Məhkəmə qərarları › İş №2-2(102)-512/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-512/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-512/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Fərdi Şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: icarə müqaviləsi əsasında yaranmış borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdeh MMC-nin vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" Fərdi şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı icarə müqaviləsi əsasında yaranmış borc tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 iyun tarixl i 2-2(103)-598/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 03i/2017 saylı 2017-ci il 27 fevral tarixli “Maşın və mexanizmlərin icarəsi” müqaviləsinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə icarəyə verən müqavilədə qeyd edilən **-JU-*** qeydiyyat nömrə nişanlı Truck Crane QX20H431 yük avtokranı (“icarə predmeti”) icarəçinin istifadəsinə verməyi, icarəçi isə bunun qarşılığında müqavilə ilə müəyyən edilmiş aylıq 14% ödəmə mənbəyindən, tutulan vergi ilə birlikdə 10.000 (on min) AZN icarə haqqını bu müqavilə imzalandıqdan sonra və kranın 5 gün müddətinə istismara hazır olduğu gündən ödəməyi öhdəsinə götürür.

2. İddiaçı "xxxx" fərdi şirkətinin cavabdeh "xxxx" MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, yaranmış borcun 3 gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "xxxx" fərdi şirkəti (bundan sonra mətndə iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 03i/2017 saylı, 2017-ci il 27 fevral tarixli maşın mexanizmlərinin icarə müqaviləsi üzrə cavabdehdən 20.000 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 03i/2017 saylı 2017-ci il 27 fevral tarixdə bağlanmış maşın mexanizmlərinin icarə müqaviləsinə əsasən, iddiaçı **-JU -*** dövlət qeydiyyat nişanlı “Truck Crane QX20H431” yük avtokranını cavabdehin istifadəsinə verməyi, cavabdeh isə müqavilə ilə müəyyənləşdirilmiş 14 % ödəmə mənbəyindən tutulan vergi ilə birlikdə aylıq 10.000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq, sözügedən avtokran cavabdehin istifadəsinə verilsə də, onun tərəfindən müqavilə üzrə öhdəliklərini tam icra edilməmişdir. 5. 2018-ci il tarixli üzləşmə aktına əsasən cavabdehin qeyd edilən müqavilə üzrə iddiaçıya 20.000 manat borcu yaranmışdır. Dəfələrlə cavabdehin səlahiyyətli nümayəndələri ilə əlaqə saxlanılmış və borcun ödənilməsi bildirilmişdir. Lakin müqavilənin müddətinin bitməsindən artıq 15 ay keçməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 324.4, 385.1, 386.1, 389.1, 390.1, 430.1, 442, 448.1-ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 8 aprel tarixli, e-2-2(113)-902/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Zeynəb Axundova).

9. Həmin məhkəmə göstərmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi hala dair sübut qismində müqavilə və üzləşmə aktını məhkəməyə təqdim etmişdir. Lakin yalnız müqavilə özlüyündə tələbin təsdiqi üçün yetərli deyil. 2018-ci il 19 oktyabr tarixli üzləşmə hesabatında bir “məsul şəxs” qrafasında Hacızadə A. qarşısında imza, digər “məsul şəxs” qrafasında isə ad soyad göstərilməyərək, yalnız imza vardır. Cavabdehin nümayəndəsi hər hansı şəxsə belə bir aktı imzalamaq səlahiyyəti verilmədiyini və cavabdehin iddiyaçıya borcunun olmadığını bildirmişdir. İddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddiaçı məhkəməyə müraciət edərkən öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, buna dair əsaslı, şübhədən kənar sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçının tələbi əsaslı hesab edilə bilməz.

10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 76.1, 77-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

11. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi ba rədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 iyun tarixli, 2-2(103)-598/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilmişdir (sədrlik edən hakim Raqib Qurbanov, hakimlər Vidadi Məmmədov və Vüsalə Baxışova).

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, göstərmişdir ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri pozaraq, 20.000 manat məbləğində icarə haqqını iddiaçıya ödəməmişdir. Cavabdeh tərəfindən 2017- ci il 27 fevral tarixli 03i/2017 saylı icarə müqaviləsinin bağlanması halı etiraf olunmuşdur. İddiaçının istinad etdiyi hallar, yəni icarə müqaviləsinin predmeti olan **-JU-*** qeydiyyat nömrə nişanlı Truck Crane QX20H431 yük avtokranının icarəçinin istifadəsinə verilməsi halı mübahisələndirilməmişdir. Əksinə, cavabdehin nümayəndəsi tərəflər arasında müqavilə münasibətlərinin mövcud olduğunu və həmin müqavilə üzrə cavabdehin iddiaçıya hər hansı borcunun olmadığını bildirmişdir. Belə olan halda isə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə icarə borcunun mövcud olmadığını bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə qeyd olunan halları və tərəflər arasında bağlanmış icarə müqav iləsinin 1.2, 2.1, 5.1-ci bəndlərində göstərilən şərtləri, yəni müqavilə imzalandıqdan sonra 10 gün ərzində icarə predmetinin icarəçinin istifadəsinə təhvil verilməsini, aylıq icarə haqqının 10.000 manat təşkil etməsini, müqavilənin 6 ay müddətinə qədər qüvvədə olmasını və cavabdeh tərəfindən bu halların mübahisələndirilməməsini nəzərə alınmaqla hesab etmişdir ki, iddia tam əsaslıdır.

14. Birinci instansiya məhkəməsi sübutetmə yükünü düzgün müəyyən etməmiş və iş üzrə səhv nəticəyə gəlmişdir. Halbuki, hazırki işdə icarə haqqını ödənilməsi halının sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyündən və onun tərəfindən heç bir sübut təqdim edilmədiyi üçün iddiaçı tərəfindən təqdim olunmuş üzləşmə hesabatının araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.

15. Eyni zamanda, iddiaçı tərəfindən elekt ron qaimənin göndərilməməsi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə qeyd olunmuşdur ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə deyil, MM ilə müəyyən olunur. MM-in 14.2-ci maddəsində bu əsaslar konkret müəyyən olunmuşdur. İş üzrə icarə haqqının ödənilməsi öhdəliyi (vəzifəsi) iddiaçı tərəfindən qaimə-faktura və ya elektron qaimə-faktura verilməsi deyil, MM-in və icarə müqaviləsinin müvafiq müddəaları əsasında yaranmışdır.

16. Hazırki mübahisənin predmeti iddiaçının fəaliyyətinin mühasibat uçotu qaydaları və vergi qanunvericiliyinə uyğun olub-olmamasının yoxlanılmasından deyil, icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsindən ibarətdir. Bu növ iddialar üzrə işin hallarının yalnız müəyyən sübutetmə vasitələri (maliyyə və ve rgi sənədləri) ilə təsdiq olunmasını müəyyən edən və digər sübutların təqdim edilməsini istisna edən qanun və ya digər normativ hüquqi akt isə mövcud deyildir. Ona görə də, iddiaçı tərəfindən elektron qaimənin təqdim olunmaması ilə bağlı cavabdeh tərəfin dəlilləri tam əsassızdır.

17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 14.2, 700, Azərbaycan Respublikası MPM-in 77.1, 385.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 18. 2021-ci il 8 iyul tarixdə apellyasiya məhkəməsinin qətnaməsi tərəflərin elektron kabinetində yerləşdirilmişdir. 19. 2021-ci il 21 avqust tarixdə cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahi ş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

20. Apellyasiya instansiyası məhkəməsi sübutetmə yükünün tərəflərin hansının üzərinə düşməsi barədə düzgün qənaətə gəlməmişdir. Çünki, iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə istinad edərək, 20.000 manat məbləğində ödənilməmiş borcun qaldığını bildirsə də, həmin borcu sübut edə bilməmişdir. İddiaçı tərəfindən yalnız 2018-ci il 19 oktyabr tarixli üzləşmə aktı məhkəməyə təqdim edilmişdir. Həmin üzləşmə aktına nəzər saldıqda isə “məsul şəxs” qrafasında Hacızadə A. qarşısında imza, digər “məsul şəxs” qrafasında isə ad soyad göstərilməyərək, yalnız imza vardır. Cavabdehin nümayəndəsi isə hər hansı şəxsə belə bir aktı imzalamaq səlahiyyəti ver ilmədiyini bildirmişdir. Bu səbəbdən həmin sübut birinci instansiya məhkəməsi tərəfindən mötəbər hesab edilməmişdir.

21. Məhkəmə tərəfindən 20.000 manat məbləğində borcun necə yaranması araşdırılmamışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən, icarə müqaviləsinə görə icarə predmeti təhvil-təslim aktı ilə təhvil verilməlidir. Lakin tərəflər arasında heç bir təhvil-təslim aktı bağlanmamışdır. Bundan əlavə, icarəyəverən aylıq icarə haqqının bu müqavilənin 2.1 və 2.2-ci bəndlərində göstərildiyi şəkildə ödənilməsini tələb edə bilər. 2.2-ci bəndə əsasən isə icarəçi icarə haqqını icarəyə verənə, tərəflərin qarşılıqlı razılığı ilə hər ayın sonuna qədər icarəyə verənin təqdim etdiyi hesab faktura əsasında ödəyir. İcarə müqaviləsində hər ayın sonu hesab-fakturanın tələb edilməsində məqsəd icarəyə götürü lmüş texnikanın istifadəsinə görə yaranmış borc tərəflər arasında təsdiq olunmasıdır. Çünki, texnikanın bir tərəfdən digərinə təhvil verilməsi hələ onun üçün tam icarə haqqının hesablanmasına əsas deyil. Təhvil verilən texnika işlək vəziyyətdə və istifadəyə yararlı olmalıdır.

22. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 6, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 60, Azərbaycan Respublikası MPM-in 6, 76.1, 76.2, 77.1, 385.1.1, 386, 217-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir.

25. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şika yətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam şəkildə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.... “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

430. Öhdəliyin icrasından imtina 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düş ülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”

30. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Mad də

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. A pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Cavabdehin kassasiya şikayətinin dəlilləri əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlıdır. MPM-nin 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Bundan fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq ver diyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə ilə razılaşır (§ bax yuxarıda 13-16)

33. Cavabdehin kassasiya şikayətinin digər dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutetmə yükünün düzgün müəyyən edilməməsi ilə bağlıdır.

34. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə sybutetmə yükünə münasibətdə göstərmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin predmeti olan avtokranın cavabdehin istifadəsinə verilməsi halı mübahisələndirilmədiyindən, həmin müqavilə üzrə cavabdehin iddiaçıya hər hansı borcunun olmamasını sübut etmək vəzifəsi cavabehin üzərinə düşür.

35. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin qiymətləndirməsi MPM-n in 14.2 və 77.1-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

36. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 iyun tarixli 2-2(103)-598/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar