Məhkəmə qərarları › İş №2-2(102)-51/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-51/2019

13.02.2019 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-51/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-51/2019) Bakı şəhəri 13 fevral 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdeh “xxxx” ASC-in vəkili Vəkil iştirakı ilə İddiaçı-nin cavabdeh "xxxx" ASC-yə qarşı "37560,45 manat əlavə enerji sərfiyyatının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi" tələbinə dair iqtisadi iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İ nzibati-İqtisadi Kollegiyasının 2-2(107)-49/2018 saylı 01 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC-nin təsisçisinin 07.08.2017-ci il tarixli qərarı ilə "xxxx" MMC İddiaçı-yə qoşulmuşdur. 05.12.2017-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən "xxxx" MMC xxxxmüəssisəsində X1 qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Baxış zamanı məlum olmuşdur ki, cərəyan transformatorunun "A" fazasının gərginlik naqili qırılıb və həmin fazadan keçən yükü sayğac qeyd etmir. "A" fazasından keçən yükü 614 A, ümumi yoxlama zaman ı obyektin gücü "A" fazasından 614 A, B fazasından 437 A, C fazasından 594A. Cəmi sayğac qeyd etməyən 614 A. Həmin aktın "qəbul edilmiş qərar" hissəsində sayğac uçot dəstinin yeni müasir tipli uçotla əvəz edilməsi və qaydalara uyğun qəbul edilməsi, habelə obyektə təcili olaraq avtomatik rejimdə işləyən gücə uyğun kompensasiyaedici qurğu quraşdırılması qərara alınmışdır. Həmçinin, nəzarətçi-mühəndis Elmir Teymurovun xidməti məlumatına əsasən, cavabdehin üç nəfər əməkdaşı tərəfindən iddiaçıya məxsus obyektdə elektrik enerjisi uçotu və "X1 Qaydaları"na riayət olunması vəziyyəti yoxlanılmışdır. (05.12.2017-ci il tarixli R seriyalı 011786 nömrəli akt). Sonradan, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "37560,45 manat əlavə enerji sərfiyyatının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı-də 05.12.2017-ci il tarixdə, saat 17.50 radələrində elektrik enerjisi uçotu və "X1 Qaydaları"na riayət olunması vəziyyəti yoxlanılmış və bununla bağlı 05.12.2017-ci il tarixli R seriyalı 011786 nömrəli akt tərtib edilmişdir. Yoxlama heç bir əsas olmadan, onların iştirakı təmin edilmədən obyektdən kənarda keçirilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, cərəyan transformatorunun "A" fazasının gərginlik naqili qırılıb və həmin fazadan keçən yükü sayğac qeyd etmir. "A" fazasından keçən yükü 614 A, ümumi yoxlama zamanı obyektin gücü "A" fazasından 614 A, B fazasından 437 A, C fazasından 594A. Cəmi sayğac qeyd etməyən 614 A. Həmin aktla sayğac uçot dəstinin yeni müasir tipli uço tla əvəz edilməsi və qaydalara uyğun qəbul edilməsi, habelə obyektə təcili olaraq avtomatik rejimdə işləyən gücə uyğun kompensasiyaedici qurğu quraşdırılması qərara alınmışdır. Müəssisəyə 37560,45 manat əlavə sərfiyyat hesablanmışdır. Bundan başqa, təqdim edilən hesabata əsasən enerji sərfiyyatının dəyəri ödənilmişdir. Eyni zamanda, elektrik nəzarətçisi hər dəfə elektrik sayğacına baxış keçirərkən həmin qüsur mövcud olmamışdır. Buna baxmayaraq, cavabdeh əvvəlki aylar üçün əlavə enerji sərfiyyatı hesablamışdır. Bundan əlavə, cavabdeh ləğv edilən hüquqi şəxsə əlavə enerji sərfiyyatı hesablamışdır. Əgər cavabdeh yoxlamanın keçirilməsini vahid yoxlama reyestrində qeydiyyata aldırsaydı, məlum olardı ki, "xxxx" MMC "xxxx" MMC-yə qoşulmuş, qoşulma dövlət qeydiyyatına alındığı tarixdən "xxxx" MM C-nin fəaliyyətinə xitam verilərək təhvil aktı üzrə bütün hüquq və vəzifələri "xxxx" MMC-yə keçmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-59/2018 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim: V.K.Qasımov) iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 37560,45 manat məbləğində borcun silinməsi, iddiaçıya məxsus olan xxxxuna elektrik enerjisi verilişinin bərpa edilməsi və enerji verilişinin yenidən dayandırılmasının cavabdehə qadağan edilməsi barədə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.12.2017-ci il tarixli qərardadı ilə görülmüş iddianın təmin edilməsi tədbirlərinin hazırkı qətnamənin icrasına qədər öz qüvvəsini saxlaması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının sayğacına və elektri k enerjisi uçotuna baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada və iddiaçı barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmənin həmin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(107)-49/2018 saylı 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: G.Q.Abbasov, hakimlər: R.R.Rəfiyev və E.Ş.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-59/2018 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə "Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunu və 15 fevral 2011-ci il tarixli, 383 nömrəli Fərmanla təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"ni hazırkı mübahisəyə tətbiq etməklə maddi hüquq pozuntusuna yol vermiş dir. Adı çəkilən hər iki normativ hüquqi aktın adından və məzmunundan aydın olur ki, onlar sahibkarlıq subyektinin sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlamaları tənzimləyir. İddiaçının fəaliyyəti kərpic istehsalı ilə bağlıdır; başqa sözlə, elektrik enerjisinin təkrar satışı və s. bu kimi fəaliyyəti həyata keçirmir. Nəticə etibarı ilə cavabdehin tərtib etdiyi 05.12.2017-ci il tarixli, R seriyalı, 011786 nömrəli Aktın iddiaçının sahibkarlıq fəaliyyəti ilə hər hansı bağlılığı yoxdur. Bu mənada adı çəkilən normativ hüquqi aktların, həmçinin, "X1 Qaydaları"nın 8.34-cü bəndinin hazırkı mübahisəyə tətbiqi açıq maddi hüquq pozuntusu təşkil edir. Digər tərəfdən, əgər məhkəmə hazırkı işə sözügedən normativ hüquqi aktları tətbiq edirdisə, onda mübahisəyə iqtisadi deyil, inzibati mübahisə kimi qiymət v erməli və işə inzibati icraat qaydasında baxmalı idi. Cavabdeh hesab edir ki, məhkəmə "X1 Qaydaları"nın (EEİQ) 8.17-ci bəndini səhv təfsir etmişdir. Belə ki, EEİQ-nin 8.17-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Apellyasiya məhkəməsi EEİQ-nin 8.17-ci bəndinə əsasən hesablaşmanın aparılması üçün pozuntunun məhz istehlakçının təqsiri üzündən baş verməsinin müəyyən edilməli olması barədə səhv nəticəyə gəlmişdir. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1, 448.2, 448.4-cü maddələrinə, "X1 Qaydaları"nın 9.1, 9.10-cu bəndlərinə istinad etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğ v edilməsini və iddia tələbinin təmin olunmaması haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-nin 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmiş dir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil ed ilir. Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına ve rməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezid entinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli, 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Əsasnamənin 1.4-cü bəndinin tələbinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti suby ektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.6-cı maddəsinə görə, yalnız sərhəd-buraxılış məntəqələrində keçirilə n yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar və dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Əsasnamənin 7.1-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi, cavabdeh tərəf indən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan normaların məzmununa əsasən, yuxarıda adı çəkilən Qanunun bəzi müddəaları, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı olması barədə müddəası dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan "xxxx" ASC-nin də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. Yəni, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aiddir. Belə olan halda, cavabdehin, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə baxış keçirməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan, cavabdeh tərəfindən "X1 Qaydaları"nın və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama Reyestrdə qeydiyyata alınmalı idi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, müəssisədə sayğacın uçot vəziyyəti ilə bağlı "xxxx" ASC-nin əməkdaşları tərəfindən 05.12.2017-ci ildə keçirilmiş yoxlama əvvəlcədən Reyestrdə qeydiyyata alınmamışdır. Ona görə də həmin yoxlama heç bir hüquqi nəticəyə səbəb ola bilməz. "X1 Qaydal arı"nın 8.34-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təq dim etməlidirlər. Bundan əlavə, iş materiallarında olan cavabdeh tərəfindən verilmiş etirazdan görünür ki, “xxxx” ASC Azərbaycan Respublikası Energetika Nazirliyinin 03-18-51 nömrəli məktubuna, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 10.05.2016-cı il tarixli 3/1009R830 nömrəli məktubuna və 20.04.2015-ci il tarixli Rəyinə istinad edərək YDM-də olan sayğaca keçirilmiş baxışla bağlı hər hansı qərar qəbul edilməli olmadığını və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr haqlı olaraq etirazda qeyd edilmiş bu xüsusatlarla razılaşmamışdır. Belə ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin 03-18-51 nömrəli məktubunda deyilir ki, sayğac göstərişinin yazılması ene rji təchizatı müəssisəsinin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyət hesab edilmədiyindən baxışın keçirilməsi haqqında qərarın və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışın sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilmədən sayğac göstərişinin yazılması məqsədəuyğundur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 20.04.2015-ci il tarixli rəyinə əsasən, yalnız obyekti su təchizatı və (və ya) kanalizasiya sistemlərinə qoşmaq, suölçən cihazı təmir etmək, nasaz suölçən cihazlara münasibətdə onları təmir etmək məqsədi ilə sökmək və ya onun göstəricilərinin götürülməsi tədbirləri yoxlama hesab olunm aya bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 10.05.2016-cı il tarixli 3/1009-R830 nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən rəyin "xxxx" ASC-yə münasibətdə eyni ilə tətbiqi məqsədəmüvafiq bilinir. Beləliklə, sadalanan sənədlərə əsasən cavabdehin yalnız sayğac göstərişini yazma, obyektin enerji təchizatı sisteminə qoşulma, ölçü cihazının təmiri edilmə və təmir üçün sökmə hüququ vardır. Cavabdeh tərəfindən iddiaçının obyektində keçirilmiş baxış isə bu tədbirlərin heç biri ilə əhatə olunmur. Bundan əlavə, işdə olan Şimal-Qərb RETSİ-nin Akt komissiyasının 06.12.2017-ci il tarixli icra vərəqindən görünür ki, qüsur olaraq cərəyan transformatorunun "A" fazasının gərginlik naqilinin qırılması və sayğacın həmin fazadan keçən yükü qeyd etməməsi göstərilmiş və 37560,45 manat məblə ğində enerji haqqı hesablanmışdır. "X1 Qaydaları"nın 8.17-ci bəndi hansı hallarda hesabatın sayğacın maksimal cərəyanına görə aparılmalı olması qaydasını müəyyən edir. Belə ki, 8.17-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Bu normadan göründüyü kimi, yenidən hesablaşmanın aparılması üçün pozuntunun məhz istehlakçının təqsirindən baş verməsi müəyyən edilməlidir. Birinci instansiya məhkəməsində işdə olan diskə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu kərpic zavodunun sayğac uçot dəstinə baxış keçirilərkən sonuncunun (iddiaçının) nümayəndəsinin iştirakını özündə əks etdirən video görüntü qeydə alınmamışdır. Bundan başqa, video çəkilişdən transformatorun "A" fazasının gərginlik naqilinin qırıldığı və həmin fazadan keçən yükü sayğacın qeyd etməməsi görünsə də, bunun istehlakçının təqsiri ucbatından baş verməsi öz əksini tapmamışdır. Başqa sözlə, video çəkiliş birbaşa transformatorun "A" fazasının gərginlik naqilini n qırılması və fazadan keçən yükü sayğacın qeyd etməməsi ilə başlayır ki, bunun videoçəkilişdən əvvəl, yoxsa sonra edilməsi, habelə kim tərəfindən edilməsi şübhə altındadır. Cavabdeh isə hazırkı iş üzrə aşkar edilmiş pozuntuda iddiaçının təqsirinin olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının sayğacına və elektrik enerjisi uçotuna baxış keçirilməsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsini təsdiq edən sübut iş materiallarında mövcud olmadığından və belə bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiə si haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada və iddiaçı barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əla qədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduğu faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı məhkəməyə iddia tələblərinin əsasını təsdiq edən sübutlar təqdim etsə də, cavabdeh öz etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iş materiallarında olan sübutlara və sadalanan maddi və prosessual hüquq normalarına istinad etməklə iddianın təmin edilməsi barədə biri nci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(107)-49/2018 saylı 01 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin Bədəlov hakimi Kəmaləddin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar