Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-5/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 avqust tarixli, 2-2(103)-404/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı BOKT ASC tər əfindən fiziki şəxs sahibkar (VÖEN: **********) Cavabdeh 60 ay müddətində illik 24 faiz dərəcəsi ilə 73.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə 2019-cu il 9 aprel tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi bağlanmışdır. 2. 2019-cu il 9 aprel tarixli, 2019/00088-01İP nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, 2019-cu il 9 aprel tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh ona məxsus olan müstəqil qiymətləndirici FM Consulting tərəfindən 2017-ci il 7 fevral tarixində likvid dəyəri 280.000 (iki yüz səksən min) manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəs indən ibarət olan 10 c nömrəli fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 3. 2019-cu il 20 dekabr tarixli arayışdan və hesabdan çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış 2019-cu il 9 aprel tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinə əsasən illik 24 faiz dərəcəsi ilə 60 ay müddətində 73.000 ABŞ dolları məbləğində kredit verilmiş, verilmiş kredit üzrə heç bir ödəniş aparılmamış və 2019-cu il 20 dekabr tarixinə Cavabdeh BOKT-a olan borcu 73.000 ABŞ dolları əsas borc, 12.216,17 ABŞ dolları faiz borcu, 16.425 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 101.641,17 ABŞ dolları təşkil edir. 4. “X1 Company” MMC-nin 2021-ci il 26 iyul tarixli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsinə dair mütəxəssis rəyinin nə ticəsinə görə evin mövcud orta bazar qiyməti-650.000 manat, likvid dəyəri isə-580.000 manat məbləğində müəyyən edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı "xxxx" BOKT ASC (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2019-cu il 9 aprel tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 2019-cu il 20 dekabr tarixə yaranmış 73.000 ABŞ dolları məbləğində əsas borc, ona hesablanmış 12.216,17 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16.425 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi, 101.641,17 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tutmanın cavabdehin mülkiyyətində olan (sonrakı ipoteka predmeti) - ünvan 2 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10 c nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, satışından əldə olunmuş pul vəsaiti hesabına yaranmış 73.000 ABŞ dolları məbləğində əsas borc, ona hesablanmış 12.216,17 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16.425 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi, 101.641,17 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüququ itirilməklə əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 60 ay müddətinə illik 24% hesablamaqla 73.000 ABŞ dolları məbləğində kredit verilmiş və həmin kreditin təminatı olaraq cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında 0.02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 kv.m yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evi aralarında bağlanmış 2019cu il 9 aprel tarixli, 2019/00088-01 №-li ipoteka müqavil əsi ilə iddiaçının xeyrinə yüklü edilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə heç bir ödəniş aparılmamış, kredit üzrə öhdəliklər yerinə yetirilməmişdir. Nəticədə cavabdehin 2019-cu il 20 dekabr tarixinə onun 73.000 ABŞ dolları məbləğində əsas, 12.216,17 ABŞ dolları məbləğində faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16.425 ABŞ dolları dəbbə pulu, ümumilikdə, 101.641,17 ABŞ dolları məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət və xəbərdarlıq edilsə də, borc bu günə kimi ödənilməmişdir.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 279, 295, 317.1, 319.1, 385.1, 427.3, 442, 445.2.1, 448.1, 449, 450, 462, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1, 39.1, 59.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 4.1-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh tərəfindən verilmiş iddia ərizəsinə etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən yaranmış borcun ödənilmədiyi təqdirdə hazırki tələblə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona bildiriş göndərilməmişdir.
9. Borcun qaytarılmamasının səbəbi bilərəkdən deyil, ağır xəstəliklə bağlı olmuşdur. Hazırda borcun qaytarılması üçün zəmin yaranmışdır. Bu səbəbdən ona möhlət verildiyi halda ödənişləri apara bilər. Həmçinin, iddiaçı tərəfindən əsas borca görə hesablanmış faiz və dəbbə pulunun heç bir əsası mövcud deyildir. Kredit müqaviləsinin müddətinin 60 ay olduğundan, bu müddət ərzində borcun ödənilməsini həyata keçirə biləcəyini nəzərə alaraq, iddiaçının “borc pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər” tələbinə dair iddia ərizəsinin 12.216,17 ABŞ dolları məbləğində faiz borcu və ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16.425 ABŞ dolları dəbbə pulunun tutulması hissəsində təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli, e-2-2(113)-676/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 2019-cu il 9 aprel tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi ləğv edilmiş, cavabdehdən 2019-cu il 9 aprel tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə 73.000 ABŞ dolları məbləğində əsas borc, 12.216,17 ABŞ dolları məbləğində faiz borcu, 33,83 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 85.250 ABŞ dolları məbləğində bor cun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,16 manat məbləğində pul tutularaq, iddiaçıya ödənilməsi, tutmanın dəyəri 280.000 manat olan cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, evin satıldıqdan sonra cavabdehin bir ay ərzində əşyaları ilə birlikdə evdən çıxarılması, evin satılmasından əldə edilmiş vəsaitdən cavabdehin 2019-cu il 9 aprel tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə olan 85.250 ABŞ dolları məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 25,1 6 manat məbləğində pulun ödənilməsi, satışdan artıq qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir (hakim Emin Əliyev).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, kreditor və borclu arasında qanunvericiliyə uyğun olaraq kredit və ipoteka müqavilələri bağlanmış, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borclu öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Əsas, faiz borcu və cərimə ödənilməmiş qalmışdır.
12. Dəbbə pulu tənasübsüz surətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 33,83 ABŞ dolları məbləğində müəyyən edilmişdir.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası MM-in 385.1, 386.1, 442, 443.1, 465.2, 467, 567, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3, 59.3.1-ci maddələrinə istin ad etməklə əsaslandırmışdır.
14. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv olunması, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 6 avqust tarixli, 2-2(103)-385/2020 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Cahangir Yusifov, hakimlər Vüsalə Baxışova və Raqib Qurbanov).
16. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, şikayətin əsaslarına görə iddiaçının ona borcu barədə bildiriş göndərilməmiş və bu barədə sübut yoxdur. Halbuki, işin materiallarından görünür ki, cavabdehə bildiriş “Azari Express” məktub və bağlama daşıma xidmətinin 162005 №-li qaimə sənədi ilə 2019-cu il 12 dekabr tarixdə göndərilmiş, 2019-cu il tarixdə cavabdeh onu almış, iddia ərizəsi isə həmin daşıma xidməti ilə 177052 №-li qaimə sənədi ilə 2020-ci il 24 yanvar tarixdə ona göndərilmiş, 2020-ci il 28 yanvar tarixdə isə çatdırılmışdır. Belə olan halda, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi MPM-in 152.1.4-cü maddəsinə əsasən geri qaytarıla və icraata qəbul olunduğu halda isə həmin Məcəllənin 159.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanıla bilməzdi. İddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar mövcud olmamışdır.
17. İddiaçının keçirdiyi ağır xəstəliklə əlaqədar borcun qaytarılmaması ilə bağlı apellyasiya məhkəməsi bildirmişdir ki, kredit müqavilə si üzrə ödəniş cədvəlindən, hesabından çıxarışdan və borc haqqında arayışdan görünür ki, cavabdeh tərəfindən illik 24% ilə 2019-cu il 9 aprel tarixdə 60 ay müddətinə aldığı 73.000 ABŞ dolları məbləğində kredit məbləğini ona azalan qrafiklə hesablanmış faizləri, artan qrafiklə isə əsas borcu hər ay ödəniş etməklə, hissə-hissə kreditora qaytarmalı olduğu halda, 2020-ci ilə qədər (2019cu il 20 dekabr tarixinə kimi), yəni ötən 8 ay ərzində onun heç bir ödənişi olmamışdır. Həmin müddət ərzində isə ekspertiza təyin edilməsinə zərurət olmadan, sadə riyazi üsulla ödəniş qrafiki üzrə 12.216,17 ABŞ dolları faiz, 5.493,60 ABŞ dolları isə əsas borcu olduğunun müəyyən edilməsi isə heç bir çətinlik doğurmur.
18. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini 8 ay ərzində ardıcıl şəkildə yeri nə yetirməmişdir. Kredit müqaviləsinin 2.3.2-ci bəndinə əsasən borc alan bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda, borcverən borcun ödənilməsini vaxtından əvvəl tələb edə bilər. Kredit müqaviləsinin 3.1-ci bəndində isə nəzərdə tutulur ki, ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1 faizi qədər dəbbə pulu ödəyir (İddiaçı tərəfindən 8 aya görə iddiaçıya 16.425,00 manat dəbbə pulu hesablanmışdır).
19. Tərəflər arasında bağlanmış 2019-cu il 9 aprel tarixli “sonrakı ipoteka müqaviləsi”nin 1-ci bəndinin şərtinə görə cavabdeh mülkiyyət hüququ ilə özünəməxsus fərdi yaşayış evini (likvid dəyəri 280.000 manat) kreditin təminatı olaraq ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 9.1-ci bəndinin şərtinə görə isə ipoteka ilə təmin e dilmiş öhdəliyi ipoteka qoyan yerinə yetirmədikdə tutma ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilir. Tərəflər arasında bağlanmış 2019-cu il 9 aprel tarixli, kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən 2019-cu il 9 aprel tarixli mübahisəli kredit müqaviləsi üzrə 73.000 ABŞ dolları məbləğində əsas borc, 12.216,17 ABŞ dolları məbləğində faiz borcu, 33,83 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 85.250 ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə) və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq MPM-in 119.1-ci maddəsinə müvafiq iddianın təmin edilməsi hissəsinə münasib 25,16 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasının qət olunması işin qeyd olunan sübutlarla müəyyən olunan hallarına və mülki və prosess ual qanunvericilyin tələblərinə uyğun olmuşdur.
20. Cavabdehin şikayətindən də göründüyü kimi, borc onun tərəfindən etiraf edilir və hissə-hissə ödəmək imkanının olduğu bildirir. Lakin bu halda, nəzərdən də qaçırılır ki, aldığı kredit məbləğini faizləri ilə birlikdə öz seçiminə görə istədiyi zaman çərçivəsində deyil, kredit müqaviləsinin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq iddiaçıya ödəməyə borclu idi.
21. Cavabdehin apellyasiya şikayətində ödənişin gecikdirilməsinə görə iddiaçı tərəfindən ona hesablanmış 16.425 ABŞ dolları məbləğində dəbbə pulunu mübahisələndirməsinə münasibətdə məhkəmə bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən MM-nin 467-ci maddəsi tətbiq edilməklə həmin məbləği 33,83 ABŞ dolları məbləğinə qədər azaltdığı halda, cavabdehin qeyd olunan dəlilləri t amamilə əsassızdır.
22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 319.1, 421.2, 427.3, 447.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3, Azərbaycan Respublikası MPM-in 149.2.4, 152.1.4, 259.0.1, 376.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 17 avqust tarixində iş üzrə tərəflərə göndərilmişdir.
24. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, onun ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 fevral tarixli 2-2(102)-18/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən hakim Azər Hüseynov, hakimlər Sevda Hüseynova və Bəhram Məmmədli).
26. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh apellyasiya şikayətində ona borcun necə hesablanmasını mübahisələndirsə də, bununla yanaşı ipoteka əmlakı olan yaşayış evinin məhkəmə qətnaməsi ilə açıq hərraca çıxarılan ilkin dəyərini də mübahisələndirmiş və bunun üçün müvafiq ekspertizanın həyata keçirilməsi barədə apellyasiya instansiyası məhkəməsinə ayrı-ayrı tarixlərdə iki vəsatətlə müraciət etmişdir. Cavabdeh, ipoteka əmlakı barədə qətnamə qəbul etmiş birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişdir və bu səbəbdən ipoteka əmlakının dəyəri barədə mə hkəməyə mülahizə söyləyə bilməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qətnaməsində ipoteka əmlakının dəyərinin yenidən müəyyən edilməsi barədə qeyd edilən vəsatətlərə hər hansı hüquqi qiymət verməmişdir (vəsatətləri nə təmin etmiş, nədəki onları rədd etmişdir), bununla da, cavabdehin prosessual hüquqlarını pozmuşdur.
27. Cavabdehin apellyasiya instansiyası məhkəməsi barədə ona iclasın vaxtı və yeri barədə zəruri məlumatın verilməməsi barədə dəlili əsaslı sayıla bilməz, belə ki, işdəki “SMS xəbərdarlığı” adlı sənəddə məhkəmə iclası barədə zəruri məlumatın cavabdehə çatdırılması öz əksini tapmışdır. Eyni zamanda, cavabdeh yuxarıda qeyd edilən vəsatətlərindən sonuncuda göstərmişdir ki, Bakı şəhərində qeydiyyatda olmasına baxmayaraq, Bərdə rayonunda yaşayır və bu səbəbdən məhkəmə icla sında iştirak edə bilməyəcək. Bu halla bağlı apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclası protokolunda düzgün olaraq qeyd olunmuşdur ki, cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və məhkəmə ekspertizalarının təyin edilməsi barədə vəsatətlər vermişdir.
28. Bundan başqa, cavabdeh apellyasiya şikayətində olduğu kimi, iddiaçıya olan borcunun ödənilməməsinin səbəblərini xəstəliyi ilə izah edərək, borcunun müqavilədə nəzərdə tutulan 5 il müddətində ödəməyə hazır olduğunu göstərsə də, bu dəlillərin heç biri müvafiq sənəd-sübutla təsdiq edilmədiyi üçün əsaslı hesab edilə bilməz.
29. Tərəflər arasında bağlanmış 2019-cu il 9 aprel tarixli kredit müqaviləsinin 2.3.2-ci bəndinə əsasən, borc verən, borc alan bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda, borc alan ın müqavilə üzrə borc verənə olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ olduğundan və iddiaçının verdiyi kreditin vaxtında əvvəl geri tələb etməsindən hər hansı hüquq pozuntusu müşaiyət olunmur.
30. Cavabdehin şikayətdə göstərdiyi, bankın bildirişinin və iddia ərizəsinin onun ünvanına çatdırılmaması haqqında dəlili işin materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, qeyd edilən bildiriş və iddia ərizəsi cavabdehin Bakı şəhərində qeydiyyatda olduğu Ş.Mustafayev küçəsi, ev 27, mənzil 139-a çatdırılmışdır. Eyni zamanda, işin materiallarında olan poçt zərflərindən aydın olur ki, cavabdeh apellyasiya şikayətini və apellyasiya instansiyası məhkəməsinə ünvanlandığı yuxarıda qeyd edilən vəsatətlərindən birini həmin ünvandan göndərmişdir.
31. Kassasiya instansiyası məhkə məsi gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6, 8, Azərbaycan Respublikası MPM-in 47.2, 97.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 avqust tarixli 2-2(103)-404/2021 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, 2019-cu il 9 aprel tarixli, 2019/00088-01İP nömrəli sonrakı ipoteka müqaviləsinin ipoteka predmeti olan ünvan 2 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10 c nömrəli fərdi yaşayış ev inin ilkin satış qiyməti 580.000 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır..
33. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qətnaməsinin hazırda kassasiya qaydasında mübahisələndirilən hissəsində göstərmişdir ki, kassasiya instansiya məhkəməsinin göstərişləri (cavabdehin ipoteka əmlakı olan yaşayış evinin məhkəmə qətnaməsi ilə açıq hərraca çıxarılan ilkin dəyərinin mübahisələndirdiyini və bunun üçün müvafiq ekspertizanın həyata keçirilməsi barədə onun vəsatətlərinə baxılmamasını) nəzərə alınaraq məhkəmə qiymətləndirmə ekpertizası təyin edilmiş və məhkəmənin qərardadının icrası qaydasında “X1 Company” MMC tərəfindən 2021-ci il 26 iyul tarixli rəy verilmişdir..
34. Məhkəmə həmin rəyi mötəbər sübut kimi qiymətləndirmiş və belə nəticəyə gəlmişdir k i, 2019-cu il 9 aprel tarixli, 2019/00088-01İP nömrəli sonrakı ipoteka müqaviləsinin ipoteka predmeti olan ünvan 2 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10 c nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 580.000 manat məbləğində müəyyən edilməlidir.
35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3, 39.3.3, 59.3, 59.3.1, Azərbaycan Respublikası MPM-in 119.1, 384.0.3-cü maddələrinə istinadla əsaslandırmışdır. 36. 2021-ci il 31 avqust tarixində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının nümayəndəsinin elektron kabinetində yerləşdirilmişdir. 37. 2021-ci il 11 oktyabr tarixində həmin qətn amədən narazı qalan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, qətnamənin qismən-“ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsində ləğv edilməsi, işin həmin hissədə təkrar apellyasiya baxışına göndərilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
38. Məhkəmə “X1 Company” MMC-nin 2021-ci il 26 iyul tarixli ekspert rəyini sübut kimi qəbul etmiş və qətnamə qəbul edərkən məhz həmin ekspert rəyinə istinad etmişdir. "xxxx" MMC-nin 2021-ci il tarixli ekspert rəyinin nəzərə alınmamasının səbəblərini isə əsaslandırmamış, rəyin mülki iş materiallarında olduğu barədə ümumiyyətlə hər hansı qeyd etməmişdir. Bununla da, məhkəmə həmin sübutu digər sübutlarla əlaqəli şəkildə şərh etməmiş, bu sübutun qəbul edilm əməsinin əsaslarını izah etməmişdir. "xxxx" MMC-nin 2021-ci il 4 avqust tarixli ekspert rəyi ümumiyyətlə qiymətləndirilməmiş, MM-in 6.1.8-ci maddəsi ilə müəyyən edilmiş «pozulmuş hüquqların bərpa edilməsi» prinsipi, MPM-nin 102, 103-cü maddələrinin tələbləri pozulmuşdur. İddiaçı tərəfindən verilmiş təkrar ekspertizanın keçirilməsi barədə vəsatət barədə hər hansı qərardad qəbul edilməmişdir.
39. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 6.1.1, 6.1.8, 152.1, 279, Azərbaycan Respublikası MPM-in 102.3, 103.2, 218.1-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 6.2-ci bəndinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
42. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi qismən-«ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi» hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansi yası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
44. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Maddə
184. İşin və mübahi sənin vəziyyətinin müzakirə edilməsi. İşdə iştirak edən şəxslərin vəsatətlərinin həlli... 184.4. İşə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur....” “Maddə
220. Qətnamənin məzmunu... 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Ka ssasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi.
45. İşin materiallarından göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 fevral tarixli 2-2(102)-18/2021 saylı qərarı ilə ipoteka əmlakı olan yaşayış evinin məhkəmə qətnaməsi ilə açıq hərraca çıxarılan ilkin dəyərini də mübahisələndirməsi ilə bağlı iddiaçının müvafiq ekspertizanın həyata keçirilməsi barədə apellyasiya instansiyası məhkəməsinə ayrı-ayrı t arixlərdə iki vəsatətlə müraciət etməsinə baxmayaraq, məhkəməsinin qətnaməsində ipoteka əmlakının dəyərinin yenidən müəyyən edilməsi barədə qeyd edilən vəsatətlərə hər hansı hüquqi qiymət verməməsini cavabdehin prosessual hüquqlarının pozulması kimi qiymətləndirilmişdir.
46. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi 2021-ci il 30 aprel tarixli 2-2(103)-385/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə qiymətləndirmə ekpertizası təyin edilmiş, “X1 Company” MMC-nin 2021-ci il 26 iyul tarixli ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsinə dair mütəxəssis rəyini əsas götürülərək, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini 580.000 (likvid dəyər) manat məbləğində müəyyən edilmişdir.
47. Məhkəmənin gəldiyi nəticəni mübahisələndirən iddiaçının kassasiya şikayət inin dəlili, məhkəmə tərəfindən mübahisəli əmlakın qiymətləndirilməsinə dair işdə olan digər"xxxx" MMC tərəfindən verilmiş 2021-ci il 04 avqust tarixli rəy sübut kimi qiymətləndirilməməklə, MPM-nin 102 və 103-cü maddələrinin tələblərinin pozulması ilə bağlıdır.
48. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dek abr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarları).
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilərkən, işə əlavə edilmiş, ipoteka predmeti olan əmlakın qiymətləndirilməsiə dair "xxxx" MMC tərəfindən verilmiş rəyin nə üçün sübut kimi qəbul edilməməsinin səbəbləri göstərilmədən, digər qiymətləndirmə rəyi əsasında nəticəyə gəlinməklə, sübutların qiymətləndirilməsinə dair prosessual qanunun heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair tələbi pozulmuşdur (MPM-nin 88-ci maddəsi).
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulmasına görə qismən-mübahisələndirilən hissədə ləğv ed ilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir.
51. Yuxarıda şərh edilənləri nəzərə alaraq və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı BOKT ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 avqust tarixli, 2-2(103)-404/2021 saylı qətnaməsi qismən - 2019-cu il 9 aprel tarixli, 2019/0008801İP nömrəli sonrakı ipoteka müqaviləsinin ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 580.000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov