Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-5/2020 11.02.2020 ALİ MƏHKƏMƏ iddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə (Açar söz: kredit müqaviləsindən irəli gələn məsələlər) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(103)-430/2019 saylı 25 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11.02.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxara q aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ “iddiaçı” ASC və “cavabdeh” MMC arasında **** nömrəli 29 dekabr 2016-cı il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən kredit verən kredit alana kredit verməyi, kredit alan isə krediti qəbul edib ondan 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, kredit alan kreditdən yalnız dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün istifadə edəcəkdir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməsini və onların pozulmasına yol verilməməsini kredit verən öhdəsinə götürür. Müqavi lənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə kredit alana 22.485.500 ABŞ dolları məbləğində kredit verilir. Müqavilənin 3.4-cü bəndinə əsasən, kedit alan kreditdən istifadəyə görə kredit verənə illik 10 faiz ödəyir. 29.12.2016-cı il tarixdə 22.485.500 ABŞ dolları məbləğində pul vəsaiti “cavabdeh” MMC-nin hesabına köçürülmüş, həmin gün müəssisə tərəfindən banka xarici valyutanın alınıb-satılması üçün Şifariş vermiş, 22.485.500 ABŞ dollarının manat ekvivalenti 39.713.891 manat məbləğində pul vəsaitinin «cavabdeh» MMC-ə verilməsi barədə pul çeki tərtib edilmiş, pul çeki X1 və bankın səlahiyyətləri şəxsləri (nəzarətçi, icraya cavabdeh mühasib, xəzinədar) tərəfindən imzalanmışdır. Bank-nın *******nömrəli 26 fevral 2018-ci il tarixli arayışına əsasən 29.12.2016-cı il tarixli, **** nömrəli kredit müqaviləsinə əsasən cavabdehin banka 26.02.2018-ci il tarixə əsas borcu 22.485.500 ABŞ dolları, faiz borcu 27.919.51 ABŞ dolları, cəmi 25.277.451 ABŞ dolları təşkil edir. İlkin iddiaçı ASC «cavabdeh» MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 22.485.500 ABŞ dolları əsas borc, 2.791.951 ABŞ dolları faiz borcu, ümumilikdə 25.277.451 ABŞ dolları kredit borcunun, kredit müqaviləsinin və cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 20 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 29.12.2016-cı il tarixdə bağl anmış **** №-li kredit müqaviləsinə əsasən iddiaçı ASC tərəfindən cavabdeh MMC-yə dövriyyə vəsaitinin artıırılması üçün 12 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə 22.485.500 ABŞ dolları məbləğində kredit verilmiş, lakin cavabdeh bank qarşısında üzərinə götürdüyü müqavilə öhdəliyini yerinə yetirməmiş, banka olan 22.485.500 ABŞ dolları məbləğində əsas borcunu və 2.791.951 ABŞ dolları məbləğində (cərimə borcu ilə birlikdə) faiz borcunu ödməmiş, ümumilikdə onun banka 25.277.451 ABŞ dolları məbləğində borcu yaranmışdır. Eyni zamanda, «cavabdeh» MMC iddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 29.12.2016-cı il tarixli **** №-li kredit müqaviləsinin etibarsız hesab edilməsini, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək «həmin müqavilənin uydurma əqd olması əsası ilə əhəmiyyətsiz hesab edilməsi barədə» qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ASC-nin maliyyə vəziyyəti ağır olmuş, zərərlə fəaliyyət göstərmişdir. Bu səbəbdən bank borcalanla uydurma kredit müqaviləsi bağlayaraq aktivlərini şişirtmiş, guya vəsaitin bir hissəsi cavabdeh MMCdədir, bankın zərəri yoxdur və ya azdır. MMC-nin direktoruna yalnız müqaviləni bağlamaq lazım gəldiyi deyilmiş, reallıqda isə heç bir məbləğ ona verilməmişdir. Lakin ona təqdim edilən səndələrdə işarələnmiş imza yerlərini, kassa sənədlərini oxumadan imzalamışdır. Bankda video kameralar olmasına baxmayaraq kredit məbləğinin nağd şəkildə borcalana verilməsi və onun bankdan çıxarılıb apa rılması anlarının çəkilişi bank tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bakın səlahiyyətli şəxsləri şahid kimi məhkəməyə gəlməmişdir. Bundan başqa, cavabdeh MMC 13 aprel 2015-ci ildə təsis olunmuş, nizamnamə kapitalı 10 manatdır. Kredit məbləği isə heç bir təminat olmadan verilmişdir. Halbuki, Mülki Məcəllənin müqavilə bağlanan vaxt qüvvədə olan 99.3-cü maddəsinin redaksiyasına əsasən aktivlərinin dəyərinin 25 fazindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir və belə əqdin bağlanması barədə qərar cəhmdar cəmiyyətin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası qaydası səhmdar cəmiyyətin nizamnaməsində nəzərdə tutulmalıdır. Müstəqil auditor rəyinə görə 2016-cı ilin sonunda bankın xalis aktivlərinin dəyəri 54.445.446 manat olmuşdur. Həmin məbləğin 25 faizi 13.611.361 manat təşkil edir. Deməli, 39.713.891 manat ekvivalentində olan kredit məbləği vermək üçün ümumi yığıncağın qərarı olmalı idi və bu məlumat açıqlanmalı idi. Belə qərar isə olmamış, açıqlanmamışdır. Qeyd edilənlər müqavilənin görüntü üçün bağlandığını təsdiq edir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-79/2019 saylı 18.03.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin edilərək tərəflər arasında bağlanmış 29.12.2016-cı il tarixli **** №-li kredit müqaviləsi uydurma əqd olması əsası ilə əhəmiyyətsiz hesab edilmişdir. İlkin iddaçı ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-430/2019 saylı 25 iyul 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-79/2019 saylı 18 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı ASC-nin ilkin iddia tələbi təmin edilmiş, cavabdeh MMC-dən 22.485.500 ABŞ dolları əsas borc, 2.791.951 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə, ödəniş gününə Azərbaycan manatı (AZN) məzənnəsi ilə 25.277.451 (iyirmi beş milyon iki yüz yetmiş yeddi min dörd yüz əlli bir) ABŞ dolları məbləğində kredit borcu və iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı ASC-nin xeyrinə tutulmuş, qarşılıqlı iddia üzrə iddiaçı «cavabdeh» MMC-nin qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, uydurma əqd tərəflərin hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmalıdır. Lakin iş materiallarına əsasən tərəflərin həqiqətdə belə niyyətinin mövcudluğu sübütlarla təsdiq olunmur. Əksinə, iş materiallarından görünür ki, hər iki tərəf sərbəst şəkildə öz iradə ifadələrini nümayiş etdirməklə, könüllü olaraq kredit müqaviləsinin mühüm şərtləri üzrə razılığa gələrək onu imzalamış və müqavilə şərtlərinə (uyğun olaraq bank tərəfindən illik 10 faizlə, 22.485.500 ABŞ dolları məbləğində kredit vəsaiti borcalan «cavabdeh» MMC-nin sifariş blankı əsasında, onun rəhbəri X1 milli valyuta ekvivalentində 39.713.891 manat məbləğində imzalanıb möhürlənmiş AB-1 № ***** nöm rəli bank çeki ilə ödənilmişdir. Eyni zamanda, hazırkı mərhələdə ilkin iddiaçı ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş, bankın kassa hesablarından çıxarışlara əsasən də, müqavilənin bağlandığı və kreditin verildiyi 29.12.2016-cı il tarixində bankın əməliyyat hesabında milli valyuta ekvivalentində 39.713.891 manat məbləğində pul vəsaiti mövcud olduğu və həmin məbləğdə kredit həmin gün saat 11:25:39-da əməliyyat aparılmaqla, kredit «cavabdeh» MMC-nin hesabının möhkəmləndirilməsi təyinatı ilə, başqa sözlə, müqavilənin 1.2-ci bəndində nəzərdə tutulduğu kimi təşkilatın dövriyyə vəsaitinin artıırılması məqsədilə, onun rəhbəri X2 ödənildiyi öz təsdiqini tapır. Beləliklə də tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi nəticələr yaratmaq niyyəti olmadan, görünüş üçün ba ğlandığı sübuta yetirilmir. Belə olan halda, etibarlılığı müəyyən edilən həmin müqavilənin şərtləri kredit verən bank tərəfindən yerinə yetirildiyi halda, borcalan da qarşılıqlı olaraq üzərinə düşən öhdəliklərini yerinə yetirməyə borcludur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-430/2019 saylı 25 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə tərəflər arasındakı müqavilə uydurma əqd olmuş, hər iki tərəf bağladıqları müqavilənin görünüş xarakterli olması barədə razılaşmışlar. Bu səbəbdən də müqavilənin bağlanması ilə yanaşı pul çeki də tərtib edilmiş, lakin reallıqda heç bir məbləğ verilməmişdir. Həmin gün aparılmış video çəkiliş in məhkəməəy təqdim edilməsi, bankın səlahiyyətli şəxslərinin məhkəmədə iştirakının təmin edilməsi ilə bağlı vəsatətlər verilmiş, məhkəmə vəsatətləri təmin etsə də, bank tərəfindən video çəkilişlər təqdim edilməmiş, bankın səlahiyyətli şəxsləri iclasda iştirak etməmişdir. Kassator MM-nin 99.3, 340.1, 358.2, 433.3-cü maddələrinə, MPM-nin 417.1.4-cü maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-430/2019 saylı 25 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçını n və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin Kommersiya Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-430/2019 saylı 25 iyul 2019-cu il tarixli qətnaməsi ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallarına görə, “iddiaçı” ASC və “cavabdeh” MMC arasında **** nömrəli 29 dekabr 2016-cı il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən kredit verən kredit alana kredit verməyi, kredit alan isə krediti qəbul edib ondan 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, kredit alan kreditdən yalnız dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün istifadə edəcəkdir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməsini və onların pozulmasına yol verilməməsini kredit verən öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə kredit alana 22.485.500 ABŞ dolları məbləğində kredit verilir. Müqavilənin 3.4-cü bəndinə əsasən, kedit alan kreditdən istifadəyə görə kredit verənə illik 10 faiz ödəyir. 29.12.2016-cı il tarixdə 22.485.500 ABŞ dolları məbləğində pul vəsaiti «cavabdeh» MMC-nin hesabına köçürülmüş, həmin gün müəssisə tərəfindən banka xarici valyutanın alınıb-satılması üçün Şifariş vermiş, 22.485.500 ABŞ d ollarının manat ekvivalenti 39.713.891 manat məbləğində pul vəsaitinin verilməsi barədə pul çeki tərtib edilmiş, pul çeki X1 və bankın səlahiyyətləri şəxsləri (nəzarətçi, icraya cavabdeh mühasib, xəzinədar) tərəfindən imzalanmışdır. Bank-nın ******* nömrəli 26 fevral 2018-ci il tarixli arayışına əsasən 29.12.2016-cı il tarixli, **** nömrəli kredit müqaviləsinə əsasən cavabdehin banka 26.02.2018-ci il tarixə əsas borcu 22.485.500 ABŞ dolları, faiz borcu 27.919.51 ABŞ dolları, cəmi 25.277.451 ABŞ dolları təşkil edir. Hazırkı iş üzrə tərəflər arasında müqavilə bağlanması və müqaviləni, o cümlədən «cavabdeh» MMC-nin direktorunun imzalaması, 29 dekabr 2016-cı il tarixli çekin üz və arxa tərəflərlərində “İmzalar” qrafalarındaki imzalar və arxa tərəfindənki “Çekdə göstərilən məbləği aldım” qraf asındaki imza «cavabdeh» MMC-nin direktoru X1 məxsus olması iş araşdırılmış halları ilə öz təsdiqini tapsa da, hazırkı halda «cavabdeh» MMC pulun həqiqətdə ona verilməsini mübahisələndirir və qeyd edir ki, təqdim edilən sənədləri imzalamış olsa da, reallıqda heç bir məbləğ ona verilməmişdir. Belə olan halda, işə baxan apellyasiya instansiya məhkəməsi həqiqətən bank tərəfindən öz öhdəliklərini icra edərək müəssisəyə pul vəsaitini verilməsi halının olubolmaması araşdırılmalı idi. Belə ki, «cavabdeh» MMC iş birinci instansiya məhkəməsinin icraatında olarkən yazılı və şifahi vəsatətlərlə məhkəməyə müraciət edərək kreditin nağd şəkildə verilməsi barədə qərar qəbul etmiş, pulu nağd şəkildə vermiş bankın səlahiyyətli şəxslərinin və işçilərinin, kassirin məhkəməyə dəvət edilmələrini, həmin gün apa rılmış videoçəkilişin təqdim edilməsini tələb etmiş, məhkəmə bankın səlahiyyətli şəxslərinin və işçilərinin məhkəmədə iştirakının təmin edilməsi üçün məhkəmə iclası bir neçə dəfə təxirə salınmış, bununla bağlı banka məktub ünvanlansa da bank pulun verildiyi gün işləmiş işçilərin siyahısını təqdim etməmiş, həmin işçilərin məhkəmədə iştirakını təmin etməmiş, videoçəkilişləri məhkəməyə təqdim etməmiş, bununla da vəsatətlərin icrasından məhkəmə tərəfindən tələb edilmiş sübutların təqdim edilməsindən yayınmış, iş üçün əhəmiyyət kəsb edən sübutları məhkəməyə təqdim edilməməsinin səbəblərini göstərməmişdir. Beləliklə, «cavabdeh» MMC tərəfindən verilmiş vəsatətlər məhkəmə tərəfindən təmin edilsə də, faktiki olaraq vəsatətlə xahiş olunanlar icra edilməmiş qalmışdır. Halbuki, MPM-nin 186.1-ci maddəs inə əsasən şahidlər, ekspertlər və ya mütəxəssislər məhkəmə iclasına gəlmədikdə, məhkəmə onların iştirakı olmadan işə baxmağın mümkün olması haqqında işdə iştirak edən şəxslərin mülahizəsini dinləyir və məhkəmə araşdırmasını davam etdirmək və ya işə baxılmasını təxirə salmaq haqqında qərardad çıxarır. MPM-nin 186.2-ci maddəsinə əsasən çağırılmış şahid, ekspert və ya mütəxəssis məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə məhkəmə iclasına gəlmədikdə, o, yüz on manatadək cərimə edilə bilər. Şahid üzürsüz səbəbdən ikinci dəfə gəlmədikdə məcburi qaydada gətirdilə bilər. Qeyd edilən mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi təmin edilmiş vəsatətlə əlaqədar olaraq çağırılmış şəxslərin məhkəmə iclasına gəlməməsinə baxmayaraq i şə baxılmasının davam etdirilməsinin mümkünlüyü nəticəsinə gəlsə də, bu nəticəsini əsaslandırmalı olduğu halda əsaslandırmamış, məhkəmə tədqiqatının doğun aparılması üçün MPM-nin 186.2-ci maddəsində nəzərdə tutulan imkanlardan istifadə etməmişdir. Bu hala isə işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən qiymət verilməmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalanan normaların tələblərinə əməl etmədən iş üzrə natamam araşdırma aparmış, başqa sözlə cavabdehin iddiaçıya pul qaytarmaq öhdəliyinin olub-olmaması istiqamətində obyektiv məhkəmə araşdırması aparmamış, bu halı müəyyən etməmiş, iş üzrə sənədlərə istinad edərək ilkin iddianı təmin etmiş, qarşılıqlı iddianı isə rədd etmişdir. Halbuki, qarşılıqlı iddiaçının mübahisələndirdiyi hal sənədlərin görünüş üçün tərtib olunmasıdır. Beləlik lə, apellyasiya məhkəməsi yuxarıda qeyd edilən prosessual normaların tələblərini pozmaqla qərar qəbul etmiş, dir. AR MPM-nin 417.1.3-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.2-ci maddəsinə əsasən, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Bütün yuxarıda göstərilən sadalananlara əsasən Ali Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə tək rar baxan apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddiaçının verdiyi vəsatətlərə əsasən və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq iş üçün əhəmiyyətli olan sübutları əldə etməli və sübutlar əsasında ətraflı araşdırma aparmaqla qərar qəbul etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.3., 418.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-430/2019 saylı 25 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-2(102)-5/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-5/2020
11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver