Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-5/2025 08.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Naxçıvan MR Ali Məhkəməsi Kommersiya kollegiyasının 2024-cü il 23 iyul tarixli 22(108)-2/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Borc verən İddiaçı BOKT ASC il ə borc alan Cavabdeh1 arasında 2016-cı il 13 may tarixli, 2016/00310-01 №-li kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 dövriyyə vəsaitinin artırılması məqsədilə 24 ay müddətinə illik 28% hesablanmaq şərti ilə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. İpoteka saxlayan İddiaçı BOKT ASC ilə ipoteka qoyan Cavabdeh2 və borc alan Cavabdeh1 arasında 2016-cı il 13 may tarixli, 2016/00310-01İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən qeyd edilən kredit və kreditdən istifadəyə görə hesablanmış faiz məbləğinin və digər tutma və ödəmələr üzrə yaranmış öhdəliklərin təminatı olaraq mülkiyyət hüququ ilə tam Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91,6 kv.m, yaşayış sa həsi 62,4 kv.m, yardımçı sahəsi 29,2 kv.m olan 19 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı BOKT ASC (bundan sonra – BOKT və ya iddiaçı) Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kreditin əsas borcu üzrə 41.125,91 ABŞ dolları qalıq (2022-ci il 26 oktyabr tarixinə), müqavilə müddəti bitənə qədər ona hesablanmış 15.244,65 ABŞ dolları faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 108.650 ABŞ dolları dəbbə pulu, AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanmış 14.404 ABŞ dolları faiz borcu olmaqla cəmi 179.424,56 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 195,02 manat məbləğində pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulu n cavabdehdən tutulmasına, tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsinə, həmin əmlakın likvid dəyərinin 100.000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına yuxarıda qeyd olunmuş borcun ödənilməsinə, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia ərizəsi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Belə ki, vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan hazıra kimi onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olun mamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etsə də, göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir.
5. Cavabdeh iddiaya etiraz etmiş və yazılı ərizə verərək qeyd etmişdir ki, kredit müqaviləsi üzrə cavabdeh tərəfindən sonuncu ödəniş 43000 manat olmaqla 2019-cu il 19 iyul tarixində edilmişdir. Müqavilə üzrə ödəniş vaxtı 2018-ci il 13 may tarixində başa çatsa da, son ödəniş 2019-cu il 19 iyul tarixində edilmişdir. İddia müddəti isə 2022-ci il 19 iyul tarixində bitməli idi. Lakin iddiaçı yalnız 2022-ci ilin sentyabr ayında mediasiya prosesinə başlamış və məhkəməyə müraciət etmişdir. Bundan əvvəl Naxçıvan Mu xtar Respublikasının Kommersiya Məhkəməsi 2022-ci il 10 mart tarixli e-2-2(123)-1/2022 saylı qərar ilə iddianı qismən təmin etmiş, lakin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2022-ci il 30 avqust tarixli, 2-2(108)-7/2022 saylı qərarı ilə qətnamə ləğv edərək iddia ərizəsinin baxılmamış saxlanılmışdır. Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanılıbsa, iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu mövqeyi dəstəkləyən Ali Məhkəmənin bir neçə qərarı mövcuddur. Həmin qərarlarda ipoteka predmetli kredit müqavilələri üzrə 3 illik iddia müddətinin tətbiq edildiyi və iddia müddətinin dayandırılmadığı vurğulanmışdır. Bu səbəbdən iddia müddətinin tətbiq edilərək iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı cav abdehin “iddia müddətinin tətbiqinə dair” ərizəsinə etiraz olaraq təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, hazırkı mübahisədə iddia müddətinin kəsilməsinin 2 halı mövcuddur. Belə ki, cavabdehin iddiaçıya ünvanladığı ərizədən görünür ki, cavabdeh borcunu etiraf etmiş, həmçinin Naxçıvan MR Kommersiya Məhkəməsinin 2022-ci il 10 mart tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətində qətnamənin bütövlükdə rədd edilməsini tələb etməmiş, 18306 ABŞ dolları əsas, 3661,2 ABŞ dolları faiz məbləğində pul tutulmasını xahiş etmiş, bununla da o, həqiqətən də, iddiaçıya borcunun olduğunu inkar etməmişdir. Borc tələbinə dair iddia ərizəsi ilə ilk dəfə 2020-ci il 16 mart tarixində məhkəməyə müraciət edilmiş, həmin tarixdən hazıra kimi mülki iş davam edərək 2 il sonra 2022-ci il 10 mart tarixində qətna mə qəbul edilmişdir. İddiaçının gözləntisi qətnamənin icra edilməsi olmuşdur ki, apellyasiya şikayətində də cavabdeh borcun bir hissəsini etiraf etmiş və qətnamənin qismən təmin edilməsini xahiş etmişdir, bu səbəbdən də iddiaçının gözləntisinin ən pis halda apellyasiya instansiyasında qətnamənin dəyişdirilməsi olsa da, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilib mülki işin baxılmamış saxlanılacağını təxmin edə bilməmişdir. Ümumiyyətlə, iddiaçının məhkəməyə yenidən "borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” ərizə ilə müraciət etməsi üçün əsas 2022-ci il 30 avqust tarixində yaranmışdır. 2022-ci il 19 iyul tarixinə qədər iddiaçının belə bir ərizə ilə məhkəməyə müraciət etməsi üçün nə ehtiyac, nə də prosessual əsas yox idi, çünki müraciət edil səydi belə, Mülki-Prosessual Məcəllənin (bundan sonra – MPM) 153.2.3 və 152.2.4-cü maddələri ilə iddia ərizəsi geri qaytarılacaqdı. Odur ki, iddiaçı iddia müddətini heç bir halda ötürmədiyindən cavabdehin iddia müddətinin tətbiq olunmasına dair ərizəsinin rədd edilməsini xahiş etmişdir.
7. Cavabdeh iddiaçının qeyd olunan ərizəsinə etiraz etmiş və yazılı ərizə verərək qeyd etmişdir ki, onun 2021-ci il 9 sentyabr tarixli ərizəsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2022-ci il 10 mart tarixli qətnaməsi borcun etiraf edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh tərəfindən vəkilinə verilmiş etibarnamədə iddianı etiraf etmək səlahiyyəti mövcud deyil, bu səlahiyyət isə MPM-in 74.2-ci maddəsinə əsasən etibarnamədə xüsusi olaraq göstərilməlidir. Bundan başqa apellya siya şikayətində 18306 ABŞ dolları məbləğinin yalnız bir hissəsi mübahisələndirilmişdir və bu hal borcun etirafını göstərmir. Cavabdehin yazdığı ərizədə yalnız 15.000 ABŞ dolları məbləği etiraf edilmişdir. Bu ərizə borcun tam etirafı kimi qiymətləndirilməli deyil, çünki yalnız hissəvi etiraf edilir və ərizə iddiaçı tərəfindən tərtib edilib, cavabdeh tərəfindən imzalanıb. Nəticə olaraq bu sənəd borcun tam etirafı kimi qiymətləndirilə bilməz.
8. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2023-cü il 3 iyul tarixli e-2-2(123)-9/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 32051,55 ABŞ dolları qalıq borc, 7441,75 ABŞ dolları faiz uçot dərəcəsinə hesablanmış faiz borcu, 3950 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla ümumilikdə 43.443,30 ABŞ dolları məbləğində p ulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçıya ödənilməsi, göstərilən ödəmə mümkün olmadıqda tutmanın ipoteka predmetinə yönəldilməsi, ilkin satış qiyməti qiymətləndirmə hesabatı ilə 152000 manat müəyyən edilmiş həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, artıq qalan məbləğin cavabdehin özünə qaytarılması, ipoteka predmeti olan əmlak açıq hərracda satıldıqdan sonra 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin daşınmaz əmlakdan əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir (hakim: Elşən Salmanov).
9. Məhkəmə tərəfindən müəyyən edilm işdir ki, tərəflər arasında 13 may 2016-cı il tarixdə 2016/00310-01 nömrəli kredit müqaviləsi bağlanılaraq, həmin müqavilə tərəflər üçün məcburi xarakter almış, müqavilənin şərtlərinə görə borc verən İddiaçı BOKT ASC tərəfindən borcalan Cavabdeh1 dövriyyə vəsaitlərinin artırılması məqsədilə 50.000 ABŞ dolları məbləğində, illik 28% ödəmək şərti ilə, 24 ay müddətinə kredit verilməsi nəzərdə tutulmuş, 13 may 2016-cı il tarixli “köçürmə üçün ərizə” yə müvafiq olaraq 2016/00310-01 saylı kredit müqaviləsinin əsasında 50.000 ABŞ dolları məbləğində kredit vəsaiti İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 AZ50PAAA41020USD**********00 saylı hesabına köçürülmüş, borcalan Cavabdeh1 kredit borcundan, müqaviləyə əlavə edilmiş cədvələ əsasən, hər ay 2744 ABŞ dolları məbləğində pulun borc verənə ödənilməsin i öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində ödənişlər qrafik üzrə həyata keçiriləcəyi təqdirdə borc alan tərəfindən borc verənə 15.866 ABŞ dolları faiz borcu olmaqla, cəmi 65.866 ABŞ dolları məbləğində pulun ödənilməli olduğu müəyyən edilmişdir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 13 may 2016-cı il tarixli ipoteka müqaviləsində göstərilmiş, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, 19 saylı mənzil ipoteka saxlayan İddiaçı BOKT ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka predmetinin qiyməti 100.000 manat müəyyən edilmişdir. 07 avqust 2017-ci il tarixdə Cavabdeh1 tərəfindən İddiaçı BOKT ASCnin AZ83MUGA**********20 781USD12 nömrəli hesabına 2000 (iki min) ABŞ dolları, 08 sentyabr 2017-ci il tarixdə İddiaçı BOKT ASC-nin AZ83MUGA**********20781USD12 nömrəli hesabına 1000 (bir min) ABŞ dolları və 19 iyul 2019-cu il tarixdə AZ57MUGA**********00003AZM14 saylı hesaba 43 000,00 (qırx üç min manat sıfır qəpik) manat məbləğində pul vəsaiti ödənilmişdir. Ödənişlərin həyata keçirildiyi qeyd edilən tarixlərdən sonra borclu tərəfindən öhdəliyin icra edilmədiyi müşayiət edildiyindən, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 xx.xx.2022-ci il tarixinə qədər aralarında bağlanmış 13 may 2016-cı il tariхli, 2016/00310-01 Krеdit Müqaviləsinin ləğv edilməsi və həmin tarixədək yaranmış borcun tam şəkildə ödənilməsinin təklif olunması, əks təqdirdə, barələrində “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmet inə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildiriş göndərilsə də o, öhdəlikləri Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində və kreditorun etdiyi xəbərdarlıqdan sonra da könüllü icra etməkdən boyun qaçırmışdır. Belə ki, xx.xx.2022-ci il tarixinə olan hesabdan çıxarışa əsasən, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2016/00310-01 saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsiylə 50 000 (əlli min) ABŞ dolları məbləğində verilmiş kredit üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək əsas məbləğ üzrə borclu 8874,09 ABŞ dolları, faiz üzrə 38.686,03 ABŞ dolları olmaqla cəmi 47.560,12 ABŞ dolları məbləğində ödəniş etmiş, 2081-102022 saylı, xx.xx.2022-ci il tarixli borc haqqında arayışa əsasən, Cavabdeh 1 xx.xx.2016-cı il tarixli, 2016/00310-01 saylı kredit müqaviləsi üzrə 26 oktyabr 2022-ci il tarixinə kreditə görə 41.125,91 ABŞ dolları, müqavilə müddəti bitənə kimi hesablanmış 15.244,65 ABŞ dolları faiz borcu, 108.650,00 ABŞ dolları dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra X3 uçot dərəcəsi əsasında hesablanmış 14.404,00 ABŞ dolları faiz borcu olmaqla, cəmi 179.424,56 ABŞ dolları borcu yaranmışdır.
10. Məhkəmə cavabdehin ddia müddətinin tətbiqinə dair ərizə ilə bağlı bildirmişdir ki, Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı BOKT ASC-nin Müşahidə şurasına ünvanlanmış 6088-092021 saylı, xx.xx.2021-ci il tarixli ərizədən Cavabdeh1 borcunu ödəməkdən heç bir halda boyun qaçırmadığı, sadəcə olaraq hazırkı maddi durumunun borcu hissə-hissə ödəməyinə imkan verdiyi, bu səbəbdən d ə borcunu hissə-hissə ödəməyi üçün qarşı tərəfin razılığa gəlməyini istədiyi, İddiaçı BOKT ASC-yə olan borcunun 15.000 ABŞ dolları olaraq qəbul edərək, hər ay 1000 ABŞ dolları məbləğində ödəniş etməyinə razılıq verilməsini xahiş etmişdir. Qeyd edilən hal məhkəmə tərəfindən borclu şəxsin borcunu etiraf etməsini göstərən hərəkət olaraq qiymətləndirilərək iddia müddətinin axımının xx.xx.2021-ci il tarixdən kəsildiyi, o cümlədən, həmin tarixdən etibarən iddia müddətinin yenidən başlayaraq 3 ilə qədər, yəni xx.xx.2024-cü il tarixədək uzadıldığı və fasiləyə qədər keçmiş vaxtın yeni müddətə daxil edilmədiyi müəyyən edilmişdir.
11. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli 330 nömrəli rəyini əsas gö türərək məhkəmə hesab etmişdir ki, iddia tələbi qalıq və X3 uçot dərəcəsinə əsasən hesablanmış faiz borcuna dair hissədə qismən təmin edilərək, qalıq borc üzrə 32051,55 (otuz iki min əlli bir dollar əlli beş sent) ABŞ dolları, X3 uçot dərəcəsinə əsasən hesablanmış faiz borcu üzrə 7441,75 (yeddi min dörd yüz qırx bir dollar yetmiş beş sent) ABŞ dolları müəyyən edilməli, müqavilə müddəti bitənə qədər hesablanmış faiz borcuna dair hissədə isə təmin edilməməlidir.
12. Həmçinin məhkəmə hesab etmişdir ki, iddia tələbinin (cərimə) dəbbə pulu hissəsi tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ təmin olunmuş iddia tələbinə münasibətdə azaldılmalı və 3950 (üç min doqquz yüz əlli) ABŞ dolları məbləğində müəyyən edilməlidir.
13. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, cavabdeh mü qavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyinə görə, iddiaçı tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin likvid qiymət müəyyən edilməklə açıq hərracda satılması, onun satışından əldə olunmuş vəsait hesabına qalıq borcun iddiaçıya ödənilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracda satıldıqdan sonra cavabdehin 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasını tələb etməkdə haqlıdır.
14. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 269.1, 271.2, 317.1, 324.1, 324.2, 385.1, 386.1, 389.1, 389.2, 372.1, 372.2, 373.2, 377.1, 377.2, 380.1, 380.2, 425.1, 427.3, 439.1, 439.2, 442, 445.1, 445.2, 445.3, 449.1, 462.1, 467, 739, 741-ci, “İpoteka haqqında” Qanunun 34.1, 34.1.1, 34.1.3, 39.3, 39.3.3, 59.3, 59.3.1-ci, “Qiymətləndirmə haqqında” Qanunun 3, 5, 7-ci və MPM-in 9.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələblərinin qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 15000 ABŞ dolları pul tutulması, iddianın qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 23 iyul tarixli 2-2(108)-2/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iddia qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, cavabdehdən 27339,64 ABŞ dolları əsas borc, 7047,58 ABŞ dolları gecikdirilmiş vaxt üçün illik beş faiz borcu, 3950 ABŞ dol ları məbləğində dəbbə pulu olmaqla ümumilikdə 38.337,22 ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, satışdan əldə edilmiş vəsaitin cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, artıq qalan məbləğin cavabdeh və Cavabdeh2 hüquq varisi cavabdehə qaytarılması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər: S.Bəylərli – sədrlik edən və məruzəçi, V.Quliyev və S.Novruzov).
17. Kollegiya apellyasiya şikayətinin “birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 449-cu maddəsinə uyğun olaraq bank uçot faiz dərəcəsini deyil, həmin Məcəllənin 445.7-ci m addəsinə müvafiq olaraq illik 5% dərəcəni əsas götürməli olması” və bununla əlaqədar göstərdiyi dəlilləri ilə bağlı Mülki Məcəllənin 2023-cü il oktyabrın 1-dək qüvvədə olmuş 445.7 və 449.1-ci maddələrini rəhbər tutmaqla qeyd etmişdir ki, iddiaçının cavabdehdən “AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanmış 14.404 ABŞ dolları faiz borcu”nu tələb etməsi halını, cavabdehin Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilən şərtlər üzrə (qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama) faydalanmasını sübutetmə yükü iddiaçının üzərində olmasına baxmayaraq heç bir sübutla təsdiq edilməsi müəyyən olunmamışdır. Lakin Mülki Məcəllənin 445.7-ci maddəsininin mübahisəli hüquq münasibət inin yarandığı zaman qüvvədə olmuş mətninə müvafiq olaraq borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
18. Məhkəmə kollegiyası, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə istinadla qeyd etmişdir ki, iddiaçının qeyd olunan iddia tələbinin cavabdeh tərəfindən kredit öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində ona zərər dəyməsi ilə əsaslandırarkən Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etməsindən asılı olmayaraq ən azından Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən həmin zərərin cavabdeh tərəfindən (iddiaçının daha artıq məbləğ də zərərin əvəzini tələb etmək imkanına malik olmaması şərtilə) müvafiq məbləğdə qarşılanmasını qanuni və əsaslıdır. Çünki hər iki halda həmin iddia tələbi eyni faktiki əsaslarla iddiaçıya zərər dəyməsi ilə bağlıdır.
19. Qeyd edilənlərə əsasən kollegiya bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Mülki Məcəllənin 449.1-ci maddəsinin tətbiqi üçün əsasların olmamasına baxmayaraq həmin Məcəllənin 445.7-ci maddəsini tətbiq etməli olduğu halda bunu etməməkdə haqlı olmamışdır. Ona görə də qətnamə həmin hissədə (cavabdehdən 7.441,75 ABŞ dolları faiz uçot dərəcəsinə hesablanmış faiz borcunun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçıya ödənilməsi) ləğ v olunmalıdır.
20. Şikayətin “birinci instansiya məhkəməsi əsas borcun 10 faizindən artıq məbləğdə dəbbə pulu hesablamışdır ki, bu da qeyri-mütənasibdir” dəlili ilə bağlı məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh kredit müqaviləsinin 1.8-ci bəndinin (əsas borc və ona hesablanmış faizlər borcalan tərəfindən bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi olan 1 №-li kreditin ödəniş cədvəli əsasında ödənilir) tələblərinə əməl etməyərək hər ayın 13-də ödəniş etməli olduğu halda müxtəlif tarixlərdə gecikmələrə yol vermişdir. İddia tələbi isə dəbbə pulu üzrə qeyd edilənlərə müvafiq olaraq ödənişlərin gecikdirilməsinə görə hesablanılıb tələb olunan 108.650 ABŞ dollarından ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən də həmin məbləğin 3,63%-i (3.950 ABŞ dolları) təmin olunmuşdur. Göstərilənlərə müvafiq olaraq kollegiya birinci instansiya məhkəməsinin “dəbbə pulunun ödənilməsi” barədə gəldiyi nəticəni düzgün hesab etməklə onunla razılaşmışdır.
21. Apellyasiya şikayətinin “birinci instansiya məhkəməsinin İpoteka haqqında Qanunun 36.1-36.3-cü maddələrini tətbiq etməli olduğu halda etməməsi” və bununla bağlı dəlilləri üzrə kollegiya qeyd etmişdir ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdeh isə şikayətdə İpoteka haqqında Qanunun hazırkı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş 36.1, 36.2.3 və 36.3-cü maddələrinin mətnlərinə deyil, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 28 dekabr 2018-ci il t arixli,1439-VQD №-li Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2018-ci il) əsasında qəbul edilmiş yeni redaksiyada olan mətnlərinə istinad etmişdir. Bu baxımdan “cavabdehlərə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin 2019-cu il 21 oktyabr tarixində göndərilməsini, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin məktubundan tutma yönəldilməsi haqqında bildirişin hələ 3 il öncə 2016-cı ilin dekabr ayında qeydiyyata alınmasını, iddiaçı tərəfindən ipoteka pretmetinə tutma yönəldilməsi qaydalarına əməl edilmədiyindən və ipoteka premetinə tutma yönəldilməsi barədə bildiriş cavabdehlərə verilməmiş dövlət reyestrində qeydiyyata alındığından, o cümlədən bu qeydiyyatın məhkəməyə müraciət edilməmişdən 6 il öncə aparıldığını və bildirişin qeydiyyatı zamanı borc barədə tamam ilə başqa rəqəmlərin qeyd olunduğunu nəzərə alaraq iddianın bu hissədə təmin edilməməli olması” dəlilləri isə cavabdeh tərəfindən müvafiq sübutlar təqdim edilmədiyindən əsaslı hesab edilməmişdir. İş materiallarında olan 2016-cı il 27 dekabr tarixli DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış məktubunda tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alındığı göstərilmişdir. Cavabdehlərə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin 2019-cu il 21 oktyabr tarixində göndərilməsi barədə iş materiallarında hər hansı bir sübutun olması müəyyən olunmamışdır.
22. Bildirişin qeydiyyatı zamanı borc barədə tamamilə başqa rəqəmlərin qeyd olunması ilə bağlı isə kollegiya qeyd etmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsində məqsəd pul öhdəliyi üzrə borcun qaytarılmasına nail olmaq olduğundan ipoteka predmeti müvafiq qaydada ipoteka saxlayan tərəfindən əldə olunanadək, yaxud ipoteka predmetinin başqa şəxslərə satışından daxil olan vəsait ipoteka ilə təmin olunmuş öhdəlik üzrə borcun ödənilməsi üçün kreditora verilənədək həmin borcun qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi artmaqda davam edir, bu halın olması isə təbiidir.
23. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin dəlillərini əsassız hesab edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əlavə şərhə ehtiyac olmadan və təkrarlığa yol verilmədən düzgün hesab etməklə həmin nəticə ilə razılaşmışdır.
24. Şikayətin “birinci instansiya məhkəməsinin borc məbləğini dəqiqliklə araşdırmaması, ekspert rəyində olan ziddiyyətli məqamlara diqqət yetirməməsi” dəlilləri ilə əlaqədar işə apelyasiya məhkəməsində baxılarkən cavabdehin iddiaçıya 2022-ci il 26 oktyabr tarixinə olan borcunun müəyyən edilməsi üçün əlavə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi və müvafiq ekspert rəyinin alınaraq qiymətləndirilməsi zəruri olmuşdur. Bununla bağlı 2023-cü il 13 oktyabr, 2024-cü il 9 fevral və 2024-cü il 17 may tarixlərində əlavə məhkəmə-mühasibat ekspertizaları təyin edilmişdir.
25. Kollegiya ekspert rəylərini tədqiq edərək hesab etmişdir ki, əlavə məhkəməmühasibat ekspertizası təyin edilməsi ilə əlaqədar verilmiş 534 nömrəli, 2024-cü il 22 may tarixli məhkəmə ekspertizasının rəyi iş materiallarında olan sübutlara əsaslanmaqla cavabdehin iddiaçıya 2022-ci il 26 oktyabr tarixinə olan borcunun həmin rəydə müəyyən edilən məbləğdə olması nəzərə alınmalıdır.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən digər dəlilləri yuxarıda şərh olunanlara əsasən cavabdehin subyektiv mülahizələri kimi qiymətləndirməklə əsaslı hesab etməmişdir.
27. Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 2024-cü il 8 may tarixli, 3-165/8-13-123/2024 nömrəli çıxarışla təsdiq edilmişdir ki, Cavabdeh2 2024-cü il 18 mart tarixində ölmüşdür. Digər vərəsələri mirasdan imtina etmiş, cavabdehin belə imtinası olmadığından onun Cavabdeh2 hüquqi varisi hesab edilməsi qərara alınmışdır.
28. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 15.000 ABŞ dolları pul tutulması, iddianın qalan hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi r. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələri üzrə - iddiaçı qanunsuz olaraq müqavilə müddəti bitdikdən sonra müqavilə üzrə fazilər tutmuş və hətta müqavilədə nəzərdə tutulmadığı halda özü məhkəmədən kənar Mərkəzi bankın uçot faiz dərəcəsinə uyğun olaraq faizlər hesablamış və əldən çıxmış fadaya pul tutmuşdur. Məhkəmə isə nəzərə almamışdır ki, iddiaçı tərəf cavabdehin puldan faydalanması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hətta krdit müqaviləsində də kreditin təyinatı dəqiq göstərilməmiş, müqavilənin 1.4-cü bəndində kreditin dövriyyə vəsaitlərinin artırılması üçün verildiyi göstərilmişdir. Belə olan halda məhkəmə Mülki Məcəllənin 449-cu maddəsinə uyğun olaraq bank uçot fai z dərəcəsini deyil, Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5 %-lik dərəcəni əsas götürməli idi. 30. “İpoteka haqqında” Qanunun 36.1-36.3-cü maddələri üzrə - məhkəmə bu maddələri tətbiq etməli olduğu halda etməmişdir. Belə ki, cavabdehlərə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş 21 oktyabr 2019-cu il tarixdə göndərilmişdir. İş materialarında olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin məktubundan isə görünür ki, tutma yönəldilməsi haqqında bildiriş hələ 3 il öncə 2016-cı ilin dekabr ayında qeydiyyata alınmışdır. İddiaçı tərəfindən ipoteka pretmetinə tutma yönəldilməsi qaydalarına əməl edilmədiyindən və ipoteka premetinə tutma yönəldilməsi barədə bildiriş cavabdehlərə verilməmiş dövlət reyestrində qeydiyyata alındığıdan, o cümlədən bu qeydiyyatın məhkəməyə mü raciət edilməmişdən 6 il öncə aparıldığını və bildirişin qeydiyyatı zamanı borc barədə tamamilə başqa rəqəmlərin qeyd olunduğundan iddia bu hissədə təmin edilməməlidir.
31. Mülki Məcəllənin 380.1-ci maddəsi üzrə - hazırki iddia tələbi üzrə iddia müddətinin axımı 19 iyul 2019-cu ildə başlamışdır. Belə ki, müqavilə üzrə ödəniş vaxtı 13 may 2018-ci il tarixdə bitsə də, sonuncu ödəniş Cavabdeh1 tərəfindən 19 iyul 2019-cu ildə həyata keçirilmişdir. İddia müddətinin bitmə tarixi isə 3 il sonraya, yəni 19 iyul 2022-ci il tarixinə təsadüf edir. İddiaçı isə yalnız 2022-ci ilin sentyabr ayında mediasiya prossinə başlamış və sonra iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bundan öncə məhkəməyə müraciət etsə də, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(108)-7/20 22 sayl, 30 avqust 2022-ci il tarixli qərardadı ilə iddia səlahiyyətsiz şəxs tərəfindən imzalandığından qətnamə ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Mülki Məcəllənin 381.1-ci maddəsinin tələbinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Göstərilən hallarla oxşar olan işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarında əks edilmiş hüquqi mövqedən də görünür ki, ipoteka predmeti ilə yüklü edilmiş kredit müqavilələri üzrə 3 illik iddia müddəti tətbiq edilir və iddianın baxılmamış saxlanılması iddia müddətinin axımına heç cür təsir göstərmir, müddətin axımını dayandırmır. Əksinə iddia müddətinin axımı ümumi qaydada davam edir. Göstərilənlər artıq for malaşmış məhkəmə təcrübəsidir. Məhkəmə Cavabdeh1 özü tərəfindən yazılmış borcun yalnız 15.000 ABŞ dolları hissəsinin etiraf edilməsinə dair ərizəsini borcun tam etirafı kimi qiymətləndirmişdir. Halbuki, həmin ərizə iddiaçı təşkilatın rəhbərliyi tərəfindən tərtib edilmiş, onların razılığı ilə Cavabdeh1 tərəfindən imzalanmışdır. İddiaçı tərəfin təqdim etdiyi səndələrdə borcun yalnız 15.000 ABŞ dolları hissəsinə dair etirafedici hərəkətlər edilmişdir. Bu sənədin borcun tam şəkildə etiraf edilməsi kimi qiymətləndirilməsi mümkün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
33. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və ə saslılığı MPM-in 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.” “Maddə
377. İddia müddətinin başlanması 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yen i müddətə daxil edilmir.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.”
35. Azərbaycan Respublikasının “İpoteka müddəalarında aşağıdakılar nəzərdə tutulur: haqqında” Qanunun müvafiq “Maddə 36 İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan R espublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.”
36. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunun 36.1 və 36.3-cü maddələrinin 30 dekabr 2018-ci il tarixədək olan redaksiyası “36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, 0 cümlədə n birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.”
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
418. Apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.
39. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
40. Kassasiya şikayətində istinad edilən “İpoteka haqqında” Qanunun 36.1-36.3-cü maddələrinin tələblərinin pozulması da müəyyən edilmir.
41. Belə ki, kassasiya şikayətində həmin maddələrin hazırkı redaksiyada olan tələblərinin pozulmasına istinad edilmişdir.
42. Halbuki 28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “İpoteka haqqında” Qanunun 36.1 və 36.3-cü maddələri yeni redaksiyada verilmişdir.
43. Lakin tərəflər arasındakı ipoteka müqaviləsi 13 may 2016-cı il tarixdə bağlandığına görə MPM-in 217.2-ci maddəs inin tələblərinə əsasən hazırkı mübahisəyə həmin vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. 44. “İpoteka haqqında” Qanunun 36.1 və 36.3-cü maddələrinin həmin vaxt olan redaksiyasında isə kassasiya şikayətində istinad edilən (hazırkı redaksiyada olan) müddəalar olmamış və tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı iddiaçı tərəfindən edilməli olan hərəkətlərdə hər hansı pozuntuya yol verilməmişdir.
45. Mülki Məcəllənin 380.1-ci maddəsinin tələblərinin pozulması barədə dəlillər də əsassızdır.
46. Belə ki, həmin maddədə iddia müddətinin axımının kəsilməsinə səbəb olan iki hal müəyyən edilmişdir. Birincisi – tələbkar tərəfindən müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi, ikincisi – borclu şəxs tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlərin edilməsi.
47. Borclu şəxs tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlərin edilməsinə kreditora borcun etirafını nəzərdə tutan ərizə, məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər borcun mövcud olduğunu təsdiq edən hərəkətlər aid edilə bilər.
48. Hazırkı işdə də Cavabdeh1 tərəfindən belə hərəkətlər edilmişdir.
49. Belə ki, işin mübahisəsiz hallarına görə o, xx.xx.2021-ci il tarixdə İddiaçı BOKT ASC-nin Müşahidə şurasına ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizədə qeyd etmişdir ki, 13 may 2016-cı il tarixli kredit müqaviləsi ilə ona 50000 ABŞ dolları kredit verilmiş, daha sonra biznes fəaliyyəti iflasa uğramış və bununla əlaqədar olaraq maddi vəziyyəti müqavilə üzrə öhdəliyini yerinə yetirməyə imkan verməmiş, öz borcunu ödəməkdən heç bir halda boyun qaçırmamış, maddi durumu borcu hissə-hissə ödəməyinə imkan verir. Bu səbəbdən borcunu hissə-hissə ödəmək üçün razılığa gəlməyi istəmiş və borcunun 15000 ABŞ dolları olaraq qəbul edilərək hər ay 1000 ABŞ dolları məbləğində ödəniş etməyinə razılıq verilməsini xahiş etmişdir.
50. Göründüyü kimi Cavabdeh1 həmin ərizəni yazmaqla kredit müqaviləsi üzrə borcun mövcud olduğunu təsdiq etmişdir.
51. Belə ki, həmin ərizədə cavabdeh kredit müqaviləsində müəyyən edilən kredit məbləğinin aldığını, öz öhdəliklərinin lazımi qaydada icra etmədiyini və bu səbəbdən borcun mövcud olduğunu etiraf etmişdir. Ona görə də, həmin ərizədə cəmi borcun 15000 ABŞ dolları məbləğində qeyd edilməsi hər hansı əhəmiyyət daşımır və borcun qismən etiraf edilməsi kimi qiymətləndirilə bilməz.
52. Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələr inin tələblərinin pozulması barədə dəlillər də əsassızdır.
53. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisə üzrə Mülki Məcəllənin 449.1-ci maddəsini deyil, 445.7-ci maddəsini tətbiq etmişdir.
54. Həmin maddənin hazırkı mübahisəyə tətbiq edilməsi isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyə uyğundur.
55. Belə ki, həmin Qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslar dan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
56. Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrinin tələblərinin pozulmasına istinad etməklə işin faktiki halları (iddiaçı tərəfindən qanunsuz olaraq müqavilə müddəti bitdikdən sonra müqavilə üzrə fazilərin tutulması, məhkəmədən kənar Mərkəzi bankın uçot faiz dərəcəsinə uyğun olaraq faizlərin hesablanması və əldən çıxmış fadaya pul tutulması) ilə bağlı dəlillərə dair qeyd edilir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası m əhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
57. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə y ol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
59. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 23 iyul tarixli 2-2(108)-2/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.