Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-502/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: enerji sərfiyyatına görə borcun olmamasının müəyyən edilməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə və onun vəkili Vəkilyevin iştirakları ilə İddiaçı MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-797/2021 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Azərişıq" ASC ilə (bundan sonra – cavabdeh) istehlakçı "xxxx" MMC arasında (bundan sonra – iddiaçı) Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 34 ünvanında çoxmərtəbəli ofis binaları və ofis binaları ve ticarət mərkəzi kompleksinin elektrik təchizatı üçün 2017-ci il 11 may tarixdə Ms-17/0103 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən "xxxx" ASC (bundan sonra – ASC) tərəfindən verilmiş TX-14/0195 saylı 2014-cü il 12 iyun tarixli texniki şərtə müvafiq olaraq tikintisi başa çatmış 2x2500 kVA gücündə 6/0,4 kV-luq transformator məntəqəsi (TM 3236) avadanlıqları ilə birlikdə iddiaçının balansından cavabdehin balansına əvəzsiz olaraq verilmişdir. 2. ********* nömrəli 2020-ci il 13 yanvar tarixli ödəniş sənədinə əsasən, iddia çının cavabdehə 2020-ci il 13 yanvar tarixə qalıq borcu 3.888 manat, 2020-ci il 11 fevral tarixə 3.888 manat, 2020-ci il 12 mart tarixə 3.564 manat, 2020-ci il 11 aprel tarixə 2.916 manat, 2020-ci il 11 may tarixə 2.916 manat, 2020-ci il 12 iyun tarixə 3.240 manat, 2020-ci il 9 iyul tarixə 5.184 manat, 2020-ci il 13 avqust tarixə 8.424 manat, 2020-ci il 14 sentyabr tarixə 5.832 manat, 2020-ci il 12 oktyabr - 2021-ci il 15 yanvar tarixə 4.212 manat, 2021-ci il 2 fevral tarixə 42.965,55 manat, 2021-ci il 16 fevral tarixə 47.178,42 AZN, 2021-ci il 12 mart tarixə 47.826,42 manat təşkil etmişdir.
3. İddiaçı tərəfindən cavabdehin bank hesabına 150 nömrəli 2021-ci il 18 fevral tarixli ödəniş tapşırığına əsasən 3569,49 AZN, 151 nömrəli 2021-ci il 18 fevral tarixli ödəniş tapşırığına əsasən 642,51 manat pul vəsaiti köçürülmüşdür.
4. Hesab ödəniş vərəqindən görünür ki, abonent kodu 07/200-027 olan iddiaçının elektrik enerjisindən istifadə etməsi ilə bağlı cavabdehə ümumilikdə 42.965,55 manat borcu mövcud olmuşdur. 5. 2021-ci il 28 yanvar tarixli, NDQ 008693 saylı aktdan məlum olur ki, 60037730 seriya nömrəli sayğaca baxış zamanı sayğacın şəbəkəyə qoşulma sxemi səhv olmuş, sayğac sərf olunan elektrik enerjisini düzgün qeyd etməmiş, sayğac sxemində axan yüklər ölçülmüş, qoyulmuş güc, güc transformatorunun nominalına əsasən S=2500 kva təşkil etmişdir.
6. EBAX seriyalı 600221 nömrəli elektron qaimədən görünür ki, 2021-ci il 15 yanvar tarixdən 2021-ci il 13 fevral tarixinə qədər istifadə olunan elektrik enerjisinin dəyəri 4212,00 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLAR İ Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı 2021-ci il 8 fevral tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin iddiaçının sahibkarlıq fəaliyyətinə müdaxiləsinin və maneələrinin qanunsuz hesab edilməsi, iddiaçının elektrik enerji istehlakına görə cavabdehə borcunun olmaması faktının müəyyən edilməsi barədə qətnamə, cavabdehə iddiaçının enerji təchizatının dayandırılmasının qadağan edilməsi barədə dərhal icra olunmalı qərardad çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi binanın elektrik enerjisi ilə təchiz olunmasından ötrü tələb olunan texniki şərtləri yerinə yetirmiş, lazımi avadanlıqları əldə etmiş və müvafiq qaydada isti smarı üçün aktla və müqavilə əsasında cavabdehə təhvil vermiş və enerji təchizatına qoşularaq istifadə olunan enerjinin haqqını vaxtında və tam ödəmişdir. Buna baxmayaraq, cavabdeh 2021-ci il 3 fevral tarixdə müəssisənin 2021ci il 28 yanvar tarixli NDQ 008696 saylı aktına əsasən 2021-ci il 3 fevral tarixə 42.965,55 manat məbləğində debitor borcunun olduğunu qeyd etməklə onun ödənilməsini tələb etmiş, əks təqdirdə müəssisənin enerji təchizatı əlavə xəbərdarlıq edilmədən 2021-ci il 7 fevral tarixdən etibarən dayandırılacağını bildirmişdir. Cavabdeh öz tələbinin əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş "Elektrik Enerjisindən İstifadə Qaydaları"na istinad etmişdir. İddiaçı hesab etmişdir ki, cavabdehin tələbinin v ə mövqeyinin heç bir faktiki və hüquqi əsası olmamışdır. Belə ki, 2020-ci il 1 yanvar - 2021-ci il 1 fevral dövrü üzrə cavabdeh ilə Hesablaşma Cədvəlindən və əlavə olunan hesab-fakturalardan və ödəniş sənədlərindən aşkar şəkildə görünür ki, enerjidən istifadəyə görə bütün məbləğlər vaxtında: 2021-ci il 23 yanvar tarixdə 3.888 manat, 2020- il 17 fevral tarixdə 3.888 manat, 2020-ci il 16 mart tarixdə 3.564 manat, 2020-ci il 17 aprel tarixdə 2916 manat, 2020-ci il 20 may tarixdə 2.916 manat, 2020-ci 19 iyun tarixdə 3.240 manat, 2020-ci il 20 iyul tarixdə 5.184 manat, 2020-ci il 20 avqust tarixdə 8.424 manat, 2020-ci il 18 sentyabr tarixdə 5832 manat, 2020-ci il 16 oktyabr tarixdə 4.536 manat, 2020-ci il 20 noyabrdə 3.564 manat, 2020-ci il 22 dekabr tarixdə 3.564 manat, 2021-ci il 21 yanvar ta rixdə 4.212 manat olmaqla, cəmi 55.728 manat ödənilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 fevral tarixli e-2-2(113)-1304/2021 saylı qərardadı ilə ünvan 2 ünvanında yerləşən müəssisəyə elektrik enerjisinin verilməsinin dayandırılması cavabdehə qadağan olunmuşdur.
10. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 2021-ci il 28 yanvar tarixli, NDQ No 008693 nömrəli və 2021-ci il 29 yanvar tarixli, 213853 nömrəli Aktlarının, 2021-ci il 2 fevral tarixli, ********* saylı hesab ödəniş vərəqəsinin və 2021-ci il 3 fevral tarixli xəbərdarlığının MMC-nin sahibkarlıq fəaliyyətinə müdaxiləsinin və maneələrinin, 2021-ci il 17 fevral tarixdə saat 10:30-dan 16:30-dək; 2021-ci il 11 mart tarixdə saat 14:30-dan 18:40-dək; 2021-ci il 12 mart saat 21:15-dək; 2021-ci il 19 mart saat 17:00-dək cavabdehin ünvan 2 ünvanında yerləşən müəssisəyə (binaya) enerji təchizatını dayandırmasının qanunsuz hesab edilməsi, eyni zamanda iddiaçının enerji istehlakına görə cavabdehə borcunun olmaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (iş.v 90). Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur.
11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 mart tarixli, e-2-2(113)-1304/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən – iddiaçının NQD 008693 nömrəli akt əsasında cavabdehə borcunun olmamasının müəyyən edilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə rədd edilmişdir (hakim A.Əliyeva).
12. Həmin məhkəmə bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə g əlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Qeyd olunan əsasla birinci instansiya məhkəməsi iddiaçının barəsində 2021-ci il 28 yanvar tarixli, NDQ 008693 nömrəli və 2021-ci il 29 yanvar tarixli, 213853 nömrəli aktların hüquqi nəticələrinin qanunsuz hesab edilməsi nəticəsinə gəlmişdir.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən istifadə Qaydaları”nın (bundan sonra - Qaydalar) 7.6, 8.33, 9.1, 9.10-cu bəndlərinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Resp ublikası Qanunun 3.2, 31.2, 31.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1, 80-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-797/2021 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməm iş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş üzrə icraata xitam verilmişdir (sədrlik edən V.Baxışova, hakimlər C.Yusifov və V.Məmmədov).
16. Apellyasiya məhkəməsi bildirmişdir ki, məhkəmə qaydasında baxılan iddia tələbi hüquq və ya qanunla qorunan mənafeyin müdafiəsi və yaxud təsdiq edilməsi məqsədi ilə irəli sürülməli, iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsi ilə pozulmuş hüququn bərpası təmin edilməlidir. Fiziki və hüquqi şəxslər tərəfindən məhkəmədə yalnız şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə iddia qaldırıla bilər. Bu iddialar ilk öncə xüsusi icraat qaydasında qaldırılmalı, hüquq haqqında mübahisə olduğu müəyyən edilərsə işə iddia icraatı qaydasında ba xılmalıdır. Hazırki halda, iddiaçının məhkəmə tərəfindən müəyyən edilməsini xahiş etdiyi fakt (cavabdehə borcunun olmaması faktı) şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi əhəmiyyətli fakt deyildir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş hesab ödəniş vərəqəsinə əsasən, iddiaçının 2021-ci il 16 fevral tarixə 47.178,42 manat borcu yaranmış, iddiaçı isə əsassız hesablandığını iddia etdiyi bocrun ləğv edilməsi və ya abunə hesabından silinməsinin cavabdehə həvalə edilməsi barədə iddia qaldırmaq hüququna malik olduğu halda, borcunun olmaması faktının müəyyən edilməsi barəsində iddia qaldırmışdır. Məhkəmə kollegiyası göstərilən tələbə məhkəmə qaydasında baxılmasının mümkün olmadığı qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab etm işdir ki, iddiaçının borcunun olmaması barədə tələbin təmin olunması ilə onun pozulmuş hüquqlarının bərpası təmin edilmir və mübahisələndirilən borclar iddiaçının abunə hesabında qalmaqda davam edir.
17. Bundan başqa, tərtib edilmiş aktlar, cavabdeh tərəfindən borc məbləğləri barədə iddiaçıya göndərilmiş hesab ödəniş vərəqləri, xəbərdarlıq məktubları müəyyən məlumatları əks etdirən sənədlər olmaqla iddiaçı üçün müstəqil olaraq hüquqi məsuliyyət müəyyən etmədiyindən, o cümlədən həmin sənədlərin ləğvi və ya qanunsuz hesab edilməsi hər hansı hüquqi nəticə doğurmadığından həmin iddia tələblərinə məhkəmə qaydasında baxıla bilməz. Eyni zamanda, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizədə qeyd edilmiş tarixlərdə və saatlarda elektrik enerjisi təchizatının cavabdeh tərəfind ən dayandırılması, iddiaçının sahibkarlıq fəaliyyətinə müdaxiləsinin və maneələrin qanunsuz hesab edilməsi barədə tələbləri iddiaçının pozulmuş hüquqlarının bərpası məqsədi ilə deyil, cavabdehi gələcəkdə belə hərəkətlərdən çəkindirmək məqsədi ilə qaldırıldığından bu tələblərə də məhkəmə qaydasında baxılması mümkün sayıla bilməz.
18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MPM-in 2.1, 5.1, 305.1.1, 308, 307.1, 306.4, 261.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 26 avqust tarixdə iddiaçının direktoruna və cavabdehin nümayəndəsinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
20. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün işin apellyasi ya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
21. Apellyasiya məhkəməsinin “cavabdehə borcunun olmaması faktı şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi əhəmiyyətli fakt deyil” nəticəsini irəli sürməsi, Azərbaycan Respublikası Konstitusiyasının, Mülki Məcəllənin, MPM-in, İnsan hüquqlarına və əsas azadlıqlarına dair Avropa Konvensiyasının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeləri əhəmiyyətsizləşdirmiş olur. İddiaçı hesab edir ki, məhkəmənin iddia tələbinə məhkəmə qaydasında baxıla bilməməsi barədə nəticəsi düzgün olmamışdır. B elə ki, əgər işə məhkəmə qaydasında baxılmalı deyilsə, onda məhkəmə tərəfindən mübahisənin həlli üçün necə və haraya müraciət edilə biləcəyinin izah olunmaması da məhkəmənin yanlış mövqe tutmasını bir daha sübut edir. Qərardadda iş materiallarına əlavə edilmiş “Azərişıq" ASC tərəfindən iddiaçıya göndərilmiş hesab ödəniş vərəqəsindən görünür ki, iddiaçının 2021-ci il 16 fevral tarixə 47.178,42 manat borcunun yaranmasının qeyd olunması isə məhkəmənin birtərəfli mövqeyini, onun iddiaçı tərəfindən təqdim edilmiş ödəniş sənədlərinə, hesablaşma cədvəllərinə, cavabdehin tərtib etdiyi və əlavə sərfıyyatın onun işçilərinin səhvi (iddiaçıya aid olmayan balans sərhədində naqillərin səhv birləşdirilməsi) ucbatından yarandığını etiraf etdiyi Akta hüquqi qiymət vermək niyyətində olmadığını təsdiq edir. Məhkəmənin cavabdeh tərəfindən tərtib edilmiş aktların, borc məbləğləri barədə iddiaçıya göndərilmiş hesab ödəniş vərəqələrinin, xəbərdarlıq məktublarının müəyyən məlumatları əks etdirən sənəd olmaqla iddiaçı üçün müstəqil olaraq hüquqi məsuliyyət müəyyən etmədiyindən və həmin sənədlərin ləğvi və ya qanunsuz hesab edilməsi hər hansı hüquqi nəticə doğurmadığından, iddia tələblərinə məhkəmə qaydasında baxıla bilməyəcəyinə dair mövqeyi heç bir maddi və prosessual hüquq normalarına əsaslanmayan mülahizədən ibarətdir.
22. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunan vaxtlarda və saatlarda elektrik enerjisi təchizatının cavabdeh tərəfindən dayandırılmasının, iddiaçının sahibkarlıq fəaliyyətinə müdaxiləsinin və maneələrin qanunsuz hesab edilməsi barədə tələblərin iddiaçını n pozulmuş hüquqlarının bərpası məqsədi ilə deyil, cavabdehi gələcəkdə belə hərəkətlərdən çəkindirmək məqsədi ilə qaldırıldığından bu tələblərə də məhkəmə qaydasında baxılmasını qeyri-mümkün hesab etməklə iddiaçının cavabdehin qanunsuz hərəkətlərindən müdafiə olunmaq imkanını məhdudlaşdırmışdır. İddiaçıya qarşı belə bir məhdudiyyətin tətbiq edilməsi isə “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququna, üzv dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının Konvensiyanı ratifikasiya etməklə üzərinə götürdüyü öhdəliklərə ziddir. Belə ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qan un əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
23. Məhkəmə kollegiyası iclasında iddiaçının qanuni təmsilçisi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək onun dəlillərini müdafiə etmiş, məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün işin apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
24. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndə və ya vəkilinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbl əri barədə məlumat verməmişdir.
25. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
26. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdi r.
28. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən istifadə Qaydaları” 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edil miş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.1. yoxlayıcı orqanın adı; 31.2.2. aktın nömrəsi və tərtib edildiyi tarix; 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod; 31.2.4. yoxlanılan sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 31.2.5. yoxlanılan sahibkarın bilavasitə yoxlanılan təsərrüfat obyektinin ünvanı; 31.2.6. yoxlamada iştirak edən yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi; 31.2.7. yoxlamanın aparılması haqqında qərarın tarixi və nömrəsi; 31.2.8. sahibkara yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumat; 31.2.9. yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə); 31.2.10. yoxlama suallarının siyahısının konkret suallarının nömrələri göstərilməklə aşkar olunmuş qanun pozuntularının məzmunu, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri; 31.2.11. əgər varsa, sahibkarın izahatı, iradı və ya etirazı; 31.2.12. yoxlama aktına əlavə edilən sənədlərin siyahısı; 31.2.13. yoxlamada iştirak etmiş bütün yoxlayıcıların və sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin imzaları. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat r eyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhk əmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə
308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədl ərin bərpası mümkün olmasın. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
31. Kassasiy a instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
32. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
33. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, məhkəmə nin iddia tələbinə məhkəmə qaydasında baxıla bilməməsi barədə nəticəsi düzgün olmamışdır. Belə ki, əgər işə məhkəmə qaydasında baxılmalı deyilsə, onda məhkəmə tərəfindən mübahisənin həlli üçün necə və haraya müraciət edilə biləcəyinin izah olunmaması da məhkəmənin yanlış mövqe tutmasını göstərir.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
35. Belə ki, MPM-in tələblərinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (MPM-in 2.1, 5.1-ci maddələri).
36. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. (MPM-in 305.1.1, 308-ci maddələri).
37. Həmçinin, MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
38. İstinad olunan prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmə qaydasında baxılan iddia tələbi hüquq və ya q anunla qorunan mənafeyin müdafiəsi və yaxud təsdiq edilməsi məqsədi ilə irəli sürülməli, iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsi ilə pozulmuş hüququn bərpası təmin edilməlidir. Fiziki və hüquqi şəxslər tərəfindən məhkəmədə yalnız şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə iddia qaldırıla bilər.
39. İş materiallarından görünür ki, tərəflər arasında elektrik təchizatına dair müqavilə mövcid olmuş, abonent kodu 07/200-027 olan iddiaçının elektrik enerjisindən istifadə etməsi ilə bağlı cavabdehə ümumilikdə 42965,55 manat borcu yaranmışdır (bax § 1, 3).
40. İddiaçının müqavilə münasibətləri nəticəsində cavabdeh tərəfindən ona hesablanmış borcu məhkəmə qaydasında mübahisələndirmək hüq uqu mövcud olsa da, iddiaçı bu hüququndan istifadə etməmiş, apellyasiya məhkəməsi iddiaçının belə bir hüquqa malik olduğunu göstərmişdir. İddiaçının hazırda məhkəmə tərəfindən müəyyən edilməsini xahiş etdiyi cavabdehə borcunun olmaması faktı şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi əhəmiyyətli fakt deyildir və Mülki Məcəllənin 307.1-ci maddəsinin əhatə dairəsindən kənarda qalır.
41. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunan vaxtlarda və saatlarda elektrik enerjisi təchizatının cavabdeh tərəfindən dayandırılmasımübahisəsinə baxılmasının qeyrimümkün olması qənaətinə gəlməklə iddiaçının cavabdehin qanunsuz hərəkətlərindən müdafiə olunmaq imkanını məhd udlaşdırmışdır.
42. Məhkəmə kollegiyası göstərilən dəlillə bağlı qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilmiş tarixlərdə və saatlarda elektrik enerjisi təchizatının cavabdeh tərəfindən dayandırılması, iddiaçının sahibkarlıq fəaliyyətinə müdaxiləsinin və maneələrin qanunsuz hesab edilməsi barədə tələbləri iddiaçının pozulmuş hüquqlarının bərpası məqsədi ilə deyil, cavabdehi gələcəkdə belə hərəkətlərdən çəkindirmək məqsədi ilə qaldırıldığından apellyasiya məhkəməsinin bu tələblərə də məhkəmə qaydasında baxılmasının mümkün sayılmamasına dair gəldiyi nəticə düzgün olmuşdur.
43. MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
44. Bu baxımdan “Natəvan Əhəd qızı Musayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 2009-cu il 7 iyul tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına yğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunmuşdur ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha gen iş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır.
45. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, apellyasiya məhkəməsi şikayətə mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul etsəydi belə, iddia tələbinin mahiyyətinin fərqli olması səbəbindən cavabdeh tərəfindən iddiaçıya hesablanmış borc onun şəxsi hesab vərəqəsində qalmaqda davam edəcəkdi. Bu isə, hüquqların məhkəmə müdafiəsinin təminatı baxımından məqsədə müvafiq olmazdı.
46. Göründüyü kimi, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin icrasının gecikdirilməsi qənaətinə gəlmiş, lakin Mülki Məcəllənin tələbləri baxımından tənasübsüz surətdə yüksək həcmdə tələb olunan dəbbə pulunu qanunvericiliyin tələblərinə uyğun olaraq aza ltmışdır.
47. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir.
48. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-797/2021 saylı qərardadının ləğv olunması üçün əsas ola bilməz.
49. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
50. Şərh olunanlara və MPM-in 417-419-cu ma ddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-797/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
21. Məhkəmə subyektiv mülahizələrdən çıxış edərək iddiaçının apelyasiya şikayətinin dəlillərinə, onun iddia tələbinin əsaslılığına münasibət bildirməməklə qərəzli və qeyri-obyektiv mövqe nümayiş etdirmişdir. Apellyasiya instansiyası məhkəməsi MPM-in 2.1-ci, 5.1-ci maddələrinə istinad edərək, prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə qaydasında baxılan iddia tələbinin hüquq və qanunla qorunan mənafeyin müdafiəsi və yaxud təsdiq edilməsi məqsədilə irəli sürülməli və iddia tələbinin məhkəmə tərəfindən təmin ed ilməsi ilə pozulmuş hüququn bərpasının təmin edilməli olduğunu qeyd etsə də, iddiaçının da məhz onunla cavabdeh arasında olan elektrik enerjisi təchizatı üzrə abonent müqaviləsi əsasında yaranan münasibətlərdən irəli gələn hüquqlarının və qanuni mənafeyinin müdafiəsi üçün və cavabdehin qanunsuz davranışlarının, hərəkətlərinin (öhdəlik yaradan akt təıtib edilməsi, əsassız pul tələb edilməsi, xəbərdarlıqlar verilməsi, enerjinin kəsilməsi və s) qarşısının alınması üçün məhkəməyə müraciət etdiyini nəzərə almamışdır. Məhkəmənin həmçinin, faktın müəyyən edilməsinin kommersiya məhkəməsinə aid olmaması barədə anlaşılmaz və səhv mövqeyi məhkəmə müdafiəsi hüququna ciddi xələl gətirmişdir. Məhkəmə iddia olunan faktın və xüsusi icraat qaydasında mülki prosesdə müəyyən edilməsi nəzərdə tutulan hüquqi ə həmiyyətli faktların təbiətini aydınlaşdıra və onları fərqləndirə bilməmişdir.