Məhkəmə qərarları › İş №2-2(102)-50/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-50/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-50/2025 07.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Firması, Cavabdeh2 və Qanuni nümayəndə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə əldən çıxmış fayda, rəal zərər, müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdehlər "xxxx" Firması, Cavabdeh2 və Qanuni nümayəndə qarşı “dəymiş zərərin tutulması” tələbinə dair kommersiya işi üzr ə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)737/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “X1 Azərbaycan” QSC ilə "xxxx" firması arasında 2009-cu il 13 mart tarixində kredit müqaviləsi (kredit xəttinin açılması barədə) bağlanılmışdır.

2. Müqavilənin şərtlərinə görə "xxxx" firmasına 2010-cü il 31 mart tarixinədək, illik 19% dərəcəsi olmaqla 300.000 avro məbləğində pul ayrılmışdır.

3. Borcalan kredit xətti üzrə almış olduğu hər bir kredit borcunun tamamını 3 ay ərzində, faizləri isə hər növbəti ayın sonuncu iş günündən gec olmayaraq Banka ödəməyi öhdəsinə götürmüşdür.

4. Kredit müqaviləsindən (kredit xəttinin açılması barədə) irəli gələn öhdəliyinin i crasının təmin еdilməsi məqsədilə Qanuni nümayəndə və Cavabdeh2 ilə Bank arasında 2009-cu il 13 mart tarixində zaminlik müqaviləsi bağlanmışdır.

5. Zaminlik müqaviləsinin şərtlərinə görə zaminlər bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşlər.

6. Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2010-cu il 3 may tarixli 2(85)-211/2010 nömrəli qətnaməsi ilə iddiaçı “X1 Azərbaycan” QSC-nin "xxxx" Firmasına, Qanuni nümayəndə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası təmin edilərək, cavabdehlərdən iddiaçının xeyrinə 2009-cu il 13 mart tarixli kredit müqaviləsinə əsasən yaranmış 299.999,26 manat məbləğində əsas kredit borcu, 2.375 manat məbləğində faiz borcu, hər gecikdirilmiş gün üçün hesablanmış 76.711,51 manat məbləğində cərimə borcu, cəmi 379.085,77 manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir.

7. Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2010-cu il 3 may tarixli 2(85)-211/2010 nömrəli icra sənədi 2011-ci il 7 mart tarixində icraya yönəldilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 8. “X1 Azərbaycan” QSC (bundan sonra – “iddiaçı”) 2023-cü il 13 noyabr tarixində "xxxx" Firması, Cavabdeh2 və Qanuni nümayəndə (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda – “Firma”, “Cavabdeh2”, “Qanuni nümayəndə”) qarşı iddia ərizəsi ilə, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən (birgə) müştərək qaydada kredit müqaviləsi üzrə əsas borcdan qalan 299.999,26 manatın ödənil məsinin 1018 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 42.416,56 manat, 76.599,26 manatın ödənilməsinin 47 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 500,02 manat, 76.543,26 manatın ödənilməsinin 30 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 318,93 manat, 76.487,26 manatın ödənilməsinin 62 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 658,64 manat, 76.431,26 manatın ödənilməsinin 86 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 912,93 manat, 76.375,26 manatın ödənilməsinin 110 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 1.166,84 manat, 76.223,38 manatın ödənilməsinin 3583 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 37.931,72 manat, 76.223,38 manatın ödənilməsinin 72 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 762,23 manat, ümumilikdə isə dəymiş zərərin əvəzi kimi 84.667,87 manat, mediasıya xərci əvəzi 410 manat və ödənilmiş dövlət rüsumu 85,21 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qanuni qüvvədə olan Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2010-cu il 3 may tarixli 2(85)-211/2010 nömrəli qətnaməsi ilə cavabdehin 2010-cu il 3 oktyabr tarixinə əsas borc üzrə 299.999,26 manat ödənilməmiş borcunun qalması təsdiq edilmişdir. Cavabdeh 2010-cu il 3 oktyabr tarixindən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır.

10. Cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir k i, icra sənədi üzrə tutulmalı borcun əksər hissəsi ödənilmiş, tam icra edilməməsinin səbəbi isə cavabdehlərin mülkiyyətində hər hansı əmlak və pul vəsaitinin olmamasıdır. Eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2024-cü il 5 aprel tarixli 9/1287 nömrəli ekspert rəyinə əsasən, 2009-cu il 13 mart tarixli kredit müqaviləsi borcalanın 2020-ci il 21 sentyabr tarixinə qalıq əsas borcu 76.069,26 manat məbləğində və əsas borc məbləğində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra – “KMP”) 2014-cü il 24 dekabr tarixli Qərarına əsasən, 2020-ci il 21 sentyabr tarixindən 2024-cü il 19 yanvar tarixinə qədər hesablanmış (illik 5 faiz) faiz borcu 12.657,08 manat məbləğində müəyyən olunur.

12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 may tarixli e-2-2(113)-479/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlərdən birgə (müştərək) qaydada 12.657,08 manat məbləğində pul, 85 manat dövlət rüsumu, ümumilikdə 12.742,08 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – Ü.Həsənova).

13. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehlər tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir.

14. Bununla yanaşı, cavabdehlər məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişlər. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçı Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2010-cu il 3 may tarixli 2(85)-211/2010 nömrəli qətnaməsi qəbul edildiyi gündən maliyyə arayışının verildiyi 2024-cü il 19 yanvar tarixinə qədər illik 5 faizlə hesablanmış borcun tutulmasını xahiş etmiş, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə 2023-cü il 13 noyabr tarixində müraciət etmişdir. Materiallardan görünür ki, iddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif 2023-cü il 21 sentyabr tarixində göndərilmiş, bununla da iddia müddətinin axımı kəsilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, iddia tələbi bu səbəbdən 2020-ci il 21 sentyabr tarixindən 2024-cü il 19 yanvar tarixinə qədər hesablanmış (illik 5 faiz) borcun tələb edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməli, c avabdehlərdən tutulacaq faiz borcu ekspert rəyinə uyğun (12.657,08 manat) müəyyən edilməlidir.

16. İddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün 2010-cu il 3 may tarixindən 2020ci il 21 sentyabr tarixinə qədər qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdehlər tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın həmin hissədə rədd edilməsi üçün əsasdır.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 372.1, 372.2, 373.3, 375.1, 375.2, 386.1, 442, 443.1, 443.2, 445.1, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 449.1, 1096, 1097-ci; KMP “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməs inə dair” 2001ci il 27 dekabr tarixli Qərarına; KMP “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına; KMP “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına; KMP “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119.1, 217.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasın ı xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-737/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkıməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və Z.Şirinov).

20. Məhkəmənin mövqeyi onunla əsaslandırılmışdır ki, iddia tələblərinin qanuni əsasını MM-in 445.7-ci maddəsi təşkil edir. Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur. Belə ki, iddiaçı ilə cavabdeh Firma arasında 2009-cü il 13 mart tarixli kredit müqaviləsinin bağlanılması və həmin kredit müqaviləsi üzrə 2010-cu il 3 oktyabr tarixinə olan əsas kredit borc unun 299.999,26 manat təşkil etməsi işin mübahisəsiz hallarıdır. Eyni zamanda, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2024-cü il 5 aprel tarixli 9/1287 nömrəli ekspert rəyi ilə (bax §11) müəyyən edilmişdir ki, 2009-cu il 13 mart tarixli kredit müqaviləsi üzrə 2010-cu il 3 oktyabr tarixindən sonra 2013-cü il 14 fevral tarixində 223.650 manat, 11 mart tarixində 56 manat, 19 aprel tarixində 56 manat, 6 iyun tarixində 56 manat, 22 avqust tarixində 56 manat, 20 dekabr tarixində 56 manat məbləğində ödənişlər edilmiş və sonuncu tarixdən sonra hər hansı ödəniş edilməmişdir. Ödənilməyən əsas kredit borcunun məbləği isə 76.069,26 manat təşkil edir. Göründüyü kimi ödənilməyən əsas kredit borcuna münasibətdə MM-in 447.5-ci maddəsinə əsasən illik beş faizlə hesablanmış zərərin tutulması barəd ə iddia əsaslı hesab edilə bilər. Bununla yanaşı iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni 2010-cu il 3 oktyabr tarixindən 2020-ci il 21 sentyabr tarixədək olan müddət üçün əsas borcun ödənilməsinin gecikdirilməsi üçün zərər kimi hesablanmış faiz borcu tutula bilməz. Çünki hazırkı mübahisəyə MM-in 373.2-ci maddəsində müəyyən edilən müqavilə tələbləri üzrə üç illik iddia müddəti tətbiq edilməlidir. Yəni, 2010-cu il 3 oktyabr tarixindən sonra cavabdeh tərəfindən 2013-cü il 14 fevral, 11 mart, 19 aprel, 6 iyun, 22 avqust, 20 dekabr tarixlərdə ödənişlər edilmiş və sonuncu tarix dən sonra hər hansı ödəniş edilməmişdir. Sonuncu ödəniş tarixindən hesablandıqda isə müəyyən edilir ki, üç illik iddia müddəti 2016-cı il 21 dekabr tarixində bitmişdir. İddiaçı isə 2023-cü il 13 noyabr tarixində məhkəməyə müraciət etmişdir.

22. Beləliklə, iddiaçının MM-in 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi 2010-cu il 3 may tarixdən 2020-ci il 21 sentyabr tarixinədək olan müddət üçün illik 5 faizlə hesablanmış zərərin tutulması hissəsində iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 372.1, 372.2, 373.2, 375.2, 386.1, 445.1, 445.2, 445.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. MM-in 372.1, 373.2, 442, 445.7-ci maddələri üzrə - İş üzrə hazırkı tələb kredit müqaviləsindən irəli gələn öhdəliklə deyil, vurulmuş ziyanla bağlıdır. Məhkəmə iddia tələbinə MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş “müqavilədən irəli gələn öhdəlik” kimi qiymət verərək, 3 illik iddia müddəti tətbiq etmiş və buna görə də iddia tələbini yalnız “2020-ci il 21 sentyabr tarixindən 2024-cü il 19 yanvar tarixinə qədər müddət” üçün təmin etmişdir. Halbuki, ödənilməmiş məbləğin üzərinə f aizlər fasiləsiz davam edən zaman üçün (gecikdirmənin başlandığı andan, məbləğin ödənilməsinə kimi) hesablanır. O da nəzərə alınmalıdır ki, MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər müqavilə, yaxud hər hansı digər öhdəlik yaradan əqdlə müəyyən edilən faizlər deyil, MM ilə müəyyənləşdirilmiş, imperativ xarakterli qanuni faizlərdir. İddiaçının tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehdən tutulmalı olan 299.999.26 manatın ödənilməsinin gecikdirilməsi nəticəsində vurulmuş zərərə görə qanunla nəzərdə tutulmuş faizlərdir. Nəzərə alınsa ki, MM-in 551.2.4cü maddəsinə əsasən, “məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir” bu halda, nə qədər ki, qətnamə ilə qət edilmiş borc ödənilməyib, qətnamənin çıxarıldığı tarixdən həmin qətnamə i lə yaranmış tələbin qüvvəsini itirməsi tarixinə kimi, borclu şəxs qanuni faizlərin ödənilməsi vəzifəsini daşıyır. 2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Qanunla MM-ə edilən dəyişiklikdən əvvəl, yəni, MM-in hazırkı iş üzrə yaranmış mülki münasibətlərin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən, “Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.” Həmin maddənin hazırkı, yəni 2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Qanunla edilmiş dəyişiklikdən sonrakı redaksiyasında isə deyilir ki, “445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gec ikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər”. Göründüyü kimi, bu işdə tətbiq olunmalı olan əvvəlki redaksiyada pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün illik 5 %ödənilməsi birbaşa borclunun üzərinə vəzifə kimi imperativ qaydada qoyulurdusa, hazırkı reaksiyada bu, kreditorun tələb edə bilməsi kimi dispozitiv formada verilmişdir.

26. Həmçinin nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qət edilmiş məbləğ kreditorun (borcluda qalmış) mülkiyyətidir və həmin məbləğin ödənilməsinin gecikdirilməsi üçün illik 5% ödənilməsi də borclunun vəzifəsi kimi müəyyən edilmişdir və hesablanmış faizlər də həmin məbləğə əlavə olunmaqla kreditorun mülkiyyəti hesab olunmalıdır, bu halda da həmin tələbə iddia müddət inin tətbiq edilməsinin qanunsuz olduğu aşkardır. MM-in 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Göründüyü kimi, bu normada müddətin şamil edildiyi hallar hər hansı hərəkəti yerinə yetirməyi tələb etmək hüququ ilə şərtləndirilir. Faizlərin ödənilməsi isə kreditorun tələb etmək hüququ kimi deyil, borclunun vəzifəsi kimi müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi cavabdehlər tərəfindən 2010-cu il 3 oktyabr tarixli qətnamənin bu günə kimi vaxtında icra edilməməsini nəzərə almamışdır. Halbuki, iddiaçı bank tərəfindən müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə isə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə təqdim edilmiş ərizəni və iş üzrə ekspertiza rəyini “əsas” götürərək yanlış nəticəyə gələrək hazırda şikayət verilən qətnaməni qəbul etmişdir.

27. MPM-in 88, 217-ci maddələri üzrə - Apellyasiya məhkəməsi işə baxan tam hüquqlu məhkəmə kimi, bank tərəfindən təqdim edilən sübutlara düzgün qiymət verməməklə qeyd olunan maddələrinin tələblərini pozmuşdur. Belə ki, həmin sübutlarla təsdiq olunur ki, cavabdehlər tərəfindən 2010-cu il 3 oktyabr tarixli qətnamə bu günə kimi vaxtında icra edilməməmişdir, bununla da mülki qanunvericiliklə borclunun üzərinə imperativ qaydada vəzifə qoyulmuşdur ki, pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün illik 5% ödənilməlidir. Bundan başqa, yuxarıda sadalanan pozuntularla qəbul edilmiş qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq edilməmiş, pozulmuşdur. Bundan əlavə, kassasiya şikayətində hazırkı şikayət verilən məhkəmə qətnaməsinin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmadığına dair kifayət qədər faktlar və dəlillər göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

29. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və pr osessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri... 373.2. Müqa vilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş bo rclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....”

32. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri Prosessual Məcəlləsinin müvafiq... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

34. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşır və kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə t utulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.

35. Hazırkı işdən görünür ki, ödənilməyən əsas kredit borcunun məbləği 76.069,26 manat təşkil edir. Həmin borca münasibətdə MM-in 447.5-ci maddəsinə əsasən illik beş faizlə hesablanmış zərərin tutulması barədə iddia əsaslı hesab edilə bilərdi. Bununla yanaşı iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, 2010-cu il 3 oktyabr tarixindən 2020-ci il 21 sentyabr tarixədək olan müddət üçün əsas borcun ödənilməsinin gecikdirilməsi üçün zərər kimi hesablanmış faiz borcu tutula bilməz. Çünki hazırkı mübahisəyə MM-in 373.2-ci maddəsində müəyyən edilən müqavilə tələbləri üzrə üç illik iddia müddəti tətbiq edilməlidir. Yəni, 2010-cu il 3 oktyabr tarixindən sonra cavabdeh tərəfindən 2013-cü il 14 fevral, 11 mart, 19 aprel, 6 iyun, 22 avqust, 20 dekabr tarixlərdə ödənişlər edilmiş və sonuncu tarixdən sonra hər hansı ödəniş edilməmişdir. Sonuncu ödəniş tarixindən hesablandıqda isə müəyyən edilir ki, üç illik iddia müddəti 2016-cı il 21 dekabr tarixində bitmişdir. İddiaçı isə 2023-cü il 13 noyabr tarixində məhkəməyə müraciət etmişdir.

37. İddiaçının MM-in 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi 2010-cu il 3 may tarixdən 2020-ci il 21 sentyabr tarixinədək olan müddət üçün illik 5 faizlə hesablanmış zərərin tutulması hissəsində iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.

38. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr mübahisəni həll edərkən iddiaya münasibətdə iddia müddətini düzgün olaraq tətbiq etmişlər.

39. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

41. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İddiaçı “X1 Azərbaycan” QSC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-737/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar