Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-503/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "X” MMC-nin cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRAR Açar sözlər: podrat müqaviləsi üzrə əlavə işlərə görə haqqın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyun tarixli 2-2(103)-15/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə icl asında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 2011-ci il 11 mart tarixli podrat müqaviləsi və sifarişçi "xxxx" ASC-nin (indiki Cavabdeh) təsdiq etdiyi layihə əsasında Bakı-QubaRusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun 84-cü km sol tərəfində, BakıQuba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun 67-ci km sağ tərəfində, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 241-ci kmnin sol tərəfində və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 49-cu km sağ tərəfində dörd ədəd tərəzi məntəqəsini podratçı İddiaçı inşa edilmişdir.
2. Tikintisi başa çatmış “Təfsilatlı layihələndirmə, mülki tikinti və təchizat işlərininaparılması, tərəzilərin və öncədənölçmə sisteminin quraşdı rılması, 4 ədəd ağır nəqliyyat tərəzi stansiyasının tikintisi” Layihəsində “Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu”nun 241-ci km-də (yolun sol tərəfində) yerləşən ağır nəqliyyat tərəzi stansiyasını "xxxx" ASC, 85 saylı Yol İstismarı MMC-nin balansına verilməsi üçün Komissiyasının 2015-ci il 20 fevral tarixli Aktından görünür ki, Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun 67-ci km-də (yolun sağ tərəfində), 84cü km (yolun sol tərəfində), Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası avtomobil yolunun 49-cu km-də yerləşən 3 ədəd ağır nəqliyyat tərəzi stansiyasının Cavabdeh "xxxx" MMCnin balansına qəbul edilmişdir.
3. İddiaçı tərəfindən XX-nin qrup rəhbəri Aleksander Perladaya ünvanlanan məktubun mətnindən müəyyən edilir ki, tərəzi məntəqələri ilə magistral yol arasında yaşıllıq (çınqıl) zolağının asfalt-beton ilə əvəz olunması və dam örtüyünün rekonstruksiyasının layihələri göndərilmişdir.
4. XX tərəfindən İCB/2354AZE/01 saylı müqavilə üzrə "Müfəssəl layihələndirmə, Tikinti İşləri və Təchizat, Quraşdırma və Körpü tərəziləri və ilkin seçim sisteminə dair istifadəçilər üçün nəzərdə tutulmuş treyninqlər də daxil olmaqla, ağır nəqliyyat vasitələri ilə yük daşımalarına beş (beş) nəzarət-ölçü məntəqələrinin quraşdırılması"na dair olan mövzuda İddiaçı-nə ünvanladığı məktubda bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlər araşdırılaraq görülən işlər üzrə hesablamaların 92.000,00 manatdan artıq olmamasını təsdiq etməklə etiraz etmirlər.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 3/26-3322 saylı 2016-cı il 20 iyul tarixli məktubdan müəyyən edilir ki, cavabdeh iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycab Hökuməti ilə X6 arasında 2008-ci il 15 yanvar tarixində imzalanmış 2354 saylı Beynəlxalq Kredit Sazişi çərçivəsində həyata keçirilən “Təfsilatlı layihələşdirmə, mülki tikinti və təchizat işlərinin aparılması, tərəzilərin və öncədənölçmə sisteminin quraşdırılması, habelə istifadəçilərin təlimləndirilməsi kimi fəaliyyətlər daxil olmaqla, 4 ədəd ağır nəqliyyat tərəzi stansiyasının tikintisi” layihəsi üzrə əlavə ödənişlə bağlı qaldırdığınız məsələnin araşdırılması barədə tikintiyə texniki nəzarət işlərini həyata keçirən X3 Mühəndis “XX” şirkətinə müvafiq göstərişlər verilmiş və Məsləhətçi tərəfindən araşdırmalar (qoşmada əlavə olunur) aparılmışdır. Məlum olduğu kimi, layihə daxilində “Bakı-Quba-Rusiya Fedarasiy ası avtomobil yolu"nun 67-ci (yolun sağ tərəfində) və 84-cü km-də (yolun sol tərəfində), “Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu”nun 49-cu (yolun sağ tərəfində) və 241-ci km-də (yolun sol tərəfində) ağır nəqliyyat tərəzi stansiyaları tikilmiş və müqavilə üzrə bütün ödənişlər "XXX” ASC tərəfindən həyata keçirilmişdir. Hər hansı vəsaitin müqaviləyə əlavə edilərək ödənilməsi məsələsi ilə bağlı rəy və fikir bildirilməsi üçün Layihə İdarəetmə Qrupu tərəfindən 2016-cı il 23 may tarixində X4 (AİB) müraciət edilsə də, layihənin icrasında böyük gecikmələrin olması, tikintiquraşdırma işlərinin yekunlaşmasından və təhvilindən 15-18 ay müddətin keçməsi, müqaviləninin başa çataraq bağlanması səbəbindən 2016-cı il 24 may tarixində AİB əlavə ödənişə tam etirazını bildirmişdir. Yuxarıda qeyd olunanları, Məsləhətçi Mühəndis şirkətinin araşdırmalarının nəticələrini nəzərə alaraq bildiririk ki, sözügedən ağır nəqliyyat tərəzi məntəqələrinin tikintisi layihəsi üzrə podrat müqaviləsi çərçivəsində hər hansı vəsaitin ödənilməsi mümkün deyildir.
6. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2017-ci il 5 iyun tarixli pretenziya məktubundan görünür ki, görülən əlavə işlərə görə cavabdehndən 507.898,00 manat məbləğində pulun və əlavə işlərin icrası zamanı ABŞ dollarının Azərbaycan manatına olan nisbəti 1,05 olduğu halda, həmin vaxt 1,70 civarında olduğu üçün, əlavə kompensasiyada da nəzərə alınmalı olduğundan 15 gün müddətində tam ödənilməsi, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kolleg iyasının 22(102)-95/2018-ci il tarixli 2018-ci il 27 fevral tarixli qərarı ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 2011-ci il 11 mart tarixli podrat müqaviləsi çərçivəsində və müqavilə öhdəliklərindən yaranan mübahisə deyildir. Hazırkı mübahisə sözügedən müqaviləyə əsasən “podratçı” (iddiaçı) tərəfindən inşa edilmiş dörd ədəd tərəzi məntəqəsi müvafiq komissiyanın 2015-ci il 20 fevral tarixli və 2015-ci il 6 iyul tarixli Aktları ilə sifarişçi”nin (cavabdehin) balansına verildikdən və bu məntəqələrin inşası üçün “müqavilədə nəzərdə tutulmuş məbləği cavabdeh iddiaçıya ödədikdən (yəni həmin müqavilə üzrə tərəflərin öhdəlikləri tam yerinə yetirildikdən) sonra, cavabdehə təhvil verilmiş bu tərəzi məntəqələrində müqavilədə nəzərdə tutulmayan əlavə işlərin haqqının ödənilməsi ilə ba ğlı mübahisədir. Ona görə də, iddiaçı cavabdehdən 2011-ci il 11 mart tarixli müqavilə münasibətləri bitdikdən sonra aldığı sifariş əsasında gördüyü işlər tərəflər arasında yeni, şifahi qaydada bağlanmış podrat-hüquq münasibətləri yaratmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 507.898 manat əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5 faizin və əsas borcun 10 faizi məbləğində dəbbə pulunun cavabdehdən alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2011-ci il 11 mart tarixli podrat müqaviləsi və sifarişçi "xxxx" ASC-nin (indiki cavabdeh) təsdiq etdiyi layihə əsasında iddiaçı tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun 84-cü km sol tərəfində, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun 67-ci km sağ tərəfində, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 241-ci km-nin sol tərəfində və BakıƏlət-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 49-cu km sağ tərəfində dörd ədəd tərəzi məntəqəsini podratçı İddiaçı inşa etmiş, bu işlərə görə müqavilədə nəzərdə tutulmuş 3.910.239,20 manatı cavabdeh iddiaçıya ödəmişdir.
10. Faktiki olaraq tərəflər arasında bütün müqavilə öhdəlikləri icra edildikdən sonra cavabdeh dəyəri ödənilmək şərtilə əlavə işlərin görülməsini iddiaçıdan xahiş etm işdir. Əlavə işlərə aiddir: kamera sisteminin quraşdırılması (1 ədəd); tərəzi məntəqələrində inşa edilmiş inzibati binaların dam ötüyünün dəyişdirilməsi (4 ədəd); tərəzi məntəqələrində inşa edilmiş inzibati binaların daxilində rekonstruksiya işlərinin görülməsi, mebellərin dəyişdirilməsi, plastik qapı-pəncərələrin dəyişdirilməsi və s. (4 ədəd); asfalt çəkmə işlərinin görülməsi (4 yerləşmə yeri). Əlavə bir kamera sisteminin quraşdırılması üçün avadanlıqların və quraşdırma xərclərinin məbləğini 55.535 manat hesablayıb, layihə smetanı hazırlayıb və cavabdehlə məsləhətçi şirkətə təqdim edilmişdir. Cavabdeh və məsləhətçi şirkətdən heç bir etiraz daxil olmamış, layihə-smeta təsdiqlənib və iddiaçı sifariş verilmiş işi tam həcmdə icra edərək 2016-cı il 26 fevral tarixli aktla cavabdehə təhvil verm işdir. İnşa edilmiş və balansa verilmiş 4 tərəzi məntəqəsinin inzibati binalarının dam örtüyünün dəyişdirilməsi üçün avadanlıqların və quraşdırma xərclərinin məbləğini hər inzibati bina üçün 10.967,50 manat olmaqla, ümumilikdə 43.870 manat hesablayıb, layihəsmetanı hazırlamış və cavabdehlə məsləhətçi şirkətə təqdim etmişdir. Cavabdeh və məsləhətçi şirkətdən heç bir etiraz daxil olmamışdır. Layihə-smeta təsdiqlənmiş və iddiaçı sifariş verilmiş işi tam həcmdə icra edərək cavabdehə təhvil vermişdir. İnşa edilmiş inzibati binaların daxilində rekonstruksiya işlərinin görülməsi, mebellərin dəyişdirilməsi, plastik qapı-pəncərələrin dəyişdirilməsi və s. işlərin görülməsi üçün xərclərin məbləğini ümumilikdə 95.021 manat hesablayıb, layihə-smetaları hazırlanmış və cavabdehlə məsləhətçi şirkətə təq dim edilmişdir. Bununla bağlı heç bir etiraz verilməmiş, layihə-smeta təsdiqlənmişdir. İddiaçı sifariş verilmiş işi tam həcmdə icra edərək cavabdehə təhvil vermişdir. 4 tərəzi məntəqəsi ilə magistral yol arasındakı zolağın rekonstruksiya edilərək həmin zolağa asfalt örtüyünün salınması üçün xərclərin məbləğini ümumilikdə 305.672 manat hesablayıb, layihə-smetaları hazırlayıb və cavabdehlə məsləhətçi şirkətə təqdim etmişdir. Cavabdeh və məsləhətçi şirkətdən heç bir etiraz daxil olmamış, layihə-smeta təsdiqlənmiş və iddiaçı sifariş verilmiş işi tam həcmdə icra edərək cavabdehə təhvil vermişdir.
11. Cavabdeh Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəddi avtomobil yolunun 45-ci km-də tərəzi məntəqəsinin inşasını iddiaçıya sifariş vermişdir. İddiaçı həmin ərazidə torpaq qatının qazılması, çıxarı lması, daşınması və başqa işlər görmüşdür. Lakin sonradan müəyyən edilmişdir ki, həmin ərazi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır və yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasına düşür. Bu səbəblərdən işlərin görülməsi dayandırılaraq, həmin ərazidə hər hansı hərəkətin aparılması iddiaçıya qadağan edilmişdir. Sonradan layihəyə dəyişiklik edilərək həmin məntəqənin yeri dəyişdirilmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçının həmin ərazidə işlərin görülməsinə görə xərclədiyi 7.800 manat pulu ona ödəməmişdir. Cavabdehin sifariş etdiyi əlavə işlərə görə iddiaçıya 55.535 manat, 43.870 manat, 95.021 manat, 305.672 manat və 7.800 manat, ümumilikdə 507.898 manat borcu yaranmışdır. İddiaçı dəfələrlə pulunu rəsmi şəkildə tələb etsə də, cavabdeh hər dəfəsində möhlət istə miş və nəticədə bu günə qədər borcunu ödəməmişdir.
12. İddiaçı tələbinin maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 752.1, 753.1, 753.3, 756.1, 769, 770, 445.7, 450, 462, 449-cu maddələrinə istinad edilmişdir.
13. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda bildirilmişdir ki, iddiaçı iddia ərizəsində hər bir epizod üzrə qeyd edir ki, “Cavabdeh” cavabdeh tərəfindən əlavə işlərin görülməsi üçün podratçı”ya sifariş verilmiş, bu sifarişin icrası üçün xərclər hesablanmış, layihə-smeta sənədləri hazırlanmış, həmin sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh və məsləhətçi şirkətdən heç bir etiraz daxil olmamış, layihə-smeta sənədləri təsdiqlənmiş və buna görə də sifarişçi tərəfindən əlavə işlər yerinə yetirilmişdir. İdiaçının istinad etd iyi hallar doğru deyildir. Əlavə işlərin görülməsi üçün cavabdeh tərəfindən podratçıya heç bir sifariş verilməmişdir. Bunu iddiaçı tərəfindən məhkəməyə əlavə işlərin görülməsi barədə hesablanmış xərclərinə dair və tərəflərin iştirakları ilə təsdiqlənmiş layihə-smeta sənədlərini təqdim edə bilməməsi əyani sübutdur.
14. Bundan başqa, idiaçının iddia ərizəsində tələbinin hüquqi olmasını Azərbaycan Respublikası MM-in müvafiq maddələri ilə əsaslandırması yanlışdır. Belə ki, bddiaçının Azərbaycan Respublikası MM-in 753.3-cü bəndinə istinadı əsassızdır. Həmin maddənin məzmununa görə podratçı podrat müqaviləsində nəzərdə tutulmayan əlavə işlərin görülməsi üçün sifarişçiyə əvvəldən məlumat verməyibsə və ya həmin işə başlamazdan əvvəl tərəflər müqavilənin yeni qiymətini razılaşdırmayıblarsa və yaxud sifarişçi əlavə işlərə görə muzdu ödəməyi təsdiq etməzsə, podratçı əlavə işi yerinə yetirmir, yerinə yetirdiyi təqdirdə isə həmin işə görə muzdun ödənilməsini tələb edə bilməz. Maddənin məzmunundan göründüyü kimi, podratçı özünün ayrıca muzd almaq hüququ barəsində əlavə işə başlamazdan əvvəl sifarişçiyə məlumat verməlidir. Podratçı əlavə işlərin icrasına buna görə də ayrıca muzd ödəməyə sifarişçi razılıq verdikdən sonra başlamalıdır. Podrat müqaviləsi üzrə ancaq müqavilədə nəzərdə tutulan və tərəflər arasında razılaşdırılan işlər ödənilir. Müqavilədə nəzərdə tutulmamış və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb olunmayan işlər isə ödənilmir. Podratçının əlavə işlərin görülməsi üçün sifarişçiyə əvvəldən məlumat verməsi, hər bir tərəfin müvafiq qaydada səlahiyyət verilmiş nümayəndəs i tərəfindən imzalanaraq müraciəti, smeta-layihə xərcinin hər iki tərəfdən təsdiqlənməsi və görülən işlərin qəbul edilməsi iş materialları ilə müəyyən olunmur. Qeyd edilənlərə əsaslanaraq iddiaçının cavabdehə qarşı öhdəliyin icra edilməməsi ilə bağlı pul tələbinə və ziyanın ödənilməməsinə dair iddia tələblərinin əsassız olduğundan, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 15. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 noyabr tarixli, 2-2(82)32/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehndən 105.193 manat məbləğində əsas borcun, 525,96 manat məbləğində dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Fərid Mədətli).
16. İşə birinci instansiya məhkəməsind ə baxılan zaman (2018-ci il 25 iyun tarixli qərardadı ilə) təsdiq olunmuş layihə-smeta sənədlərində nəzərdə tutulmayan, iddiaçı tərəfindən əlavə olaraq görülmüş işlərin həcmi və dəyəri yerində qiymətləndirilməklə nə qədər təşkil etdiyini müəyyənləşdirmək üçün, məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin olunmuş, lakin 2019-cu il 15 yanvar tarixli ekspert rəyi kifayət qədər aydın olmadığından, cavabdehin vəsatəti əsasında məhkəmə tərəfindən təkrar ekspertiza təyin olunmuşdur. 2019-cu il 22 fevral tarixli qərardad üzrə təsdiq olunmuş layihə-smeta sənədlərində nəzərdə tutulmayan, iddiaçı tərəfindən əlavə olaraq görülmüş işlərin (sənədlərin əsilləri təqdim edilməklə) həcmi və dəyəri yerində qiymətləndirilməklə nə qədər təşkil etdiyi ekspert qarşısında sual olaraq qoyulmuşdur.
17. Azə rbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 8163 nömrəli 2019-cu il 21 oktyabr tarixli rəyində göstərilmişdir ki, mebel və kameraların quraşdırılması və bu növ işlərə çəkilmiş xərclərin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertizasının həll etdiyi məsələlərin dairəsinə aid deyildir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə bu işlərə sərf olunan məbləğin 79.283,9 manat (5937,0x4 + 55535,9) təşkil etdiyi göstərilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərə əsasən BakıQuba-Rusiya Federasiyası ilə dövlət sərhəd yolunun 84-cü km.sol tərəfində, Bakı-QubaRusiya Federasiyası ilə dövlət sərhəd yolunun 67-cü km.sağ tərəfində, Bakı-Ələt-QazaxGürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yollarının 241-ci km sol tərəfində və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yollarının 49-cu km sağ tərəfində yerləşən dörd ədəd tərəzi məntəqəsinin ərazisində asfalt işlərinə 305.673.4 manat dəyərində, yol işləri zamanı sıradan çıxmış elektrik və optik kabellərin yenilənməsi, su və kanalizasiya borularının bərpası işlərinə 6.100 manat, fasad aydınlatması işlərinə 2.200 manat, ümumilikdə 313.973,4 manat vəsait sərf olduğu göstərilmişdir. Lakin həmin sənədlərdə göstərilən iş həcmi əsasən torpaq işlərinə aid olduğu üçün vizual baxışla bu işlərin həcmini və yerinə yetirilmə dərəcəsini müəyyən etmək mümkün deyil. Bu səbəbdən də qeyd olunan asfalt işlərinə, sıradan çıxmış elektrik və optik kabellərin yenilənməsi işlərinə və fasad aydınlatması işlərinə sərf olunması qeyd edilmiş iş həcminin smeta sənədlərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün deyil. Baxış zamanı tədqiqat obyektlərində faktiki olaraq bütövlükdə yerinə yetirildiyi müəyyən olunmuş və görülmüş işlərin həcminin ekspert tərəfindən müəyyən edilməsi mümkün olan işlərin dam örtük işlərindən və rəydə göstərilən cədvəlin 1-7 pozisiyalarında sadalanan işlərdən ibarət olduğu və həmin işlərə sərf olunan məbləğin iddiaçı tərəfindən təqdim olunmuş sənədlərə əsasən 105.193,0 manat təşkil etdiyi müəyyən edilmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, müqavilədə nəzərdə tutulmayan işlərin görülüb təhvil verilməsi ekspert rəyi ilə sübuta yetirildiyindən, hazırkı mübahisəli hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə uyğun gəlir. Podrat müqaviləsindən irəli gələn münasibətlər isə MM-in 39-cu fəslinin norm aları ilə tənzimlənir ki, həmin fəslin normalarında podrat müqaviləsinin forması qanunverici tərəfindən müəyyənləşdirilməmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, podrat müqaviləsi şifahi formada da bağlana bilər. Hazırki halda, tərəflər arasında xidmətlər göstərilməsi (podrat işləri görülməsi) ilə bağlı aralarındakı şifahi razılıq (müqavilə) mövcud olmuş, həmin razılığa (müqaviləyə) əsasən də iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında müxtəlif adda işlər (xidmətlər) görülmüş, lakin cavabdeh üzərinə götürdüyü bu öhdəliyini yerinə yetirməkdən yayınmışdır
19. Bundan əlavə, mülki qanunvericiliyə əsasən, artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallarda təqribi smetadan kənara çıxma barədə podratçı sifarişçiyə məlumat verməlidir. Yəni, bu halda da sifarişçinin artıq xərclərin ödənilməsinə razılıq verilməsi nəzərdə tutulmuşdur. Əks halda isə podratçı yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər. Bütün hallarda podrat müqaviləsində nəzərdə tutulan və ya tutulmayan əlavə işlərin görülməsi üçün sifarişçinin buna razılıq verilməsi tələb olunur ki, belə razılığa podratçı görüləcək işlərin dəyərinin ödənilməsində əmin olsun. İşin hallarından göründüyü kimi podrat müqaviləsi bağlandıqdan sonra işlər tamamlanmayana qədər sifarişçinin müqavilədə müəyyən edilmiş məbləğdən əlavə ödənişlərin aparılmasını zəruri edən əlavə işlərin görülməsinə razılıq verilməmişdir.
20. Məhkəmə həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 769, 770-ci maddələrində görülmüş işlərin müqavilədə nəzərdə tutulmuş həcmdə yerinə yetirilməsi və razılaşdırılmış muzdun iş ye rinə yetirildikdən sonra ödənilməsi müəyyən olunmuşdur. Bu qaydadan fərqli olaraq işlərin tədricən görülməsi və müvafiq olaraq muzdun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Sonuncu halda isə muzdun axırıncı hissəsi müqavilə ilə razılaşdırılmış iş həcminə daxil olan bütün işlər icra edildikdən sonra ödənilir. Yerinə yetirilmiş işlərin sifarişçi tərəfindən qəbul edilməsi müəyyən edildiyi təqdirdə, sifarişçi onları qəbul etməyə borcludur. Qəbul edilmiş işlər üzrə müvafiq olaraq ödənişlər aparılmalıdır. Lakin müəyyənləşdirilmiş müddətdə işlər qəbul edilmirsə, onlar qəbul edilmiş sayılır.
21. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə iclasında səsləndirdiyi Cavabdeh tərəfindən cavabdehin iddiaçıya ünvanladığı 3/26-3322 saylı 2016-cı il 20 iyul tarixli məktubun əsasında hər hansı vəsaitin müqaviləyə əlavə edilərək ödənilməsi məsələsi ilə bağlı rəy və fikir bildirilməsi üçün Layihə İdarəetmə Qrupu tərəfindən 2016-cı il 23 may tarixində X4 (AİB) müraciət etməsini əlavə işlərin görülməsinin etirafı kimi qiymətləndirməsinə dair mülahizəsi ilə ona görə razılaşmamışdır ki, işin həqiqi halına görə layihələrin icrası zamanı pul vəsaiti məhz AİB tərəfindən ayrıldığından və layihəyə nəzarət bir neçə qurum tərəfindən həyata keçirildiyindən, cavabdeh iddiaçıya yuxarıda qeyd edilən məzmunda məktub ünvanlamışdır. Beləliklə cavabdeh AİB-ə pulun ayrılması məqsədilə məsələnin araşdırılması üçün müraciət etmişdir. Bu da öz növbəsində o demək deyil ki, cavabdeh işlərin görülməsini qəbul etmiş, yalnız maliyyə məsələsinin həll olunması üçün banka müraciət etmişdir.
22. İddiaçı tərəfindən istina d edilən halları təsdiq edən sənədlərin kserosurətləri təqdim edildiyindən, lakin ekspert araşdırması zamanı tərəzi məntəqələrinə baxış keçirilən zaman işlərin görülməsi müəyyən edildiyindən, məhkəmə ekspert rəyi həmin hissədə əsaslı hesab etmişdir. Məhkəmə ekspert rəyinin mebel və kameraların quraşdırılması və bu növ işlərə çəkilmiş xərclərin müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, ekspert rəyində onun sahəsinə aid olmamasının göstərilməsinə baxmayaraq, iddiaçının təqdim etdiyi sənədlərə əsasən bu işlərə sərf olunan məbləğin 79.283,9 manat (5937,0x4 + 55535,9) təşkil edir. Həmin sənədlər kserosurət olduğundan, məhkəmə həmin sənədləri sübut kimi qəbul etməmişdir. Eyni zamanda, qeyd olunan işlərin cavabdeh tərəfindən sifariş edilib-edilməməsi, təhvil alınıb-alınmam ası işin materialları ilə müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini qeyd edilən hissədə əsaslı hesab etməmişdir.
23. Ödəmənin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% və əsas borcun 10%-i məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, tərəflər arasında icra ilə bağlı mübahisə olmadığından, eləcə də iddiaçı icranın gecikdirilməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilmədiyindən iddiaçının tələbi həmin hissədə əsassızdır.
24. Məhkəmə gəldiyi nəticəsini Azərbaycan Respublikası MM-in 324.5, 329.2, 441.4, 752.1, 753.3, 753.4, 754.1, 754.2, 769, 770-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-c ı il 23 fevral tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
25. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, onun qismən ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamənin qəbul olunması xahiş edilmişdir.
26. Qətnamədən həmçinin, cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyun tarixli, 2-2(103)-15/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Vüsalə Baxışova, hakimlər Vidadi Məmmədov və Raqib Qurbanov).
28. Apelyasiya qay dasında baxılarkən məhkəmənin 2020-ci il 9 sentyabr tarixli qərardadı ilə, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında cavabdehin sifarişi əsasında dəyişdirilərək yenidən quraşdırılmış qapıpəncərələrin, mebellərin, 1 ədəd kamera sisteminin, tərəzi məntəqələrinin daxilində görülmüş təmir və rekonstruksiya işlərinin və yenilənmiş dam örtüklərinin quraşdırılma xərci də daxil olmaqla bazar dəyərinin nə qədər təşkil etməsinə dair sual qoyulmuşdur.
29. Məhkəmənin həmin qərardadının icrası qaydasında Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2021-ci il 26 may tarixl, 9/5176 saylı ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim olunmuş 1 tərəzi məntəqəli inzibati binanın əşyalarının və avadanlıqlarının istifadə olunması nəzərə alınmaqla orta bazar dəyəri 26.618 manat, quraşdırma xərci 5.000 manat olmaqla ümumilikdə 31.618 manat müəyyən olunur. Ekspert bu rəqəmi 4-ə vurmaqla 4 tərəzi məntəqəsində əşyaların və avadanlıqların dəyərinin quraşdırma xərci və istifadə olunması nəzərə alınmaqla 126.472 manat olduğuna dair rəy vermişdir.
30. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2010-cu il 6 dekabr tarixli və 2011-ci il 11 mart tarixli podrat müqavilələrinə əsasən iddiaçı tərəfindən cavabdehin sifarişinə əsasən dörd ədəd tərəzi məntəqəsi inşa edilərək cavabdehə 2015-ci il 20 fevral tarixli və 2015-ci il 6 iyul tarixli aktlar əsasında təhvil verilmiş və işlərin müqavilə ilə razılaşdırılmış dəyəri-3.910.239,20 manat iddiaçıya ödənilmişdir. İddiaçının cavabdehdən tələb etdiyi pul məbləğləri ilə bağlı iddia tələblərini iki hissəyə bölmək olar: yazılı podrat müqaviləsi əsasında tərtib edilmiş layihəyə dəyişiklik edilərək inşa ediləcək tərəzi məntəqəsinin yerinin dəyişdirilməsi ilə əlaqədar 7800 manat çəkilmiş əlavə xərcin ödənilməsi və həmin müqavilə əsasında görülmüş işlər təhvil verildikdən sonra cavabdehlə şifahi razılaşmaya əsasən sifariş verildiyi iddia edilən əlavə işlərə görə 500.098 manat pulun ödənilməsi. 31. 7.800 manat pul tələbi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə 2011-ci il 25 oktyabr tarixdə əvvəlki podrat müqavilələri üzrə işlərin həyata keçirilməsinə nəzarət etmiş “XX” şirkətinin mühəndisi F.Şirinov, layihə rəhbəri R.Hacıyev, layihə mühəndisi X.Mustafayev tərəfindən imzalanmış aktın iddiaçının öz möhürü ilə imzalanmış kserosurəti təqdim edilmişdir. Aktda qeyd olunur ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci km-də layihəyə uyğun olaraq mobilizasiya işləri yerinə yetirilərək 2500 manat dəyərində vəsait xərclənmişdir. Həmçinin, ərazinin bitki qatından təmizlənməsi, yol geyiminin tikintisi üçün ərazinin qazılaraq kənara daşınması işləri yerinə yetirilərək 5300 manat, ümumilikdə 7800 manat dəyərində iş görülmüşdür (iş mat. 1-ci cild 174-cü səhifə).
32. Həmçinin, işin materiallarına Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci km-də inşa ediləcək tərəzi məntəqəsinin ərazisinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olması və yüksəkgərginlikli elektrik xəttinin mühafizə zonasında düşməsi ilə əlaqədar yerinin dəyişdirilməsi barədə yazışmalar əl avə edilsə də, əvvəlki ərazidə görüldüyü iddia edilən 7800 manat dəyərində konkret hansı işlərin görülməsi, məntəqənin yerinin dəyişdirilməsi ilə əlaqədar muzdun artımındakı dəyişikliyin tərəflər arasında razılaşdırıldığı barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Aktın əsli və ya notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə sübut qismində təqdim edilmədiyindən və aktı imzalamış şəxslərin görülmüş işlərin dəyərini təsdiq etmək səlahiyyəti olmasına dair işdə sənədlər olmadığından məhkəmə düzgün olaraq qeyd edilən aktı mötəbər sübut kimi qəbul etməmiş və iddianı bu hissədə təmin etməmişdir.
33. İddiaçı iddia edir ki, cavabdehin sifarişi ilə şifahi razılaşma əsasında görülmüş əlavə işlər aşağıdakılardır:
1. Kamera sisteminin quraşdırılması (1 ədəd) - dəyəri 55.535 manat;
2. Tərəzi mənt əqələrində inşa edilmiş inzibati binaların dam örtüyünün dəyişdirilməsi (4 inzibati binada)-dəyəri cəmi 43.870 manat;
3. Tərəzi məntəqələrində inşa edilmiş inzibati binaların daxilində rekonstruksiya işlərinin görülməsi, mebellərin dəyişdirilməsi, plastik qapı- pəncərələrin dəyişdirilməsi və s. (4 inzibati binada) –dəyəri cəmi 95.021 manat;
4. Asfalt çəkmə işlərinin görülməsi (4 yerləşmə yeri) –dəyəri cəmi 305.672 manat.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının mübahisənin aidiyyəti üzrə məsələyə baxarkən iş üzrə qəbul etdiyi 2-2(102)- 95/2018-ci il tarixli 27 fevral 2018-ci il tarixli Qərarında da qeyd edildiyi kimi, işdəki sənədlərlə təsdiq edilir ki, yazılı podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri ödənildikdən sonra cavabdehin şifahi aldığı sif arişlər əsasında tərəflər arasında yeni, şifahi podrat müqaviləsi bağlandığı müəyyən olunur.
35. MM-də podrat müqaviləsinin yazılı formada bağlanmalı olduğuna dair şərt nəzərdə tutulmadığından, müqavilənin şifahi formada bağlanması və görüləcək işlər barədə sifarişin şifahi şəkildə verilməsi mümkündür. Buna görə də tərəflər arasında yazılı müqavilə olmaması əsası ilə iddia rədd edilə bilməz. Podrat müqaviləsi şifahi bağlandığı və yerinə yetirilməli olan işlərin dəyəri müəyyənləşdirilmədiyi və ya podratçı razılaşdırılmış qiyməti sübut edə bilmədiyi halda icra olunduğu sübut edilmiş işlərin dəyəri sifarişçidən MM-nin 753.1-ci maddədə nəzərdə tutulmuş qaydada adi muzdla tutulmalıdır.
36. Məhkəmə iddiaçının mövqeyi ilə razılaşaraq bildirmişdir ki, əgər 2016-cı il 6 iyun tarixli məktubla cavabd ehdən dəyəri tələb edilən işlər görülməsəydi, cavab məktubunda araşdırma zamanı bu işlərin görülmədiyi və ya görülməsi üçün sifariş verilmədiyi qeyd edilərdi. Cavabdehin məktubla bağlı araşdırma apardıqdan sonra işlərin dəyərinin ödənilməsi üçün Layihə İdarəetmə Qrupu tərəfindən 2016-cı il 23 may tarixində AİB müraciət edilməsi təsdiq edir ki, həmin işlər icra edilmişdir. Məktubun məzmunundan aydın olur ki, işlərin dəyəri AİB əlavə ödənişə tam etiraz etdiyi üçün mümkün olmamışdır. 37. “XX” şirkətinin 2016-cı il 15 mart tarixli məktubunda podratçı tərəfindən əlavə işlərin görülməsi barədə kim tərəfindən təlimat verilməsinə dair məlumat verilməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan fotoşəkillərdə iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmiş işlərin h əqiqətən icra edildiyi müəyyən olunur. Göstərilənlər əsasında belə nəticəyə gəlinmişdir ki, iddiaçı tərəfindən həqiqətən cavabdehin şifahi sifarişi əsasında əlavə işlər görülmüşdür. Lakin işlərin dəyəri ilə bağlı iddiaçının özü tərəfindən təqdim edilmiş smetatalardan başqa, işin materiallarında sübutlar olmadığından birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir. Apellyasiya instansiyasında işə baxılarkən ekspertiza təyin edilsə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 2019-cu il 21 oktyabr tarixli ekspert rəyini daha mötəbər sübut hesab edərək ona əsaslanmışdır ki, apellyasiya qaydasında baxılarkən təqdim olunmuş 9/5176 saylı 2021-ci il 26 may tarixli rəyin məzmunundan görünür ki, ekspert yalnız bi r tərəzi məntəqəli inzibati binaya baxış keçirərək həmin məntəqədə olan inventarlar və görülmüş işlərlə bağlı qiymətləndirmə həyata keçirmişdir. Digər məntəqələrdə həmin avadanlıqların mövcud olub-olmadığı müəyyən edilmədən və digər məntəqələrə baxış keçirmədən 1 məntəqədə mövcud olan əşyaların dəyərini dördə vurmaqla digər obyektlərdəki əmlakların dəyəri müəyyənləşdirilə bilməz.Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının gördüyü işlərin dəyəri ilə bağlı digər mötəbər sübutlar olmadığından, birinci instansiya məhkəməsi həmin rəyə istinad edərək iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.
38. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 752.1, 753.1, 753.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə M PM) 77.1, 89.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflərin elektron kabinetinə 2021-ci il 6 iyul tarixində yerləşdirilmişdir. 40. 2021-ci il 1 sentyabr tarixində cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. 41. 2021-ci il 5 sentyabr tarixində iddiaçı tərəfindən də kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi və ya işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZLARİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri
42. Apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə tərəfindən işlərin dəyərinin cavabdeh və layihəni maliyyələşdirən AİB tərəfindən qəbul edilməsi halı nəzərə alınmamış, işlərin dəyərinin ödənilməsinə etirazın əsassız olmasına diqqət yetirilməmişdir. Belə ki, layihənin icrasında gecikmələr iddiaçıdan qaynaqlanan səbəbdən baş verməmişdir. Layihədə BakıQuba-Rusiya Federasiyası dövlət sərhəddi avtomobil yolunun 45-ci km.də tərəzi məntəqəsinin inşası nəzərdə tutulsa da sonradan müəyyən edilmişdir ki, həmin ərazi Müdafiə Nazirliyinin balansındadır və eyni zamanda, yüksəkgərginli elektrik xəttinin mühafizə ərazisidir. İddia çı bu barədə cavabdehə bildiriş versə də, 1 ildən sonra yəni, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2012-ci il 11 dekabr tarixli, 322S saylı sərəncamla qeyd edilən hissənin icra ərazisi dəyişdirilmişdir.
43. Bundan əlavə, apellyasiya məhkəməsi işin materiallarında işlərin dəyəri ilə bağlı “başqa mötəbər sübutlar” olmadığından, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən təyin edilmiş 2019-cu il 21 oktyabr tarixli məhkəmə tikinti-texniki ekspertizanın rəyinə mötəbər sübut kimi istinad etmişdir. Qeyd edilən ekspertiza rəyi iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, rəydən də görünür ki, ekspert məhkəmə tərəfindən işlərin dəyəri ilə bağlı qoyulmuş suala cavab verə bilməmişdir. Halbuki, ekspertizaya iddiaçı tərəfindən görülmüş işlərlə bağlı fotoşəkillər və vid eo materiallar təqdim edilmişdir. Həmin materiallardan da ekspertizanın qeyd etdiyi və digər işlərin kimlərin iştirakı ilə və nə vaxt həyata keçirildiyini əyani şəkildə müəyyən etmək mümkün olur və həmin işlərin dəyəri də iddiaçı tərəfindən təsdiq edilmiş layihə smeta sənədləri ilə təsdiq edilir.
44. Həmçinin, məhkəmə tərəfindən iddiaçı, cavabdeh və məsləhətçi şirkətin nümayəndələri tərəfindən imzalanmış 2016-cı il 26 fevral tarixli layihədə nəzərdə tutulmayan əlavə işlərin görülməsi və təhvil-təslimini nəzərdə tutan akta diqqət yetirməməklə MPM-in 88-ci maddəsinə uyğun olaraq qiymət verməmişdir.
45. İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası MM-in 752.1, 753.3, Azərbaycan Respublikası MPM-in 9, 217-ci maddələrinə istinad etmişdir. b) Cavabdeh tərəfindən verilmiş kassasiya şikay ətinin dəlilləri
46. Apellyasiya instansiyası məhkəməsi işin hallarını və apellyasiya şikayətinin dəlillərini araşdırmadan qətnamə çıxarmışdır. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi əlavə işlərin “Sifarişçi” tərəfindən müqavilə bitdikdən və tərəflərin müqavilə öhdəliklərini tam icra edilməsindən sonra sifariş verilib görülməsi və hüquqi əsasları kimi Azərbaycan Respublikası MM-in 752.1, 753.1, 753.3, 756.1, 769, 770, 457,7, 450,462 və 449-cu maddələrinə istinad etmişdir. İddiaçının tələbləri əsassız və qanunsuz oduğundan qəbul edilməzdir.
47. İddiaçı iddia ərizəsində hər bir epizod üzrə qeyd edir ki, “Cavabdeh” tərəfindən əlavə işlərin görülməsi üçün “Podratçı”ya sifariş verilmiş, bu sifarişin icrası üçün xərclər hesablanmış, layihə-smeta sənədləri hazırlanmış, həmin sənədlər cavab dehə təqdim edilmişdir. Cavabdeh və Məsləhətçi şirkətdən heç bir etiraz daxil olmamış, layihə-smeta sənədləri təsdiq olunmuş və buna görə də sifarişçi tərəfindən əlavə işlər yerinə yetirilmişdir. İddiaçının istinad etdiyi hallar doğru deyildir. Əlavə işlərin görülməsi üçün cavabdeh tərəfindən “Podratçı”ya heç bir sifariş verilməmişdir. Bunu iddiaçı tərəfindən məhkəməyə əlavə işlərin görülməsi barədə hesablanmış xərclərə dair və tərəflərin iştirakları ilə təsdiqlənmiş layihə-smeta sənədlərini təqdim edə bilməməsi əyani sübutdur.
48. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin şifahi podrat müqaviləsinə əsasən “XX” şirkətinə ünvanlanmış məktuba istinad etməsi əsassızdır, cavabdeh ilə iddiaçı arasında bağlanmış 2011-ci il 11 mart tarixli podrat müqaviləsi beynəlxalq layihə olduğundan, “XX” şirkətinin hazırki tərəflər arasındakı münasibətlərə aidiyyəti olmamaqla yanaşı məsləhət-nəzarət funksiyası yoxdur.
49. Bundan başqa, iddiaçının iddia ərizəsində tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-nin 752.1, 753.1 və 769-cu maddələrinə istinad etməsi anlaşılan deyildir. MM-in 753.3-cü maddəsinə görə, podratçı podrat müqaviləsində nəzərdə tutulmayan əlavə işlərin görülməsi üçün sifarişçiyə əvvəldən məlumat verməyibsə və ya həmin işə başlamazdan əvvəl tərəflər müqavilənin yeni qiymətini razılaşdrmayablarsa və yaxud sifarişçi əlavə işlərə görə muzdu ödəməyi təsdiq etməzsə, podratçı əlavə işi yerinə yetirmir, yerinə yetirdiyi təqdirdə isə həmin işə görə muzdun ğdənilməsini tələb edə bilməz. Maddənin məzmunundan göründüyü kimi, podratçı özünün ayrıca muzd almaq hüququ barəsində əlavə işə başlamazdan əvvəl sifarişçiyə məlumat verməlidir. Podratçı əlavə işlərin icrasına buna görə də ayrıca muzd ödəməyə sifarişçi razılıq verdikdən sonra başlamalıdır. Podrat müqaviləsi üzrə ancaq müqavilədə nəzərdə tutulan və tərəflər arasında razılaşdırılan işlər ödənilir. Müqavilədə nəzərdə tutulmamış və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb olunmayan işlər isə ödənilmir. Podratçının əlavə işlərin görülməsi üçün sifarişçiyə əvvəldən məlumat verməsi, hər bir tərəfin müvafiq qaydada səlahiyyət verilmiş nümayəndəsi tərəfindən imzalanaraq müraciəti, smeta-layihə xərcinin hər iki tərəfdən təsdiqlənməsi və görülən işlərin qəbul edilməsi iş materialları ilə müəyyən olunmur.
50. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası MPM-in 14.2, 89, 217.2, maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına istinad etmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
51. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. ç) Məhkəmə icraatı iştirakçılarının izahatları
52. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş və kollegiyasından iddiaçının şikayətinin təmin edilməsini xahiş etmişdir. məhkəmə II. KASSASİYA HƏDLƏRİ BAXİŞİNİN ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA
53. Kassasiya şikayələri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
54. Hər iki tərəfin kassasiya şikayətinin dəlilləri nəzərə alınaraq, apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). III. TƏTBİQ EDİLƏN HÜQUQ
55. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə t utularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.” “Maddə
769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.” “Maddə
770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş q əbul edilmiş sayılır.”
56. Azərbaycan Respublikası MPM-in (2021-ci il 01 oktyabr tarixinədək olan redaksiyası) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş (bax yuxarıda § 56), qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. İddiaçının kassasiya şikayətində 2019-cu il 21 oktyabr tarixli ekspert rəyi ilə razılaşmamış və onun mötəbər sübut olmamasını göstərmişdir.
59. Həmin dəlilə münasibətdə Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdı ğından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.
60. İşin materiallarından göründüyü kimi, 2019-cu il 21 oktyabr tarixli ekspert rəyi işə birinci instansiya məhkəməsində baxılarkən təqdim olunmuşdur. Lakin işin materiallarından, iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə sözügedən ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməməsi ilə bağlı əsaslandırılmış vəsatət təqdim etməsi müəyyən edilmir. Eləcə də iddiaçının həm apellyasiya, həm də k assasiya şikayətində həmin ekspert rəyi məhkəmələr tərəfindən qiymətləndirilərkən, hansı maddi və prosessual hüquq normasının pozulduğu, pozuntunun nədən ibarət olduğu qeyd olunmamışdır. İddiaçı şikayətində ümumiyyətlə maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmişdir.
61. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə ilə razılaşır (bax yuxarıda § 30-38) Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsa slandırılmışdır.
62. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməlidir.
63. Məhkəmə kollegiyası MPM-in 415-1, 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyun tarixli 2-2(103)-15/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov