Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-510/2025 25.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 iyun tarixli 2-2(103)-715/2025 nömrəli qərardadından Cavabdeh1 qaydasında baxılmışdır. tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC (bundan sonra-"xxxx") cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə (bundan sonra -ayrı-ayrılıqda “Cavabdeh1”, “Cavabdeh2”, “MMC”, birlikdə isə “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci il 25 aprel tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə dair 2023-cü il 8 sentyabr tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqavilə üzrə 2024cü il 4 iyul tarixinə iddiaçıya olan 40.778,70 (qırx min yeddi yüz yetmiş səkkiz manat yetmiş qəpik) manat əsas, 2.480,64 (iki min dörd yüz sə ksən manat altmış dörd qəpik) manat faiz və 74,35 (yetmiş dörd manat otuz beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 43.333,69 (qırx üç min üç yüz otuz üç manat altmış doqquz qəpik) manat borc və ödənilmiş 220 (iki yüz iyirmi) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 2 aprel tarixli e-2-2(113)-355/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlərdən müştərək qaydada 40.778,7 manat (qırx min yeddi yüz yetmiş səkkiz manat yetmiş qəpik) əsas borc, 2.480,64 manat (iki min dörd yüz səksən manat altmış dörd qəpik) faiz borcu, 74,35 manat (yetmiş dörd manat otuz beş qəpik) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 220 (iki yüz iyirmi) m anat olmaqla, ümumilikdə 43.553,69 manat (qırx üç min beş yüz əlli üç manat altmış doqquz qəpik) məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Z.Axundova).
3. Cavabdeh1 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın ona münasibətdə ləğv edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 17 iyun tarixli 2-2(103)-715/2025 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilmişdir (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər T.M ahmudova və L.Əliyeva).
5. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 361.1, 363.1, 363.1.5, 366.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət MPM-yə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Cavabdeh şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir.
6. Cavabdeh1 tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi və işin növbəti prosessual hərəkətlərin davam etdirilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə gödərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. MPM-in 361-ci maddəsi üzrə - hüquqlarını müdafiə etdiyi şəxsin özü tərəfindən tərtib edilmiş apellyasiya şikayətinə baxdıqda müəyyən edilir ki, elektron məhkəmə informasiya sistemində mövcud olan forma qrafalarını doldurmaqla tərtib edilmişdir. Həmin elektron sistemin təmin etdiyi forma isə prosessual qanunvericilikdə müəyyən edilmiş formaya uyğundur. Şikayətin məzmun tələbləri ilə bağlı isə açıq-aşkar görünür ki, bütün zəruri rekvizit və mahiyyətlə bağlı məlumatlar şikayətdə əks etdirilmişdir. Hər hansı vətəndaşın fikrini qısa ifadə etməsi, fikrin ümumiyyətlə ifadə edilməməsi anlamına gələ bilməz. Bu baxımdan vətəndaşlardan xüsusi hüquqi bilik və bacarıqlar tələb etmək yolverilməzdir. Əgər vətəndaş özünün fikrini bir cümlə ilə be lə olsa ifadə etməyi bacarmışdırsa, məhkəmə həmin fikrin həcminə görə fikrin ümumiyyətlə yoxluğu nəticəsinə gələ, nəticədə şikayəti qeyri-mümkün hesab edə bilməz. Şikayətə baxdıqda açıq şəkildə görünür ki, şikayətçi pozulmuş maddi hüquq normasını və onun nəyə görə pozulmasını qeyd etmişdir.
8. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarları, Avropa Məhkəməsinin Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul, Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli və Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqe üzrə - hazırkı işdə məhkəmə həddən ziyadə formallığa baş vuraraq şikayəti qeyri-mümkün hesab etməklə şəxsin konstitusion hüquqlarını hədə altına almışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər, bu isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bu nunla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
10. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
11. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin m üəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
357. Apellyasiya şikayəti vermək hüququ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər....” “Maddə
361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;...” “Maddə
363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;...” 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.” “Maddə
366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.... 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.”
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2 nömrəli əlavəsində aşağıdakılar nəzərdə tutulur: “6. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir;
7. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilm əməsinə dair dəlillər Bu hissədə şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir;
8. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər. Bu hissədə məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir;... 11.Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər. Bu hissədə birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar göstərilir. Həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin şikayət verən şəxsdən asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıran dəlillər qeyd edilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
15. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax § 7-8) apellyasiya instansiyası məhkəməsinin iş üzrə qərardadının ləğv edilməs i üçün əsas hesab etmir və qeyd edir ki, apellyasiya şikayətinin MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavədə nəzərdə tutulmuş formada verilməsi, məhz MPM-nin 361.1-ci maddəsinin tələbidir. Həmin normada MPM ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətinə dair tələblər göstərilmişdir. Məcəllənin 363.1.1-1-ci maddəsində isə 361.1-ci maddəsinin tələblərinə cavab verməyən apellyasiya şikayətinin geri qaytarılmalı olduğu təsbit edilmişdir.
16. Həmin formanın 6-11-ci bəndlərində mübahisələndirilən məhkəmə aktının apellyasiya qaydasında baxılmasına əsas olan dəlillər göstərilməlidir. Başqa sözlə, apellyasiya şikayəti verən şəxs, apellyasiya şikayətində ən azı qeyd olunan bəndlərdən biri üzrə mülki prosessuual qanunvericiliyin həmin forma tələbləri çərçivəsində müəyyən etdiyi qaydada dəlillərini irəli sürməlidir.
17. Baxılan işdə cavabdeh apellyasiya şikayətini formal olaraq (cədvəl forması və s.) MPM-nə 2 saylı Əlavədə müəyyən edilən qaydada tərtib etsə də, məzmun baxımdan həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl etməmişdir. Belə ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində MM-in 467 və MPM-nin 269-cu maddələrinin tələblərinin pozulduğuna istinad olunsa da, həmin maddələrin yalnız mətnləri sadalanmış, birinci instansiya məhkəməsi tərəfindən yol verilən pozuntunun konkret nədən ibarət olmasına dair dəlillər qeyd olunmamışdır. Bundan əlavə, apellyasiya şikayətinin 8 və 11-ci bəndləri üzrə qeyd olunanlar da, həmin bəndlərə dair Qanunun müəyyən etdiyi imperativ tələblərə cavab vermir (ba x § 13).
18. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinin MPM-in imperativ xarakterli “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsi ilə tələb olunan formaya uyğun tərtib edilmədiyini nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin həmin apellyasiya şikayətinin qeyri mümkün hesab edilməsinə dair qənaətini MPM-in 361 və 366-cı maddələrinin tələblərinə uyğun hesab edir. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edildiyindən, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir.
19. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 iyun tarixli 2-2(103)-715/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.