Məhkəmə qərarları › İş №2-2(102)-507/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-507/2023

24.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-507/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı X3 cavabdeh x1nə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi 24.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı, X4 ibarət tərkibdə, iddiaçı X3 cavabdeh x1nə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 aprel tarixli, 2-2(104)84/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2019-cu il 1 oktyabr tarixli “qaz paylayıcısı ilə sənaye qa z qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən qaz paylayıcısı olaraq x1 istehlakçı-X1 qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. X3 abonent saldosunda (iş v. 16-17) abonentin 2021-ci il may ayına 326.184.60 manat debitor borcu qeyd olunmuşdur. 2019-cu il 1 sentyabr tarixinədək olan borc məbləği 113.952,20 manat təşkil etmişdir.

3. Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 15 sentyabr tarixli, e-2-2(115)599/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 147.716,60 manat məbləğində borcun X2 x1nin xeyrinə tutulması qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(102)-441/2021 saylı qərarından görünür ki, “X5 Əhməd Məhəmməd oğluna və X7 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin 2020-ci il 28 oktyabr tarixli, 22(104)-96/20 saylı qətnaməsindən Mirzəyev Əhməd Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, x1nin kassasiya şikayəti təmin edilərək, Gəncə Apelyasiya Məhkəməsinin 2020-ci il 28 oktyabr tarixli, 22(104)-96/20 saylı qətnaməsi ləğv edilmiş, müəyyənləşdirilmiş dəymiş ziyan məbləğindən qalan 5.066,40 manat, eləcə də istehlak olunmuş təbii qazın dəyərinin tam ödənilməməsinə görə yaranmış 108.885,80 manat debitor borc, ümumilikdə 113.952,20 manat vəsaitin cavabdehdən tutulması qərara alınmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(102)-441/2021 saylı icra vərəqindən görünür ki, 113.952, 20 manat vəsaitin Mirzəyev Əhməd Məhəmməd oğlundan tutulmasına dair icra vərəqi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı X8 (bundan sonra-“iddiaçı”) cavabdeh x1nə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 326.184,60 manat borcun abunə hesabından silinməsi və cavabdehdən 610.000 manat məbləğində dəymiş maddi ziyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu il 1 oktyabr tarixli təbii qazın alqı-satqı barədə müqaviləyə əsasən, Şəmkir rayonu Keçili kəndi ərazəsində yerləşən istixana Şəmkir rayonu Qİİ tərəfindən təbii qa zla təchiz olunmuşdur. Sonradan isə qeyd edilən istixanaya əlavə olaraq 326.184.60 manat borc hesablanmışdır. Bundan başqa onunla bağlanmış qazın alqı-satqı barədə müqaviləyə istinad edərək borcun bir hissəsini həmin müqavilə imzalandıqdan sonra yaranmış borc olduğu bildirilmişdir. Lakin borcun illər və aylar üzrə əmələ gəlməsini müəyyən edən hesab fakturaların ona təqdim edilməmişdir. Təbii qazdan aylar üzrə istifadə haqqı cavabdehin hesabına ödənilir. Cavabdeh təbii qazdan istifadəyə görə debitor borcu olduğu halda hər bir ay üzrə yaranmış və ödənilən məbləğ qeyd edilməklə qalıq borc göstərilməli idi. Lakin cavabdeh iddiaçının ona təbii qazdan istifadəyə görə debitor borcu olduğu halda borcun hansı sayğaca və tarixə hesablandığı, aylıq sərfiyyatın nə qədər olduğu, borcun hansı abonent koduna hesablandığı və həmin borcun ödənişinə dair iddiaçıya qazın dəyəri barədə sübut təqdim etməli idi.

8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 560.1, 560.2 və 560.3.5.2-ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2.1, 2.2, 2.3 və 3.1-ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1, 2.1, 3.1, 13.1 və 13.3-cü maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5 və 5.2-ci bəndlərinə istinad olunmuşdur.

9. Gəncə Kommersiya Məhkəməsini n 2022-ci il 22 noyabr tarixli, e-2-2(115)51/2022 nömrəli qərardadı ilə iddiaçının cavabdehdən 610.000 manat məbləğində dəymiş maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi tələbi ayrı icraata ayrılmışdır (hakim K.Vəliyev).

10. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli, e-2-2(115)51/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim K.Vəliyev).

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əsassız hesab etdiyi 326.184,60 manat debitor borcun 261.668,80 manat hissəsinin əsaslı olmasını müəyyən edən qanuni qüvvəsini almış məhkəmə qərarları mövcud olmuş, qalan hissənin isə əsassız hesablanması sübutlarla təsdiqini tapmamışdır. Eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən olunmuş faktlar həmin tərəflər ar asında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən olunmuş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-ci il 23 fevral tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 77.1, 82.3 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Gəncə A pellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 aprel tarixli, 2-2(104)-84/2023 saylı qərardadı ilə 147.716,60 manat borc məbləğinin silinməsi tələbi hissəsində işin icraatına xitam verilmişdir (sədrlik edən hakim – A.Hüseynzadə, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).

15. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 aprel tarixli, 2-2(104)-84/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin olunmuş, 113.952,20 manat borc məbləğinin iddiaçının **********00100 saylı abonent hesabından silinməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (sədrlik edən-məruzəçi hakim A.Hüseynzadə, hakimlər Ş.Rzaquliyev və İ.Həsənov).

16. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmşdir ki, x1 Mirzəyev Əhməd Məhəmməd oğlu və R.Məmmədova qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi və borcun qaytarılması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 113.952,20 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı və Əhməd Mirzəyev tərəfindən x1 hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 oktyabr tarixli, 2-2(083)-584/2019 saylı qətnaməsi ilə iddia təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 28 oktyabr tarixli, 2-2(104)-96/2020 saylı qətnaməsi ilə Əhməd Mirzəyevin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 oktyabr tarixli, e-2-2(083)-584/2020 saylı qətnaməsi ləğv olunmuş, yeni qətnamə ilə iddia qismən təmin edilərək, Əhməd Mirzəyevdən dəymiş ziyan və debitor borcun ödənilməmiş hissəsi olaraq 63.259,28 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq x1 hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

17. Həmin qətnamədən x1 və Əhməd Mirzəyev kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(102)-441/2021 saylı qərarı ilə cavabdeh Mirzəyev Əhməd Məhəmməd oğlunun kassasiya şikayəti təmin olunmamış, x1 kassasiya şikayəti təmin edilərək Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 oktyabr tarixli, 22(104)-96/20 saylı qətnaməsinin ləğv olunması, apellyasiya i nstansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunması, iddia tələbinin təmin edilməsi, Şəmkir RQİİ-yə müəyyənləşdirilmiş dəymiş ziyan məbləğindən qalan 5.066,40 manatın, eləcə də istehlak olunmuş təbii qazın dəyərinin tam ödənilməməsinə görə yaranmış 108.885,80 manat debitor borc olmaqla, ümumilikdə 113.952,20 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən x1 müvafiq bank hesabına ödənilməsi qərara alınmış və qərar üzrə müvafiq icra sənədi verilmişdir.

18. Həmin qərarla da müəyyən olunur ki, 113.952,20 manat borc məbləğinin hazırkı iş üzrə iddiaçıdan deyil, Ə.Mirzəyevdən tutulması qət edilmişdir. x1n nümayəndəsi R.Məmmədovun hazırkı abonent hesabının əvvəl Ə.Mirzəyevin adına olduğunu, R.Məmmədovla müqavilə bağlanması səbəb indən abonent hesabının da onun adına qeydə alındığını və 2019-cu il 1 oktyabr tarixinədək yaranmış borc məbləğinin də onun tərəfindən qəbul olunduğunu iddia etsə də, məhkəmə kollegiyası cavabdehin qeyd olunan etirazını əsassız hesab etmişdir.

19. İşdə olan sübutlardan göründüyü kimi, tərəflər arasında qazın alqı-satqısı barədə müqavilə 2019-cu il 1 oktyabr tarixində bağlanmışdır. İddiaçının onun abonent hesabından silinməsini tələb etdiyi borc məbləğinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli qərarı ilə Mirzəyev Əhməd Məhəmməd oğlundan tutulması qərara alınan 113.952,20 manat borc məbləğ də daxil olmuş, həmin borc məbləği də 2019-cu il 1 oktyabr tarixinədək yaranmış borc məbləği olmuşdur.

20. MM-in 522.1-ci maddəsinin tə ləbi baxımından öhdəliyin iddiaçıya verilməsinə dair hər hansı bir müqavilənin olması müəyyən edilməməklə, cavabdeh tərəfindən həmin borcun R.Məmmədov tərəfindən qəbul olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin, belə bir sübut iddiaçı tərəfindən həmin məbləğin R.Məmmədovdan və Ə.Mirzəyevdən tələb olunması ilə bağlı daha əvvəl mövcud olmuş məhkəmə mübahisəsi zamanı da təqdim edilməmişdir. Belə bir hal mövcud olmuş olsa idi, o zaman həmin borc məbləğinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli qərarı ilə R.Məmmədovdan tutulması qərara alınardı. Hərçənd ki, iddiaçı hazırkı tələblə 2021-ci il 18 iyun tarixində məhkəməyə müraciət etmişdir ki, həmin məbləğin R.Məmmədovdan və Ə.Mirzəyevdən tələb edilməsi ilə bağlı yekun məhkəmə aktı 2021-ci il 12 oktyabr tarixində qəbul olunmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi 113.952,20 manat borc məbləğinin silinməsi hissəsində əsaslı olmuşdur.

21. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəf əvvəllər istixanasının qaz tənzimləyicisinin sayğacdan sonraya qoyulduğunu buna görə də aparılmış hesabatın düzgün olmadığını iddia etmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, 147.716,6 manat borc məbləğinin iddiaçıdan tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

23. İddia tələbinin qalan 64.515,8 manat hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2009-cu il 2 mart t arixli, 17 nömrəli əmri ilə təsdiq edilmiş və 2009-cu il 1 aprel tarixindən qüvvədə olan Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları AzDTN 2.13-1 Qaz təchizatı. Layihələndirmə normaları 7.1-ci bəndinə əsasən, qazın təzyiqinin aşağı salınması və tələb olunan səviyyədə saxlanılması üçün qaz təchizatı sistemlərində QTM (Qaztənzimləyici məntəqə) və ya QTQ (Qaztənzimləyici qurğu) nəzərdə tutulmalıdır. Həmin Normaların 7.1-ci bəndin əsasən, qaztənzimləyici qurğularda aşağıdakıların qoyulması nəzərdə tutulmalıdır: süzgəclərin, qoruyucu-bağlayıcı klapanların (QBK), qoruyucu-atqı klapanların (QAK), qaz təzyiq tənzimləyicilərinin, bağlayıcı armaturların, nəzarət-ölçü cihazlarının (NÖC), lazım gəldikdə qaz sərfini ölçmək üçün cihazların, həmçinin dövrələmə (baypas) qaz kəmərlərinin.

24. Tikin ti normalarında qeyd olunan qaztənzimləyici qurğularda qaz təzyiq tənzimləyicilərinin ölçü cihazlarından əvvəl quraşdırılması müəyyən edilmişdir. Lakin iddiaçı istixananın qazlaşdırma layihəsi, qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla da 64.515,8 manat qaz sərfiyyatının sayğac tərəfindən qaz tənzimləyicisinin yerinin düzgün quraşdırılmaması ilə əlaqədar düzgün qeyd-edib etməməsini də müəyyən etmək mümkün olmamışdır. Buna görə də həmin hissədə iddia tələbi əsassız olmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 522.1, 522.2 və 567ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə, MPM- in 14.2, 77.1, 82.3 və 217.3-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-ci bəndinin tələbi pozulmuşdurcavabdeh istehlakçını təbii qazla təmin etmiş və abonentin qaz təminatı hətta əvvəlki dövrləri əhatə edən borcun olmasına baxmayaraq dayandırılmamışdır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı Qə rarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.1, 4.8 və 5.2-ci bəndlərinin tələbləri pozulmuşdur-işin materiallarından görünür ki, iddiaçının borcu təbii qazdan istifadəyə görə sayğac göstəricisinə əsasən yaranmış borcdur.

29. MPM-in 77, 88, 217 və 220.4-cü maddələrinin tələbləri pozulmuşdur- apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə iddia ərizəsinin qismən təmin olunmasına səbəb olan hallar ətraflı araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. İddiaçının abonent saldosundan görünür ki, abonentin 2021-ci il may ayına 326.184,60 manat debitor borcu olmuşdur.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(102)-441/2021 saylı qərarından görünür ki, “x1 cavabdehlər Mirzəyev Əhməd Məhəmməd oğ luna və R.Məmmədova qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin 2020-ci il 28 oktyabr tarixli, 22(104)96/20 saylı qətnaməsindən Mirzəyev Əhməd Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, x1 kassasiya şikayəti təmin edilərək, Gəncə Apelyasiya Məhkəməsinin 2020-ci il 28 oktyabr tarixli, 22(104)-96/20 saylı qətnaməsi ləğv olunmuş, müəyyənləşdirilmiş dəymiş ziyan məbləğindən qalan 5.066,4 manat, eləcə də istehlak edilmiş təbii qazın dəyərinin tam ödənilməməsinə görə yaranmış 108.885,80 manat debitor borc, ümumilikdə 113.952,20 manat vəsait cavabdehdən tutulması qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinə istinad etməklə 113.952,60 manat borcun sili nməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. İşin halları ilə müəyyən olunur ki, R.Məmmədovun hazırki abonent kodu əvvəl Ə.Mirzəyevin adına olmudur. x1 ilə R.Məmmədov arasında “qazın alqı-satqısına dair” müqavilə bağlanarkən abonent kodu borcla birlikdə R.Məmmədovun adına dəyişdirilmişdir. Belə ki, R.Məmmədov x1 ilə müqavilə bağlayarkən abonent kodunun borcla birlikdə onun adına dəyişdirilməsini və borcu qəbul etdiyi üçün onunla müqavilə bağlanmışdır. Həmçinin abonent hesabında 2019-cu il tarixində yaranmış borc məbləği ötən müddət ərzində borcdan xəbəri olmasına baxmayaraq mübahisələndirilməmişdir. Apellyasiya instansiya məhkəməsi işin bu hallarına qiymət verməmiş, məhkəmə tərəfindən qəbul olunmuş qətnamədə iddia ərizəsinin təmin olunmasına səbəb olan hallar ətraflı araşdırılmamış və d üzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassaiya baxışının hədləri

32. Baxılan işdə yalnız cavabdeh tərəfindən kassasiya şikayəti verildiyindən, MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində yoxlanılacaqdır.

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

522. Öhdəliklərin verilməsi əsasları və qaydası 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulmuşdur: “5. Qazın dəyərinin ödəmə şərtləri... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmi ş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. (2023-cü il 25 iyun tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndin birinci abzası yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hes ablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.)...”

36. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418. 4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 38. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfin dən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın qismən təmin edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmə aparılmasını zəruri hesab edir.

40. Baxılan işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə iddiaçının istifadəsində olan abonent hesabı əvvəl Əhməd Mirzəyevin adına olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən həmin abonent hesabının istifadəçisi Ə.Mirzəyevdən x1 xeyrinə 113.952,20 manat pul tutulmalıdır.

41. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli 2-2(102)-441/2021 nömrəli qərarı ilə x1nin kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin 2020-ci il 28 oktyabr tarixli, 22(104)96/20 nömrəli qətnaməsi ləğv edilmiş, ümumilikdə 113.952,20 manat vəsaitin cavabdeh Mirzəyev Əhməd Məhəmməd oğlundan tutulması qərara alınmışdır.

42. Mülki Prosessual Mə cəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).

43. İşə apellyasiya qaydasında baxan məhkəmə iddiaçının abonent hesabından silinməsini tələb etdiyi hazırki iddia tələbinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının qeyd edilən qərarı ilə Mirzəyev Əhməd Məhəmməd oğlundan tutulması qərara alı nan 113.952,20 manat borcun da daxil olduğunu müəyyən etsə də, abonent hesabının addan-ada (Əhməd Mirzəyevdən hazırki iddiaçıya) keçməsi, sonuncunun isə həmin borca görə cavabdehlik daşımamasına görə həmin borcun silinməsi nəticəsinə gəlmişdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 82.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası nəzərə almamışdır ki, abonent hesabı üzrə ad dəyişsə də, 2021-ci il 12 oktyabr tarixli 22(102)-441/2021 nömrəli qərarına əsasən verilmiş icra sənədi üzrə borclu dəyişməmiş, borclu şəxs R.Məmmədov deyil, həmin abonent hesabının əvvəlki istifadəçisi Ə.Mirzəyevdir və sonuncu tərəfindən həmin icra sənədinin icrası təmin edilməlidir. Belə olan halda həmin borcun hazırki iş üzrə iddiaçının tələbi üzrə silinməsinin mümkünlüyünə, eləcə də iddiaçı tərəfindən mübahisələndirilməsi üçün subyektiv hüququn olubolmamasına qiymət verilməlidir.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulmasına görə qismən-113.952,20 manat borc məbləğinin X3 **********00100 nömrəli abonent hesabından silinməsi hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

46. MPM-in 416-419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 aprel tarixli, 2-2(104)-84/2023 saylı qət naməsi qismən-113.952,20 manat borc məbləğinin X3 **********00100 saylı abonent hesabından silinməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: M.T.Əhmədova Ə.M.Xıdırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar