Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-510/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəylərinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kol legiyasının 2024-cü il 07 may il tarixli, 22(103)-388/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 2019-cu il 22 oktyabr tarixli, L016/219 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə ilə İddiaçı ASC tərəfindən Cavabdeh 84 ay müddətinə 100.000 manat məbləğində kredit xətti açılmış, kredit limiti çərçivəsində verilən kreditlərin məqsəd(lər)i, maliyyələşdirmə mənbəyi, götürülən kreditin konkret məbləği, müddəti, faizləri və kreditlərin verilməsi ilə bağlı digər xüsusi şərtlərin kredit müqavilələri ilə müəyyən olunması razılaşdırılmışdır. 2. 2019-cu il 22 oktyabr tarixli, L016/219 nömrəli müqavilə çərçiv əsində bağlanmış 2019cu il 25 oktyabr tarixli KE/95519/71 nömrəli kredit sazişi ilə İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik faiz dərəcəsi 19% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70.000 manat məbləğində kredit verilmişdir. 3. 2019-cu il 25 oktyabr tarixli, KE/95519/71 nömrəli kredit sazişi üzrə kredit borcunun restrukturizasiyasına dair 2020-ci il 3 iyun tarixli razılaşma ilə verilən kreditin müddəti 2020-ci il 23 oktyabr tarixindən 7 ay müddətinə; 2021-ci il 22 yanvar tarixli razılaşma ilə isə 2021-ci il 23 may tarixindən 8 ay müddətinə uzadılmış və bu müddət ərzində saziş üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi tətbiq edilmişdir. 4. 2019-cu il 22 oktyabr tarixli, L016/2019 saylı kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilə daxili ndə kredit sazişlərindən əmələ gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzil 2019-cu il 23 oktyabr tarixli ipoteka müqaviləsi əsasında İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC-nin ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. İpoteka saxlayan İddiaçı ASC tərəfindən ipoteka qoyan Cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 2022-ci il 10 fevral tarixli HD-052/22 nömrəli bildiriş göndərilmiş, həmin bildirişin qeydə alınması haqqında ərizə 2022-ci il 18 fevral tarixində ********** nömrə ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək, cavabdehdən 2019-cu il 22 oktyabr tarixli kredit limitinin ayrılması haqqında müqavilə, həmin müqavilə daxilində 2019-cu il 25 oktyabr tarixli kredit sazişi, 2020-ci il 3 iyun və 2021-ci il 22 yanvar tarixli razılaşmalar üzrə 50.101,52 manat əsas, 11.353,84 manat faiz olmaqla, cəmi 61.455,36 manat məbləğində borcun və 400 manat mediasiya xərcinin tutularaq banka ödənilməsi, tələbin cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və əldə olunan vəsaitin cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda, borcun qalıq hi ssəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə kobud şəkildə pozulmuş, öhdəliklər ödəniş cədvəlinə müvafiq olaraq yerinə yetirilməmişdir. Yaranmış borcla bağlı cavabdehə dəfələrlə şifahi və yazılı şəkildə xəbərdarlıq edilsə də, borcun ödənilməsi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsində alınmış "xxxx" MMC-nin 2023-cü il 22 avqust tarixli qiymətləndirmə rəyi ilə ipoteka predmetinin likvid dəyəri 161.000 manat, bazar dəyəri 170.000 manat müəyyən edilmişdir.
9. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə 2023-cü il 7 d ekabr tarixli rəyinə əsasən, cavabdehin iddiaçıya olan borcu 2022-ci il 17 yanvar tarixinə əsas borc üzrə 49.707 manat, faiz borcu üzrə 6587,08 manat olmaqla, cəmi 56.294,08 manat, 2022-ci il 24 yanvar tarixinə əsas borc üzrə 49.707 manat, faiz borcu üzrə 6770,72 manat olmaqla, cəmi 56.477,72 manat, 2022-ci il 17 may tarixinə əsas borc üzrə 49.707 manat, faiz borcu üzrə 9735,19 manat olmaqla, cəmi 59.442,19 manat, 2023-cü il 7 dekabr tarixinə əsas borc üzrə 49.707 manat, faiz borcu üzrə 24.426,38 manat olmaqla, cəmi 74.133,38 manat məbləğində müəyyən edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 29 dekabr tarixli, e-2-2(113)-114/2023 nömrəli qətnaməsi ilə (hakim Z.Ə.Axundova) iddia qismən təmin edilərək, cavabdehdən 2019-cu il 22 oktyabr tarixli “L016/2019/” saylı “kredit limit inin ayrılması haqqında müqavilə”, həmin müqavilə daxilində 2019-cu il 25 oktyabr tarixli KE/95519/71 saylı kredit sazişi, 2020-ci il 3 iyun və 2021-ci il 22 yanvar tarixli razılaşmalar üzrə banka olan 49.707 manat əsas borc, 6587,08 manat faiz borcu, 400 manat mediasiya xərci olmaqla, cəmi 56.694,08 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin cavabdehə qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 161.000 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi əsas kredit borcunu iş üzrə alınmı ş ekspert rəyinə uyğun müəyyən etmiş, faiz borcunun tutulmasını isə ekspert rəyindəki 2022-ci il 17 yanvar tarixinə hesablanan faiz məbləğini (pretenziya məktubunun göndərilməsi, qəbulu və məzmunu nəzərə alınmaqla) əsas götürmüşdür.
12. Məhkəmə həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağ lı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. 13. “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma cavabdehə məxsus ipoteka predmetinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ cavabdehə geri qaytarılmalıdır. İpoteka predmetinin likvid dəyəri qiymətləndirici rəyinə əsasən 161.000 manat məbləğində müəyyən edilməlidir.
14. İddia tələbinin “satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmet inə tutma yönəldilməsinin icrası mümkün olmadıqda, borcun qalıq hissəsinin cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, borcun iddiaçının xeyrinə tutulmasının qət edilməsi ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin cavabdehdən ümumi qaydada tutulmasını da özündə ehtiva edir.
15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.5, 270.1, 385.1, 386.1, 442, 448.1, 739-cu, “İpoteka haqqında” Qanunun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34, 39.3.3, 41.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 7 may tarixli, 22(103)-388/2024 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.A.Şirinovdan və V.Ə.Baxışovadan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 741-ci maddəsi təşkil edir. Hazırkı işdə də, qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, kredit borcunun məbləği nin müəyyənləşdirilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli ekspert rəyi verilmişdir. Göründüyü kimi cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.
19. Qeyd olunanları, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini və ekspert rəyini nəzərə alaraq və Mülki Məcəllənin 741-ci maddəsinə əsaslanaraq apellyasiya kollegiyası hesab etmişdir ki, faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
20. Eyni zamanda ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya məhkəməsi əsaslı bilmişdir. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin dəyəri 120000 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinin tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərardadı əsasında "xxxx" MMC tərəfindən 2023-cü il 22 avqust tarixli ekspert rəyi verilmiş və həmin rəyə əsasən ipoteka predmetinin likvid dəyəri 161.000 manat, bazar dəyəri 170.000 manat təşkil edir.
21. Göründüyü kimi qiymətləndirmə rəyi ilə müəyyən olunan likvid qiymət tərəflər arasında ipoteka müqaviləsi bağlanılan zaman qarşılıqlı razılıqla müəyyən olunan qiymətdən kifayət qədər yüksəkdir.
22. İpoteka müqavil əsinin bağlandığı tarixdən 5 ilə yaxın müddət keçdiyini, keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin dəyişdiyini və artdığını, qeyd olunan qiymətləndirmə rəyini, eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2020-ci il 20 iyul tarixli 01 saylı qərardadına əsasən əmlakın ilkin satış qiymətinin məhz likvid qiyməti ilə müəyyən edilməli olduğunu nəzərə alaraq apellyasiya kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ipoteka predmetinin ilkin satış qiymətini qiymətləndirmə rəyi əsasında müəyyən etmişdir.
23. Apellyasiya şikayətinin dəlilləri üzrə qiymətləndirmə aparan məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsində ümumilikdə 5 məhkəmə hazırlıq və baxış iclası keçirilmiş və hər iclasın yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin ünvanına, SMS bildirişlər isə cavabdehin istifadəsində olan mobil nömrəyə göndərilmişdir. Bununla belə, o, heç bir məhkəmə iclasında iştirak etməmiş, yalnız sonuncu iclas günü səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iştirakı üçün bütün tədbirlər görülmüşdür.
24. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddəsinin tələbləri nəzərə alınaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə əvvəlcə iş üzrə məhkəmə tikint i-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertin xx.xx.2023-cü il tarixli vəsatəti ilə mənzilə baxış keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Lakin tərəflər tədqiqat obyektinə gəlməmiş və ona görə də, ekspert məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina barədə xx.xx.2023-cü il tarixli məlumat göndərmişdir. Bundan sonra iş üzrə ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi həyata keçirilməsi üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı qəbul edilmiş və qiymətləndirmənin aparılması "xxxx" MMC-yə tapşırılmış və sonuncu tərəfindən də cavabdehin qeyd etdiyi kimi mütəxəssis rəyi deyil, yuxarıda qeyd olunan ekspert rəyi verilmişdir. Göründüyü kimi birin ci dəfə ekspertiza təyin olunan zaman mənzilə baxış keçirilməsi cavabdehin hərəkətlərinə görə qeyri-mümkün olmuşdur.
25. Həmçinin iş üzrə verilmiş ekspert rəylərinin düzgün olmaması ilə bağlı dəlillər üzrə apellyasiya məhkəməsi hesab etmişdir ki, iş üzrə verilmiş rəylər də mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəylər birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəylərinin qeyri-dəqiq olmasını, yəni faiz borcunun düzgün hesablanmamasını, ipoteka predmeti olan mənzilin rəy verilən dövrə qiymətinin minimum 200000 manat olmasını bildirsə də, bununla bağlı heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə ye tirə bilməmişdir. İpoteka predmeti olan əmlakın birgə nikah dövründə əldə olunub-olunmaması faktının müəyyən olunmasının isə mübahisənin həllində hər hansı bir əhəmiyyəti yoxdur. Çünki ipoteka predmetində qeydiyyatda olan X1 həmin mənzil İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilərkən əmlakın ipoteka qoyulmasına razılığını bildirmiş, əmlaka tutma yönəldildikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
26. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 07 may il tarixli, 2-2(103)-388/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelly asiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: 27.1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi üzrə - Məhkəmə cavabdehin konstitusion mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnən, onun qanuni mənafeyini heçə sayaraq, qərəzli, əsassız və qanunsuz qərar qəbul etmişdir. 27.2. “Ekspertiza fəaliyyəti haqqında” Qanununun 11-ci maddəsi üzrə - iş materiallarında olan "xxxx" MMC-nin rəyi mütəxəssis rəyidir və həmin rəyin ekspertiza rəyi adlandırılması üçün müvafiq şəhadətnamə təqdim olunmamışdır. 27.3. Mülki Prosessual Məcəllənin 88, 217, 220.4-cü maddələri üzrə - məhkəmə təqdim edilmiş sübutlara yalnız iddiaçı nın mənafeyi hissəsində qiymət vermişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması qənaətinə gələrkən, iddiaçı tərəfindən təqdim edilmiş sübutları qiymətləndirmədən, məhkəmə tədqiqatı materiallarına istinad etmədən ümumi mülahizələr irəli sürmüşdür. Eyni zamanda, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sübutları öz qətnaməsində qeyd etməli, onlara hüquqi qiymət verməli və rədd etdiyi halda bunu əsaslandıracaq dəlilləri qeyd etməli idi.
28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisləndirildiyindən, hazırkı kas sasiya baxışının hədlərini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 4 42-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklin də borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 33. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 54-cü maddəsinə əsasən bu Qanuna müvafiq olaraq ipoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilərkən onun ilkin satış qiyməti bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qay dada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspert in rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsas ən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı şikayətin dəlillərinə uyğun olan apellyas iya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmiş, işin halları tam və hərtərəfli araşdırılmaqla, gəldiyi nəticə qanunvericiliyə uyğun əsaslandırılmışdır (bax 18-25).
37. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq kredit müqaviləsi üzrə borcu müvafiq ekspertizanın rəyinə əsasən müəyyən etmişdir. Cavabdeh iddianın rədd olunmasını məhkəmələrdən xahiş etsə də, kredit müqaviləsi üzrə borcun ödənilməsini və ya başqa əsasla öhdəliyin icrasından azad olunmasını əsaslandırmamışdır.
38. Eyni ilə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qeyd olunmalıdır ki, iş materiallarına əsasən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə apellyasiya məhkəməsi tərəfindən müstəqil q iymətləndirmə həyata keçirilmişdir. Müəyyən olunan ilkin satış qiyməti cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirilsə də, onun düzgün olmamasını təsdiq edən sübut işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsinə təqdim olunmamışdır.
39. Odur ki, apellyasiya instansiyası məhkəməsi borcun məbləğini və ipoteka predmetinin ilkin satış qiymətini alınmış rəylər əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
40. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
41. Be ləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 7 may il tarixli, 2-2(1 03)-388/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.