Məhkəmə qərarları › İş №2-2(102)-51/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-51/2025

31.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-51/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərdən irəli gələn mübahisələr, real zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçının cavabdehə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-731/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən veril miş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. XXXX ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçının istifadəsindədir. 2022-ci il 26 oktyabr tarixində “Bakı Sukanal” idarəsinin istismar etdiyi 1.400 mm-lik magistral su boru kəmərində baş vermiş qəza nəticəsində sözügedən qeyri-yaşayış sahəsinə su dolmuş və nəticədə İddiaçıya məxsus sağlamlıq mərkəzində yerləşən avadanlıq və əşyalara zərər dəymişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı (bundan sonra – “iddiaçı”) 2023-cü il 27 fevral tarixində Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (sağlamlıq mərkəzinə) vurulmuş maddi zərərin əvəzi olaraq 56.238 manat pul; işçilərə ödənilmiş əmək haqqı məbləğinin əvəzi və mənəvi zərərin əvəzi kimi 10.000 manat pul və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin öz vəzifə borcunu layiqincə yerinə yetirməməsi, balansında və istismarında olan yeraltı su boru kəmərinə vaxtıvaxtında keyfiyyətli xidmət göstərməməsi nəticəsində sahibkarlıq fəaliyyəti dayanmış və ona xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, ona məxsus sağlamlıq mərkəzində yerləşən 39 avadanlıq, ləvazimatlar və quraşdırılmış elektron cihazlar suyun altında qalmaqla yararsız hala düşmüş, bununla da ona 56.238 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, ona məxsus elektron avadanlıqlar ın sıradan çıxması ilə yanaşı, obyektə suyun dolması sahibkarlıq fəaliyyətinin ondan asılı olmayan səbəblərdən dayanmasına, sağlamlıq mərkəzinə cəlb etdiyi müştərilərin itirilməsinə, fəaliyyət göstərmədiyi müddət ərzində maddi gəlirdən məhrum olmağına və işçilərə əmək haqqı ödənilməsinin mümkünsüz hala gəlməsinə səbəb olmuş, eyni zamanda işgüzar nüfuzunun zədələnməsinə gətirib çıxarmışdır.

4. İddiaçı tərəfindən təqdim olunmuş “X1” MMC-nin 2022-ci il 23 noyabr tarixli MQM 23-xx-xx/2022 nömrəli “daşınar əmlakın qiymətləndirilməsi barədə” mütəxəssis rəyində qeyd olunmuşdur ki, əmlakın mövcud vəziyyəti, xərcləri, analoq əmlakla müqayisəli satışı, təyinatı, istifadə imkanları nəzərə alınmaqla, aparılmış hesablamalara və təhlillərə əsasən, ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsində yerləşmiş da şınar əmlakın (ümumilikdə 42 ədəd) ədalətli dəyəri 2022-ci il 23 noyabr tarixinə 56.238 manat təşkil etmişdir.

5. Cavabdeh tərəfindən təqdim olunmuş “Uniprice Consulting”in ("xxxx" MMC-nin) qeyri-yaşayış sahəsinə dəymiş ziyanın müəyyən edilməsi barədə 2022-ci il tarixli hesabatında qeyd olunmuşdur ki, ümumilikdə 11 avadanlıqdan yalnız 2 ədədinin yararsız olduğu müəyyən edilmiş, avadanlıqların bərpa dəyəri və yararsız hala düşən digər 2 ədəd əmlakın real bazar dəyərinin 22.553 manat təşkil etmişdir.

6. Cavabdeh iddianı qismən – 22.553 manat hissəsində etiraf etmiş, qalan hissədə isə iddiaya etiraz etmişdir.

7. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 13 sentyabr tarixli 9/390 5 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspert baxışına təqdim edilən və edilməyən istifadədə olmuş əşyaların istifadəyə yararlı vəziyyətdə olmağı nəzərə alınmaqla, hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 56.238 manat müəyyən olunmuşdur.

8. Məhkəmə tərəfindən təyin edilmiş kompleks məhkəmə mühəndis-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 24 noyabr tarixli məktubuna əsasən məhkəmə mühəndis-texniki ekspertizasının aparılmasından imtina olunmuş, 2024-cü il 4 mart tarixli 9/8805 nömrəli ekspert rəyində isə qeyd edilmişdir ki, iş üzrə verilmiş 2023-cü il 13 sentyabr tarixli 9/3905 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticəsi təsdiq olunmaqla, o cümlədən təqdi m edilən 13 adda malların dəyəri - 48.100 manat, təqdim olunmayan 25 adda malların nəzəri qaydada dəyəri - 8.138 manat müəyyən olunmuşdur.

9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 3 may tarixli e-2-2(113)-67/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, dəymiş ziyanın əvəzi olaraq 49.320 manat və mediasiya xərcinin əvəzi olaraq 400 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ekspertiza xərcinin əvəzi olaraq 150 manat pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmiş, qalan hissədə iddia tələbi rədd olunmuşdur (hakim – K.Hüseynov).

10. Məhkəmə qeyd etmişdir ki, 2022-ci il 26 oktyabr tarixində baş vermiş subasma nəticəsində iddiaçıya məxsus sağlamlıq mərkəzində yerləşən müəyyən avadanlıq və əşyalara ziyan dəyməsi və zərərin dəym əsinin cavabdehin məsuliyyət dairəsinə aid olması işin mübahisələndirilməyən halı olmuşdur. Bu baxımdan, məhkəmə mübahisənin həlli baxımından 2022-ci il 26 oktyabr tarixində baş vermiş su basma nəticəsində iddiaçıya məxsus hansı əmlaklara zərər dəyməsi və dəymiş zərərin nə qədər təşkil etməsinin müəyyən olunmasını zəruri hesab etmişdir.

11. Məhkəmə 2024-cü il 4 mart tarixli 9/8805 nömrəli ekspert rəyinin 1-ci hissəsi, yəni - təqdim edilən 13 adda malların ümumi dəyərinin 48.100 manat olması ilə razılaşsa da, təqdim olunmayan 25 adda malların nəzəri qaydada dəyərinin 8.138 manat müəyyən edilməsi halı ilə razılaşmamışdır. Çünki faktiki olaraq təqdim olunmayan mallara zərər dəyib-dəyməməsini müəyyən etmək mümkün olmamaqla yanaşı, zərər dəymiş olsa belə, onun dəyərinin nəzəri qaydada müəyyən e dilməsi doğru deyil.

12. Məhkəmə “Uniprice Consulting” tərəfindən tərtib olunmuş ("xxxx" MMC) 2022-ci il tarixli hesabatla Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 4 mart tarixli ekspert rəyini müqayisəli şəkildə tədqiq edərək müəyyən etmişdir ki, təqdim edilməyən 25 adda mallardan yalnız ikisi - 1 ədəd termo yorğan və 2 ədəd LED lampalar hadisə zamanı iddiaçıya məxsus sağlamlıq mərkəzində həqiqətən mövcud olmuş və rəydə 1 ədəd termo yorğanın dəyəri 1.000 manat, 2 ədəd LED lampanın dəyəri 220 manat qeyd olunmuşdur.

13. Məhkəmə həmçinin cavabdehin ekspert rəyində “istifadə yararsız” kimi qeyd edilən əşyaların təmir olunduqdan sonra istifadəyə yararlı olması ilə bağlı etirazının dəlini də əsassız hesab etmişdir. Belə ki, cavabdeh tərəf bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin qeyd olunmuş avadanlıqlar tibbi-kosmetoloji avadanlıqlar olmaqla, onların istifadəyə yararsız halda olduğu halda “təmir edilməsi” insanların həyat və sağlamlıqları üçün mənfi nəticələrə gətirib çıxara bilər. Bu baxımdan məhkəmə ekspert rəyində qeyd edilmiş avadanlıqların istifadəyə yararsız olması halı ilə razılaşmışdır.

14. Yekun olaraq məhkəmə təqdim edilən 13 adda malların ümumi dəyərinin 48.100 manat, 1 ədəd termo yorğanın dəyərinin 1.000 manat, 2 ədəd LED lampaların dəyərinin 220 manat olduğunu nəzərə alaraq (48.100 + 1.000 + 220 = 49.320), dəymiş ziyanın əvəzi olaraq 49.320 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 1096.1, 1097.1, 1099.1 və 1099.2-ci, Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-731/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov hakimlər – Z.Şirinov və V.Baxışova).

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində yoxlayaraq belə nəticəyə gəlmişdir ki, magistral su bor u kəməri cavabdehin balansındadır. Belə olan halda isə o, həmin boru kəmərinin salamatlığına, lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsinə məsuliyyət daşımışdır. Cavabdeh bu faktı da mübahisələndirməmişdir.

19. Bu baxımdan, baş vermiş subasma hadisəsinə görə cavabdeh obyektiv surətdə hüquqa zidd əməl üçün məsuliyyət daşıdığına görə, iddiaçı mülki qanunvericiliyin müddəalarına əsasən həmin hadisə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

20. Bununla belə, tərəflər dəymiş zərərin məbləği ilə bağlı razılaşmadıqlarına görə və cavabdehin apellyasiya şikayətinin dəlilləri məhz həmin məbləğin müəyyən edilməsində birinci instansiya məhkəməsinin əsaslandırılmasına yönəldiyinə görə, kollegiya həmin əsaslandırmanı (bax §§ 10-14) vurğula maqla qeyd etmişdir ki, məhkəmə sübutlara obyektiv, hərtərəfli və tam araşdıraraq səlahiyyətləri daxilində düzgün qiymət vermiş, sübutların qiymətləndirilməsi zamanı prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Kollegiya məhkəmənin həmin qiymətləndirməsi ilə razılaşaraq, işin hallarına, sübutlara və apellyasiya şikayətlərinin dəlillərinə təkrarən qiymət verilməsinə zərurətin mövcud olmaması qənaətinə gəlmişdir.

21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 1096.1, 1096.2, 1097.1 və 1097.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq olunmuş “Sudan istifadə Qaydaları”nın 1.2.8 və 2.1.1-ci bəndlərinə, M PM-in 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın rədd olunması və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 144.36 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasını dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MM-in 21, 1096 və 1097.1-ci maddələri üzrə - İddia tələbi əsassızdır. Belə ki, kassator iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 13 sentyabr tarixli 9/3905 nömrəli və 2024-cü il 4 mart tarixli 9/8805 nömrəli ekspert rəylərindəki dəymiş ziyanın məbləği ilə razılaşmır. Ekspert rəyində təqdim edilən ziyan dəymiş avadanlıqların təmiri olunması və təmir olunacağı təqd irdə nə qədər vəsaitin tələb olunacağı barədə suallara cavab verilməmişdir.

24. MPM-in 82.3, 88 və MPM-in 175.1-ci maddəli üzrə - Maddənin tələbindən aydındır ki, sübut qismində təqdim olunanlara hakim tərəfindən baxılmalı və tədqiq edilməlidir. Lakin bununla bağlı heç bir hərəkət edilməmiş və sözügedən normanın tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsin in maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın....” “Maddə 109

6. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... 1097.3. Qanunla zərərvuranın təqsiri olm adıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər....”

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.8. Tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan sonra, digər kateqoriyalı istehlakçılarla isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həmin istehlakçıların STTSAS-a qoşulmasını təsdiq edən qoşulma aktı tərtib edilərək imzalandıqdan sonra bağlanılmalıdır....” “2. STKM-in vəzifələri 2.1. STKM-in vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək;...”

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq nor malarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövq eyi

31. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

32. Kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər bilavasitə işin faktiki halları ilə bağlıdır və iş materiallarından görünür ki onlar apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi bununla bağlı gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır.

33. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

34. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 30) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 30) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

35. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-731/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-73 1/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar