Məhkəmə qərarları › İş №2-2(102)-500/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-500/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-500/2024 12.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 may tarixli 2-2(105)-46/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdı r. İşin halları

1. İcarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış 2021-ci il 1 noyabr tarixli “5017 Ankara W-H X1” nömrəli icarə müqaviləsinə əsasən, icarəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1.144,4 kv.m. olan 2 və 1 mərtəbəli qeyri-yaşayış sahəsinin 542 kv.m hissəsini 5 il müddətinə icarəçiyə icarəyə vermiş, sonuncu isə aylıq 5244,39 manat (4.444,4 + 799,99 ƏDV) məbləğində nəzərdə tutulan icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür.

2. İcarəçi müqavilə üzrə 2 dəfə - 2021-ci il 10 dekabr tarixdə 5.245 manat və 2022-ci il 25 aprel tarixdə 5.245 manat məbləğində ödənişlər etmiş, həmin ödənişlər icarəyə verən tərəfindən 2021-ci ilin noyabr və dekabr aylarına hesablanmışdır.

3. Daha sonra icarəçi icarə obyektini icarəyə verənin yazılı razılığı olmadan Davud ad lı şəxsə verib, 2022-ci il 10 iyul tarixində ölkəni tərk edib xaricə getmişdir. Həmin şəxs 2022-ci ilin iyul ayında icarəyəverən MMC-nin məsul şəxsi ilə əlaqə saxlayıb bu barədə məlumat verərək, icarə obyektini Cavabdeh borcunun əvəzinə götürərək işlətdiyini bildirmiş və onun özü ilə həmin obyektlə əlaqədar icarə müqaviləsi bağlamağı icarəyəverən MMC-nin əməkdaşına təklif etmişdir. Bundan sonra icarə obyektinin həmin şəxsə icarəyə verilməsi ilə əlaqədar bir neçə ay danışıqlar aparılmasına baxmayaraq, icarə məbləği haqqında razılaşma olmadığına görə həmin danışıqlar heç bir nəticə verməmiş və bu səbəbdən həmin şəxs obyekti boşaltmış və obyekt 2023-cü ilin fevral ayında başqasına icarəyə verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 25 avqust tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2021-ci il 1 noyabr tarixli “5017 Ankara W-H X1” nömrəli icarə müqaviləsi üzrə yaranmış 57.688,29 manat əsas icarə haqqı borcunun, elektrik enerjisi sərfiyyatına görə 3.561,72 manat kommunal borcun və əsas icarə haqqı ödənişlərinin icrasının gecikdirilməsinə görə yaranmış 3.277,3 manat faiz borcunun, o cümlədən mediasiya xərcləri üçün ödənilmiş 405 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin yanvar-noyabr ayları ərzində cavabdeh tərəfindən iddiaçıya heç bir icarə haqqı məbləği ödənilməmişdir. Beləliklə, icarəçinin 11 ay üçün icarə h aqqı borcu ƏDV daxil 57.688,29 manat təşkil etmişdir. Eyni zamanda, cavabdeh 2022-ci ilin iyul-dekabr ayları ərzində istifadə etdiyi elektrik enerjisi sərfiyyatına görə ödəməli olduğu 3.561,72 manat borcu da iddiaçıya ödəməmişdir. Beləliklə, icarə haqqı və kommunal xidmətlərin haqqına görə ödənilməmiş, ümumilikdə 61.250 manat borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (günlük 0,0137 faiz). Müqavilənin 4. 1.2-ci bəndinə əsasən icarəçi icarə haqqını qabaqcadan hər ayın əvvəlində hesablaşmaya dair sənədi aldıqdan 5 iş günündən gec olmayaraq həyata keçirməlidir. Beləliklə, ümumilikdə gecikdirilmiş vaxt üçün cavabdehin icarə haqqı və kommunal borcdan əlavə, 3.277,3 manat məbləğində borcu yaranmışdır.

6. Cavabdeh iddia tələbini qismən, yəni 2022-ci ilin yanvar ayına münasibətdə ƏDV daxil 5.244,39 manat məbləğində qəbul, qalan hissədə isə rədd edərək, bildirmişdir ki, o, 2022-ci il 10 iyul tarixindən Almaniya Federasiyasına getmişdir və indiyədək Azərbaycana qayıtmamışdır. Onun ölkə sərhədləri daxilində olmadığı dövr üzrə (2022-ci il iyul-noyabr) onun ölkə sərhədləri daxilində yerləşən icarə obyektindən istifadə etməsinə görə icarə haqqının hesablanması tamamilə əsassızdır. Həmçinin 2022-ci ili n yanvar ayının əvvəlindən etibarən cavabdeh tərəfindən icarə obyektində kommersiya fəaliyyəti faktiki olaraq dayandırılmış və yanvar ayı üzrə icarə haqqı (5.244,39 manat) iddiaçıya ödənilməmişdir. Müqavilə üzrə ödənilməli olan yanvar ayının icarə haqqı məbləği müqavilənin 13.1 (a) yarımbəndinə əsasən ödəniş etmək öhdəliyinin icrasının çatdığı vaxtdan etibarən 30 iş günü ərzində cavabdeh tərəfindən iddiaçıya ödənilmədiyi üçün müqavilənin 13.2-ci yarımbəndinə əsasən müqavilə qüvvədən düşmüş və ona xitam verilmişdir. Müqavilənin 13.1 (a) yarımbəndində müəyyən edilən hal baş verdikdə müqaviləyə xitam verilməsi müqavilənin - iki tərəf arasındakı qanunun (nəzərə alınsa ki, hüquq nəzəriyyəsinə əsasən müqavilə tərəflər arasında bir qanundur) imperativ (tərəflərin iradəsindən asılı olmayaraq tətbi q edilən) şərtindən irəli gəlir. Bu səbəbdən, cavabdeh tərəfindən aylıq icarə haqqı məbləğinin ödənilməsi 30 iş günündən artıq müddətə gecikdirildiyinə görə iddiaçının iradəsindən (mülahizəsindən) asılı olmayaraq müqaviləyə xitam verilmişdir. Müqavilənin 13.2-ci yarımbəndinə əsasən müqavilə ləğv edildiyindən və tərəflərin həmin tarixdən sonra birbirilərinə qarşı hər hansı hüquq və öhdəlikləri mövcud olmadığından müqaviləyə və qanunauyğun olaraq cavabdehin yanvar ayının sonundan etibarən müqavilə üzrə borc öhdəliyi, iddiaçının isə icarə haqqı tələb etmək hüququ yaranmamışdır. Lakin iddiaçı müqavilənin qüvvədən düşməsinə, müqavilə üzrə hüquq və öhdəliklərin ləğv edilməsinə baxmayaraq qüvvədən düşmüş müqavilə üzrə hüquqlarına istinad edərək iddiaçıdan icarə haqqı məbləğinin ödənilməsini tələb etmişdir. Yuxarıda qeyd edildiyi kimi iddia tələbi üzrə hesablanmış icarə haqqı borcunun müqavilənin qüvvədən düşmə tarixinə qədər iddiaçı qarşısında yaranmış öhdəlik olan yanvar ayının icarə haqqı məbləğində olan 5244,39 manat hissəsi cavabdeh tərəfindən müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilir. Lakin iddia tələbi üzrə icarə haqqı borcunun digər hissəsi həmin tələbin əsası olan müqavilə həmin borcun hesablandığı tarixlərdə artıq mövcud olmadığı və həmin dövrə tətbiq edilmədiyi və ən əsası həmin dövr üzrə cavabdeh tərəfindən hər hansı formada icarə obyektindən faktiki olaraq istifadə edilmədiyi üçün cavabdeh tərəfindən qəbul edilmir. Həmçinin 2022-ci ilin iyul-dekabr ayları tarixlərində müqavilənin qüvvədən düşmüş olması səbəbindən iddiaçının həmin döv r üzrə hər hansı hüququnun mövcud olmadığını və cavabdehin 2022-ci il 10 iyul tarixindən Almaniya Federasiyasında olduğunu nəzərə alaraq, cavabdehin ölkə sərhədləri daxilində olmadığı 6 aylıq bir dövr üzrə (2022-ci il iyul-dekabr) cavabdehin hər hansı kommunal xidmətdən “istifadə etdiyini” iddia etmək, həmin xidmətlərə görə ona borc hesablamaq tamamilə əsassızdır. Həmçinin, iddiaçı 2022-ci ilin dekabr ayı üzrə icarə haqqı borcu hesablanmadığı halda icarə obyektindəki kommunal xidmətlərdən istifadə üzrə borc hesablamışdır. Bu hal da iddiaçının tələblərinin tamamilə formal olduğunu bir daha sübut edir. Bundan əlavə, iddiaçının icarə haqqı borcu və kommunal xidmətlərə görə borc hesabladığı dövr üzrə tərəflər arasında bağlanmış müqavilə artıq qüvvədən düşdüyündən cavabdehin həmin dövr üzrə hər hansı bir pul və ya digər əsas öhdəliyi mövcud olmamışdır. Əsas öhdəliyin mövcud olmadığı halda faiz öhdəliyinin mövcudluğu mümkün deyildir və bu səbəbdən cavabdeh, icarə haqqı və kommunal xidmətlərə görə hesablanmış faiz borcunu da tam həcmdə əsassız hesab edir.

7. İddiaçı cavabdehin etirazına münasibət bildirərək, onun verilməsi üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş 20 günlük müddətin ötürülməsi, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.3-cü bəndinə əsasən müqavilənin birtərəfli qaydada xitamının yalnız icarə müddətinin ikinci ilində tərəflərdən birinin digərinə 6 ay qabaqcadan yazılı qaydada xitam vermək barədə niyyətini bildirdiyi halda mümkün olması, müqavilənin 13.2-ci bəndinin isə icarəyə verənin öz qərarı ilə icarə sahəsinə daxil olduğu halda və yalnız ic arəyə verən bu hüququnu reallaşdırdıqdan sonra icarəçinin öhdəliklərini pozması ilə bağlı tədbir görmək hüququna xələl gətirmədən müqaviləyə xitam verilməsi, müqavilənin xitamının isə icarəyə verənin icarə sahəsinə daxil olmaq və icarəçidən sahəni boşaltmasını tələb etmək hüququnu icra etdiyi təqdirdə etibarlı olması, lakin faktiki olaraq icarəyə verənin icarə sahəsinə daxil olmaması və icarəçinin öz fəaliyyətini dayandırmaması, cavabdehin ölkədən kənarda olmasının onun sahədə fəaliyyətini istisna etməməsi, faktiki olaraq cavabdehin 2022-ci ilin yanvar ayından noyabr ayına kimi icarə sahəsində fəaliyyət göstərməsi, bu səbəbdən də icarəyə verənin sahəyə daxil olmaması, cavabdehin obyektdə kommersiya fəaliyyətini dayandırması ilə bağlı icarəyə verənə hər hansı bildiriş göndərməməsi, cavabd ehin obyektdə kommersiya fəaliyyətini dayandırdığını qeyd etməsinə baxmayaraq, faktiki olaraq icarə sahəsini 2022-ci ilin iyul ayında digər şəxslər qarşısında olan borcu müqabilində Davud adlı şəxsə icarəyə verənin razılığı olmadan əsassız və qanunsuz olaraq təhvil verməsi, bu barədə həmin Davud adlı şəxsin 2022-ci ilin avqust ayında Şirkətin icarə şöbəsinin əməkdaşına “Whatsapp”la yazaraq bildirməsi, eyni zamanda borcunun ödənilməsi ilə bağlı yenə həmin proqram vasitəsilə cavabdehlə də əlaqə saxlanıldıqda, onun da bu faktı, yəni sahəni Davud adlı şəxsə təhvil verdiyini təsdiqləməsi, bununla bağlı iddiaçı ilə cavabdeh və sonuncunun sahəni təhvil verdiyi Davud adlı şəxs arasındakı telefon yazışmalarından çıxarışları və səs yazılarından ibarət “DVD” diskin məhkəməyə təqdim olunması, həmçinin cavabdehin öz etirazında da ölkəni 2022-ci il 10 iyul tarixində tərk etməsini bildirməsi də cavabdehin iyul ayına qədər icarə sahəsində fəaliyyət göstərməsini və həmin tarixdən etibarən icarəyə verənin heç bir razılığı alınmadan obyekti və obyektə yerləşən cavabdehin özünə məxsus malları üçüncü bir şəxsə sataraq təhvil verməsinin də təsdiq etməsi, 2022-ci ilin avqust ayından noyabr ayına qədər olan müddətdə icarə sahəsində iddiaçının razılıq vermədiyi, lakin cavabdehin təhvil verdiyi üçüncü bir şəxsin fəaliyyət göstərməsinin cavabdehi həmin müddət ərzindəki müqavilə üzrə öhdəliklərinin icrasından azad etməməsi ilə əsaslandırılmışdır.

8. Cavabdeh iddiaçının münasibətinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh tərəf elektron materialları 2023-cü il 23 noyabr tarixində əldə etdikdən s onra ilkin etiraz və ardınca, tam yazılı formada etiraz təqdim edilmişdir. Bundan əlavə, iddiaçının özü tərəfindən prosessual pozuntulara yol verilir və məhkəmə hazırlıq iclası yekunlaşana kimi təqdim edilməli sübutlar - məhkəmə baxış iclasında təqdim edilir. İddiaçı müqavilənin 13-cü bəndini təhrif etmişdir. Müqavilənin müvafiq bəndinin məzmunundan da aydın göründüyü kimi, müqavilənin qüvvədən düşməsi obyektə daxil olmaya deyil, "hüququn yaranmasına" istinad edilmişdir. Müqavilənin 13.1(a) bəndinin tələbləri baxımından 13.2-ci bənddəki hüququn yaranmasına və müqavilənin hüquqi qüvvəsini itirməsinə əsas olan hal baş vermişdir. Bundan əlavə, iddiaçının özünün də son məhkəmə iclasında etiraf etdiyi kimi, müqavilənin standart şərtləri iddiaçı tərəfindən təqdim edilmişdir və belə olan halda, h ər hansı qeyrimüəyyənlik MM-in 419.2-ci maddəsinin tələbləri baxımından iddiaçının əleyhinə təfsir edilməlidir. İddiaçı cavabdeh tərəfindən müqavilənin ləğvi ilə bağlı hər hansı bildirişin verilmədiyinə istinad edir. Halbuki, müqavilənin 13-cü bəndinin tətbiqi baxımından iddiaçının müqavilə üzrə həmin öhdəliyi olmamışdır. İddiaçı müqavilənin “birtərəfli ləğvi” ilə müqavilənin 13-cü bəndində qeyd edilən “tərəflərin iradəsindən asılı olmayaraq (avtomatik) hüquqi qüvvəsini itirməsini” eyniləşdirir. Halbuki müqavilədən “birtərəfli ləğv” və “avtomatik ləğv” qaydalarının fərqləndirildiyi aydın şəkildə görünür. İddiaçının nümayəndəsinin son məhkəmə iclasında verdiyi izahatdan və məhkəməyə təqdim etdiyi sübutlardan da aydın olur ki, ən geci 2022-ci ilin iyul ayından etibarən iddiaçı icarə obyekti ilə bağlı üçüncü şəxslərlə icarə münasibətləri yaratmış və müqavilə danışıqlarına başlamışdır. Bu fakt da obyektin cavabdeh tərəfindən istifadə edilmədiyinin iddiaçıya məlum olduğunu sübut edir. İddiaçının məhkəməyə təqdim etdiyi "Whatsapp" proqramı üzərindən səsyazmalar birbaşa cavabdeh və iddiaçının səlahiyyətli nümayəndələri arasında səsyazmalar deyil, üçüncü şəxslərlə danışıqları əks etdirən səsyazmalardır. Ona görə də, həmin səsyazmalar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 76-cı maddəsinin tələblərinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2021-ci il 12 aprel tarixli qərarında müəyyən edilmiş tələblərə uyğun deyildir və bu səbəbdən qanunauyğun əldə olunmuş sübut hesab edilə bilməz.

9. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 25 dekabr tarixli e-2-2(119)1127/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 2021-ci il 1 noyabr tarixli icarə müqaviləsi üzrə 36.710,73 manat məbləğində icarə haqqı borcu və mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 37.110,73 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması, cavabdehdən dövlət nəfinə 200,13 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – Z.Sadiqov).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilmiş səs yazıları, “votsap” mobil tətbiq vasitəsilə həyata keçirilən yazışmalar, fotoşəkillər və digər təqdim olunmuş sənədlər də proses iştirakçılarının iştirakı ilə tədqiq olunmuşdur. Həmin yazışmalar və səs yazıları əsasında müəyyən olunmuşdur ki, icarə müqaviləsi üzrə məlum icarə obyekti 2022-ci ilin iyul ayınadək icarəçi cavabdehin faktiki istifadəsində olsa da, o, 2022-ci ilin iyul ayında icarəyə verənin razılığı olmadan məlum icarə obyektini Davud adlı şəxsə təhvil vermişdir. Davud adlı şəxs isə 2022-ci ilin iyul ayının 18-dən etibarən iddiaçının əməkdaşı ilə telefon vasitəsi ilə əlaqə yaradıb, danışıqlar aparmış və iddiaçının əməkdaşının sualına cavab olaraq "2022-ci ilin iyulun axırından icarə obyektini faktiki olaraq təhvil aldığını" bildirmişdir. İddiaçının əməkdaşı isə bunun cavabı olaraq Davud adlı şəxsə “müqaviləni 1 avqustdan bağlamağı” təklif etmişdir. Bundan sonra isə Davud adlı şəxslə iddiaçının əməkdaşı arasında məlum obyektin yeni icarə müqaviləsi bağlanmaqla icarəyə götürülməsi üçün danışıqlar aparılmışdır. Eyni zamanda, cavabdeh də “borcunun ödənilməsi” ilə bağlı yenə həmin proqram vasitəsilə əlaqə saxlanıldıqda, sonuncu da bu faktı, yəni sahəni Davud adlı şəxsə təhvil verdiyini təsdiqləmişdir.

11. Beləliklə, yuxarıda qeyd olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, icarə müqaviləsi üzrə icarəyə verilmiş icarə obyekti cavabdehin faktiki istifadəsində 2022-ci ilin iyul ayınadək olmuş və həmin tarixdə icarəçi müqavilə şərtlərinin ziddinə olaraq, icarəyə verənin razılığı olmadan həmin qeyri-yaşayış sahəsini 2022-ci ilin iyul ayında Davud adlı şəxsin faktiki istifadəsinə verərək, ölkəni tərk etmişdir. Davud isə 2022-ci ilin iyul ayında icarəyə verənin əməkdaşı ilə telefo n əlaqəsi yaradaraq, məlum icarə obyektini icarəyə götürmək üçün danışıqlara başlamış və bu danışıqlar zamanı o, icarə obyektini "2022-ci ilin iyulun axırından faktiki olaraq cavabdehdən təhvil aldığı" barədə həmin əməkdaşa məlumat vermiş və bu məlumatı alan icarəyə verənin əməkdaşı isə ona “bu halda icarə obyekti ilə əlaqədar icarə müqaviləsini 2022-ci il 1 avqust tarixindən bağlamağı” təklif etmişdir. İşin konkret hallarına görə məlum danışıqlar Davud adlı şəxslə icarə müqaviləsinin bağlanması ilə nəticələnməsə də, sonuncu tərəfindən icarəyə verənin məlumatının olması və heç bir etirazının olmaması əsasında həmin icarə sahəsindən 2022-ci ilin iyul ayından sonra da bir neçə ay ərzində istifadə edilmişdir.

12. Bu halın özü, eləcə də 2021-ci il 1 noyabr tarixli “5017 Ankara W-H X1” nömrəli icarə müqaviləsinin şərtləri (4.1.2-ci, 13.1-ci və 13.2-ci bəndləri) cavabdeh 2022-ci ilin yanvar ayından etibarən icarə haqqını ödəmədiyinə görə həmin müqavilənin ləğv edilməsi və obyektin geri qaytarılması üçün icarəyə verənin kifayət qədər əsasları olmasına baxmayaraq, icarəyə verən obyektin 2022-ci ilin iyul ayınadək hər ayın əvvəlində ödənilməli olan icarə haqqını ödəmədən cavabdehin faktiki istifadəsində qalmasına, eləcə də 2022-ci ilin iyul ayından sonra isə Davud adlı şəxsin obyektdən istifadə etməsinə şərait yaratmışdır. Yəni, iddiaçı 2022-ci ilin iyul ayının axırlarından etibarən məlum icarə obyekti ilə bağlı digər bir şəxslə faktiki icarə münasibətləri yaratmış və müqavilə danışıqlarına başlayaraq, cavabdehə icarəyə verilmiş icarə obyektindən həmin üçüncü şəxsin istifadəsinə şər ait yaratmışdır. Bütün bu qeyd edilənlər belə bir qənaətə gəlməyə əsas verir ki, icarəyə verən icarə müqaviləsinə 2 nömrəli Əlavənin “F” bəndinə əsasən icarəçinin hazırkı icarə müqaviləsində nəzərdə tutulmuş öhdəliklərinin pozulmasını aradan qaldırmaq məqsədilə obyektə daxil olmaq hüququndan istifadə etməyərək hərəkətsizlik nümayiş etdirmiş və eləcə də, öz hərəkət və davranışları ilə həmin icarə obyektinin hazırkı müqavilə üzrə tərəf olmayan şəxsə təhvil verilməsinə etiraz etməyərək, sonuncunun 2022-ci ilin iyul ayından sonra da həmin obyektdən istifadəsinə faktiki "razılığını" bildirmişdir. Bu halda isə cavabdeh iddia ərizəsində həmin icarə obyektinə görə son istifadə müddətinin 2022-ci ilin noyabr ayı nəzərdə tutulmaqla, aylıq 5.244,39 manatdan olan “11 ay üçün hesablanmış 57.688,29 mana t məbləğində” icarə haqqı borcunun deyil, faktiki olaraq 2022-ci ilin iyul ayından həmin icarə obyektinin Davud adlı şəxsə təhvil verməsi və bu təhvil vermədən iddiaçı məlumatlı olmasına baxmayaraq, buna heç bir etirazını bildirməməsi və əksinə, həmin şəxslə yeni icarə müqaviləsinin bağlanması üçün danışıqlar apararaq onun obyektdən istifadəsinə şərait yaratması nəzərə alınaraq, 2022-ci ilin yanvar – iyul ayları üzrə, yəni 7 aylıq icarə haqqı üzrə yaranmış icarə borcunun ödənilməməsinə görə müvafiq öhdəlik daşıyır.

13. Bu nəticə icarə müqaviləsində nəzərdə tutulan şərtlər və işin konkret halları baxımından da öz təsdiqini tapır. Bütün bu hallara görə müəyyən olunur ki, icarəçi olaraq cavabdeh tərəfindən 2022-ci ilin yanvar-iyul aylarını əhatə edən icarə haqqı borcları ödənilməmiş, bu bor cun miqdarı isə ümumilikdə 36.710,73 manat təşkil etmişdir (5244,39 manat x 7 ay = 36710,73 manat). Yəni, yuxarıda qeyd olunanlar və işin konkret halları ilə müəyyən olunur ki, iddia ərizəsində mübahisəli icarə sahəsindən 11 ay ərzində istifadə ilə əlaqədar icarə haqqı olaraq cavabdehdən tutulması tələb olunan 57.688,29 manat məbləğində pul vəsaitinin yalnız 36.710,73 manat məbləğində olan hissəsinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.

14. Bundan əlavə, cavabdehdən 2022-ci ilin iyul-dekabr ayları ərzində istifadə olunan elektrik enerjisi sərfiyyatına görə 3.561,72 manat borcun və əsas icarə haqqı ödənişlərinin icrasının gecikdirilməsinə görə yaranmış 3.277,3 manat məbləğində faiz borcunun tutulması hissəsində iddia tələblərinin əsaslılığı məhkəmə araşdırması zaman ı işin halları ilə öz təsdiqini tapmamış və iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

15. Eyni zamanda, sonuncu tələbə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında (icarəçi tərəfindən 2022-ci ilin yanvar ayından etibarən icarə müqaviləsinin tələblərinə uyğun olaraq aylıq icarə haqları ödənilməmişdir) görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 675, 700.1¸ 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 445.1, 448, 404-cü, MPM-in 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4, 218.3, 119.1, 119.2-ci maddələri ilə əsaslandırmışdır.

17. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin dəyişdirilməsi və iddia tələbinin 5.244,39 manat məbləğində təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 may tarixli 2-2(105)-46/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Məmmədov, hakimlər – A.Süleymanova və M.Hüseynov).

19. Apellyasiya instansiya məhkəməsi iddianın qismən təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və əlavə olaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə işin hallarına əsasən qeyd etmişdir ki, müqaviləyə cavabdehin bildirdiyi kimi xitam verilməmiş, tərə flər arasında müqavilə münasibətləri davam etmişdir. Hətta cavabdeh icarə obyektini iyul ayının sonunda digər şəxsə vermişdir. Bu səbəbdən, cavabdehin obyektdən istifadə etməməsi ilə bağlı dəlilini kollegiya əsassız hesab etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi maddi hüquq normaları birinci instansiya məhkəməsinin qeyd etdiyi normalarla eynilik təşkil etmiş və əlavə olaraq MM-in 5.3-cü və MPM-in 14.1 və 372-ci maddələrinə istinad edilmişdir.

21. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 389, 4 25 və 442-ci maddələri üzrə - Məhkəmə iddia tələbinin qismən təmin edilməsinə dair hissədə cavabdehin müqavilə şərtləri ilə borcun ödənilməsi öhdəliyinin hüquqi əsasının olması məsələsinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, faktiki olaraq tərəflər arasında bağlanmış müqavilə ləğv edildiyindən məhkəmə iddia tələbinin qismən təmin olunmasına dair hissədə cavabdehin öhdəliyinin yaranma əsasını müəyyən etməli və borc öhdəliyinin həmin əsas üzrə hesablanmasını qətnamədə dəqiq və ətraflı göstərməli idi.

23. MM-in 404, 419.2 və 424-cü maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi tərəflər arasında bağlanmış müqavilənin avtomatik olaraq hüquqi qüvvəsini itirməsi və bundan sonra tərəflərin hüquq və öhdəliklərinə xitam verilməsi məsələsinə hüquqi qiy mət verməmiş və yalnız üçüncü şəxslə aparılmış “Whatsapp” yazışmalarına istinadən müqaviləni təfsir etmişdir. Məhkəmə müqavilənin qüvvədən düşməsinə, hüquq və öhdəliklərin ləğv edilməsinə baxmayaraq tərəflər arasında “faktiki münasibətlər”in olması qənaətinə gəlmiş və üçüncü şəxslə yazışmalara istinadən iddia tələbini qismən təmin etmişdir. Məhkəmə müqaviləni təfsir edərkən onun qüvvədən düşməsindən sonra tərəflərin həmin müqavilə şərtlərini “faktiki olaraq” tətbiq etməklə bağlı iradə ifadələrini müəyyənləşdirməmişdir və bu səbəbdən müqavilə şərtləri əsas götürülərək borc hesablana, iddia tələbi qismən təmin oluna bilməzdi. İş materialları və qətnamə ilə tərəflərin müqavilənin 13.2-ci yarımbəndinə uyğun olaraq ləğvindən sonra müqavilə şərtlərini tətbiq etməyə dair iradə ifadələri də müəyyə n olunmur. Xüsusilə, cavabdehin 2022-ci ilin yanvar - iyul ayları üzrə icarə obyektindən istifadə etməsi və həmin dövrə görə müqavilə şərtlərinə uyğun iddiaçıya ödənişin olunması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Əgər obyektdən istifadə faktı olsa idi, bu müqavilənin 16-cı bəndinə uyğun olaraq ən azı kommunal xərclər formasında öz təsdiqini tapardı. İndiki halda, məhkəmə qətnaməsində iddiaçının Davud adlı üçüncü şəxslə danışığından başqa cavabdehin icarə obyektindən 2022-ci ilin yanvar-iyul aylarında istifadə etməsini təsdiqləyən hər hansı mötəbər sübuta istinad mövcud deyildir. Ümumiyyətlə, iddiaçının yazışmalar apardığı Davud adlı şəxsin şahid qismində məhkəməyə dəvət olunub dindirilməsi də təmin edilməmişdir.

24. MPM-in 9, 14, 77, 88 və 217-ci maddələri üz rə - Məhkəmə iş materiallarında mövcud olan ziddiyyətlərə qiymət verməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iş materialları ilə cavabdehin 2022-ci ilin yanvar-iyul aylarında icarə obyektində elektrik enerjisi istifadə etməsi sübut edilməmişdir və həmin dövrə görə müqavilənin 16-cı bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə də hər hansı hesab-faktura təqdim olunmamışdır. İddiaçı hər hansı mötəbər sübutla cavabdehin icarə obyektindən fasiləsiz istifadəsini sübut edə bilməmişdir. Həmçinin məhkəmə tərəflər arasında bağlanmış icarə müqaviləsinin notarial qaydada təsdiq edilməməsi və MM-in 331-ci və 334-cü maddələrinin tələbləri baxımından etibarsız olması faktına hüquqi qiymət verməmişdir. Bu səbəbdən qətnamə prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildir, qeyd edilən hallar nəzərə alınmaqla iddia tələbinin qismən təmin olunmasına dair hissədə ləğv edilməli və həmin hissədə dəyişdirilərək iddia tələbinin 5.244,39 manat məbləğində təmin edilməsinə dair yeni qətnamə çıxarılmalı idi.

25. MPM-in 76 və 81-ci maddələri üzrə - Məhkəmə qətnamədə gəldiyi hüquqi nəticənin yeganə əsası kimi, üçüncü şəxslə “Whatsapp” yazışmalarına və həmin şəxsin səsyazmasına istinad etmişdir. Üçüncü şəxsin cavabdehlə müqavilə münasibətlərinin olması və hər hansı razılaşmasının olması məsələsi ümumiyyətlə araşdırılmamışdır. İddiaçı icarə obyektində üçüncü şəxsin işləməsindən məlumatlı olmuş və buna faktiki razılıq vermişdir. Üçüncü şəxs isə obyekti iyul ayında təhvil aldığını bildirmişdir. Lakin bu obyektin iyul ayına kimi cavabdeh tərəfindən istifadə o lunması anlamına gəlmir və qeyd olunan faktı sübut etmir. Halbuki müqavilənin icrası ilə bağlı faktiki hallar konkret olaraq müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun müəyyən edilməli idi. Mülki prosessual qanunvericiliyə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İcarə müqaviləsinin uzunmüddətli icrası mötəbərliyi şübhə altında olan yazışmalarla deyil, müqavilənin icrası ilə bağlı səlahiyyətli nümayəndələrin yazışmaları, təhvil-təslim aktları, üzləşmə aktları və digər hər iki tərəfin müqavilə üzrə münasibətlərini 7 ay ərzində fasiləsiz davam etdirdiyini təsdiqləyən sübutlarla müəyyən edilməli idi. Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi "Whatsapp" proqramı üzə rindən səsyazmalar birbaşa cavabdeh və iddiaçının səlahiyyətli nümayəndələri arasında səsyazmalar deyil, üçüncü şəxslərlə danışıqları əks etdirən səsyazmalardır. Həmin səsyazmalar MPM-in 76-cı maddəsinin tələblərinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2021-ci il 12 aprel tarixli qərarında müəyyən edilmiş tələblərə uyğun deyildir. Bu səbəbdən qanunauyğun əldə edilmiş sübut hesab edilə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya müqaviləyə xitam vermək barədə hər hansı iradə ifadəsi bildirməyib. Əksinə, cavabdeh 2022-ci ilin yanvar ayından iyul ayına kimi tərəflər arasında keçən hər yazışma və danışıqda iddiaçıya icarə haqqını ödəmək niyyətində oldu ğunu bildirib. Hətta cavabdeh 2022-ci il 5 may tarixində iddiaçı ilə əlaqə saxlayıb, icarə haqqına endirim edilməsini tələb edib, bu səbəbdən də iddiaçının baş ofisində görüş keçirilib və tərəflər arasında icarə haqqının aşağı salınmasına dair razılıq əldə olunmayıb. Əgər cavabdeh 2022ci ilin yanvar ayından icarə obyektindən faktiki istifadəni dayandırmaqla onun bildirdiyi kimi müqavilə avtomatik xitam olunduğu halda cavabdehin icarə haqqının aşağı salınmasına çalışması, həmçinin icarə haqqının ödənilməsi öhdəliyini danışıqlarda etiraf edərək möhlət istəməsi anlaşılan deyildir. Cavabdeh icarə obyektindən istifadə edərək gəlir əldə etmək və müqavilənin istinad etdiyi bəndindən sui-istifadə edərək iddiaçıya heç bir ödəniş etmədiyi üçün icarə haqqından azad olunacağına ümid etmişdir. Bir sözl ə, cavabdeh icarə müqaviləsinin Əlavə 1-də göstərilən 542 kv.m sahəni 2022-ci ilin yanvar ayından iyul ayına qədər (bu müddət Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 25 dekabr tarixli e-22(119)-1127/2023 nömrəli qətnaməsi ilə öz təsdiqini tapan müddətdir, əslində olan faktiki istifadə müddəti 2022-ci ilin dekabrın sonuna qədərdir) öz istifadəsində saxlayıb, oradan gəlir əldə edib. İddiaçıya isə bunun müqabilində heç bir ödəniş etməyib. Bundan əlavə, cavabdehin istinad etdiyi müqavilənin 13.2-ci bəndində qeyd olunur ki... “İcarəyə Verən öz qərarı ilə obyektə və ya onun hər hansı bir hissəsinə yenidən daxil olmaq hüququna malik olur və bundan sonra hazırkı icarə müqaviləsi icarəyə verənin ödənilməmiş icarə haqqı və ya xidmət haqqı xərcləri ilə bağlı, yaxud icarəçinin burada göstərilən şə rtləri, müddəaları, ehtimalları, öhdəlikləri və ya razılaşmaları pozması ilə bağlı tədbir görmə hüququna xələl gətirmədən, tam olaraq qüvvədən düşəcək və ona xitam veriləcəkdir”. İcarəyə verən icarəçi ilə müqavilənin bağlandığı 2021-ci il 1 noyabr tarixindən 2022-ci ilin noyabrına qədər icarə obyektinə daxil olmayıb. İcarəçi də öz növbəsində icarə obyektini boşaltmayıb. İşin hallarından açıq-aşkar göründüyü kimi, tərəflər arasında icarə münasibətləri olub, cavabdeh yalnız 1 ay icarə obyektindən istifadə etdiyinə, daha sonra icarə obyektinin boş olmasına istinad etsə də, həmin dəlillərin heç bir faktiki əsası olmayıb. Belə ki, müqaviləyə cavabdehin bildirdiyi kimi xitam verilməyib, tərəflər arasında müqavilə münasibətləri davam edib. Hətta cavabdeh icarə obyektini iyul ayının sonunda digər şəxsə verib. Bu səbəbdən cavabdehin obyektdən istifadə etməməsi ilə bağlı dəlili əsassızdır. Kassasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılmas ı kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür....” “Maddə

424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri... 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... ”

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbayc an Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi b ağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlə r ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2- ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.”

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etd ikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

33. Kassator hesab edir ki, apell yasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi tərəflər arasında bağlanmış müqavilənin avtomatik olaraq hüquqi qüvvəsini itirməsi və bundan sonra tərəflərin hüquq və öhdəliklərinə xitam verilməsi məsələsinə hüquqi qiymət verməmiş və yalnız üçüncü şəxslə aparılmış “Whatsapp” yazışmalarına istinadən müqaviləni təfsir etmişdir. Məhkəmə müqavilənin qüvvədən düşməsinə, hüquq və öhdəliklərin ləğv edilməsinə baxmayaraq tərəflər arasında “faktiki münasibətlər”in olması qənaətinə gəlmiş və üçüncü şəxslə yazışmalara istinadən iddia tələbini qismən təmin etmişdir.

34. Bununla bağlı birinci instansiya məhkəməsi göstərmişdir ki, mübahisəli icarə müqaviləsinin şərtləri (4.1.2-ci, 13.1-ci və 13.2-ci bəndləri) cavabdeh 2022-ci ilin yanvar ayından etibarən icarə haqqını ödəmədiyinə görə həmin müqavilənin ləğv edilməsi və obyektin geri qaytarılması üçün icarəyəverənin kifayət qədər əsasları olmasına baxmayaraq, icarəyəverən obyektin 2022-ci ilin iyul ayınadək hər ayın əvvəlində ödənilməli olan icarə haqqını ödəmədən cavabdehin faktiki istifadəsində qalmasına, eləcə də 2022-ci ilin iyul ayından sonra isə Davud adlı şəxsin obyektdən istifadə etməsinə şərait yaratmışdır.

35. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hallarından göründüyü kimi, tərəflər arasında icarə münasibətləri olmuş, cavabdeh yalnız 1 ay icarə obyektindən istifadə etdiyinə, daha sonra icarə obyektinin boş olmasına istinad etsə də, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri əsassız hesab etmişdir. İşin istinad olunan hallarına əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqaviləyə cavabdehin bildirdiyi kimi xitam verilməmiş, tərəflər arasında müqavilə münasibətləri davam etmişdir. Hətta cavabdeh icarə obyektini iyul ayının sonunda digər şəxsə vermişdir. Bu səbəbdən cavabdehin obyektdən istifadə etməməsi ilə bağlı dəlili əsassızdır.

36. Göründüyü kimi, işə baxan məhkəmələr mübahisəli icarə müqaviləsinin xitam olunmadığı qənaətinə gəlmişlər.

37. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin qənaəti mübahisəli müqavilənin istinad olunan şərtlərinə (4.1.2-ci, 13.1-ci və 13.2-ci bəndləri) uyğun olmuşdur. Çünki qətnamələrdən aydın olur ki, həmin şərtlərdə icarə haqqı icarəçi tərəfindən ödənilmədikdə müqavilənin avtomatik xitam olunmasına dair müddəa nəzərdə tutulmamış, bunun üçün ilk növbədə icarəyəverənin öz qərarı ilə obyektə daxil olmaq hüququnu reallaşdırmasına dair şərt nəzərdə tutulmuşdur. Belə bir halın baş verməsi işə, yəni mübahisəli dövrdə icarəyəverənin obyektə daxil olması işə baxan məhkəmələr tərəfindən müəyyən olunmamışdır.

38. MM-in 421.1-ci maddəsinin (bax § 29) tələbinə görə, müqavilənin ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

39. Hazırkı halda isə, tərəflər icarə haqqının ödənilməməsi səbəbindən müqavilənin ləğv olunması qaydasını öz razılaşmalarında yazılı şəkildə müəyyən etmiş, lakin həmin şərtin baş verməsi üçün müqavilədə nəzərdə tutulan əsasın mövcudluğu işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

40. Belə olan halda isə cavabdehin hazırda istinad etdiyi əsasa görə tərəflərin öhdəliklərinə xitam verilməsindən söh bət belə gedə bilməz (MM-in 424.2-ci maddəsi - bax § 29).

41. Odur ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuna da zidd olmamışdır.

42. Bu baxımdan, məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehin 2022-ci ilin yanvar - iyul ayları üzrə icarə obyektindən istifadə etməməsinə dair dəlillər də mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, icarəçi icarəyə götürdüyü əmlakı, icarəyəverən tərəfindən maneələr törədilmədiyi halda, faktiki istifadə edibetməməsindən asılı olmayaraq, onun icarə öhdəlikləri davam etmiş olur. Baxılan işdə cavabdehin icarəyə götürdüyü əmlakı icarəyəverənə geri təhvil verməsi və ya ən azından, müqavilənin şərtlərinə uyğun olaraq, müqaviləyə xitam vermək niyyətində olması barədə qarşı tərəfə bildiriş verməsi, yaxud da icarəyəverənin cava bdeh tərəfindən icarənin həyata keçirilməsinə hər hansı maneçilik törətməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

43. Davud adlı şəxsin şahid qismində məhkəməyə dəvət olunub dindirilməməsinə dair dəlillə bağlı qeyd olunmalıdır ki, tərəflərin belə vəsatətlə məhkəməyə müraciət etmələri iş materiallarından görünmür. Halbuki MPM-in 77.1-ci maddəsinin (bax § 31) tələblərinə uyğun olaraq, tərəflərin özləri öz mövqelərini əsaslandırmaq üçün məhkəməyə sözügedən vəsatəti verə bilərdilər.

44. Bundan başqa, cavabdeh hesab edir ki, məhkəmə tərəflər arasında bağlanmış icarə müqaviləsinin notarial qaydada təsdiq edilməməsi və MM-in 331-ci və 334-cü maddələrinin tələbləri baxımından etibarsız olması faktına hüquqi qiymət verməmişdir.

45. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh istər m übahisəli müqaviləni bağlayarkən, istərsə də müəyyən dövr ərzində icarə obyektindən istifadə edərkən və müqavilə üzrə öhdəliklərini icra edərək ödənişləri edərkən müqavilənin notarial qaydada təsdiq edilmədiyini bildiyi halda, hazırda müqavilənin etibarsızlığına istinad etməsi, ən azından, vicdanlılıq prinsipinə və estoppel prinsipinə uyğun deyildir.

46. Estoppel prinsipinin mahiyyəti və onun vicdanlılıq prinsipi ilə qarşılıqlı əlaqəsi barədə hüquqi mövqelər öz əksini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 aprel tarixli Qərarında tapmışdır. 4

7. Həmin mövqelərə (bax § 30) görə, “Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir:  həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər;  müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müdd ətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 56 0.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.”

48. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən sözügedən dəlili nəzərə almamaqla hər hansı hüquq pozuntusuna yol verməmişdir.

49. Üçüncü şəxslə “Whatsapp” yazışmalarının qeyri-mötəbərliyinə dair dəlillərə gəldikdə isə, iş üzrə çıxarılmış qətnamələrdən məlum olur ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən həmçinin səs yazılarına, fotoşəkillərə və digər təqdim olunmuş sənədlərə də istinad etmiş və bu sübutlar proses iştirakçılarının iştirakı ilə tədqiq olunmuşdur. Bundan başqa, qətnamələrdən o da məlum olur ki, cavabdeh “borcunun ödənilməsi” ilə bağlı “Whatsapp” mobil tətbiq vasitəsilə proqram vasitəsilə əlaqə saxlanıldıqda, sonuncu da sahəni Davud adlı şəxsə təhvil verdiyini təsdiqləmişdir.

50. Kassator apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yekun nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

51. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası mə hkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş və qətnamənin ləğv edilməsinə əsas olan hüquq pozuntularına yol verməmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 31) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

52. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 may tarixli 2-2(105)-46/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 may tarixli 2-2(105)-46/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar