Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-505/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(103)-498/2024 nömrəli qətnam əsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2019-cu il 29 noyabr tarixli 22-MZ21-0-563-19 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 24 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 15.000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 2019-cu il 29 noyabr tarixli 22-MZ2-1-0-563-19 (Z1) və 22MZ2-1-0-563-19 (Z2) nömrəli zaminlik müqavilələrinə əsasən, zaminlər borcalanın bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar.
3. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2020-ci il 30 aprel tarixli əlavə sa zişə əsasən kreditin müddəti 2022-ci il 31 yanvar tarixinədək uzadılmışdır.
4. Daha sonra həmin tərəflər arasında kredit müqaviləsinə 2020-ci il 18 sentyabr tarixli əlavə saziş bağlanmış və sazişə əsasən, müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 14.691,33 manat müəyyən edilmiş, müqavilə üzrə kreditin müddəti isə 2022-ci il 18 iyul tarixinədək uzadılmışdır.
5. Kredit müqaviləsinə edilmiş əlavə və dəyişikliklər zaminlik müqavilələrinə də edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Cavabdeh1”, “Cavabdeh3”, “Cavabdeh2”) qarşı 2022-ci il 13 dekabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsi üzrə 14.691,33 manat əsas borc, 6.171,25 manat faiz, 3.595,87 manat cərimə borcu və kredit müqaviləsi üzrə 2022-ci il 18 sentyabr tarixindən 2022-ci il 24 avqust tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 73,6 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 21.835,15 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 206 (mediasiya xərci olaraq ödənilmişdir) manat məbləğin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsi üzrə 14.691,33 manat əsas borc, 8.8 44,25 manat faiz borcu, 8.621,03 manat cərimə borcu, 2022-ci il 18 iyul tarixindən, 2023-cü il 16 may tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 608,8 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 32.765,41 manat borcun və 206 (mediasiya xərci olaraq ödənilmişdir) manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
8. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, borclu kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.
9. Cavabdehlər onlara məlumat verilsə də, birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişlər.
10. Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə iş üzrə təyin olunmuş (məhkəməmühasibatlıq ekspertizası) Məhkəmə Ekspertizası Mərkəzi tərəfi ndən verilmiş 2023-cü il 26 aprel tarixli 9/1927 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh1 2022-ci il 24 avqust tarixinə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) iddiaçıya olan əsas borcu 13.064,18 manat, faiz borcu 4.576,72 manat, illik 5 faizlə borcu 480,83 manat məbləğində müəyyən edilmişdir.
11. Daha sonra iddiaçının vəsatəti əsasında Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 1 sentyabr tarixli 9/4643 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh1 2022-ci il 24 avqust tarixinə iddiaçıya olan əsas borcu 13.064,18 manat, faiz borcu 4.576,72 manat, illik 5 faizlə borcu 480,83 manat məbləğində müəyyən edilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 10 oktyabr tarixli e-2-2(113)-526/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2019-cu il 29 noyabr tarixli 22-MZ2-10-563-19 nömrəli kredit müqaviləsi üzrə 13.064,18 manat əsas borc, 4.576,72 manat faiz borcu, 650 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 480,83 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 18.771,73 manat borcun və mediasiya xərcinə görə 125,58 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 250 manat ekspertiza xərclərinin 143,22 manat cavabdehlərdən müştərək qaydada, qalan 106,78 manatın isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməsi qət edilmişd ir (hakim – Z.Pirverdiyev).
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, müqavilə üzrə borclular üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır. Məhkəmə ekspert rəyinə uyğun olaraq əsas, faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış faiz borcunun tutulması hissəsində iddianı qismən təmin etmiş, həmçinin tərəflər arasında bağlanmış müqavilənin 4.8-ci bəndinə istinadən tələb olunan dəbbə pulunu əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək məbləğ kimi qiymətləndirmiş və onu 650 manatadək azaltmışdır.
14. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7, 462.1, 467, 470.1, 739.1 və 741-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 7 7.1, 218.3cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbin rədd olunması b arədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Qətnamə cavabdeh (əsas borclu) Cavabdeh1 tərəfindən qismən, yəni iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyindən apellyasiya instansiya məhkəməsi də qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlamışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(103)-498/2024 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - V.Baxışova, hakimlər – R.Qurbanov və Z.Şirinov).
18. Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və əlavə olaraq MM-nin 462.1-ci maddəsində dəbbə pulu anlayışının cərimə, penya anlayışları ilə eyni mənaları ifadə etdiyi qeyd edildiyindən apellyasiya şikayətində bu anlayışların fərqli olduğuna dair qeyd edilənləri əsassız hesab etmişdir. Həmçinin apellyasiya şikayətinin kredit götürdükdən sonra koronovirus pandemiyasının başlaması ilə əlaqədar borcalanın gəlir əldə edə bilməməsi və bununla əlaqədar krediti qaytarmaq imkanı olmaması barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə fors major halla bağlı borcalanın krediti və faizləri ödəmək öhdəliyinin icrasından azad edən şərt nəzərdə tutulmamışdır. MM-nin 448.4-cü maddəsində nəzərdə tutulmuş fors major hallar isə borclunu öhdəliyin icrasından azad etmir, yəni hər bir halda ban kdan götürülmüş kredit və faizləri ödənilməlidir. Həmin norma borclunu qanunda göstərilmiş əsaslar baş verdikdə öhdəliyin pozulmasına görə məsuliyyətdən, yəni cərimə və zərərin ödənilməsindən azad edir. Hazırkı halda isə sahibkar kredit götürərkən müxtəlif səbəblərdən gəlir əldə etməmə və gəlilərinin azalmasının mümkünlüyü ehtimalını əvvəlcədən bildiyindən və ya bilməli olduğundan MM-in 448.1-ci maddəsinə əsasən öz risk dairəsinə aid öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşıyır və MM-in 448.4-cü maddəsinin tətbiqi üçün əsaslar müəyyən edilmir.
19. Apellyasiya instansiyası məhkəməsinin öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi maddi hüquq normaları birinci instansiya məhkəməsinin qeyd etdiyi normalarla eynilik təşkil etmiş və əlavə olaraq MM-in 448.1, 448.4, 465.2-ci maddələrinə istinad etmişdir.
20. Cavabdeh1 kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. MM-in 445.7-ci maddəsi üzrə - İş materiallarına əlavə edilmiş ödəniş qrafikindən bəlli olur ki, cavabdeh tərəfindən kredit müqaviləsinin bitmə anına kimi 3.906,25 manat məbləğində ödəniş həyata keçirilməlidir. Qanunvericiliklə faizdən faizin ödənilməsinə yol verilməməsini nəzərə alsaq (əvvəlki redaksiyada bu bənd qeyd edilmişdir və 2023-cü il tarixində qüvvədə düşmüşdür), eyni zamanda ekspert rəyi ilə və hesabdan çıxarışla təsdiq edildiyi halda ki, cavabdeh artıq faiz borcundan 2.037,32 manat məbləğində ödəniş həyata keçirmişdir bu zaman faiz borcunun hansı əsasla hesablanması bəlli deyildir. Ekspert rəylərində qeyd edilmişdir ki, cavabdehin 2022-ci il 24 avqust tarixinə faiz borcu 4.576,72 manatdır. Ödəniş qrafikində müqavilənin sonuna kimi 3.906,25 manat məbləğində ödənişin həyata keçirilməli olduğunu, eyni zamanda müqavilə müddəti zamanı 2.037,32 manat məbləğində ödəniş həyata keçirildiyini nəzərə alsaq, iddiaçı tərəfindən tələb edilmiş və ekspert rəyi ilə təsdiq edilmiş 4.576,72 manat məbləğində faiz borcu hansı meyarlar əsasında hesablandığı bəlli deyildir. Bu faktiki olaraq faizin üzərinə faizin hesablandığını ehtiva etməkdədir. Məhkəmənin tərəflər arasında imzalanmış 2020-ci il 18 sentyabr tarixli Sazişə istinadən və yeni ödəniş qrafikinə əsasən dəyərləndirmə apardığı qə naətinə gəlmiş olsaq belə, həmin ödəniş qrafikindən bəlli olur ki, uzadılma anından sonra 2022-ci il 18 iyul tarixinə kimi cavabdeh 4.167,74 manat məbləğində faiz borcu ödənişi həyata keçirməlidir. Belə olan təqdirdə məhkəmə tərəflər arasında razılaşdırılmış faiz borcu məbləğindən əlavə 500 manat yaxın əlavə faiz borcunun cavabdehlərdən tutulmasını təmin etmişdir ki, bu hal əsassız şəkildə iddiaçının varlanmasına rəvac vermişdir. Ümumilikdə, qeyd edilən sazişin özü də qüsurludur. Həmin sazişdə digər tərəf zaminlər sazişi imzalamamış, bununla bərabər iddiaçı cavabdehin faiz, gecikdirilmiş faiz, cərimə borclarını toplayaraq əsas borc kimi xarakterizə etmiş, sanki cavabdehə yeni kreditin verilməsi kimi müəyyən etmişdir. Halbuki cavabdehə yalnız bir dəfə 2019-cu il 29 noyabr tarixində kredit m üqaviləsi imzalanan zaman 15.000 manat məbləğində kredit verilmişdir. Bundan sonra isə cavabdeh tərəfindən pandemiya başlanan ana kimi vaxtlı-vaxtında ödəniş həyata keçirmiş, əsas borcdan 1.935,82 manat, faiz borcundan isə 2.037,32 manat məbləğində ödəniş həyata keçirmişdir. Belə olan təqdirdə faiz borcunun hansı formada hesablanması müəyyən olunmamaqla bərabər, həmin məbləğin ödəniş qrafikində əks olunan faiz məbləğindən daha çox olduğu, davamında isə faizdən faiz borcunun hesablandığı bəlli olur. Bu hal isə qanunvericiliklə yolverilməzdir. Apellyasiya instansiyasında bu hallar məhkəmənin diqqətinə çatıdırılsa da, məhkəmə həmin hissələri araşdırmamış, ümumiyyətlə faizlərin hesablanmasının hansı səbəbdən aparıldığını və hansı meyarlar əsasında hesablandığını müəyyən etməmişdir.
22. MM-in 458.1 və 458.2-ci maddələri üzrə - İş materiallarının 28-ci səhifəsindən bəlli olur ki, iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlərə 2022-ci il 30 avqust tarixində xəbərdarlıq məktubu göndərilmişdir. Həmin məktub pretenziya məktubu hesab olunmaqla borclunun məhkəmədən əvvəl xəbərdar edilməsidir ki, həmin xəbərdarlıq məktubu təhlil olunan zaman bəlli olur ki, iddiaçı tərəfindən yalnız 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsinə istinad edilmiş, kreditin müddəti 24 ay, faiz dərəcəsi 25 % olmaqla əks olunmuşdur. Lakin həmin pretenziya məktubunda ümumilikdə qalıq əsas, faiz, cərimə borcunun, habelə gecikdirilmiş müddət üçün illik 5% məbləğində vəsaitin hansı həcmdə olması göstərilməmiş, eyni zamanda cavabdehlə imzalanmış sazişlərə istinad edilməmişdir. İş materiallarına ə lavə edilmiş 2022-ci il 4 noyabr tarixli MŞB/5-03263 saylı mediasiya arayışına diqqət edilən zaman aydın olur ki, iddiaçının tələbi yalnız kredit müqaviləsi üzrə olmuşdur. Yəni, əlavə sazişlər üzrə tələb mövcud deyildir. İş materiallarına əlavə edilmiş iddia ərizəsinin məzmunundan da bəlli olur ki, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl, habelə məhkəmə iclasları zamanı tələbi yalnız kredit müqaviləsi ilə əlaqədar olmuşdur. Bütün bunları ümumiləşdirmə aparan zaman bildirilməlidir ki, iddiaçı pretenziya qaydasına düzgün riayət etməmiş, həmin an kommersiya mübahisələrinin həlli üçün zəruri olan mediasiya mərhələsində əlavə sazişlərə istinad etməmişdir. Bu isə müqavilə üzrə borclu tərəfin kifayət qədər məlumatlandırılmaması və eyni zamanda əvvəlcə mübahisələndirilməyən məbləğin sonradan ondan tələb edilməsi ilə əhatə olunur ki, bu zaman kreditor kimi iddiaçı dəyən zərərin miqdarının artmasına qəsdən kömək göstərmiş, ağlabatan tədbirlər görmədən cavabdehin vəziyyətinin pisləşməsinə rəvac vermişdir. Nəzərə alınmalıdır ki, iddiaçı əlavə sazişləri əsas borclu Cavabdeh1 ilə imzalasa da, sonrakı tarixlərdə imzalanmış 1 və 2 saylı sazişləri zaminlərlə imzalamamış, öhdəliyin həcmini və icra müddətini zaminlərin xəbəri olmadan və razılığını almadan artırmış davamında tərəflərə göndərilmiş pretenziya məktublarında həmin sazişlərə istinad etməmiş, eyni zamanda məhkəməyə təqdim edilmiş iddia ərizəsində göstərməmiş, sonradan cavabdehlərin məhkəmə iclasında iştirak etməməsindən istifadə etməklə, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etməklə və vəsatət verməklə bu hallar ı sonradan dəyişdirmişdir. Məhkəmə qeyd edilən halları nəzər yetirməmiş, ümumiyyətlə zaminlərə aid hissədə onların razılıqlarının olub-olmamasını aydınlaşdırmamış, davamında məsuliyyət ölçülərini məhdudlaşdırmamış, iddiaçının məhkəməyə müraciət edilməzdən əvvəlki dövr üzrə pretenziya vəzifəsinin düzgün icra edilibedilməməsini aydınlaşdırmamışdır. Qeyd edilən hallar isə iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmiş, cavabdehlərin hər-birinin vəziyyəti ağırlaşdırılmışdır.
23. MM-in 445.5-ci maddəsi üzrə - Borclu “Laçın” Ticarət Mərkəzində sahibkar kimi fəaliyyət göstərmişdir. Məlumdur ki, 2020-ci il tarixində fevral ayından başlayaraq ölkə ərazisində koronovirus pandemiyası başlaması səbəbindən 2020-ci ilin mart ayının 2-dən etibarən ölkə ərazisində bütün fəaliyyət istiqa mətləri dayandırıldı. 2020-ci ilin may ayında yumşaldılma tədbirləri olsa da, 2020-ci ilin iyun ayından yenidən bir çox sahə üzrə fəaliyyət dayandırıldı. Bu halların qeyd edilməsinin səbəbi ondan ibarətdir ki, fərdi sahibkar kimi Cavabdeh1 zərgərlik məmulatlarının satışı ilə əlaqədar “Laçın” ticarət mərkəzində fəaliyyət göstərmiş, pandemiya dövründə fəaliyyət sahəsində çoxlu məhdudiyyətlər tətbiq edilmiş, sərt rejimin tətbiqinə kimi faktiki olaraq ödənişləri tam şəkildə həyata keçirmişdir. Lakin pandemiya başladıqdan və bir çox sahələrin fəaliyyəti uzun müddətli davam etdiyindən şəxsin iradəsi xaricində kredit müqaviləsi üzrə öhdəliklərinin icrası mümkünsüz olmuşdur. Bütün bunların kontekstində iddiaçının məhz Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi kimi dəyərləndirmə aparıb həmin kredit müqaviləsi üzrə əsas borc məbləğindən əlavə kredit məbləğinə faiz və cərimə borcu hesablanmasını davam etdirməsi və bunu məhkəmə qaydasında tələb etməsi ağlabatan deyildir. Qanunvericiliyin normasında qeyd edildiyi kimi, Cavabdeh1 hərəkət və hərəkətsizliyinin təqsirli olması o zaman qəbul edilə bilərdi ki, cavabdeh öhdəliyin olduğunu bilir, lakin öz təqsirli hərəkətləri ilə (yəni kredit müqaviləsi üzrə öhdəliyi icra etməkdən yayınır, qəsdən ödəniş həyata keçirməyərək öhdəliyi icrasını saxlayır və s.) bunun qarşısını alır. Əskinə, kredit müqaviləsi imzalandıqdan sonra Cavabdeh1 tərəfindən pandemiya başladığı vaxta kimi öhdəliklər lazımi qaydada icra edilmişdir. MM-in 445.2-ci maddəsinə əsasən cavabdehin pandemiya başladıqdan və böyük ticarət mərkəzlərində fəaliyyət bər pa edilənə kimi öhdəliklərinin icra edilməməsi təqsirli hərəkət kimi xarakterizə edilməməli, təqsirli hərəkət olmadığı üçün isə həmin dövr üzrə faiz və cərimə borcunun hesablanması dayandırılmalı idi. Lakin apellyasiya məhkəməsi bu halı nəzərə almamış, kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsini cavabdehin gecikdirməsi kimi nəzərə almış, baş vermiş pandemiyanın kredit öhdəliklərinin icra edilməsinə maneçilik yaratmamasını əsas gətirmişdir. Halbuki pandemiyanın Cavabdeh1 tərəfindən əvvəlcədən bilinməsi mümkün olmamaqla bərabər, bu hal heç bir halda öhdəliyin gecikdirilməsi kimi xarakterizə oluna bilməz və öhdəliyin gecikdirməsi yoxdursa həmin kredit üzrə faizlər, eyni zamanda dəbbə pulu da ayrıca hesablanmamalı idi.
24. MM-in 446.3-ci maddəsi üzrə - Kredit müqaviləsinin 8-ci bəndi ndə kreditorun öhdəliklərin vaxtından əvvəl icra edilməsi tələbi ilə bağlı müddəalar qeyd edilmiş və kreditorun hansı hallarda öhdəliyin icrasını vaxtından tələb etmək vəzifəsi müəyyən edilmişdir (baxmayaraq ki, hüquq kimi nəzərdə tutulmuşdur). Hazırkı mərhələdə iddiaçıya bəlli idi ki, Cavabdeh1 artıq borcunu icra edə bilmir və 8-ci bəndin tələblərini pozur. Bu baxımdan vaxtından əvvəl öhdəliyin icrasını tələb etmək imkanından istifadə etmədən, tərəfin vəziyyətinin daha da pisləşməsinə şərait yaratmış, buna uyğun olaraq faiz və cərimə borcunun daha çox məbləğdən hesablanmasına nail olmaqla, müddətin bitməsindən sonrakı zaman üçün illik 5% məbləğində əlavə faiz məbləğinin tələb edilməsinə nail olmuşdur. Halbuki iddiaçı öz vəzifəsinin icrasını gecikdirmişdir ki, bu zaman Cavabdeh1 faiz tələb etməməli olduğu halda faizlərin əldə edilməsinə istiqamətlənmiş hərəkətlər həyata keçirmişdir. Baxmayaraq ki, iddiaçıya bəlli olmuşdur ki, Cavabdeh1 2020-ci ilin mart ayından 2022-ci ilin mart ayına kimi, təxminən iki il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmişdir. Öhdəliklərin icrası Cavabdeh1 iradəsi xaricində mümkünsüz olmasına baxmayaraq iddiaçının öz vəzifəsini icra etməyərək pul vəsaitinin vaxtından əvvəl tələb edilməsini həyata keçirməmiş, buna uyğun olaraq pandemiya dövründə cavabdehin hər birini zərərçəkmiş şəxs olmasını nəzərə almadan onlara əlavə olaraq faiz və cərimə borcunun hesablanmasına nail olmuş və əsassız şəkildə varlanmaqla cavabdehləri iqtisadi cəhətdən ağır vəziyyətə salmışdır. Hazırkı mərhələ zamanı apellyasiya instansiyası məhkəməsi pandemiyanın baş verməsi halını qəbul etsə də, bunun öhdəliklərinin icrasına maneçilik yaratmaması əsası ilə faiz və cərimə borcunun hesablanmasını qanuni hesab etsə də, kreditor kimi iddiaçının bu vəziyyətdən sui-istifadə edib-etməməsini, öz vəzifələrinin (vaxtından əvvəl tələb etmə) icra etməməsinin hansı səbəbdən qaynaqlandığını aydınlaşdırmamışdır. Bütün bunlar əslində kreditorun öz hüquqlarından sui-istifadə etməsində, vaxtında öhdəliyin icrasını tələb etmək imkanına malik olsa da, Cavabdeh1 pandemiyadan zərərçəkmiş şəxs olmasını bilə-bilə onun daha da ağır vəziyyətə düşməsinə rəvac verməklə əsassız faiz və cərimə borcuna dair gəlir əldə etməsində özünü büruzə verməkdədir. Lakin istər birinci, istərsə də apellyasiya məhkəməsində bütün bunlar araşdırma predmeti olmamış, nəticədə cavabdehlərin pandemiy adan zərərçəkmiş sahibkar olmalarını nəzərə almadan onların hüquqlarının pozulması halı ortaya çıxmışdır.
25. MM-in 448.4-ci maddəsi üzrə - Borclu kimi Cavabdeh1 öhdəliyi icra etməməsi onun cavabdeh olmadığı haldan irəli gəlmişdir. Yəni borclu kredit müqaviləsi imzalanan zaman ayrılmış kredit vəsaitini öz sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədi ilə istifadə etmək istəmiş, buna uyğun olaraq vəsaitdən istifadə etmiş, öhdəliyinin onun tərəfindən icra edilməsinə mane olan hala kimi tam şəkildə və lazımı qaydada icra etmiş, lakin 2020-ci ilin fevral ayından başlamış koronovirus pandemiyası səbəbindən 2 il müddətinə yəni 2020-ci ilin mart ayından 2022-ci ilin mart ayına kimi olan müddətdə sahibkarlıq fəaliyyətini həyata keçirə bilməmişdir. Həyata keçirilməmə sahibkarın öz sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ticarət mərkəzinin bağlı olması və fəaliyyət göstərməməsi olub. Koronovirus pandemiyasının yaratmış olduğu halların borclu tərəfindən ayrıca sübut edilməsinə ehtiyac olmadığı kimi, iddiaçı tərəfindən Cavabdeh1 hər hansı güzəşt tətbiq edilməmiş, hər hansı formada kreditin məhz cavabdehin məsul olduğu hallardan irəli gəlməsini müəyyən etmədən, davamında əlavə olaraq faiz və cərimə borcunun hesablanmasını davam etdirərək iqtisadi cəhətdən cavabdehi daha da ağır vəziyyətə salmışdır.
26. MPM-in 88-ci maddələri üzrə - Məhkəmələr tərəfindən sübutlar lazımınca tədqiq olunmamış, iş materiallarına əlavə edilməli olan sazişlər iddiaçı tərəfindən təqdim edilməmiş, həmin sazişlər üzrə zaminlər Cavabdeh3 və Cavabdeh2 xəbəri olmadan kredit müqaviləsinə dəyişikliklər hissə sinə hüquqi qiymət verməmiş, həmin şəxslərin xəbəri olmadan iddiaçı tərəfindən həm kredit müqaviləsinin müddətinin uzadılmasını, həm də restrukturizasiya edilməsini nəzərə almadan borc məbləğinin tutulmasını onlara münasibətdə də təmin etmişdir. Eyni zamanda, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş maliyyə arayışı və xəbərdarlıq məktubundan bəlli olur ki, ümumiyyətlə xəbərdarlıq məktubunda qalıq borcla bağlı heç bir məlumat mövcud olmamaqla həmin məktubun pretenziya məktubu olubolmamasını aydınlaşdırmamış, davamında maliyyə arayışında əks etdirilmiş məbləğlərin hesablanın tələb edilməsi zamanı ekspert qarşısında suallar qoyulan zaman iddiaçı tərəfindən pandemiyadan zərərçəkmiş sahibkarlara münasibətdə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş qərarlara riayə t edilib-edilməməsinə hüquqi qiymət verə bilməmişdir.
27. MPM-in 14.1-ci maddələri üzrə - İş materiallarına 2020-ci il 30 aprel tarixli saziş ümumiyyətlə müəyyən olunmur, halbuki iddiaçı iddia tələbinin dəqiqləşdirilməsində qeyd edilən sazişə istinad etmişdir. Bu hal onun üçün əhəmiyyətlidir ki, kredit müqaviləsi ilk dəfə 24 ay müddətinə, yəni 2019-cu il 29 noyabr tarixindən 2021-ci il 29 noyabr tarixinə kimi bağlanmışdır. Sonradan hər hansı sazişlər imzalanmışa belə, həmin sazişlər zaminlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən imzalanmamışdır. Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman pul vəsaitinin tutulmasını onlardan da tutulmasını xahiş etsə də, öhdəliyin həcmi dəyişdirildiyindən və onların heç biri razılığı alınmaması səbəbindən qeyd edilən vəsaitlərin onlardan da tutulması k assator tərəfindən doğru qəbul edilmir. Lakin bu hal nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində araşdırma predmeti olmamışdır. Bu isə faktiki olaraq işin hərtərəfli araşdırılmaması ilə xarakterizə olunmaqdadır. Nəzərə alınmalıdır ki, 2019-cu il 29 noyabr tarixində imzalanmış 22-MZ2-1-0-563-19 (Z) nömrəli zaminlik müqavilələrinin 5.1.1-ci bəndində qeyd edilmişdir ki, zaminlərin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və ya dəyişdirilmə onun məsuliyyətinin artmasına və onun üçün əlverişsiz digər nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələn dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
445. Borclunun icranı gecikd irməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yet irsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir)....” “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məh kəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37-ci fəsil yeni redaksiyada verilmişdir.) 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcala na) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....”
32. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ... 4.3. Əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər....” “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə icl asında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən qismən əsaslı hesab edilir.
34. İddiaçının pretenziya qaydasına düzgün riayət etməməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, MPM-in 4.3-cü maddəsinin (bax § 32) tələblərinə görə, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Hazırkı mübahisə ilə bağlı isə qanunda, habelə tərəflərin bağladıqları 2019-cu il 29 noyabr tarixli müqavilədə belə bir imperativ pretenziya qaydas ı müəyyən edilməmişdir. Əksinə, sözügedən müqavilənin 9.4-cü bəndində nəzərdə tutulmuşdur ki, bu Müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış münasibətlər aidiyyəti məhkəmələr tərəfindən həll olunur və Kreditorun məhkəməyə müraciət etməzdən əvvəl Borcalana bildiriş və ya pretenziya təqdim etmək öhdəliyi yoxdur. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası bununla bağlı hər hansı hüquq pozuntusuna yol verməmişdir.
35. Digər cavabdehlər olan zaminlərin hüquqlarının pozulmasına dair dəlillərlə bağlı qeyd olunur ki, iş materiallarına əsasən, həmin cavabdehlər məhkəmə icraatından xəbərdar olduqları halda, iş üzrə qəbul olunmuş məhkəmə qətnamələrinin heç birini mübahisələndirməmiş və faktiki olaraq onlarla razılaşmışlar. Digər tərəfdən, məhkəmə kollegi yasının qənaətinə görə, zamin cavabdehlərə qarşı iddia tələbləri təmin olunduğu və bununla da əsas cavabdeh olan borcalanın məsuliyyəti yüngülləşdiyi halda, borcalanın bundan narazı qalması ümumiyyətlə anlaşılan deyildir. O da qeyd olunmalıdır ki, əsas cavabdeh olan borcalanın, zamin cavabdehlərin hüquqlarının pozulmasını iddia etməsi iş üzrə qəbul olunmuş məhkəmə qətnamələrini mübahisələndirməyən zamin cavabdehlərə münasibətdə dispozitivlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası sözügedən dəlillər üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasını qeyri-mümkün hesab edir.
36. Məlum koronovirus pandemiyası ilə əlaqədar müvafiq dövr üzrə cavabdehə əsassız faiz və cərimə borclarının hesablanmasına, bununla bağlı iddiaçının öz hüquqlarından suiistifadə etməs inə dair dəlillərlə əlaqədar qeyd olunur ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, mübahisəli 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsi üzrə ilk dəfə 2020-ci il 30 aprel tarixli əlavə saziş imzalanaraq kreditin müddəti 2022-ci il 31 yanvar tarixinədək uzadılmış, ikinci dəfə isə 2020-ci il 18 sentyabr tarixli əlavə saziş imzalanaraq kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 14.691,33 manat müəyyən edilmiş, kreditin müddəti isə 2022-ci il 18 iyul tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə edilmiş əlavə və dəyişikliklər zaminlik müqavilələrinə də edilmişdir. Əlavə sazişlərin imzalandığı dövr bilavasitə pandemiya dövrünə təsadüf etdiyindən məhkəmə kollegiyası hesab edir ki, fors-major hallarına görə borclunun məsuliyyətini istisna edən MM-in 448.4-cü maddəsi nin (bax § 31) hazırkı mübahisəyə tətbiqi üçün hüquqi əsaslar mövcud olmamış, apellyasiya instansiyası məhkəməsi də bununla bağlı hər hansı hüquq pozuntusuna yol verməmişdir (qeyd edilməlidir ki, sözügedən əlavə sazişlər istər iş materiallarının 162-163-cü səhifələrində, istərsə də “Elektron Məhkəmə” informasiya sistemində birinci instansiyada icraatın “digər sənədlər” bölməsində 17 sıra sayı ilə təqdim edilmiş sənədlərdə mövcuddur. Bu səbəbdən məhkəmə kollegiyası sözügedən sazişlərin məhkəməyə təqdim edilməməsinə dair dəlillərlə də razılaşmır).
37. Bununla yanaşı, məhkəmə kollegiyası kassatorun müvafiq dəlillərini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin faiz borcuna dair gəldiyi nəticə ilə aşağıdakı səbəblərdən razılaşmır.
38. Borclunun ödəməli olduğu yekun faiz ödənişi iş mat eriallarında olan 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikində 2021-ci il 19 noyabr tarixinə (bu müqavilə üzrə kredit müddətinin bitmə tarixinə) 3.906,25 manat (i/v 19 – sözügedən ekspert tədqiqatı həmin müqavilənin şərtləri əsas götürülməklə aparılmışdır), həmin kredit müqaviləsinə 2020-ci il 18 sentyabr tarixli əlavə sazişə əlavə edilmiş ödəniş qrafikində isə 2022-ci il 18 iyul tarixinə (bu əlavə saziş üzrə kredit müddətinin bitmə tarixinə) 4.167,74 manat (i/v 163) müəyyən edilmişdir.
39. Belə olan halda, məhkəmənin qalıq faiz borcunu daha artıq həcmdə müəyyən etməsi (4.572,72 manat) anlaşılan deyildir.
40. Üstəlik, iş üzrə nəticəyə gələrkən məhkəmənin istinad etdiyi ekspert rəyindən məlum olur ki, cavabdehin banka ödədiyi pul vəsaitindən 2.037 manat o nun faiz borcundan silinmişdir.
41. Belə olan halda, cavabdehin faktiki ödədiyi faiz borcunu (2.037 manat) da yuxarıda göstərilən məbləğlərdən çıxdıqda, kredit müddətinin sonuna qalıq faiz borcunun daha aşağı məbləğdə, yəni 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafiki üzrə 1.869,25 manat (3.906,25 – 2.037), kredit müqaviləsinə 2020-ci il 18 sentyabr tarixli əlavə sazişinə əlavə edilmiş ödəniş qrafiki üzrə isə 2.130,74 manat (4.167,74 – 2.037) olduğu iş materiallarından görünür.
42. Buna baxmayaraq birinci instansiya məhkəməsi sözügedən ekspert rəyinə istinadən faiz borcunun 4.576,72 manat olduğu qənaətinə gəlmiş, aşağı məhkəmənin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi isə sözügedən xüsusatları nəzərə almamış, o cümlədən faiz borcunun han sı qaydada hesablandığına aydınlıq gətirməmiş, məhkəmənin müəyyən etdiyi faiz borcunun kredit müddətinin sonuna ödənilməli olan faiz borcundan (o cümlədən faktiki ödənilmiş borc da nəzərə alınmaqla) daha artıq olmasına (iş materiallarına əsasən) hüquqi qiymət verməmişdir.
43. Belə olan vəziyyətdə isə sözügedən hissədə iş üzrə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür.
44. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən faiz borcu hissəsində MPM-in 88-ci maddəsinin (bax § 32) tələblərini pozmuş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax § 32) zidd olaraq əsassız qətnamə qəbul etmişdir.
45. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkə məsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(103)-498/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən – faiz borcu hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
46. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən müvafiq hissədə sübutları qanunun tələblərinə uyğun şəkildə qiymətləndirərək iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
47. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 22(103)-498/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən – faiz borcu hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.