Məhkəmə qərarları › İş №2-2(102)-501/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-501/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-501/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə haqqı tələbi, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 aprel tarixli 2-2(105)-36/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən v erilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında bağlanmış 2021-ci il 8 may tarixli İ 03/21 nömrəli icarə müqaviləsinə əsasən, icarəçi ünvan 1 ünvanında ümumi sahəsi 6.881 kv.metr olan 5 mərtəbəli inzibati binanın idarə korpusunu 5 il müddətinə icarəyə götürmüşdür. İcarəçi müqavilənin ilk 3 ayı üzrə (2021-ci ilin iyul, avqust, sentyabr ayları) aylıq 12.000 manat, növbəti 3 ayı üçün (2021-ci ilin oktyabr, noyabr, dekabr ayları) aylıq 14.000 manat və 2022-ci ilin yanvar ayından başlayaraq müqavilənin müddəti bitənədək aylıq 16.000 manat (ƏDV daxil) icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilə şərtlərinə əsasən, icarə haqqı hər cari ayın 5-dən gec olmayaraq icarəyə verənin bank hesabına hesab fakturaya və elektron qaiməyə əsasən köçürmə yolu ilə ödənilməlidir (2.3-cü bənd). İcarə obyekti daşınmaz əmlak olduğu halda, icarə haqqı məbləğinə kommunal xərclər daxil deyil və icarə müddəti ərzində icarə obyektindən istifadə zamanı yaranan bütün kommunal ödənişlər (qaz, su, işıq, telefon rabitəsi, internet və sair xərclər) icarəçinin hesabına həyata keçiriləcəkdir (2.4-cü bənd). Müqavilənin 7-ci bəndinə uyğun olaraq, müqaviləyə vaxtından əvvəl xitam verilə bilər (6.3-cü bənd). Hər hansı tərəf Müqaviləyə vaxtından əvvəl xitam vermək niyyətində olduğu halda, digər tərəfə 30 təqvim günü əvvəl yazılı surətdə xəbərdarlıq verməklə müqaviləyə xitam verə bilər (7.1ci bənd). 3. 2021-ci il 8 may tarixli İ 03/21 nömrəli icarə müqaviləsinə 2022-ci il 8 aprel tarixli 1 saylı Əla vənin 1 və 1.2-ci bəndlərinə əsasən, müqavilənin 1.2-ci və 3.1-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: “ünvan 1 ünvanında olan 5 mərtəbəli inzibati binanın idarə korpusunun 3 mərtəbəsi – ümumi 4.128 kv.metrdən ibarət icarə obyektinə görə icarəçi 2022-ci il tarixindən başlayaraq icarəyə verənə hər ay aylıq 9.600 manat ƏDV daxil məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 4. “İcarə müqaviləsi üzrə yaranmış borca dair" 2022-ci il 8 aprel tarixli razılaşma ilə borclu "xxxx" MMC 2021-ci il 8 may tarixli İ 03/21 nömrəli icarə müqaviləsi üzrə ümumilikdə 44.895,85 manat məbləğində icarə haqqı borcunun olmasını etiraf edərək, həmin borcu 2022-ci ilin aprel ayında 14.965,28 manat, 2022-ci ilin may ayında 14.965,28 manat və 2022-ci ilin iyun ayında 14.965,29 manat olmaqla ödəməyi öhdə sinə götürmüş, razılaşmada qeyd olunan icarə haqqı borcunun tam qaytarılma müddəti 2022-ci il 30 iyun tarixi müəyyən edilmişdir. 5. 2021-ci il 8 may tarixli İ 03/21 nömrəli icarə müqaviləsinin icrası ilə əlaqədar icarəyəverən "xxxx" ASC ilə icarəçi Cavabdeh MMC tərəfindən tərtib edilərək, imzalanıb möhürlənmiş 2023-cü il 1 may tarixli üzləşmə aktına əsasən, icarəçi Cavabdeh MMC-nin 2023-cü il 1 may tarixinə icarəyəverən "xxxx" ASC-yə cəmi 43.684,24 manat məbləğində qalıq borcu vardır.

6. İcarəyəverən "xxxx" ASC ilə icarəçi Cavabdeh MMC arasında bağlanaraq, notariat qaydasında təsdiq edilmiş “Müqavilənin ləğvinə dair” 2023-cü il 13 iyul tarixli müqavilə ilə icarə obyekti özəlləşdirildiyi üçün tərəflər qarşılıqlı razılığa gələrək, 2021-ci il 8 may tarixli İ 03/21 nömrəli icarə müqaviləsi üzr ə münasibətləri 2023-cü il 7 aprel tarixindən etibarən bitmiş hesab etmişlər. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, icarəçi ödənilməmiş icarə haqqı və kommunal xərcləri təşkil edən cəmi 43.684,24 manat məbləğində borcu olduğunu etiraf etmiş və borcu ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 7. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2023-cü il 20 sentyabr tarixində məhkəməyə müraciət edərək, 2021-ci il 8 may tarixli İ 03/21 nömrəli müqavilə üzrə yaranmış 9.680 manat kommunal haqqı borcu və 34.004,24 manat icarə haqqı borcu olmaqla, ümumilikdə 43.684,24 manat məbləğində borcun və 400 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödə nilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda göstərilən halları ilə əsaslandırılaraq qeyd olunmuşdur ki, borc ödənilməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır.

9. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

10. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi tərəflər arasında imzalanmış 2021-ci il 8 may tarixli İ 03/21 nömrəli icarə müqaviləsi üzrə hazırda cavabdehin 9.680 manat məbləğində kommunal haqqı borcu və 34.004,24 manat məbləğində icarə haqqı borcu olmaqla, ümumilikdə 43.684,24 manat məbləğində borcunun olduğunu etiraf etmiş, iddia tələbi üzrə 43.684,24 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini və həmin borcu id diaçıya hissə-hissə ödəyəcəyini bildirmişdir.

11. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 20 dekabr tarixli 2-2(119)1230/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 2021-ci il 8 may tarixli İ 03/21 nömrəli müqavilə üzrə yaranmış 34.004,24 manat icarə haqqı borcu, 9.680 manat kommunal haqqı borcu və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 manat hissəsi olmaqla, cəmi 43.884,24 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir (hakim – Z.Sadiqov).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, 2021-ci il 8 may tarixli İ 03/21 nömrəli müqavilə əsasında 2022-ci il 12 yanvar tarixindən 2023-cü il 31 may tarixinədək iddiaçı tərəfindən cavabdehə icarə haqqının və kommunal xidmətlərin dəyərinin ödənilməsi ilə əlaqədar müvafiq qaydada tərtib və təsdiq edilmiş elektron qaimələr təqdim olunmuş, məhkəmə araşdırması zamanı təqdim olunmuş elektron qaimələrə etiraz edilməsi və yaxud həmin elektron qaimələrin qəbulundan imtina edilməsi halları müəyyən edilməmişdir.

13. Tərəflər arasında bağlanmış 2021-ci il 8 may tarixli İ 03/21 nömrəli icarə müqaviləsi 2023-cü il 13 iyul tarixli müqavilə ilə 2023-cü il 7 aprel tarixindən ləğv edilmiş və icarə müqaviləsi ləğv edilərkən cəmi 43.684,24 manat məbləğində borcun tam ödənilməsini cavabdeh öhdəsinə götürmüş, lakin borc ödənilməmişdir. Qeyd olunanlara əsasən, iddia tələbi cəmi 43.684,24 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır.

14. Birinci instansiya məhkəməs i mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 443.1, 445.1, 448, 675 və 700.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 aprel tarixli 2-2(105)-36/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Süleymanova, hakimlər – M.Hüseynov və G.Cabbarova).

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyator borc məbləğinin miqdarını mübahisələndirsə də, nə apellyasiya şikayətinə, nə də apellyasiya icraatındakı araşdırma zamanı etirazını istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, tərəflər arasında bağlanmış qarşılıqlı öhdəliklərə dair üzləşmə aktının mötəbərliyi məhkəmələrdə mübahisləndirilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini MM-in 385.1, 425.1, 427.3, 442, 675 və 700.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən bax ılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 20. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir - İcarə haqqının hesablanması zamanı yanlışlığa yol verilmiş, düzgün hesablanmamışdır. Bu hal nəzərə alınmamış, sadəcə qarşılıqlı hesablaşma əsas götürülərək qətnamə qəbul edilmişdir. Hakim iddianın əsasını təşkil edən sənədlərin tamlığını yoxlamamışdır. İcarə sahəsinin təhvil-qəbulunun hansı tarixdən olması, cavabdehin hansı tarixdən icarə obyektini istifadəyə götürməsi və ödənişlərin hansı sənədlər əsasında hesabl anması araşdırılmamışdır. Həmçinin kommunal borcların ödənilməsini yalnız həmin kommunal xidmətləri həyata keçirən subyektlər tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini bu məsələlərlə bağlı birinci instansiya məhkəməsində tələbin mübahisələndirilmədiyini qeyd edərək əsaslandırmışdır. Halbuki cavabdeh dəfələrlə etirazını bildirərək, məbləğin düzgün hesablanmadığını qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

23. Kassasiya instansiyası məhkəməsi tərəfind ən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərək ətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir...” “Maddə

442. Öhd əliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür....” “Maddə

675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə mü əyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” 25. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.1. Məhkəmənin qət naməsi qanuni və əsaslı olmalıdır. ” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri aşağıdakı səbəblərdən əsassızdır.

27. Birinci instansiyası məhkəməsi qətnaməsindən məlum olur k i, iş üzrə keçirilən məhkəmə baxış iclasında cavabdehin qanuni təmsilçisi izahatında mübahisəli icarə müqaviləsi üzrə hal-hazırda sonuncunun 9.680 manat məbləğində kommunal haqqı borcu və 34.004,24 manat məbləğində icarə haqqı borcu olmaqla, ümumilikdə cəmi 43.684,24 manat məbləğində borcunun olduğunu etiraf edib, iddia tələbi üzrə 43.684,24 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini və həmin borcu iddiaçıya hissə-hissə ödəyəcəyini bildirmişdir.

28. Buna baxmayaraq, cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, kassasiya şikayətində göstərdiyi dəlillərlə eyniməzmunlu dəlilləri apellyasiya icraatında da bildirmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni lazımi şəkildə əsaslandırmışdır.

29. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

30. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları onların qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 25) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 25) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

31. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məh kəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 aprel tarixli 2-2(105)-36/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 aprel tarixli 2-2(105)-36/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar