Məhkəmə qərarları › İş №2-2(102)-513/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-513/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-513/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı Cavabdehnə qarşı “icarə haqqı borcunun tutulması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə və iddiaçı Cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsinin ləğvi, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 8 may tarixli, 22(1 03)-433/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospekti, 148 A ünvanında yerləşən 506,4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. 2. 2018-ci il 1 avqust tarixli icarə müqaviləsi ilə İddiaçı həmin qeyri-yaşayış sahəsini Cavabdeh MMC-yə aylıq icarə haqqı 13.000 manat olmaqla icarəyə verilmişdir. İcarə müqaviləsinin müddəti 2030-cu il 1 avqust tarixinədək müəyyən edilmişdir. İcarə haqqı tərəflərin razılığı ilə 2021ci il 1 oktyabr tarixindən 15.600 manat olmuşdur.

3. İddiaçı MMC-yə 2022-ci il 16 noyabr tarixli pretenziya məktubu göndərərək, 2020-ci ilin aprel, may, iyun ayları üçün cəmi 39.000 manat borcun, 10.500 manat dəbbə pulunun 5 gün ərzində ödənilməsini tələb etmişdir. 4. 2022-ci il 5 dekabr tarixli xəbərdarlıq məktubu ilə İddiaçı icarə müqaviləsinin ləğv edilməsi və obyektin boşaldılaraq təhvil verilməsi ilə bağlı iradə ifadəsini Cavabdeh MMC-yə çatdırmışdır. 5. 2022-ci ilin noyabr ayının icarə haqqı 2022-ci il 7 dekabr tarixində, 2022-ci ilin dekabr ayının icarə haqqı isə 2022-ci il 28 dekabr tarixində ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 2022-ci il 13 dekabr tarixində Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2018-ci il 1 avqust tarixli icarə müqaviləsi üzrə 2020-ci ilin aprel, may və iyun aylarının hər biri üçün 13.000 manat olmaqla, ümumilikdə 39.000 manat məbləğində ödənilməmiş icarə haqqı məbləğinin, 10.500 manat məbləğində dəbbə pulunun, ilkin mediasiya xidməti üçün ödənilmiş 200 manat rüsumun, 39 manat ödənilmiş dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 211 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə 2022-ci il 1 oktyabr tarixindən 2023-cü il 1 oktyabr tarixinədək icarə haqqı məbləğinin 18.720 manat məbləğində müəyyən edilməsi və müqavilə müddətinin sonunadək hər ilin 1 oktyabr tarixindən etibarən icarə haqqı məbləğinə 20% əlavə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi əsasında iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi MMC-in istifadəsinə verilmişdir. İddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmiş, lakin MMC-in üzərinə düşən öhdəlikləri icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Belə ki, müqavilə şərtlərinə görə MMC hər təqvim ayı üçün həmin ayın ilk həftəsində icarə haqqını ödəməli olduğu halda 2020-ci ilin aprel, may və iyun ayları üçün icarə haqqını ödəməmişdir. Dəfələrlə tələb olunmasına baxmayaraq MMC 2020-ci ilin aprel, may və iyun aylarının hər biri üçün 13.000 manat olmaqla ümumilikdə 39.000 manat pulu ödəməmişdir. Müqavilə üzrə yaranmış borcun ödənilməsinin təmin edilməsi və 2022-ci il 1 oktyabr tarixindən icarə haqqı məbləğinə 20% əlavə olunacağı barədə məlumat verilməsi üçün iddiaçı tərəfindən göndərilmiş bildiriş 2021-ci il 20 noyabr tarixində cavabdehə çatdırılmışdır. Lakin cavabdeh həmin bildirişə h eç bir münasibət bildirməmişdir. İcarə müqaviləsinin 8.4-cü bəndinə görə “İcarəçi”, müqavilədə nəzərdə tutulmuş qaydada ödəniş etmədiyi halda, ödənişi gecikdirdiyi hər gün üçün ödənilməmiş məbləğin 1% həcmində mənə dəbbə pulu (cərimə) ödəməlidir. Bundan başqa, icarə müqaviləsinin 5.2-ci bəndinə görə 2018-ci il 1 sentyabr tarixindən 2021-ci il 1 sentyabr tarixinədək icarə haqqı 13.000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 5.3-cü bəndinə görə 2021-ci il 1 oktyabr tarixindən sonra iddiaçının icarə haqqı məbləğinə 20% əlavə etmək hüququ vardır. Bu hüquqdan istifadə olunaraq 2021-ci il 1 oktyabr tarixindən etibarən icarə haqqına 20% əlavə edilmiş və MMC hər ay 15.600 manat icarə haqqı ödəmişdir. 2022-ci il 1 oktyabr tarixindən etibarən icarə haqqı məbləğinə 20% əlavə edilərək 18.720 man at icarə haqqı ödənilməsi tələb edilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş və icarə haqqına əlavə etmədən əvvəlki məbləğdə, yəni 15.600 manat icarə haqqı ödəməyə davam etmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməmişdir. Buna görə də, hazırkı, icarə haqqı məbləğinin 15.600 manat olduğunu nəzərə alsaq 2022-ci il 1 oktyabr tarixindən etibarən həmin icarə haqqı məbləğinə 20% əlavə edilməklə hər ay 18.720 manat icarə haqqı ödənilməlidir.

8. İddiaçı 2023-cü il 30 yanvar tarixində cavabdeh MMC-yə qarşı ikinci iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2018-ci il 1 avqust tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin Bakı şəhəri, H.Cavid prospekti 56 (icarə müqaviləsi bağlandıqdan so nra verilən çıxarış üzrə ünvan: Bakı şəhəri, H.Cavid prospekti 54B, 558-556 məhəllə) ünvanında yerləşən icarə obyektini boşaldaraq iddiaçıya təhvil verməsi və ödənilmiş 200 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Həmin iddia birinci iddia ərizəsindəki dəlillərə uyğun əsaslandırılmış, əlavə olaraq icarə müqaviləsinin ləğv edilməsi və icarə obyektinin boşaldılması ilə bağlı cavabdehə 2022-ci il 5 dekabr tarixdə yazılı və elektron qaydada bildirişin (pretenziya) göndərildiyi göstərilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 14 aprel tarixli qərardadı ilə hər iki iddia bir icraata birləşdirilmişdir.

11. İddiaçı Cavabdeh MMC 2023-cü il 14 fevral tarixində cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə artıq ödənilmiş 78.232 manat pulun və 325 manat dövlət rüsumunun, 500 manat hüquqi xidmət üçün çəkilmiş xərcin, ümumilikdə 79.057 manat pulun həmin iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndinə əsasən icarə haqqı 13.000 manat müəyyən edilmişdir. Müqavilənin 5.4-cü bəndinə əsasən icarə haqqı ilə bağlı ödəmə mənbəyindən tutulmalı olan vergi icarəçi tərəfindən icarəyə verəndən tutularaq büdcəyə ödənilir. İndiyə qədər icarə haqqı ödənilərkən iddiaçı vergini 14 faiz dərəcəsi ilə deyil, yanlışlıqla daha az dərəcə ilə cavabdehdən tutmuşdur. Belə ki, icarə haqqının 2018-ci il 1 sentyabr tarixindən 2021-ci il 1 oktyabr tarixinədək (37 ay) 1 3.000 manat olduğu dövr üzrə icarə haqqı üzrə vergi 1.820 manat (13.000*14% = 1.820) həcmində tutulmalı olduğu halda 350 manat tutulmuşdur. Beləliklə, həmin dövr üzrə cavabdehə hər ay 1.470 manat iddiaçı tərəfindən artıq ödənilmişdir. İcarə haqqının 2021-ci il 1 oktyabr tarixindən 2022-ci il 1 noyabr tarixinədək (13 ay) 15.600 manat olduğu dövrdə isə icarə haqqından 2.184 manat (15600*14% = 2.184) həcmində tutulmalı olduğu halda yenə yanlışlıqla 350 manat tutulmuşdur. Beləliklə, həmin dövr üzrə isə cavabdehə hər ay 1.834 manat iddiaçı tərəfindən artıq ödənilmişdir. Belə olan halda bütün müqavilə müddəti ərzində cavabdehə ümumilikdə 78.232 manat artıq ödəniş edilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 26 may tarixli iddialar bir icraata birləşdirilmişdir.

14. Bakı Kommersiya Məh kəməsinin 2023-cü il 5 iyul tarixli, e-2-2(113)-530/2023 nömrəli qərardadı ilə (hakim K.H.Hüseynov) İddiaçı ikinci iddia tələbinin “tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi hissəsində” iş üzrə icraata xitam verilmişdir.

15. Qərardad Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarı ilə əsaslandırılmışdır.

16. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli, e-2-2(113)-530/2023 nömrəli qətnaməsi ilə (hakim K.H.Hüseynov) İddiaçı birinci iddiasının qismən təmin edilməsi, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə 13.566,7 manat icarə haqqı, 700 manat dəbbə pulu olmaqla, cəmi 14.266,7 m anat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 manat və vəkilə ödənilmiş pulun əvəzi olaraq 211 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi, birinci iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı ikinci iddiasının qismən təmin edilməsi, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarəyə verilmiş İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 56 (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 148 A) ünvanında yerləşən 506 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 100 manat pulun MMC-dən tutularaq İddiaçı verilməsi, həmin iddianın qalan hissədə təmin ed ilməməsi; iddiaçı Cavabdeh MMC-nin iddiasının rədd edilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə fors-major halının mövcud olubolmamasının müəyyən edilməsi üçün müqavilə şərtlərinə diqqət yetirilməlidir. Tərəflər arasında bağlanmış 2018-ci il 1 avqust tarixli icarə müqaviləsinin 10-cu bəndindən görünür ki, “Bu müqavilədə fors major: təbii fəlakətlər, səfərbərlik, lokal müharibələr.... və tərəflərin kontrolunda olmayan oxşar səbəbləri ifadə edir”. Göründüyü kimi, tərəflər müqavilənin sözügedən bəndində fors-major hallarının siyahısını açıq tutmuş, bu barədə iradələrini “tərəflərin kontrolunda olmayan oxşar səbəblər” sözləri ilə ifadə etmiş, belə bir hal yarandıqda isə birmənalı qaydada bir biri qarşısında heç bir maddi məsuliyyət daşımayacaqlarını bə yan və qəbul etmişlər.

18. Bu baxımdan məhkəmə hesab etmişdir ki, COVİD-19 pandemiyası hazırkı işin tərəflərinə və hallarına münasibətdə fors-major halıdır və Müqavilənin 10-cu bəndində nəzərdə tutulan “tərəflərin kontrolunda olmayan oxşar səbəblər” sözləri bu halı da əhatə edir. Ona görə də, qeyd olunan hal Nazirlər Kabinetinin qərarlarına əsasən araşdırılmalıdır.

19. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli qərarından görünür ki, COVİD-19 infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılmışdır. Azərbaycan Respub likasının Nazirlər Kabinetinin 2020ci il 18 aprel tarixli qərarından görünür ki, Koronovirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimin müddəti 2020-ci ilin 4 may saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli qərarından görünür ki, 2020-ci ilin 4 may saat 00:00-dan etibarən iri ticarət mərkəzləri istisna olmaqla ticarət və ictimai iaşə obyektləri üzrə fəaliyyət bərpa olunmuşdur.

20. Göründüyü kimi, 2020-ci ilin may ayının 4-dən artıq ölkə ərazisində bəzi məhdudiyyətlər aradan qaldırılmış və ticarət və ictimai iaşə obyektləri üzrə fəaliyyət bərpa olunmuşdur. MMC-nin də, fəaliyyət göstərdiyi sahə məhz bu qəbildən olan sahəyə (geyim mağazası) aiddir. Ona görə də, məhkəmə hesab etmişdir ki, 2020-ci ilin may ayının 4-dən icarəçinin icarə haqqı ödəmək öhdəliyi yaranmışdır.

21. Göründüyü kimi, 2020-ci ilin aprel ayında ticarət və ictimai iaşə obyektləri üzrə fəaliyyət qadağan olduğundan qeyd edilmiş ay üzrə icarə haqqı tələb edilə bilməz.

22. Məhkəmə iclasında hər iki tərəf qeyd edilmiş dövr üzrə icarə haqqı məbləğindən hər ay vergi orqanına 350 manat pulun ödənildiyini bildirmiş və 13.000 manat puldan 350 manat pul çıxıldıqdan sonra icarəyə verənə ödənildiyini qeyd etmişlər.

23. Aylıq icarə haqqının 13.000 manat olması nəzərə alındığında, may ayı üçün ödənilməli icarə haqqı 10.916,7 (13.000/30=433,33 (1 gün üçün), 433,33x26=11.266,7 (26 gün üçün və 11.266,7-350 (vergi orqanına ödənilmiş pul)=10916,7) manat, iyun ayı üçün isə 12.650 (13.00 0-350 vergi orqanına ödənilmiş pul)) manat təşkil edir. Yəni may və iyun aylarında icarəçi tərəfindən icarəyə verənə cəmi, 23.566,7 (10.916,7-12.650) manat icarə haqqı ödənilməli idi.

24. Cavabdeh tərəf sadə formada tərtib edilmiş üç ədəd “qəbz” təqdim edərək, qeyd edilmiş aylara görə icarəyə verənə 9.276 manat, 10.000 manat və 2.650 manat icarə haqqını ödədiyini bildirmişdir.

25. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı birinci 10.000 manatlıq “qəbzdəki” imzanın onun imzasına bənzədiyini, digər 9.276 manat qeyd edilmiş “qəbzdəki” imzanın ümumiyyətlə ona aid olmadığını, 2.650 manatlıq "xxxx" göstərilən pulu almadığını və imzanın olmadığını bildirmişdir. Həmçinin də, işin uzanmaması üçün 10.000 manatlıq “qəbzdəki” imzanın ona aid olması halını qəbul etdiyini bildirmişdir.

26. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı 10.000 manatlıq “qəbzdəki” imzanın ona aid olması halını qəbul etdiyindən, qeyd edilmiş pul yaranmış icarə haqqı borcundan çıxılmaqla qalan 13.566,7 (23.566,7-10.000) manat pul MMC-dən tutularaq İddiaçı verilməlidir.

27. Məhkəmə həmçinin qeyd etmişdir ki, 2.650 manatlıq "xxxx" imzanın ümumiyyətlə olmaması qeyd edilmiş pulun İddiaçı verilməsi halını istisna edir. Həmçinin, məhkəmə 9.276 manat qeyd edilmiş “qəbzdəki” imzanın İddiaçı aid olmaması barədə, iddiaçının dəlili ilə də razı olmuşdur. Ona görə də, hesab etmişdir ki, 13.566,7 manat icarə haqqı borcu MMC-dən tutularaq İddiaçı verilməlidir.

28. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilənin 8.4-cü bəndində icarə haqqının ödənilməməsinə görə cərimə borcunun tələb e dilməsi imkanı nəzərdə tutulmuşdur.

29. Bu hissədə, məhkəmə hesab etmişdir ki, 13.566,7 manat icarə haqqı borcu üzrə 700 manat cərimə borcu daha ağlabatan olduğundan, qeyd edilmiş məbləğdə cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Məhkəmə iddianın 2018-ci il 1 avqust tarixli icarə müqaviləsi üzrə 2022-ci il 1 oktyabr tarixindən 2023-cü il 1 oktyabr tarixinədək icarə haqqı məbləğinin 18.720 manat müəyyən edilməsi və müqavilə müddətinin sonunadək hər ilin 1 oktyabr tarixindən etibarən icarə haqqı məbləğinə 20% əlavə olunması hissəsi ilə bağlı qeyd edir ki, qeyd edilmiş hissədə iddia təmin oluna bilməz.

31. Həmçinin, tərəflər arasında bağlanmış olan müqavilənin 5.3-cü bəndinin məzmunu icarə haqqının mütləq hər ilin oktyabr ayından icarə haqqına 20 faiz artırılmalı olması kimi deyil, məhz tərəflərin razılığı ilə artırılması imkanı kimi başa düşülməlidir. Hazırkı halda isə icarəçi qeyd edilmiş hala etiraz edir.

32. Birinci instansiya məhkəməsi İddiaçı ikinci iddiası üzrə ilk növbədə qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli qərardadı ilə iddianın 2018-ci il 1 avqust tarixli icarə müqaviləsinin ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilmişdir.

33. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən MMC-yə ünvanlanmış 2022-ci il 5 dekabr tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı (icarəyə verən) cavabdehə (icarəçi) icarə müqaviləsinin ləğv edilməsi və obyektin boşaldılaraq təhvil verilməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə çatdırmışdır.

34. Məhkəmə qeyd etmişdir ki, Mülki Məc əllədə məhz icarə müqaviləsinin ləğv edilməsi müddətləri ilə bağlı xüsusi norma olmadığından, qeyd edilən hal Məcəllənin əmlak kirayəsi müqaviləsinin ləğv edilməsi müddətləri (maddə 691) baxımından araşdırılmalıdır.

35. Göründüyü kimi, İddiaçı MMC-yə 2022-ci 5 dekabr il tarixində bildiriş verməklə, onu müqaviləni birtərəfli qaydada ləğv edilməsi barədə xəbərdar etmişdir.

36. Bu baxımdan məhkəmə hesab etmişdir ki, artıq tərəflər arasında bağlanmış olan 2018ci il 1 avqust tarixli icarə müqaviləsi ləğv edilmiş sayılmalıdır.

37. Tərəflər arasında da, artıq etibarlı müqavilə münasibətləri olmadığından icarə sahəsi olan İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospekti 148 A ünvanında yerləşən 506,4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi MMC tərəfindən boşaldılaraq İddiaçı təhvil ve rilməlidir.

38. Məhkəmə iddiaçı "xxxx" MMC-nin tələbi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndinə əsasən hər təqvim ayı üçün icarə haqqı həmin ayın ilk həftəsində köçürmə və ya nağd qaydada ödənilir. Ödəmə mənbəyində vergi icarəçi tərəfindən icarəyə verəndən tutularaq büdcəyə ödənilir.

39. İş materiallarında olan 2022-ci il 7 dekabr tarixindən sonrakı tarixlərdə hər ay verilmiş ödəniş tapşırıqlarından görünür ki, MMC tərəfindən İddiaçı hesabına icarə haqqı olaraq ödəmə mənbəyində tutulmalı olan 14 faizlik vergi çıxılmaqla, 13.416 (15.600-2184) manat pul ödənilmişdir.

40. Məhkəmə iclasında hər iki tərəf 2022-ci il 7 dekabr tarixinədək ödənişlərin əlbəəl olduğunu, yalnız həmin tarixindən sonra ödənişlərin bank vasitəsi ilə olduğunu göstərmişlər.

41. Məh kəmə qeyd etmişdir ki, icarə haqları üzrə ödəmə mənbəyində tutulmalı olan vergi, icarəçinin icarəyə verənə vermiş olduğu puldan tutulur. Yəni, əgər MMC tərəfindən əvvəllər də, yəni icarə haqqının 13.000 manat olduğu dövrdə icarə haqqını Bank vasitəsi ilə vermiş olsa idi, qeyd edilmiş pul avtomatik olaraq məbləğin 14 faizi dövlət büdcəsinə tutulmuş olacaqdı.

42. Yəni hazırkı halda, MMC tərəfindən tələb edilən pula artıq ödənilmiş pul kimi qiymət verilə bilməz. Belə ki, Vergi qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı halların araşdırılması mübahisənin həlli baxımından heç bir əhəmiyyət kəsb etmir və qeyd edilən hal Vergi orqanı ilə İddiaçı arasında olan münasibətlərə aiddir. Ona görə də, MMC-nin iddiası təmin edilə bilməz.

43. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbayca n Respublikası Mülki Məcəllənin 157.2, 462.1, 467, 675, 691.1, 691.1.3, 697.2, 700.1, 700.2, 700.3, 705-ci; Vergi Məcəlləsinin 124.1, 124.2-ci; Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1 və 218.3-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat (qərardaddan verilən şikayət üzrə):

44. İlk iddialar üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC birinci instansiya məhkəməsinin qərardaddan şikayət verərək, ləğv edilməsini, həmin hissədə işə baxaraq iddia tələbinin həmin hissədə rədd edilməsini xahiş etmişdir.

45. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 20 iyul tarixli, e-2-2(113)-530/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

46. Bakı Apellyasi ya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 18 avqust tarixli 2-2(103)-809/2023 nömrəli qərardadı ilə (hakim R.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.Baxışovadan və X.Ə.Sarıyevdən ibarət tərkibdə) şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli, e-2-2(113)-530/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat (qərardaddan verilən şikayət üzrə):

47. İlk iddialar üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və müqavilənin ləğvi tələbinin digər tələblərlə birlikdə baxılmasını xahiş etmişdir.

48. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 1 noyabr tarixli, 2-2(102)-600/2023 nömrəli qərarı ilə (hakim K.N.Abiyevanın məruzəsi ilə, hakimlər B.M.Məmmədlidən və Z.Ə.Əliyevdən ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat (qərardaddan verilən şikayət üzrə):

49. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 8 yanvar tarixli, 2-2(103)-809/2023 nömrəli qərardadı ilə (hakim F.Ş.Talışınskinin sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və A.N.İmanovdan ibarət tərkibdə) MMC-nin şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli, e-2-2(113)-530/2023 nömrəli qərardadı ləğv edilmiş, ikinci iddia “tərəflər arasında bağl anmış icarə müqaviləsinə xitam verilməsi” hissəsinə mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. d) Birinci instansiyası məhkəməsində əlavə qətnamənin qəbulu ilə bağlı icraat:

50. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 fevral tarixli, e-2-2(113)-530/2023 nömrəli əlavə qətnaməsi ilə (hakim K.H.Hüseynov) İddiaçı ilə Cavabdeh MMC arasında bağanmış 2018-ci il 01 avqust tarixli icarə müqaviləsi ləğv edilmiş hesab olunmuşdur.

51. Məhkəmə qeyd etmişdir ki, müqavilənin ləğv edilməsi ilə bağlı iddianın əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar (müqavilənin əhəmiyyətli dərəcədə pozulması) təşkil edir.

52. İş materiallarından, həmçinin işin araşdırılmış hallarından görünür ki, 2020-ci ilin may və iyun aylarından icarəçi MMC-nin ödənilməmiş 13.566,7 manat icarə haqqı qalmışdır.

53. Bundan başqa, iş materiallarından görünür ki, 2022-ci ilin noyabr ayının icarə haqqı 2022-ci il 7 dekabr tarixində, 2022-ci ilin dekabr ayının icarə haqqı isə 2022-ci il 28 dekabr tarixində ödənilmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.4-cü bəndində isə hər təqvim ayı üçün icarə haqqının həmin ayın ilk həftəsində ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, MMC icarə haqqının 2020-ci ilin may və iyun aylarına aid hissəsindən bir hissəsini ümumiyyətlə ödəməmiş, həmçinin də, yuxarıda qeyd edilmiş 2 ayın da, icarə haqqını gecikdirmişdir.

54. Bundan sonra, İddiaçı tərəfindən MMC-yə 2022-ci il 5 dekabr tarixli xəbərdarlıq məktubu göndərilmiş və icarə müqaviləsinin ləğv edilməsi və obyektin boşaldılaraq t əhvil verilməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə çatdırmışdır. Məhkəmə xüsusi ilə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı hər hansı bir xüsusi bənd yoxdur. Ona görə də, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi məsələsinə Mülki Məcəllənin normaları baxımından qiymət verilməlidir.

55. Məcəllənin 421-ci maddəsi müqavilənin ləğv edilməsi barədə ümumi normadır. Ancaq o nəzərə alınmalıdır ki, kirayə və ya icarə münasibətlərinin ləğv edilməsi barədə Mülki Məcəllədə xüsusi norma (691-ci maddə) mövcuddur. Adı çəkilən yuxarıda qeyd edilmiş normanın da, məzmunundan göründüyü kimi, tərəflər qanunda nəzərdə tutulmuş xəbərdaretmə müddətlərini gözləməklə icarə hüquq münasibətlərinə xitam verə bilərlər.

56. İddiaçı tərəfindən MMC-yə ünvanlanmış xəbərdarlıq məktubunun tarixinə (2022-ci il 5 dekabr tarixli) nəzər yetirildiyində də, aydın olur ki, artıq xəbərdaretmə müddəti çoxdan bitmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2018-ci il 1 avqust tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

57. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

58. Həmçinin Cavabdeh MMC apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, birinci instansiya məhkəməsinin müvafiq olaraq qətnaməsinin və əlavə qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələblərinin rədd olunmasını və MMC tərəfindən qaldırılan iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

59. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 8 may tarixli, 22(103)-433/2024 nömrəli qətnaməsi ilə (hakim V.Ə.Baxışovanın sədrliyi və məruzəsi ilə, hakimlər Z.A.Şirinovdan və R.Ə.Qurbanovdan ibarət tərkibdə) İddiaçı və Cavabdeh MMC-nin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli, e-2-2(113)530/2023 nömrəli qətnaməsi və 2024-cü il 5 fevral tarixli, e-2-2(113)-530/2023 nömrəli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

60. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, tərəflər arasında bağlanan ica rə müqaviləsinin 10.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilənin tərəflərindən hər biri bu müqavilədən yaranan hər hansı öhdəliyini tam və ya qismən yerinə yetirmədikdə və yaxud haqlarından istifadə etməklə bir fors major səbəbi ilə gecikir və ya maneə olunursa, bu tərəf həmin gecikmə barədə və maneə zamanı və ondan sonra 7 gün müddətində həmin öhdəlik və şərtləri yerinə yetirməkdən azad ediləcəkdir. Müqavilənin həmin bəndində fors major hadisələrə yoluxucu xəstəliklər də aid etmişdir.

61. Apellyasiya instansiyası məhkəməsi müqavilənin bu bəndini nəzərə alaraq hesab etmişdir ki, hazırkı halda icarəçi koronovirus pandemiyası dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qətnamədə istinad edilmiş qərarları əsasında respublikada xüsusi karantin rejimi (ticarət və ictimai iaşə obyekt lərinin fəaliyyətini qadağan edən) tətbiq edildiyi tarixlərdə icarə obyektində fəaliyyət göstərmək hüququndan məhrum olduğundan müqavilənin qeyd edilən bəndinə əsasən icarə haqqı ödənilməsi ilə bağlı öhdəliyin icrasından azad olduğu üçün icarəyə verənə 2020-ci ilin aprel ayı üçün icarə haqqı ödəməməli, aylıq 350 manat ödəmə mənbəyində vergi çıxılmaqla icarəyə verənə 2020-ci il 4 may tarixindən 26 gün üçün 10.916,7, iyun ayı üçün isə 12.650 manat, cəmi 23.566,7 (10.916,7-12.650) manat icarə haqqı ödənilməli idi.

62. İddiaçı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən apellyasiya kollegiyası hesab etmişdir ki, tərəflər icarə müqaviləsi bağlayarkən fors major hal baş verdiyi zaman müqavilədən irəli gələn öhdəliklərini icra edə bilmədikləri halda (hazırkı halda sərtləşdirilmiş karan tin dövründə icarəçinin icarə obyektindən istifadə edə bilmədiyi işin mübahisəsiz halıdır) birbirini öhdəliyin icrasından azad etdiklərindən, sərtləşdirilmiş karantin dövründə icarəçinin onlayn fəaliyyət göstərməklə gəlir əldə edib-etmədiyinin araşdırılması hazırkı mübahisənin həlli üçün əhəmiyyətli deyil.

63. MMC-nin apellyasiya şikayəti ilə bağlı məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçının pretenziya məktublarına cavabları, nümayəndəsi və vəkilinin məhkəmə iclasında (2023cü il 11 yanvar tarixli iclasda nümayəndə və vəkil Nümayəndə1 2020-ci ilin aprel, may və iyun aylarında icarə haqqı ödənişlərinin olunmadığını mübahisələndirmədiyini bildirmişdir) izahatı belə əsaslandırılmışdır ki, icarə haqqı tələb edilən aylar pandemiya dövrünə düşdüyü üçün fəaliyyət göstərmədiklərindən ödəniş ed ilməmiş, yalnız fəaliyyət göstərdikləri günlər üçün ödəniş həyata keçirilmişdir. İş materiallarının 1-ci cildinin 19-cu vərəqinə əlavə edilmiş 2022-ci il 14 oktyabr tarixli pretenziyaya cavab məktubunda MMC qeyd edir ki, 2020-ci ilin aprel, may, iyun ayları sərtləşdirilmiş karantin dövründə icarəçi parakəndə satış fəaliyyətini dayandırmış, obyektdən müqavilə məqsədlərinə uyğun istifadə etmək mümkün olmamışdır. Həmin aylarda ödəniş edilməməsinin icarəyə verənlə razılaşdırıldığı üçün, iki il yarım müddətdən sonra ödəniş tələb edilməsi və dəbbə pulu hesablanması əsassızdır.

64. Buna baxmayaraq, nümayəndə birinci instansiya məhkəməsinə həmin aylar üzrə ödənişlərin həyata keçirildiyinə dair 3 qəbz təqdim etmişdir. İşə birinci instansiya qaydasında baxılarkən 2023-cü il 2 iyun tarixli məhkəmə ic lasında İddiaçı nümayəndəsi ödənişlərin adətən bank hesabı vasitəsi ilə həyata keçirildiyini, təqdim edilmiş qəbzlər adətən tərtib edilmiş formaya uyğun olmadığından qəbul etmədiklərini, qəbzlərin üzərində imzaların icarəyəverənə məxsus olmadığını bildirmişdir. 2023-cü il 9 iyun tarixli məhkəmə iclasında İddiaçı icarəçi tərəfindən 10.000 manat ödəniş edilməsi barədə qəbzi mübahisənin tez yekunlaşması üçün şərtlə qəbul etdiyini bildirmişdir. Məhkəmə İddiaçı 10.000 manatlıq ödənişin borcdan çıxılmasına etiraz etmədiyini nəzərə alaraq qeyd edilmiş məbləği icarə haqqı borcundan çıxaraq qalan 13.566,7 manatın cavabdehdən tutulması barədə nəticəyə gəlmişdir. 2.650 manatlıq "xxxx" imza olmadığından həmin qəbz ümumiyyətlə sübut kimi qəbul edilməmişdir.

65. MMC-nin nümayəndəsi 9.276 manat ödənişl ə bağlı məhkəməyə əsli təqdim edilməmiş 2020-ci il 13 may tarixli “qəbzdəki” imzanın İddiaçı aid olub-olmamasının yoxlanılması üçün həm birinci instansiya məhkəməsinə, həm də işə apellyasiya qaydasında baxan məhkəməyə iş üzrə xətşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət vermişdir.

66. Apellyasiya kollegiyası MMC-nin 2022-ci il 14 oktyabr tarixli məktubunda və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatda 2020-ci ilin aprel, may, iyun ayları üçün icarə haqqı ödənişlərini həyata keçirilmədiyinin etiraf edildiyi nəzərə alaraq, prosessual qənaət prinsipinə əsasən iş üzrə ekspertiza keçirilməsini zəruri hesab etməmişdir.

67. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, qeyd edilən qəbzdə ödənişin təyinatı, yəni hansı ay üçün həyata keçirildiyi qeyd edilməmişdir. Əgər ekspertiza nəticəsində həmin qəbzdəki imzanın icarəyəverənə məxsusluğu müəyyən edilsə belə, həmin ödənişin tələb olunan borcdan çıxılmalı olduğunu müəyyənləşdirmək üçün icarəçi tərəfindən 2020ci ildə icarəçi tərəfindən icarəyəverənə ödənilmiş vəsaitin ümumi məbləğinin müəyyən edilməsi üçün 2020-ci il üzrə həyata keçirilmiş bütün ödəniş qəbzləri təqdim edilməli, bu yolla ödənilmiş məbləğlər çıxılaraq qalıq borcun məbləği dəqiqləşdirilməli idi. Məhkəmə iclas protokollarından görünür ki, 2023-cü il 9 iyun tarixində keçirilmiş məhkəmə iclasında birinci instansiya məhkəməsinin hakimi tərəfindən xətşünaslıq ekspertizası keçirilməsi barədə vəsatətə hüquqi qiymət verməmişdən əvvəl, icarə haqqı ödənişləri barədə bütün qəbzlərin məhkəməyə təqdim edilməsi MMC-nin nümayəndəsinə təklif edilmiş, nümayən də həmin sübutların təqdim edilməsini zəruri hesab etmədiyini bildirmişdir.

68. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, qətnamə icarə haqqı borcunun və müqavilənin 8.4-cü bəndinə əsasən ödənişin gecikdirilməsinə görə dəbbə pulu tutulması hissəsində qanuni və əsaslıdır.

69. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, icarəçinin icarə müqaviləsi üzrə 2020-ci ildən ödənilməmiş borcları olduğu məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından Mülki Məcəllənin 423.2-ci və “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 1-ci hissəsinə əsasən iddia tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı hissədə də əsaslıdır.

70. MMC-nin iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, icarəçi tərəfindən icarəyəverənə hər ay tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş aylıq icarə haqqından, yəni 13.000 manatdan artıq vəsait ödəmədiyindən və icarə haqqından ödəmə mənbəyindən vergi düzgün tutulmayıbsa çatışmayan məbləğin icarəyəverəndən tutulmasını tələb etmək hüququ vergi orqanına aid olduğundan artıq ödənilmiş pulun İddiaçındən tutulmasına dair iddianın rədd edildiyi hissədə də qətnamə qanuni və əsaslı hesab edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

71. Cavabdeh MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 8 may tarixli, 2-2(103)-433/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

72. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur:

73. Mülki Məcəllənin 421.2 və 423.2-ci maddələri üzrə - məhkəmə Mülki Məcəllənin 423.2cü və “İcarə haqqında” qanunun 13-cü maddəsinə istinad edərək mülkiyyətçi tərəfindən icarə müqaviləsinin xitam edilməsini haqlı hesab etmişdir. Halbuki, 421.2-ci maddənin mənasına görə müqaviləyə tərəfin birinin tələbi ilə 3 halda birtərəfli qaydada xitam verilə bilər: a. müqavilənin əhəmiyyətli dərəcədə pozulması; b. müqavilədə göstərilən xüsusi hal; c. MM-də göstərilən xüsusi hal. Müqavilənin əhəmiyyətli dərəcədə pozulmasının nədən ibarət olmasına yenə həmin maddənin 2-ci hissəsi izahat verir. “MM-in əhəmiyyətli dərəcədə pozuntu” dedikdə elə bir pozuntunu nəzərdə tutur ki, həmin pozuntu nəticəsində zərər dəyən tə rəf müqaviləni bağlayarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olsun. Təbii ki, “ümid etməyə haqqı çatanlar” ifadəsi də ümumidir və bunun nədən ibarət olması hər müqaviləyə, müqavilə tərəflərinə, mövcud şərtlərə münasibətdə fərdi şəkildə təhlil olunmalıdır. Müqavilə tərəfi kimi icarə müqaviləsi bağlayan icarəyə verənin müqavilədən 2 başlıca gözləntisi (ümid etməyə haqqı çatan şey) vardır:

1. İcarə haqqını tam almaq;

2. Sahib olduğu daşınmaz əmlakın normal köhnəlmə istisna olmaqla yararlı vəziyyətdə saxlanılması. İcarəçi göstərilən hər iki istiqamətdə icarəyə verənin ümid etməyə haqqı çatan şeyi ona verib. Hətta, məhkəmə mübahisəsinin davam etdiyi bütün dövr üzrə kassator icarə haqqı ödənilməyə davam edir. Sadəcə bu fakt icarəçinin müqavilə tərəfi kimi nə qədər vicdanlı ol masını göstərməyə yetərlidir. Digər tərəfdən məhz belə gecikməyə görə icarəyə verən bir dəfə də olsun yazılı etiraz da etməyib. Yəni, belə gecikmə icarəyə verən üçün əhəmiyyətli olmayıb. Elə mülki (işgüzar) dövriyyədə də belə gecikmələr qəbul ediləndir.

74. Mülki Məcəllənin 685-ci maddəsi üzrə - məhkəmənin öz gəldiyi qənaətə görə cavabdeh həmin məbləğdə icarə haqqını gecikdirməyib. Yəni ödənilməyən məbləğ iki aylıq icarə haqqı miqdarında deyil. Düzdür, kassator ümumiyyətlə gecikdirmə etdiyini düşünmür. Bununla belə, yenə də müqavilənin birtərəfli qaydada ləğv üçün heç bir əsas yoxdur.

75. Vergi Məcəlləsinin 124.1 və 124.2-ci maddələri üzrə - icarəyə verən vergi hüquq münasibətləri baxımından və vergi məcəlləsinin məqsədləri üçün vergi agenti qismində çıxış edir. Vergi agenti olaraq vergi ö dəyicisindən yəni icarəyə verəndən vergini tutmaq və təyinatı üzrə (büdcəyə) köçürmək onun öhdəliyidir və buna görə məhz vergi agenti özü məsuliyyət daşıyır. Məhkəmə isə tam əks nəticəyə gəlib.

76. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsi üzrə - mübahisə olunan 2020-ci ilin apreliyun ayları üzrə ödənişi təsdiq edən iki qəbz məhkəməyə sübut kimi təqdim edilmişdir. Həmin qəbzlərdən birində olan ödənişi (10.000 manat) İddiaçı qəbul etmiş, digərini isə həmin sənəddə olan imzanın ona məxsus olmamasını əsas gətirməklə qəbul etməmişdir. İddiaçı tərəfindən imzanın mübahisələndirildiyi sənəddəki (2020-ci il 13 iyun tarixli) imzanın ona məxsus olmasının təsdiq olunması üçün məhkəməyə ekspertizanın keçirilməsi barədə müvafiq vəsatət verilsə də, məhkəmə həmin vəsatəti təmin etməmişdir. Həmçinin, ap ellyasiya məhkəməsi digər arqumentində qeyd etmişdir ki, cavabdehə bütün dövr üzrə digər ayların da ödəniş sənədlərini təqdim etməsi tələb edilmiş və o öz növbəsində bunda imtina etmişdir. Bu da dolayısı ilə mübahisə predmeti olan qəbzin başqa ayın ödənişi olmasını ehtimal etməyə əsas verir. Göründüyü kimi, məhkəmənin irəli sürdüyü arqument ehtimal üzərində qurulub və heç bir sübutu yoxdur. Halbuki, qəbzin üzərində tarix var və həmin tarix ödənişin hansı dövrə aid olmasını müəyyən etməyə imkan verir. Əgər mülkiyyətçi bunun başqa ayın icarə haqqı olduğunu iddia edirsə, o halda istinad etdiyi hal kimi o özü bunu sübut etməlidir. İş üzrə ekspertizanın keçirilməməsi və müvafiq qəbzdə olan məbləğin ödənilməsinin təsdiq edilməməsi hazırkı vəziyyətdə iddianın pul tələbinə dair hissədə yarımçıq ol ması və tam sübuta yetirilməməsi kimi qiymətləndirilməlidir.

77. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

78. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

79. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

80. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini İddiaçı iddiasının təmin olunan və öz iddiasının rədd edilməsi hissələrində mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun mübahisələndirilən hissələrdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

81. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

82. Az ərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurd uğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvə lki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2. ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 685.3-cü maddəsinə əsasən bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqav ilənin ləğvi istisna edilir. Əgər kirayəçi qarşılıqlı əvəzləşdirmə çərçivəsində öz borcundan azad edilərsə və müqavilənin ləğvi bəyan edildikdən dərhal sonra borcunun ləğvini elan edərsə, müqavilənin ləğvi etibarsız olur. 691.1-ci maddəsinə əsasən torpaq sahələrinin, otaqların və ya rəsmi reyestrdə qeydə alınmış gəmilərin kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə aşağıdakı hallarda yol verilir: 691.1.1. əmlak kirayəsi haqqı günlər üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti günün sonu üçün qüvvəyə minməklə hər hansı gün verildikdə; 691.1.2. əmlak kirayəsi haqqı həftələr üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti bazar gününün sonu üçün qüvvəyə minməklə həftənin birinci iş günü verildikdə; 691.1.3. kirayə haqqı aylar və ya daha uz un zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verildikdə. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

83. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü mad dəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsas ən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardad ını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilərkən kassatorun iddiasının rədd olunması hissəsində və İddiaçı i ddiasının borcun tutulması hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etsə də, İddiaçı iddiasının müqavilənin ləğvi və qeyri-yaşayış sahəsinin boşaldılması hissələrində maddi hüquq normalarının pozuntusuna yol verilmişdir.

85. Məhkəmə kollegiyası ilk olaraq "xxxx" MMC-nin iddiası üzrə kassasiya şikayətinin dəlillərini nəzərdə keçirərək, onları əsassız hesab edir. Belə ki, apellyasiya məhkəməsi həmin hissədə maddi hüquq normalarını düzgün tətbiq etməklə hesab etmişdir ki, icarə haqqı üzrə ödəmə mənbəyindən tutulmalı olan verginin çatışmayan hissəsinin tutulmasını tələb etmək hüququ vergi orqanına aiddir. MMC həmin vergi məbləğini düzgün hesablanmadığı halda da, verginin çatışmayan hissəsi dövlət büdcəsinə ödəmədiyindən, həmin vəsaiti cavabdeh dən tutulmasını tələb etmək hüququna malik deyildir.

86. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 87. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiy a instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hü ququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

88. Həmçinin, kassasiya şikayətinin dəlilləri cavabdeh MMC-dən 13566,7 manat icarə haqqının və 700 manat dəbbə pulunun tutulması hissəsində də əsassızdır.

89. Belə ki, apellyasiya məhkəməsi həmin tələb üzrə işdə olan sübutları qiymətləndirmiş və bu borcun mövcudluğunu müəyyən etmişdir. (bax bənd 60-68) Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi məhkəmə kollegiyası tərəfindən müəyyən olunmamışdır.

90. Kassasiya şikayətinin dəlilləri bu hissədə işin faktiki hallarının araşdırılmaması və sübutların düzgün qiymətləndirməməsindən ibarətdir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktik i halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

91. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddia müqavilənin ləğvi və qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində təmin edilərkən, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur.

92. Belə ki, tərəflər arasında icarə müqaviləsi 2018-ci ilin 1 avqust tarixində bağlanmış, müqavilənin müddəti 2030-cu ilin 1 avqust tarixədək müəyyən olunmuşdur. Həmçinin müqavilənin 5.7-ci bəndində icarə verənin hər hansı səbəbdən icarəçini icarə obyektindən çıxarması halında dəbbə pulu ödəməsi müəyyən olunmuşdur.

93. Hazırda, iddiaçı cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yəni təl əb olunan məbləğdə icarə haqqını vaxtında ödəməməsini əsas gətirərək müqavilənin ləğvini tələb etmişdir.

94. Birinci instansiya məhkəməsi kassatorun icarə müqaviləsi üzrə 2020-ci ilin may və iyun aylarından ödənilməmiş 13566,7 manat icarə haqqının qalmasını və 2022-ci ilin noyabr ayının icarə haqqısının 2022-ci ilin dekabr ayının 7-də, həmin ilin dekabr ayının icarə haqqısının isə 2022-ci ilin ayın 28-də ödənilməsini, yəni müqavilənin 5.4-cü bəndi ilə müəyyən olunan dövrdə ödənilməməsini əsas gətirməklə, Mülki Məcəllənin 421.2 və 691ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. Apellyasiya məhkəməsi isə həmin nəticə ilə razılaşmışdır.

95. Məhkəmə kollegiyası razılaşır ki, müqavilənin ləğv edilməsinin ümumi normasını Mülki Məcəllənin 421-ci maddəsi təşkil edir. Həmçinin, Mülki Məcəl lənin 691-ci maddəsi icarə müqaviləsinin tərəflərinə xəbərdarlıq müddətlərini gözləməklə, icarə müqaviləsini ləğv etmək hüququnu vermişdir.

96. Lakin, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı iddianın faktiki əsasını kirayəyə verənin müqaviləni Mülki Məcəllənin 691-ci maddəsinə əsasən ləğv etmək istəyi təşkil etmir. Belə olduğu halda, iddiaçı müqaviləni birtərəfli qaydada pozmuş olur ki, müqavilənin 5.7-ci maddəsində müəyyən olunan sanksiyaya məruz qala bilər. Digər tərəfdən, iddiaçı tərəfindən icarə müqaviləsinin ləğvi üçün Mülki Məcəllənin 691.1.3cü maddəsi ilə nəzərdə tutulan müddətlərə də riayət olunmamışdır.

97. İddiaçı məhz qarşı tərəfin (icarəyə götürənin) müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsini iddia etməklə, müqavilə münasibətlərinə xitam verilməsini istəyir.

98. Belə olan halda, hazırkı iş üzrə müqavilənin ləğvi üçün Mülki Məcəllənin 421.2ci və 685.2-ci maddələrinin dispozisiya şərtlərinin mövcudluğu araşdırılmalıdır.

99. İddiaçı ikinci (müqavilənin ləğv edilməsi) iddiasını verməmişdən əvvəl cavabdeh MMC-yə pretenziya göndərmişdir. Həmin pretenziyanın mahiyyəti ondan ibarət olmuşdur ki, iddiaçı birtərəfli qaydada 2022-ci ilin oktyabr ayından etibarən icarə haqqını birtərəfli qaydada 18720 manat müəyyən etmiş və bu məbləğin müqavilənin 5.4-cü bəndində nəzərdə tutulmuş qaydada, yəni hər təqvim ayının ilk həftəsində ödənilmədiyini müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirməklə, 5 gün müddətində 40560 manat ödənilməmiş icarə haqqının ödənilməsini, icarə müqaviləsinin ləğv olunmasını və icarə obyektinin boşaldılmasını tə ləb etmişdir.

100. Göründüyü kimi, iddiaçı özü müqavilənin ləğvini tələb edərkən 2020-ci ilin may və iyun ayları üçün icarə haqqı borcunun qalmasına istinad etməmişdir.

101. İddiaçının müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli pozuntusu kimi qiymətləndirdiyi ilk hal icarə haqqının 18720 manat məbləğində ödənilməli olmasıdır ki, bu halın müqavilənin ləğvin əhəmiyyətli dərəcədə pozuntusu kimi qiymətləndirilə bilməməsi hazırkı işdəki müvafiq tələbdə aşağı instansiya məhkəmələri tərəfindən hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçının iddia tələblərindən biri 2022-ci ilin oktyabr ayından icarə haqqının 18720 manat müəyyən olunması təşkil etmişdir ki, həmin tələb məhkəmələr tərəfindən rədd olunmuşdur. (bax bənd 30-31)

102. Yəni, iddiaçının kassatordan 18720 manat məbləğində icarə haqqının tə ləb etməsi əsassız olmuşdur ki, bu məbləğin ödənilməməsi müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilə bilməz.

103. Birinci instansiya məhkəməsi həmçinin cavabdehin 2022-ci ilin noyabr və dekabr aylarının icarə haqlarının müqavilə ilə müəyyən olunan tarixlərdən gec ödənilməsini müqavilənin ləğvi üçün əsas kimi qiymətləndirmişdir.

104. Apellyasiya məhkəməsi iddiaya bu nöqteyi-nəzərdən münasibət bildirməsə də, qətnaməni dəyişdirilmədən saxladığından, kassasiya kollegiyası bu gecikmənin də müqavilənin ləğvi üçün əsas olub-olmamasına maddi hüquq normalarına uyğun münasibət bildirməsini zəruri bilir.

105. Belə ki, Mülki Məcəllənin 685.2-ci maddəsinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ya ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər.

106. Lakin, Məcəllənin 685.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir.

107. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, göstərilən aylar üzrə icarə haqqı müvafiq iddia ilə məhkəməyə müraciət etməmişdən (2023-cü ilin 30 yanvar tarixi) öncə tam olaraq ödənilmişdir.

108. Belə olan halda, hazırkı mübahisəyə Mülki Məcəllənin 685.3-cü maddəsi tətbiq edilməklə, göstərilən əsas da müqavilənin ləğvi ilə nəticələnə bilməz.

109. Nəhayət, məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya məhkəməsinin istinad etdiyi hal, yəni cavabdeh MMC-nin 2020-ci ildən ödənilməyən icarə borclarının olması da, müqavilənin ləğvi üçün əsas olmamalıdır.

110. Bu səbəbdən ki, iddiaçının bu əsasla tələbinə Mülki Məcəllənin 560.3.4-cü maddəsinin tələblərinə uyğun qiymətləndirilməlidir. 111.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşım aqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). 112.Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müva fiq qərar qəbul etməlidir. 113.Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

114. Hazırkı iş üzrə məhkəmələrin müəyyən etdikləri hal ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin may-iyun ayları üzrə cəmi 13566,7 manat borcu qalmış və bu hal iddiaçıya məlum olmuşdur.

115. Lakin, o, borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etməmişdir. Əksinə, məhkəmələrin müəyyən etdikləri hal ondan ibarətdir ki, tərəflər arasında icarə münasibətləri uzun müddət mübahisəsiz davam etmiş, o cümlədən tərəflərin qarş ılıqlı razılığı ilə icarə haqqı 2021-ci il 1 oktyabr tarixindən artırılmış və iddiaçı borcun ödənilməsini yalnız 2022-ci ilin 7 oktyabr tarixində bildirişlə tələb etmişdir.

116. Göründüyü kimi, məhkəmələr cavabdehin borcunun olmasını müəyyən etsələr də, iddiaçı uzun müddət ərzində həmin borcu lazımi qaydada tələb etməmiş, cavabdeh isə iddiaçının bu rəftarına uyğun davranmışdır. Hazırda iddiaçının borc tələbi əsaslı hesab edilsə də, müqavilənin ləğvi tələbi iddiaçının əvvəlki rəftarına zidd olduğundan, hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Bu zaman məhkəmə həmçinin müəyyən olunan borcun məbləğini, yəni mübahisəli dövr üçün müəyyən olunan 1 aylıq icarə haqqından (13000 manat) cəmi 566,7 manat artıq olmasını də nəzərə alar.

117. Məhkəmə kollegiyası yuxarıdakıları ümumiləşdirərək hesab edir ki, iddiaçının istinad etdiyi – icarəçinin icarə müqaviləsini əhəmiyyətli dərəcədə pozması halı iş üzrə mövcud olmadığından, müqavilənin ləğvi tələbi təmin edilməməlidir.

118. Göstərilən nəticənin məntiqi davamı olaraq, kassasiya kollegiyası hesab edir ki, tərəflər arasındakı müqavilə ləğvi edilmədiyindən, mübahisə predmeti olan qeyriyaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur.

119. Beləliklə, müəyyən olunur ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə göstərilən hissədə maddi hüquq normasının tələblərini pozmuşdur ki, bu hal Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi və apellyasiya instansiyası məhkəm əsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi üçün əsasdır.

120. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 08 may tarixli, 22(103)-433/2024 nömrəli qətnaməsi ilk iddianın İddiaçı və Cavabdeh MMC arasında bağlanmış 2018-ci il 01 avqust tarixli icarə müqaviləsinin ləğv edilmiş hesab edilməsi, icarəyə verilmiş İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 56 (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 148A) ünvanından yerləşən 506 kv.m. sahədən ibarət olan qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində ləğv edilsin və iş üzrə həmin hissədə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı iddiası qeyd olunan hissədə təmin edilməsin. Qətnamə ilk iddianın qalan təmin olunan hissəsində və qarşılıqlı iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar