Məhkəmə qərarları › İş №2-2(102)-505/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-505/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-505/2021 27.10.2021 ALİ MƏHKƏMƏ  Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının vəkili Əzimov Rauf Nəriman oğlunun, cavabdehin vəkili Vəkil iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya işi üzrə ca vabdeh "xxxx" ASC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli, 22(103)-589/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC ilə «X3 xxx» MMC arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli, 155/15 saylı kredit müqaviləsinə görə, İddiaçı ASC «X3 xxy» MMC-yə 10249780 manat məbləğində 04 avqust 2016-cı il tarixədək illik 6% ödənilməsi şərtilə kredit verməyi, «X3 xxx» MMC isə kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə 1) uyğun olaraq həyata keçirməyi öhdələrinə götürmüşlər. 2. 26 aprel 2019-cu il tarixli, **********313 saylı maliyyə arayışına görə, «X3 xxxx» MMC-nin kredit müqaviləsinə əsasən kredi t öhdəliyi üzrə əsas borcu 10.249.780 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 56.373,79 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 1.782.080,80 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5%, həmin faizin hesablanma düsturu (əsas borc/100*5)/360, həmin düsturla hesablanan faiz məbləği 1.399.640,31 manat, müqavilənin tələbləri əsasında yaranan ümumi borc 13.437.874,91 manat təşkil edir.

3. Bakı Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2-2(113)-1674/2020 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında 03 dekabr 2015-ci il tarixli, 155/15 saylı kredit müqaviləsinə əsasən kredit müqavil əsinin bitmə tarixinə bütün ödənişlər nəzərə alınmaqla cavabdeh «X3 Company» məhdud məsuliyyətli cəmiyyətinin əsas və faiz borcları üzrə borc qalığının, 03 dekabr 2015-ci il tarixli 155/15 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi tarixdən sonra 22.04.2019-cu il tarixə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunun nə qədər təşkil etməsi barədə suallar qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2020-ci il tarixli, 9/3897 saylı rəyinin tədqiqat hissəsinə görə, “Borcalan” “X4 Company” MMC tərəfindən İddiaçı ASC-dən alınmış kredit v əsaiti üzrə 04.08.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixədək) banka ödənilməli olan borcu ümumilikdə 10.256.153,79 manat məbləğində, o cümlədən əsas borc üzrə 10.199.780,00 manat, faiz borcu üzrə 56.373,79 manat, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla, cavabdehin 22.04.2019-cu il tarixə əldən çıxmış fayda üzrə borcu 1.399.640,30 manat məbləğində müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “iddiaçı”) cavabdeh «X3 Company» məhdud məsuliyyətli cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit öhdəliyi üzrə qalan 10.199.780 manat əsas borc, müqavilə bitən tarixə hesablanan 56.373,79 manat faiz borcu, 1.782.080,80 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.399.640,31 manat faiz borcu, cəmi 13.437.874,91 manat məbləğində kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin 19 avqust 2020-ci il tarixli qərardadı ilə cavabdeh «X3 Company» məhdud məsuliyyətli cəmiyyəti, onun hüquqi varisi "X1 Korporasiyası” ASC ilə əvəz edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə «X3 Company» MMC arasında bağlanmış 03.12.2015-ci il tarixli, 155/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə 04 avqust 2 016-cı il tarixinədək illik faiz dərəcəsi 6% ödənilmək şərtilə 10.249.780 manat məbləğində sahibkarlıq krediti verilmişdir. Kredit müqaviləsinin 3.4.1-ci maddəsinə əsasən borc alan tam və vaxtında kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, həmçinin borc verən tərəfindən hesablanmış penya və cərimələri ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.4.2-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi ilə əlaqədar borcverən tərəfindən öz hüquqlarının bərpası üçün çəkilmiş məhkəmə və digər xərcləri banka ödəməlidir. Lakin, buna baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin bank qarşısında yaranmış öhdəli kləri üzrə əsas borcu 10.199.780 manat, müqavilə bitən tarixə hesablanan faiz borcu 56.373,79 manat, cərimə borcu 1.782.080,80 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.399.640,31 manat faiz borcu olmaqla, cəmi 13.437.874,91 manat təşkil edir.

8. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 25 fevral tarixli, 2-2(113)-138/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, “X1 Korporasiyası” ASC-dən kredit öhdəliyi üzrə qalan 10.199.780 manat əsas borc, müqavilə bitən tarixə hesablanan 56.373,79 manat faiz borcu, 306.000 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum q ərarına əsasən hesablanmış 1.399.640,30 manat faiz borcu tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 26,70 manat hissəsi “X1 Korporasiyası” açıq səhmdar cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi, qalan 3,30 manat hissəsinin iddiaçıya aid edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 129,04 manat məbləği “X1 Korporasiyası” ASC-dən, qalan 15,94 manat məbləği isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – Z. Pirverdiyev).

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 03 dekabr 2015-ci il tarixli, 155/15 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC «X3 Company» MMC-yə 10249780 manat məbləğində 04 avqust 2016 -cı il tarixədək illik 6% ödənilməsi şərtilə kredit verməyi, «X3 Company» MMC isə kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə 1) uyğun olaraq həyata keçirməyi öhdələrinə götürmüşlər. Bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, borcun ödənilməsindən yayınmışdır. Cavabdehin kredit müqaviləsi üzrə banka borcu, əsas borc üzrə 10.199.780 manat, faiz borcu üzrə 56.373,79 manat təşkil edir.

10. Mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

11. Qeyd edilən kredit müqaviləsi ilə cavabdehə verilmiş əsas kredit məbləğinin ödənilməmiş 10.199.780 manat məbləğində borc iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan, iddia həmin hissədə təmin edilməlidir.

12. Tərəflər arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli, 155/15 saylı kr edit müqaviləsinə əsasən cavabdeh kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən əsas kredit məbləğinə hesablanmış 56.373,79 manat faiz borcu əsaslı olduğundan, cavabdehdən tutulmalıdır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

14. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqaviləyə əsasən borcalan kredit və (və ya) ona hesablanmış faizlər i ödəniş qrafikində (Əlavə 2) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləği 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12% faizi ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 1.782.080,80 manat dəbbə pulu məbləği yaranmış 10.199.780 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 306.000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə k redit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir.

16. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir.

17. Qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyət dən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.

18. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə k reditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor, vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallard a həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

19. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan, hesablanmış borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Məhkəmə bu qənaətini Azə rbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 385.1, 442, 445.7, 448.1, 467, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarının müddəalarına istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnaməni qismən, faiz və cərimə hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

23. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli, 2-2(103)-589/2021 saylı qətnaməsi ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən), R.Ə.Qurbanov və V.Ə.Baxış ova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 25 fevral tarixli, 2-2(113)-138/2021 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

24. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda §§ 9-21) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.

25. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnaməni qismən, faiz və cərimə hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

26. Məhkəmə cərimə məbləğlərinin ən yuxan hissəsini tutmuşdur ki, bu da cavabdehi maliyyə cəhətdən çətin vəziyyətə salmışdır.

27. Həmçinin, m əhkəmə Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 1.399.640.31 manat faiz borcunu da təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, kredit məbləğinin ödənilməsini gecikdirməyə görə məhkəmə 306.000 manat məbləğində cərimə tutmuşdur. Bundan əlavə, 56.373,79 manat faiz borcu tutulmuşdur ki, 1.399.640.31 faiz borcu ilə 56.373,79 faiz borcu mütənasiblik daşımır.

28. Belə olan halda, məhkəmə cərimə məbləğlərini minimuma endirməli, 1.399.640.31 manat faiz borcunu isə təmin etməməlidir.

29. Məhkəmə qətnamə üzrə mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və mübahisənin prosessual normaları üzrə istiqamətinə hüquqa aid olan bütün elementlərin və faktların tədqiqini təmin etməmiş, iş üçün bütün zəruri sübutları əlaqəli şəkildə, heç bir səbəb göstərmədə n işin hərtərəfli həlli məqsədi ilə sübutların qəbul edilibedilməməsi səbəblərini obyektiv yanaşmaqla izah etməmişdir ki, bu nəticə etibarı ilə işin tam, hərtərəfli və qanuni normalar əsasında araşdırılması və çəkişmə prinsiplərinin pozulmasına gətirib çıxarmışdır. Bu zaman işə baxan məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılmasına lazımi şərait yaratmamış, çəkişmə prinsipini kobud şəkildə pozmuş, sübutların qiymətləndirilməsində, hüququn tətbiqində səhvə yol vermiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsi səbəblərini əlaqəli olaraq düzgün və qanunun tələbinə uyğun izah verməmişdir.

30. Halbuki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilmişdir ki, məhkəmə qətnaməsin in əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada izah edilməlidir.

31. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

33. Cavabdehin vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

34. İddiaçının vəkili Əzimov Rauf Nəriman oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını x ahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qətnaməsini qismən, faiz və cərimə hissəsində ləğv edilməsini xahiş etdiyindən, apelyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalar ını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

38. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında i cra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir”. “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əv əz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır...”. “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəm əsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli, 2-2(103)-589/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

41. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli, 155/15 saylı kredit müqaviləsinə əsasən cavabdeh kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəliklər yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə banka borcu, əsas borc üzrə 10.199.780 manat, faiz borcu üzrə 56.373,79 manat təşkil edir (bax yuxarıda § 9).

42. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli qərarının 2-ci bəndinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

43. Həmin maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

44. Apelyasiya Məhkəməsi düzgün olaraq o nəticəyə gəlmişdir ki, müvafiq müqaviləyə əsasən borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə 2) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylı q ödəniş məbləği 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12% faizi ödəyir. Lakin, tələb olunan 1.782.080,80 manat dəbbə pulunun məbləği 10.199.780 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləği azaldılaraq 306.000 manat həddində müəyyən edilərək cavabdehdən tutulması ədalətlidir.

45. Qeyd edilənlərə əsasən məhkəmələrin cərimə məbləğlərinin ən yuxan hissəsini tutması ilə cavabdehin maliyyə cəhətdən çətin vəziyyətə salınması, həmçinin kredit məbləğinin ödənilməsini gecikdirməyə görə məhkəmənın 306.000 manat məbləğində cərimə (dəbbə pulu), bundan əlavə 56.373,79 manat faiz borcu tutması, 1.399.640.31 faiz borcu ilə 56.373,79 faiz borcunun mütənasiblik daşımaması barədə cavabdehin dəlilləri əsassız olmaqla, apelyasiya instansiyası məhkəməsinin qanuni qətna məsinin ləğv edilməsi üçün əsas ola bilməz.

46. Belə ki, bu məbləğlər bilavasitə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2020-ci il tarixli, 9/3897 saylı rəyi ilə müəyyən edilmişdir və həmin rəyə əsasən “X4 Company” MMC tərəfindən İddiaçı ASCdən alınmış kredit vəsaiti üzrə müqavilə müddətinin bitdiyi 04.08.2016-cı il tarixə banka ödənilməli olan borcu ümumilikdə 10.256.153,79 manat məbləğində, o cümlədən əsas borc üzrə 10.199.780,00 manat, faiz borcu üzrə 56.373,79 manat, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla, cavabdehin 22.04.2019-cu il tarixə borcu 1.399.640,30 manat məbləğində müəyyən edilmişdir.

47. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmi n edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

48. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli, 2-2(103)-589/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 4 17, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

50. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli, 2-2(103)-589/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar