Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-513/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 2 aprel tarixli 2-2(106)-66/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şika yətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh2 (Müştəri), Cavabdeh1 (Zamin) və Cavabdeh3 (Zamin) ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Bank) arasında imzalanmış 2023-cü il 18 may tarixli, № ** saylı kredit sazişindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 ümumi məbləği 30.000 manat olan illik faiz dərəcəsi 24% (faktiki illik faiz dərəcəsi: 24.8%) olmaqla 36 ay müddətinə kredit verməyi öhdəsinə götürmüşdür. Cərimə xidmət şərtlərinin xüsusi hissəsinin 1.3-cü bəndi üzrə 1% müəyyən olunmuşdur. 2. 2022-ci il 1 avqust tarixli **********628 saylı ödəniş tapşığından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 verilmiş kredit onun həmin bankda olan hesabına köçürülmüşdür.
3. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən borc alan almış olduğu krediti 20 22-ci il 1 sentyabr tarixindən başlayaraq hər ay 1.176.99 manat məbləğində ödənişlər etməklə 2025-ci il 1 avqust tarixinədək qaytarmalı idi.
4. Kreditor tərəfindən borc alan və zaminlərə ünvanlanan 2024-cü il 26 fevral tarixli bildirişdən görünür ki, bank müqavilə üzrə 23.984.02 manat əsas borc, 3.480.94 manat faiz borcu və 575.46 manat cərimə borcunun olması, borcun ödənilməsinin gecikdirilməsi əsası ilə kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyini bildirib, kredit borcunun dərhal ödənilməsini tələb etmiş, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı nəzərlərinə çatdırılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 (bundan sonra-birlikdə “cavabd ehlər”, ayrılıqda müvafiq olaraq “Cavabdeh2” və ya “cavabdeh”, “Cavabdeh1”, “Cavabdeh3”) qarşı “kreditin və ona hesablanmış faizin və cərimə borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 23.984.02 manat əsas borc, 4.520.29 manat faiz borcu, 575.46 manat cərimə olmaqla, ümumilikdə 29.079.77 manat borcun və 178 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 2022-ci il 1 avqust tarixli kredit sazişinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kr edit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.. Borclu Cavabdeh3 və Cavabdeh1 (zaminlər) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borcluya aid bütün öhdəlikləri icra etməlidirlər.
7. Məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2024-cü il 23 oktyabr tarixli 9/671 7 saylı rəyi ilə 2022-ci il 1 avqust tarixli ** saylı kredit müqaviləsinin şərtləri üzrə Cavabdeh2 banka olan borcu 2024-cü il 26 fevral tarixə əsas borc üzrə 23.092,68 manat, faiz borcu üzrə 3.263,77 manat; 2024-cü il 1 may tarixədək əsas borc üzrə 23.092,68 manat, faiz borcu üzrə 4.264,45 manat; 2024-cü il 8 avqust tarixədək əsas borc üzrə 23.092,68 manat, faiz borcu üzrə 5.757,78 manat müəyyən olunur.
8. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 13 yanvar tarixli e-2-2(121)-72/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 23.092.68 manat əsas borc, 3263.77 manat faiz borcu, 40 manat cərimə olmaqla, ümumilikdə 26.396.45 manat məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumunun 169.19 manat hissəsinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, iddianın q alan hissədə təmin olunmaması qət edilmişdir (hakim N.Misirzadə).
9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 2024-cü il 26 fevral t arixdə cavabdehlərə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərdiyindən müqavilə ləğv edilmiş hesab edilir. Belə olan halda, iddiaçının 2024-cü il 26 fevral tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır.
11. Məhkəmə əsas və faiz borcuna münasibətdə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. iddia qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən kredit müqaviləsi üzrə 2024-cü il 26 fevral tarixinə 23.092,68 manat məbləğində əsas, 3.263,77 manat faiz borcu tutulmalıdır.
12. Cərimə borcuna aid hissədə iddia tələbini qismən təmin edən məhkəmə iddia ərizəsində göstərilən cərimə nin kredit müqaviləsi üzrə 575,46 manat məbləğində deyil, 40 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq və ədalətli saymışdır.
13. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 cavabdehin iddiaçıya olan kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduqlarından, bununla da iddiaçı qarşısında olan cavabdehin pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərlərinə götürmüşdürlər. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 467, 470.1, 472.2739.1, 739.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına Mülki Prosessual Məcəlləsinin (bundan sonra- “MPM”) 119.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Cavabdeh2 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 2 aprel tarixli 2-2(106)-66/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən borc məbləği hissədə dəyişdirilmədən saxlanılmışdır (s ədrlik edən-məruzəçi hakim Q.Əliyev, hakimlər T.Kərimov və C.İmanov).
17. Apellyasiya instansiyası məhkəməsi iddiaçı, borcalan cavabdehə 2024-cü il 26 fevral tarixli bildiriş ünvanlamaqla, kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəlikləri lazımınca və vaxtında icra etmədiyini, gecikdirilmiş borc məbğləğinə əlavə olaraq cərimə hesablandığını, 2.398.02 manat əsas, 3.480.94 manat faiz, 575.46 manat cərimə borcunun yarandığını, bu səbəbdən kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyini bildirərərək, banka olan bütün borc məbləğini dərhal ödəməyi təklif etmiş, əks təqdirdə eyni tələblə məhkəməyə müraciət ediləcəyini borc alanın nəzərinə çatdırmışdır.
18. Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli qərarında formalaşan hüquqi mövqeyə görə kreditor tərəfindən iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edildiyindən, kreditor əsas borcun qalığı ilə yanaşı 2024-cü il 26 fevral tarixinə hesablanan faiz və cərimə məbləğini tələb edə bilərdi.
19. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası qarşısında da, məhz həmin tarixə hesablanan faiz və cərimə borcunun məbləğlərinin müəyyən olunması sualı qoyulmuşdur. Ekspertizanın rəyinə əsasən 2024-cü il 26 fevral tarixinə əsas borcun qalığı 23.092.68 manat, faiz borcu 3.263,77 manat müəyyən edilmişdir.
20. Məhkəmə həmin rəyi işdə olan digər sübutlarla birgə qiymətləndirərək iddia olunan faiz borcunun məbləğini müəyyən etmişdir.
21. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin ap ellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən borc məbləği hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 14.2.1, 385.1, 386.1, 421.2, 421.3, 425.1, 427.3, 442, 445.2.1, 448.1, 467, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 14 may tarixli və “2023-cü il 29 mart tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
23. Cavabdeh2 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və işə mahiyyəti üzrə baxılması üçün həmin həmin məh kəməyə geri qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. MPM-in 88, 217.1-ci maddələri üzrə - apellyasiya məhkəməsi qəbul etdiyi qətnamə ilə maddi və prosessual pozuntulara yol vermişdir. Ona görə ki, cavabdehin ödənişləri nəzərə alınmamışdır. Halbuki, məhkəməyə iddiaçı tərəfindən çıxarış təqdim edilsə də, əsas məbləğ və ona hesablanmış faiz və cərimə borcu iddia tələbində göründüyü kimi ola bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şək lində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə
743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.”
29. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut e tmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosess ual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, Cavabdeh2 kassasiya şikayətində işə mahiyyəti üzrə baxılarkən verilmiş ekspert rəyinin mötəbərliyini mübahisələndirərək ödə nişlərinin nəzərə alınmadığını qeyd etsə də, bununla bağlı mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Kollegiya kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
32. Nəzərə alınmalıdır ki, iş üzrə tərəfin müvafiq qiymətləndirmə rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən həmin rəylə razı olmamasını əsaslandırmalı və rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndinmək səlahiyyətinə malik olan məhkəmələ rə təqdim etməlidir. Lakin qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxılarkən cavabdeh tərəfindən həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmamışdır.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisələndirilən hissədə məhkəmələrin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanı lmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
34. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 2 aprel tarixli 22(106)-66/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.