Məhkəmə qərarları › İş №2-2(102)-506/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-506/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-506/2023 06.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı1 Cavabdeh1 qarşı, həmçinin müstəqil tələb irəli sürən üçün şəxs “X4 X3 Sanaye və Ticaret LTD” şirkətinin Cavabdeh1 qarşı iş üzrə QƏRAR 2-2(102)-506/2023 Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Vəliyeva Elşanə Rafiq qızının sədrliyi və məruzəsi, hakimlər X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 (bundan sonra – “iddiaçı”) Cavabdeh1 (bundan sonra – “cavabdeh”) qarşı "2017-ci il 1 mart tarixli müqavilənin ləğv edilməsi, öhdəliklərə xitam verilməsi, əmlakların qaytarılması və ziyanın ödənilməsi tələ binə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs “X4 X3 sanaye və Ticaret LTD” şirkətinin (bundan sonra – “üçüncü şəxs”) cavabdehə qarşı əmlakların qaytarılması və ya onların dəyərinin, amortizasiya xərclərinin və əldən çıxmış faydanın ödənilməsi" tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 iyun tarixli 2-2(104)-14/2022 nömrəli qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi, tərəflərin öhdəliklərinə x itam verilməsi və iddiaçının əmlakının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddia tələbinin həcmini artıraraq əvvəlki tələblərlə yanaşı 497.068,58 manat dəyərində zərərin cavabdehdən tutulub verilməsini xahiş etmişdir.

2. Üçüncü şəxs cavabdehə qarşı 1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-3**, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı,1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd Frezer Dəzgahı "Net MAK 2**0” Markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit t estere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinasını, həmin avadanlıqların üç illik amortizasiya xərclərinin 463.595 manatının, avadanlıqlar olmadıqda onların 785.222 manat əvəzinin, üç il ərzində əldən çıxmış fayda qismində 1.810.505 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq verilməsi tələbini irəli sürərək işə qarışmışdır.

3. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 3 iyun tarixli e-2-2(115)-99/2021 saylı qətnaməsi ilə iddiaçının iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 2017-ci il 1 mart tarixli Birgə ortaqlıq fəaliyyəti haqqında müqaviləsi ləğv edilmiş, tərəflərin öhdəliklərinə xitam verilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Üçüncü şəxsin iddiası qismən təmin edilmiş, 1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-3**, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı,1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd Frezer dəzgahı "net MAK 2**0” Markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinası və həmin avadanlıqlar olmadıqda onların dəyəri olaraq 785.222 manat və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq üçüncü şəxsə verilməsi, iddia tələbinin qala n hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Vəliyev).

4. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən – özünün iddia tələbinin təmin edilmədiyi hissəsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Üçüncü şəxs apellyasiya şikayəti verərək qətnamənin qismən – özünün iddia tələbinin təmin edilmədiyi hissəsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 fevral tarixli 2-2(104)-14/202 2 saylı qətnaməsi ilə iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin qismən təmin edilməsi, qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddiaçının iddiasının qismən təmin edilməsi, cavabdehdən əldən çıxmış fayda qismində 497.068,58 manat zərər məbləğinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 497.098,58 manat alınaraq iddiaçıya verilməsi, iddiaçının iddiasının qalan hissədə təmin edilməməsi, həmçinin üçüncü şəxsin iddiasının və apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən hakim – A.Hüseynzadə, hakimlər - İ.Həsənov və L.Süleymanov).

8. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin təmin olunması hissəsinə münasibətdə ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməmə si barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 oktyabr tarixli, 2-2(102)-511/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 fevral tarixli 2-2(104)-14/2022 saylı qətnaməsi iddiaçının iddiasına münasibətdə ləğv edilərək, iş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır (sədrlik edən – B.Məmmədli, hakimlər – B.Qəribov və İ.Dadaşov). ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 15 fevral tarixli 2-2(104)-37/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflər arasında bağlanmış 2017-ci il 1 mart tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi və tərəflərin öhdəliklərinə xitam verilməsi və iddianın qalan hissədə təmin olunmaması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamışdır (sədrlik edən hakim – F.Mehtiyev, hakimlər – R.Muradov və A.İsgəndərova).

11. İddiaçı 2023-cü il 12 aprel tarixdə qətnamədən kassasiya şikayəti vermiş və kassasiya şikayəti işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

12. Üçüncü şəxs 2023-cü il 18 may tarixdə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası nın 2022-ci il 1 fevral tarixli 2-2(104)-14/2022 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə və kassasiya şikayətini elektron kabinet vasitəsilə Ali Məhkəməyə göndərmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 19 may tarixli, 2-2(102)-339/2023 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilərək, iş kassasiya baxışından çıxarılmış, üçün şəxs tərəfindən verilən buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılması və kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (sədrlik edən – Ç.Əsgərov, hakimlər – K.Abiyeva və A.Hüseynov). e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

14. Prosessual müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il 1 fevral tarixli, 2-2(104)-14/2022 saylı qətnaməsi hazırkı vaxta kimi üçüncü şəxsin Türkiyə Respublikasında olan hüquqi ünvanına göndərilməmiş, üçüncü şəxsə həmin qətnamə şəxsən verilməmiş, üçüncü şəxs həmin qətnaməni hazırkı vaxta kimi almamışdır. Odur ki, kassasiya şikayətin verilməsi müddətinin ötürülməsi üzrlü hesab edilməlidir. Məhkəmə qətnaməsi üçüncü şəxsə poçt vasitəsilə təqdim edilmədiyi üçün qətnamədən şikayət verilmə müddəti üçüncü şəxs tərəfindən üzrlü olaraq ötürülmüşdür.

15. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 25 iyun tarixli 2-2(104)-14/2022 nömrəli qərardadı ilə üçüncü şəxsin vəsatəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il 1 fevral tarixli, 2-2(104)-14/2022 saylı qətnaməsindən üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilərək kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən hakim – A.Hüseynzadə, hakimlər – L.Süleymanov və İ.Həsənov).

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il 1 fevral tarixli 2-2(104)-14/2022 saylı qətnaməsi üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 göndərilmiş və onun tərəfindən 2022-ci il 18 mart tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iş üzrə iddiaçı üç üncü şəxsin təsisçisi olmaqla, həmin qətnamə iddiaçı qismində onun tərəfindən də 2022-ci il 16 mart tarixdə alınmışdır. Belə olduğu halda üçüncü şəxsin qətnaməni rəsmi qaydada almaması və qətnamədən məlumatlarının olmaması ilə bağlı iddiaları əsassız olmuşdur.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, üçüncü şəxs ərizəsində qəbul edilmiş qətnamədən xəbəri olmadığını və qətnamənin ona verilmədiyini əsas gətirərək buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki, məhkəmə qətnaməsinin alınmaması tərəfi prosessual müddətin bərpasına dair ərizə vermək vəzifəsindən azad edir. Belə ki, Mülki Prosessual Məcəllənin 405-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada ver ildiyi gündən 2 ay müddətində verilir. Nəzərə alınmalıdır ki, qətnamənin alınmaması əsası qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsinin əsasını təşkil edə bilməz. Belə ki, prosessual müddətin bərpasına dair ərizələrə baxılarkən tərəfin məhkəmə aktını almasını etiraf etməsi və qanunla müəyyən edilmiş müddətdə məhkəmə aktından şikayət verə bilməməsinin üzrlü səbəblərini göstərməsi əsas şərtdir. Buna görə də müstəqil tələb sürən üçüncü şəxsin vəsatəti təmin edilməməli və kassasiya şikayəti geri qaytarılmalıdır.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 130.1, 133, 405, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Q ərardad 2023-cü il 25 iyun tarixli məktubla tərəflərə göndərilmiş, 2023-cü il 6 iyul tarixdə üçüncü şəxsin nümayəndəsi və vəkili Ramin Sadxızadəyə təqdim edilmişdir.

20. Üçüncü şəxs 2023-cü il 15 iyul tarixdə həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadın ləğv edilərək, işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. MPM-in 134.1, 135.1 və 135.4-cü maddələrinin tələbləri pozulmuşdur. Gəncə Apellyasiya Məhkəməsi MPM-in 134.1-ci maddəsinin tələblərini tətbiq etməli olduğu halda, həmin normanı tətbiq etməmişdir. Belə ki, həmin normanın məzmununa görə Gəncə Apellyasiya Məhkəməsi işdə iştirak edən üçüncü şəxsə məhkəmə qətnaməsini rəsmi qaydada verməlidir. İş materiallarından d a görünür ki, 2022-ci il 1 fevral tarixli 2-2(104)14/2022 nömrəli qətnamənin Türkiyə Respublikasında yerləşən üçüncü şəxs tərəfindən alınmasını təsdiq edən heç bir sübut yoxdur.

22. MPM-in 135.1-ci maddəsinin birinci cümləsində istinad edilən 135.6 və 135.8-ci maddələrin tələblərinə məhkəmə tərəfindən riayət oluna bilməzdi, çünki 2022-ci ildə Gəncə Apellyasiya Məhkəməsində elektron məhkəmə kabinetinin tətbiqi mümkün deyildi, məhz ona görə də Gəncə Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilən qətnamə və qərardadlar əl ilə imzalanmışdır. Buna görə də, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə üçüncü şəxsə çatdırılmalı idi, ya da qətnamənin çatdırılmasını işdə iştirak edən şəxsin razıl ığı ilə həmin şəxsə həvalə etməli idi, həmin şəxs də qətnamənin həqiqətən də üçüncü şəxsə çatdırılmasını sübut edən qəbzi məhkəməyə verməli idi.

23. Məhkəmə qəbul etdiyi qərardadda qeyd etmişdir ki, 2022-ci il 1 fevral tarixli qətnamə üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil2 verilmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, Vəkil2 verilən qətnamə məhz onun özü üçün verilən qətnamə olmuşdur, əgər həmin qətnamə üçüncü şəxsə çatdırılması üçün vəkilə verilsəydi, onda müşayiət edici məktubda bu barədə qeyd olmalı idi. Əgər vəkil tərəfindən 2022-ci il tarixli qətnamə üçüncü şəxsə çatdırılsaydı, onda bu barədə qəbz iş materiallarında olardı. Gəncə Apellyasiya Məhkəməsi MPM-in 135.4-cü maddəsinin tələblərini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Üçüncü şəxs tərəfindən apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.” “Maddə

134. Rəsmi qaydada verilən sənədlər 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verm əlidir:... 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını;...” Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.... 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldı qları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.... “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır....” İV.ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

26. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında və lazımi qaydada tərtib edilmiş şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

27. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

28. Kassasiya şikayətinin dəl illəri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, xarici hüquqi şəxsi məhkəmədə xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamə üzrə nümayəndəsi, Vəkil2 təmsil etmiş, onun adından iddia, apellyasiya şikayəti vermiş, məhkəmə sənədlərini qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsinin 2022-ci il 1 fevral tarixli 2-2(104)14/2022 saylı qətnaməsi də üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 göndərilmiş və onun tərəfindən 2022-ci il 18 mart tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir.

29. Azərbaycan Respublikası MPM-nin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Buna görə də, həmin nümayəndə ona həvalə edilmiş səlahiyyətlər həddində o nlara göndərilən məhkəmə aktını təmsil etdikləri tərəfə çatdırmaq öhdəliyi daşımışdır və həmin məhkəmə aktının 3-cü şəxsin səlahiyyətli nümayəndəsinə təqdim edilməsi məhkəmə aktının 3-cü şəxsə rəsmi təqdim edilməsi hesab edilir. Kassatorun MPM-nin 135.1 və 135.4-cü maddələrinə istinad etməsi isə əsassızdır. Belə ki, bu maddələrdə məhkəmə sənədinin çatdırılması həvalə edilən şəxs dedikdə məhkəmə sənədlərinin ünvanlandığı şəxsə çatdırılması tapşırılan işdə iştirak edən digər tərəf nəzərdə tutulur.

30. Məhkəmə kollegiyası vurğulayır ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Çünki qanunla müəyyən edilmiş prosessual müddətlər işdə iştirak edən şəxslərin hüququ və azadlıqlarına tə sir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi 3-cü şəxsin müddət bərpa ərizəsində göstərdiyi əsasları qiymətləndirmiş, müddətin bərpa edilməsinə əsas olmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

32. Buna görə dəkassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürən üçüncü şəxs “X4 X3 sanaye və Ticaret LTD” şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 iyun tarixli 2 -2(104)-14/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar