Məhkəmə qərarları › İş №2-2(102)-509/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-509/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-509/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: icarə haqqı borcu, dəymiş zərər, əldən çıxmış fayda; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Cavabdeh MMC tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli, 2-2(105)-85/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılm ışdır. I. İŞİN HALLARİ 1. 2018-ci il 17 aprel tarixli icarə müqaviləsinə əsasən, İddiaçı (bundan sonra – iddiaçı) Quba rayonu, Digah kəndində yerləşən, ümumi sahəsi 120 kv.m olan qeyriyaşayış sahəsini 10 il müddətinə Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) icarəyə verməyi, icarəçi isə həmin sahəni təhvil alaraq müqavilədə nəzərdə tutulan icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin 3.1-ci bəndinə görə icarə haqqı hər ay üçün 350 manat müəyyən edilmişdir. Müqavilənin 3.3-cü bəndinə görə icarəçi qanunvericiliyə əsasən müvafiq vergiləri ödəyir. Müqavilənin 2.4-cü bəndində qeyd edilmişdir ki, icarəçi icarəyə götürdüyü sahəni sanitar qaydaları ilə, yanğın əleyhinə olan qaydalarla və binada quraşdırılmış sanitar-texniki və mühəndis qurğuların istismarı qaydaları ilə nəzərdə tutulmuş qaydada saxlamağı, eyni zamanda dövlət vergi və rüsumlarını ödəməyi üzərinə götürür. Müqavilənin 2.6-cı bəndinə əsasən isə icarəçi bu müqavilənin 3.1-ci maddəsində göstərilən icarə haqqını hər ayın 10-15-nə qədər icarə verənə ödəməlidir.

3. Ödəniş tapşırıqlarına əsasən, cavabdeh iddiaçının bank hesabına 2018-ci il 10 iyul tarixdə 602 manat, 2018-ci il 3 avqust tarixdə 301 manat, 2018-ci il 7 sentyabr tarixdə 301 manat, 2018-ci il 4 oktyabr tarixdə 301 manat, 2018-ci il 7 noyabr tarixdə 301 manat, 2018-ci il 5 dekabr tarixdə 301 manat, 2019-cu il 24 yanvar tarixdə isə 165 manat məbləğdə pul köçürmüşdür. 4. 2019-cu il 1 mart tarixli icarə müqaviləsindən görünür ki, iddiaçı Quba rayonu, Digah kəndində yerləşən, ümumi sahəsi 120 kv.m olan qeyri-yaşayış sahəsini Həsənov Həsən Əli oğlu na (bundan sonra – Ə.Həsənov) icarəyə verməyi, icarəçi isə həmin sahəni təhvil alaraq müqavilədə nəzərdə tutulan icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci maddəsinə görə müqavilə 2 il müddətinə bağlanır və icarəçi obyektini tam təmirli vəziyyətdə təhvil aldığı andan qüvvəyə minir. Müqavilənin 3.1-ci maddəsində görə icarə haqqı hər ay üçün 480 manat müəyyən edilmişdir (iş.v38).

5. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 2020-ci il 16 mart tarixli, 26803 nömrəli ekspert rəyindən görünür ki, Quba rayonu, Digah kəndində yerləşən, iddiaçının ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 1.252 manat məbləğində müəyyən olunmuşdur (iş.v49). 6. 2021-ci il 18 fevral tarixli müqaviləyə əsasən, Quba rayonu, Digah kənd sakini Eldarov Mehman Əmircan oğlu (bundan sonra – M.Eldarov) iddiaçıya məxsus Quba rayonu, Digah kəndində yerləşən, ümumi sahəsi 120 kv.m olan qeyri-yaşayış sahəsini bir neçə gün ərzində təmizləməyi, iddiaçı isə qeyri-yaşayış sahəsinin təmizlənməsi üçün 400 manat zəhmət haqqını ona ödəməyi öhdəsinə götürmüşdür (iş.v164). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı 2019-cu il 22 avqust tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ödənilməmiş icarə haqqı kmi 528 manat, təmir pulu kimi 1026,5, əldən çıxmış gəlir kimi, yəni dəymiş zərərin əvəzi olaraq 3500 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qət namə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqaviləyə əsasən Quba rayonu Digah kəndində yerləşən ümumi sahəsi 120 kv metr olan iddiaçıya məxsus qeyri-yaşayış binası 10 il müddətinə cavabdehə icarəyə verilmişdir. Sonra tərəflərin razılığı ilə icarə müqaviləsinə xitam verilmiş, 2019-cu ilin yanvar ayının axırında obyekt cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. İcarə müqaviləsinə görə icarə haqqı hər ay üçün 350 manat müəyyən edildiyi halda, icarəçi buna əməl etməyərək, fəaliyyət göstərdiyi 8 (səkkiz) ay ərzində "xxxx" ASC-nin Quba rayon filialı vasitəsi ilə iddiaçının hesabına köçürülməli olan (8 ay x 350 manat) 2800 manat məbləğin əvəzinə cəmi 2272 manat pul köçürmüş, 528 manat məbləği isə ödəməmiş dir. Digər tərəfdən, aralarında bağlanmış müqavilənin şərtlərinə görə icarəçi icarə müddəti qurtardıqdan sonra mağaza binasını təhvil-təslim aktına əsasən qəbul etdiyi vəziyyətdə təhvil verməli idi. 2018-ci il 3 avqust tarixli təhvil-təslim aktı ilə mağaza binası iddiaçı tərəfindən təmir edilib əla vəziyyətdə cavabdehə təhvil verilmişdir. Cavabdeh mağaza binasını geri təhvil verərkən təmir etməkdən imtina etdiyinə görə iddiaçı tərəfindən usta çağırılmış, təmir olunmalı divarların ümumi sahəsi 256 kv metr olan mağazanın təmiri üçün lazım olan 1026,5 manat dəyərində mal və materialların siyahısı tutulmuşdur (5 kisə ağdağ-30 kq (5 x 6,5 m=32,5); üzlük-30 kisə x 8 manat =240,0; binder kley-8 litr -24manat; emulsiya astar və üz 50 kq 130 manat; fasad rəngləmək üçün 2030 kodlu xüsusi rəng 10 kq- 150 manat; iri həcmli pəncərələri, döşəməni təmizləmək, materiallarla birlikdə dəyəri 150 manat, usta haqqı 350 manat). Bundan əlavə, mağaza binası təmirsiz olduğundan cavabdeh tərəfindən təhvil verildiyi vaxtdan mağazanı başqa şəxslərə icarəyə verə bilmədiyinə görə iddiaçıya külli miqdarda zərər dəymişdir. Bu zərər müqavilə şərtlərinə görə hər ay 350 manat olmaqla qəbul edilərək qətnamə qanuni qüvvəyə minən vaxta qədər hesablanmalıdır.

9. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək ödənilməmiş icarə haqqı kimi 528 manat, təmir pulu vəsaiti kimi 1026,5 manat, əldən çıxmış gəlir, yəni dəymiş zərərin əvəzi olaraq isə 7680 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (iş.v59).

10. Daha sonr a, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək icarə haqqının əvəzi olaraq 528 manat, mağazanın təmir pulu olaraq 1600 manat, mağaza binasını təmizləyən xidmətçi haqqı kimi 400 manat, əldən çıxmış gəlir, dəymiş zərərin əvəzi olaraq 7680 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir (iş.v62)

11. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddianın dəymiş zərərin əvəzi olaraq 7680 manat hissəsini 2019-cu ilin mart ayından hazırkı vaxtadək hər ay üçün (bağlanmış yeni müqaviləyə görə) icarə haqqı 1 kv.m 4 manat olmaqla aylıq (4x120 kv.m) 480 manat olmaqla əldən çıxmış faydaya görə vurulmuş zərərin əvəzi (22 ay x 480 manat) əvəzi olaraq 10.560 manat məbləğind ə pulun ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (iş.v149).

12. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək icarə haqqının əvəzi olaraq 528 manat, mağazanın təmir pulu olaraq 1600 manat, mağaza binasını təmizləyən xidmətçi haqqı kimi 400 manat, əldən çıxmış gəlir, dəymiş zərərin əvəzi olaraq 10.560 manat pulun, bundan başqa iddiaçı ilə obyekti təmir edən H.Ə.Həsənov arasında 2021-ci il 2 mart tarixdə bağlanmış müqaviləni əsas götürərək 500 manat obyektin təmir pulunun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir (iş.v179).

13. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 5 mart tarixli, 2-2(119)148/2021-ci il tarixli qətnaməsi ilə iddia qismən – cavabdehdən ödənilməmiş icarə haqqı olaraq 528 manat, mağazanın təmir olun ması üçün vurulmuş ziyanın əvəzi olaraq 1252 manat, əldən çıxmış faydaya görə 5600 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim X.Tağıyev).

14. Həmin məhkəmə bildirmişdir ki, iddiaçı və cavabdeh arasında bağlanmış müqavilədə icarə haqqı üzrə 14 faizlik vergini, yəni 49 manatı icarəçi icarə haqqından çıxamaqla icarəyə verənə 301 manat məbləğində icarə haqqı ödəməli olduğu müəyyən edilməmişdir. İcarə haqqını 350 manat ödəməli olduğu halda, 301 manat məbləğində ödədiyini cavabdeh özü də etiraf etmişdir. Bu isə müqavilənin tələblərinə zidd olduğundan iddia tələbi ödənilməmiş icarə haqqı hissəsində əsaslı olmuşdur.

15. İddia tələbinin mağazanın təmir xərci olaraq 1600 manat məbləğində pulun cababdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu hal üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyi ilə Quba rayonu, Digah kəndində yerləşən, iddiaçının ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 1252 manat olduğu müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi əsas götürərək, iddia tələbinin mağazanın təmir xərci hissəsində qismən – yalnız 1252 manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlmişdir.

16. İddia tələbinin əldən çıxmış çıxmış gəlir, dəymiş zərərin əvəzi olaraq 10560 manat tutulması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, icarə müqaviləsinə xitam verildikdən sonra icarə obyekti olan qeyri-yaşayış sahəsin in cavabdeh tərəfindən təmir edilərək iddiaçıya təhvil verilməməsi səbəbindən sonuncunun ziyana düşməsi faktı və bu vəziyyətin yaranmasında cavabdehin təqsirli olması məhkəmədə sübuta yetirilmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi bu faktı əvvəlcə etiraf edərək, vurulmuş ziyanın məbləğini mübahisələndirmiş və qeyri-yaşayış sahəsinin yalnız 1 ay ərzində istifadə edilə bilməməsi səbəbindən dəymiş ziyanı ödəməyə hazır olduqlarını bildirmiş, sonda isə bütövlükdə iddia tələbinə etiraz etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi fiziki şəxs H.Həsənovla aralarında bağlanılmış 2019-cu il 1 mart tarixli icarə müqaviləsində isə həmin qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 480 manat nəzərdə tutulsa da, həmin icarə müqaviləsi reallaşdırlımamışdır. Bu səbəbdən iddiaçı ilə cavabdeh arasında bağlanı lmış 2018-ci il 17 aprel tarixli icarə müqaviləsində müəyyən edilən və artıq mübahisə doğurmayan fakt kimi mövcud olan aylıq 350 manat icarə haqqı daha real və ağlabatan rəqəm sayılmaqla əsas götürülməlidir. Bundan başqa, iddiaçı qeyri-yaşayış sahəsini təhvil aldığı 2019-cu ilin yanvar ayından etibarən icarəyə verə bilmədiyini göstərərək, bu səbəbdən 22 ay ərzində icarə haqqından məhrum olduğunu qeyd etmişdir. Bu xüsusatla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsini 2019-cu ilin yanvar ayında təhvil alsa da, aralarında yaranmış mübahisə ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə həmin ilin avqust ayının axırlarında, yəni 7 ay sonra müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, məhkəməyə müraciət etmək hər bir şəxsin hüququ olsa da, bu hüquqdan suiistifadə və ya üzürsü z səbəbdən istifadə etməmə digər şəxslərin mənafeyinə ziyan vurulmasına gətirib çıxarırsa, bu hala müvafiq qiymət verilməlidir. Bu baxımdan, mübahisənin yarandığı vaxt, yəni iddiaçının qeyri-yaşayış sahəsini təmirsiz halda təhvil aldığı 2019-cu ilin yanvar ayı real və ağlabatan başlanğıc müddət kimi götürülsə, iddiaçının 1 ay ərzində məhkəməyə müraciət etmək imkanı olmuş, lakin o bu imkandən istifadə etməmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə imkanı olduğu halda 6 ay ərzində məhkəməyə müraciət etməməsini əsaslandırmamışdır. Bu səbəbdən, iddiaçının 2019-cu ilin mart ayından avqust ayının sonunadək olan dövr üçün əldən çıxmış fayda tələb etməsi əsassız olmuşdr. Belə olan halda, icarə müqaviləsinə xitam verildikdən sonra icarə obyekti olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən təmirs iz halda təhvil verilməsi səbəbindən iddiaçıya dəymiş ziyanı müəyyən etmək üçün əldən çıxmış faydanın hesablanması müddətinin əvvəli onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən hesablanmalıdır. İddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən işə baxılması, ekspertiza rəyinin gec verilməsi, o cümlədən Sumqayıt şəhər Məhkəməsinin qətnaməsinin apellyasiya instansiyasında ləğv edilərək işin məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi, eləcə də COVİD-19 panedmiyası ilə əlaqədar işə baxılması zamanı fasilələr yaranmasına, bütün bunlar iddiaçının təqsiri üzündən baş vermədiyinə görə həmin dövr ərzində (22 ay - 6 ay =16 ay) əldən çıxmış faydanın iddiaçı tərəfindən tələb olunması əsaslı olmuşdur. Qeyd olunanları nəzərə alaraq məh kəmə iddia tələbinin əldən çıxmış çıxmış gəlir, dəymiş zərərin əvəzi olaraq 10.560 manat tutulması hissəsində qismən əsaslı olduğu üçün 5.600 manat (16 ay x 350 manat= 5600 manat) həddində təmin olunması, qalan hissədə isə əsassız olması qənaətinə gəlmişdir.

17. İddiaçının qeyri-yaşayış sahəsini təhvil aldığı 2019-cu ilin yanvar ayından 2 ildən artıq müddət keçdiyi üçün və qeyri-yaşayış sahəsinin həmin vaxtda olan vəziyyətinə dair mötəbər sübutlar təqdim olunmadığına görə iddia tələbi mağaza binasını təmizləyən xidmətçi haqqının cavabdehdən tutulması hissədə əsassız olmuşdur.

18. İddia tələbinin iddiaçı ilə obyekti təmir edən Ə.Həsənov arasında 2021-ci il 2 mart tarixdə bağlanmış müqaviləni əsas götürərək 500 manat məbləğdə obyektin təmir pulunun cavabdehdən alınaraq ona ödənilməsi hissə si ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texnikası ekspertizasının ekspert rəyində Quba rayonu, Digah kəndində yerləşən, iddiaçıya məxsus ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin, o cümlədən mal-materialın, usta pulunun, əlavə və nəqliyyat xərclərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri müəyyən edildiyi üçün təmirə görə əlavə pul tələb olunması əsassız olmuşdur.

19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 427.2, 427.3, 442, 448.1, 448.2, 21, 21.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Həmin q ətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli, 2-2(105)-85/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən F.Məmmədov, hakimlər Z.Məmmədov və H.Babayeva).

22. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin istinad etdiyi əsasları təkrarlamış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, cavabdeh təmir üçün çəkilən xərcin şişirildiyini və həqiqəti əks etdirmədiyini qeyd etsə də, həmin halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Təmir üçün çəkilən xərcin məbləği ekspe rt rəyi ilə müəyyən olunmuş, məhkəmə də həmin rəyi mötəbər sübut kimi qəbul etmişdir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə cavabdeh müqaviləyə xitam verildikdən sonra qeyri-yaşayış sahəsini icarəyə götürdüyü vəziyyətdə təhvil verməli olduğu halda bunu etməməsi nəticəsində, icarə müqaviləsi bağlamaqla qazanc əldə edən iddiaçının zərərə məruz qalmasına səbəb olmuşdur.

23. Məhkəmə kollegiyası həmçinin cavabdehin kəsici müddətin tətbiq olunmasına dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, hazırkı iddia tələbinə kəsici müddət tətbiq edilməməlidir. Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyi l, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Mövcud iddia tələbi üzrə isə kəsici müddət deyil, iddia müddəti tətbiq edilə bilərdi ki, hazırda bu müddət ötməmişdir.

24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 158.1, 385.1, 427.3, 442, 14.2.1, 21.1, 21.2, 425.1, 425.2, 372.2, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 124.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 29 iyun tarixdə iş üzrə tərəflərə göndərilmişdir.

26. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. KASSAS İYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

27. Vergi Məcəlləsinin tələblərinə görə əgər gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Yəni ödəmə mənbəyindən vergi icarə haqqından və ödənişin mənbəyindən tutulur. Hazırki halda, verginin icarə haqqının tərkibində qeyd edilməsi cavabdehin istəyindən deyil, qanunvericiliyin tələbindən irəli gəlmişdir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə isə hərfi mənadan çıxış etmiş, müqavilənin “Vergiləri icarəçi ödəyir” hissəsinə əsaslanmışdır. Tərəflərin həqiqi ira dəsinin ifadəsi olan, yəni onların razılaşmasını əyani surətdə göstərən, iddiaçının razılaşdırılmış icarə haqqını tam şəkildə almasını təsdiq edən əvvəlki iddia ərizəsindəki qeydini, İcarəçinin Vergi Məcəlləsinə və müqaviləyə uyğun olaraq öncədən icarə haqqını müqaviləyə vergi ilə birlikdə yazmasını, daha sonra vergini icarə haqqından tutaraq məhz icarəçinin ödəməsini nəzərə almamışdır.

28. Bundan başqa, ekspert rəyində təmir xərcləri və təmir üçün nəqliyyata sərf edilmiş xərclər şişirdilmişdir. Cavabdeh hesab edir ki, ekspert rəyinin qanuni olubolmamasını müəyyənləşdirmək üçün ekspertizanın tədqiqat obyektlərinə məhkəmə baxış keçirməli, ekspertin həqiqətən də Qubaya gedərək obyektə baxış etməsini, yoxsa fotoşəkillər əsasında rəy verməsini aydınlaşdırmalı idi. Həmçinin, icarəçinin 8 aylıq istifadəsi nəticəsində obyektin müqaviləyə uyğun pisləşməsi 1252 manatdan çıxılmalı idi. Belə ki, Mülki Məcəllənin tələbinə görə kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. İddiaçı məhkəməyə 6 ay sonra müraciət etmiş, ekspertiza isə daha 8 ay sonra rəy vermişdir. Yəni ekspertizada müəyyən edilmiş 1252 manatdan 22 aylıq amortizasiya və təbii köhnəlmə çıxılmalı idi.

29. Məhkəmə əldən çıxmış faydanın əvəzi olaraq 5600 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir. Halbuki, iddiaçının həyata keçirməli olduğu “təmir-bərpa” ancaq rəngləmədən ibarətdir olmuşdur, bu isə ən çoxu 2 həftə çəkə bilərdir. Əgər iddiaçı bu müddət ərzində bilavasitə icarəçinin təqsirli hərəkətləri ucbatı ndan obyektin icarəyə verilmədiyini sübuta yetirərsə, yalnız bu 14 gün ərzində obyektin icarəyə verilməməsi üçün çəkilmiş xərci tələb edə bilərdi. Mübahisələndİrlən qətnamədə ödənilməsi nəzərdə tutulmuş əldə çıxmış fayda, 5600 manat isə 16 aylıq icarə haqqı (vergi daxil) həcmindədir. Cavabdeh 8 aya yaxın icarə müddəti ərzində ümumilikdə 2272 manat pul vəsaiti ödəmişdir, indi isə obyektin xarici görünüşünə zərər vurduğuna və bu müddət ərzində obyektin icarəyə verilə bilməməsinə əsaslanaraq məhkəmə ondan 5600 manat pul vəsaitinin əldən çıxmış fayda olaraq ödənilməsi qənaətinə gəlmişdir. İddia olunan zərərlə zənn edilən pozuntu arasında aydın səbəb-nəticə əlaqəsi olmalıdır. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördü yü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Hazırki iş üzrə iddiaçı heç bir tədbir görməmiş, sadəcə olaraq 2 illik müddətin keçməsini gözləmişdir ki, cavabdehdən pul vəsaiti tələb edə bilsin. Cavabdeh hesab edir ki, yalnız iki halda bu qədər müddət üçün əldən çıxmış fayda ödənilə bilərdi: 1)borclu dəymiş zərərin aradan qaldırılmasına maneə olduqda, 2) Kreditorun dəymiş zərəri aradan qaldırmaq üçün maddi imkanı olmadıqda. Hazırda isə, bu halların heç biri mövcud olmamışdır. Həmçinin, obyektin fəaliyyət göstərməsi məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə obyektin fəaliyyət göstərdiyi dövrü də əldən çıxmış faydanın ödənilməli olduğu dövrə daxil etmişdir.

30. Məhkəmə həmçinin qətnaməsində göstərmişdir ki, iddianın yanlış olaraq Sumqayıt Şəhər Məhkəməsinə verilməsi id diaçının təqsiri olmamışdır. Cavabdeh qeyd edir ki, İddiaçı fərdi sahibkar olması barədə onda heç bir məlumat olmamış, iddiaçının VÖEN-i bağlanmış icarə müqaviləsində də qeyd edilməmişdir. Cavabdeh hesab edir ki, iddia ərizəsin lazımi formada tərtib etmək, dövlət rüsumunu ödəmək, tələb olunan sənədləri iddia ərizəsinə əlavə etmək iddiaçının vəzifəsidirsə, düzgün məhkəməyə müraciət etmək də iddaçının üzərinə düşür. Məhkəmə fors-major halları, yəni karantin rejimi ilə əlaqədar 2 dəfə məhkməmə iclaslarının təxirə salınmasını cavabdehin təqsiri hesab etmişdir. Pandemiyanın nə vaxt bitəcəyinin bilinmədiyi bir vaxtda məhkəmə iclasları 3 il də təxirə salına bilərdi ki, bu zaman cavabdeh həmin 3 illik icarə haqqın da ödəməli olardı. Hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərinə görə tərəfl ərin iradəsindən asılı olmayan (fors-major) hallara görə heç kəs məsuliyyət daşımamalıdır. Habelə, ekspertizanın 1 ay əvəzinə 5 ay ərzində rəy verməsi də, cavabdehin ziyanına hesablamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

31. Məhkəmə kollegiyası iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək onun dəlillərini müdafiə etmiş, məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.

32. Məhkəmə kollegiyası iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün MPM-in tələbləri baxımından onun iza hatı dinlənilməmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxl ayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bil ər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istif adə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə

158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edə rkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbayan Respublikası Vergi Məcəlləsinin 124.1. Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız m əhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

38. İş materi allarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

39. Belə ki, cavabdehin 301 manat məbləğində icarə haqqı ödəyərək 508 manat borc hissəsi ilə bağlı kassasiya şikayətində Vergi Məcəlləsinin 124.1-ci maddəsinə istinad olunaraq göstərilmişdir ki, ödəmə mənbəyindən vergi icarə haqqından və ödənişin mənbəyindən tutulur və verginin icarə haqqının tərkibində qeyd edilməsi cavabdehin istəyi deyil, qanunvericiliyin tələbidir. Məhkəmə hərfi mənadan çıxış edərək müqavilənin “vergiləri icarəçi ödəyir” hissəsinə əsaslanmışdır.

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin “Müqavilə azadlığı” adlanan 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

41. İş materiallarında olan 2018-ci il 17 aprel tarixli icarə müqaviləsinin 3.1-ci bəndinə görə icarə haqqı hər ay üçün 350 manat müəyyən edilmiş, 2.4-cü bəndində isə qeyd edilmişdir ki, icarəçi icarəyə götürdüyü sahəni sanitar qaydaları ilə, yanğın əleyhinə olan qaydalarla və binada quraşdırılmış sanitar-texniki və mühəndis qurğuların istismarı qaydaları ilə nəzərdə tutulmuş qaydada saxlamağı, eyni zamanda dövlət vergi və rüsumlarını ödəməyi, tibbi müayinəni öz üzərinə götürür. Müqavilənin 3.3-cü bəndinə görə icarəçi qan unvericiliyə əsasən müvafiq vergiləri ödəyir. Digər tərəfdən müqavilənin 2.6-cı bəndinə əsasən isə icarəçi bu müqavilənin 3.1-ci bəndində göstərilən icarə haqqını hər ayın 10-15-nə qədər icarə verənə ödəməlidir.

42. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

43. Mülki Məcəllənin müvafiq maddəsi ilə bağlı nəzərə alınmalıdır ki, müqavilənin təfsiri qaydaları ilk növbədə yazılı müqavilənin müəyyən şərtlərinin (bəndlərinin) aydın olmayan və ya qeyri-dəqiq şəkildə tərtib edildiyi hallara şamil olur. Müqavilənin təfsirinin birinci mərhələsində məh kəmə mətndə olan sözlərin və ifadələrin hərfi mənasını təhlil edir, çünki məhz onlar ilk növbədə tərəflərin razılaşdırılmış iradəsinin nəticəsini əks etdirir.

44. Hazırda tərəflər arasında bağlanmış icarə müqaviləsində icarə haqqı konkret olaraq 350 manat məbləğində müəyyən edilmiş və icarə haqqı üzrə 14 faizlik verginin icarəçidən çıxılmaqla icarəyə verənə 301 manat məbləğində icarə haqqı ödəməsi ilə bağlı müddəalar nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 124.1-ci maddəsinə görə icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. Müqavilədə aydın şəkildə göstərildiyi kimi icarəçi icarə h aqqını, yəni 350 manatı hər ayın 10-15-nə qədər icarə verənə ödəməyi, bundan başqa icarə müqaviləsindən irəli gələn bütün vergiləri ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin vergi qanunvericiliyinin tələblərində qeyd olunduğu kimi icarəyə verən vergini özü ödəyir.

45. İş materiallarında olan ödəniş tapşırıqlarından isə görünür ki, cavabdeh iddiaçının bank hesabına 2018-ci il 10 iyul tarixdə 602 manat, 2018-ci il 3 avqust tarixdə 301 manat, 2018-ci il 7 sentyabr tarixdə 301 manat, 2018-ci il 4 oktyabr tarixdə 301 manat, 2018-ci il 7 noyabr tarixdə 301 manat, 2018-ci il 5 dekabr tarixdə 301 manat, 2019-cu il 24 yanvar tarixdə isə 165 manat məbləğdə pul köçürmüş, beləliklə icarə haqqını tam ödəməyərək müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir.

46. Məhkəmə kollegiyası kassasiya şikayə tinin icarə haqqının tam alındığı və bu barədə heç bir narazılığın olmadığına dair dəlili ilə bağlı qeyd edir ki, cavabdehin kassasiya şikayətində qeyd etdiyi əvvəlki məhkəmə prosesində bu xüsusat araşdırma predmeti olmamış, hazırda iddiaçı ümumən icarə haqqının hər ay bankdakı hesabına ödənildiyini bilərək konkret olaraq ayda neçə manat ödənildiyini yoxlamamış, hər şeyin qaydasında olduğunu güman etmişdir. Bu səbəbdən, həmin iddia ərizəsində yanlış olaraq icarə haqqını tam aldığını və bu haqda heç bir narazılığının olmadığını bildirmiş, sonradan isə ona icarə haqqının tam ödənilmədiyi məlum olmuşdur.

47. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiyi təmir xərcinin ekspert rəyinə uyğun olaraq 1252 manat məbləğində olmasının şişirdilməsi ilə bağlı dəlilini də əsassız hesab edir. Belə ki, 2018-ci il 3 avqust tarixli təhvil-təslim aktından görünür ki, mağaza əla təmir olunmuş vəziyyətdə cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə təhvil verilmişdir.

48. İcarə müqaviləsinin 2.7-ci bəndində göstərilmişdir ki, cavabdeh icarə müddəti qurtardıqdan sonra həmin sahəni icarəyə götürdüyü vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür.

49. İş materiallarına əsasən iddiaçı mağazanın təmir xərci olaraq 1600 manat məbləğində pulun tutulmasını tələb etmiş, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 2020-ci il 16 mart tarixli, 26803 nömrəli ekspert rəyinə əsasən isə təmir xərci 1252 manat məbləğində müəyyən edilmişdir.

50. Məhkəmə kollegiyası vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

51. MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

52. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini sübut əhəmiyyətli məlumatlar kimi qəbul edərək düzgün nəticəyə gəlmişdir.

53. Bundan başqa cavabdeh bunun əksini təsdiq edən sübutlarə məhkəməyə təqdim etməmiş, kassasiya şikayətində də bununla bağlı hər hansı əlavə tutarlı dəlil göstərməmişdir.

54. Kommersiya müba hisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

55. MPM-in sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

56. Məhkəmə kollegiyası kassasiya şikayətinin əldən çıxmış faydanın əvəzi olaraq 5600 manat pul vəsaitinin ödənilməsi ilə bağlı dəlillərinə münasibətdə hesab edir ki, aşağı instansiyası məhkəmələri tərəfindən əldən çıxmış fayda üzrə kifayət qədər əhatəli araşdırma aparılmış, iş üzrə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verilmişdir.

57. Mülki Məcəllədə qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, m allarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəlik üzrə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun bu faydanı əldə etmək üçün gördüyü tədbirlər, apardığı hazırlıq işləri nəzərə alınır (Mülki Məcəllənin 385.1, 442, 443.1 və 443.4cü maddələri).

58. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir.

59. İddiaçı qeyri-yaşayış sahəsini 2019-cu ilin yanvar ayında təhvil alsa da, həmin vaxtdan etibarən onu icarəyə verə bilmədiyini göstərmiş, bu səbəbdən 22 ay ərzində icarə haqqından məhrum olduğunu qeyd etmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə həmin ilin avqust ayının axırlarında, yəni 7 ay sonra müraciət etmişdir.

60. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

61. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

62. Həmin Məcəllənin 5.1 və 9.1-ci maddələrinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

63. Birinci instansiya məhkəməsi iddiaçının 1 ay ərzində məhkəməyə müraciət etmək imkanı olsa da bu imkandan istifadə etməməsini və 6 aydan sonra məhkəməyə müraciət etdiyini nəzərə alaraq ə ldən çıxmış faydanın hesablanması müddətinin əvvəlini onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən hesablamışdır.

64. Bundan başqa, ekspertiza rəyinin gec verilməsi, işin məhkəmə aidiyyəti ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi, eləcə də COVİD-19 pandemiyası ilə əlaqədar işə baxılması zamanı fasilələrin yaranması iddiaçının təqsiri ucbatından baş vermədiyinə görə kassasiya şikayətinin həmin dəlilləri də əsaslı olmamışdır. İşin hallarından aydın olur ki, iddiaçı mülki dövriyyə iştirakçısı olaraq özünə məxsus qeyryaşayış sahəsini icarəyə verir və bundan gəlir əldə edir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən cavabdeh icarə müddəti qurtardıqdan sonra həmin sahəni icarəyə götürdüyü vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüş, lakin obyekti is tismara yararlı formada qaytarmamışdır. Belə olan təqdirdə isə cavabdehin təqsirindən iddiaçının həmin əmlakdan yenidən istifadə etmək və ya yeni bir icarə münasibəti quraraq gəlir əldə etmək imkanı məhdudlaşmış, bununla yanaşı cavabdehin öhdəliyini lazımınca yerinə yetirməməsi nəticəsində iddiaçının zərər etməsi hazırki işə məhkəmələrdə baxılarkən də davam etmişdir.

65. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.

66. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli 2-2(105)-85/2021 saylı qə tnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

67. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

68. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli 2-2(105)-85/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar