Məhkəmə qərarları › İş №2-2(102)-500/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-500/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-500/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər X2 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qa rşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli 22(103)-374/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə BOKT "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli 285F4 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən borc alana xx.xx.2015-ci il tarixinədək illik 2 faizl ödəmək şərti ilə 400.000 manat məbləğində kredit verilmişdir.

2. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə həmin müqaviləyə 6 saylı əlavə bağlanmış və əlavəyə görə "xxxx" MMC-yə ayrılmış ilkin məbləği 400.000 manat, 264687 manat qalıq məbləğindəki kredit xəttinin qaytarılma müddəti 6 ay müddətinə uzadılmış və kredit xətti nin son ödənilməsi tarixi 12 iyun 2016-cı il təyin olunmuşdur.

3. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında 29 dekabr 2015-ci il tarixli, 285/8F4 nömrəli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən 29 dekabr 2015-ci il tarixli 69 saylı proqressiv əmanət müqaviləsi üzrə İddiaçı ASC-nin 4 saylı filialında 4-14025516 saylı əmanət hesabında olan pul vəsaiti girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 13 yanvar 2016-cı il tarixli, 285/11F4 saylı girov müqaviləsinə əsasən İddiaçı ASC-nin 4-140255-22 saylı əmanət hesabında olan 91987 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 12 yanvar 2016-cı il tarixli, 285/10F4 saylı girov müqaviləsinə əsasən 4-140255-20 saylı əmanət hesabında olan 192187 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 07 yanvar 2016-cı il tarixli, 285/9F4 nömrəli girov müqaviləsinə əsasən 4-140255-18 saylı əmanət hesabında olan 212187 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 23 dekabr 2015-ci il tarixli, 285/7F4 saylı girov müqaviləsinə əsasən 1- 140255-14 saylı əmanət hesabında olan 234687 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli, 285/6F4 saylı girov müqaviləsinə əsasən 4-14025512 saylı əmanət hesabında olan 264687 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 02 sentyabr 2015-ci il tarixli, 285/5F4 saylı girov müqaviləsinə əsasən 4-140255-10 saylı əmanət hesabında olan 278925 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 3 1 avqust 2015-ci il tarixli, 285/4F4 saylı girov müqaviləsinə əsasən 4-140255-8 saylı əmanət hesabında olan 289450 manat girov qoyulmuşdur. X3 ilə İddiaçı ASC arasında bağlanmış 27 avqust 2015-ci il tarixli, 285/3F4 saylı girov müqaviləsinə əsasən 4- 140255-6 saylı əmanət hesabında olan 300000 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 03 avqust 2015-ci il tarixli, 285/2F4 saylı girov müqaviləsinə əsasən 4-140255-4 saylı əmanət hesabında olan 310000 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 12 iyun 2015-ci il tarixli, 285/1F4 saylı girov müqaviləsinə əsasən 4-140255-2 saylı əmanət hesabında olan 400.000 manat məbləğində pul girov qoyulmuşdur.

3. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş sonuncu **********410 saylı, 2022-ci i l 11 may tarixli maliyyə arayışında göstərilmişdir ki, BOKT "xxxx" ASC-nin İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə 2022-ci il 6 may tarixə 91.987 manat məbləğində əsas, 914,69 manat məbləğində faiz borcu, 3.587 manat məbləğində müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə, 27.528 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi hesablanmış faiz borcu olmaqla, cəmi 124.017 manat məbləğində kredit borcu vardır.

4. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən "xxxx" ASC-yə xəbərdarlıq məktubu ünvanlanaraq ASC-dən yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı ləğv Prosesində olan İd diaçı ASC cavabdehlər Cavabdeh2, "xxxx" MMC-yə (hazırkı adı "xxxx" ASC) qarşı iddia ərizəsi ilə Tovuz rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə bağlanmış 285F4 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 29 aprel 2019-cu il tarixə cavabdeh "xxxx" ASC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında 91987 manat məbləğində əsas borc, 766,50 manat məbləğində faiz borcu, 4650,34 manat məbləğində cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanmış 13242,49 manat borc, cəmi 110.646,33 manat məbləğində borcun və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının cavabdehdən tutulması və tutmanın girov predmetinə yönəld ilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh BOKT "xxxx" ASC ilə bağlanmış 285F4 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 91.987 manat əsas borc, 914,69 manat faiz borcu, 3587,46 manat cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 27.528,12 manat, cəmi 124.017,27 manat pul vəsaitinin və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının cavabdeh BOKT "xxxx" ASC-dən tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Tovuz rayon Məhkəməsinin 13 may 2022-c i il tarixli 2(062)-1297/2022 saylı qərardadı ilə iddiaçı mülki iş aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh BOKT "xxxx" ASC ilə bağlanmış 285F4 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 91.987 manat əsas borc, 914,69 manat faiz borcu, 3587,46 manat cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 27.528,12 manat, cəmi 124.017,27 manat pul vəsaitinin ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının cavabdeh BOKT "xxxx" ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Gəncə Komme rsiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(115)-1238/2022 saylı qərardadı ilə iş materialları ərazi aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. 10. 10 oktyabr 2022-ci il tarixində iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh BOKT "xxxx" ASC ilə bağlanmış 285F4 nömrəli, xx.xx.2015ci il tarixli kredit müqaviləsinə 29 aprel 2019-cu il tarixə cavabdeh BOKT "xxxx" ASCnin ləğv prosesində olan İddiaçı ASC qarşısında 91.987 manat əsas, 914,69 manat faiz borcu, 3587,46 manat cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanmış 27.528,12 manat faiz borcu, 124.017,27 manat borcun və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11. 19 oktyabr 2022-ci il tarixində iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə növbəti ərizə ilə məhkəməyə müraciət etmiş və cavabdeh BOKT "xxxx" ASC ilə bağlanmış 285F4 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 11 may 2022-ci il tarixə cavabdeh BOKT "xxxx" ASC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında 91.987 manat əsas, 914,69 manat faiz borcu, 3587,46 manat cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 27.528,12 manat, cəmi 124.017,27 manat borcun və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulm ası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh BOKT "xxxx" ASC kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 91.987 manat, faiz borcu 914,69 manat, cərimə borcu 3587,46 manat, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan faiz borcu 27.528,12 manat, cəmi borcu isə 124.017,27 manat təşkil edir.

13. Cavabdeh iddiaya etiraz etmiş və göstərmişdir ki, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə cavabdehə müraciət olunaraq xahiş edilmişdir ki, xx.xx.2015-ci il tarixli, 285F4 saylı kredit müqaviləsi üzrə qalıq borc, kreditin təminatı kimi Cavabdeh2 depozit hesabındakı vəsaiti ilə əvəzləşdirilsin. İddiaçı tərəfindən cavabdehə xx.xx.2017-ci il tarixli məkt ub göndərilərək bildirilmişdir ki, iddiaçının xx.xx.2015-ci il tarixli, 285F4 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə bank qarşısında öhdəliyi 93.959,53 manat təşkil edir və Cavabdeh2 depozit hesabında olan 91.987 manat tələbi 15 mart 2016-cı il tarixində 00640 nömrəsi ilə qeydiyyata alınıb kreditorların reyestrinə daxil edilmişdir. Tələb olunan məbləğ «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsi ilə müəyyən olunmuş qaydada kredit borcu ilə əvəzləşdiriləcək. Cavabdehin mövqeyinə görə iddiaçı cavabdehin əmanətini kredit borcuna dərhal silməli idi. Çünki, 19 yanvar 2016-cı il tarixədək «Əmanətlərin Sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2.9 və 2.1.2.10-cu maddələrinə əsasən ödəniş müddətlərinin başa çatıb-çatmamasından asılı ol mayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti; bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər qorunmayan əmanətlər sayılırdı. Lakin həmin tarixdə qanuna dəyişiklik edilərək qeyd olunan maddələr ləğv edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən cavabdehin əmanəti qorunan əmanət sayılmalı və iddiaçı dərhal cavabdehin kredit borcunu girov təminatı ilə əvəzləşdirilməli idi. Lakin cavabdeh həmin tarixdən bugünədək depozit hesabındakı pulu kredit borcuna silməmiş, əksinə cavabdehə faiz və cərimə borcları hesablamışdır. Göründüyü kimi, cavabdehin kredit borcunun hazırda mövcud olmasında iddiaçının təqsiri olmuşdur. Bundan başa, iddiaçı məhkəməyə müraciət edərkən 3 il iddia müddətini ötürmüşdür. Belə ki, mü bahisə predmeti olan kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir. Lakin iddiaçı xx.xx.2019-cu il tarixində Tovuz rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddia müddəti xx.xx.2018-ci il tarixdə bitdiyi halda iddiaçı müddəti ötürərək 5 ay sonra məhkəmədə iddia qaldırmışdır.

14. İddiaçı iddia müddətinin tətbiqi barədə ərizənin əsassız hesab edilməsi ilə bağlı ərizə ilə müraciət edərək, xx.xx.2015-ci il tarixli 285F4 saylı kredit xətti müqaviləsinə edilmiş 6 saylı əlavəyə əsasən kredit müqaviləsinin tarixinin 6 ay müddətində uzadıldığını və sonuncu ödəmə tarixinin xx.xx.2016-cı il təyin edildiyini bildirmiş, bununla da iddia müddətinin xx.xx.2018-ci il tarixində yox, xx.xx.2019-cu il tarixində bitməsi və bank tərəfindən xx.xx.2019-cu il tarixində məhkəmədə iddia qaldırılması səbəbilə ərizənin əsassız hesab edilməsini xahiş etmişdir.

15. Cavabdehin nümayəndəsi və vəkili etiraza əlavə təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2016-cı il tarixədək, yəni İddiaçı ASC-nin ləğv olunduğu tarixədək kredit üzrə öhdəliyini gecikdirmədən, əksinə cədvəl üzrə aylıq ödəniş məbləğindən daha çox ödəniş edərək icra etmişdir. Çünki, borc məbləği həcmində digər cavabdehin depoziti olmuş və ödənişlər həmin depozit hesabına edilmişdir. Bu fakt iş materialında olan girov müqavilələri ilə də təsdiq olunur. Həmin müqavilələrdən aydın görünür ki, kredit ödənişləri həcmində depozit məbləği azaldılmışdır. Lakin, xx.xx.2016-cı il tarixdə İddiaçı ASC ləğv edildiyi üçün cavabdeh depozitini götürə bilməmiş və nəticədə kredit borcunu ödəyə bilməmişdir. Ö hdəlik iddiaçının öz öhdəliyini gecikdirməsi nəticəsində icra edilə bilməmişdir. Kreditor müflis elan olunaraq fəaliyyəti dayandırılıb və bundan sonra onun borcludan əldə edəyəcəyi vəsaiti yenidən istifadə etmək imkanı yoxdur. Bu halda iddiaçının cavabdehdən əlavə faizlər tələb etmək hüququ da yoxdur. Eyni zamanda “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 72-ci maddəsində bankın müflis olmasının nəticələri göstərilmişdir. Həmin maddədə müflis olarkən banka öhdəliklərini icra etməmək hüququ verilmir. Həmin qanunun 78-ci maddəsinə əsasən qanunun 82-ci maddəsinin tələbinə əməl edilməklə müflis bankla onun kreditoru arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Bu barədə cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə iddiaçıya müraciət ünvanlanmışdır. İddiaçı həmin müraci ətə xx.xx.2017-ci il tarixdə 2948 nömrəli məktubla cavab verərək bildirmişdir ki, tələb olunan depozit məbləği qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş qaydada kredit borcu ilə əvəzləşdiriləcək. Cavabdeh nəzərə alır ki, kreditin təminatı olan depozit hesabındakı məbləğ artmayacaq, ona görə sığorta hadisəsi baş verən tarixə mövcud borc ilə girov predmeti olan depozit məbləği arasında yaranmış fərqi iddiaçıya ödəməyə hazırdır. İddiaçı ona verilmiş girov predmetinin saxlanılması üçün məsuliyyət daşıyır. Əgər girov predmeti itirilmişsə o zaman girov qoyan dəymiş zərərin əvəzini tələb edə bilər. Girovla təmin edilmiş öhdəlik üzrə borclu olan girov qoyan girov predmetinin itirilməsi və ya zədələnməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi barədə girov qoyana verdiyi tələbi girovla təmin edilmiş öhdəliyin ödənilməsinə aid edə bilər.

16. İddiaçı bununla bağlı bildirmişdir ki, tərəflər arasında mülki hüquq münasibətlərini tənzimləyən yazılı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə kredit verilmiş, lakin sonuncu müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, onun iddiaçıya əsas borc və faiz borcu ödənilməmiş qalmışdır. Mülki qanunvericiliyə görə borc öhdəliyinin onun təmini üsulu kimi girova yönəldilməsi kreditorun vəzifəsi deyil, hüququdur. Hazırkı halda, iddiaçı tərəfindən ona məxsus olan hüquqdan istifadə edilməməsi Mülki Məcəllənin tələblərinə zidd deyildir. Eyni zamanda, “Banklar haqqında” Qanunun 78-ci maddəsinin məzmunundan göründüyü kimi, həmin norma imperativ deyil, dispozitiv xarakterli normadır, yəni həmin maddə i lə müflis elan olunmuş bankın üzərinə əvəzləşdirilmənin aparılması üçün öhdəlik qoyulmur, həmin əvəzləşdirmənin onun səlahiyyəti çərçivəsində olduğu və bu qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş qaydada aparıla biləcəyi qeyd olunur. Həmçinin, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində ödənişlərin növbəliliyi qaydası müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə banka girov qoyulmuş əmanət təminatsız kreditor tələblərinə aiddir və həmin tələb üzrə kredit müqaviləsinə əsasən borc öhdəliyinin əvəzləşdirilməsi yalnız bu Qanunun tələblərinə əsasən növbəlilik qaydasında bankın ləğvedicisinin səlahiyyətləri çərçivəsində aparıla bilər.

17. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 dekabr tarixli e-2-2(113)4799/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh BOKT-d an 91.987 manat məbləğində əsas, 914,69 manat məbləğində faiz borcu, 3.587,46 manat məbləğində dəbbə pulu, müqavilə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün illik 5 % olmaqla hesablanmış 27.528,12 manat məbləğində pul vəsaiti, cəmi 124.017,27 manat məbləğində pul vəsaiti, eləcə də dövlət rüsumunun əvəzi olaraq 30 manat, işə baxılması ilə bağlı digər məsrəflərin əvəzi olaraq 0,40 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim L.Əliyeva).

18. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 2015-ci il 12 iyun tarixli 285F4 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdeh BOKT-a müqavilədə müəyyən edilmiş şərtlərlə 400.000 manat məbləğində kreditin verilməsini, cavabdeh isə kredit məbləğini və faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş məbləğdə kredit verilsə də, cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə həmin müqavilə üzrə cavabdehin iddiaçıya 91.987 manat əsas, 914,69 manat faiz borcu olmaqla, cəmi 92.901,69 manat məbləğində borcu yaranmışdır.

19. Mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərini kreditorun öz öhdəliyinin icrasını gecikdirməsi nəticəsində icra edə bilməməsi, belə olan halda isə faiz borcunun, eləcə də dəbbə pulunun onlardan tutulmalı olmaması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı bank tərəfindən mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının gecikdirilməsi və ümumiyyətlə həmi n müqavilə üzrə öhdəliklərinin hər hansı bir pozuntusuna yol verilməsi işin materiallarına əsasən müəyyən edilməmişdir. Əksinə işin materialları ilə öz təsdiqini tapmışdır ki, iddiaçı bank cavabdehə kredit müqaviləsində göstərilən şərtlərlə və məbləğdə kredit verməklə, mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərini lazımi şəkildə icra etmişdir.

20. Bank tərəfindən Cavabdeh2 məxsus əmanətin qaytarılmamasına gəldikdə isə qeyd edilmişdir ki, birincisi, bankın həmin əmanəti qaytarmaq öhdəliyi bank ilə Cavabdeh2 arasında bağlanmış bank əmanəti haqqında müqavilədən irəli gəlməklə həmin öhdəliyin bankın fərqli müqavilə-mübahisəli kredit müqaviləsi əsasında yaranmış kredit borcunun ödənilməsini tələb etmək hüququ ilə hər hansı bağlılığı və qarşılıqlı asılılığı yoxdur. Bundan əlavə bankın müflis elan edilməsi və Cavabdeh2 bankda olan əmanətin geri qaytarılmaması ilə cavabdehin mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını gecikdirməsi arasında səbəbli əlaqənin mövcudluğu da müəyyən edilməmişdir. Əksinə işin materiallarına əsasən, mübahisəli kredit müqaviləsinin müddəti ilkin olaraq 6 ay olmuş və müqavilə müddətinin bitməsinə 4 gün qalmış cavabdehin kredit borcunun 264.687 manat hissəsi ödənilməmiş qaldığından müqavilənin müddəti 6 ay uzadılmışdır. Yuxarıda göstərilən hal isə ona dəlalət etmişdir ki, bankın müflis elan edildiyi tarixdən əvvəlki dövrdə də cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin icrasının gecikdirilməsinə yol verilmişdir.

21. Bank müflis olunduqdan sonrakı müddət üçün gecikdirilmiş borc məbləğinə faizlərin (həm müqavilə üzrə faizlərin, həm müqav ilə müddəti bitdikdən sonrakı müddət üçün illik 5% olmaqla hesablanmış faizlərin) hesablanmalı olmaması barədə cavabdehin dəlillərinə gəldikdə məhkəmə həmin dəlilləri də əsassız hesab etmişdir. Belə ki, “Banklar haqqında” AR Qanununun 72.1-ci maddəsinə görə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından 72.1.6-ci maddəsinə görə bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Göstərilən normanın məzmununa əsasən bankın müflis elan olunmasına dair qərarın qüvvəyə minməsi bankın aktivlərinə faizlərin və digər haqların hesablanmasını dayandırmır.

22. Cavabdeh BOKT-a hesablanmış dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə qeyd etmişdir ki, gecikdirilmiş əsas borc m əbləğinə hesablanmış 3.587,46 manat məbləğində dəbbə pulu əsas borca nisbətən tənasübsüz surətdə yüksək deyildir və belə olan halda dəbbə pulunun məbləğinin MM-in 467-ci maddəsinin tələblərinə əsasən azaldılması üçün əsas olmamışdır.

23. Kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün MM-in 445.7ci maddəsinə əsasən hesablanmış faizlərin tutulmasına dair iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, MM-in sözügedən maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şər h edilməsinə dair 2014-cü il 24 dekabr tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin qərarda həmçinin göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

25. Odur ki, kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün MMin 445.7-ci maddəsinə əsasən hesablanmış 27.528,12 manat məbləğində faizlərin tutulmasına dair hissədə də iddia əsaslı hesab olunmuşdur.

26. Məhkəmə cavabdeh BOKT-ın 285F4 nömrəli, 2015-ci il 12 iyun tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdeh BOKT-ın banka əsas və faiz borcunun yarandığını, iddiaçı BOKT-ın isə həmin öhdəliyinin icra edilməsini-kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsinitələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçı cavabdehdən əsas borc üzrə 91.987 manat, faiz borcu üzrə 914,69 manat, dəbbə pulu üzrə 3.587,46 manat, müqavilə müddəti bitdikdən sonrakı müddət üçün hesablanmış faiz borcu üzrə 27.528,12 manat olmaqla, cəmi 124.017,27 manat məbləğində borcun tutulmasını tələb etməkdə haqlı olmuşdur.

27. Məhkəmə cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizəsinə qiymət verərək göstərmişdir ki,hazırkı mübahisəli kredit müqaviləsi üzrə kreditin verilmə müddəti 2016-ci il 12 iyun tarixində başa çatdığından və həmin müddətdən sonrakı dövrdə cavabdeh tərəfindən borcu etiraf edici hərəkətlər edilmədiyindən mübahisəli kredit müqaviləsindən irəli gələn tələblər üzrə üç illik iddia müddətinin axımı 2016-cı il 13 iyun tarixindən başlanmış və iddia müddəti 2019-cı il 12 iyun tarixində başa çatmışdır.

28. İşin materiallarına əsasən, hazırkı iddia ərizəsi 2019-cu il 18 iyun tarixində Tovuz rayon Məhkəməsində qeydiyyata alınsa da, iddiaçı tərəfindən hazırkı iddianın iddia müddəti buraxılmadan verilməsini sübuta yetirmək üçün 2019-cu il 12 iyun tarixində Tovuz rayon Məhkəməsinə məktub göndərilməsini təsdiq edən poçt qəbzi məhkəməyə təqdim edilmişdir.

29. Məhkəmə digər hallarla yanaşı iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin də 2019-cu il 12 iyun tarixli olduğunu, eləcə də şəhərlərarası poçt göndərişin 5-6 günə ünvana çatdırılmasının ağlabatan olmasını da nəzərə alaraq təqdim edilmiş qəbzi hazırkı iddia ərizəsinin 2019-cu il 12 iyun tarixində poçta təqdim edilməsini təsdiq edən sübut kimi qiymətləndirmiş və göstərilən hal əsasında belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi v erilərkən iddia müddəti buraxılmamışdır.

30. Məhkəmə gəldiyi nəticəni MM-in 372.1, 372.2, 373.2, 377.1, 377.2, 377.3, 375.2, 378, 380.1, 385.1, 386, 442, 443.1, 445.7, 448.1, 467, 739, 743-cü; “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1, 72.1.6-cı; MPM-in 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilərək, iddianın təmn olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli 2-2(103)-374/2023 saylı qətnaməsi ilə cavabdeh BOKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 dekabr t arixli 22(113)-4799/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).

33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741, 462.1, 445.7-ci maddələri təşkil edir. Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.

34. Belə ki, tərəflər arasında qeyd olunan kredit müqaviləsinin bağlanması mübahisəsizdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən, BOKT-un 2019-cı il 19 avqust tarixə dövrün sonuna qalıq əsas borcu 91.987 manat, faiz borcu 914,69 manat, cərimə 3.587,46 manat təşkil etmişdir.

35. İddiaçı tərəfindən verilmiş **********410 saylı, 2022-ci il 11 may tarixli maliyyə arayışı ilə də təsdiq edilmişdir ki, BOKT-un iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə 2022-ci il 6 may tarixə 91.987 manat məbləğində əsas, 914,69 manat məbləğində faiz borcu, 3.587 manat məbləğində müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə, 27.528 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi hesablanmış faiz borcu olmaqla, cəmi 124.017 manat məbləğində kredit borcu vardır.

36. Eyni zamanda, məhkəmə nəzərə almışdır ki, cavabdeh borcun məbləğini mübahisələndirmir.

37. Göründüyü kimi cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir. Qeyd olunanları, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı və cavabdeh tərəfindən kredit müqaviləsi üzrə tələb olunan borcun məbləğinin mübahisələndirilmədiyini nəzərə alaraq və MM-in 445.7, 462.1, 739.1, 741-ci maddələrinə əsaslanaraq məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

38. Məhkəmə cavabdehin dəlillərini əsassız hesab edərək göstərmişdir ki, hazırki apellyasiya baxışı zamanı iddiaçı tərəfindən iddia ərizəsinin poçt orqanına verilməsinə dair qəbzin əslinə (qəbzin kserosurəti birinci instansiya məhkəməsində təqdim edilmişdir) baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddia ərizəsi 2019-cu il 12 iyun tarixində poçt orqanına təhvil verilmişdir. Göründüyü kimi id diaçı kredit müqaviləsi üzrə 3 illik iddia müddətinin sonuncu günündə, 2019-cu il 12 iyun tarixində iddia ərizəsini rabitə orqanına vermişdir. MMin 371.2-ci maddəsində isə təsbit edilmişdir ki, müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia müddəti ötürülməmişdir.

39. Digər dəlillərə dair məhkəmə qeyd etmişdir ki, mövcud mülki qanunvericiliyə əsasən girov (ipoteka) qoyanın bu hüququ, yəni tələbin girov (ipoteka) predmetinə yönəldilməsini tələb etmək hüququ yoxdur və bu hüquq yalnız girov (ipoteka) saxlayana məxsusdur. Ona görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh etirazını bu şəkildə (tələbin girova yönəldilməsi) əsaslandırılsa da, cavabdeh faktiki ola raq tələblərin əvəzləşdirilməsini xahiş etmişdir. Halbuki, “Banklar haqqında” Qanunun 72.1.2, 72.1.3, 78.1-ci maddələri baxımından cavabdeh etirazında irəli sürülən tələblərə mülki məhkəmə icraatında deyil, “Banklar haqqında” Qanunun xüsusi tələbləri çərçivəsində baxılmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin MPM-in 153.2.1, 254.2 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2017-ci il 13 iyun tarixli Qərarında da qeyd olunmuşdur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir.

40. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən MM-in 445.8-ci maddəsinə istinad edilməsi də əsassızdır. Belə ki, həmin maddədə borclunun öz öhdəliyinin kreditorun gecikdirməsi nəticəsində icra edilə bilməməsi ilə bağlı məsələlər tənzimlənir. Kredit müqaviləsinin təminatı olaraq girov müq aviləsinin bağlanması isə kreditorun tutmanın girov predmetinə yönəldilməsi ilə bağlı öhdəliyini yaratmır. Çünki MM-in 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutmanın girov qoyulmuş əşyaya yönəldilməsi girov saxlayanın (kreditorun) vəzifəsi və ya öhdəliyi deyil, hüququqdur. Bundan başqa, hazırki işdə iddiaçının son olaraq irəli sürdüyü iddia tələbləri yalnız kredit müqaviləsi üzrə borcun tutulmasından ibarət olduğuna görə MPM-in 218.3-cü maddəsinə əsasən məhkəmənin iddia tələblərindən kənara çıxmağa hüququ yoxdur.

41. Bank müflis olunduqdan sonrakı müddət üçün gecikdirilmiş borc məbləğinə faizlərin (həm müqavilə üzrə faizlərin, həm müqavilə müddəti bitdikdən sonrakı müddət üçün illik 5% olmaqla hesablanmış faizlərin) hesablanmalı olmaması barədə cavabdehin dəlilləri də əsassız hesab edilərək göstərilmişdir ki, “Banklar haqqında” Qanununun 72.1, 72.1.6-ci maddəsinə görə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.

42. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qətnaməsini MM-in 295, 371.1, 371.2, 445.7, 462.1, 739.1, 741-ci; “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1, 72.1.2, 72.1.3, 72.1.6, 78.1-ci; MPM-in 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

43. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. MM-in 373.2-ci maddəsinin tələbi pozulmuşdur-mübahisə predmeti olan müqavilə üzrə iddia müddəti 2019-cu il 12 iyun tarixində bitmişdir. İşin məhkəmədə qeydiyyata alınma tarixi isə 2019-cu il 19 iyun tarix müəyyən olunmuşdur. Lakin məhkəmə heç bir əsas olmadan belə qənaətə gəmişdir ki, iddiaçı 5-6 gün qabaq sənədləri poçta təhvil vermişdir. İşin materialında olan qəbzin mötəbərliyinə kifayət qədər şübhələr olduğu halda məhkəmə həmin sənədi sübut kimi qəbul etmişdir. Halbuki, həmin qəbz kserosurət olmaqla yanaşı, məhz bu işin məhkəməyə təqdim edilməsini sübut etmir. Yəni qəbz başqa işə də aid ola bilərdi. Məhkəmə cavabdehin bu arqumentinə münasibət bildirməmiş, onun ədalətli məhkəmə araşdırması hüququnu da pozmuşdur.

45. MM-in 445.8-ci maddəsinin tələbi pozulmuşdur-məhkəmə cavabdehin dəlillərinə əhəmiyyət vermədən, iddiaçı tərəfindən cavabdehə verilmiş vəd məktubuna qiymət vermədən belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçıdan ipoteka predmetinə tutma yönəltməsini tələb etmək hüququ yoxdur. Halbuki, həmin məktubda iddiaçının kredit borcunu ipoteka predmetinə yönəldəcəyi barədə vəd verməsi aydın şəkildə başa düşülür. Eyni zamanda həmin məktub cavabdehin səhmdarları dəyişərkən yeni səhmdarın borcun olmaması barədə qarantiya məktubu kimi iddiaçıdan alınıb verilmişdir. İndi bu qətnamədə həmin məktuba qiymət verilməsi cavabdehlə eyni anda onun yeni səhmdarının hüquqlarının pozulmasına gətirib çıxarm ışdır. 46. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbi pozulmuşdurcavabdeh tərəfindən 2017-ci il 5 avqust tarixində iddiaçıya müraciət ünvanlanmışdır. İddiaçı həmin müraciətə 2017-ci il 12 sentyabr tarixində 2948 nömrəli məktubla cavab verərək bildirmişdir ki, tələb olunan depozit məbləği qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş qaydada kredit borcu ilə əvəzləşdiriləcək. Cavabdeh nəzərə almışdır ki, kreditin təminatı olan depozit hesabındakı məbləğ artmayacaq, ona görə sığorta hadisəsi baş verən tarixə mövcud borc ilə girov predmeti olan depozit məbləği arasında yaranmış fərqi iddiaçıya ödəməyə hazırdır. Lakin apellyasiya instansiya məhkəməsi bu məsələyə ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə banklar haqqında qanuna istinad edərək əvəzləşdirmənin qeyrimümkün olmasını qeyd etmişdir. Halbuki, həmin qanunun göstərilən maddəsi əvəzləşdirməni mümkün edir. 47. “2016-cı il 19 yanvar tarixli, 100-VQD nömrəli X1” Azərbaycan Respublikasının Qanununun 2.1.2.9 və 2.1.2.10-ci maddələrinin tələbləri pozulmuşdur-Azərbaycan Respublikası Prezident tərəfindən qanuna dəyişiklik edilərək (2016-cı il 19 yanvar tarixli, 100VQD nömrəli Qanun) qeyd olunan maddələr ləğv edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndində qeyd olunub fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Belə olan halda cavabdehin əmanəti qorunan əmanət sayılmalı və iddiaçı dərhal cava bdehin kredit borcunu girov təminatı ilə əvəzləşdirilməli idi. Bu qanun üzrə baş vermiş dəyişikliyə məhkəmənin mövqeyi cavabdeh üçün xüsusilə maraqlı olmuşdur. Lakin məhkəmə cavabdehin bu arqumentinə də qiymət verməyərək ədalətli məhkəmə araşdırması cavabdehin hüququnu pozmuşdur.

48. MM-in 446-cı maddəsinin tələbi pozulmuşdur-maddənin tələbinə əsasən, əgər iddiaçı cavabdehə qarşılıqlı öhdəliyin tələb olunan icrasını təklif etmirsə, yəni depozit vəsaitinin kredit borcu ilə əvəzləşdirilməsini təklif etmirsə o zaman icranı gecikdirmiş sayılır. Belə olan halda o, iddiaçıdan əlavə faizlər tələb edə bilməzdir. Məhkəmə isə, cavabdehin bu arqumentinə düzgün prizmadan yanaşmamış, qeyd etmişdir ki, kredit öhdəliyi ilə girovun hər hansı bir əlaqəsi yoxdur. Məhkəmə o halda haqlı ola bilərdi ki, cava bdehə məxsus depozit məbləği girov predmeti olmazdı. Digər tərəfdən iddiaçı cavabdehdən faizlər tələb etmək üçün onun ödəməli olduğu vəsaitdən gəlir əldə edə bilməməsini sübut etməli idi. Kreditor müflis elan olunaraq fəaliyyəti dayandırıb və bundan sonra onun borcludan əldə edəcəyi vəsaiti yenidən istifadə etmək imkanı yoxdur. Bu halda iddiaçının cavabdehdən əlavə faizlər tələb etmək hüququ da olmamışdır. Lakin məhkəmə bu arqumentə də münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Cavabdehin banka borcunun olması işin materialları ilə öz təsdiqini tapdığından apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla düzgün mövqedə olmuşdur. Kassasiya şikayətinin verilməsi cavabdehin açıqaşkar məhkəmə prosesini süni şəkildə yubatma q üçün verdiyinə dəlalət edir. Belə ki, tərəflər arasında kredit müqaviləsinin bağlanması mübahisəsizdir. Eyni zamanda iddiaçıya cavabdehin 2019-cü il 19 avqust tarixinə əsas borcu 91.987 manat, faiz borcu 914,69 manat, cərimə 3587,46 manat təşkil edir. Lakin cavabdehin kassasiya şikayətinin dəliləri əsassızdır. Belə ki, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən iddia ərizəsinin poçt orqanın verilməsinə dair qəbzin əslinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddia ərizəsi poçt orqanına 2019-cu il 12 sentyabr tarixində təhvil verilmişdir.Göründüyü kimi, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə 3 illik iddia müddətinin sonuncu günündə, 2019-cu il 12 iyun tarixində iddia ərizəsi rabitə orqanına verilmişdir. MM-in 371.2-ci maddəsində isə təsbit edilmişdir ki, müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddia müddəti ötürülməmişdir. Ümumiyyətlə, kassatorun şikayəti formal mülahizələr əsasında verilmişdir. Kassator kassasiya şikayətində heç bir halı mübahisələndirməyərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini tələb etmişdir. Kassasiya şikayətində qeyd etdiyi halları barədə qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasın mövcüd olmasına dair sübutları məhkəməyə tədqim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması halları müəyyən edilmir. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya baxışının hədləri

50. MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

52. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması müvafiq müddəalarında 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür” “Maddə

371. Müddətin sonuncu günündə hərəkətlərin yerinə yetirilməsi qaydası 371.1. Əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Lakin əgər həmin hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır. 371.2. Müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır. “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazım ınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə

741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir il in sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 53. “Banklar haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

72. Bankın müflis elan olunmasının nəticələri 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından:.... 72.1.2.banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3.bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür... 72.1.6.bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir....” “Maddə

78. Əvəzləşdirmə və saldo çıxarma 78.1. Bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər...”

54. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç b ir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 56. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fun damental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

57. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər eyni zamanda, apellyasiya şikayətinin də dəlili olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 38-42-ci bəndləri) və eyni hüquqi qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

58. Kollegiya «Banklar haqqında» Qanunun tələblərinin pozulmasına dair kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq qeyd edilməsini zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanu nunun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “...müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar.

59. Eyni zamanda həmin Qərarda qeyd edilmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kredi tor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır”.

60. Baxılan işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh iddia olunan borcun məbləğini mübahisələndirmir, həmin borcun “Banklar haqqında” Qanunun 82-ci maddəsinin tələblərinə uyğun olaraq əvəzləşdirilməli olmasını bildirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqedən də göründüyü kimi, “Banklar haqqında” Qanunun 82-ci maddəsində nəzərdə tutulan məsələlər üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməlidir. İflas proseduruna nəzarət edən məhkəmə konkret halda, əvəzləşdirmə üçün əsasların olubolmamasına hüquqi qiymət verə bilər.

61. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə qət namə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

62. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli 2-2(103)-374/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: M.T.Əhmədova Ə.M.Xıdırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar