Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-506/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" QSC KB-nin cavabdeh "xxxx" MMC-yə qarşı və müstəqil tələblər irəli sürən üçüncü şəxslər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ləğv prosesində olan "xxxx" QSC KB-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin bağlanmış hesab edilməsi, oferta, aksept, ipotekaya xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" QSC KB-nin cavabdeh "xxxx" MMC-yə qarşı (Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “protokolun imzalanmış hesab edilməsi” tələbinə dair və müstəqil tələblər irəli sürən üçüncü şəxslər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ləğv prosesində olan "xxxx" QSC KB-yə qarşı “ipoteka müqavilələrinə xitam verilməsi” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 7 may tarixli 22(103)-75/2024 nömrəli qətnaməsindən ləğv prosesində olan "xxxx" QSC KB tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2011-ci il 3 oktyabr tarixli 2(009)2295/2011 nömrəli qətnaməsi ilə "xxxx" ASC KB-nin Cavabdeh3, X2 və Cavabdeh2 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, kreditin, kredit faizinin və cərimənin ödənilməsi” tələbinə dair iddia təmin edilmiş: - 2007-ci il 28 sentyabr tarixli 377B/7 nömrəli kredit müqaviləsi üzrə yaranmış kreditə görə 121.703,83 ABŞ dolları pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul; həmçinin 2008-ci il 17 aprel tarixli 146B/8 nömrəli kredit müqaviləsi üzrə yaranmış kreditə görə 198.814,26 manat pul; 2008-ci il 2 aprel tarixli 126B/8 nömrəli kredit müqaviləsi üzrə yaranmış kreditə görə 66.749,94 manat pul; 2008-ci il 19 may tarixli 136p/8 nömrəli kredit müqaviləsi üzrə yaranmış kreditə görə 45.145,76 manat pulun X1 "xxxx" KB ASC-nin xeyrinə tutulması; - 2008-ci il 2 iyul tarixli 266VH8 nömrəli kredit müqaviləsi üzrə yaranmış kreditə g örə 2.897,50 ABŞ dolları, faiz borcuna görə 89,42 ABŞ dolları, cərimə borcuna görə 1.022,55 ABŞ dolları, cəmi isə 3.979,55 ABŞ dolları pulun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), həmçinin 2008-ci il 2 iyul tarixli 7VH8 nömrəli kredit müqaviləsi üzrə yaranmış kreditə görə 6.985,69 ABŞ dolları pul, faiz borcuna görə 221,98 ABŞ dolları və cərimə borcuna görə 2.492,23 ABŞ dolları, cəmi 9.699,90 ABŞ dolları pulun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) Cavabdeh3 "xxxx" KB ASC-nin xeyrinə tutulması; məhkəmədə iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat pulun Cavabdeh3, X2 və Cavabdeh2 müş tərək qaydada tutularaq "xxxx" KB ASCyə ödənilməsi; - 2007-ci il 28 sentyabr tarixli 377B/7 nömrəli kredit müqaviləsi üzrə yaranmış tələbin 121.703,83 ABŞ dolları məbləğində Bakı şəhəri, Bülbül prospektində yerləşən, 63 saylı evin 47, 48 və 49 nömrəli mənzillərinə, Bakı şəhəri, R.Behbudov küçəsində yerləşən 59 saylı evin 53 və 54 nömrəli mənzillərinə, Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 44-45 nömrəli mənzillərinə, 2008-ci il 17 aprel tarixli 146N/8 nömrəli kredit müqaviləsi üzrə yaranmış (198.814,26 manat) tələbin Bakı şəhəri, Bülbül prospektində yerləşən 63 saylı evin 47, 48 və 49 nömrəli mənzillərinə və Bakı şəhəri, R.Behbudov küçəsində yerləşən 59 saylı evin 53 və 54 nömrəli mənzillərinə, 2008-ci il 2 aprel tarixli 126B/8 nömrəli kredit müqaviləsi üzrə yaranmış (66.749, 94 manat) tələbin Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 44-45 nömrəli mənzillərinə, 2008-ci il 19 may tarixli 136p/8 nömrəli kredit müqaviləsi üzrə yaranmış (45.145,76 manat) tələbin Bakı şəhəri, Nizami küçəsində yerləşən, 86 saylı evin 45 nömrəli mənzilinin 1 otağına (14 kv.m) və Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 46 nömrəli mənzilinə, Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 44-45 nömrəli mənzillərə (bundan sonra birlikdə “ipoteka predmetləri”) yönəldilməsi; - ipoteka predmeti olan əmlakların açıq hərracda açıq hərracda satılması və onların satışından əldə olunmuş pulun (hər bir kredit müqaviləsinə uyğun müvafiq ipoteka predmetləri aid olunmaqla) yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində "xxxx" KB ASC-yə ödənilməsi, satışd an əldə olunmuş pulun qalan (tələbdən artıq) hissəsi müvafiq olaraq ipoteka predmeti olan əmlakların mülkiyyətçilərinə ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra X2, Cavabdeh3 və Cavabdeh2 ən geci 1 ay ərzində həmin yaşayış sahələrindən qəbul olunması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və 2013-cü il 4 fevral tarixində icraya yönəldilmişdir.
2. Kreditor "xxxx" KB ASC və yeni kreditor "xxxx" QSC KB arasında bağlanmış 2012ci il 29 noyabr tarixli tələbin güzəşti haqqında müqavilə ilə "xxxx" ASC KB borcalan X2 ilə bağladığı 2007-ci il 28 sentyabr tarixli 377B/7 nömrəli, 2008-ci il 2 aprel tarixli 126B/8 nömrəli, 2008-ci il 17 aprel tarixli 146B/8 nömrəli və 2008-ci il 19 may tarixli 136p/8 nömrəli kredit müqavilələrinə, borcalan Cavabdeh3 ilə bağladığı 2008-ci il 2 iyul tarixli 266VH8 nömrəli və 2008-ci il 2 iyul tarixli 267VH8 nömrəli kredit müqavilələrinə, həmçinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2011-ci il 3 oktyabr tarixli 2(009)-2295/2011 nömrəli qətnaməsinə əsasən borcalanlar X2 və Cavabdeh3 qarşı irəli sürə biləcəyi bütün tələblərini qətnamədə göstərilən 310.709,96 manat və 135.383,28 ABŞ dolları borcun ona ödənilməsi müqabilində yeni kreditora güzəşt edir, yeni kreditor isə həmin borcu bu müqavilə ilə müəyyən edilmiş müddətdə kreditora ödəməyi öhdəsinə götürür. Kreditorun kredit müqavilələri və qətnamə üzrə tələb hüququ, həmçinin kredit müqavilələrindən irəli gələn öhdəliyin təminatı olan ipoteka predmetlərinə dair ipoteka hüququ tam həcmdə və istisnasız olaraq yeni kreditora keçir.
3. Bakı şəhəri Səbail rayo n İcra Şöbəsinin icra məmuru Hüseyn Hüseynli tərəfindən qəbul olunmuş 2015-ci il 9 iyun tarixli qərara əsasən icra sənədi üzrə tələbkar "xxxx" ASCnin "xxxx" QSC ilə əvəz edilmişdir.
4. Bakı şəhəri, Bülbül prospekti, 63 saylı evin 47, 48 və 49 nömrəli mənzillərin ilkin satış qiyməti 215.000 manat; Bakı şəhəri, R.Behbudov küçəsi, 59 saylı evin 53 və 54 nömrəli mənzillərin ilkin satış qiyməti 900.000 manat; Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 44-45 nömrəli mənzillərin ilkin satış qiyməti 240.000 manat; Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 46 nömrəli mənzilin ilkin satış qiyməti 92.000 manat; Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 45 nömrəli mənzilin 1 otağının ilkin satış qiyməti 55.000 manat müəyyən edilməklə, birinci hərracın keçirilməsi 2018-ci il 5 dekabr tarixinə təyin olun muşdur.
5. Həmin hərrac baş tutmadığı üçün ikinci hərracın keçirilməsi 2019-cu il 9 yanvar tarixinə təyin edilmiş, qeyd edilən tarixə təyin olunmuş hərrac da baş tutmamış və "xxxx" MMC tərəfindən "xxxx" QSC KB-ya 2019-cu il 11 yanvar tarixli 028 nömrəli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə bildiriş ünvanlanaraq ipoteka predmətlərini alması təklif edilmişdir. 6. "xxxx" MMC ilə "xxxx" QSC KB arasında ipoteka predmetlərinin əldə olunması ilə bağlı protokol imzalanmamışdır. 7. 2022-ci il 4 aprel tarixində Bakı şəhər Səbail rayon icra şöbəsinin sifarişi əsasında yenidən ipoteka predmetləri olan daşınmaz əmlaklar hərraca çıxarılmış və "xxxx" MMC tərəfindən hərracın keçirilməsi 2022-ci il 23 may tarixində saat 11:00-a təyin edilmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkə məsinin 2022-ci il 20 may tarixli 8(009)-201/2022 nömrəli qərardadından görünür ki, borclular Cavabdeh3, P.Cəlilov və Cavabdeh2 məxsus daşınmaz əmlaklara dair təkrar hərracın keçirilməsi ilə bağlı Bakı şəhər Səbail rayon İcra Şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi; əmlakların hərracdan geri çağırılması barədə borcluların şikayəti təmin olunmuş, borclular Cavabdeh3, P.Cəlilov və Cavabdeh2 məxsus ipoteka predmetlərinə dair təkrar hərracın keçirilməsi ilə bağlı Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilməsi və daşınmaz əmlakların hərracdan geri çağırılmasını qərara almışdır. 9. "xxxx" MMC tərəfindən Səbail Rayon İcra Şöbəsinə göndərilmiş 2022-ci il 7 iyun tarixli 152/22 nömrəli məktubdan isə Səbail rayon İcra Şöbəsinin 77979 /2016-xx-xx/1390, 2022-ci il 2 iyun tarixli məktubuna əsasən işin icra şöbəsinə geri qaytarıldığı görünür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
10. Ləğv prosesində olan QSC "xxxx" KB (bundan sonra – “iddiaçı”) 2023-cü il 11 may tarixində "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ipoteka predmetlərinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanmış hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 2019-cu il 11 yanvar tarixli 028 saylı məktubuna cavab olaraq iddiaçının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehə 2019-cu il 11 yanvar tarixli 028 saylı məktub ünvanlamışdır. Həmi n məktubda bildirilmişdir ki, iddiaçının xeyrinə yüklü edilmiş ipoteka predmetlərinin əldə edilməsi təklifi qəbul olunur və həmin mənzillərlə əlaqədar bağlanacaq alqı-satqı müqaviləsini, eləcə də hərrac təşkilatına ödənilməli olan xidmət haqqının ödənilməsi üçün müvafiq hesab-fakturanın təqdim olunması xahiş edilir. Lakin sonradan daşınmaz əmlaklar üzrə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin iddiaçının adına rəsmiləşdirilməsi yönündə cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən dəfələrlə cavabdehə şifahi qaydada müraciət edilərək, hərracın yekunlarına dair protokolun imzalanması üçün təqdim olunması xahiş edilməsinə baxmayaraq, hərracın yekunlarına dair proto kol imzalanması üçün ipoteka saxlayan olaraq iddiaçıya təqdim olunmamışdır. Göründüyü kimi, qanunvericiliyin müddəaları pozularaq cavabdeh tərəfindən protokol təqdim olunmamış və iddiaçının iradəsinə zidd olaraq ipoteka predmeti tərəflərindən əldə etmək mümkün olmamışdır. Bununla da hərrac təşkilatı tərəfindən ipoteka saxlayan kimi iddiaçının qanunvericiliklə müəyyən olunmuş hüquqları pozularaq, ipoteka predmetinin əldə edilməsi hüququ məhdudlaşdırılmışdır.
12. Müstəqil tələblər irəli sürən üçüncü şəxslər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra – birlikdə “üçüncü şəxslər”, ayrı-ayrılıqda müvafiq olaraq – “P.Cəlilov”, “Cavabdeh2”, “Cavabdeh3”, “Cavabdeh4”) iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - Cavabdeh3 və Cavabdeh4 məxsus Bakı şəhəri, R.Behbudov küçəsi 59 saylı evin 53 və 54 nömrəli mənzillərə dair bağlanmış 2005-ci il 15 dekabr tarixli 221bi/3-130b/5 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi; - Cavabdeh3 və Cavabdeh4 məxsus Bakı şəhəri, Bülbül prospekti, 63 saylı evin 47/48/49 nömrəli mənzillərə dair bağlanmış 2003-cü il 5 dekabr tarixli 221bi/3 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka qeydinin ləğv olunması; - P.Cəlilova məxsus Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 46 nömrəli mənzilə dair bağlanmış 2008-ci il 19 may tarixli 136p1/8-1 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə ipoteka hissəsində xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi; - P.Cəlilova məxsus Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin, 45 nömrəli mənzilinin 1 otağına dair bağlanmış 2008-ci il 19 may tarixli 13 6p1/8-2 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə ipoteka hissəsində xitam verilməsi və ipoteka qeydinin ləğv olunması; - Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin, 44/45 nömrəli mənzillərə dair bağlanmış 2003-cü il 18 dekabr tarixli 221bi2/3 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
13. Müstəqil tələblər irəli sürən üçüncü şəxslərin tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı hərraca çıxarılmış əmlakları əldə etməkdə maraqlı olmamışdır. Hərracın keçirilməsindən 3 il 3 ay müddət keçdikdən sonra Bakı şəhəri Səbail rayon icra şöbəsi 2022-ci il 8 aprel tarixli sifarişlə yenidən həmin əmlakların təkrar hərraca çıxarılması ilə bağlı cavabdehə müraciət etmişdir. Bakı Şəhəri Səbail Rayon Məh kəməsinin 2022-ci il 20 may tarixli 8(009)-201/2022 nömrəli qərardadı ilə ipoteka predmetlərinə dair təkrar hərracın keçirilməsi ilə bağlı Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilmiş və daşınmaz əmlaklar hərracdan geri çağırılmışdır. Göründüyü kimi, iddiaçı hərraca çıxarılmış əmlakları "İpoteka haqqında" Qanunun 43.8-ci maddəsində müəyyən olunan 30 təqvim günü ərzində, yəni 2019-cu il 11 fevral tarixinədək əldə etməmişdir. Hərracın baş tutmamış elan olunmasından 4 ildən artıq vaxt keçmiş və nəticə etibarilə müəyyən olunmuş müddətdə tələbkar ipoteka predmetini qəbul etməkdən imtina etdiyi üçün ipoteka müqavilələrinə xitam verilməli və ipoteka qeydlərinin ləğv edilməli olduğu qeyd edilmişdir.
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirm işdir ki, ikinci hərrac baş tutmamış elan olunduqdan sonra ipoteka predmetlərinin əldə edilməsi ilə bağlı cavabdeh onlara təklif ünvanlamış, həmin təklif qanunla müəyyən olunmuş 30 günlük müddət ötürülmədən cavablandırılsa da, onlarla hərrac protokolu imzalanmamışdır. Bu barədə cavab məktubu cavabdehə birbaşa təqdim edilmiş, cavabdehin ştampı ilə təsdiq olunmuşdur. Lakin nümayəndə hazırda məktubun əslini təqdim edə bilmədiklərini qeyd etmişdir.
15. Məhkəmə iclasında üçüncü şəxslərin nümayəndəsi bildirmişdir ki, ikinci hərrac baş tutmamış elan olunduqdan sonra ipoteka predmetlərinin əldə edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı tədbir görülməmişdir. Bundan əlavə, nümayəndə iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın 3 illik iddia müddətinin ötürülməklə verilməsi səbəbində n rədd olunmasını xahiş etmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 sentyabr tarixli e-2-2(113)2848/2023 nömrəli qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş, cavabdeh tərəfindən ipoteka predmetlərinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanmış hesab olunması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxslərin “ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair iddia ərizələri təmin olunmamış, iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxslərin özlərinə aid olunması qət edilmişdir (hakim – Ü.Həsənova).
17. Məhkəmə işin hallarına (bax yuxarıda §§ 1-6) istinad etmiş, həmçinin bildirmişdir ki, iddiaçı tər əfindən cavabdehə 2019-cu il 18 yanvar tarixli **********323 nömrəli məktub ünvanlanaraq, ipoteka predmetlərinin iddiaçı tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqavilələrinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetlərinin iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş olunmuşdur. Həmin məktub cavabdeh tərəfindən 2029-cu il 23 yanvar tarixində qəbul edilmişdir. Bu səbəbdən, məhkəmə təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanın müvafiq müraciəti olduğu halda, hərrac təşkilatı olan cavabdeh protokolu imzalamaqdan yayındığından, iddiaçı ipoteka predmetlərinin hərracdan əldə edilməsinə dair hazırkı iddianı qaldırmaqda haqlı olması qənaətinə gəlmişdir.
18. Məhkəmə üçüncü şəxslər tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə razılaşmamış və üçüncü şəxslərin iddiaçının 3 il sonra məhkəməyə müraciət etməsi ilə bağlı dəlillərinin 10 illik iddia müddətinin ötürülməməsi səbəbində əsassız olduğunu qeyd etmişdir.
19. İddiaçı tərəfindən verilmiş iddianın əsaslı olması müəyyən edildiyindən, üçüncü şəxslərin iddia tələblərinin təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmamışdır. Belə ki, hazırkı halda təkrar hərracın baş tutmamış elan olunmasından sonra 30 təqvim günü ərzində iddiaçı tərəfindən ipoteka predmetləri əldə edildiyindən, məhkəmə həmin ipoteka predmetlərinə dair ipoteka müqavilələrinə xitam verilməsi və ipoteka qeydlərinin ləğv olunması barədə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 415.1 və 415.7-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2, 41.5, 42.1, 42.8, 43.7, 43.7-1 və 43.8-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli qərardadına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Müstəqil tələblər irəli sürən üçüncü şəxslər həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunaraq, tərəflərindən veri lmiş iddianın təmin edilməsi və ilk iddianın rədd olunmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 7 may tarixli 2-2(103)-75/2024 nömrəli qətnaməsi ilə müstəqil tələblər irəli sürən üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddiaçının iddiası rədd edilmiş, müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiaları təmin olunmuş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi və müstəqil tələblər irəli sürən üçüncü şəxslər tərəfindən ödənilmiş cəmi 150 manat dövlət rüsumunun iddiaçıdan tutularaq üçüncü şəxslərə ödənilməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).
23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı tələbi irəli sürməkdə iddiaçının əsas məqsədi ipoteka predmetini əldə etməkdən ibarət olmuşdur. Qanunverici təkrar hərrac baş tutmamış elan olunduqdan sonra ipoteka predmetini əldə etməyə müstəsna hüququ olan ipoteka saxlayanın həmin əmlakı əldə etməsi ilə bağlı xüsusi qaydasını əmlakın ümumi qaydada hərracdan əldə edilməsi ilə eyniləşdirmişdir.
24. Vahid məhkəmə təcrübəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddət hesab olunur. Həmçinin qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması il ə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir. Belə ki, qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə edilmə anı kimi qiymətləndirilməsini istisna edir. Bundan əlavə, protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə, hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.
25. İddiaçı yekun protokolun imzalanmasının ondan asılı olmayan səbəblərdən baş verdiyini bildirsə də, kollegiya iddiaçının istinad etdiyi halların təsdiq olunmadığı qənaətinə gəlmişdir. Belə ki, iddiaçının özünün istinad etdiyi hallara əsasən, onun tərəfindən ipoteka predmetinin əldə edilməsi ilə bağlı cavabdeh təşkilata yalnız 2019-cu il 18 yanvar tarixində aksept məktubu təqdim olunmuş, bundan sonra isə şifahi müraciətlər etmişlər. Kollegiya həmin məktubun əsli və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim edilmədiyinə görə MPM-in 89.3-cü maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qəbul oluna bilməməsi qənaətinə gəlmişdir.
26. Həmin məktubun əsli təqdim edildiyi təqdirdə belə, iddianın əsaslı olması qənaətinə gəlmək üçün əsaslar mövcud olmamışdır. Belə ki, iddiaçı tərəf üzərinə düşən zəruri hərəkətləri 4 ildən artıq müddət ərzində yerinə yetirməmiş, yəni bilavasitə protokolun imzalanması üçün səylər göstərməmiş, protokolun imzalanmaması ilə bağlı nə İcra şöbəsinə məlumat verməmiş, nə hərrac təşkilatının hərəkətindən (hərəkətsizliyindən) şikayət etməmiş, nə də ki, “hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin imzalanması v əzifəsinin hərrac təşkilatının üzərinə qoyulması” barədə iddia ilə məhkəməyə müraciət etməmiş və nəticədə qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük kəsici müddəti ötürmüşdür. Göründüyü kimi, iddiaçı 2019-cu ildən 2023-cü ilə kimi yalnız bir aksept məktubu yazmaqla (onun yazılması qəbul edildiyi halda) kifayətlənmiş və hazırda hərrac protokolunun imzalanmış hesab olunması barədə iddianı irəli sürmüş, lakin cavabdehin protokolun imzalanmasından imtina etməsini və yayınmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
27. İddiaçının nümayəndəsinin bildirdiyi dəlillər, yəni hazırkı iddia ilə müraciət etmək hüququnun olduğunun yalnız Ali Məhkəmənin 2022-ci il 14 dekabr tarixli qərardadının qə bul olunmasından sonra bildikləri ilə bağlı dəlillərə dair isə kollegiya qeyd etmişdir ki, MM-in 9.3-cü maddəsinə əsasən, qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq olunmamasına və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz.
28. İşin hallarından (bax §§ 7-9) göründüyü kimi, təkrar hərracın baş tutmadığı 2019cu il 9 yanvar tarixindən 2 il 4 ay müddət keçdikdən sonra icra şöbəsinin sifarişi əsasında ipoteka predmetləri olan daşınmaz əmlaklar təkrarən hərraca çıxarılmış, iddiaçı isə buna etirazını bildirməmiş və yalnız ipoteka qoyanların şikayəti əsasında icra məmurunun hərəkətləri qanunsuz hesab edilmiş və daşınmaz əmlaklar hərracdan geri çağırılmışdır. Bu baxımdan, iddiaçının 2022-ci ildə ipoteka predmetləri olan daşınmaz əmlakların təkrarən hərraca çı xarılmasına etiraz etməməsi ilə yanaşı, hazırkı iddianın irəli sürülməsi MM-in 425.1-ci maddəsinin tələblərinə də zidd olmuşdur.
29. Müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiası isə əsaslı olmuşdur. Belə ki, 2019-cu il 9 yanvar tarixinə təyin olunmuş təkrar hərrac baş tutmamış və iddiaçıya həmin əmlakların alması təklif olunsa da, o, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etməmiş və ipoteka predmetlərini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə əldə etməmişdir. Həmin Qanunda təsbit edilmişdir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan olunduqdan sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə və həmin qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Bu baxımdan, kollegiya müstəqil tələblər irəli sürən üçüncü şəxslər tərəfindən irəli sürülmüş ipoteka müqavilələrinə, mahiyyət etibarı ilə ipotekaya xitam verilməsi barədə iddianın təmin olunması qənaətinə gəlmişdir.
30. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 9.3, 139.1 və 425.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1, 43.1, 43.3-43.5, 43.7, 43.7-1, 43.8 və 48.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli qərardadına, MPM-in 77.1 və 89.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
31. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğ v, ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. MM-in 6-cı maddəsi üzrə - Cavabdeh tərəfindən iddiaçının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 2019-cu il 11 yanvar tarixli 028 nömrəli məktub ünvanlayaraq ipoteka predmetini almağı təklif etmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehin 2019-cu il 11 yanvar tarixli 028 nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, “iddiaçının xeyrinə yüklü edilmiş ipoteka predmetlərinin əldə edilməsi təklifi qəbul olunur. Həmin mənzillər ilə əlaqədar bağlanacaq alqı-satqı müqaviləsini, eləcə də hərrac təşkilatına ödənilməli olan xidmət haqqının ödənilməsi üçün müva fiq hesabfakturanın təqdim olunmasını xahiş edirik.” Bundan əlavə, iddiaçı tərəfindən dəfələrlə cavabdehə şifahi qaydada müraciət olunaraq hərracın yekunlarına dair protokolun imzalanması üçün təqdim olunmasını xahiş edilməsinə baxmayaraq, hərracın yekunlarına dair protokol imzalanması üçün ipoteka saxlayan olaraq iddiaçıya təqdim olunmamışdır. Cavabdeh tərəfindən ipoteka predmeti olan əmlakları əldə etmək və hərrac protokolunu imzalamaq üçün şərait yaradılmamışdır.
33. Sonradan üçüncü şəxslər iddiaçının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ipoteka predmetlərinin ipotekasına xitam verilməsi, həmin daşınmaz əmlakların ipotekaya qoyulmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edil məsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
34. Belə olan halda iddiaçı tərəfindən cavabdehə qarşı hazırkı tələblə kommersiya məhkəməsinə müraciət olunmuşdur. İddia ərizəsində də Ali Məhkəmənin icraatında olan işlər üzrə fərqli hüquqi yanaşmalar olduğu üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaları tərəfindən qəbul olunmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 dekabr tarixli qərardada istinad olunmuşdur. Belə ki, həmin qərardadın qəbul olunmasına qədər “ipotekaya xitam verilməsi” tələbləri üzrə məhkəmələrin mövqeyi birmənalı olmamışdır. Bu səbəbdən də hazırkı mübahisə üzrə ipoteka predmetinin əldə olunması ilə bağlı bank hərrac təşkilatına iradə ifadəsini özündə əks etdirən məktubla müraciət etmiş və protokol banka təqdim olunduqdan sonra artıq həmin əmlakın bankın balansına keçiriləcəyini hesab etmişdir. Yazılı qaydada müraciət etdikdən sonra, dəfələrlə şifahi formada da hərrac təşkilatına müraciətlər edilmiş, lakin protokol imzalanması üçün banka təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının yazılı və şifahi müraciətlərinə baxmayaraq hərrac protokolu imzalanması üçün iddiaçıya təqdim olunmamışdır.
35. Ali Məhkəmənin 2022-ci il 14 dekabr tarixli qərardadı qəbul olunduqdan sonra bu mübahisələr üzrə yekun hüquqi mövqe müəyyən olunmuş və həmin mövqeyə əsasən də iddiaçı tərəfindən hərrac protokolunun imzalanmış hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsini n Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul olunmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli qərardadında ifadə olunmuş hüquqi mövqeyinə zidd olan mövqeyi əsasında apellyasiya şikayətini təmin etməməklə, iddiaçının pozulmuş hüquqlarının məhkəmə vasitəsilə bərpa etməsinə mane olmuşdur.
36. MM-in 9.3 və 425.1-ci maddələri üzrə - İddiaçı tərəfindən hərrac təşkilatına 30 gün ərzində yazılı qaydada müraciət olunmuş və ipoteka predmetlərinin əldə olunması ilə bağlı mövqeyini açıq şəkildə bildirmişdir. Bu məsələlər qanunvericilikdə də konkret formada tənzimlənmədiyinə görə hər hansı iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət etməyə zərurət olmamışdır. MM-in 9.3-cü mad dəsinin tələbi nəzərə alındıqda, Ali Məhkəmənin 2022-ci il 14 dekabr tarixli qərardadı qəbul olunanadək qəbul edilmiş məhkəmə qərarları da qüvvədən düşmüş hesab olunmalı və həmin məsələlər apellyasiya məhkəməsinin hüquqi mövqeyinə uyğun tənzimlənməlidir.
37. Bundan başqa, apellyasiya məhkəməsi iddiaçının 4 il sonra məhkəməyə müraciət etməsini MM-in 425.1-ci maddəsinin tələblərinə də zidd olması ilə əsaslandırmasına baxmayaraq, hazırkı iddia üzrə üçüncü şəxslərin hərrac keçirildikdən 4 il sonra iddiaçıya qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə dair məsələyə münasibət bildirməmişdir. Həmin məntiqlə yanaşdıqda onda ipoteka qoyanlar da uzun müddət sonra məhkəməyə müraciət etmişdir və uzun müddətdir ki, iddiaçıya ödəməli olduğu borcdan heç b ir ödəniş etməmişdir. Halbuki MM-in 425.1-ci maddəsinin tələblərinə də zidd olan əsas məsələ borcluların iddiaçıya ödəməli olduğu kredit borcunun 13 il ərzində ödəməməsidir.
38. İddiaçının iddia tələbinin mahiyyətinin məhz hərrac təşkilatının hərəkətsizlik edərək hərrac protokolunun imzalanması üçün ipoteka saxlayana təqdim etməməsi olmasına baxmayaraq, apellyasiya məhkəməsi ipoteka saxlayandan hərrac təşkilatının hərəkətsizliyinin sübut olunmasını bildirmiş və 4 il ərzində yalnız bir müraciət etməyin kifayət etmədiyini əsaslandırmağa çalışmışdır. Hərrac təşkilatının vəzifəsi ondan ibarətdir ki, hərrac protokolunun imza edilməsi üçün ipoteka saxlayana şərait yaratsın və ipoteka predmeti bankın balansına keçirilsin. İlkin olaraq hərrac təşkilatı tərəfindən hərəkətsizlik edildikdən sonra b ank tərəfindən il ərzində 3 və ya 5 dəfə hərrac təşkilatına müraciət olunması üçün iddiaçı hər hansı zərurətin olmadığını hesab edir.
39. Həmçinin hərrac keçirilən dövrdə - 2019-2022-ci illər ərzində ipotekaya xitam verilməsi ilə əlaqədar məhkəmələrin mövqeyi də birmənalı olmamışdır. Belə ki, bir qisim məhkəmələr ipoteka predmetinin 30 gün ərzində əldə olunmasını aksept məktubunun göndərilməsinin kifayət olduğunu hesab edirdilər, bir qisim məhkəmələr isə ipoteka predmeti üzrə çıxarış alınmasını 30 gün ərzində əldə etmə kimi qiymətləndirirdilər. Həmin vaxt iddiaçı birinci mövqe ilə razılaşdığına görə və ipoteka qoyanlar tərəfindən banka qarşı hər hansı iddia tələbi olmadığına görə hərrac təşkilatına tərəflərindən apellyasiya məhkəməsinin vurğuladığı kimi dəfələrlə müraciət edilməmişdir. Həm çinin bu işlər üzrə məhkəmə təcrübəsində problemlər yarandığına görə Ali Məhkəmənin 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli qərardadı qəbul olunmuş və iddiaçı da həmin mövqeyə uyğun olaraq məhkəmədə iddia qaldırmışdır.
40. İddiaçının 4 il ərzində “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair iddia qaldırmamasının yeganə səbəbi buna zərurət olmaması olmuşdur. Lakin Ali Məhkəmənin 2022-ci il 14 dekabr tarixli qərardadında aşkar şəkildə qeyd olunmuşdur ki, ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “protokolun qanunla müəyyən olunmuş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. Bu qərar qanuni qüvvəsini aldıqdan sonra iddiaçı tərəfindən müvafiq sənədlər toplanaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. 41. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-1-ci maddəsi üzrə - Təkrar hərrac baş tutmadığı zaman iddiaçı tərəfindən hərrac mərkəzinə əmlakların əldə olunmasına dair məktub (aksept) göndərilməsinə baxmayaraq, cavabdehin hərəkətsizliyi nəticəsində protokol tərtib edilməmiş və nəticədə əmlakı iddiaçının balansına keçirtmək mümkün olmamışdır. Cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Bu səbəbdən, təkrar hərracın baş tutmamış elan olunmasından 30 təqvim günü ərzində ipoteka saxlayanın müvafiq müraciəti olduğu halda, cavabdeh protokolu imzalamaqdan yayındığından iddiaçı iddia qaldırmaqda haqlı olmuşdur. 42. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsi üzrə - Təkrar hərra cın baş tutmamış elan olunmasından sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası olduğundan, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və ya yayınması zamanı ipoteka saxlayana onun pozulmuş hüquqlarının real bərpası imkanı tanınmalıdır.
43. MPM-in 88-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.
44. MPM-in 217-ci maddəsi üzrə - Apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyil. Belə ki, məhkəmə qətnaməsinə münasibət bildirərkən prosessual baxımdan da səhvə yol vermişdir.
45. MPM-in 385.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi hüq uq normalarının pozuntusuna əhəmiyyət verməmiş və nəticədə iddiaçının hüquqları pozulmuşdur.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul olunmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli qərardadı üzrə - İddiaçının hazırkı iddia tələbinin predmeti qeyd edilən qərardadda göstərilən hüquqi mövqeyə əsasən protokolun imzalanmış hesab edilməsi olmuşdur. Həmin qərara əsasən, ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə olunmasına dair “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab olunması və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. Hərrac təşkilatı tərəfindən i poteka saxlayan kimi qanunvericiliklə müəyyən olunmuş iddiaçının hüquqları pozularaq ipoteka predmetinin tərəfindən əldə edilməsi məhdudlaşdırılmışdır. Nəticə etibarilə hərrac təşkilatı hərrac protokolunun imzalanmasından və ipoteka saxlayan üçün hüquqi nəticə doğurmasından faktiki olaraq yayınmışdır. Bu səbəbdən, iddiaçının tələbinə qanunvericiliyin tələbinə müvafiq olaraq baxılmalı və iddia tələbi təmin olunmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir
48. Etiraz üçüncü şəxslərin iddia ərizəsində göstərilənlərlə (bax § 13) əsaslandırılaraq, həmçinin qeyd edilir ki, ha zırkı mübahisə ilə bağlı formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 dekabr tarixli 2-2(103)-1009/2023 nömrəli qətnaməsi ilə “bankın hərrac təşkilatına qarşı hərrac protokolunun imzalanmış hesab olunmasına dair iddiası” rədd edilmişdir. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2023-cü il 12 oktyabr tarixli 22(102)-446/2023 nömrəli qərarı ilə “bank olmayan kredit təşkilatının hərrac təşkilatına qarşı hərrac protokolunun imzalanmış hesab olunmasına dair iddiası” rədd edilmişdir. Qeyd olunan hər iki qərarda işin halları hazırda baxılan mübahisə üzrə eynilik təşkil edir və hər iki iş üzrə hərrac protokolunun imzalanmış hesab olunması ilə bağlı iddia tələbləri rədd olunmuşdur. Ümumiləşmiş məhkəmə təcrübəsini nəzərə alına raq kassasiya şikayətinin təmin olunmaması xahiş edilir. Kassasiya baxışının hədləri
49. Apellyasiya instansiyası məhkəmə aktını tam yoxlamış, hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və ara şdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
51. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsəd və vəzifələri 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. 1.2. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq; mülki dövriyyəni təmin etmək; sahibkarlıq fəaliyyətini d əstəkləmək; sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq.” “Maddə
60. Hüquqi şəxsin ləğvi haqqında qərar... 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır....” “Maddə
61. Hüquqi şəxsin ləğvi qaydası... 61.7. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir....” “Maddə
408. Oferta 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərt ləri əks olunmalıdır....” “Maddə
409. Aksept 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 409.2. Əgər oferent aksept üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklə rin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər....” 52. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
43. Hərracın baş tutmamış elan edilməsi... 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir (2021-ci il 25 may tarixli 327-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 43.7-1-ci maddə əlavə edilmişdir). 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 t əqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir....” 53. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
71. Ləğvedici 71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği Mərkəzi Bank ilə razılaşdırmaqla müəyyən edilir. Bank ın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən Mərkəzi Bank tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir....” 54. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi Əmanətlərin sığortalanması sist eminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Ələt azad iqtisadi zonasında əmanətlərin sığortalanması sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 2008-ci il tarixli 13 iyun tarixli qərarında müəyyən edilmişdir ki: “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.”
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli qərarında müəyyən edilmişdir ki: “...bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hü quqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır.”
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 81 və 82-ci maddələrinə dair” 2022-ci il 5 may tarixli qərarında müəyyən edilmişdir ki: “Kredit müqaviləsindən irəli gələn öhdəlik əsas öhdəlik olmaqla icrası girov (ipoteka) qoyulmuş əşyanın mülkiyyətçisinin həmin əşya üzərində hüquqlarının məhdudlaşdırılması ilə nəticələnən aksessor xarakter daşıyan girov (ipoteka) müqaviləsi il ə təmin olunur. Yəni girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılması olmaqla təyinatı əsas öhdəliyi təmin etməkdən ibarətdir.”
58. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır....”
59. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tə rəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası m əhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsaslı hesab edir.
61. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından müəyyən olunur ki, mübahisəli ipoteka predmetlərinin satışı üzrə 2019-cu il 9 yanvar tarixində keçirilmiş ikinci hərrac da baş tutmadığı üçün hərrac mərkəzi (cavabdeh) tərəfindən ipoteka saxlayan banka (iddiaçı) 2019-cu il 11 yanvar tarixində ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə bildiriş ünvanlanaraq ipoteka predmətlərini alması təklif edi lmiş, lakin hərrac mərkəzi ilə bank arasında ipoteka predmetlərinin əldə olunması ilə bağlı protokol imzalanmamışdır. 2022-ci il 4 aprel tarixində Bakı şəhər Səbail rayon icra şöbəsinin sifarişi əsasında yenidən ipoteka predmetləri olan daşınmaz əmlaklar hərraca çıxarılmış və hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi 2022-ci il 23 may tarixinə təyin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2022-ci il 20 may tarixli qərardadından görünür ki, borclular Cavabdeh3, P.Cəlilov və Cavabdeh2 şikayəti təmin olunmuş, borclulara məxsus ipoteka predmetlərinə dair təkrar hərracın keçirilməsi ilə bağlı Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və daşınmaz əmlakların hərracdan geri çağırılmasını qərara almışdır.
62. Hazırkı iş üzrə kredi t borcu verən iddiaçı iddia ilə məhkəməyə müraciət edərək ipoteka predmetlərinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanmış hesab edilməsini, ipoteka qoyan üçüncü şəxslər isə öz növbəsində digər iddia ilə müraciət edərək ipoteka müqavilələrinə xitam verilməsi və ipoteka qeydlərinin ləğv edilməsini xahiş etmişlər.
63. Göründüyü kimi, həmin iddia tələblərindən birinin təmin edilməsi digərinin təmin edilməsini aradan qaldırır. 64. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1 və 43.8-ci maddələrinə (bax § 52) əsasən, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
65. Birinci instansiya məhkəməsi təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində (2019-cu il 18 yanvar) ipoteka saxlayanın müvafiq müraciəti olduğu halda, hərrac təşkilatı olan cavabdeh protokolu imzalamaqdan yayındığından, iddiaçının ipoteka predmetlərinin hərracdan əldə edilməsinə dair hazırkı iddianı qaldırmaqda haqlı olması qənaətinə gəlmiş, bu səbəbdən də üçüncü şəxslərin iddia tələblərinin təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmadığını hesab etmişdir.
66. Həmin mövqe ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi isə iddiaçının 2019-cu il 18 yanvar tarixli aksept məktubunun əsli t əqdim edilmədiyindən onu qeyrimötəbər sübut kimi qiymətləndirmiş, həmçinin təkrar hərrac baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində hərrac təşkilatı ilə ipoteka saxlayan arasında yekun protokolun imzalanmamasını və bundan irəli gələn digər halları nəzərə alaraq ilkin iddianın əsassız, qarşılıqlı iddianın isə əsaslı olduğu qənaətinə gəlmişdir.
67. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır və 2019-cu il 18 yanvar tarixli aksept məktubunun qeyrimötəbərliyi ilə əlaqədar əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin əldə edilməsi ilə bağlı iddiaçının 2019-cu il 18 yanvar tarixli aksept məktubunun cavabdeh tərəfindən 2029-cu il 23 yanvar tarixində qəbul edildiyi (İİ cild, i/v 132) işin m üəyyən edilən halı kimi göstərilmişdir.
68. Həmin məktubu mötəbər saymayan apellyasiya instansiyası məhkəməsi isə bu məsələ ilə bağlı düzgün hüquqi qiymətləndirmə aparmamışdır.
69. Bundan başqa, iddiaçı məktubu göndərən, cavabdeh təşkilat isə məktubu alan olduğu halda, apellyasiya instansiyası məhkəməsi sözügedən məktubun mötəbərliyinə qiymət verərkən, onun əslinin məhz hansı səbəbdən iddiaçı tərəfindən təqdim edilməli olduğunu lazımi şəkildə əsaslandırmamış, bununla əlaqədar sübutetmə vəzifəsini MPM-in 77.1-ci maddəsinin tələblərinə (bax § 59) uyğun olaraq düzgün bölüşdürməmişdir.
70. Nəzərə alınmalıdır ki, iddiaçının aksept məktubunun cavabdeh MMC tərəfindən qəbul edilməməsi də lazımi qaydada tutarlı dəlillərlə təkzib olunmamışdır.
71. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya instansiyası məhkəməsinin 2019-cu il 18 yanvar tarixli aksept məktubuna qiymət verərkən sözügedən xüsusatları nəzərə almaqla dəqiq əsaslandırma aparmadığından həmin qiymət MPM-in 88-ci maddəsinin (bax § 59) tələblərinə uyğun olmamışdır.
72. Həmçinin apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, aksept məktubunun əsli təqdim edildiyi təqdirdə belə iddianın əsaslı olması qənaətinə gəlmək üçün əsaslar mövcud deyil. Belə ki, iddiaçı tərəf üzərinə düşən zəruri hərəkətləri 4 ildən artıq müddət ərzində yerinə yetirməmiş, yəni bilavasitə protokolun imzalanması üçün səylər göstərməmiş, protokolun imzalanmaması ilə bağlı nə İcra şöbəsinə məlumat verilməmiş, nə hərrac təşkilatının hərəkətindən (hərəkətsizliyindən) şikayət edilməmiş, nə də ki, “hərracın yekunlarına dair proto kol və alqı-satqı müqavilələrinin imzalanması vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması” barədə iddia ilə məhkəməyə müraciət etməmiş və nəticədə qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük kəsici müddəti ötürmüşdür... İddiaçı 2019-cu ildən 2023-cü ilə kimi yalnız bir aksept məktubu yazmaqla (onun yazılması qəbul edildiyi halda) kifayətlənmiş və hazırda hərrac protokolunun imzalanmış hesab olunması barədə iddianı irəli sürmüş, lakin cavabdehin protokolun imzalanmasından imtina etməsini və yayınmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
73. Məhkəmə kollegiyası hazırkı mübahisənin subyekt tərkibini və işin düzgün hüquqi həlli üçün bundan irəli gələn spesifik halları nəzərə alaraq, aşağıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
74. İlk növbədə qeyd olunmalıdır ki, MM-in mülki qanunvericiliyin məqsəd və vəzifələrini təsbit edən 1-ci maddəsində (bax § 51) göstərilir ki, bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdən; vəzifələri isə mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaqdan ibarətdir.
75. İqtisadi dövriyyənin normal fəaliyyət göstərməsi, sabitlik və dayanıqlığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməsi zəruridir. Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün mülki qanunvericilikdə təminat üsulları nəzərdə tutulmuşdur ki, bunlardan biri də ipoteka hüququdur (MM, 460.1-ci maddə - bax § 51).
76. İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malik olur.
77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 81 və 82-ci maddələrinə dair” 2022-ci il 5 may tarixli qərarı nda (bax § 57) qeyd olunmuşdur ki, kredit müqaviləsindən irəli gələn öhdəlik əsas öhdəlik olmaqla icrası girov (ipoteka) qoyulmuş əşyanın mülkiyyətçisinin həmin əşya üzərində hüquqlarının məhdudlaşdırılması ilə nəticələnən aksessor xarakter daşıyan girov (ipoteka) müqaviləsi ilə təmin olunur. Yəni girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılması olmaqla təyinatı əsas öhdəliyi təmin etməkdən ibarətdir.
78. Baxılan iş üzrə ipoteka saxlayan bank, ləğv prosesində olmaqla məhkəmə qərarı ilə ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir.
79. MM-in 60.2 və 61.7-ci maddələrinə (bax § 51) uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın ləğv edilməsi bank fəaliyyəti ilə məş ğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni bank ləğv prosesi çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. 80. “Banklar haqqında” Qanunun 71-ci maddəsində ləğvedicinin statusu, hüquq və vəzifələri, bankın ləğv prosesində göstərilməli olan fəaliyyət, ləğvedicinin bu fəaliyyətinin hüquqi əsasları müəyyənləşdirilmişdir. Həmin maddəyə əsasən, banka təyin edilmiş ləğvedici onun yeganə qanuni nümayəndəsi olur, bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir, banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir və ləğvedici qanunla üzərinə qoyulmuş konkret vəzifələri icra edir.
81. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən hüquq normalarının mənası baxımından hesab etmişdir ki,...ba nkın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır (“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə da ir” 2017-ci il 13 iyun tarixli qərar - bax § 56).
82. Bununla belə nəzərə alınmalıdır ki, ləğv prosesində olan banklar mülki hüquq və fəaliyyət qabiliyyətli olsalar da, mülki dövriyyənin digər subyektlərindən fərqli olaraq, onların fəaliyyəti gələcəyə dair aktiv iqtisadi perspektivlər daşımamaqla, yalnız ləğv prosesinin uğurla tamamlanmasına, ləğvedicinin mülki dövriyyənin sabitliyi və dayanıqlılığı baxımından önəmli olan kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi üçün tədbirlər görülməsi, bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görülməsi və s. kimi vəzifələrinin effektiv və səmərəli şəkildə icrasına nail olmağa yönəlmişdir.
83. Qeyd olunmalıdır ki, əmanətlərin sığortalanması sisteminin yaradılması məqsədlərindən biri də məhz maliyyə və bank sistem inin sabitliyini və inkişafını təmin etməkdən ibarətdir (“Əmanətlərin sığortalanması haqqında” Qanunun 1-ci maddəsi - bax § 54). 84. “Banklar haqqında” Qanunun 71.1-ci maddəsinin (bax § 53) məzmununa görə, müflis elan olunan bankın ləğvedici təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır.
85. Bu aspektlərdən çıxış etdikdə ləğv prosesində olan bankların üzərinə mülki dövriyyənin aktiv fəaliyyət göstərən digər subyektləri ilə eyni vəzifələrin qoyulması, onların mövcud əmlak və hüquqi vəziyyəti, həmçinin mülki qanunvericiliyin yuxarıda qeyd olunan məqsəd və vəzifələri ilə bir araya sığmır.
86. Odur ki, ləğvetmə prosesi ilə bağlı gözləntilərin reallaşdırılması, bank sisteminə etibarın qorunması, habelə ləğvedici tərəfindən ləğvetmə prosesinin daha effektiv və səmərəli şəkildə yekunlaşdırılmasının təmini məqsədi ilə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilərkən işin yuxarıda qeyd olunan xüsusiyyətləri nəzərə alınmalı, həmin maddədə nəzərdə tutulan 30 gün ərzində ləğv prosesində olan bank tərəfindən hərrac təşkilatına iradə ifadəsinin çatdırılması ipotekaya xitam verilməsini istisna etməlidir.
87. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ipoteka saxlayan bankın ləğvedicisi, təkrar hərracın baş tutmamış elan edilməsindən (2019-cu il 11 yanvar) sonra qanunla müəyyən edilmiş 30 təqvim günü ərzində (2019-cu il 18 yanvar) hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsi ilə ba ğlı təklifini qəbul etdiyini bildirmiş və yekun protokolun tərtib olunmasını xahiş etmişdir. Lakin hərracın yekunları haqqında protokolu tərtib etmək vəzifəsi daşıyan hərrac təşkilatı ilə arasında protokol imzalanmamış, səbəb kimi hərracın xidmət haqqının əvvəlcədən ödənilmədiyi göstərilmişdir.
88. Göründüyü kimi, ipoteka saxlayan MM-nin 409.1 və 409.2-ci maddələrinə (bax § 51) müvafiq olaraq qanunvericilikdə və təklifdə (ofertada) müəyyən olunmuş müddət ərzində təklifi qəbul etdiyini bildirmişdir.
89. Lakin cavabdehin təklifində (ofertada) MM-nin 408.1-ci maddəsi (bax § 51) ilə müəyyən olunmuş qaydada (ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır) xidmət haqqının nə qədər təşkil etməsi, hansı hesaba ödənilməli olması və digər məlumatları qeyd edilməmiş, iddiaçının aksepti alındıqda n sonra da bu məlumatlar sonuncuya təqdim edilməmiş, əsassız olaraq müddət bitdikdən sonra sifariş məktubu icra edilmədən icra şöbəsinə qaytarılmışdır. Başqa sözlə, ləğvedici təklifin qəbulu ilə bağlı müəyyən olunmuş müddət ərzində məlumat verilməklə, müqavilənin bağlanması üçün üzərinə düşən vəzifəni icra etsə də, hərrac mərkəzinin üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməməsi nəticəsində müqavilə bağlanmamışdır.
90. Nəzərə alınmalıdır ki, hərrac təşkilatçısı hərracın yekunları barədə protokolu imzalanmaqdan imtina etdikdə və ya yayındıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 dekabr tarixli qərardadının 55-60-cı bəndlərindəki hüquqi mövqelərə əsasən, ipoteka saxlayanın – konkret halda ləğv prosesində olan bankın, “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi haqqında” məhkəmədə iddia qaldırmaq hüquqları vardır.
91. Digər tərəfdən, nə qanunvericilikdə, nə də Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının yuxarıda istinad edilən qərardadında təkrar hərrac baş tutmadıqda, ipoteka saxlayanın 30 təqvim günü müddətində protokolun imzalanması üçün ilk dəfə iradəsini rəsmi şəkildə ifadə etdikdən sonra məhz hansı təşkilatlara, neçə dəfə və hansı qaydada təkrar müraciət(lər) etməli olduğuna dair konkret müddəalar nəzərdə tutulmuşdur.
92. Bu mənada, məhkəmə kollegiyası iddiaçının 2022-ci il 4 aprel tarixində icra şöbəsinin sifarişi əsasında ipoteka predm etlərinin təkrarən hərraca çıxarılmasına etiraz bildirməməsinin və bununla yanaşı hazırkı iddianı irəli sürməsinin MM-in 425.1-ci maddəsinin tələblərinə zidd olmasına dair məhkəmənin qənaətini də əsaslı və ədalətli hesab etmir.
93. Ən azından ona görə ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən iddiaçının ümumiyyətlə ipoteka predmetlərinin 2022-ci il 4 aprel tarixində bir daha hərraca çıxarılması barədə məlumatlı olduğunu mötəbər sübutlarla əsaslandırmamışdır. Halbuki iş materiallarından belə məlumatın iddiaçıya verildiyi də görünmür.
94. Bundan başqa, öhdəliklərin icrasında vicdanlılıq prinsipini əks etdirən MM-in 425.1-ci maddəsi (bax § 51) yalnız kreditorlara deyil, eyni dərəcədə borclulara da aiddir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərəkətlərini vicdanl ılıq prinsipi ilə uzlaşmayan hərəkət kimi qiymətləndirərkən apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, hazırkı iddia üzrə üçüncü şəxslər də 2019-cu ildə keçirilmiş hərracın baş tutmadığını bildikdən yalnız 4 il sonra iddiaçıya qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər və ümumiyyətlə, kredit borcunun tutulmasına və tələbin ipoteka predmetlərinə yönəldilməsinə dair məhkəmə qətnaməsi qəbul olunduqdan sonra ötən 13 il ərzində kredit borclularını iddiaçıya ödəməmişlər.
95. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1 və 43.8-ci, habelə MM-in 425.1-ci maddələrinin tətbiqində də səhvə yol vermiş, MPM-in 217.1-ci maddəsinə (bax § 59) zidd olaraq qanunsuz və əsassız qə tnamə qəbul etmişdir.
96. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarının 1-ci bəndində (bax § 58) qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
97. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı - bax § 55).
98. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
99. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, yuxarıda əks olunmuş hüquqi mövqeləri nəzərə almaqla işdə olan sübutları, o cümlədən iddiaçının 2019-cu il 18 yanvar tarixli aksept məktubuna prosessual tələblərə uyğun şəkildə qiymət verməli, habelə qanunun tələblərin i qeyd olunan xüsusatları diqqətdə saxlayaraq düzgün tətbiq etməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
100. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ləğv prosesində olan "xxxx" QSC KB-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 7 may tarixli 22(103)-75/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.