Məhkəmə qərarları › İş №2-2(102)-512/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-512/2022

03.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-512/2022 03.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh MTRK-ya qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MTRK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbi barədə ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTRK-nin İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası barədə kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli 2-2(10 3)-1062/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2020-ci il 22 avqust tarixli, 01-2020 nömrəli reklam işlərinin görülməsi barədə xidmət müqaviləsindən görünür ki, xidmət təqdim edən – İddiaçı alıcıya – "xxxx" MMC-yə “X2” radio verilişində baş sponsor kimi reklam xidmətləri təqdim edir, alıcı isə xidməti qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada xidmətin dəyərini xidmət təqdim edənə ödəyir. Bu müqavilə imzalandığı tarixdən 3 il müddətinə qüvvədədir. 2. 2020-ci il 7 sentyabr tarixli əməkdaşlıq müqaviləsindən görünür ki, sifarişçi – İddiaçı icraçı – Cavabdeh MTRK tərəfindən təqdim olunan radio efirində (saat 14:00-dan 15:00dək) radio verilişlər, layihələr hazırlayır, aparır və nəzarət edir, i craçı isə öz növbəsində sifarişçiyə müqavilədə göstərilən müddət ərzində radio efiri təmin edir və sifarişçi icraçıya təqdim olunan efir üçün müqavilə üzrə hər ay ƏDV daxil 2.360 manat ödəməlidir, ödəniş hər ayın 15-dək həyata keçirilməlidir. Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 2021-ci il 7 sentyabr tarixinədək etibarlıdır. 3. 2020-ci il 7 sentyabr tarixli əməkdaşlıq müqaviləsindən görünür ki, sifarişçi – İddiaçı icraçı – Cavabdeh MTRK tərəfindən təqdim olunan radio efirində (saat 17:00-dan 18:00dək) radio verilişlər, layihələr hazırlayır, aparır və nəzarət edir, icraçı isə öz növbəsində sifarişçiyə müqavilədə göstərilən müddət ərzində radio efiri təmin edir və sifarişçi icraçıya təqdim olunan efir üçün müqavilə üzrə hər ay ƏDV daxil 2.360 manat ödəməlidir, ödəniş hər ayın 15-də k həyata keçirilməlidir. Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 2021-ci il 7 sentyabr tarixinədək etibarlıdır.

4. Cavabdeh MTRK tərəfindən verilən EBAQ seriyalı, 413360 nömrəli, 2020-ci il 16 oktyabr tarixli elektron qaiməyə əsasən, (2020-ci il 23 sentyabr tarixinə) Cavabdeh MTRKnın İddiaçı göstərilmiş xidmətlərin (Cavabdeh 101 FM-də saat 14:00-dan 15:00-dək gedən efir yayımının) ümumi dəyəri 1.287,26 manat (ƏDV daxil) məbləğində təşkil edir.

5. Cavabdeh MTRK tərəfindən verilən EBAQ seriyalı, 413251 nömrəli, 2020-ci il 16 oktyabr tarixli elektron qaimədən görünür ki, (2020-ci il 22 sentyabr tarixinə) Cavabdeh MTRK-nın İddiaçı göstərilmiş xidmətlərin (Cavabdeh 101FM-də saat 17:00-dan 18:00-dək gedən efir yayımının) ümumi dəyəri 1.287,26 manat (ƏDV daxil) məbləğində təşkil edir. 6. 2 020-ci il 16 sentyabr tarixli hesab-fakturanın surətindən müəyyən edilir ki, 2020-ci il 7 sentyabr tarixli müqavilə üzrə (2020-ci il 7 sentyabr – 2020-ci il 7 oktyabr tarixləri əhatə edən dövr üçün) Cavabdeh 101FM-də müvafiq olaraq saat 17:00-dan 18:00-dək gedən efir yayımı üçün İddiaçı borcu 2.360 manat (ƏDV daxil) məbləğində təşkil edir. 7. 2020-ci il 23 sentyabr tarixli Cavabdeh MTRK-nin səlahiyyətli əməkdaşı ilə İddiaçı arasında elektron poçt (e-mail) vasitəsilə aparılan yazışmanın surətindən görünür ki, Cavabdeh MTRK İddiaçı bildirilmişdir ki, 2020-ci il 7 sentyabr tarixli müqavilələrin 2.4-cü bəndinə (ödəniş hər ayın 15-dək həyata keçirilməldir) əsasən 2020-ci il 23 sentyabr tarixdən etibarən saat 17:00-18:00-dək, sabahdan etibarən isə saat 14:00-dan 15:00-dək yayımlanan verilişlərin yayımı dayandırılır və hər iki efir saatı üçün 2020-ci il 7 sentyabr tarixində imzalanan müqavilələrə Cavabdeh MTRK tərəfindən birtərəfli xitam verilir. 8. 2020-ci il 23 sentyar tarixli məktubun surətinə əsasən, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 2020-ci il 22 avqust tarixli, 01-2020 nömrəli reklam işlərinin görülməsi barədə xidmət müqaviləsinə xitam verilmiş və xidmət haqqının ödənilməsi məqsədə müvafiq hesab edilməmişdir. 9. 2020-ci il 9 oktyabr tarixli Cavabdeh MTRK tərəfindən birtərəfli təsdiq edilmiş iki nüsxədən ibarət olan aktlara əsasən, 2020-ci il 7 sentyabr tarixində imzalanmış müqavilələrə əsasən 2020-ci il 7 sentyabr tarixindən 2020-ci il 7 oktyabr tarixinə qədər ƏDV daxil olmaqla 2.360 manat dəyəri olan radio efirinin yayımını Cavabdeh MTRK-nın meneceri Çinarə Cəfərova təsdiq etmişdir. 10. 2020-ci il 4 dekabr tarixli, 275 nömrəli ödəniş tapşırığına əsasən, 2020-ci il 4 dekabr tarixli ödənişin təyinatı və əsası göstərilmiş hüquqi xidmətin haqqı üzrə 1000 manat vəsait Cavabdeh MTRK tərəfindən Vəkil1 hesabına köçürülmüşdür. 11. 2020-ci il 9 dekabr tarixli, 281 nömrəli ödəniş tapşırığına əsasən, 2020-ci il 9 dekabr tarixli ödənişin təyinatı və əsası göstərilmiş hüquqi xidmətin haqqı üzrə 500 manat vəsait Cavabdeh MTRK tərəfindən Vəkil1 hesabına köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MTRK (bundan sonra – “cavabdeh”) arasında bağlanılmış 2020-ci i l 7 sentyabr tarixli hər iki əməkdaşlıq müqavilələləri üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, yəni bir il müddət ərzində hər gün ayrı-ayrılıqda saat 14:00dan saat 15:00-dək və saat 17:00-dan saat 18:00-dək radio efirinin ona təqdim olunması və həmin müqavilələrdən irəli gələn hüquqlarının məhdudlaşdırılmasının cavabdehə qadağan edilməsi, müqavilələrdə nəzərdə tutulmuş 1 il müddətinin axımının başlanğıcının qətnamənin faktiki icra olunacağı tarixdən hesablanması və cavabdehdən əldən çıxmış fayda qismində 105.000 manat, işgüzar nüfuza vurulmuş zərərin əvəzi qismində 20.000 manat məbləğində, mənəvi zərərin əvəzi qismində isə 20.000 manat məbləğində, cəmi 145.000 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə q ətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış 2020-ci il 7 sentyabr tarixli əməkdaşlıq müqavilələrinin 1-ci bəndinin şərtlərinə əsasən, iddiaçı, “Sifarişçi” qismində cavabdeh (“İcraçı”) tərəfindən ayrı-ayrılıqda saat 14:00-dan saat 15:00dək və saat 17:00-dan saat 18:00-dək təqdim olunan radio efirində radioverilişlərin, layihələrin hazırlanmasını, aparılmasını və nəzarət edilməsini, cavabdeh isə öz növbəsində müqavilədə göstərilən müddət ərzində radio efiri təmin etməlidir. Hər iki müqavilənin 3-cü bəndinin tələblərinə əsasən müqavilələr imzalandığı tarixdən, yəni 2020-ci il 7 sentyabr tarixdən qüvvəyə minmiş və 2021-ci il 7 sentyabr tarixədək etibarlıdır. Bu müqavilələrin xitamı tərəflərin qarşılıqlı razılığı əsa sında həyata keçirilir. Müqavilələrin tələblərinin yerinə yetirilməsinə görə tərəflər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Tərəflər arasında bağlanılmış 2020-ci il 7 sentyabr tarixli hər iki əməkdaşlıq müqaviləsi həmin tarixdə həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmış və müqavilənin 5.2-ci bəndinin tələblərinə uyğun olaraq həmin tarixdən qüvvəyə minmişdir. Sözügedən müqavilələrin qüvvəyə minməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri 2020-ci il 23 sentyabr tarixdən yerinə yetirməkdən imtina edir və razılaşdırılmış radio efiri vaxtlarını ona təqdim etməkdən boyun qaçırır. Cavabdehin müqavilə şərtlərini pozması nəticəsində iddiaçıya ciddi maddi zərər yetirilir.

14. Cavabdeh ilə sözügedən əməkdaşlıq müqavilələrinin bağ lanması razılaşdırılan ərəfədə "xxxx" MMC ilə baş sponsor qismində 2020-ci il 22 avqust tarixdə “Reklam işlərinin görülməsi barədə” № 01-2020 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinin şərtlərinə əsasən, həmin müqavilə imzalandığı tarixdən qüvvədə olma müddəti üç ildir, müqavilənin vaxtı bitdikdən sonra “Alıcının” tələb etdiyi müddətə yenidən uzadılır. Müqavilənin 2.2-ci bəndinin şərtlərinə əsasən isə "xxxx" MMC baş sponsor qismində müqavilənin qüvvədə olduğu müddətin ilk üç ayında iddiaçıya hər ay 2000 manat ödəməli olmuş, müddətin sonrakı aylıq ödənişlərinin 3000 manata qədər artırılması planlaşdırılmışdır. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində "xxxx" MMC iddiaçı ilə müqavilə münasibətlərinə xitam vermiş, bu da öz növbəsində 2020-ci il 2 2 avqust tarixli xidmət müqaviləsi üzrə gözlənilən gəlirlərdən məhrum edilməyinə birbaşa səbəb olmuşdur. "xxxx" MMC ilə bağlanmış 2020-ci il 22 avqust tarixli müqavilə ilə nəzərdə tutulmuş 3 illik müddətin ilk 3 aylıq ödənişləri 2000 manat, qalan ayların isə 3000 manat hesabı ilə əldən çıxmış faydanın məbləği cəmi 105.000 manat təşkil edir.

15. Cavabdehin hüquqa zidd davranışı digər əməkdaşlıq müqavilələrinin müsbət həllini qeyri-mümkün etmiş və onun təqsiri ucbatından iddiaçının işgüzar nüfuzuna xələl gətirilmiş, nəticədə iddiaçıya 20.000 manat məbləğində mənəvi zərər də yetirilmişdir.

16. İddiaçı kütləvi informasiya vasitələrində, o cümlədən internet resurslarında, radio və televiziyada aparıcılıq və blogerlik fəaliyyəti ilə məşğuldur. Müxtəlif mövzularda proqram və verilişləri hazırla yıb aparmış, bu sahədə uzun müddət çalışmaqla artıq kifayət qədər tanınmağa nail olmuşdur. Məhz həmin fəaliyyəti nəticəsində əldə etdiyi nüfuzu "xxxx" MMCnin ona etimad göstərməsinə zəmin yaratmış və onunla 2020-ci il 22 avqust tarixli müqavilənin bağlanmasına səbəb olmuşdur. Digər sponsorlarla da razılaşmalar əldə olunma ərəfəsində olmuş, lakin cavabdeh müqavilə öhdəliklərini pozduğu üçün və müqavilə şərtləri ilə nəzərdə tutulmamış qaydada efir vaxtının haqqının ödənilməsi tələbləri irəli sürdüyündən, habelə bəzi mövzularda radioyayımlara maneələr yaratdığından, sonda isə radioefirləri ona təqdim etməkdən ümumiyyətlə imtina etdiyindən, "xxxx" MMC ilə bağlanmış müqavilə üzrə gözlənilən gəlirlər əldən çıxmaqla yanaşı, apardığı radioefirlərdə sponsor qismində çıxış etmək barədə digər təklifl ərdən və dəvətlərdən çəkinməli olmuşdur. Bu isə etibarlı və ciddi kontraqent şəxs olması barədə yaranmış rəyə kifayət qədər ciddi mənfi təsir göstərir. Cavabdehin hüquqazidd hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzuna yetirilmiş zərərin miqdarı 20.000 manat məbləğində qiymətləndirilir.

17. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 442, 448-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 2018-ci il 11 iyun tarixli Qərarına istinad etmiş dir.

18. Cavabdeh qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, iddiaçıdan cavabdehin xeyrinə 2.574,52 manat məbləğində borcun və ona 5 ay ərzində 5% dərəcəsi ilə hesablanmış 53,6 manat məbləğində dəbbə pulunun, habelə hüquqi xidmətlərə görə 1.500 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 4.158,12 manat) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2020-ci il 7 sentyabr tarixli əməkdaşlıq müqavilələrinin (“Müqavilələr”) şərtlərinə əsasən, cavabdeh iddiaçını Müqavilələrdə göstərilən müddət ərzində radio efiri ilə təmin etməli (1.2-ci bənd), iddiaçı isə cavabdehə hər ayın 15-dən gec olmayaraq (2.4-cü bənd) Müqavilələrin 2.1-ci bəndində nəzərdə tutulmuş müvafiq ödənişləri hesab-fakturalar əsasında (2.2-ci bənd) həyata keçirməli idi. Müqavilələrin 2.4-cü bəndinə əsasən, iddiaçı ilkin ödənişləri 2020-ci il 15 sentyabr tarixinədək həyata keçirməli idi. 2020-ci il 16 sentyabr tarixdə iddiaçıya ödənişlərin həyata keçirilməsi üçün cavabdeh tərəfindən müvafiq hesab-fakturalar təqdim edilmiş, elə həmin gündə də bir müqavilə üzrə elektron qaimə-faktura təqdim edilmişdir. Cavabdeh tərəfindən öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməsinə baxmayaraq, iddiaçı tərəfindən qeyd olunan öhdəlik kobud şəkildə pozulmuş, müvafiq ödənişlər (2360+2360=4720 manat ƏDV daxil) həyata keçirilməmişdir. Beləli klə, 2020-ci il 7 sentyabr tarixindən 2020-ci il 22 sentyabr tarixinədək iddiaçının Müqavilələrin 2.1-ci bəndi ilə müəyyən olunmuş borcu hər bir müqavilə üzrə 1287,26 manat olmaqla, bütövlükdə 2574,52 manat (ƏDV daxil) təşkil etmişdir.

20. Ödənişin vaxtında edilməməsini rəhbər tutaraq 2020-ci il 23 sentyabr tarixdə cavabdeh iddiaçının elektron poçtuna müqavilələrə birtərəfli qaydada xitam verdiyi barədə bildiriş göndərmişdir. Sonradan isə elektron-fakturalar göndərərək müqavilələrin faktiki qüvvədə olduğu dövr üzrə cəmi 2.574,52 manatın ödənilməsini tələb etmişdir. 2021-ci il 19 fevral tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi də etiraf etmişdir ki, 2020-ci il 23 sentyabr tarixdə cavabdeh iddiaçıdan ödənişlərin həyata keçirilməsini tələb etmiş və iddiaçı ödənişin icrasından imtina etmişdir (çünki, ödənişin yalnız 2020-ci il 15 oktyabr tarixdə icra edilməsi zənnində olmuşdur). Yəni, hətta fərz etsələr ki, 2020-ci il 23 sentyabr tarixədək cavabdeh iddiaçıya hesab-fakturalar təqdim etməmiş və ödənişi tələb etməmişdir, 2020-ci il 23 sentyabr tarixdə bu baş vermiş və iddiaçı bunu etiraf etmişdir. Beləliklə, əsas mübahisə predmeti ilk ödənişin 15 sentyabr, yoxsa 15 oktyabrda həyata keçirilməsi məsələsidir. Qeyd olunanlara əsasən, iddiaçının cavabdehə hazırkı borcu 2.574,52 manat məbləğindədir (2020-ci il 7-22 sentyabr tarixlərini, yəni Müqavilələrin qüvvədə olduğu müddəti əhatə edir: iddiaçı cavabdehin təqdim etdiyi efirdən istifadə etmişdir).

21. MM-in 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək d aha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ötən 5 ay üçün bu faiz məbləği (2574,52X5%=128,72/12=10,72x5=53,6) 53,6 manat təşkil edir. Əslində, cavabdehin itkisi daha çoxdur, çünki iddiaçı daha böyük məbləği ödəməmiş və nəticədə, cavabdehə əldən çıxmış fayda formasında zərər dəymişdir. Lakin cavabdeh yalnız müqavilələrin faktiki qüvvədə olduğu dövr üzrə ödənişi tələb edir. Buna baxmayaraq, iddiaçı məhkəməyə müraciət edərək müqavilələr üzrə öhdəliklərə riayət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tamamilə əsassızdır. Belə ki, cavabdehin öhdəliklərinin icrasını dayandırmasının və müqavilələrə xitam verməsinin səbəbi məhz iddiaçının öz öhdəliklərini icra etməməsi olmuşdur. Beləliklə, iddiaçı tərəfindən müqa vilələr üzrə əsas öhdəlikləri icra edilmədiyindən, cavabdeh də öhdəliklərinin icrasını dayandırmış və müqavilələrə xitam vermişdir. Buna görə də, iddiaçının ilkin iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İddiaçının ödəniş üzrə öhdəliyin 2020-ci il 15 oktyabr tarixdən başlanmasını bildirməsi nə müqavilələrə, nə də işgüzar dövriyyə adətlərinə uyğun deyil. Belə ki, müqavilələr 2020-ci il 7 sentyabr tarixdə bağlanmışdır. Ondan sonra gələn “ayın 15-i” oktyabrda deyil, sentyabr ayındadır.

22. Digər tərəfdən, müqavilələr üzrə müəyyən edilmiş ödəniş məbləği sabitdir. Buna görə də onun ayın sonunda ödənilməsi ehtiva olunsa idi, işgüzar dövriyyə adətlərinə uyğun olaraq hər ayın 15-i deyil, hər ayın 7-si, uzağı 8-i nəzərdə tutulardı. Ödəniləcək məbləğ qabaqcadan məlumdursa, ayın 15-ni gözləməyin heç bir mənası yoxdur. Bundan başqa, 23 sentyabrda, yəni 15 oktyabradək iddiaçıya cavabdehin ödənişi 15 sentyabrda həyata keçirilməsi barədə mövqeyi bəlli idi. 23. "xxxx" MMC ilə “Reklam işlərinin görülməsi barədə” 2020-ci il 22 avqust tarixli xidmət müqaviləsi onların müqavilələrdən 16 gün əvvəl bağlanmışır. Belə olan halda, həmin müqavilə bağlanılmadığı halda da, iddiaçının "xxxx" MMC ilə problemi olacaqdı.

24. MM-in 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ötən 5 ay üçün bu faiz məbləği (2574,52X5%=128,72/12=10,72x5=53,6) 53,6 manat təşkil edir. Əslində, cavabdehin itkisi daha çoxdur, çünki iddiaçı daha böyük məbləği ödəməmiş və nəticədə cavabdehə əldən çıxmış fayda formasında zərər dəymişdir. Həmçinin, cavabdeh bu məhkəmə işi üzrə hüquqi xidmətin alınması üçün 1.500 manat ödəmişdir. Həmin məbləğ də iddiaçıdan tutulmalıdır.

25. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 mart tarixli, e-2-2(113)-490/2021 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, qətnamənin faktiki icra olunma tarixindən başlayaraq, 2020-ci il 7 sentyabr tarixli iki əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq 11 ay 14 gün müddət ərzində saat 14:00-dan saat 15:00-dək və saat 17:00-dan saat 18:00dək cavabdeh tərəfindən iddiaçıya radio efir təqdim olunması, həmin müqavilələrdən irəli gələn hüquqlarının məhdudlaşdırılmasının cavabdehə qadağan edilməsi və əldən çıxmış fayda qismində 105.000 manat, işgüzar nüfuza vurulmuş zər ərin əvəzi qismində 20.000 manat məbləğində, mənəvi zərərin əvəzi qismində isə 20.000 manat məbləğində, cəmi 145.000 manat məbləğində pul vəsaitinin tələbi hissəsində iddianın təmin edilməməsi qarşılıqlı iddianın isə qismən təmin edilməsi, iddiaaçıdan 2.574,52 manat, habelə hüquqi xidmətlərə görə 200 manat və dövlət rüsumu kimi ödənilmiş 20,16 manat cəmi 2.794,68 manat məbləğində pul tutularaq cavabdehə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – E.Əliyev ).

26. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən (bax § 1-11) hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin birtərəfli ləğv edilməsi yalnız tərəflərin razılığı ilə mümkündür, əks təqdirdə isə təşəbbüskar tərəf bununla bağlı məh kəməyə müraciət etməlidir. Həmçinin, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya müqavilədə nəzərdə tutulan digər əsasla ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

27. Göründüyü kimi hal-hazıradək qüvvədə olan tərəflər arasında bağlanmış əməkdaşlıq müqavilələrində təqdim olunan efir üçün ödənişin hər ayın 15-dək dedikdə məhz bir aylıq radio efirin təqdim edilməsindən sonra və ya əvvəl həyata keçirilməsi müqavilədə öz əksini tapmamışdır. Lakin məhkəmə iddiaçının öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı iddiasını qanunvericiliyin tələblərinə əsasən ə saslı hesab edir, yəni 2020-ci il 23 sentyabr tarixdə müqavilə “cavabdeh tərəfindən birtərəfli ləğv oluna bilməzdi, belə ki, bununla bağlı iddiaçının razılığı alınmamış, həmçinin bir il üçün bağlanmış müqavilə ilə bağlı 16 gün üçün ödənişlərin edilməməsi əhəmiyyətli pozuntu sayıla bilməz, yəni cavabdeh dəymiş zərərə görə müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmamışdır. Odur ki, məhkəmə iddiaçının öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı tələbini əsaslı hesab edərək qeyd edir ki, sonuncuya 16 gün radio efiri təqdim edildiyindən, iddia həmin hissədə qismən təmin edilərək qətnamə faktiki icra olunacağı tarixdən başlayaraq, 11 ay 14 gün müddət ərzində saat 14:00-dan saat 15:00-dək və saat 17:00-dan 18:00-dək olan radio efiri iddiaçıya təqdim olunmalıdır.

28. Həmin müqavilələrdən irəli gələn hüquqların məhdudlaşdırılmasının cavabdehə qadağan edilməsi və əldən çıxmış fayda qismində 105.000 manat, işgüzar nüfuza vurulmuş zərərin əvəzi qismində 20.000 manat məbləğində, mənəvi zərərin əvəzi qismində isə 20.000 manat məbləğində, cəmi 145.000 manat məbləğində pul vəsaitinin tutulması tələbi ilə bağlı iddia təmin edilə bilməz. Belə ki, gələcəkdə baş verə biləcək hallarla bağlı qərar verilə bilməz, pul tələbi ilə bağlı isə məhkəməyə kifayət qədər sübut təqdim edilməmiş, 2020-ci il 22 avqust tarixli, 01-2020 nömrəli müqavilə ilə 2020-ci il 7 sentyabr tarixli hər iki müqavilə ilə heç bir qarşılıqlı bağlılıq və öhdəliyin yaranması müəyyən edilməmişdir.

29. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Bel ə ki, cavabdehin iddiaçıdan onun xeyrinə 2020-ci il 7 sentyabr tarixindən 2020-ci il 22 sentyabr tarixinədək olan dövr üçün hər bir müqavilə üzrə 1287,26 manat olmaqla, cəmi 2.574,52 manat məbləğində borcun tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, 16 gün radio efir təqdim edildiyinə görə həmin vəsait iddiaçıdan tutulmalıdır.

30. Cavabdehin 5 ay ərzində 5% dərəcəsi ilə hesablanmış 53,6 manat məbləğində dəbbə pulu hissəsində tələbi təmin edilə bilməz. Çünki, cavabdeh tərəfindən bu barədə mötəbər sübut təqdim edilməmişdir, müqavilənin isə ayın 15-i ödənişin aparılması barədə şərtləri qeyri-müəyyəndir.

31. İş materiallarına əlavə edilmiş 2020-ci il 4 dekabr tarixli, 275 nömrəli və 2020-ci il 9 dekabr tarixli ödəniş tapşırıqlarını nəzərdən keçirərək məhkəmə hesab etmişdir ki, vəkili n göstərdiyi yardıma görə tələb olunan 1.500 manat qarşılıqlı iddia tələbinin həcminə münasibətdə ağlabatan məbləğ olmadığından, cavabdehin tələbi həmin hissədə qismən, yəni 200 manat məbləğində təmin edilməlidir.

32. Məhkəmə bu qənaətini MM-in 385.1, 386.1, 421.1, 421.2, 421.3, 427.1, 442, 443.1 və 445.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

34. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli, 2-2(103)-1062/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov, H.Həmidov)

35. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək bildirmişdir ki, tərəflər arasında mübahisə müqavilələrin 2.4-cü bəndinin iddiaçı və cavabdeh tərəfindən fərqli şərh edilməsi ilə əlaqədar yaranmışdır. Cavabdeh tərəfindən 2020-ci il 15 sentyabr tarixdən sonra müqavilə şərtlərinə görə iddiaçıya ödənişin edilməsi təklif edilmiş, sonuncu tam bir aylıq efir təqdim edilməməsi əsası ilə imtina etmişdir. Cavabdehin mövqeyinə görə, qarşı tərəf müqavilələr üzrə birinci ödənişi müqavilələrin 2.4-cü bəndinə əsasən 2020-ci il 15 sentyabr tarixdə, müqavilənin qüvvəyə mindiyi tarixdən 8 gün sonra həyata keçirməli idi. İddiaçının həmin tələbə etirazı bununla əsaslandırılır ki, müqavilələrdə aylıq efir vaxtına görə ödənişin ayın əvvəlində ödənilməsi nəzərdə tutulmamışdır. Müqavilə 2020-ci il 7 sentyabr tarixdə qüvvəyə mindiyindən, ona 2020-ci il 7 oktyabr tarixədək efir vaxtı təqdim edilməli və bundan sonra ödəniş tələb edilməli idi.

36. Əməkdaşlıq müqavilələrinin 2.1-ci bəndində qeyd edilir ki, “sifarişçi” “icraçı”ya təqdim olunan efir üçün hər ay ƏDV daxil 2.360 manat ödəməlidir. Müqavilələrdə ödənişin hər ayın ortasında həyata keçirilməli olduğu qeyd edilsə də, xidmətin dəyərinin əvvəlcədən ödənilməsi nəzərdə tutulmadığından, ödənişlər yalnız bir aylıq xidmət tam göstərildikdən (bir ay ərzində efir vaxtı təqdim edildikdən) sonra tələb oluna bilərdi. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, 2020-ci il 15 sentyabr tarixdə, yəni müqavilə imz alandığı tarixdən bir ay keçməmiş iddiaçı tərəfindən cavabdehə ödəniş edilməməsi tərəflər arasında bağlanmış müqavilə şərtlərinin əhəmiyyətli pozuntusu hesab edilə və bu əsasla müqavilə 2020-ci il 23 sentyabr tarixdə birtərəfli qaydada ləğv edilə bilməzdi.

37. İşdəki 2020-ci il 4 dekabr tarixli, 275 nömrəli və 2020-ci il 9 dekabr tarixli, 281 nömrəli ödəniş tapşırıqlarının surətindən görünür ki, cavabdeh tərəfindən Vəkil1 hesabına hüquqi xidmətə görə 1.500 manat köçürülmüşdür. Hazırkı halda qarşılıqlı iddia qismən təmin edildiyindən, cavabdeh tərəfindən ödənilmiş hüquqi xidmət xərcinin qarşı tərəfdən tam tutulması barədə apellyatorun tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən hüquqi xidmət xərci tələbi 200 manat məbləğində təmin edilmişdir. Hüquqi xidmət xərcinin bi rinci instansiya məhkəməsi tərəfindən tutulmuş məbləği ağlabatan və qarşılıqlı iddia üzrə qarşı tərəfdən tutulmuş məbləğə mütənasibdir.

38. Cavabdehin təmin edilməmiş qarşılıqlı iddia tələblərindən biri də 5 ay ərzində 5% dərəcəsi ilə hesablanmış 53,6 manat dəbbə pulunun tutulması barədədir. Məhkəmə araşdırması nəticəsində iddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilə şərtlərinin pozulduğu müəyyən edilmədiyindən, dəbbə pulu tələbi hissəsində qarşılıqlı iddia birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 367.1, 367.2, 369.10, 404.1, 421.2, 462.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 115.0.6, 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmış dır.

40. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 23 noyabr tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

41. Cavabdeh tərəfindən 2022-ci il 23 yanvar tarixində kassasiya şikayəti verilərək, qətnamənin ilkin iddia tələbinin təmin olunan, habelə qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək, işin yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

42. MM-in 404.1, 369, 390, 421.2, 441, 442, 445.2, 447 və 448-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmənin bütün nəticələrinin səhv olduğu məhz sözügedən maddələrin düzgün tətbiq edilməməsindən irəli gəlir. MM-in 404.1-ci maddəsinə istinad edilsə də, məhkəm ə ona riayət etməmişdir. Məhkəmə qeyd etmişdir ki, “müqavilələrdə ödənişin hər ayın ortasında həyata keçirilməli olduğu qeyd edilsə də, xidmətin dəyərinin əvvəlcədən ödənilməsi nəzərdə tutulmadığından, ödənişlər yalnız bir aylıq xidmət tam göstərildikdən (bir ay ərzində efir vaxtı təqdim edildikdən) sonra tələb oluna bilərdi”. Bu əsası gücləndirmək üçün məhkəmə MM-in işə əlaqəsi olmayan 367 və 369.10-cu maddələrinə istinad etmişdir. Halbuki, əslində bu iş üzrə müddət məsələsində MM-in 369.3-cü maddəsinin birinci cümləsini rəhbər tutmaq lazımdır: “Aylarla hesablanan müddət müddətin sonuncu ayının müvafiq günündə qurtarır.” Yəni, məhkəmənin qənaətinə görə müqavilədə birbaşa yazılmalı idi ki, xidmətin dəyəri əvvəlcədən ödənilməlidir. Belə müddəa birbaşa yazılmamışdırsa, müqavilənin buna süb ut olan digər müddəaları nəzərə alına bilməz. Bu hal həmdə mülki qanunvericiliyin “müqavilə azadlığı” prinsipinə də ziddir. Belə ki, qabaqcadan ödəniş haqda müqavilədə birbaşa müddəanın olması qanunvericiliklə nəzərdə tutulmamışdır. Buna görə də müqavilənin buna dəlil olan müddəaları nəzərə alınmalı idi. İddiaçı yalnız şifahi danışıqlara istinad etmişdir. Halbuki, ödəniş üzrə öhdəlik vaxtının 2020-ci il 15 oktyabr tarixdən başlanması nə müqavilələrə, nə də işgüzar dövriyyə adətlərinə uyğun deyildir. Belə ki, müqavilələr 2020-ci il 7 sentyabr tarixdə bağlanmışdır. Ondan sonra gələn “ayın 15-i” oktyabrda deyil, sentyabr ayındadır. Digər tərəfdən, müqavilələr üzrə müəyyən edilmiş ödəniş məbləği sabitdir. Buna görə də onun ayın sonunda ödənilməsi ehtiva olunsa idi, işgüzar dövriyyə adətlərinə uyğun olaraq hər ayın 15-i deyil, hər ayın 7-si, uzağı 8-i nəzərdə tutulardı. Ödəniləcək məbləğ qabaqcadan məlumdursa, ayın 15-i gözləməyin heç bir mənası yoxdur.

43. Müqavilələrdə qabaqcadan ödənişin nəzərdə tutulmadığına istinadən qətnamədə qeyd edilir: “Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, 2020-ci il 15 sentyabr tarixdə, yəni müqavilə imzalandığı tarixdən bir ay keçməmiş iddiaçı tərəfindən cavabdehə ödəniş edilməməsi tərəflər arasında bağlanmış müqavilə şərtlərinin əhəmiyyətli pozuntusu hesab edilə və bu əsasla müqavilə 2020-ci il 23 sentyabr tarixdə birtərəfli qaydada ləğv edilə bilməzdi”. Lakin mübahisə faktiki olaraq 16 gündən deyil, 1 aydan, nəticədə isə il boyu biraylıq gecikmə ilə bağlıdır. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı bildirmişdi r ki, tərəflərin yenicə bağladığı müqavilələr üzrə ödənişləri bir aylıq gecikmə ilə edəcək. Nəticədə hər ay gecikmə baş verəcəkdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

45. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

46. Apellyasiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin təmin olunmadığı hissələrdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və ə saslılığı həmin hissələrdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

48. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

367. Müddət anlayışı 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, d əyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir....” “Maddə

369. Müddətin qurtardığını bildirən vaxt... 369.10. Ayın birinci günü ayın başlanğıcı, on beşinci günü ayın ortası, sonuncu günü isə ayın axırı sayılır.” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdə n birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....”

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxı r və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli 2-2(103)-1062/2021 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

51. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilələrdə ödənişin hər ayın ortasınd a həyata keçirilməli olduğu qeyd edilsə də, xidmətin dəyərinin əvvəlcədən ödənilməsi nəzərdə tutulmadığından, ödənişlər yalnız bir aylıq xidmət tam göstərildikdən (bir ay ərzində efir vaxtı təqdim edildikdən) sonra tələb oluna bilərdi, 2020-ci il 15 sentyabr tarixdə, yəni müqavilə imzalandığı tarixdən bir ay keçməmiş iddiaçı tərəfindən cavabdehə ödəniş edilməməsi tərəflər arasında bağlanmış müqavilə şərtlərinin əhəmiyyətli pozuntusu hesab edilə və bu əsasla müqavilə 2020-ci il 23 sentyabr tarixdə birtərəfli qaydada ləğv edilə bilməzdi.

52. Məhkəmənin gəldiyi nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, ödəniş üzrə öhdəlik vaxtının 2020-ci il 15 oktyabr tarixdən başlanması nə müqavilələrə, nə də işgüzar dövriyyə adətlərinə uyğun deyildir. Belə ki, müqavilələr 2020-ci il 7 sentyabr tarixdə bağlanmış, ondan sonra gələn “ayın 15-i” oktyabrda deyil, sentyabr ayındadır, mübahisə faktiki olaraq 16 gün deyil, 1 ay, nəticədə isə ilboyu biraylıq gecikmə ilə bağlıdır.

53. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin “ödənişlər yalnız bir aylıq xidmət tam göstərildikdən (bir ay ərzində efir vaxtı təqdim edildikdən) sonra tələb oluna bilərdi” məzmununda əsaslandırması müqavilə üzrə ödənişin 2020-ci ilin 15 oktyabr tarixindən həyata keçirilməsi deyil, həmin tarixdən gec olmamaqla ödənilməsi anlamına gəlməklə, bu hissədə apellyasiya məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə və gəldiyi nəticə əsaslı olmuşdur.

53. İşə kassasiya qaydasında baxan məhkəmə kolle giyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin X1 2021-ci il 3 noyabr tarixli 2-2(103)-1062/2021 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:

55. Bakı Apellyasiya Məhkəməsinin X1 2021-ci il 3 noyabr tarixli 2-2(103)-1062/2021 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə min

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar