Məhkəmə qərarları › İş №2-2(102)-499/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-499/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-499/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh “11 saylı X2 Müəssiəsi” MMC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdeh “11 saylı X3 Müəssisəsi” MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun, cərimənin tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli 2-2(103)52/2022 saylı qətnaməsin dən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İcarəyə verən "xxxx" MMC (bundan sonra – “iddiaçı”) ilə icarəçi “11 saylı X2 Müəssisəsi” MMC (bundan sonra – “cavabdeh”) arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli AZTX/312 saylı icarə müqaviləsindən görünür ki, icarəyə verən müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında müqaviləyə əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 2.2-ci bəndinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir; - 4.1-ci bəndinə əsasən, icarə haqqı aylıq ödənilir; - 4.2-ci bəndinə əsasən, aylıq icarə haqqı hər icarə obyekti üçün əlavələrdə müəyyən edilir; 4.2.1-ci bəndinə əsasən, aylıq icarə haqqına ƏDV (əlavə dəyər vergisi) daxil deyil; - 4.3-cü bəndinə əsasən, icarəyə verən icarə obyektinin təslim tarixindən növbəti ayın eyni günündə və sonrakı ayların da eyni günlərində bir icarə məbləğinə ƏDV əlavə edərək hesab-faktura hazırlayacaq; - 4.4-cü bəndinə əsasən, xidmətlərə görə ödəmələr icarəyə verənin təqdim etdiyi düzgün və əsaslandırılmış hesab-fakturanın icarəçi tərəfindən təsdiq edilməsindən sonra 5 iş günü ərzində həyata keçirilir; - 4.5-ci bəndinə əsasən, icarəyə verən icarə obyektini müqavilədə qeyd olunmuş iş yeri və tətbiqinə uyğun işlərdə günlük 10 saat (1 saat fasiləsi daxil olmaqla), aylıq 234 saat (nahar fasilələri daxil deyil) olmaqla icarəyə verir; - 4.6-cı bəndinə əsasən, icarəçi icarə obyektini gün ərzində 10 saatdan (nahar fasiləsi daxil olmaqla) artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunur: (Aylıq icarə haqqı/234 saat) * əlavə iş saatı; - 4.7-ci bəndinə əsasən, icarəçi icarə obyektini gün ərzində icarə obyektində icarəyə verən tərəfindən heç bir əngəl olmadığı halda 9 saatdan az istifadə edərsə, icarə obyektinin iş saatı 9 saatdan (nahar fasiləsi daxil deyil), icarə haqqı isə “aylıq icarə haqqı/234*9 saat” kimi hesablanır; - 4.10-cu bəndinə əsasən, faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənmədiyi halda, illik 5%-i keçməmək şərti ilə günlük 0,01 % ödəmə faizi hesablanacaq. İcarəçi icarə haqlarını faktura tar ixindən 5 iş günü ərzində ödəyəcəyini bəyan və qəbul edir. İcarəyə verən icarə haqlarının ödənişinin gecikməsi durumunda müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna sahibdir.

2. Həmin icarə müqaviləsinə 1 saylı Əlavədən görünür ki, “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JH-***, 99-JX341, **-JH-***, **-JH-***, **-JH-***, **-JH-***, **-JF-***, **-JA-***, **-JA-*** və **-JH-*** dövlət qeydiyyat nişanlı texnikalar üçün icarə haqqı aylıq 5.000 manat (ƏDV daxil olmamaqla), saatlıq 21,4 manat (ƏDV daxil olmamaqla) məbləğində müəyyən edilmişdir.

3. Həmin icarə müqaviləsinə 2 saylı Əlavədən görünür ki, “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JX-***, 99-JH695, **-JF-***, **-JH-*** və **-JX-*** dövlət qeydiyyat nişanlı texnikalar üçün icarə haqqı aylıq 5.000 manat (ƏDV daxil olmamaqla), saatlıq 21,4 manat (ƏDV daxil olmamaqla) məbləğində müəyyən edilmişdir.

4. Həmin icarə müqaviləsinə 5 saylı Əlavədən görünür ki, aşağıdakı “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JA-***, 99-JX340, **-JR-***, **-JF-***, **-JA-***, **-JH-*** və **-JX*** dövlət qeydiyyat nişanlı texnikalar üçün icarə haqqı aylıq 5.000 manat (ƏDV daxil olmamaqla), saatlıq 21,4 manat (ƏDV daxil olmamaqla) məbləğində müəyyən edilmişdir.

5. Həmin icarə müqaviləsinə 8 saylı Əlavəydən görünür ki, “Volvo” markalı, 2014-cü il buraxılışlı 110- FX-976 dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 9.500 manat (ƏDV daxil deyil), saatlıq 40,6 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2015-ci il buraxılışlı 90-T-818 dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 6.500 manat (ƏDV daxil deyil), saatlı q 27,8 manat (ƏDV daxil deyil) məbləğində müəyyən edilmişdir.

6. Həmin icarə müqaviləsinə 9 saylı Əlavədən görünür ki, “Komatsu” markalı, 18-T783 dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 9.500 manat (ƏDV daxil deyil), saatlıq 40,6 manat (ƏDV daxil deyil) məbləğində müəyyən edilmişdir.

7. Həmin icarə müqaviləsinə 10 saylı Əlavədən görünür ki, “Volvo” markalı, 2014-cü il buraxılışlı 1**-FX-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 9.500 manat (ƏDV daxil deyil), saatlıq 40,6 manat (ƏDV daxil deyil) məbləğində müəyyən edilmişdir. 8. 2019-cu ildə iddiaçı tərəfindən 7 mart tarixli, EAAR seriyalı, 387.861 saylı elektron qaimə tərtib edilərək 133.840,42 manat; 8 aprel tarixli, EAAS seriyalı, 745.836 saylı elektron qaimə tərtib edilərək 161.119,56 manat; 7 may tarix li, EAAU seriyalı, 090874 saylı elektron qaimə tərtib edilərək 184.149,62 manat; EAAV seriyalı, 741575 saylı elektron qaimə tərtib edilərək 214.722,24 manat; 11 iyul tarixli, EAAX seriyalı, 022953 saylı elektron qaimə tərtib edilərək 227.122,86 manat; 14 avqust tarixli, EAAY seriyalı, 462064 saylı elektron qaimə tərtib edilərək 212.994,72 manat; 4 oktyabr tarixli, EBAA seriyalı, 791494 saylı elektron qaimə tərtib edilərək 234.939,18 manat məbləğində haqqın ödənilməsi cavabdehdən tələb edilmişdir.

9. İddiaçı 2019-cu il 19 dekabr tarixli AZT/Xİ-1526 nömrəli pretenziya məktubu ilə cavabdehə müraciət edərək, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarə haqqı və gecikidirilmiş günlər üzrə cərimələr də daxil olmaqla, ümumilikdə 82.837,71 manat məbləğində pulun 14 gün ərzində iddi açıya ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

10. Pretenziyaya əlavə edilmiş e-qaimələrin siyahısından görünür ki, 2019-cu il 2 sentyabr tarixində icarəçiyə göndərilmiş 683 saylı e-qaiməyə əsasən, icarəçi tərəfindən 199.101 manat əsas məbləğ və 35.838,18 manat ƏDV olmaqla, cəmi 234.939,18 manat məbləğində icarə haqqı ödənilməlidir. Lakin icarəçi qeyd edilən icarə haqqından 152.885,87 manat hissəsini ödəmiş, 82.083,31 manat hissəsi isə bu günə qədər ödənilməmiş qalmışdır. Tərəflər arasında bağlanan AZTX/312 saylı, 2019-cu il 18 yanvar tarixli icarə müqaviləsinin 4.1-ci maddəsinə əsasən, icarə haqqı aylıq ödənilir. Həmin müqavilənin 4.3 və 4.4-cü maddələrinə əsasən, icarəyə verən icarə obyektinin təslim tarixindən növbəti ayın eyni gün ündə və sonrakı ayların da eyni günlərində bir aylıq icarə məbləğinə ƏDV əlavə edərək hesab-faktura tərtib edir, həmin hesab-faktura icarəçi tərəfindən təsdiq edildikdən sonra 5 iş günü ərzində ödəniş həyata keçirilir. Müqavilənin 4.10-cu maddəsinə əsasən, faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənilmədiyi halda illik 5%-i keçməmək şərti ilə günlük 0,01% gecikmə faizi hesablanır. Beləliklə, sonuncu e-qaimənin göndərildiyi 2019-cu il 2 sentyabr tarixindən 5 iş günü nəzərə alınmaqla, 2019-cu il 9 sentyabr tarixindən hər gecikdirilmiş gün üçün 0,01% həcmində cərimə hesablanması üçün müddət başlayır. Bu da hər gün üçün 82.083,31 x 0.01%=8,20 manat cərimə təşkil edir. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb ol unmuş, bundan əlavə, 2019-cu il 9 dekabr tarixində müqavilədən irəli gələn öhdəliklərin icrası barədə pretenziya məktubu göndərilmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Göstərilənlərə əsasən, hesab edirlər ki, tərəflər arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli icarə müqaviləsinə əsasən, cavabdehdən ödəməli olduğu 82.083,31 manat əsas borc və müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün 0,01% (cərimənin hesablanmağa başladığı 2019-cu il 9 sentyabr tarixindən iddia ərizəsinin verildiyi tarixədək 185 günün keçdiyi nəzərə alınmaqla), yəni 185 x 8,20=1.517 manat cərimə məbləğinin, ümumilikdə 83.600,31 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edi lməlidir. Bundan əlavə, tərəflər arasında bağlanan müqavilənin 4.5-ci maddəsinin tələbərinə əsasən, icarəyə verən icarə obyektini müqavilədə qeyd olunmuş iş yeri və tətbiqinə uyğun işlərdə günlük 10 saat (1 saat nahar fasiləsi daxil olmaqla), aylıq 234 saat (nahar fasilələri daxil deyil) olmaqla icarəyə verir. Müqavilənin 4.6-cı maddəsinə əsasən, icarəçi icarə obyektini gün ərzində 10 saatdan (nahar fasiləsi daxil olmaqla) artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən, artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunur: (Aylıq icarə haqqı/ 234 saat)* əlavə iş saatı). Müqavilənin tələblərinə uyğun olaraq GPRS sistemi əsasında texnikaların müqavilə şərtlərindən əlavə olaraq artıq iş saatlarında istifadə edilməsi müəyyən edilmiş və buna müvafiq olaraq texnikaların he sablanmış əlavə iş saatları üzrə 273.318,24 manat (əsas məbləğ ) və 49.197,28 manat (ƏDV məbləği ) məbləğində sistemə daxil edilən e-qaimələr icarəçi tərəfindən qəbul edilməyərək geri qaytarılmışdır. Geri qaytarılmaya səbəb “səhv” olaraq göstərilmişdir. Geri qaytarılan e-qaimələr qeyd olunmuşdur. Əlavə edilmiş cədvələ müvafiq olaraq cavabdehdən müqavilə tələblərinə uyğun olaraq texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən 273.318,24 manat əsas və 49.197,28 manat ƏDV məbləği olmaqla, ümumilikdə 322.515,52 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir.

11. İddiaçı tərəfindən tərtib edilmiş 2020-ci il 10 mart tarixli maliyyə arayışına əsasən, tərəflər arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli AZTX/312 saylı icarə müqaviləsi əsasında icarəyə verənə məxsus texnikaları n 2019-cu ilin yanvar-avqust ayları ərzində icarəçinin təyin etdiyi ərazidə fəaliyyət göstərməsi ilə əlaqədar qeyd olunan aylar üzrə ümumilikdə 1.199.838,47 manat (əsas məbləğ) və 215.970,92 manat (ƏDV məbləği) icarə haqqı hesablanmış və icarəçi tərəfindən icarəyə verənə ümumilikdə 1.129.755 manat (əsas məbləğ) və 203.355,90 manat (ƏDV məbləği) ödənilmişdir. Hesablanmış icarə haqqı üzrə icarəçinin icarəyə verənə 70.083,47 manat əsas məbləğ və 12.615,02 ƏDV məbləği ödənilməmiş borcu qalmışdır. Texnikaların əlavə iş saatları üzrə 273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV məbləğinə dair sistemə daxil edilən e-qaimələr icarəçi tərəfindən qəbul edilməyərək geri qaytarılmış və geri qaytarılmaya səbəb “səhv” olaraq göstərilmişdir.

12. Cavabdeh müəssisənin direktoru Qanuni nümayəndə2 tər əfindən 2020-ci il 20 avqust tarixində “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq 2019-cu il 18 yanvar tarixli AZTX/312 saylı icarə müqaviləsinə əsasən, qeyd olunan adda ağır texnika, yük maşınları və digər nəqliyyat vasitələri, icarə haqqı və ödəniş şərtləri müqavilədə müəyyən iddiaçıdan icarəyə götürülmüş və nəticədə icarə haqqından icarə verənə 82.083,31 manat məbləğində ödənilməmiş borc qalmışdır. Lakin iddia tələbində iddiaçı tərəfindən iddia edilən texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən 273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV məbləği olmaqla, ümumilikdə 322.515,52 manat məbləğində borcun olması hissəsində iddianın əsassız olduğunu, texnikaların müqavilə üzrə müəyyən edilmiş müddətlərdə işlədildiyini qeyd etmi şdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı 2020-ci il 16 mart tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, AZTX/312 saylı, 2019-cu il 18 yanvar tarixli icarə müqaviləsinə əsasən, icarəyə verilmiş icarə obyektləri (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) üzrə icarə haqqı qismində 82.083,31 (ƏDV daxil) manat əsas borc və gecikdirilmiş günlər üzrə hesablanmış 1,517 manat cərimə pulu daxil olmaqla, ümumilikdə 83.600,31 manat (ƏDV daxil) məbləğində pul, həmçinin texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən 273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV məbləği olmaqla, ümumilikdə 322.515,52 manat məbləğində pul olmaqla, cəmi 406.115,83 manat və 30 manat öd ənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2019-cu il 18 yanvar tarixində bağlanmış icarə müqaviləsinə əsasən, icarəçinin istifadəsinə verilmiş müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektlərinin (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) istifadəsinə görə göndərilmiş sonuncu aylıq hesab-faktura bu günə qədər icarəçi tərəfindən tam ödənilməmişdir.

15. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 14.2.1, 389.1, 390.1, 442, 373-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 24.1-ci maddələrinə istinad edilmişdir.

16. Cavabdeh tərəfində n iddia tələbinə dair etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının iddia ərizəsi qismən əsassız olduğundan tələb qismən təmin edilməli və onlardan 70.053 manat əsas və 12.030,31 manat ƏDV olmaqla 82.083,31 manat borcun tutulmasına dair qətnamə qət edilməsi xahiş edilmişdir.

17. Belə ki, tərəflər arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli AZTX/312 saylı icarə müqaviləsinə əsasən qeyd olunan adda ağır texnika, yük maşınları və digər nəqliyyat vasitələri, icarə haqqı və ödəniş şərtləri müqavilədə müəyyən edilməklə iddiaçıdan icarəyə götürülmüşdür. Azərbaycan Respublikasının Prezident cənab X6-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında 2018-ci il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq hazırda Ağdaş rayonunda yerləşən Ləki stansiyasından Qəbələ rayon u istiqamətində birxətli dəmir yolunun tikintisi cavabdeh tərəfindən həyata keçirilir və iddiaçı ilə bağlanmış icarə müqaviləsində nəzərdə tutulmuş icarə obyektləri həmin dəmir yolu xəttinin tikintisinə cəlb edilmişdir.

18. Müqavilə bağlandığı tarixdən etibarən iddiaçıya məxsus ağır texnika, yük maşınları və digər nəqliyyat vasitələri 2019-cu ilin yanvar-avqust ayları ərzində təyin edilən ərazilərdə fəaliyyət göstərmişdir. Həmin müddət ərzində icarə obyektlərinin icarə haqqı ümumilikdə 199.838,47 manat əsas və 215.970,92 manat ƏDV hesablanmış və iddiaçıya ümumilikdə 1.129.755 manat əsas və 203.355,90 manat ƏDV ödənilmiş, icarə haqqından icarə verənə 70.053 manat əsas və 12.030,31 manat ƏDV olmaqla 82.083,31 manat ödənilməmiş borc olaraq qalmışdır. Müqavilənin 3-cü bəndinə əsasən, müqavilən in qüvvəyə mindiyi gündən 7 gün müddətinə müqavilədə nəzərdə tutulan icarə obyektləri icarəyə verən tərəfindən icarəçiyə, avadanlığın ümumi vəziyyətini ətraflı bildirən AKT-lar vasitəsi ilə təhvil verilməli və geri daşınan zaman da həmin formada da təhvil alınmalı idi.

19. Lakin icarə obyektlərinin təhvil verilməsi və geri daşınması zamanı avadanlıqların ümumi vəziyyətini ətraflı bildirən AKT-lar tərəflər arasında tərtib edilməmiş və imzalanmamışdır. Buna səbəb isə müqavilədə nəzərdə tutulmuş icarə obyektləri üçün icarəyə verən tərəfindən servis komandası yaradılmasını və icarə obyektlərinin vaxtında servis olunmasını və əsaslı təmirini, eləcə də bununla bağlı texniki xidməti həyata keçirməyi üzərinə öhdəlik götürmüş və icarəçi tərəfindən isə icarəyə verənin qeyd edilən xidmətləri həyata k eçirməsi üçün icarə obyektlərinin işlədiyi ərazidə şərait yaradılmasını üzərinə öhdəlik götürmüşdür (müqavilənin 5.1.2 və 5.2.10 bəndləri).

20. Buradan da belə bir nəticəyə gəlinir ki, müqavilədə nəzərdə tutulmuş avadanlıqlar icarəçinin istismarında deyil, istifadəsində olmuş və dəmir yolu xəttinin tikintisi üçün nəzərdə tutulmuş tikinti materiallarının (qum, çınqıl) bir nöqtədən digərinə daşınmasından ibarət olmuşdur. İcarəçi tərəfindən təmin edilmiş ərazidə isə servis komandası yaradılması və icarə obyektlərinin vaxtında servis olunaraq, əsaslı təmiri, eləcə də digər texniki xidmətlər edilməsi icarəyə verən tərəfindən həyata keçirildiyindən və icarə obyektlərinin təhvil verilməsi və geri daşınması zamanı avadanlıqların ümumi vəziyyətini ətraflı bildirən AKT-lar isə tərəflər arasında tərt ib edilmədiyi üçün icarə obyektlərinin məhz icarəçi tərəfindən əlavə iş saatlarına cəlb edilməsinə dair iddiası tam əsassızdır.

21. Müqavilənin 3.2-ci bəndinə əsasən, icarə obyekti icarəçiyə avadanlığın ümumi vəziyyətini ətraflı bildirən AKT-lar vasitəsi ilə təhvil verilməli və geri daşınan zaman da həmin formada da təhvil alınmalı idi. Müqavilənin 4.5 və 4.6-cı bəndinə əsasən “icarəyə verən” icarə obyektini müqavilədə qeyd olunmuş iş yeri və tətbiqinə uyğun işlərdə günlük 10 saat (1 saat nahar fasiləsi daxil olmaqla), aylıq 234 saat (nahar fasiləsi xaric) olmaqla icarəyə verir. İcarəçi icarə obyektinin gün ərzində 10 saatdan (nahar fasiləsi daxil olmaqla) artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunmalı idi (aylıq icarə haqqı/234 saat) əlavə iş saatı.

22. İşə əlavə edilmiş 2019-cu ilin fevral-avqust aylarında iddiaçının nümayəndəsi Şöhrət Musayevin iştirakı ilə hazırlanaraq imzalanmış və həmin aktların əsasında tərtib edilmiş elektron qaimələrin formasından da göründüyü kimi icarə obyektlərinin işləmə qaydası və buna uyğun ödəniləcək icarə haqqı, nəqliyyat vasitələrinin istifadə olunmuş ümumi iş saatı hesablanaraq aylıq icarə haqqı təsdiqlənmişdir. İcarə obyektlərinin əlavə iş saatlarına cəlb edilməsi barədə aktda heç bir bildiriş və razılaşma qeyd edilməmiş, əlavə ödənişlə bağlı tələb olmamışdır. İcarə müqaviləsində icarə obyektlərinin müqavilədə qeyd olunmuş işlərdə günlük 10 saat (1 saat nahar fasiləsi daxil olmaqla), aylıq 234 saat (nahar fasiləsi xaric) olması nəzərdə tutulmuş, müqaviləyə əlav ələrdə özüboşaldan yükdaşıyan avtomobillərin aylıq icarə haqqı 5.000 manat, saatlıq icarə haqqı 21.4 manat, ekskavatorların isə aylıq icarə haqqı 9.500 manat, saatlıq icarə haqqı 40,6 manat müəyyən olunmuşdur.

23. Lakin tərəflər arasında tərtib edilmiş aktlarda həmin nəqliyyat vasitələrinin iş rejimi, aylıq iş günləri müəyyən edilməklə, bir günü, özüboşaldan yükdaşıyan avtomobilləri üçün 192 manat, ekskavatorlar üçün isə 250 manat və 365 manat müəyyən edilərək, tərəflər arasında akt tərtib edilmiş, həmin akt əsasında da iddiaçı tərəfdən elektron qaimələr göndərilmişdir. Həmin aktlara nəzər salsaq, özüboşaldan yükdaşıyan avtomobilləri üçün bir gününün qiyməti olaraq hesablanmış 192 manatı, saatlıq icarə haqqı olaraq müəyyən edilmiş 21,4 manata böldükdə (192 manat / 21,4 manat = 8,9 saat) tə qribi olaraq gündəlik 9 saatdan artıq olmur ki, bu isə müqavilədə nəzərdə tutulmuş gündəlik 10 saat limitini aşılmaması deməkdir. Bundan əlavə, 2019-cu il 30 aprel tarixli aktdan görünür ki, özüboşaldan yükdaşıyan avtomobillərin aylıq icarə haqqı, müqaviləyə əlavələrdə nəzərdə tutulmuş 5.000 manatdan artıq hesablanmışdır. Bu isə o deməkdir ki, nəqliyyat vasitələrinin artıq iş saatı hesablanaraq akta əlavə edilərək, elektron qaimə iddiaçı tərəfindən həmin aktın əsasında göndərilmişdir.

24. Bundan əlavə, iddiaçı icarə müqaviləsində qeyd edilən nəqliyyat vasitələrinin əlavə iş saatlarına cəlb edilməsinə görə müəyyən edilmiş 322.515.52 manat borc məbləğini təsdiq edən mötəbər sübutu iş materiallarına əlavə etməmiş, əksinə, iddia ərizəsinə əlavə edilmiş 2019-cu ilin fevral-sentyabr aylarını əha tə edən maliyyə arayışında 70.053 manat əsas və 12.030,31 manat ƏDV olmaqla 82.083,31 manat ödənilməmiş borc qalığı öz əksini tapmışdır.

25. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 19 oktyabr tarixli e-2-2(113)1176/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və qərardadla ekspert qarşısında aşağıdakı sual verilmişdir: - Tərəflər arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli AZTX/312 saylı icra müqaviləsi üzrə iddiaçıya məxsus texnikalar icarəçi tərəfindən əlavə iş saatlarına cəlb olunubmu, olunubsa, həmin saatlara görə ödənilməli məbləğ nə qədər təşkil edir?

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 20 aprel tarixli 9/5020 saylı ekspert rəyində qeyd olunur ki, tərəflər arasında bağlanmış AZTX/312 saylı 2019-cu il 18 yanvar tarixli icarə müqaviləsi üzrə iddiaçıya məxsus texnikaların icarəçi tərəfindən əlavə iş saatlarına cəlb olunmasını və olunubsa, həmin saatlara görə ödənilməli məbləğin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, rəyin tədqiq hissəsində (səh. 5/6) göstərilir ki, məhkəməmühasibat ekspertizası yoxlama materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. Lakin iş materiallarında icarə müqaviləsi üzrə iddiaçıya məxsus texnikaların icarəçi tərəfindən əlavə iş saatlarına cəlb olunmasını və olunubsa, həmin saatlara görə ödənilməli məbləğin nə qədər təşkil etməsini müəyyən etmək üçün audit aktı və sənədlər tam şəkildə mövcud deyildir.

27. Bundan başqa, vəsatətə əsasən təqdim edilmiş CD diskdə vəsatətdə göstərilənlər müəyyən olunmadı. Bu səbə bdən də, tərəflər arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli AZTX/312 saylı icarə müqaviləsi üzrə iddiaçıya məxsus texnikaların icarəçi tərəfindən əlavə iş saatlarına cəlb olunmasını və olunubsa, həmin saatlara görə ödənilməli məbləğin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin iş materiallarında iddiaçının 2020-ci il 18 yanvar tarixli maliyyə arayışı öz əksini tapmışdır ki, həmin maliyyə arayışında ödənilməli olan borcun məbləği 82.083.31 manat göstərilmişdir. Həmçinin həmin arayışda hesablanmış əlavə iş saatları üzrə isə 273.318.24 manat (əsas məbləğ) və 49.197.28 manat (ƏDV məbləğ) sistemə daxil edilən e-qaimələr icarəçi tərəfindən qəbul edilməyərək geri qaytarıldığı (geri qaytarmaya səbəb “səhv” olaraq göstərilmişdir) göstərilmişdir. Bundan başqa, iş materia llarından göründüyü kimi, cavabdeh tərəfindən 82.083,31 (ƏDV ilə) manat borc məbləği qəbul edilmişdir.

28. Bundan əlavə, ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, iş materiallarında iddiaçının 2020-ci il 10 mart tarixli maliyyə arayışı mövcuddur ki, həmin maliyyə arayışında ödənilməli olan borcun məbləği 82.083.31 (ƏDV ilə birlikdə) manat göstərilmişdir. Həmçinin həmin arayışda hesablanmış əlavə iş saatları üzrə isə 273.318,24 manat və 49197,28 manat sistemə daxil edilən e-qaimələrin icarəçi tərəfindən qəbul edilməyərək geri qaytarıldığı (geri qaytarmaya səbəb “səhv” kimi göstərilmişdir) əksini tapmışdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən 82.083,31 manat borc məbləği qəbul edilmişdir.

29. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 4 iyun tarixli e-2-2(113)-115/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 82.083,31 manat əsas borc, 1.517 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 6 manat olmaqla cəmi 83.606,31 manat məbləğində pul iddiaçının xeyrinə tutulmuş, ödənilmiş dövlət rüsumunun 24 manat hissəsi iddiaçıya aid edilmiş, iddia qalan hissədə təmin edilməmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 41 manat hissəsi cavabdehdən, 159 manat hissəsi iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – Z.Axundova).

30. Məhkəmənin mövqeyinə görə, iddaçı cavabdehdən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsini, yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və ƏDV daxil 82.083,31 manat məblə ğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

31. Cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və cavabdehdən iddiaçının xeyrinə 1.517 manat məbləğində cərimə borcu tutulmalıdır.

32. İddia tələbinin digər hissəsi texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən 273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV məbləği olmaqla, ümumilikdə 322.515,52 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsindən ibarətdir. İddiaçı tərəfindən iddia edilən texnikaların əlavə iş saatlarına cəlb edilməsi işin gedişində sübuta yetirilə bilməmiş və ümumilikdə əlavə iş saatlarına görə 322.515,52 manat borcun yaranmasını təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, ekspertiza təyin olunmuş, lakin verilən rəydə qeyd olunmuşdur ki, icarə müqaviləsi üzrə iddiaçıya məxsus texnikaların icarəçi tərəfindən əlavə iş saatlarına cəlb olunmasını və olunubsa, həmin saatalara görə ödənilməli məbləğin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, əlavə iş saatları ilə bağlı e-qaimələr cavabdeh tərəfindən qəbul olunmayaraq, “səhv” qeydi ilə geri qaytarılmışdır. Bununla da, texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən cavabdehin iddiaçıya ümumilikdə 322.515,52 manat məbləğində borcunun yaranması sübuta yetirilmədiyindən, iddia tələbi həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin olunmamalıdır.

33. Məhkəmə bu qənaətini MM-in 385.1, 386.1, 442, 448.1, 700.1, 700.2-ci maddələrinə və MPM-in 14.2, 76.1, 77.1, 119.1-ci maddələrinə istinad etməklə istinad etməklə əsaslandırmışdır.

34. İddiaçı həmin qətnamədən 2021-ci il 12 iyul tarixində apellyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli 2-2(103)-1035/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və qərardadla ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - Tərəflər arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli müqaviləsi üzrə iddiaçıya məxsus texnikaların əlavə iş saatlarına cəlb olun ma müddətləri ilə bağlı təqdim edilmiş, iş materiallarının birinci cildinin 215-231-ci vərəqlərinə əlavə edilmiş GPRS sistemindən çıxarış əsasında hesablama həyata keçirilərsə, texnikaların əlavə iş saatlarına cəlb edilməsinə görə cavabdehin müqavilə şərtləri nəzərə alınmaqla ödəməli olduğu məbləğ nə qədər təşkil edir?

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 4 mart tarixli 9/8222 saylı ekspert rəyinə görə, tərəflər arasında bağlanmış 2019cu il 18 yanvar tarixli icarə müqaviləsi üzrə iddiaçıya məxsus texnikaların əlavə iş saatlarına cəlb olunma müddətləri ilə bağlı təqdim edilmiş, iş materiallarındakı GPRS sistemindən çıxarış (cild 1, vərəqə 215-231) əsasında hesablama həyata keçirilərək texnikaların əlavə iş saatlarına cəlb edilməsinə gör ə cavabdehin müqavilə şərtləri nəzərə alınmaqla ödəməli olduğu məbləğin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, məhkəmə-mühasibat ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. Lakin iş materiallarında yoxlama (təftiş, audit) materialları və mühasibat sənədləri tam şəkildə mövcud deyildir.

37. Bununla yanaşı, iddiaçının 2020-ci il 10 mart tarixli maliyyə arayışında ödənilməli olan borcun məbləği 82.083,31 (ƏDV ilə) manat göstərilmişdir. Həmçinin həmin arayışda hesablanmış əlavə iş saatları üzrə isə 273.318,24 manat (əsas məbləğ) və 49.197,28 manat (ƏDV məbləği) sistemə daxil edilən e-qaimələrin icarəçi tərəfindən qəbul edilməyərək geri qaytarıldığı (geri qaytarmaya səbəb “səhv” kimi göstərilmişdir) əksini ta pmışdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən 82.083,31 manat borc məbləği qəbul edilmişdir.

38. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli 2-2(103)-52/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkməsinin qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilərək cavabdehdən iddiaçı xeyrinə texnikaların əlavə iş saatlarına cəlb edilməsinə görə 322.515,52 manat (ƏDV daxil) məbləğində pul tutulmuş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülülməsi qət edilmişdir (sədrlik edən hakim – V.Baxışova, hakimlər –R.Qurbanov, V.Məmmədov).

39. Apellyasiya instansiyası qeyd etmişdir ki, iddiaçının təmin olunmayan iddia tələbi cavabdehə icarəyə verilmiş texnikaların 2019-cu ilin yanvar-avqust aylarında əlavə iş saatlarına cəlb edilməsinə görə hesablanmış ƏDV daxil 322.515,52 manat borcun cavabdehdən tutulmasıdır. İddiaçının bu tələbinin əsasını icarə müqaviləsinin 4.6-cı bəndi təşkil edir. Müqaviləsinin 4.6-cı bəndinə əsasən, icarəçi icarə obyektini gün ərzində 10 saatdan (nahar fasiləsi daxil olmaqla) artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunur: (Aylıq icarə haqqı/ 234 saat)* əlavə iş saatı.

40. İcarə verilmiş texnikaların və nəqliyyat vasitələrinin sayı, markası, modeli dövlət qeydiyyat nişanı, aylıq icarə haqqı müqaviləyə əlavələrlə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Əlavələrə əsasən, cavabdehə hər biri aylıq 5.000 manata (saatlıq icarə haqqı 21,4 manat olmaqla) “Volvo” markalı özüboşaldan maşınlar, aylıq icarə haqqı 9.500 və 6.500 manat olan 3 ədəd “Volvo” markalı ekskavator, aylıq icarə haqqı 9.500 manat olan “Komatsu” markalı texnika icarəyə verilmişdir.

41. Cavabdeh icarə müqaviləsini bağlayarkən icarəyə verilmiş nəqliyyat vasitələrinin və texnikaların gün ərzində razılaşdırılmış iş saatından əlavə iş saatlarında istifadəsinin GPRS sistemi vasitəsilə müəyyən edilməsinə dair şərtlə razılaşdığından həmin sistemdən çıxarışın mötəbərliyinə etiraz etməsi əsaslı hesab edilə bilməz.

42. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən GPRS sistemindən çıxarışd akı məlumatlar əsasında icarə müqaviləsinin şərtlərinə uyğun hesablanmış 322.515,52 manat borcun hesablanma qaydasına dair izahlı maliyyə arayışı təqdim edilmiş, sonuncu məhkəmə iclasında isə iddiaçının nümayəndəsi “A+A Security” MMC-nin (bundan sonra – “MMC”) X1ması Sisteminə iclas zalında kompyuter vasitəsi ilə giriş edərək iddiaçıya məxsus nəqliyyat vasitələrinin və texnikaların işinə hansı qaydada nəzarət edildiyi, həmin sistemdən məlumatların hansı qaydada çıxarıldığını əyani şəkildə nümayiş etdirmişdir. Sistemə baxış nəticəsində müəyyən edilmişdir ki, sistemdəki məlumatların iddiaçı və ya digər kənar şəxs tərəfindən dəyişdirilməsi, o cümlədən sistemə müdaxilə edilməsi mümkün deyil. İddiaçı yalnız MMC tərəfindən verilmiş giriş kodu vasitəsi ilə həmin sistemə daxil olaraq zəruri məluma tları əldə edə bilir.

43. Eyni zamanda, tərəflərin nümayəndələri arasında tərtib edilmiş, icarəyə verilmiş obyektlərin istifadə edildiyi günlərin və reyslərin sayı barədə aktlarda texnikaların və nəqliyyat vasitələrinin əlavə iş saatlarının qeyd edilməməsi və həmin saatlara görə tələb olunan borcun iddiaçı tərəfindən hər ay təqdim edilmiş elektron qaimədə öz əksini tapmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında cavabdehin öz etirazında istinad etdiyi aktlarda icarəyə verilmiş texnikaların və nəqliyyat vasitələrinin iş saatları deyil, iş günlərinin və reyslərin sayı qeyd edilmişdir. İddiaçının icarəyə verilmiş obyektlərin əlavə iş saatlarına görə ödənişi 3 illik iddia müddəti ərzində (müqavilədən irəli gələn tələb olduğu nəzərə alınarsa) cavabdehdən tələb etmək hüququ olduğundan, bu ödənişlərin hər ay tələb edilməməsi iddianın təmin edilməməsi üçün əsas ola bilməz.

44. Məhkəmə öz mövqeyini MPM-in 372.6 və 385.1.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

45. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 28 aprel tarixində tərəflərin elektron kabinetlərinə yerləşdirilmişdir.

46. Cavabdeh 2022-ci il 2 iyun tarixində kassasiya şikayəti verərək, qətnamənin qismən – 273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV olmaqla, cəmi 322.515,52 manat tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

47. MM-in 390, 425.1, 442, 529.5 və 560.3.4-cü maddələri üzrə - Öhdəliyin ya ranma əsaslarına görə iddiaçı tərəfindən göstərilən xidmətlərə görə icarə haqqı aylıq və yalnız köçürmə yolu ilə ödənilməli, hər icarə obyekti üçün Əlavələrdə müəyyən edilməli, icarəyə verən icarə obyektinin təslim tarixindən növbəti ayın eyni günündə və sonrakı ayların da eyni günlərində bir icarə məbləğinə ƏDV əlavə edərək hesab-faktura hazırlamalı idi (müqavilənin 4.1, 4.2 və 4.3-cü bəndləri). Göründüyü kimi, tərəflər aylıq ödənişlərin məbləğini, ona Əlavələr şəklində razılaşdırılmış ödəniş tarixini və qaydasını dəqiq olaraq öz aralarındakı müqavilədə göstərmişlər. Məhz buna görə, hər ay tərəflərin əməkdaşları (nümayəndələri) tərəfindən təsdiqlənmiş 2019-cu il 31 yanvar, 28 fevral, 31 mart, 30 aprel, 31 may, 30 iyun, 31 iyul və 31 avqust tarixli aktlara əsasən, görülən işlərə (xidmətə) görə ödəniş məbləğlərinin həcmi müəyyən edilmiş, həmin məbləğlərə əsasən, iddiaçı tərəfindən göndərilmiş e-qaimələr cavabdeh tərəfindən təsdiq edilərək hər ay icarəçi tərəfindən müvafiq ödənişlər edilmişdir. Lakin sonradan icarədar icarəçidən müqavilənin 4.6-cı bəndinə əsasən, 273.318,24 manat əsas və 49.197,28 manat ƏDV olmaqla, cəmi 322.515.52 manat məbləğində icarə haqqı tələb edilmişdir. Həmin bəndə görə, icarəçi icarə obyektini gün ərzində 10 saatdan (nahar fasiləsi daxil olmaqla) artıq istifadə etdiyi təqdirdə, GPRS sisteminə əsasən, artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunur. (Aylıq icarə haqqı/234 saat) əlavə iş saatı. Apellyasiya instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə səhvə yol vermişdir. Tərəflər arasında olan aylıq hesablaşmalar (aylıq icarə h aqları və varsa, əlavə saatlara görə haqq) hər bir ay üzrə hesablanmış və tərəflərin imzaları ilə tərtib edilən Aktlarla təsdiq edilmişdir. Qeyd edilən Aktlar həmin ay üzrə tərəflər arasında olan bütün hesablaşmaları özündə əks etdirdiyi üçün bir aydan növbəti aya ödənilməmiş hər hansı icarə haqqı qalmamışdır. Həmin aktlar ay ərzində olan bütün hesablaşmaları, eyni zamanda əlavə iş saatlarına (əgər varsa) görə hesablanan icarə haqlarını əhatə etdiyi üçün müvafiq aylar üzrə hər iki tərəfin təsdiq etdiyi və mötəbərliyinə şübhə olmayan tək və yeganə sənəddir. Artıq iş saatı olubsa, həmin ayın sonu hesablaşmada əksini tapıb və ödənilib, olmayıbsa, tələb olunmayıb. Yuxarıda qeyd edilən qaydada aramızda 8 ay üzrə aktlar tərtib edilmiş və tərəflər bu aktları təsdiq edərək onlar əsasında hesablaşmalar həyata keçirmişdir.

48. MPM-in 77, 81, 88, 217.1, 418.1, 418.2, 372.2, 380, 386-cı maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi birtərəfli qaydada aşağıdakı arayışlara istinad etmiş və aşağıda sadalanan halların dəqiqləşdirilməsi üzrə hər hansı araşdırma aparmamışdır. Belə ki: 1) İddiaçı tərəfindən tərtib edilmiş cavabdehin istifadəsində olan texnikalar üzrə əsas və əlavə iş saatları barədə ümumi arayış birtərəfli qaydada iddiaçı tərəfindən tərtib edilmiş sənəd olduğu üçün heç bir hüquqi əsası mövcud deyil; 2) Həmin arayışın tərtib olunması üçün əsas MMC tərəfindən tərtib olunmuş 2020-ci il 12 sentyabr tarixli 66/20 saylı və 2021-ci il 25 noyabr tarixli 54/21 saylı arayışlardır. MMCnin verdiyi arayışlarda yalnız müqavilə münasibətləri üzrə hansı texnikalara GPRS sistemin in qoşulması öz əksini tapmışdır. Lakin həmin arayışlarda texnikaların əsas və əlavə iş saatlarının hansı qaydada və metodla hesablanması göstərilməmişdir. Yəni, icarəyə verilmiş texnikaların hər hansı biri üzrə əlavə saatlarda işləməsi MMC-nin verdiyi arayışlarla müəyyən edilmir. Halbuki icarə müqaviləsinin 4.6-cı bəndinə əsasən, icarə obyekti üzrə əlavə saatların olub-olmaması GPRS sistemi ilə müəyyən edilməlidir. Göründüyü kimi, məhkəmənin sübut kimi qəbul etdiyi həmin “arayışlarda” da texnikaların əlavə saat işləməsi müəyyən edilmir. Bu səbəbdən də həmin sənədlərə sübut olaraq mübahisənin həll edilməsində istinad edilməsi əsassızdır. 3) İddiaçının birtərəfli qaydada tərtib etdiyi Ümumi Arayışla cavabdehin arayışları arasında ciddi ziddiyyətlər vardır. Məsələn, iddiaçının Ümumi arayışınd a Volvo 99JH876 d.q.n, 99JH951 d.q.n, 99JH348 və 99JH874 d.q.n texnikalar üçün 2019-cu ilin yanvar ayından avqust ayınadək olan dövr üzrə (avqust daxil) əlavə iş saatları hesablanmışdır. Digər Volvo markalı 99JH698 d.q.n, və 99JH694 d.q.n texnikalar üçün 2019-cu ilin yanvar ayından mart ayınadək olan dövr üzrə (mart daxil) əlavə iş saatları hesablanmışdır. Lakin MMC-nin arayışlarında həmin texnikaların yuxarıda qeyd edilən tarixlərdə həmin sistemə qoşulması öz əksini tapmamışdır. Bir halda ki, həmin texnikalara GPRS sistemi quraşdırılmamışdır, iddiaçı həmin texnikaların iş saatından artıq işlədiyini necə müəyyən etmişdir? Bu kimi ziddiyyətlər digər texnikalara və digər aylara münasibətdə də mövcuddur (qeyd edilən texnikalar nümunə kimi göstərilmişdir). Yuxarıda qeyd edilən iki arayış arası nda olan ziddiyyətlər kassasiya şikayətinə əlavə edilmişdir. Bundan başqa, iddiaçının Ümumi arayışında əlavə iş saatı hesablanan texnikaların bəziləri -1** TX *** d.q.n, 1** TX *** d.q.n, 10 Z 117 d.q.n, 99 T 818 d.q.n, 10 T 803 d.q.n, ümumiyyətlə, cavabdehə icarəyə verilməmişdir. Halbuki icarəyə verilən texnikaların (marka, dövlət qeydiyyat nişanı) dəqiq siyahısı icarə müqaviləsi və ona əlavələrdə qeyd edilənlərdən ibarətdir. Göründüyü kimi, əlavə iş saatı hesablanan texnikaların GPRS sisteminə qoşulması tam olaraq sübuta yetirilmir. Bu halda əlavə iş saatlarının hesablanması müqaviləyə zidd olmaqla yanaşı texniki cəhətdən də mümkün deyil. Bu hallar həmin arayışların sübut olaraq mötəbərliklərinin şübhə altına alınmasına kifayət edir.

49. Qeyd edilənləri umumiləşdirməklə 3 faktı müəyyən etmək olar: 1) 2019-cu il 18 yanvar tarixli, AZTX/312 saylı icarə müqaviləsinin 4.6-cı bəndinə əsasən icarəçi icarə obyektini gün ərzində 10 saatdan artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunur. Lakin iş materiallarından göründüyü kimi əlavə iş saatı hesablanan texnikaların GPRS sisteminə qoşulması tam olaraq sübuta yetirilmir. Bu halda əlavə iş saatlarının hesablanması müqaviləyə zidd olmaqla yanaşı texniki cəhətdən də mümkün deyil. 2) MMC tərəfindən tərtib olunmuş 66/20 saylı, 2020-ci il 12 sentyabr tarixli və 54/21 saylı, 2021-ci il 25 noyabr tarixli arayıçlar qeyd edilən texnikaların GPRS sisteminə qoşulmasını müəyyən etsə də, əlavə iş saatlarını hansı qaydada müəyyən edilməsi öz əksini tapmayıb. Yəni, GPRS s isteminə qoşulma özü özlüyündə əlavə iş saatı demək deyil. 3) MMC tərəfindən tərtib edilmiş 66/20 saylı, 2020-ci il 12 sentyabr tarixli və 54/21 saylı, 2021-ci il 25 noyabr tarixli arayışlarla iddiaçı tərəfindən müvafiq aylar üzrə (yanvar-avqust) tərtib edilmiş əsas və əlavə iş saatları barədə ümumi arayışlar arasında olan açıq ziddiyətlər məhkəmənin istinad etdiyi sübutun qeyri-mötəbərliyini sübut edir.

50. MPM-in 372.2 və 380-ci maddələri üzrə - İddiaçı özünün Ümumi arayışını və MMCnin arayışlarını birinci instansiya məhkəməsinə təqdim etməmiş, heç bir əsaslı səbəb göstərmədən birbaşa apellyasiya məhkəməsinə təqdim etmişdir. Həmin sənədləri sübut kimi qəbul etməklə, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin bu normalarının da tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. İddiaçı etiraz verərək bildirmişdir ki, iddia tələbinin faktiki əsasını təşkil edən 2019cu il 18 yanvar tarixli icarə müqaviləsinin 4.6-ci bəndində tərəflər öz aralarında icarə obyektinin müəyyən edilmiş saatdan artıq istifadəsinə görə qarşılıqlı hesablaşma qaydasını razılaşdırmışlar. Belə ki, həmin bəndlə müəyyən edilən qaydaya görə, icarəçi icarə obyektini gün ərzində 10 saatdan artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən artıq iş saatları hesablanaraq aylıq icarə haqqına əlavə olunur: (aylıq icarə haqqı/234 saat) x əlavə iş saatı. Bu məqsədlə iddiaçı verilmiş nəqliyyat vasitələrinə GPRS sistemi ilə nəzarət sxeminin qurulması üçün MMC ilə 2019-cu il 1 fevral tarixli müqavilə bağlamış və həmin MMC-nin verdiyi 2020-ci il 18 sentyabr tarixli arayışa əsasən i ddiaçıya arayışda göstərilən nəqliyyat vasitələrinə 2019-cu ilin yanvar-avqust ayları üzrə X1ması Sistemi (GPRS) üzərindən monitorinq imkanı verilmişdir.

52. İddiaçı tərəfindən məhkəməyə GPRS sistemindən çıxarışdakı məlumatlar əsasında əlavə saatlara görə icarə müqaviləsinin şərtlərinə uyğun hesablanmış 322.515,52 manat borcun hesablanma qaydasına dair izahlı maliyyə arayışı təqdim edilmiş, həmçinin məhkəmə iclasında sözügedən GPRS sisteminə kompüter vasitəsilə giriş edilərək, icarə obyekti olan nəqliyyat vasitələrinin və texnikaların işinə hansı qaydada nəzarət edildiyi, sistemdən məlumatların hansı qaydada çıxarıldığı və hesabat aparıldığı əyani şəkildə nümayiş etdirilmişdir. Ona görə də apellyasiya məhkəməsi haqlı və ədalətli olaraq hesab etmişdir ki, yalnız icarə obyektlərinin istifadə edildiyi günlərin və reyslərin sayı ilə bağlı tərəflərin təsdiq etdikləri aktlarda əlavə iş saatlarının qeyd edilməməsi və həmin saatlara görə hesablanmış borcun bu aktlarla əlaqədar təqdim edilmiş aylıq elektron qaimələrdə öz əksini tapmaması faktı, sonradan bu borcun 3 illik iddia müddəti ərzində hesablanıb ödənişinin tələb edilməsindən imtina üçün əsas ola bilməz.

53. İcarə obyektlərinin əlavə iş saatlarına görə borcun hesablanması qaydası və metodu tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.6-ci bəndində müəyyən edilmişdir, ona görə də, MMC-nin 66/20 saylı, 2020-ci il 12 sentyabr tarixli və 54/21 saylı, 2021-ci il 25 noyabr tarixli arayışlarında əlavə iş saatlarının hansı qaydada və metodla hesablanması göstərilməli belə deyildi. Həmin arayışlarda müqavilə şərtlərinə uyğun olar aq 2019-cu ilin yanvar-avqust ayları üzrə GPRS sisteminə qoşulmuş və iddiaçıya həmin sistem üzərindən monitorinq imkanı verilmiş nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları qeyd edilməklə siyahısı öz əksini tapmışdır, hansı ki, monitorinq zamanı Webtrack.ws saytından həmin texnikaların mövqeyi, işə salınıb/söndürülməsi, getdiyi məsafə, sürəti və sair məlumatlar haqqında hesabatlar təmin edilmiş, bunun əsasında isə cavabdeh tərəfindən icarə obyektlərinin istifadə edildiyi əlavə iş saatları müəyyən olunaraq, icarə müqaviləsinin 4.6-ci bəndində nəzərdə tutulan qaydada müvafiq hesabat aparılmışdır.

54. Cavabdeh bildirir ki, icarə obyektlərinin 2019-cu ilin yanvar-avqust ayları üzrə istifadə edildiyi əsas və əlavə iş saatları barədə iddiaçının təqdim etdiyi ümumi arayışla bu arayışın t ərtibi üçün əsas olan MMC-nin 66/20 saylı, 2020-ci il 12 sentyabr tarixli və 54/21 saylı 2021-ci il 25 noyabr tarixli arayışları arasında ciddi ziddiyyət vardır. Belə ki, ümumi arayışda Volvo markalı ** JH ***, ** JH ***, ** JH *** və ** JH *** qeydiyyat nişanlı texnikalar üçün 2019-cu ilin yanvar-avqust ayları üzrə, Volvo markalı ** JH *** və ** JH *** qeydiyyat nişanlı texnikalar üçün 2019-cu ilin yanvar-mart ayları üzrə əlavə iş saatları hesablansa da, MMC-nin 66/20 saylı, 2020-ci il 12 sentyabr tarixli və 54/21 saylı 2021-ci il 25 noyabr tarixli arayışlarında həmin texnikaların qeyd edilən tarixlərdə GPRS sisteminə qoşulması öz əksini tapmamışdır. Belə olan halda, bu texnikaların iş saatından artıq işlədiyinin necə müəyyən edildiyi sual doğurur. Bu dəlil işin faktiki hallarına uyğun de yildir. Belə ki, icarə müqaviləsinin 1 saylı, 2019-cu il 18 yanvar tarixli və 4 saylı 2019-cu il 26 yanvar tarixli əlavələrində Volvo markalı ** JH ***, ** JH ***, ** JH ***, ** JH ***, ** JA *** (ümumi arayışda seriyası "JA" əvəzinə texniki səhv olaraq "JH" kimi yazılıb) və ** JX *** (ümumi arayışda seriyası "JX" əvəzinə texniki səhv olaraq "JH" kimi yazılıb) qeydiyyat nişanlı özüboşaldanların icarəyə verilməsi tərəflərin imza və möhürü ilə təsdiq edilmişdir.

55. Həmçinin cavabdeh bildirir ki, ümumi arayışda əlavə iş saatları hesablanan bəzi texnikalar - Volvo markalı 1** TX ***, 1** TX ***, 10 Z 117, 99 T 818 və Kamatsu markalı 10 T 803 qeydiyyat nişanlı nəqliyyat vasitələri ümumiyyətlə cavabdehə icarəyə verilməmiş və icarə müqaviləsinin əlavələrində icarəyə verilən texnikaların siyahısı nda nəzərdə tutulmamışdır. Bu dəlilə etiraz olaraq, həmin dəlil işin faktiki hallarına uyğun deyildir. Belə ki, icarə müqaviləsinin 2019-cu il 23 aprel 7 saylı tarixli əlavəsində Volvo markalı 10 Z 117 qeydiyyat nişanlı ekskavatorun, 2019-cu il 7 may tarixli əlavəsində Volvo markalı 1** FX *** (ümumi arayışda seriyası "FX" əvəzinə texniki səhv olaraq "xxxx" kimi yazılıb; MMC-nin arayışlarında isə düzgün - "FX" kimi göstərilib) və 90 T 818 (ümumi arayışda nömrəsi "90" əvəzinə texniki səhv olaraq "99" kimi yazılıb) qeydiyyat nişanlı ekskavatorların, 2019-cu il 7 iyun tarixli əlavəsində Volvo markalı 1** FX *** (ümumi arayışda seriyası "FX" əvəzinə texniki səhv olaraq "xxxx" kimi yazılıb; MMC-nin arayışlarında isə düzgün - "FX" kimi göstərilib) qeydiyyat nişanlı ekskavatorun icarəyə verilməsi tərəflərin imza və möhürü ilə təsdiq edilmişdir. Həmçinin qeyd olunan nəqliyyat vasitələrinin cavabdeh tərəfindən icarə qaydasında istifadə edildiyi tərəflərin imzaladığı 2019-cu il 30 aprel, 31 may, 30 iyun, 31 iyul, 31 avqust tarixli müvafiq aktlarla, Kamatsu markalı 10 T 803 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icarəsi isə 2019-cu il 30 iyun tarixli aktla öz təsdiqini tapmışdır.

56. Cavabdeh bildirir ki, Ümumi arayış və MMC-nin 66/20 saylı 2020-ci il 12 sentyabr tarixli və 54/21 saylı 2021-ci il 25 noyabr tarixli arayışları iddiaçı tərəfindən heç bir əsaslı səbəb göstərmədən birinci instansiya deyil, apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Bu dəlilə etiraz olaraq, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı tələbinin əsası kimi istinad etdiyi halların sübu tu olaraq nəqliyyat vasitələrinin GPRS sistemindən çıxarışı təqdim etmiş, sonradan əlavə zəruri sübutlar qismində ümumi arayış və MMC-nin də arayışları da təqdim olunmuşdur ki, burada hər hansı qanun pozuntusu yoxdur. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

57. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir

58. Apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi qismən mübahisələndirilsə də, həmin qətnamənin qanuniliyi və əsaslığı hazırkı icraatda tam yoxlanılacaqdır. Belə ki, apellyasiya baxışının predmetini yalnız birinci instansiya məhkəməsi qətnaməsinin iddianın təmin edilmədiyi hissədə yoxlanılması təşkil etmişdir (MPM-in 403 və 416-cı maddələri).

59. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırıl ması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

60. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin ic ra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da veri r. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....”

61. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... Məcəlləsinin müvafiq 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir s übutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ni (bax yuxarıda §§ 47-50) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli 22(103)-52/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

63. Öncə qeyd etmək lazımdır ki, məhkəmə kollegiyası tərəflər arasında aylıq hesablaşmalar aparıldığından hazırda iddiaçının əlavə iş saatlarına görə haqq tələb etməsinin əsassız olduğunua dair kassatorun dəlilləri ilə razılaşmır və apellyasiya instansiyası məhkəməsinin bu məsələ ilə bağlı mövqeyini əsaslı hesab edir.

64. Belə ki, iddiaçının cavabdehə icarəyə verilmiş texnikaların 2019-cu ilin yanvaravqust aylarında əlavə iş saatlarına cəlb edilməsinə görə hesablanmış ƏDV daxil 322.5 15,52 manat borcun cavabdehdən tutulmalı olmasına dair tələbinin əsasını tərəflər arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli AZTX/312 saylı icarə müqaviləsinin 4.6-cı bəndi təşkil edir.

65. Həmin bəndə əsasən, icarəçi icarə obyektini gün ərzində 10 saatdan (nahar fasiləsi daxil olmaqla) artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunur: (Aylıq icarə haqqı/ 234 saat)* əlavə iş saatı.

66. Beləliklə, cavabdeh icarə müqaviləsini bağlayarkən icarəyə verilmiş nəqliyyat vasitələrinin və texnikaların gün ərzində razılaşdırılmış iş saatından əlavə iş saatlarında istifadəsinin GPRS sistemi vasitəsilə müəyyən edilməsinə dair şərtlə razılaşdığından həmin sistemdən çıxarışın mötəbərliyinə etiraz etməsi əsaslı hesab edilə bilməz.

67. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində düzgün qeyd etmişdir ki, tərəflər arasında tərtib edilmiş aktlarda texnikaların əlavə iş saatlarının qeyd edilməməsi və həmin saatlara görə tələb olunan borcun iddiaçının təqdim etdiyi elektron qaimələrdə öz əksini tapmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər həmin aktlarda icarəyə verilmiş texnikaların iş saatları deyil, iş günlərinin və reyslərin sayı qeyd edilmişdir.

68. İddiaçının icarəyə verilmiş obyektlərin əlavə iş saatlarına görə ödənişi 3 illik iddia müddəti ərzində (müqavilədən irəli gələn tələb olduğu nəzərə alınarsa) cavabdehdən tələb etmək hüququ olduğundan, bu ödənişlərin hər ay tələb edilməməsi iddianın təmin edilməməsi üçün əsas ola bilməz.

69. Məhkəmə kollegiyasının qənaətinə görə, apell yasiya instansiyası məhkəməsinin sözügedən məsələ ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

70. Bununla belə, məhkəmə kollegiyası kassatorun digər dəlilləri ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları, o cümlədən iddiaçı tərəfin təqdim etdiyi sənədləri qiymətləndirərkən prosessual qanunun tələblərinə əməl etməmiş, həmin sənədləri işdə olan sigər sənədlərlə əlaqəli şəkildə təhlil etməmişdir.

71. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində məhkəməmühasibatlıq ekspertiza təyin olunmuş, ekspert məhkəməyə vəsatət verərək aşağıdakı sənədlərin təqdim olunmasını tələb etmişdir: 1) istifadə edilmiş texnikaların əlavə iş saatlarına hansı tarixlərdə və saatlarda cəlb olunmasına dair ətraflı məlumat (arayış); 2) texnikaların əlavə iş saatlarına cəlb olunmasının hansı qaydada müəyyən edilməsi ilə bağlı ətraflı məlumat (əlavə iş saatlarına görə yaranmış borc məbləğinin hansı qaydada hesablanması göstərilməklə) (İİ cild, i/v 2-3).

72. Bununla belə, ekspert rəyindən məlum olur ki, vəsatətlə bağlı təqdim edilmiş məlumatlar natamam olduğundan, eyni zamanda, vəsatətdə göstərilənlər iddiaçının təqdim etdiyi CD diskdə müəyyən olunmadığından texnikaların əlavə iş saatlarına cəlb olunmasına və buna görə ödənilməli məbləğin həcminə dair ekspertiza qarşısında qoyulmuş suala cavab vermək mümkün olmamışdır (İİ cild, i/v 18-19).

73. Göründüyü kimi, iddiaçının öz tələbini əsaslandırmaq üçün təqdim etdiyi materiallar natamam olduğundan ekspert rəyini əldə etmək mümkün olmamışdır.

74. Qeyd etmək lazımdır ki, işə birinci instansiya mə hkəməsində baxılarkən iddiaçı məhkəməyə nəqliyyat vasitələrinin GPRS sistemindən çıxarış da təqdim etmiş (İ cild, i/v 215-231), apellyasiya instansiyası məhkəməsi də öz qətnaməsində həmin sənədə istinad etmişdir.

75. Apellyasiya icraatı zamanı yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur.

76. Lakin ikinci ekspert rəyindən də məlum olur ki, sözügedən GPRS sistemindən çıxarış əsasında hesablama keçirilərək texnikaların əlavə iş saatlarına cəlb edilməsinə görə cavabdehin müqavilə şərtləri nəzərə alınmaqla ödəməli olduğu vəsaitin həcmini müəyyən etmək mümkün olmamışdır. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. Bundan başqa, iş materiallarında əlavə iş saatlarına cəlb olunmasını və olunubsa, həmin saatlara görə ödənilməli məbləğin həcmini müəyyən etmək üçün müvafiq audit aktı mövcud deyildir.

77. Beləliklə, yenə də müvafiq mühasibat sənədləri təqdim edilmədiyindən GPRS sistemindən çıxarış əsasında texnikaların əlavə iş saatlarına cəlb edilməsi ilə bağlı suala cavab almaq mümkün olmamışdır.

78. Lakin iş üzrə yeni ekspertiza təyin edilməmiş, habelə müvafiq audit aktının alınması da təmin edilməmişdir.

79. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, lazımi sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi halda GPRS sistemindən çıxarışa istinad edərək müvafiq iddia tələbini təmin edərkən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni kifayət qədər əsaslandıra bilməmişdir.

80. Bundan başqa, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından məlum olur ki, tərəflər arasında bağlanmış müqavilənin 4.5-ci bəndinə görə, hər bir icarə obyekti (texnika) aylıq 234 saat (nahar fasilələri daxil deyil) olmaqla icarəyə verilimişdir.

81. Müqavilənin 1, 2 və 5 saylı Əlavələrinə görə, “Volvo” markalı, özüboşaldan maşınların hər birinin icarə haqqı aylıq 5.000 manat (ƏDV daxil olmamaqla), saatlıq 21,4 manat (ƏDV daxil olmamaqla) məbləğində müəyyən edilmişdir (aylıq 5.000 manat: saatlıq 21,4 manat = aylıq 233,6 saat). İcarə obyektlərinin böyük hissəsini də məhz özüboşaldan maşınlar təşkil edir.

82. Halbuki iş materiallarında olan tərəflərin imzaladıqları aylıq aktlarda belə texnikalar üzrə bir sıra hallarda müqavilənin Əlavəsində nəzərdə tutulmuş 5.000 manatdan daha artıq qiymətlər - 5088, 5184, 5280, 5376, 5472, 5568, 5760 mana t göstərilmişdir.

83. Həmin aylıq qiymətləri 21,4 manata (saatlıq qiymətə) böldükdə isə iş saatlarının həcmi müvafiq olaraq 237, 242, 246, 251, 253, 260 və 269 saata çatır ki, bu da faktiki olaraq texnikalar üzrə müqavilə üzrə müəyyən edilmiş aylıq 234 saatdan əlavə saatların hesablanmasına gətirib çıxarır.

84. Qeyd etmək lazımdır ki, eyni sözlər aylıq qiymətləri daha baha olan texnikalara da (ekskavator, buldozer) şamil edilə bilər.

85. Lakin işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin xüsusatlar apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmışdır.

86. Göstərilənlər onu deməyə əsas verir ki, hazırda iddiaçının tələb etdiyi əlavə iş saatlarının həcminin cavabdeh tərəfindən faktiki olaraq əvvəlki aktlar üzrə artıq tam və ya qismən ödənilməsi, nəticə etibarilə hazı rda eyni əsasla təkrar ödənişlərin tələb edilməsi istisna olunmur.

87. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan bütün aktlar, arayışlar və digər sənədlər üzrə ixtisaslı qaydada dəqiq hesablamalar aparılmadan iş üzrə birmənalı nəticəyə gəlmək mümkün deyildir.

88. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 61) tələblərini pozaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 61) zidd olaraq əsassız qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamə ləğv edilməlidir.

89. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

90. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh “11 saylı X2 Müəssisəsi” MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli 2-2(103)-52/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar