilə əsassızdır. IV.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
42. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çə kinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyi n icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hə r bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbə rdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhd əliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər ver ilməsi haqqında müddəaları gözləməlidirlər.”
43. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şə xslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır....” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 aprel tarixli 2-2(105)-48/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
45. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, Cavabdeh1 krediti qaytara bilməməsinə həmin dövrdə dünyada hökm sürən pandemiyaya görə qurduqları şirkətin müflis vəziyyətə düşməsi səbəb olmuşdur. Cavabdeh1 isə müqavilə bağlayan zaman baş verəcək böhran səbəbindən malların satılmayaraq yararsız mala çevriləcəyini nəzərə ala bilməzdi.
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, MM-in 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
47. Həmçinin, MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
48. Hazırkı h alda, bankla Cavabdeh1 arasında öz iradə ifadələrini göstərməklə DC00287376-01 saylı kredit müqaviləsi öhdəliklərinin icrasının təmini üçün zaminlik müqaviləsi bağlanmış, həmin zaminlik müqaviləsinin 3-cü bəndində zaminin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıdıqları öz əksini tapmışdır.
49. MM-in 448.4-cü maddəsinə görə, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini göz ləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir.
50. Bununla yanaşı, öhdəliklərin borcludan asılı olmayan səbəblərdən icra oluna bilmədiyinə dair məlumat verilməsi şəklində müddəa X3 da nəzərdə tutulmuşdur. Belə ki, “bank xidmətlərinin göstərilməsinə dair X6”nun X bölməsinin 2.2-ci bəndinə görə, fors-major hadisəsinə məruz qalmış tərəfin dərhal, fors-major hadisəsinin baş verməsindən ən geci 5 təqvim günü sonra digər tərəfə yazılı məlumat verməlidir.
51. Lakin, hazırkı halda cavabdehin borc öhdəliyinin icrasına maneçilik törədən fors-major hesab etdiyi hal barədə iddiaçını rəsmi qaydada məlumatlandırması da işə baxan məhkəmələr tərəfindən müəyyən edi lməmişdir.
52. Məhkəmə kollegiyası şikayətin pandemiya səbəbindən cavabdehin fəaliyyət göstərməməsinə dair dəlilinə münasibətdə bildirir ki, işdən cavabdehlərin fors-major hallar barədə iddiaçıya nəzərdə tutulmuş müddətdə və qaydada məlumat verilməsi, habelə iddia ərizəsinin məhkəməyə daxil olmasından iki ildən artıq vaxt keçməsinə və cavabdehin öhdəliklərini icra etmək şansını itirməməsinə baxmayaraq borcun ödənilməsi istiqamətində hər hansı tədbirlər görülməsi də iş materialları ilə müəyyən edilməmişdir.
53. MM-in 739-cu maddəsinə uyğun olaraq, borc müqaviləsinə görə, borc verən pula mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi, borc alan aldığı pulu borc verənə qaytarmağı öhdəsinə götürürlər. Borc müqaviləsinin məbləği pul olduqda, o, kredit müqaviləsi adlanır. MM-in 135.1-ci maddəsin in məzmunundan aydın olur ki, pullar da əşyadır.
54. Konstitusiya Məhkəməsi Plenumunun MM-in 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinə dair 2015-ci il 14 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə də kredit müqaviləsi üzrə verilmiş pul kredit verənin mülkiyyətində olan istənilən valyutada ola bilir və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir.
55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 56. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmışdır.
58. Məhkəmə kollegiyası kassasiya şikayətinə qarşı etirazın dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı halda kassasiya şikayətinin dəlillərinə yuxarıda göstərilən qaydada hüquqi qiymət verildiyindən, kassasiya şikayətinə qarşı etirazın dəlillərinə də qiymət verilməsi zərurəti aradan qalxmışdır.
59. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə n əticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
60. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 aprel tarixli, 2-2(105)-48/2023 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
61. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
62. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabedeh Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 aprel tarixli, 2-2(105)-48/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.