Məhkəmə qərarları › İş №2-2(102)-696/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-696/2024

18.12.2024 · Sair işlər - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər ü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-696/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 avqust tarixli 2-2(105)-83/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2023-cü il 29 mart tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 35.675 manat məbləğində pulun və 198 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya iş ortaqlığı təklif etmiş, lakin həmin ortaqlığın şəxsi işlərini qaydaya qoyduqdan sonra baş tuta biləcəyini bildirərək bu işləri ilə bağlı ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə, ümumilikdə 63.175 manat məbləğində borc pul almış və həmin borcun almasını özü tərəfindən yazılmış əlyazma ilə təsdiq etmiş, həmin borc məbləğindən 27.500 manat pul vəsaitini ödəsə də, qalan 35.675 manat məbləğində borc ödənilmə mişdir.

3. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçını Şahid1 tanışı kimi tanımış, o mebel üçün istifadə edilən materialların kəsilməsi üçün iddiaçıya deyil, Şahid1 müraciət etmiş, Vüsal da materialların kəsim işlərini görüb ona təhvil vermişdir. İddiaçı ilə hər hansı iş birliyi olmamış, ondan hər hansı məbləğdə borca pul almamışdır, Şahid1 ilə şərik işləmişdir. Təqdim edilmiş dəftərdə mebellərin bütün xərci qeyd edilərək əlavə 1000 manat da borc yazılaraq rəqəmlər şişirdilmiş və ödənilməsi onun üzərinə qoyulmuş, o, “Whatsapp” tətbiqində mesaj yazaraq buna etiraz etmiş, Şahid1 ona dəftəri verib, borcunun qaldığını bildirmiş, o, sonradan həmin dəftərin şəkillərini çəkmişdir. Düzgün hesablanma aparıldığı təqdirdə, əslində onun Şahid1 deyil, Şahid1 ona borcunun olduğu aşkara ç ıxardı. O, əsasən müştərilərdən sifarişləri və beh məbləğlərini götürüb Şahid1 vermiş, müştərilər şikayət etdikdən sonra borcun yarandığından məlumatlı olmuşdur. Qazanc yarıbayarı bölünməli olsa da, ona qazancdan nəsə çatmamışdır. Bütün işlərdən ziyanla çıxdıqlarına görə həmin borcu onun üstünə yıxılır. Həmin pulun bir hissəsini iddiaçıya qaytarmasına səbəb, ilkin olaraq hər şeyin düz olmasına inanması olmuş, sənədlərə baxandan sonra isə qiymətlərin şişirdildiyini müəyyən etmişdir. Həmin sənədlərlə tanış olmağa, hesabat aparmağa vaxtı olmamış, həmçinin hər dəfə hesabat aparmaq istəyəndə, problem çıxmış və iddiaçı ilə Şahid1 gələn dəfə hesabat aparmalarını bildirirmişlər. Ümumilikdə, 39000 manat məbləğində nağd formada ödəniş etmiş, iki müştəridən 3000 və 4000 manat olmaqla beh alınsa da, h əmin pullar onun etdiyi ödənişin üzərinə hesablanmamış, bundan əlavə, o ölkə xaricində olanda onun hesabından 6000 manat məbləğində pul silinmişdir. O, özünə məxsus olan “ASAN imza”nı mühasibinə vermiş, Şahid1 etdiyi ödənişlərin çıxarılması üçün “ASAN imza”nın onlarda qalmasını xahiş etmiş, bundan sonra, Şahid1 "xxxx" adlı Məhdud Məsuliyyətli Cəmiyyətin bank hesabına pul məbləği köçürmüş, buna görə də 19 faiz məbləğində ƏDV tutulmuşdur. Həmçinin başqa bir şəxsə hədiyyə görə xərclər də onun adına borc kimi yazılmışdır. Yazdığı əlyazmada 63175 manat məbləğində borca pul götürməsini qeyd etməsinə məcbur edilmiş və hədə-qorxu gəlinmişdir. Belə ki, Şahid1 ona bu qədər ziyana düşdüklərini və ona əlyazmada qeyd etdiyi kimi yazmasını demişdir.

4. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 17 may tarixli e-2-2(119)-237/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – F.Həmidli).

5. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 10 ünvanında yerləşən və icarə müqaviləsi əsasında istifadə etdiyi 40 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsində laminat kəsim sexi işlətmiş, həmin müddətdə tanışı və birlikdə işlədiyi Şahid1 (bundan sonra – “Şahid1”) vasitəsilə cavabdehi tanımış və sonuncunun sifarişləri əsasında ona da fəaliyyətinin təyinatına uyğun olaraq laminatların kəsimi ilə əlaqədar xidmətlər göstərmiş, cavabdeh özünün müştəri bazası və gəlirli layihələri olduğunu, bu işlərə iddiaçını da daxil edəcəyini və birlikdə işləyəcəklərini, lakin özünə aid olan bəzi işləri yoluna qoymaq üçün müəyyən məbləğdə pul vəsaitin ə ehtiyacı olduğunu bildirərək həmin işlərini həll etmək üçün 2021-ci ilin iyun ayından həmin ilin noyabr ayınadək olan müddətdə iddiaçıdan hissə-hissə olmaqla cəmi 63.175 manat məbləğində borc pul almış və bu məbləğdə borc almasını özü tərəfindən yazılmış əlyazmada da qeyd etmiş, həmin borc məbləğindən hissə-hissə olmaqla, cəmi 27.500 manat pul məbləğini qaytarsa da, qalan 35.675 manatlıq hissəni hazırkı vaxtadək qaytarmamışdır.

6. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehdən 35675 manat borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

7. Cavabdehin izahatında iddiaçıdan borca hər hansı məbləğdə pul almaması, sözügedən əlyazmanı təzyiq altında yazması, Şahid1 ilə işbirlikləri müddətində ziyana düşmələri, xərclərinin əslində olduğundan artıq göstərilməsi barədə qeyd etdiklərini məhkəmə inandırıcı hesab etməmiş, həmçinin qeyd etmişdir ki, cavabdeh qeyd olunanlar barədə məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Digər tərəfdən, sözügedən əlyazmanın tərtibində iştirak edən və məhkəmə iclasında ifadə vermiş Şahid2 da ifadəsində əlyazma tərtib edilərkən cavabdehə qarşı hər hansı təsirə və ya təzyiqə yol verilmədiyini bildirmişdir.

8. Məhkəmə hesabat adlandırılmış həmin dəftərlərin surətləri ilə bağlı qeyd etmişdir ki, həmin yazıların bir qisminin Şahid1 tərəfindən yazılmasını onun özü qeyd etsə də, digər qisminin, yəni 63.175 manat vərəqdəki yazıların kim tərəfindən icra edilməsi barədə məhkəməyə hər hansı sübutlar təqdim edilməmiş, digər tərəfdən hesabat adlandırılan həmin sənədlə hazırkı iş üzrə iddi açının, o cümlədən cavabdehin və ya digər üçüncü şəxsin tanış olması, imzalaması, qeyd edilənlərlə razılaşmaları və ya razılaşmamaları barədə hər hansı qeyd mövcud deyildir. Bu isə özü-özlüyündə həmin sənədin hesabat adlanmasına baxmayaraq təktərəfli tərtib edilmiş sənəd olduğunu göstərməkdədir. Həmçinin sözügedən sənədlərin təqdim edilmiş surətləri ilə bağlı məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 89.3-cü maddəsi baxımından qiymətləndirmə apararaq hesab etmişdir ki, həmin sənədlər mötəbər hesab edilə bilməz və hazırkı mübahisənin həllində mülki-prosessual qanunvericiliyin istinad olunan tələbləri baxımından və işin konkret hallarına görə həmin sənədlərin mötəbər sübut kimi qəbul olunması mümkün deyildir.

9. Bundan əlavə, məhkəmə iclasında ifad ə vermiş şahidlər Şahid2 və Şahid3 mebel materiallarının kəsimi işinin görüldüyü sexin Şahid1 məxsus olması, iddiaçının həmin sexdə olsa da, sexin rəhbəri kimi Şahid1 bilmələri barədə göstərdiklərinə məhkəmə tədqiq edilmiş birbaşa sübutlara əsasən tənqidi yanaşmışdır. Belə ki, 2019-cu il 19 noyabr tarixli icarə müqaviləsinə, “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” haqqında məlumat sənədinə, fiziki şəxsin fəaliyyətinin bərpası haqqında arayışa və fəaliyyətin bərpası bildirişinə görə, fəaliyyət sahəsi mebellərin və ev üçün oxşar məmulatların təmiri olan laminat kəsim sexi məhz iddiaçının icarəsində olmuşdur. Digər tərəfdən, məhkəmə iclasında ifadə vermiş Şahid1 özü də sözügedən sexin iddiaçını rəhbərliyi altında fəaliyyət göstərdiyini bildirmişdir.

10. Cavabdeh tə rəfindən məhkəməyə təqdim edilmiş pul köçürməsinə dair sənəd, o cümlədən cavabdehin izahatında o, ölkə xaricində olarkən hazırkı iş üzrə şahid qismində dindirilmiş Şahid1 qohumuna məxsus olduğunu qeyd etdiyi hüquqi şəxsin bank hesabına müəyyən məbləğdə pul köçürməsi edilməsinə dair məhkəmə qeyd etmişdir ki, bu göstərilənlər hazırkı iddia tələbi ilə əlaqədar deyil və cavabdehin müvafiq əsaslar olduğu təqdirdə, həmin pul məbləğinin geri qaytarılmasını tələb etmək hüququ vardır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 442, 443.1, 448 və 739.1-ci maddələrinə; MPM-in 14.2, 77.1, 89.1, 89.3, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbi nin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 avqust tarixli 2-2(105)-83/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – İ.Dəmirov, hakimlər – L.Rəhimli və M.Hüseynov).

14. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan əlyazma ilə yazılmış ərizənin məzmununə görə cavabdeh İddiaçı və Şahid1 ilə xx.xx.2021-dən xx.xx.2021-dək mebel işləri üçün iş birliyi etmiş və bu iş birliyi müddətində İddiaçı və Şahid1 şəxsi işləri üçün istifadə etdiyi 63175 AZN məbləğində borc yığılmışdır ki, bu borcu qaytarmaq öhdəliyi ni öz üzərinə götürmüşdür.İddiaçı iddia ərizəsində cavabdehin borc məbləğindən 27500 manatlıq hissəni ödədiyini bildirmiş, 35675 manat məbləğində borcun ödənilməsi isə hazırki halda mübahisələndirilmişdir. Mülki Məcəllənin 529.3-cü maddəsinin məzmunundan belə müəyyən edilir ki, borclunun öhdəliyinin icrasını təsdiq etməsi yazılı qaydada həmin sənəddə və ya ayrıca sənəddə qeyd edilməlidir. İş materialları ilə də müəyyən edilir ki, cavabdeh 35675 manat məbləğində borcun ödənilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə cavabdeh apellyasiya şikayətinin dəlili kimi tərəflər arasında münasibətlərin biznes fəaliyyətindən irəli gələrək yarandığını bildirsə də, birinci instansiya məhkəməsində dindirilən şahid ifadələri ilə də sübut olunur ki, cavabdeh bəzi pr oblemli işlərini tamamlamaq üçün iddiaçıdan borc pul almışdır. Məhkəmə kollegiyasının iclasında da cavabdeh iddiaçı ilə aralarında münasibətlərin birgə iş fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmadığını təsdiq etmiş, yuxarıda qeyd edilən əlyazmada isə cavabdeh həm İddiaçı münasibətdə, həm də Şahid1 münasibətdə götürdüyü borc məbləğini şəxsi işləri üçün istifadə etdiyini bildirmiş, sonuncu isə birinci instansiya məhkəməsində verilmiş borc məbləğinin iddiaçıya məxsus olduğunu təsdiq etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.

15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 427.3, 442, 443.1, 448, 529.3-cü ma ddələrinə istinadla əsaslandırmışdır.

16. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. MM-in 324, 390 və 404-cü maddələri üzrə - birgə fəaliyyətlə bağlı münasibətləri nizama salan müqavilənin forması və məzmunu barədə qanunvericilikdə xüsusi norma olmasa da, tərəflər arasındakı münasibətlərin birgə fəaliyyətlə bağlı olması, Mülki Məcəllənin 390.1-ci maddəsinin ikinci cümləsində qeyd edilən şərtin təsiri altına düşür. Belə ki, fiziki və hüquqi şəxslər bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə isə tərəflər arasında yaranmış münasibətlərin xarak terinə qiymət verməklə onlar arasındakı münasibətin birgə fəaliyyətlə bağlı münasibətlər olmasını, eyni zamanda həmin fəaliyyətə vəsait xərclənməsini, lakin birgə fəaliyyətin sonunun necə olmasını müəyyən etməmiş, iş üzrə iddiaçının şikayəti əsasında araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar olduğu halda buna münasibət bildirməmişdir. Bundan əlavə, məhkəmə tərəflərin münasibətlərdən doğan işin digər hallarına, yəni bu fəaliyyətdən yaranan zərərə hansı halın səbəb olmasında tərəflərin ayrı-ayrılıqda və ya birgə məsuliyyətinə və təqsirinə qiymət verməmiş, həmin hallarla bağlı məsələ açıq qalmışdır. Halbuki tərəflər arasındakı münasibətlər müəyyən ediləndən sonra həmin münasibətlər üzrə işin halları müəyyən edilmədən iddia üzrə hər hansı düzgün nəticəyə gəlmək mümkün deyil. Ümumiyyətlə işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticəişdə olan sübutlarla təsdiq olunmalıdır. Nə işə ilk dəfə baxmış birinci inistansiya məhkəməsi nə də apellyasiya inistansiya məhkəməsi iş üzrə araşdırma apararkən işi tam araşdırmamışdır. Eyni zamanda, iş üzrə dindirilmiş Şahid1 adlı şəxsin hansı səbəbdən əlyazmada borc verən stasunda görünməsinə məhkəmə qiymət verməmiş, Şahid1 ilə cavabdehin ortaqlıq münasibətinin olması öz təsdiqini tapsa da, hansı səbəbdən cavabdehin borclu durumuna gəlməsi məsələsi araşdırılm amışdır. Cavabdehin iddiaçıdan pulu təkidlə öz şəxsi problemləri üçün almasını təsdiq edən hər hansı sübut da məhkəməyə təqdim edilməmişir. Məhkəmə tərəflər arasında yaranmış münasibəti tövsif edərkən tərəflər arasında olan həqiqi münasibətlərə düzgün qiymət verməmiş və nəticə etibari ilə cavabdehin əsassız olaraq varlandığı qənaətinə gəlmişdir. Belə olan halda Mülki Məcəllənin 1091.1 və 1091.2, 1092.1 və 1093.1-ci maddələri ortaya çıxır. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. Həmin şərtl ərdən hər hansı biri təsbit olunmazsa əsassız varlanma üzrə tələb təmin edilə bilməz. İşin halarından və iddia tələbindən aydın olur ki, tərəflər arasında qarşılıqlı biznes münasibətləri olmuşdur. İddiaçı qeyd edir ki, işdən gəlir əldə etmək məqsədilə cavabdehə dəfələrlə pul vermiş, lakin biznes fəaliyyəti alınmamışdır. Bunun əksinin düşünülməsi halında isə iddiaçı sübut etməlidir ki, onun tərəfindən bir dəfə deyil, ardıcıl olaraq cavabdehə müxtəlif vaxtlarda pul verilməsinin səbəbləri nədir. İddiaçı bu halı sübut edən hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Göründüyü kimi tərəflər arasında həqiqi münasibətlər, yəni iddiaçının cavabdehə göndərdiyi pul cavabdeh tərəfindən şərikli görəcəkləri iş üçün xərcləndiyindən və biznes fəaliyyətiisə alınmadığından cavabdehin hərəkətləri əsas sız varlanma və ya öhdəlik kimi qiymətləndirilə bilməz.

18. MPM-in 14, 217.1, 217.3, və 372.1-ci maddələri üzrə - apellyasiya məhkəməsi işə mahiyəti üzrə baxsa da tərəflərin faktiki və hüquqi münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq etdiyi huquq normalarını da düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

20. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı Mülki Məcəlləsinin müvafiq müddəalarında 385.1. Öhdə liyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.”

22. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə

407. Kassasiya şik ayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” müvafiq “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnsin və ya nəticələnə bilsin.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.

24. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

25. Kassasiya şikayətində istinad edilən MM-in 324, 390, 404-cü maddələrinin tələblərinin pozulması da müəyyən edilmir.

26. Belə ki, kassasiya şikayətində həmin maddələrin hansı dispozisiya şərtlərinin pozulması dəqiq göstərilməmişdir.

27. Həmin maddələrin tətbiq edilməməsinə dair qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə, yəni tərəflər arasında borc münasibətlərinin yaranması və hə min münasibətləri tənzimləyən MM-in 739.1-ci maddəsinin tətbiq edilməsi ilə razılaşmışdır. Belə olan halda isə hazırkı mübahisə üzrə MM-in 324, 390, 404-cü maddələrinin tətbiq edilməsi üçün əsaslar mövcud olmamışdır.

28. Həmin maddələrin tətbiq edilməməsinin işdə olan sübutların tam və hərtərəfli araşdırılmaması və işin faktiki hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi, habelə həmin əsaslara görə şikayətdə MPM-in 14, 217.1, 217.3 və 372.1-ci maddələrinin tələblərinin pozulmasına istinad edilməsi isə tam əsassızdır.

29. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxla ya bilməz.

30. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələn dirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icr aatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

31. Kassasiya şikayətində MM-in 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinad edilərək göstərilən dəlillərə dair qeyd edilir ki, MM-in 386.1, 1091.1 və 1091.2-ci maddələrindən göründüyü kimi “əsassız varlanma”dan irəli gələn öhdəlik müqavilədən kənar öhdəliklərə aiddir.

32. Bu növ öhdəlik əsassız varlanma baş verdiyi halda yaranır, eyni zamanda əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qa zandıran qanuni əsas və ya müqavilə əsası olmur.

33. Hazırki mübahisədə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər yaranmış və cavabdehin öhdəliyi də həmin müqavilədən yaranmışdır. Ona görə də, kassasiya şikayətində əsassız varlanmaya aid müddəalara istinad edilməsi əsassızdır.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

35. MPM-in 416, 417 və 419-cu maddələr ini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 avqust tarixli 2-2(105)-83/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar