Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-503/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (kredit müqaviləsinin etibarlılığı şərtləri, müqavilənin görünüş üçün bağlandığı sübuta yetirilmədi). GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi X4, onun vəkili X6 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı Azərbaycan Respublikasının Maliyyə X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-375/2019 nömrəli, 31 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 18 dekabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı MMC (bundan sonra - iddiaçı) 02 sentyabr 2016-cı il tarixdə təsis edilmişdir. Həmin gün Cavabdeh ASC ilə İddiaçı MMC arasında kredit müqaviləsi bağlanmış, sonuncuya 60 ay müddətinə 38.675.600 ABŞ dolları məbləğində kredit verilmişdir. 14 iyul 2017-ci il tarixli (02.09.2016-cı il tarixli, kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında) razılaşmaya əsasən 02.09.2016-ci il tarixli kredit m üqaviləsinin 3.1-ci bəndinə dəyişiklik edilməsi qərara alınmışdır. Həmin dəyişikliyə görə 02.09.2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-yə ABŞ dolları ilə verilmiş kreditin valyutasının dəyişməsi ilə əlaqədar “kredit müqaviləsinin 3.1-ci bəndində göstərilmiş “38.675. 600 ABŞ dolları” rəqəmi və sözləri “65.833.606,32 manat” rəqəmi və sözləri ilə əvəz edilmişdir. İddiaçı MMC və Cavabdeh ASC ilə arasında bağlanmış 38.675.600 ABŞ dolları və onun konvertasiyası ilə bağlı 02.09.2016-cı il tarixli, 1003H №li kredit müqaviləsinin və eyni tarixli 12-220325-1/02.09, 12-220325- 2/02.09, 12-220325- 3/02.09 №li bank hesabları haqqında müqavilələrin və onlarla əlaqəli olan digər müqavilələrin etibarsız hesab edilməsini xahiş etmişdir. 18.05.2018-ci il tarixində iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MMC və Cavabdeh ASC arasında bağlanmış 1003H nömrəli 02 sentyabr 2016-cı il tarixli kredit müqaviləsi və həmin kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 1003H nömrəli 14 iyul 2017-ci il tarixli razılaşmanın etibarsız hesab edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sübutlara əsasən 20162017-ci illərdə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin keçmiş rəhbərliyinin və digər şəxslərin hüquqazidd təzyiqləri nəticəsində, Cavabdeh ASC-nin aktivlərinin süni şəkildə artırılması məqsədilə iddiaşının direktoru xxx əhəmiyyətsiz uydurma əqdin - 02.09.2016 tarixli 1003H N-li kredit müqaviləsinin və həmin müqaviləyə dəyişiklik edilməsinə dair 14.07.2017-ci il tarixli əlavə razılaşman ın rəsmiləşdirilməsində iştirak etməyə məcbur olmuşdur. Qeyd olunan müqavilələr mülki qanunvericilik, bank qanunvericiliyi, o cümlədən banklarda kreditlərin ayrılmasına dair təlimatların şərtlərinin pozulması ilə rəsmiləşdirilmiş, pul vəsaiti nə dollarla, nə də manatla xxxə verilməmişdir. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 40.1.1 maddəsinin tələbləri pozulmuş, 31.12.2016 tarixinə Cavabdeh ASC-nin aktivləri 472,54 milyon manat olduğu halda, İddiaçı MMC-yə 64 milyon manat, yəni aktivlərin 13,5 faizindən artıq məbləğdə kredit verilmiş, müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı isə olmamışdır. Qanunun 40.1.2-ci maddəsinin tələbinə görə, kreditin verilməsi nəticəsində bank tərəfindən həmin hüquqi şəxs üçün verilmiş k reditin məcmu miqdarı bankın məcmu kapitalının 10 faizinə bərabər məbləği, fiziki şəxslər üçün isə 3 faizinə bərabər məbləği keçdikdə banklar aidiyyəti şəxslərə və aidiyyəti şəxslər adından hərəkət edən şəxslərə kredit verə bilməzlər. Bununla belə, 31.12.2016 tarixinə Cavabdeh ASC-nin məcmu kapitalı 54,98 milyon manat olduğu halda, İddiaçı MMC-yə verilən kredit 38 milyon ABŞ dolları (64 mln manat) təşkil etmişdir. Qanunun 40.1.3-cü maddəsinə əsasən, kreditin verilməsi nəticəsində bank tərəfindən bütün aidiyyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə verilmiş kreditlərin məcmu miqdarı bankın məcmu kapitalının 20 faizinə bərabər məbləği keçdikdə banklar aidiyyəti şəxslərə və aidiyyəti şəxslər adından hərəkət edən şəxslərə kredit verə bilməzlər. Bununla belə yenə də, 31.12.2 016-ci il tarixinə Cavabdeh ASC məcmu kapitalı 54,98 milyon manat olduğu halda, İddiaçı MMC-yə verilən kredit 38 milyon ABŞ dolları (64 mln manat) təşkil etmişdir, yəni məcmu kapitalın 116 faizindən artıq. Mərkəzi Bankın 34 nömrəli protokolu ilə təsdiq edilmiş “Banklarda kredit verilməsi Qaydalar”nın 4.1.7-ci bəndinə əsasən, təminatsız kreditlər yalnız geri qaytarma qabiliyyəti və nüfuzu yüksək olan borcalana: onun gəlirliyinin adekvat olması müəyyən edildikdə verilməlidir. Təminatsız kreditlər verilərkən bank borcalanın daha uzun müddətli maliyyə hesabatlarını və kredit tarixini əldə etməlidir. Maliyyə hesabatları hüquqi şəxslər üçün, sifarişin təqdim edilməsi tarixindən əvvəlki iki illik dövrü əhatə etməlidir. Lakin iş materiallarındakı sənədlərdən görünür ki, İddiaçı MMC-nin nəinki əv vəlki iki illik dövr üçün hesabatlarının tələb edilməsi, heç onun nüfuzu yüksək olan borcalana adekvat olmasını müəyyənləşdirmək mümkünsüz idi. Belə ki, kredit verilən hüquqi şəxs elə ona kredit rəsmiləşdirilən tarixdən bir gün öncə hüquqi qeydiyyatdan keçmişdir. Başqa sözlə, kredit verilən tarixə qədər borcalan ümumiyyətlə hüquqi şəxs statusunda mövcud olmamış, hər hansı kredit tarixi və ümumiyyətlə fəaliyyəti olmamışdır. Borcalana kredit 02.09.2016-cı il tarixində verilsə də, ondan nəinki başa çatmış maliyyə ili üzrə hesabatlar, vergi orqanlarına hesabatlar, heç rəsmiləşdirilmiş kreditinin özünün qaytarılması da bu günə qədər tələb edilməmişdir. Qeyd olunanlar uydurma əqdin əhəmiyyətsizliyini təsdiq edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-67/2019 saylı iş üzrə qəbul etd iyi 12 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim: S.V.Nuriyeva) iddia tələbi təmin edilərək İddiaçı MMC və Cavabdeh ASC arasında bağlanmış 1003H nömrəli 02 sentyabr 2016-cı il tarixli kredit müqaviləsi və həmin kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 1003H nömrəli 14 iyul 2017-ci il tarixli razılaşma etibarsız hesab edilmişdir. Məhkəmə hesab etmişdir ki, kredit verilərkən cavabdeh tərəfindən “Banklarda kreditlərin verilməsi Qaydaları” və Azərbaycan Respublikası Mülki Məcəllənin 99.3-cü maddəsinin tələbləri pozulmuş, tərəflər sırf cavabdehin maliyyə hesabatlığındakı boşluğu doldurmaq və hansısa səbəbdən yoxa çıxmış pul vəsaitinin guya kredit kimi verildiyini göstərmək məqsədilə uydurma əqd bağlamışlar. Məhkəmənin həmin qətnaməsindən cavabdeh tərəfindən apelyasiya şikayəti verilm iş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-375/2019 nömrəli, 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-67/2019 saylı iş üzrə qəbul etdiyi 12 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməklə, iddia tələbi rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi etibarlı əqd olmaqla, onun hüquqi nəticələr yaratmaq niyyəti olmadan, görünüş üçün bağlandığı sübuta yetirilmir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, 02.09.2016-cı il tarixli 1003HN-li kredit müqaviləsinin və həmin müqaviləyə dəyişikliklər edilməsi barədə 14.07.2017-ci il tarixli razılaşmanın etibarsızlığı, eləcə də 65.229.380 manat vəsaitin talanmasının gizlədilməsi faktı onunla təsdiq olunur ki, bir neçə min manatdan artıq olan pul vəsaitinin qəbul və təhvil verilməsinə dair bütün əməliyyatlar Cavabdehın mərkəzi ofisi və binalarında videoyazı vasitəsilə qeydə alınır. Lakin 02.09.2016-cı il tarixində nə «Yeni həyat» filialında, nə də Cavabdehın mərkəzi ofisində 65 229 380 manatın təhvil verilməsi və qəbul edilməsi ilə bağlı əməliyyatlar videoyazı vasitəsilə qeydə alınmamışdır. Bundan ə lavə, Cavabdehın kargüzarlıq sənədlərində 65.229.380 manat pul vəsaitinin 02.09.2016-cı il tarixində «Yeni həyat» filialından Cavabdehın mərkəzi ofisinə daşınmasına dair mal-nəqliyyat sənədləri mövcud deyil. Məhkəmə araşdırmaları gedişində Cavabdeh işçilərindən heç biri 65.229.380 pul vəsaitinin «Yeni həyat» filialından qəbul edilməsi vəxxx ə verilməsini təsdiq etməmişlər.xxx in sözlərinə görə İddiaçı MMC «xxx », «xxxx» MMC və «xxxx» MMC-də və Azərbaycan Respublikasının keçmiş Vergilər naziri xxxun nəzarəti altında olan digər müəssisələrdə yaranmış 65.229.380 manat çatışmazlığın gizlədilməsi üzrə əmtəəsiz saxta əməliyyatların keçirilməsi məqsədilə yaradılmışdır, İddiaçı digər hər hansı fəaliyyət həyata keçirməmişdir. Daha sonra qeyd edilir ki, məhkəmə iclaslarında tədqiq edilmiş sənədlər ə əsasən İddiaçı MMC 02.09.2016-cı il tarixində təsis edilmiş, elə həmin gün İddiaçı MMC-yə Cavabdeh tərəfindən 65.229.380 manat məbləğində kreditin verilməsinə dair saxta müqavilələr rəsmiləşdirilmiş, mövcud olduğu dövrdə İddiaçı MMC hər hansı digər əməliyyat həyata keçirməmişdir. Cavabdehın və İddiaçı MMC-nin məhkəmədə tədqiq edilmiş sənədlərinə əsasən 02 sentyabr 2016-cı il tarixində xxxə 65.229.380 manat pul vəsaiti nağd şəkildə milli valyuta olan manatla verilmiş kimi keçir (bax.02.09.2016-cı il tarixli AV-1 №22090l№li qəbzə). Qeyd olunan fakt, 02.09.2016 tarixli 1003№li kredit müqaviləsinin və 14.07.2017-tarixli, 1003H№li razılaşmanını saxta olmasını təsdiq edir. 02.09.2016-ci il tarixli, 1003H№li kredit müqaviləsində 38.675.600 ABŞ dolları qeyd olunub, 14.07.2017 tarixli razılaşmada isə qeyd olunan məbləğin 65.833.606,32 manata konvertasiyasından söhbət gedir. Lakin, 02.09.2016-cı il tarixinə ABŞ dollarının məzənnəsi 1,6362 manat, 14.07.2017-ci il tarixinə isə 1,7022 manat olub. Nəticə etibarilə, 02.09.2016 tarixində xxx ə guya ki verilmiş 65.229. 380 manat 39.866.385,52 ABŞ dollarına bərabər olub. Beləliklə, Cavabdehın rəhbəri xxx in (xxx un bacısı oğlu) 1.190.785,52 ABŞ dolları məbləğində talaması açıq-aşkardır. Bundan əlavə şikayət müəllifi qeyd edir ki, müqavilə öhdəliklərindən görünür ki, kredit məbləği iddiaçıya hər hansı girov və ya təminat olmadan verilib. Mərkəzi Bankın 34№li protokolu ilə təsdiq edilmiş Banklarda kreditlərin verilməsi Qaydalarının 4.1.7-ci bəndinə əsasən, təminatsız kreditlər yalnız krediti qaytarma qabiliyyəti və nüfuzu yüksək olan borcala na onun gəlirliyinin adekvat olması müəyyən edildikdə verilməlidir. Təminatsız kreditlər verilərkən bank borcalanın daha uzun müddətli maliyyə hesabatlarını və kredit tarixini əldə etməlidir. Maliyyə hesabatları hüquqi şəxslər üçün, sifarişin təqdim edilməsi tarixindən əvvəlki iki illik dövrü əhatə etməlidir. Lakin iş materialarındakı sənədlərdən görünür ki, İddiaçı MMC-nin nəinki əvvəlki iki illik dövr üçün hesabatlarının tələb edilməsi, heç onun nüfuzu yüksək olan borcalana adekvat olmasını müəyyənləşdirmək mümkünsüz idi. Belə ki, kredit verilən hüquqi şəxs elə ona kredit rəsmiləşdirilən tarixdə hüquqi qeydiyyatdan keçmişdir. Başqa sözlə, kredit verilən tarixə qədər borcalan ümumiyyətlə hüquqi şəxs statusunda mövcud olmayıb, hər hansı kredit tarixi və ümumiyyətlə fəaliyyəti olmayıb. Kass ator hesab edir ki, mübahisələndirilən əqdin uydurma olmasını yuxarıda sadalanan faktiki hallarla yanaşı bankdaxili qanunvericiliyin kobud pozuntuları da təsdiq edir. Belə ki, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 40.1.1-ci maddəsinə əsasən, aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bank aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil etdiyi halda, müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı olmadıqda banklar aidiyyəti şəxslərə və aidiyyəti şəxslər adından hərəkət edən şəxslərə kredit verə bilməzlər. Bununla belə, 31.12.2016-cı il tarixinə Cavabdeh ASC-nin aktivləri 472,54 milyon manat olduğu halda, İddiaçı MMC-yə 64 milyon manat, yəni aktivlərin 13,5 faizindən artıq məbləğdə kredit rəsmiləşdirilmiş, müstə qil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı isə olmamışdır. «Banklar haqqında» Qanunun 40.1.2-ci maddəsinin tələbinə görə, kreditin verilməsi nəticəsində bank tərəfindən həmin hüquqi şəxs üçün verilmiş kreditin məcmu miqdarı bankın məcmu kapitalının 10 faizinə bərabər məbləği, fiziki şəxslər üçün isə 3 faizinə bərabər məbləği keçdikdə banklar aidiyyəti şəxslərə və aidiyyəti şəxslər adından hərəkət edən şəxslərə kredit verə bilməzlər. Bununla belə, 31.12.2016-cı il tarixinə Cavabdeh ASC məcmu kapitalı 54,98 milyon manat olduğu halda, İddiaçı MMC-yə verilən kredit 38 milyon ABŞ dolları (64 mln manat) təşkil etmişdir, yəni məcmu kapitalın 116 faizindən artıq (!!!). (Qaydalara əsasən yalnız 5,5 mln manat ola bilərdi). İşdə iştirak edən şə xslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə X2 nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına ma ne olmur. (MPM-nin 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti aşağıdakı səbəblərdən təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü və 340-cı maddələrinə istinad edərək cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin uydurma əqd olduğunu bildirsə də, apelyasiya instansiyası məhkəməsində məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbinin əsası sübuta yetirilməmiş, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçı iddia ərizəsində olduğu kimi kassasiya şikayətində də müqavilənin uydurma əqd olduğunu iddia etmişdir. Məhkəmə kollegiyası iddiaçının mövqeyi ilə razılaşmayraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, əqd o halda etibarsız sayıla bilər ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılsın. Bundan əlavə, uydurma əqd tərəflərin hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmalıdır. Lakin iş materiallarına əsasən tərəflərin həqiqətdə belə niyyətinin mövcudluğu sübutlarla təsdiq olunmur.Əksinə, işin həqiqi hallarından müəyyən olunur ki, hər iki tərəf sərbəst şəkildə öz iradə ifadələrini nümayiş etdirməklə, könüllü olaraq kredit müqaviləsinin mühüm şərtləri üzrə razılığa gələrək onu imzalamaqla 1003H nömrəli, 02 sentyabr 2016-cı il tarixli Kredit Müqaviləsinə əsasən Kredit verən - Cavabdeh ASC, İdarə Heyətinin X1 ilə Kredit alan İddiaçı MMC, direktoru X9 arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqaviləyə görə, “kredit verən” “kredit alan”a kredit verməyi, kredit alan isə krediti qəbul edib ondan 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürür. Kredit alan kreditdən yalnız dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün istifadə edəcəkdir. 1003H nömrəli, 14 iyul 2017-ci il tarixli (02.09.2016-cı il tarixli, 1003H nömrəli “Kredit müqaviləsi”nə dəyişiklik edilməsi haqqında) Razılaşmada qeyd olunur ki, kredit verən – Cavabdeh ASC, İdarə Heyətinin X1 ilə kredit alan -İddiaçı MMC, direktoru X9 arasında bağlanmış 02.09.2016-ci il tarixli, 1003H nömrəli “Kredit müqaviləsi”nin 3.1-ci bəndinə dəyişiklik edilməsi qərara alınmış və bu Razılaşmanı bağlamışlar. 02.09.2016-cı il tarixli, 1003H nömrəli “Kredit müqaviləsi”nə əsasən İddiaçı MMC-yə ABŞ dolları ilə verilmiş kreditin valyutasın ın dəyişməsi ilə əlaqədar “Kredit müqaviləsi”nin 3.1-ci bəndində göstərilmiş “38.675.600 ABŞ dolları” rəqəmi və sözləri “65.833.606,32 manat” rəqəmi və sözləri ilə əvəz edilmişdir. Bu Razılaşmanın qüvvəyə mindiyi anadək tərəflər arasında bağlanmış 02.09.2016-cı il tarixli, 1003H nömrəli “Kredit müqaviləsi”nin 3.4-cü bəndinə əsasən, hesablanmış və ödənilməmiş faiz borcu manata konvertasiya olunsun. Bu Razılaşma qüvvəyə mindiyi andan tərəflər arasında təsdiq edilmiş 02.09.2016-cı il tarixli ödəniş cədvəli öz qüvvəsini itirir və ödənişlər yeni ödəniş cədvəli əsasında aparılmalıdır. 02.09.216-cı il tarixli, 1003H nömrəli Kredit müqaviləsinin bu Razılaşma ilə dəyişiklik edilməyən digər şərtləri isə dəyişdirilmədən qüvvədə saxlanılır. 02.09.2016-cı il tarixli 12-220325-1/02.09 nömrəli Bank hesab ı müqaviləsindən görünür ki, Cavabdeh ASC müştəri Xidmətləri Departamenti ilə İddiaçı MMC arasında aşağıdakı şərtlər əsasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən, bu müqaviləyə görə Bank Müştəriyə Azərbaycan Respublikasını milli valyutasında və istənilən xarici valyutada bank hesabı açmağı, açılmış hesaba pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi, Müştəri isə hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür. Bank hesabı Azərbaycan Respublikası Mərkəzi Bankının bank hesablarının açılması qaydaları haqqında müvafiq normativ-hüquqi aktı və Bankın daxili qaydaları ilə müəyyən olunan qaydada açılır. Bank tərəfindən Müştəriyə göstərilən bank xidmətləri üçün tariflər və digər şərtlər müqavilənin ayrılmaz və tərkib hissəsi hesab edilən 1 saylı Əlavə ilə müəyyən olunur. İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış 14.07.2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı MMC Cavabdeh ASC-dən 02.09.2016-ci il tarixində 38.675.600 ABŞ dolları məbləğində kredit götürmüşdür. Mövcud olan kredit qalığının manata çevrilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 49-cu maddəsinə görə, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnam ə ilə müəyyənləşdirilir. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılması”na dair Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında da qeyd edilir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi, qanunvericiliklə yazılı müqavilələr üçün tələb olunan şərt lər (hüquqi şəxslərə münasibətdə) həmin müqavilələrin hüquqi şəxslərin səlahiyyətli nümayəndələri tərəfindən imza edilməklə bağlanması, eləcə də səlahiyyətli şəxsin imzasını təsdiq edən hüquqi şəxsin möhürü ilə təsdiqlənməsidir. İş materiallarından müəyyən olunur ki, mübahisələndirilən kredit müqaviləsində, razılaşmada və digər sənədlərdə imzaların və möhürün iddiaçıya aid olması mübahisələndirilmir. Eyni zamanda, iddiaçı Cavabdeh ASC tərəfindən məhkəməyə təqdim olunmuş, bankın kassa hesablarından çıxarışlara əsasən də, müqavilənin bağlandığı və kreditin verildiyi 02.09.2016-cı il tarixində bankın əməliyyat hesabında milli valyuta ekvivalentində 65.499.813,11 manat məbləğində pul vəsaitinin mövcud olduğu və həmin məbləğdə kreditin həmin gün saat 15:00:31-də əməliyyat aparılmaqla, İddiaçı M MC-nin hesabının möhkəmləndirilməsi təyinatı ilə, başqa sözlə, müqavilənin 1.2-ci bəndində nəzərdə tutulduğu kimi təşkilatın dövriyyə vəsaitinin artırılması məqsədilə ödənildiyi öz təsdiqini tapır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarina əlavə edilmiş AB-1 № 220901 nömrəli çekdən görünür ki, 02 sentyabr 2016-cı il tarixində Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə (X8) – 65.229.380,00 manat məbləğində pul verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcə llədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edildiyi, müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. (maddə 389.1, 405.1, 407.2) Beləliklə, mülki qanunvericiliyin qeyd olunan tələbləri və tədqiq edilən sübutlarla müəyyən edilən hallar baxımından məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi etibarlı əqd olmaqla, onun hüquqi nəticələr yaratmaq niyyəti olmadan, görünüş üçün bağlandığı sübuta yetirilmir. Kredit verilərkən cavabdeh tərəfindən “Banklar haqqında” AR Qanununun 40.1.1-ci maddəsinin və “Banklarda kreditlərin verilm əsi Qaydalan”nın tələblərinin pozulmasına dair dəlillərlə qiymət verərkən məhkəmə kollegiyasi qeyd edir ki, həmin pozuntuların mövcudluğu iddiaçının xeyrinə olmaqla onun mənafeyinə toxunmadığından tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsızlığına səbəb ola bilməz. Bundan əlavə, həmin müqavilə 02 sentyabr 2016-cı il tarixdə bağlanmışdır. Bankın səhmdarlarının illik ümumi yığıncağının isə sonrakı hesabat dövrlərində müqaviləyə etirazı ilə bağlı mövqeyinə dair hər hansı dəlil - sübut mövcud deyildir. AR Mülki Məcəllənin 358.2-ci maddəsində nəzərdə tutulur ki, əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Digər tərəfdən, bank tərəfindən iddiaçıya müqavilə öhdəliyinə uyğun olaraq kredit verilərkən, sonuncu krediti verən bankdan həmin vəsaiti verməkdə ixtiyarlı olmasını təsdiq edən sənədlər də tələb etməmişdir. Belə olan halda, Mülki Məcəllənin 433.3-cü maddəsinin tələbinə görə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Eyni zamanda, AR Vergilər Nazirliyinin keçmiş rəhbərliyi və digər şəxslərin hüquqa zidd təzyiqlər nəticəsində iddiaçının rəhbərixxx in kredit müqaviləsinin və razılaşmanın rəsmləşdirilməsində iştirak etməyə məcbur edilməsinə dair iddiaçının dəlili isə əsassız olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında qeyd edilən Nazirliyin keçmiş rəhbərliyinin hazırkı iş üzrə cavabdehə hər hansı aidiyyətinin ol ması müəyyən olunmur. Əksinə, iş materiallarından və iddiaçının rəhbərixxx in izahatından görünür ki, o, uzun müddət yəni, 2006-2014-cü illərdə qeyd edilən Bankın X12 olmuş, həmin vəzifədən çıxdıqdan sonra Müşahidə şurasınin üzvü olmuş, sonuncunun barəsində olan cinayət təqibi fərdi sahibkar kimi gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayındırma və bankın X12 işləyərkən “xxxx” MMC-yə verilmiş kreditlə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlar da müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 14, 76, 77) MPM-in 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə sübutlar apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsas lar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayətləri təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.1 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-375/2019 nömrəli iş üzrə 31 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-503/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-503/2019
18.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver