Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-50/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi, Cavabdeh4 və Mənuçehr X5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə haqqının ödənilməsi, müqavilələrin etibarsız hesab olunması, şəhadətnamələrin bərpa edilməsi, əmlakın qaytarılması, dəymiş ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi, Cavabdeh4 və Mənuçehr X5 qarşı “icarə haqqının ödənilməsi, müqavilələrin etibarsız hesab edilməsi, şəhadətnamələrin bərpa edilməsi, əmlakın qaytarılması, dəymiş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 sentyabr tarixli 2-2(103)-602/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 MMC və "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İcarədar qismində “Aztexnika LTD" MMC ilə icarəçi qismində Cavabdeh2 MMC arasında ayrı-ayrılıqda bağlanmış 2015-ci il 18 fevral tarixli icarə müqavilələrinə əsasən, icarədar ** JA ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA * **, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JG ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JG ***, ** JG ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hər biri üzrə aylıq icarə haqqı 500 manat olmaqla 10 il müddətinə icarəçiyə icarəyə vermişdir. 2. “Aztexnika LTD" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, icarəyə verilmiş nəqliyyat vasitələrinin icarə haqqı üzrə Cavabdeh2 MMC-nin “Aztex nika LTD" MMC-yə 1.560.000 manat icarə haqqı və 280.800 manat ƏDV olmaqla borcu yaranmışdır.
3. Elektron qaimələrdən görünür ki, “Aztexnika LTD" MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilələrə əsasən, ümumi dövriyyə aşağıdakı həcmlərdə olmuşdur: - 2019-cu il 6 fevral tarixli 082173 nömrəli elektron qaimə üzrə 12.770,68 manat; - 2019-cu il 2 aprel tarixli 400144 nömrəli elektron qaimə üzrə 8.127,62 manat; - 2020-ci il 2 mart tarixli 072021 nömrəli elektron qaimə üzrə 35.400 manat. 4. “Aztexnika LTD" MMC-nin arayışında qeyd edilmişdir ki, bazar araşdırmasına əsasən, 2015-2020-ci il tarixləri arasında “Volvo” markalı yəhərli dartıcıların aylıq ortalama icarə qiyməti 5.000 manat ekvivalent civarındadır. 5. “Aztexnika LTD" MMC Cavabdeh2 MMC-yə məktub ünvanlayaraq icarəyə verilmiş 52 ədəd nəqliyyat vasitəsi üzrə müqavilə bağlanan tarixdən heç bir ödəniş olunmadığını bildirərək, nəqliyyat vasitələrinin təhvil verilməsini xahiş etmişdir. 6. “Aztexnika LTD" MMC Cavabdeh2 MMC-yə 2020-ci il 8 aprel tarixli AZT/X/127 nömrəli məktub ünvanlayaraq 10 gün müddətində icarə müqaviləsinə birtərəfli qaydada xitam veriləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. 7. “Aztexnika LTD" MMC 2020-ci il 15 aprel tarixli AZT/X/132 nömrəli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə müraciət edərək, icarə müqaviləsinə xitam verildiyini bildirib, qeyd olunan avtonəqliyyat vasitələrinin qeyri-qanuni istifadəsinin aşkarlandığı zaman saxlanılaraq “Aztexnika LTD" MMC-nin mülkiyyətinə qaytarılmasını xahiş etmişdir.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi “Aztexnika LTD" MMC-yə 2020-ci il 17 aprel tarixli 016-35274-1220 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, qeyd olunan nəqliyyat vasitələri Cavabdeh1 MMC-nin adına rəsmiləşdirilmişdir.
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin 2020-ci il 23 may tarixli 016-46166-1220 nömrəli məktubuna əlavə edilmiş kompüter bazasından çıxarışdan görünür ki, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JG ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri Cavabde h1 MMC-nin mülkiyyətindədir.
10. Cavabdeh1 MMC-nin və “Aztexnika LTD" MMC-nin nümayəndələri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə nəqliyyat vasitələrinin alqı-satqısının rəsmiləşdirilməsi üçün ərizələrlə müraciət etmişlər. Bundan sonra 2020-ci il 19 mart tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, 2020-ci il 8 aprel tarixli nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinə əsasən ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JG ***, ** JF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri, 2020-ci il 19 mart tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri, 2020-ci il 8 aprel tarixli nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinə əsasən ** JF ***, ** JF ***, ** JF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri “Aztexnika LTD" MMC tərəfindən Cavabdeh1 MMC-yə satılmışdır.
11. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2020-ci il 23 iyul tarixli 5(003)-190/2020 nömrəli qərarına əsasən, mübahisə predmeti olan nəqliyyat vasitələrinin “Aztexnika LTD" MMC-yə qaytarılmasından ötrü saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin müvəqqəti avtomobil duracağına yerləşdirilməsi qərara alınmışdır.
12. Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin 2021-ci il 16 mart tarixli “Cinayət işinin icraatına xitam verilməsi barədə” qərarına əsasən, Mənuçehr X3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. Həmin qərarda göstərilmişdir ki, Mənuçehr X10 tərəfindən 2020-ci il 5 avqust tarixli təhvil-təslim aktı ilə 71 ədəd nəqliyyat vasitələri, qoşqu vasitələri və ağır texnikalar “Aztexnika LTD" MMC-nin nümayəndəsi qismində iştirak edən Nümayəndə1 təhvil verilmiş, ona görə də cinayət işinin icraatına xitam verilmişdir.
13. Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, 2017-ci il 27 dekabr tarixdə “Aztexnika LTD" MMC-nin qanuni təmsilçisi Nümayəndə1 olmuşdur. Çıxarışda əvvəlki qanuni təmsilçi bölməsində Cavabdeh5 qeyd olunmuşdur.
14. Cavabdeh2 MMC-nin 2014-cü il 29 sentyabr tarixli 02 nömrəli əmrinə əsasən, X1 Cavabdeh2 MMC-nin direktoru vəzifəsinə təyin olunmuş, 2018-ci il 28 yanvar tarixli 006 və 008 nömrəli etibarnamələrə əsasən, onun tərəfindən Cavabdeh4 cəmiyyətin adından alqısatqı işlərinin aparılması ilə əlaqədar bütün hərəkətlərin edilməsi etibar olunmuşdur. 15. “Aztexnika LTD" MMC-nin 2018-ci il 22 fevral tarixli AZT-001/05 nömrəli əmrinə əsasən, “Aztexnika LTD" MMC-nin cari möhürünün 2018-ci il 22 fevral tarixdən istifadəsi dayandırılmış və həmin tarixdən yeni möhürün hazırlanması üçün aidiyyəti quruma müraciət olunmuşdur.
16. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Mənuçehr X7r. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 17. "xxxx" MMC (bundan sonra – “iddi açı”) 2020-ci il 22 may tarixində Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi, Cavabdeh4 və Mənuçehr X5 (bundan sonra – “cavabdehlər”) qarşı iddia ərizəsi, daha sonra “iddia tələbinin həcmin artırılması”, “iddia tələbinin həcmin artırılması ərizəsinin dəqiqləşdirilməsi”nə dair ərizələrlə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2015-ci il 18 fevral tarixli icarə müqaviləsinə əsasən, aylıq 500 manat icarə haqqı müqabilində verilmiş 52 ədəd avtomobilə görə 60 ay müddətində yaranmış icarə haqqının, yəni 1.560.000 manat (500x52x60) icarə haqqı və 280.800 manat ƏDV olmaqla, ümumilikdə 1.840.800 manat pul vəsaitinin Cavabdeh2 MMC-dən alınaraq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus olmuş 35 ədəd “Volvo” markalı ** JA *** ** JA ***, ** JA ***, * * JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JG ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin Cavabdeh1 MMC-yə satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeyd olunan 35 ədəd avtomobilə dair verilmiş texniki şəhadətnamələrin ləğv olunması, həmin 35 ədəd avtomobilin iddiaçının mülkiyyətində olması barədə verilmiş texniki şəhadətnamələrin bərpa edilməsi və həmin yük avtomobillərinin mülkiyyətçi-iddiaçıya qaytarılması, 2020-ci ilin aprel ayından noyabr ayınadək keçə n 8 aylıq müddətdə mülkiyyətçinin 35 ədəd yük avtomobilindən məhrum olması və nəticədə bu müddət ərzində icarə haqlarından əldə edəcəyi faydanın əldən çıxması nəticəsində ona dəymiş 1.400.000 manat (5.000x35x8) məbləğində ziyanın müştərək qaydada cavabdehlər Mənuçehr X10 və Cavabdeh4 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (icarəyəverən) ilə Cavabdeh2 MMC (icarəçi) arasında 2015-ci il 18 fevral tarixində 10 il müddətinə bağlanmış icarə müqaviləsi (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələrinin icarəsi) üzrə icarə haqqı, aradan uzun müddət keçməsinə baxmayaraq, ödənilməmiş və iddia olunan miqdarda borc yaranmışdır. Cavabdeh iddiaçının 2020-ci il 13 mart tarixli pretenziya məktubunu 16 mart tarixində qəbul etməsinə baxmayaraq, icarə borcu ödənilməmiş, nəqliyyat vasitələri geri qaytarılmamışdır. Bu səbəbdən iddiaçı 2020-ci il 8 aprel tarixli məktubla Cavabdeh2 MMC-yə yenidən məktubla müraciət edərək, tərəflər arasında bağlanmış 2015-ci il 18 fevral tarixli icarə müqaviləsinin 7.2-ci bəndinə əsasən məktub təqdim edildiyi tarixdən 10 gün sonra müqaviləyə birtərəfli xitam veriləcəyini bildirmişdir. Müqavilənin ləğv olunmasına baxmayaraq, Cavabdeh2 MMC onun istifadəsinə verilmiş 34 ədəd “Volvo” markalı nəqliyyat vasitələrini iddiaçıya geri qaytarmamışdır.
19. Azərbaycan Respublikası Baş X14 İdarəsinə (bundan sonra – “BDYPİ”) məktub göndərilərək qeyd olunan nəqliyyat vasitələrinin saxlanılaraq təhvil verilməsi xahiş edilmişdir. Lakin BDYPİ tərəfindən göndərilən cavab məktub unda iddiaçıya məxsus olmuş 34 ədəd “Volvo” markalı nəqliyyat vasitəsinin onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh1 MMC-nin adına rəsmiləşdirildiyi bildirilmişdir.
20. İddiaçı göstərilən avtonəqliyyat vasitələrinin Cavabdeh1 MMC-nin mülkiyyətinə keçməsi, BDYPİ-nin Qeydiyyat şöbəsində qeydiyyata alınması üçün sənəd verməmiş, belə sənədləşməyə əsas ola biləcək əqd bağlamamışdır. Bu səbəbdən BDYPİ tərəfindən aparılmış qeydiyyat əməliyyatları qanuni hesab oluna bilməz.
21. Məhkəmə araşdırması zamanı edilən sorğular və alınan cavab məktublarına əsasən məlum olmuşdur ki, qeyd olunan 34 ədəd avtomobilin BDYPİ-nin Qİİ tərəfindən alqı-satqısı rəsmiləşdirilmişdir. Bundan əlavə, BDYPİ tərəfindən göndərilən sənədlərdən məlum olmuşdur ki, 34 ədəd avtomobildən əlavə daha bir avtomobil - ** JA *** dövlət qeydiyyat nişanlı “Volvo” markalı yük avtomobili də qeyri-qanuni yol ilə iddiaçının adından çıxarılaraq Cavabdeh1 MMC-nin mülkiyyətinə verilmişdir. BDYPİ tərəfindən təqdim edilmiş alqı-satqı müqavilələri və əlaqəli sənədlərdən görünür ki, nəqliyyat vasitələrinin alqı-satqı müqavilələri 2020-ci ilin aprel ayının əvvəllərində rəsmiləşdirilmişdir. Həmin müqavilələrə əsasən, avtomobillər iddiaçının adından alıcı "xxxx" MMC-yə satılmışdır. Lakin alqı-satqı müqavilələrində iddiaçının adından istifadə edilən möhürə məxsus relyef klişe saxtadır. Belə ki, 2020-ci ildə iddiaçıya məxsus möhürün relyef klişesi fərqli formada olmuşdur.
22. Bundan əlavə, nəqliyyat vasitəsinin alqı-satqısı haqqında müqavilədən də görünür ki, alqı-satqı zamanı hər iki tərəfi, yəni həm alıcını, həm də satıcını etiba rnamə əsasında eyni şəxs - Cavabdeh4 təmsil edir. Cavabdeh4 alıcı Cavabdeh1 MMC tərəfindən verilmiş etibarnaməyə nəzər saldıqda görünür ki, həmin etibarnamə MMC tərəfindən 2018-ci il 28 yanvar tarixində verilmişdir. Lakin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquqi Şəxslərin Dövlət reyestrində "xxxx" MMC-nin 2019-cu il 7 may tarixində, yəni etibarnamə verildikdən 1 il 4 ay sonra dövlət qeydiyyatına alındığı müəyyən edilir. Göründüyü kimi, şirkət hələ mövcud olmadan öncə etibarnamə vermişdir. Bu da həmin etibarnamənin tamamilə saxta olmasını göstərir.
23. Qeyd olunan qanun pozuntularına yol verən şəxs hər iki cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi olan Mənuçehr X7r. Belə ki, həmin şəxs tərəfindən saxta etibarnamə verilmiş, saxta möhür və sənədlərdən istifadə edilərək qey ri-qanuni yolla iddiaçıya məxsus olan 35 ədəd yük avtomobili həmin şəxsin təsisçisi və qanuni təmsilçisi olduğu Cavabdeh1 MMC-nin adına rəsmiləşdirilmişdir. Qeyd olunan kobud qanun pozuntularına yol vermiş, sənədlərin və möhürlərin saxtalaşdırılması yolu ilə iddiaçıya xüsusilə külli miqdarda ziyan vurmuş Mənuçehr X3 əməlində cinayət əlamətlərinin araşdırılması və məsuliyyətə cəlb edilməsi üçün xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməlidir.
24. BDYPİ təqdim etdiyi sənədlərdən görünür ki, avtomobillər 2020-ci ilin aprel ayından qeyri-qanuni yolla iddiaçının mülkiyyətindən çıxarılmışdır. Bu səbəbdən faktiki olaraq 2020-ci ilin aprel aynıdan iddiaçı həmin avtomobillərdən, eləcə də həmin avtomobillərin icarəyə verilməsi ilə əldə olunacaq gəlirlərdən məhrum olmuşdur. Qeyd olunan “V olvo” markalı yük avtomobillərinin aylıq icarəsi 5.000 manat təşkil edir. Beləliklə, 2020-ci ilin aprel ayından hazıradək 8 aylıq müddətin keçməsini nəzərə alaraq, 40.000 manat (5.000 x 8) icarə haqqının faktiki olaraq əldən çıxması müəyyən edilir. Mənuçehr X3 yol verdiyi kobud qanun pozuntularına əsasən iddiaçının 35 ədəd “Volvo” markalı yük avtomobilinin qanunsuz olaraq mülkiyyətindən çıxarılmasını nəzərə aldıqda isə 2.800.000 manat (35 x 40.000) məbləğində faydanın əldən çıxdığı müəyyən olunur.
25. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.1, 389.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.1, 26.1, 53-cü maddələrinə istinad etmişdir.
26. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı y azılı etiraz təqdim edilməmişdir.
27. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli e-2-2(113)-133/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən 1.560.000 manat icarə haqqı və 280.800 manat ƏDV olmaqla, ümumilikdə 1.840.800 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddiaçıya məxsus olmuş 35 ədəd “Volvo” markalı ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JG ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin Cavabde h1 MMC-yə satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında nəqliyyat vasitələrinə verilmiş texniki şəhadətnamələrin ləğv olunması, 35 ədəd avtomobilin iddiaçının mülkiyyətində olması barədə verilmiş texniki şəhadətnamələrin bərpa edilməsi, nəqliyyat vasitələrinin mülkiyyətçiyə (iddiaçı) qaytarılmasının nəzərə alınması, cavabdeh Mənuçehr X2 vurulmuş ziyana görə 70.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – Z.Axundova).
28. Birinci instansiya məhkəməsi işin hallarına istinadən gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış icarə müqavilələrinə əsasən, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. İ ddiaçı Cavabdeh2 MMC-yə məktub ünvanlayaraq, icarəyə verilmiş 52 ədəd nəqliyyat vasitəsi üzrə müqavilə bağlanan tarixdən heç bir ödəniş edilmədiyini bildirmiş, nəqliyyat vasitələrinin təhvil verilməsini xahiş etmişdir.
29. Məhkəmə iddia tələbinin icarə haqqı borcunun tutulması hissəsinə münasibətdə göstərmişdir ki, icarə müqavilələri bağlandıqdan sonra nəqliyyat vasitələrinin icarəçiyə verilməsini təsdiq edən təhvil-təslim aktları tərtib olunmamışdır. Lakin müəyyən olunmuşdur ki, nəqliyyat vasitələri 2020-ci il 5 avqust tarixində Cavabdeh2 MMC-dən alınaraq iddiaçının nümayəndəsi qismində iştirak edən Nümayəndə1 təhvil verilmişdir. Bu hal icarə müqavilələri bağlandıqdan sonra icarəyə verilmiş nəqliyyat vasitələrinin iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə təhvil verilməsini təsdiq etmişdir. Məh kəmə icarə haqqının icarə müqavilələrinin bağlandığı tarixdən hesablanması ilə bağlı iddiaçının dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin nümayəndəsi icarə müqavilələrinin real müqavilələr olmaması (etirazın əsaslarından biri kimi) və avtomobillərin daha sonrakı tarixlərdə iddiaçıya təhvil verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də Cavabdeh2 MMC-dən 1.560.000 manat (52 x 60 ay x 500manat) icarə haqqı və 280.800 manat ƏDV olmaqla, ümumilikdə 1.840.800 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
30. Məhkəmə iddiaçıya məxsus olmuş 35 ədəd “Volvo” markalı nəqliyyat vasitələrinin Cavabdeh1 MMC-yə satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab olunması ilə bağlı qeyd etmişdir ki, müqavilələr MM-də müəyyənləşdirilmiş şərtləri p ozmaqla bağlandığından həmin müqavilələr etibarsız hesab edilməlidir. Belə ki, hər iki etibarnamə səlahiyyətsiz şəxs tərəfindən imzalanaraq verilmişdir. Bundan başqa, hazırkı halda bir şəxsin hər iki tərəfi təmsil etməsi bütövlükdə təmsilçilik institutunun özünün mahiyyəti ilə bir araya sığmır. İddiaçı tərəfindən vurulan möhür gözlə görüləcək dərəcədə fərqlidir və s. Bütün bu faktlar həmin müqavilələrin özlüyündə etibarsız olan əqd olması qənaətinə gəlməsi üçün kifayətdir. Ona görə də alqı-satqı müqavilələri bağlananadək mövcud olmuş vəziyyət bərpa edilməli, yəni həmin müqavilələr əsasında nəqliyyat vasitələrinə verilmiş texniki şəhadətnamələr ləğv olunmalı və 35 ədəd avtomobilin iddiaçının mülkiyyətində olması barədə verilmiş texniki şəhadətnamələr bərpa edilməlidir.
31. Eyni zamanda, 35 ədəd nəqliyyat vasitəsinin iddiaçıya qaytarıldığı (həmin fakt araşdırma nəticəsində müəyyən olunmuşdur) nəzərə alınmalıdır.
32. Əldən çıxmış fayda ilə bağlı məhkəmənin nəticəsi belə olmuşdur ki, iddiaçı həmin tarixinədək (2020-ci ilin avqust ayı) qeyd olunan nəqliyyat vasitələrindən məhrum olması nəticəsində əldən çıxmış fayda olaraq dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, həmin tarixdə faktiki olaraq nəqliyyat vasitələrinin təhvil verilməsi təmin olunmuş, lakin iddiaçı tərəfindən nəqliyyat vasitələrinin onun mülkiyyətinə verilməsi ilə bağlı (rəsmiləşdirmə işlərinin aparılması) hər hansı tədbirlərin görülməsi, tələbin yönəldiyi cavabdeh tərəfindən həmin tarixdən etibarən nəqliyyat vasitələrinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı imtinasının olması müəyyə n edilməmişdir. Ona görə də 8 aylıq deyil, 4 aylıq müddət üçün iddiaçının 35 ədəd yük avtomobilindən məhrum olması və nəticədə bu müddət ərzində icarə haqlarından əldə edəcəyi faydanın əldən çıxması nəticəsində ona dəymiş zərər hesablanaraq iddiaçıya ödənilməlidir. İddiaçı 2015-2020-ci illərdə həmin nəqliyyat vasitələrinin aylıq ortalama icarə qiymətinin 5.000 manat məbləğində olduğunu qeyd etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir və iddiaçı tərəfindən təqdim olunmuş arayış yetərli sübut hesab oluna bilməz. 2015-ci il 18 fevral tarixli icarə müqavilələrinə əsasən, sözügedən nəqliyyat vasitələri iddiaçı tərəfindən aylıq icarə haqqı 500 manat olmaqla icarəyə verilmişdir. Həmin müqavilələrin 10 il müddətinə bağlandığını və icarə müqavilələrinə icarəçinin öhdəliklərini ye rinə yetirməməsi səbəbindən xitam verildiyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, 4 ay müddətdə 35 ədəd nəqliyyat vasitəsinə görə aylıq 500 manat olmaqla vurulmuş ziyan hesablanaraq 70.000 manat (35 x 500 x 4) iddiaçının xeyrinə tutulmalıdır.
33. İddiaçı əldən çıxmış faydanın müştərək qaydada cavabdehlər Mənuçehr X10 və Cavabdeh4 tutulmasını tələb etsə də, iddiaçının mülkiyyətində olmuş 35 ədəd nəqliyyat vasitəsindən cavabdehlər Mənuçehr X10 və Cavabdeh4 hər ikisinin hərəkətləri nəticəsində deyil, yalnız cavabdeh Mənuçehr X3 hərəkətləri nəticəsində məhrum olmuşdur. Belə ki, hər iki etibarnaməni verən şəxs Mənuçehr X10 olmuş, Cavabdeh4 ona verilən etibarnamələr əsasında hərəkət etmişdir. Tələb edilən nəqliyyat vasitələrini qaytarmaq səlahiyyətinə də Mənuçehr X10 malik olmuşdur. Od ur ki, iddiaçının 4 ay ərzində 35 ədəd nəqliyyat vasitələrindən məhrum olması səbəbindən cavabdeh Mənuçehr X2 vurulmuş ziyana görə 70.000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, Cavabdeh4 münasibətdə iddia təmin olunmamalıdır.
34. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 21.3, 43.1, 44.1, 48.1, 337.1, 337.3, 337.4, 337.5, 359.1, 362.5, 385.1, 386.1, 442, 443.4, 448.1, 700.1, 700.2, 700.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
35. Həmin qətnamədən iddiaçı 2021-ci il 22 iyun tarixində, cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 MMC 2022-ci il 12 iyun tarixində apellyasiya şikayətləri vermişlər. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilərək iddianın tam təmin olunması, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
36. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 sentyabr tarixli 2-2(103)-872/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh2 MMC-dən cəmi 1.840.800 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilərək həmin hissədə iddia təmin olunmamış, qətnamənin digər mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, haki mlər – V.Baxışova və V.Məmmədov).
37. Apellyasiya instansiyası məhkəməsi MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini və tələblərin bölünən olduğunu nəzərə alaraq qeyd etmişdir ki, maddi zərərin ödənilməsi barədə tələblərin təmin edilmiş hissəsi, habelə mübahisəli nəqliyyat vasitələrinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, onlara dair verilmiş texniki şəhadətnamələrin ləğv edilməsi, iddiaçının adına olan texniki şəhadətnamələrin bərpa olunması və nəqliyyat vasitələrinin iddiaçıya qaytarılması ilə bağlı iddia tələbləri hazırkı apellyasiya baxışının predmetinə daxil deyil.
38. Cavabdehdən icarə haqqının tutulması üçün əsaslar mövcud olmadığından, həmin müqavilələr əsasında yaranmış borcun tutulması barədə iddia təmin edilməməli dir. Belə ki, cavabdeh tərəf müqavilələrin imzalanmasına baxmayaraq, nəqliyyat vasitələrinin faktiki olaraq onlara təhvil verilmədiyini və tərəflər arasında faktiki icarə hüquq münasibətləri yaranmadığını bildirmişdir. Belə olan halda həmin halları sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan 3 ədəd elektron qaimə isə bunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, 2019-cu il 6 fevral tarixli 082173 nömrəli və 2019-cu il 2 aprel tarixli 400144 nömrəli elektron qaimələr icarə haqqı ilə əlaqədar deyil, göstərilmiş servis xidməti ilə əlaqədar göndərilmişdir. Yalnız 1 ədəd 2020-ci il 2 mart tarixli 072021 nömrəli elektron qaimə 35.400 manat məbləğində icarə haqqı ilə əlaqədar göndərilmişdir. Lakin həmin qaimənin görünüş üçün tərtib olunub göndərilməsi nəticəsinə gəlmək üçün kifayət qədər əsaslar mövcud olmuşdur. Çünki həmin qaimə icarə müqavilələrin tərtib edildiyi tarixdən 5 il sonrakı tarixə aid olmuş, məhz iddiaçının pretenziya məktubu ilə cavabdehə və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən qısa müddət - 14 gün əvvəl tərtib olunmuşdur.
39. Bundan əlavə, icarə müqavilələrinin imzalanmasından 5 il müddət keçməsinə baxmayaraq, iddiaçı cavabdehdən icarə haqqının ödənilməsini tələb etməmiş, bu müddətdə pretenziya göndərməmiş və ya məhkəmədə iddia qaldırmamışdır. Bu hallar isə icarə müqavilələrindən irəli gələn münasibətlər üzrə işgüzar adətlərə ziddir.
40. Bundan başqa, həmin icarə müqavilələrindən görünür ki, müqavilələr i icarəyə verən - iddiaçı adından Cavabdeh5, icarəçi Cavabdeh2 MMC-nin adından isə P.Cavabdeh5 imzalamışdır. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi bildirmişdir ki, onlar ata və oğuldur, icarə müqavilələri formal olaraq bağlamışlar. Həmçinin mübahisəli nəqliyyat vasitələrinin Cavabdeh5 oğlu tərəfindən 2020-ci il 5 avqust tarixli təhvil-təslim aktı ilə iddiaçının nümayəndəsinə təhvil verilməsi də mübahisənin həllinə təsir etmir. Çünki işin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən etibarsız hesab edilən, hazırki apellyasiya baxışının predmetinə aid olmayan iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış və BDYPİ-yə rəsmiləşdirilmiş 2020-ci il 19 mart və 2020-ci il 8 aprel tarixli alqı-satqı müqavilələrinə əsasən, mübahisəli nəqliyyat v asitələri həmin cavabdehin mülkiyyətinə keçmişdir. Ona görə də mübahisəli nəqliyyat vasitələrinin həmin müqavilələr əsasında Cavabdeh1 MMCnin rəhbəri olmuş Cavabdeh5 oğlunun sahibliyinə keçməsi istisna deyil. Bu baxımdan, habelə iddiaçı tərəfindən mübahisəli nəqliyyat vasitələrinin cavabdehə təhvil verilməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmadığına görə mübahisəli nəqliyyat vasitələrinin Cavabdeh5 oğlu tərəfindən təhvil verilməsi icarə müqavilələrinin real icra olunması və həmin nəqliyyat vasitələrinin məhz icarə müqavilələri əsasında Cavabdeh1 MMC-nin sahibliyində olması anlamına gəlmir. Beləliklə, icarə müqavilələrinin real olması və tərəflər arasında faktiki olaraq icarə hüquq münasibətlərinin yaranması öz təsdiqini tapmamışdır. Belə olan halda isə iddiaçı heç bir şərti i cra olunmayan icarə müqavilələri üzrə icarə haqqının ödənilməsini tələb edə bilməz.
41. Əldən çıxmış faydanın tutulması barədə tələblərin təmin edilməyən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı fayda əldə etmək üçün tədbirlər gördüyünü, hazırlıq işləri apardığını, yəni başqa şəxs(lər)lə icarə müqaviləsi bağlanması ilə bağlı danışıqlar apardığını, razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları təqdim etməmişdir. Eyni zamanda, iddiaçı nəqliyyat vasitələrinin icarə haqqının 5.000 manat olduğunu bildirsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi arayış isə onun özü tərəfindən tərt ib edildiyi üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddiaçının apellyasiya baxışı zamanı təqdim etdiyi nəqliyyat vasitələrinin orta aylıq icarə haqqı ilə bağlı ekspert rəyi və məlumat arayışı isə ümumiyyətlə sübut qismində qəbul oluna bilməz (MPM-in 372.2-ci maddəsi). Apellyasiya məhkəməsinin gəldiyi nəticə yalnız birinci instansiya məhkəməsində tərəflərin istinad etdiyi faktlara və sübutlara əsaslanır, bu baxımdan həmin tələblərlə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir.
42. Xüsusi qərardadın çıxarılması ilə bağlı apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, bu iddia tələbi deyil, mahiyyəti üzrə vəsatətdir. Həmin vəsatətə dair isə birinci instansiya məhkəməsi Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinin 2021-ci il 16 mart tarixli “Cin ayət işinin icraatına xitam verilməsi barədə” qərarına istinad edərək düzgün nəticəyə gəlmişdir. Nəqliyyat vasitələrinə dair alqı-satqı müqavilələr də sorğu verilərək, Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsindən əldə edilmişdir. Eyni zamanda, vəsatət və təqdimat əsasında Xəzər Rayon Məhkəməsinin qərarı ilə hazırkı mübahisəli nəqliyyat vasitələrinin alqı-satqısına dair sənədlərin BDYPİ-dən götürülməsi, eyni zamanda həmin nəqliyyat vasitələrinin olduqları yerin müəyyən edilərək, iddiaçıya qaytarılmasından ötrü saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin müvəqqəti avtomobil duracağına yerləşdirilməsi qərara alınmışdır. İddiaçı cinayət işinin icraatına xitam verilməsi barədə qərardan şikayət vermək hüququna malik olmuşdur. Qeyd olunanlara əsasən, xüsusi qərardadın qəbul edilməsi barədə iddi açının vəsatəti təmin olunmamalıdır.
43. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 443.4, 700.1, MPM-in 77.1, 372.2, 372.6, 376.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
44. İddiaçı tərəfindən 2021-ci il 24 noyabr tarixində kassasiya şikayəti verilərək, qətnamənin tamamilə ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 15 mart tarixli 2-2(102)143/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 sentyabr tarixli 2-2(103)-872/2021 saylı qətnaməsi qismən cavabdehdən 1.840.800 manat məbləğində icarə haqqının tutulması barədə - iddiaçının iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamənin qalan mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – K.Abiyeva, hakimlər – B.Qəribov və İ.Dadaşov).
46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 16 mart tarixli qərarında tərəflər arasında 2015-ci il tarixli 18 fevral tarixli icarə müqavilələrinin bağlanmasının, başqa sözlə real icarə münasibətlərinin mövcudluğu, iddiaçıya məxsus 71 ədəd nəqliyyat vasitəsi, qoşqu vasitəsi və ağır texnikanın cavabdehin istifadəsində olması və hər hansı icarə haqqının ödənilməməsinin aparılmış istintaqla müəyyən edildiyi göstərilmişdir.
47. Apellyasiya instan siyası məhkəməsi qətnaməsində iddiaçının xüsusi qərardad qəbul olunması barədə vəsatəti üzrə qiymətləndirmə apararkən Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 16 mart tarixli qərarına istinad etsə də, tərəflərin mübahisəli hüquq münasibətlərinin aydınlaşdırılması baxımından əhəmiyyət kəsb edən, istintaqla müəyyən edilmiş, § 46-da qeyd olunan hallara ümumiyyətlə toxunmamış, bununla da işin hallarının hərtərəfli, tam araşdırılması prinsipi və sübutların qiymətləndirilməsinə dair MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, sözügedən qərarın cavabdeh-Cavabdeh2 MMC tərəfindən mübahisələndirilməsinə dair işin materiallarında hər hansı sübut mövcud deyildir. Həmin qərar işdə olan sübutlardan biridir və prosessual qanunvericiliyin tələblərinə əsas ən, işdə olan digər sübutlarla birgə qiymətləndirilməlidir.
48. Baxılan işin müəyyən edilmiş hallarına görə icarə müqavilələrini icarəyə verən iddiaçının adından Cavabdeh5, icarəçi - cavabdehin adından isə P.Cavabdeh5 imzalamış, onlar ata və oğuldur. Belə olan halda, müvafiq təhvil-təslim aktı tərtib olunmadan da müvafiq nəqliyyat vasitələrinin cavabdehin icarəsinə verilməsi, dövri olaraq icarə haqqının tələb edilməməsi istisna olunmamışdır. Bu baxımdan, tərəflərin dəlillərinə qiymət verilərkən məhkəmə, tərəflərin icarə münasibətləri sahəsindəki formalaşmış işgüzar adətlərini, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalıdır. İşgüzar adətlərin nəzərə alınması, müqavilə şərtlərinin təfsir edilərək qiymətləndirilməsi MM-in 10.1 və 404.2-ci maddələrinin tələblərindən irəli gəlir. Lakin baxılan iş üzrə məhkəmə tərəfindən müqavilənin təfsiri zamanı MM-in 404-cü maddəsinə göstərilən halların nəzərə alınması və qiymətləndirilməsi müəyyən olunmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası MM-in 404-cü maddəsinin pozulmasına dair kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmişdir.
49. Digər tərəfdən, öhdəliyin icrasını tənzimləyən MM-in 433.1 və 433.2-ci maddələrinin (ümumi normaların) hazırki mübahisəyə tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, hətta nəqliyyat vasitələrinin təhvil-təslim aktı tərtib edilməsə belə, əgər həmin nəqliyyat vasitəsindən cavabdeh real olaraq istifadə etmişsə, icarə obyektinin təhvil verilməsi öhdəliyi icarəyə verən ixtiyarlı şəxsə (kreditora, bu hal üçün icarəçiyə) icra olunmuş sayılır. Bu mə nada, məhkəmənin araşdırmalı olduğu məsələ təhvil-təslim aktının formal olaraq tərtib edilməməsindən daha çox, real olaraq cavabdehin həmin nəqliyyat vasitəsindən istifadə edib-etməməsidir.
50. İddiaçının zərərçəkən şəxs qismində tanındığı cinayət işi üzrə istintaq dövründə iddiaçıya məxsus 71 ədəd nəqliyyat vasitəsi, qoşqu vasitələri və ağır texnika 2020-ci il 5 avqust tarixli təhvil-təslim aktına əsasən, iddiaçının nümayəndəsinə təhvil verilmişdir. Belə olan halda, həmin texnikaların hansı hüquqi əsasla və icarə müqaviləsinin bağlandığı 2015-ci il 18 fevral tarixindən deyil, başqa vaxtdan cavabdehin istifadəsində olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd olunan akt əsasında iddiaçıya təhvil verilmiş nəqliyyat vasitələrinin həm də sözügedən icarə müq avilələrinin predmeti olmasını nəzərə alaraq, həmin aktla bağlı apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsini (bax yuxarıda § 38) MPM-in 88 və 217-ci maddəsinin tələblərinə uyğun hesab etməmişdir.
51. Bundan əlavə, nəzərə alınmalıdır ki, icarə obyekti olan nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakdır və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələblərinə əsasən, icarə üzrə istifadə hüquqlarının səlahiyyətli dövlət orqanında qeydiyyatı tələb olunur. İşin materiallarından göründüyü kimi, icarə müqavilələrinin Abşeron rayonu 1 saylı Notariat Kontorunun notariusu X4 tərəfindən təsdiq edilmişdir (İV cild i.v. 77).
52. Göründüyü kimi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələblərinə əmə l edilib-edilməməsinin aydınlaşdırılması, icarə haqqının tutulmalı olduğu dövrün dəqiqləşdirilməsi baxımından əhəmiyyətlidir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, sadalanan maddi normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir.
53. Cavabdehin apellyasiya şikayətində də birinci instansiya məhkəməsinin icarə haqqının tutulmalı olduğu dövr üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmadığı göstərilmişdir.
54. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və qanunvericiliyin istinad olunan normalarının tələblərin i nəzərə alaraq hesab etmişdir ki, işin yeni apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətinin həmin dəlilləri üzrə tam və hərtərəfli araşdırma aparılmalı, iddia olunan dövr üzrə mübahisəli nəqliyyat vasitələrinin cavabdehin icarəsində olduğu dövr mötəbər sübutlarla müəyyən edilməli və Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 16 mart tarixli qərarı ilə birgə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilməlidir.
55. Göstərilənlərə əsasən, iddiaçının kassasiya şikayətinin dəlilləri iş üzrə qətnamənin icarə haqqının tutulması tələbinin təmin olunmaması hissəsində ləğv edilməsi üçün əsasdır.
56. İddiaçı kassasiya şikayətində dəymiş ziyanın ödənilməsi tələbinə münasibətdə məhkəmələrin gəldiyi nəticə ilə razı olmadığını göstərsə də, bununl a bağlı apellyasiya instansiyası məhkəməsinin konkret hansı maddi və prosessual hüquq normalarını pozması və pozuntunun nədən ibarət olmasını göstərməmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
57. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 10.1, 14.1, 14.2.1, 21, 337.1, 337.2, 337.4, 337.5, 359.1, 386.1, 404.1, 404.2, 442, 443.4, 448.1, 700-cü, MPM-in 14.2, 77.1, 77.3, 78.1, 82.3, 88-ci maddələrinə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin 6-1, 13, 13-1-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosess ual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X8rşı” iş üzrə 1994-cü il 9 dekabr və “Buzescu Rumıniyaya qarşı” iş üzrə 2005-ci il 24 may tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
58. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 sentyabr tarixli 2-2(103)-602/2022 saylı qətnaməsi ilə Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli e-2-2(113)-133/2021 nömrəli qətnaməsi qismən, cavabdeh "xxxx" MMC-dən ümumilikdə 1.840.800 manat pul vəsaitinin tutulması hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən hakim – H.Həmidov, hakimlər – C.Yusifov və Z.Babayev).
59. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin faktiki halları ilə müəyyən olunanlara əsasən, iddiaçı ilə Cavabdeh2 MMC-yə arasında bağlanmış 2015-ci il 18 fevral tarixli icarə müqavilələrinə əsasən nəqliyyat vasitələri 10 il müddətinə aylıq icarə haqqı 500 manat olmaqla Cavabdeh2 MMC-yə icarəyə verilmişdir. Cavabdeh2 MMC icarə müqavilələrinə əsasən, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı Cavabdeh2 MMC-yə məktub ünvanlayaraq, icarəyə verilmiş 52 ədəd nəqliyyat vasitəsi üzrə müqavilə bağlanan tarixdən heç bir ödəniş edilmədiyini bildirmiş, nəqliyyat vasitələrinin təhvil verilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 2020ci il 8 aprel tarixində Cavabdeh2 MMC-yə məktubla müraciət edərək, 10 gün müddətində icarə müqav ilələrinə birtərəfli qaydada xitam veriləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. İddiaçı 2020-ci il 15 aprel tarixli AZT/X/132 nömrəli məktubla BDYPİ-yə müraciət etmiş və icarə müqavilələrinə xitam verildiyini bildirərək Cavabdeh2 MMC-yə icarəyə verilmiş avtonəqliyyat vasitələrinin qeyri-qanuni istifadəsinin aşkarlandığı zaman saxlanılaraq iddiaçının mülkiyyətinə qaytarılmasını xahiş etmişdir. Həmin məktuba BDYPİ tərəfindən 2020-ci il 17 aprel tarixli 016-35274-1220 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, qeyd olunan nəqliyyat vasitələri Cavabdeh1 MMC-nin adına rəsmiləşdirilmişdir.
60. Apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan icarə haqqının tutulması ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə icarə haqqının tutulmalı olduğu dövrün dəqiqləşdirilməsi vacib əhəmiy yət daşıyır. Xəzər Rayon Məhkəməsinin 2020-ci il 23 iyul tarixli 5(003)-190/2020 saylı qərarına əsasən, ********* saylı cinayət işi üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin 2020-ci il 21 iyul tarixli vəsatəti təmin edilmiş və cinayət işi üzrə qeyd olunan avtomobillərin olduqları yerlər müəyyən edilərək, müəyyən istintaq hərəkətləri keçirildikdən sonra mülkiyyətçisi olan iddiaçıya qaytarılmasından ötrü saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin müvəqqəti avtomobil duracağına yerləşdirilməsi qərara alınmışdır.
61. Öhdəliyin icrasını tənzimləyən MM-in 433.1 və 433.2-ci maddələrinin (ümumi normaların) hazırki mübahisəyə tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, hətta nəqliyyat vasitələrinin təhvil-təslim aktı tərtib edilməsə belə, əgər həmin nəqliyyat vasitəsindən ca vabdeh real olaraq istifadə etmişsə, icarə obyektinin təhvil verilməsi öhdəliyi icarəyə verən ixtiyarlı şəxsə (kreditora, bu hal üçün icarəçiyə) icra olunmuş sayılır. Bu mənada, məhkəmənin araşdırmalı olduğu məsələ təhvil-təslim aktının formal olaraq tərtib edilməməsindən daha çox, real olaraq cavabdehin həmin nəqliyyat vasitəsindən istifadə edib-etməməsidir.
62. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının zərərçəkən şəxs qismində tanındığı cinayət işi üzrə istintaq dövründə iddiaçıya məxsus 71 ədəd nəqliyyat vasitəsi, qoşqu vasitələri və ağır texnika 2020-ci il 5 avqust tarixli təhviltəslim aktına əsasən, iddiaçının nümayəndəsinə təhvil verilmişdir. Belə olan halda, həmin texnikaların hansı hüquqi əsasla və icarə müqaviləsinin bağlandığı 2015-ci il 18 fe vral tarixindən deyil, başqa vaxtdan cavabdehin istifadəsində olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
63. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan akt əsasında iddiaçıya təhvil verilmiş nəqliyyat vasitələrinin həm də sözügedən icarə müqavilələrinin predmeti olmasını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının zərərçəkən şəxs qismində tanındığı cinayət işi üzrə istintaq dövründə iddiaçıya məxsus 71 ədəd nəqliyyat vasitəsi, qoşqu vasitələri və ağır texnika 2020-ci il 5 avqust tarixli təhvil-təslim aktına əsasən iddiaçının nümayəndəsinə təhvil verilmişdir.
64. Göründüyü kimi, birinci instansiya məhkəməsi haqlı olaraq icarə haqqının icarə müqavilələrinin bağlandığı tarixdən hesablanması ilə bağlı iddiaçının dəlillərinə əsaslanmış, yuxarıda qeyd olunanlara əsasən, Cavabdeh2 MMC-dən 1.560.000 manat (52x60ayx500) icarə haqqı və 280.800 manat ƏDV olmaqla, ümumilikdə 1.840.800 manat məbləğində pul iddiaçının xeyrinə tutulmasına dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
65. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 433.1, 433.2, 442, 448.1, 700.1, 700.2, 700.3-cü, MPM-in 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
66. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 7 oktyabr tarixində iddiaçı, cavabdehlər Cavabdeh2 MMC, Mənuçehr X5 məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmiş, 2022-ci il 14 oktyabr tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Cavabdeh4 təqdim edilmişdir.
67. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC 2022-ci il 2 dekabr tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, şikayətin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
68. MM-in 443.4-cü maddəsi üzrə - İddiaçı qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni başqa şəxs və ya şəxslərlə icarə müqaviləsi bağlanması ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları təqdim etməmişdir. Eyni zamanda, iddiaçı nəqliyyat vasitələrinin icarə haqqının 5.000 manat olduğunu bildirsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının birinci instansiya məhkəm əsinə təqdim etdiyi arayış isə onun özü tərəfindən tərtib edildiyi üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz.
69. MM-in 700-cü maddəsi üzrə - Tərfələr arasında bağlanmış icarə müqavilələri real müqavilə münasibətini əks etdirmir. Tərəflər arasında icarə müqavilələri bağlansa da, faktiki olaraq icarə münasibətləri mövcud olmamışdır. Tərəflər arasında bağlanmış icarə müqavilələrinin real olmadığını, həmçinin müqavilə üzrə icarəçiyə verilməli olan nəqliyyat vasitələri və ağır texnikaya dair təhvil-təslim aktının olmaması sübut edir.
70. Bundan başqa, iddiaçı tərəf icarə müqavilələri üzrə icarə haqqının 60 aylıq müddət üçün ödənilməsini tələb etmiş və icarə haqqının tutulma tarixini icarə müqavilələri bağlandığı tarixdən, yəni 2015-ci il 18 fevral tarixindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi tarixə (2020-ci ilin aprel ayı) qədər hesablamışdır. Apellyasiya instansiya məhkəməsi də iddiaçının arqumentləri ilə razılaşmış, bu halı hərtərəfli, tam və obyektiv araşdırmamışdır.
71. İcarəyə verən - iddiaçı, icarəçi - "xxxx" MMC-yə təhvil-təslim aktı üzrə nəqliyyat vasitələrini, ağır texnikaları və digər nəqliyyat vasitələrini təhvil verməmişdir. Bu müddəa icarə müqaviləsində qeyd olunsa da, iddiaçı müqavilənin bu tələbinə riayət etməmişdir. İcarə predmeti olan nəqliyyat vasitələrinin hansı tarixdən icarəçiyə verildiyini müəyyən etmək mümkün olmadığından 60 aylıq müddət üçün hesablanmış icarə haqqının "xxxx" MMC tərəfindən iddiaçının xeyrinə ödənilməsi tamamilə qanunsuz və əsassızdır. 72. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 13, 13-1 -ci bəndləri üzrə - Ali Məhkəmənin 2022-ci il 15 mart tarixli 2-2(102)-143/2022 saylı qərarında bu məsələ ilə əlaqədar göstəriş verilmiş, bununla bağlı tərəfimizdən BDYPİ-yə 2022-ci il 26 iyul tarixli 139/22 saylı sorğu ilə müraciət edilmiş və BDYPİ-nin 2022-ci il 27 iyul tarixli cavab məktubu ilə məlum olmuşdur ki, qeyd edilən nəqliyyat vasitələrinin icarəyə verilməsi barədə DİN Baş X14 İdarəsində rəsmiləşdirmə aparılmamışdır və bununla bağlı hər hansı məlumat mövcud deyildir (sorğu və cavab məktubu qoşma kimi əlavə edilir).
73. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 21 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndi üzrə - İddiaçı icarə müqavilələri üzrə ödənilməli olan məbləğ i elektron qaimə formasında "xxxx"MMC-yə göndərməli olduğu halda, bunu etməmişdir. Mövcud təcrübədə pul məbləğləri bir şirkətdən digər şirkətin hesabına elektron qaimə vasitəsilə köçürülür. Lakin hazırkı halda iddiaçı "xxxx" MMC-yə belə bir qaimə göndərməmiş, buna müvafiq olaraq da "xxxx" MMC-nin müqavilə üzrə ödənişləri ödəyibödəmədiyini demək mümkünsüz olmuşdur. Lakin apellyasiya instansiya məhkəməsi bu xüsusatı da araşdırmamışdır.
74. MPM-in 77.1-ci maddəsi üzrə - İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyini və icarə obyekti olan nəqliyyat vasitələrini cavabdehə təhvil verdiyini bildirmişdir. Lakin müqavilələr imzalansa da, faktiki olaraq nəqliyyat vasitələri cavabdehə təhvil verilməmiş və tərəflər arasında icarə hüquq münasibətləri yaranmamışdır. Belə olan halda həmin halları sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən 3 ədəd elektron qaimə isə bunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, 2019-cu il 6 fevral tarixli 082173 nömrəli və 2019-cu il 2 aprel tarixli 400144 nömrəli elektron qaimələr icarə haqqı ilə əlaqədar deyil, göstərilmiş servis xidməti ilə əlaqədar göndərilmişdir. Yalnız 1 ədəd 2020-ci il 2 mart tarixli 072021 nömrəli elektron qaimə 35.400 manat məbləğində icarə haqqı ilə əlaqədar göndərilmişdir. Lakin həmin qaimənin görünüş üçün tərtib olunub göndərilməsi nəticəsinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Çünki həmin qaimə icarə müqavilə lərin tərtib edildiyi tarixdən 5 il sonrakı tarixə aiddir və məhz iddiaçının pretenziya məktubu ilə cavabdehə və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən qısa müddət – 14 gün əvvəl tərtib olunmuşdur.
75. Bundan əlavə, icarə müqavilələrinin imzalanmasından 5 il müddət keçməsinə baxmayaraq, iddiaçı cavabdehdən icarə haqqının ödənilməsini tələb etməmiş, bu müddətdə pretenziya göndərməmiş və ya məhkəmədə iddia qaldırmamışdır. Bu hallar isə icarə müqavilələrindən irəli gələn münasibətlər üzrə işgüzar adətlərə ziddir.
76. MPM-in 372.2-ci maddəsi üzrə - İddiaçının apellyasiya baxışı zamanı təqdim etdiyi nəqliyyat vasitələrinin orta aylıq icarə haqqı ilə bağlı ekspert rəyi və məlumat arayışı ümumiyyətlə sübut qismində qəbul edilə bilməz. Belə ki, MPM-in 372.2-ci maddəsində təsb it olunmuşdur ki, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı isə qeyd olunan prosessual normanın tələblərinə riayət etməmişdir.
77. MPM-in 217.1, 417.1.3, 416, 418.1, 418.3-cü maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsini nəzərə almamışdır. Belə ki, Ali Məhkəmənin oxşar kommersiya mübahisələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu cür mübahisələrdə istənilən halda görülmüş işlərin böyük hissəsini təhvil-təslim aktları ilə rəsmiləşdirdikləri halda, işlərin digər qisminə münasibətdə belə aktların imzalanmaması həmin işlərin görülməsinin həq iqiliyinə əsaslı şübhələr yaradır. İlkin vergi uçot sənədi olan elektron qaimələr mahiyyət etibarilə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini, birbaşa təsdiq edən düzünə, bilavasitə sübut olmadığından işə baxan məhkəmələr hər bir mübahisədə həmin sənədlərə fərdi qaydada, işin hallarına uyğun şəkildə yanaşmalıdır. Yəni qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunaraq göndərilmiş cavabdeh tərəfindən lazımi qaydada etiraz olunmamış elektron qaimələr işdə başqa mötəbər sübut olmadığı halda mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb etsə də, digər hallarda tərəflər arasında formalaşmış münasibətlərin xarakteri, işgüzar təcrübə, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla birlikdə, kompleks şəkildə qiymətlə ndirilməlidir.
78. Qeyd olunanlardan əlavə, məhkəmə tərəfindən iddiaçıya məxsus olan və cavabdehə icarəyə verilən avtomobillərin, həqiqətən iddiaçıya məxsus olub-olmaması araşdırılmamış, iddiaçı tərəfindən bununla əlaqədar hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, həmin icarə müqavilələrindən görünür ki, müqavilələri icarəyə verən iddiaçının adından Cavabdeh5 icarəçi Cavabdeh2 MMC-nin adından isə P.Cavabdeh5 imzalamışdır. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi bildirmişdir ki, onlar ata və oğuldur, icarə müqavilələri formal olaraq bağlamışlar. Həmçinin mübahisəli nəqliyyat vasitələrinin Cavabdeh5 oğlu tərəfindən 2020-ci il 5 avqust tarixli təhvil-təslim aktı ilə iddiaçının nümayəndəsinə təhvil verilməsi də mübahisənin həlinə təsir etmir.
79. İşin mübahisəsiz hal ları ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən etibarsız hesab edilən və apellyasiya baxışının predmetinə aid olmayan iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış və BDYPİ-yə rəsmiləşdirilmiş 2020-ci il 19 mart və 2020-ci il 8 aprel tarixli alqı-satqı müqavilələrinə əsasən mübahisəli nəqliyyat vasitələri həmin cavabdehin mülkiyyətinə keçmişdir. Ona görə də mübahisəli nəqliyyat vasitələrinin həmin müqavilələr əsasında Cavabdeh1 MMC-nin rəhbəri olmuş Cavabdeh5 oğlunun sahibliyinə keçməsi istisna deyil. Bu baxımdan, habelə iddiaçı tərəfindən mübahisəli nəqliyyat vasitələrinin cavabdehə təhvil verilməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilmədiyinə görə, mübahisəli nəqliyyat vasitələrinin Cavabdeh5 oğlu tərəfindən təhvil verilməsi icarə müqavilələrinin real icra olu nması və həmin nəqliyyat vasitələrinin məhz icarə müqavilələri əsasında Cavabdeh1 MMC-nin sahibliyində olması anlamına gəlmir. Beləliklə, icarə müqavilələrinin real olması və tərəflər arasında faktiki olaraq icarə hüquq münasibətlərinin yaranması öz təsdiqini tapmır. Belə olan halda isə iddiaçı heç bir şərti icra olunmayan icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsini tələb edə bilməz. Ona görə də həmin iddia tələbi rədd olunmalıdır.
80. İddia ərizəsində xüsusi qərardadın qəbul olunması iddia tələbi kimi göstərilsə də, bu iddia tələbi deyil, mahiyyəti üzrə vəsatətdir. Həmin vəsatətə dair isə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinin 2021-ci il 16 mart tarixli cinayət işinin icraatına xitam verilməsi barədə” qərarına əsa sən, Mənuçehr X3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. Həmin qərarda göstərilmişdir ki, Cavabdeh5 oğlu tərəfindən 2020-ci il 5 avqust tarixli təhvil-təslim aktı ilə 71 ədəd nəqliyyat vasitələri, qoşqu vasitələri və ağır texnikalar iddiaçının nümayəndəsi qismində iştirak edən Nümayəndə1 təhvil verilmiş, ona görə də cinayət işinin icraatına xitam verilmişdir. Həmin cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırkı iş üzrə iddia ərizəsində göstərilənlərlə bağlı iddiaçının nümayəndəsinin ifadəsi alınmışdır.
81. Eyni zamanda, Cavabdeh4 həmin iş üzrə şahid qismində dindirilmiş və hazırkı işin halları ilə bağlı ifadə vermişdir. İstintaq zamanı BDYPİ-dən avtom obillərə aid rəsmiləşdirilmiş sənədlər götürülmüşdür. Qeyd olunmalıdır ki, hazırkı kommersiya mübahisəsi ilə əlaqədar nəqliyyat vasitələrinə dair alğı-satqı müqavilələri də sorğu verilərək, Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsindən əldə edilmişdir. Eyni zamanda vəsatət və təqdimat əsasında Xəzər Rayon Məhkəməsinin qərarı ilə hazırkı mübahisəli nəqliyyat vasitələrinin alqı-satqısına dair sənədlərin BDYPİ-dən götürülməsi, eyni zamanda həmin nəqliyyat vasitələrinin olduqları yerin müəyyən edilərək, iddiaçıya qaytarılmasından ötrü saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin müvəqqəti avtomobil duracağına yerləşdirilməsi qərara alınmışdır. “Cinayət işinin icraatına xitam verilməsi barədə” qərarda qeyd olunur ki, avtomobillərə aid sənədlər, eləcə də avtomobillər və yük texnikaları götürülmü ş və saxlanılması üçün 2020-ci il 5 avqust tarixli təhvil-təslim aktı ilə avtomobillər, eləcə də yük texnikaları iddiaçının nümayəndəsi qismində Nümayəndə1 təhvil verilmişdir. İstintaq dövründə təhvil-təslim aktında qeyd olunmuş 71 ədəd nəqliyyat vasitələri, qoşqu vasitələri və ağır texnikalar iddiaçıya qaytarılmış və ona görə də cinayət işinin icraatına xitam verilmişdir. İddiaçı cinayət işinin icraatına xitam verilməsi barədə qərardan şikayət vermək hüququna malik olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
82. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
83. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM -in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
84. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
85. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
86. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
10. İşgüzar adətlər 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır....” “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəz ifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. (2021-ci il 23 fevral tarixli 277-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 14.2.1-ci maddəsinə birinci halda “müqavilələr” sözündən sonra “(əmək müqavilələri istisna olmaqla)” sözləri əlavə edilmişdir.)...” “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş h üququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.... 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməli dir.” “Maddə
359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclu dan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir." 87. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı... Vİ-İ. Bu Qanunun 27-ci maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsini n idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir. (2014-cü il 2 may tarixli 953-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27-ci maddəyə Vİ-İ hissə əlavə edilmişdir. 2017-ci il 15 dekabr tarixli 928-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27-ci maddənin Vİ-İ hissənin birinci cümləsinə “həvalə etdiyi şəxsin” sözlərindən sonra “(nəqliyyat vasitəsinin sürücüsünün)” sözləri əlavə edilmişdir. 2019-cu il 17 may tarixli 1594-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27-ci maddənin Vİ-İ hissəsinin birinci cümləsinə “hüquqi şəxslər” sözlərindən sonra “(dövlət qurumları)” sözləri əlavə edilmişdir.)... Xİİİ. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, on gün müddətində göstərilən sənədlər əsasında bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. ( 2016-cı il 30 dekabr tarixli 491-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27-ci maddənin Xİİİ hissəsində “icarə müqaviləsi” sözləri “icarə və ya digər əşya hüquqlarına dair müqavilə” sözləri i lə əvəz edilmişdir.) Xİİİ-İ. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə bu Qanunun 27-ci maddəsinin Vİ-İ hissəsində nəzərdə tutulmuş məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı bir gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir. Daxil olmuş məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı üç gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir.... XVİ İ. Azərbaycan Respublikasının ərazisində: 1) dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməyən; 2) dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar....”
88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında nəzərdə tutulmuşdur ki: “... Mülki məhk əmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb....”
89. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Torija İspaniyaya qarşı” iş üzrə 1994-cü il 9 dekabr tarixli, “Buzescu Rumıniyaya qarşı” iş üzrə 2005-ci il 24 may tarixli Qərarlarında aşağıdakılar nəzərdə tutulmuşdur ki, tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar.
90. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olm ayaraq yoxlanılmalıdır.” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
91. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 68-71) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 sentyabr tarixli 22(103)-602/2022 saylı qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
92. İşin əvvəlki icraat mərhələlərində məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının zərərçəkən şəxs qismində tanındığı cinayət işi üzrə istintaq dövründ ə iddiaçıya məxsus 71 ədəd nəqliyyat vasitəsi, qoşqu vasitələri və ağır texnika 2020-ci il 5 avqust tarixli təhvil-təslim aktına əsasən, Mənuçehr X10 tərəfindən iddiaçının nümayəndəsinə təhvil verilmişdir.
93. Həmçinin iş materiallatından o da məlum olur ki, sözügedən nəqliyyat vasitələri ilə əlaqədar mübahisə tərəfləri arasında həm icarə müqavilələri, sonradan isə həm də alqısatqı müqavilələri bağlanmış, bu alqı-satqı müqavilələri hazırkı iş üzrə işə baxan məhkəmələr tərəfindən etibarsız hesab edilmişdir.
94. Hazırda mübahisələndirilən iddia tələbini nəqliyyat vasitələrinin icarə müqavilələri üzrə icarə haqqının ödənilməsi təşkil etdiyindən məhkəmə tərəfindən iş üzrə əsas müəyyənləşdirilməli məsələ sözügedən nəqliyyat vasitələrinin cavabdeh tərəfindən hansı hüquqi əsasla (icarə müqavilələ ri və ya alqı-satqı müqavilələri əsasında) istifadə edilməsi, o cümlədən cavabdehin məhz icarə əsasında həmin nəqliyyat vasitələrindən real olaraq istifadə etmək imkanının olub-olmamasıdır. Çünki real icarə münasibətləri mövcud olmadan icarə haqqının tələb edilməsi hüquqi baxımdan əsaslı hesab edilə bilməz.
95. İş materiallarından mübahisəli nəqliyyat vasitələrinin cavabdehlər tərəfindən konkret olaraq hansı müqavilələr, yəni icarə və ya alqı-satqı müqavilələri əsasında istifadə edilməsi aydın olmur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, hazırkı halda tərəflər arasında həm icarə, həm də alqı-satqı müqavilələri mövcud olduğundan, prinsip etibarilə bu variantların hər ikisi də mümkündür. Lakin bu alternativlik mübahisənin düzgün həllinə imkan vermir.
96. Qanunvericiliyin təhlili onu deməyə ə sas verir ki, icarə obyekti olan nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakdır və onların üzərində icarə hüquqlarının yaranması üçün səlahiyyətli dövlət orqanında müvafiq rəsmiləşdirilmə aparılmaqla təkrar dövlət qeydiyyatının həyata keçirilməsi tələb olunur.
97. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin 13, 13-1 və 17-ci bəndlərinin (bax yuxarıda § 87) tələblərinə əsasən, dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə hüququna dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, on gün müddətində göstərilən sənədlər əsasında müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı bir gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir. Daxil olmuş məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı üç gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. Dövlət qeydiyyatından keçməyən nəqliyyat vasitələrini idarə edən şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
98. İş materiallarından göründüyü kimi, icarə müqavilələri Abşeron rayonu 1 saylı Notariat Kontorunun n otariusu tərəfindən təsdiq edilmişdir (İV cild, i/v 77).
99. Göründüyü kimi, hazırkı mübahisənin düzgün həlli üçün mübahisə predmeti olan nəqliyyat vasitələrinin icarəsinə dair müqavilələr və/və ya nəqliyyat sahibinin verdiyi müvafiq etibarnamələr əsasında həmin nəqliyyat vasitələri üzrə səlahiyyətli dövlət orqanında cavabdehlərin adına rəsmiləşdirmə aparmaqla təkrar dövlət qeydiyyatının həyata keçirilib-keçirilməməsinin müəyyən edilməsi, əgər nəticə müsbət olarsa, cavabdehdən tutulmalı icarə haqqının məhz həmin dövrdən, yəni təkrar qeydiyyatın aparıldığı tarixdən hesablanması mühüm əhəmiyyət kəsb edir.
100. Qeyd etmək lazımdır ki, hazırkı iş üzrə keçirilmiş ilk kassasiya icraatı nəticəsində qəbul edilmiş qərarda Ali Məhkəmənin verdiyi göstərişləridən biri məhz bu istiqamətdə olmuşdur.
101. Lakin iş materiallarından görünür ki, son apellyasiya baxışında məhkəmə MPMin 420-ci maddəsinin (bax yuxarıda § 90) tələblərini pozaraq, sözügedən istiqamətdə hüquqi qiymətləndirmə aparılması üçün heç bir tədbir görməmişdir.
102. İş materiallarından görünür ki, son apellyasiya icraatında cavabdeh tərəf Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinə sorğu verərək, mübahisəli nəqliyyat vasitələrinin təkrar dövlət qeydiyyatından keçirilib-keçirilməməsini təsdiq edən sənədlərin əldə edilməsi, notariat orqanı tərəfindən nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilənin və ya nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamənin təsdiq edilməsi barədə məlumatın həmin İdarəyə daxil olubolmamasını dəqiqləşdirmək zərurətinin yarandığını bildirmiş, müvafiq nəqliyyat vasitələrinin icarəyə verilməsi barədə İdarədə hər hansı rəsmiləşdirmənin aparılıbaparılmaması, icarə ilə bağlı təkrar dövlət qeydiyyatının keçirilib-keçirilməməsi barədə məlumat verilməsini xahiş etmişdir (V cild, i/v 8-9).
103. Cavabdeh tərəfin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsindən alınmış məktubundan məlum olur ki, mübahisə predmeti olan nəqliyyat vasitələrinin icarəyə verilməsi barədə Baş X14 İdarəsində rəsmiləşdirmə aparılmamışdır və bununla bağlı hər hansı məlumat mövcud deyildir (V cild, i/v 15).
104. Lakin Baş X14 İdarəsinin məlumatından mübahisəli nəqliyyat vasitələrindən istifadə edilməsi və ya onlara dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamələrin verilib-verilməməsi görünmür. Halbuki işin düzgün həlli üçün bu xüsusat da mühüm əhəmiyyət kəsb edir.
105. Apellyasiya instansiya məhkəməsi isə, ən azından, Baş X14 İdarəsinin rəsmi məlumatına da heç bir qiymət verməmiş, hətta öz qətnaməsində həmin məktuba istinad belə etməmişdir.
106. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan icarə müqavilələri bağlandıqdan sonra yuxarıda istinad olunan qanunla müəyyən edilmiş imperativ rəsmiləşdirmə və təkrar qeydiyyat prosedurlarına əməl etmədən müvafiq nəqliyyat vasitələrinin illər ərzində faktiki istifadə olunması praktiki baxımdan qeyri-mümkündür.
107. Bu səbəbdəndir ki, hazırkı vəziyyətdə iş üzrə birmənalı nəticəyə gəlmək qeyrimümkündür.
108. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsini pozaraq iş ə ilk dəfə baxan Ali Məhkəmənin qərarında verilmiş və yuxarıda istinad olunan göstərişləri yerinə yetirməmiş, nəticədə MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 90) tələblərini pozaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirməmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 90) zidd olaraq əsassız qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamə ləğv edilməlidir.
109. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir. QƏRARA ALİR: Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 sentyabr tarixli 2-2(103)-602/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməs